Telefonumu İnternetə necə aktivləşdirə bilərəm
Mobil telefonların qeydiyyatının aparılması ölkəmizin mobil rabitə sahəsində mövcud olan bir neçə problemə qarşı eyni zamanda təsirli mübarizə aparmaq imkanı yaradır. Bu xidmət aşağıda qeyd edilmiş problemlərin baş verməsi hallarını aradan qaldırır:
Internet mağazamı necə telefonla uyğunlaşdıra bilərəm?
“Mobil cihazların qeydiyyatının aparılması Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmişdir.
Qeydiyyatın əhəmiyyəti. Nə üçün mobil telefonumun IMEI kodu Azərbaycanda qeydiyyata alınmalıdır?
Mobil telefonların qeydiyyatının aparılması ölkəmizin mobil rabitə sahəsində mövcud olan bir neçə problemə qarşı eyni zamanda təsirli mübarizə aparmaq imkanı yaradır. Bu xidmət aşağıda qeyd edilmiş problemlərin baş verməsi hallarını aradan qaldırır:
- Mobil telefonların oğurluq halları;
- Qeyri-qanuni idxal və qaçaqmalçılıq;
- IMEI kodların saxtalaşdırılması və ya klonlaşdırılması.
Qeydiyyat. Mobil telefonların IMEI kodlarının qeydiyyatı harada və kim tərəfindən həyata keçiriləcək?
Mobil telefonların IMEI kodlarının qeydiyyatı əməliyyatını bir neçə vasitə ilə həyata keçirmək olar. Bu baxımdan qeydiyyat Azərbaycan Respublikası gömrük orqanları və yaxınlıqdakı poçt şöbələri tərəfindən aparıla bilər. Mobil telefonunun qeydiyyatını həyata keçirmək istəyən şəxs yuxarıda qeyd edilən mərkəzlərə yaxınlaşaraq onlara təqdim edilən ərizə formasını doldurmalıdır.
Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın IMEI nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun IMEI nömrəsi qara səhifəyə daxil ediləcəkdir. Abunəçilərə rahatlıq yaradılması məqsədi ilə www.imei.az internet səhifəsinin yaradılmışdır ki, abunəçilər istifadə edəcəkləri mobil cihazların IMEI nömrələri barədə məlumatları həmin Internet səhifəsindən əldə edə biləcəklər.
IMEI kod nə deməkdir və onu necə təyin etməli?
IMEI kod (International Mobile Equipment Identity – Mobil cihazın beynəlxalq tanınması) konkret bir cihazın və onun modelinin tanınmasını təmin edir. Kod 15 rəqəmdən ibarətdir və başqa cihazlardakı tanınma kodları ilə heç vaxt üst üstə düşməməlidir. Kodun ilk altı rəqəmi telefon modelini bildirir. Növbəti iki rəqəm istehsalçı ölkənin kodudur.
Ondan sonrakı altı rəqəm telefonun seriya nömrəsidir. Kodun son rəqəmi ehiyat təyinedicidir, hansı ki əvvəlki rəqəmlər əsasında xüsusi alqoritmlə hesablanır.
Mobil telefonunuzun IMEI kodunu təyin etmək üçün telefonunuzun ekranında *#06# yığmağınız kifayətdir. Bu kod mobil tefonun qutusu üzərində də qeyd olunur.
İstifadədə olan telefonlar. Hal-hazırda və ya uzun müddətdir istifadə etdiyim telefonu necə qeydiyyatdan keçirə bilərəm?
Hal-hazırda və ya uzun müddətdir istifadə etdiyiniz mobil telefon və ya telefonları qeydiyyatdan keçirməyə ehtiyac yoxdur. Çünki sizin mobil telefonunuz avtomatik olaraq qeydiyyatı alınmış telefonlar siyahısına daxil edilir.
Qeydiyyat kimlərə aiddir? Bəs mobil telefonların qeydiyyatı hansı telefonlara şamil edilir?
Satış və digər sahibkarlıq fəaliyyəti* məqsədi ilə mobil cihazları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər idxal etdikləri mobil telefonları qeydiyyatdan keçirməlidir.
* Telefondan şəxsi istifadə, xidmət məqsədləri üçün istifadə və s. nəzərdə tutulur.
Sənədlər. Qeydiyyat üçün hansı sənədlər tələb olunur?
Əgər ərizəçi fiziki şəxs kimi idxal etdiyi mobil telefon şəxsi istifadə üçün nəzərdə tutubsa, həmin şəxs aşağıdakı sənədləri təqdim etməlidir:
- Şəxsiyyətini təsdiq edən sənədin surəti (Əslini göstərməklə);
- Telefonun özü (markasını, modelini və IMEI kodunu bildirməklə);
- Müvafiq ərizə forması.
Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazı idxal edən hüquqi şəxsdirsə:
- Dövlət qeydiyyatı barədə sənədin surəti;
- Şəxsiyyətini təsdiq edən sənədin surəti (Əslini göstərməklə);
- Vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
- Uyğunluq sertifikatının surəti. (Bütün sənədlərin əslini göstərməklə).
Qeydiyyat müddəti. Mobil telefonların qeydiyyatı zəruridirmi və qeydiyyat hansı müddətdə həyata keçirilir
Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə idxal edilmiş bütün mobil telefonların qeydiyyatı zəruridir. Şəxsi istifadə məqsədi üçün ölkəyə gətirilmiş telefonlar 30 gün ərzində qeydiyyatdan keçirilir.
Qeydiyyat üçün müraciət ərizəsinə 3 iş günü ərzində baxılır.
Təqdim etdiyiniz sənədlərdə heç bir çatışmamazlıq aşkarlanmadıqda (“Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun olaraq) telefonunuzun IMEI kodu qeydiyyata alınacaq. Əks halda isə mobil cihazınız bağlanacaq.
Ödəniş. Telefonumu qeydiyyatdan keçirtmək üçün nə qədər xidmət haqqı ödəməliyəm?
Şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir İMEİ nömrəsinin qeydiyyatı 5 (beş) manat təşkil edir.
Telefonun bağlanması. Hansı hallarda mobil telefonun fəaliyyəti dayandırıla (bağlana) bilər?
- Telefon müvafiq qaydalar əsasında vaxtında qeydiyyatdan keçməsə;
- Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilərsə;
- Telefon itirildiyi və yaxud oğurlandığı halda;
- Qeydiyyat zamanı ərizədə göstərilən mobil cihazın IMEI kodunun, qeydiyyatı keçirilən telefonlar siyahısında mövcudluğu və ya surətinin köçürülməsi halı aşkarlanarsa;
mobil cihazın fəaliyyəti dərhal dayandırılacaq.
IMEI kodlardan hansının orijinal mobil telefona aid olub-olmamasını isə Qeydiyyat Mərkəzi müvafiq prosedura əsasında təyin edəcək.
Telefonun bağlanması. Mobil telefonumu öz istəyimlə məhdudlaşdıra bilərəm?
Mobil telefonunuzu yalnız oğurlandığı və itirildiyi hallarda bağlatdıra bilərsiniz. Hüquq Mühafizə orqanları tərəfindən verilmiş, yuxarıdakı halları təsdiq edən arayış və şəxsiyyətinizi təsdiq edən sənədi Bakcell Müştəri Xidmətləri Mərkəzinə təqdim etməklə siz 24 saat ərzində telefonunuzun fəaliyyətinin bağlatdıra bilərsiniz. Bu xidmət üçün heç bir ödəniş tələb olunmur.
Qeyri standart telefonlar. Bu hal üçün əlavə prosedura tələb olunurmu?
Azərbaycan ərazisinə GSM standartlarına uyğun olmayan gətirilmiş telefonlar sağlamlıq üçün təhlükə törədə, müxtəlif tezliklərdə işləyə, digər tezliklərdə işləyən telefonların iş fəaliyyətini əngəlləyə, IMEI kodları asanlıqla dəyişdirilə və tezliklə sıradan çıxa bilər. Lakin bu günədək istifadə etdiyiniz telefonunuzun orijinal olub-olmamasından asılı olmayaraq həmin telefon avtomatik olaraq qeydiyyata alınan telefonlar siyahısına daxil ediləcək.
Əgər yeni gətirdiyiniz telefon standartlara cavab vermirsə o zaman qeydiyyat üçün müraciət edərkən telefonunuzun beynəlxalq GSM standartlarına uyğunluğu, orijinal olması, IMEI kodunun həqiqiliyi yoxlanıldıqdan sonra telefon qeydiyyata alına bilər. Əks halda isə telefonunuz dərhal bağlanacaq.
Rouminq. Azərbaycan respublikası ərazisində rouminq xidmətindən istifadə edən abunəçi mobil telefonunu qeydiyyatdan keçirməlidirmi?
Əgər hər hansı bir abunəçi (roumer) Azərbaycan Respublikası ərazisində xarici mobil operatorun SİM kartı ilə beynəlxalq rouminq xidmətindən istifadə edirsə, o zaman mobil telefonun qeydiyyata alınmasına heç bir ehtiyac yoxdur.
Əcnəbi yerli sim-kart ilə. Azərbaycanda yaşayan əcnəbi telefonunu qeydiyyatdan keçirmədən yerli mobil operatorun xidmətindən istifadə edə bilər?
Müvəqqəti olaraq Azərbaycan Respublikası ərazisində məskunlaşmış xarici ölkə vətəndaşları əgər yerli operatorların xidmətlərindən istifadə edirlərsə, o zaman mobil telefonlarını mütləq müvafiq qeydiyyat nöqtələrində qeydiyyatdan keçirməlidir. Telefon qeydiyyatdan keçirilməzsə, 30 gün ərzində telefonun fəaliyyəti dayandırılır.
İdxal edilən telefon sayı. Eyni anda neçə mobil telefon ölkəyə gətirə bilərəm?
“Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən ölkə ərazisinə gətirilən və qeydiyyatı zəruri olan mobil telefonların sayına məhdudiyyət qoyulmur. Müvafiq prosedura üzrə gömrük rüsumu isə gömrük orqanları tərəfindən tənzimlənir.
İki və daha çox sim-kartlı telefon. Mobil telefonum eyni anda iki SİM Kart dəstəkləyir. Qeydiyyat üçün hansı qayda tətbiq olunur?
Eyni anda iki SİM kart (Duos) dəstəkləyən telefonların iki IMEI kodu mövcuddur. Qəbul edilmiş standartlara əsasən bu kodlar bir-birindən yalnız bir rəqəmlə fərqlənirlər. Qeydiyyat üçün müraciət etdikdə hər şey tam qaydasında olarsa, telefonunuzun hər iki IMEI kodu qeydiyyata alınır.
Oğurlanmış və ya itmiş telefon. Telefonum itdiyi və ya oğurlandığı halda abunəçi nə etməlidir?
Abunəçi telefonun itirildiyi və ya oğurlandığı halda müvafiq ərizə ilə polisə müraciət etməlidir. Telefonunuzun məhdudlaşdırılması zamanı Bakcell Müştəri Xidmətlərinə müraciət etdikdə sizin mobil telefonunuzun IMEI kodu 24 saat ərzində bağlatdırılacaq.
Əgər Sizin telefonunuz iki SİM kartlıdırsa, qəbul edilmiş standarta əsasən digər IMEI kod aktiv qala bilməz. Bu halda hər iki kod nəzərə alınır və telefonunuzun fəaliyyəti dayandırılır.
Qeydiyyat bazası necə təşkil olunur və hansı kateqoriyalar mövcuddur?
Qeydiyyat bazası ölkəyə idxal olunan mobil telefonlarının IMEI kodlarının daxil edilməsi ilə genişləndiriləcək. Ölkəyə idxal olunan telefonların qeydiyyatı və nəzarəti gömrük xidməti tərəfindən və mobil operatorun şəbəkəsinə qoşulmaqla həyata keçiriləcək.
Ağ siyahıya – Azərbaycan Respublikasını qanunvericiliyi əsasında qeydiyyata alınmış mobil cihazların IMEI kodları, Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilmiş və dəyişdirilməmiş IMEI kodlar, həmçinin unikal IMEI kodlar daxil edilir.
Qara siyahıya – Ölkə qanunvericiliyinə müvafiq qaydada qeydiyyatı keçirilməmiş mobil cihazların IMEI kodları, qaçaqmalçılıq yolu ilə gətirilmiş mobil cihazların IMEI kodları, itirilmiş və oğurlanmış mobil cihazların IMEI kodları, Beynəlxalq GSM Assosiasiyası tərəfindən qeydiyyata alınmamış mobil cihazların IMEI kodları daxil edilir. Ölkəmizdə qara siyahıda olan cihazların mobil rabitə xidmətlərindən istifadə üçün yararlı deyil.
Boz siyahıya – Hazırda mobil rabitə xidmətləri üçün istifadə edilən və Ağ siyahıda, yaxud Qara siyahıda qeydiyyata alınmayan telefonların IMEI kodları daxil edilir. Boz siyahıda olan mobil cihazların IMEI kodları Ağ və yaxud Qara siyahıya dəqiq araşdırıldıqdan sonra daxil edilir. Qeydiyyat mərkəzi mobil operatorlardan aldığı məlumatlar əsasında Boz siyahıdakı mobil cihazları müəyyənləşdirəcək.
Eyni IMEI kod bazada aşkarlanarsa hansı hal baş verəcək?
Qeydiyyat zamanı ərizədə göstərilən mobil cihazın IMEI kodunun, qeydiyyatı keçirilən telefonlar siyahısında mövcudluğu və ya surətinin köçürülməsi halı aşkarlanarsa mobil cihaz Qara siyahıya daxil ediləcək və fəaliyyəti dərhal dayandırılacaq. Dayandırılma barədə qeydiyyat mərkəzi abunəçiyə rəsmi məlumat göndərəcək. Əgər mobil telefon mobil şəbəkədə istifadə edilirsə o zaman müvafiq mobil operator abunəçini SMS göndərməklə məlumatlındıracaq.
Sistemin yerləşməsi. IMEI kodlar üzrə sistemin idarəedilməsi mərkəzi harada yerləşəcək?
Bu layihəyə mobil operatorlarla yanaşı dövlət qurumları da (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Standartlaşdırma, Metereologiya və Patentləşdirmə üzrə Dövlət Komitəsi) cəlb edilib.
Sistemin vahid idarəetmə mərkəzi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yerləşəcək.
Ağ siyahı yoxsa Qara siyahı. Mobil cihazımın hansı siyahıda olmasını necə öyrənə bilərəm?
www.imei.az internet səhifəsində mobil cihazınızın IMEI kodunu daxil etməklə öyrənmək mümkündür.
Qara siyahıda olan nömrəni Ağ siyahıya necə sala bilərəm?
Telefon satışı ilə məşğul olan dükandan aldığınız cihazın qara siyahıya salınıb salınmamasını www.imei.az saytından öyrənə bilərsiniz. Əgər cihaz qara siyahıya salınıbsa, bu cihaz ola bilər ki, ölkəyə qeyri-qanuni yollarla idxal edilib, və ya işlənmiş telefon üzərində bəzi hissə dəyişiklikləri edilərək, yeni kimi satılıb. Bu halda, qara siyahıda olan cihaz alındığı dükana geri qaytarılmalıdır.
Əgər siz mobil cihazınızı vaxtlı vaxtında qeydiyyatdan keçirə bilmədiyiniz halda qara siyahıya salınıbsa, o zaman siz standart qeydiyyat prosedura vasitəsi ilə cihazı qara siyahıdan ağ siyahıya keçirdə bilərsiniz.
Məlumat mərkəzi ilə necə əlaqə saxlamaq olar?
Şəhər nömrələrindən 157 , mobil nömrələrindən 012157 nömrəsini yığmaqla həftənin 7 günü, saat 9:00 dan 21:00-a kimi məlumat mərkəzi ilə əlaqə yaratmaq olar.
Zəngin qiymətləndirilməsi tarifinizə müvafiq olaraq digər operatora zəng kimi dəyərləndirilir (zəngin tarifikasiya müddəti 60 saniyədir)
IMEI kod
- IMEI kod (International Mobile Equipment Identity – Mobil cihazın beynəlxalq tanınması) mobil cihazın unikal seriya nömrəsidir.
- IMEI kod birmənalı olaraq konkret cihazı və onun modelinin tanınmasını təmin edir.
IMEI kodu müəyyənləşdirmək:
- Mobil telefonunuzun IMEI kodunu aldığınız telefonun sənədlərində və qutusunda tapa bilərsiniz;
- IMEI kod həmçinin mobil telefonun daxili hissəsində, batareyanın altında qeyd edilib;
- Siz həmçinin telefonda *#06# yığmaqla IMEI kodu asanlıqla müəyyənləşdirə bilərsiniz.
IMEI kodu göndərməklə kampaniyaya qoşulmaq:
- IMEI kod adətən 15 rəqəmdən ibarət olan unikal koddur. Bakcell şirkətinin təklif etdiyi telefon kampaniyalarına qoşularkən IMEI kodun yalnız 15 rəqəmini yazıb SMS-lə göndərin.
Diqqət! Rəqəmləri yazarkən əlavə heç bir işarə və boşluq daxil etməyin!
Səhv IMEI kod və yaxud kod artıq istifadə edilib:
- IMEI kodun səhv, yaxud istifadə edilməsi haqqında mesaj əldə etdikdə ilk növbədə daxil etdiyiniz rəqəmlərin doğruluğunu dəqiqləşdirin.
- Əgər IMEI kodun düzgün daxil edilməsinə baxmayaraq, kampaniyaya qoşulmaq mümkün olmayıbsa telefonun mənşəyini və IMEI kodunu təsdiq edən alış-veriş sənədləri ilə telefon aldığınız dükana yaxınlaşın.
- Sizin təqdim etdiyiniz məlumatların IMEI kod və telefon modeli ilə uyğunluğunu Bakcell şirkətinin bazasında yoxlanılacaq. Sizin mobil cihazınızın IMEI kodunun bazada qeyd olunmaması aşkar edilərsə, müvafiq kodun daxil edilməsi haqqında sorğu göndəriləcək. 2 iş günü keçdikdən sonra siz kampaniyaya qoşulmaq üçün bir daha cəhd edə bilərsiniz.
Əgər mobil telefonunuzun IMEI kodu təsadüfən istifadə edilibsə, o zaman Telefonun mənşəyini və İMEİ kodunu təsdiq edın alış-veriş sənədləri ilə telefon aldığınız dükana müraciət edin. Sizin sorğunuz qəbul edilərək 3-4 iş günü ərzində həll olunacaq.
Telefonumu İnternetə necə aktivləşdirə bilərəm?
Bu gün informasiya texnologiyaları dövründə telefonda İnternetdən heç kim şaşırmaz. Modern ünsiyyət vasitəsi cib kompüteri kimi istifadə olunur, bu sayədə İnternet vasitəsilə İnternetə qoşulmaq, poçt yoxlamaq, sosial şəbəkələrə baxmaq, xəbər oxumaq və s. Bunun üçün əlbəttə ki, telefonunuzda internetə necə qoşulmaq lazım olduğunu bilmək lazımdır. Böyük və çox, bunu etmək çox asandır, lakin bir başlanğıc üçün bu məsələ çətinliklərə səbəb ola bilər. Məqaləmiz mobil telefonunuzda və ya smartfondakı internetin qurulmasının nüanslarını anlamanıza kömək edəcəkdir.
Müxtəlif telefon modellərində internet parametrləri dəyişə bilər. Məsələn, Android platformasında çalışan digər telefonlarda olduğu kimi lenovo telefonu ilə İnternetə qoşula bilərsiniz – yalnız telefonunuzun parametrlərinin interfeysi fərqlənir. IOS və Windows Phone 8-də internet bir qədər fərqlidir.
Android telefonumda İnterneti necə aktivləşdirə və konfiqurasiya edə bilərəm?
Telefonunuzda interneti açmanın ən asan yolu, wi-fi istifadə etməkdir. Telefonunuz Android platformasında işləyirsə və Wi-Fi giriş nöqtəsi varsa, İnternetə qoşulmaq çətin olmayacaq. Belə İnternet daha sürətli işləyəcək və daha çox istifadə etmək üçün hesab puldan geri çəkilməyəcək. Beləliklə, nə etmək lazımdır:
- Şəbəkə bağlantısı parametrlərində wi-fi və ya əsas ekranda göstərilən düyməni istifadə edərək, açın.
- Mövcud şəbəkələrdən birini seçin.
- Təhlükəsiz keçid üçün şifrəni daxil edin (şəbəkə administratoru ilə əlaqə saxlaya bilərsiniz). Əlaqə baş verərsə telefonunuz bu şəbəkəni xatırlayacaq və gələcəkdə avtomatik olaraq ona qoşulacaq.
- Bəzən, şifrə əlavə olaraq digər parametrləri (giriş portu və ya proxy server) də göstərməlisiniz.
Mobil telefonu telefonumda necə aktivləşdirə bilərəm?
Əgər sizdə Wi-Fi nöqtələri yoxdursa və İnternetə qoşulmaq lazımdırsa, WAP, GPRS və ya 3G istifadə edə bilərsiniz. Yəqin ki, hər hansı bir şeyi düzəltməyəcəksiniz, çünki mobil operatorlar avtomatik olaraq telefonun parametrlərini göndərirlər – bir dəfə qəbul edilməli və bir dəfə saxlanılmalıdır. Bu, xüsusilə də İnternetdə işləyən bütün parametrlərə malik iPhone kimi cihazlar üçün də çox vacibdir. Əgər bu baş verməsəydi (məsələn, xaricdən gətirilən telefonlarda), mobil operatorunuzun əlaqə mərkəzinin nömrəsini zəng edərək əlaqə parametrlərini sifariş edə bilərsiniz. Sizə gələcək olan parametrlərlə mesaj da yadda saxlanılmalıdır. Əlaqəni əl ilə də konfiqurasiya edə bilərsiniz. Bunu etmək üçün, bir qayda olaraq, müvafiq menyuda (ənənəvi GPRS olsun) boş sahələri “giriş”, “parol” və “APN APN” doldurmaq lazımdır. Sonuncu sahədəki müvafiq simvolları daxil edərək müstəqil olaraq yaradılmalıdır. Giriş və şifrəyə gəlincə, bu sahələr ya boş qalır və ya operatorun adına (mts, beeline, və s.) Uyğun gəlir.
Hər bir operator üçün APN protokolları haqqında məlumatlar var, öz rəsmi internet səhifələrində tapa bilərsiniz. Rusiyanın və Ukraynanın ən məşhur operatorlarının giriş nöqtələri belədir:
- internet.mts.ru;
- internet.beeline.ru və ya home.beeline.ru (podratçılar və prepaid abonentləri üçün);
- internet.tele2.ru;
- internet.yota;
- www.kyivstar.net və ya www.ab.kyivstar.net;
- www.djuice.com.ua;
- www.umc.ua;
- internet.beeline.ua;
- internet (abunəçilər üçün).
Sizə lazım olan hər şeyi etdik, ancaq İnternet bağlamır, telefonunuzu yenidən söndürməyə çalışın. Yəqin ki, sistem sadəcə bir reboot tələb edir ki, yeni parametrlər aktivləşsin. Ayrıca, 3G ilə əlaqə qurduğunuzda, hesabınıza pulunuz olmalıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.