Press "Enter" to skip to content

Internet qlobal şəbəkəsi

1969-cu il tarixindən etibarən Amerika Birləşmiş Ştatları İnternetin əsasını qoydu. Bu zaman bir qrup alim kompyuterlərin şəbəkələrə birləşdirilməsi üzrə tədqiqatlara başlamışdır. Tədqiqat ABŞ-ın Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project Agency (ARPA-Elmi Araşdırmalar Agentliyi) tərəfindən maliyyələşdirilmişdir. Şəbəkə bir tərəfdən hərbi-sənaye sahəsində elmi tədqiqatlara təkan verməli, digər tərəfdən, məsələn, aviasiya bombardmanı zamanı zədələnməyə dayanıqlı və bu şəraitdə normal fəaliyyətini davam etdirmək gücünə malik olan şəbəkələrin qurulması idi. Bu layihə ARPANET adlandırıldı.

Internet qlobal şəbəkəsi

Qlobal İnternet şəbəkəsi: formalaşması, müasir durumu və gələcəyi

6 noyabr, Fineko/abc.az. Artıq dünya üzrə hamını və hər şeyi əhatə etməkdə olan qlobal şəbəkə – internet insan həyatının ayrılmaz hissəsinə çevrilib. Bir neçə onilliklər əvvəl, daha dəqiq desək 1960-cı illərdə ABŞ-da yaradılan bu lokal şəbəkə qısa müddətdə müstəqil şəbəkələrdən ibarət böyük bir sistem olaraq formalaşıb və dünya dövlətlərini əhatə edib.

Hazırda internet dövlət, biznes, kommunikasiya, səhiyyə, təhsil və digər sahələr üçün çox əlverişli bir platformadır. Üçüncü Sənaye İnqilabı dövründə formalaşan və inkişaf edən internet artıq Dördüncü Sənaye İnqilabı (Sənaye 4.0) dövründə rəqəmsallaşma, informasiya mübadələsinin əsas sütünlarından birinə çevrilərək dövlətlər və cəmiyyətlərin həyatında dayanıqlı inkişafa çatmaqda mühüm rol oynayır.

1958-ci ildə ABŞ prezidenti Duayt Eyzenhauer tərəfindən SSRİ-nin 1957-ci ildə dünyada ilk süni peyki fəzaya buraxmasına reaksiya olaraq təsis edilən ABŞ-ın Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələrinin İdarəedilməsi üzrə Agentliyi olan ARPA (ARPA – Advanced Research Projects Agency) bir neçə il sonra dünyada ilk olaraq müasir internetin əsasının yaradılmasına nail olur. Qurum daha sonra DARPA olaraq adlandırılır. Agentlik 1960-cı illərdə kompüter şəbəkəsinin qurulması üzərində çalışır və 1967-ci ildə ARPANET adlanan plan meydana çıxır. ARPANET şəbəkəsi üzrə ilk məlumat 29 oktyabr 1969-cu ildə kompüter elmləri professoru Leonard Kleynrok tərəfindən Los Ancelesdəki Kaliforniya Universitetindən ikinci şəbəkə nöqtəsi olan Stenford Tədqiqatlar İnstitutuna göndərilir. Daha sonralar məhz 29 oktaybr tarixi ümumdünya internet günü olaraq qeyd olunur. Sonrakı illərdə ARPANET şəbəkəsinə qoşulan məntəqələr də getdikcə çoxalır və beləliklə vahid şəbəkə formalaşır.

1984-cü ildə ABŞ-ın Milli Elm Fondu Müdafiə Nazirliyinin ARPANET şəbəkəsi əsasında NSFNET (National Science Foundation Network – Milli Elm Fondu Şəbəkəsi) şəbəkəsini yaradır. 1992-ci ildə ARPANET-dən fərqli olaraq bu açıq şəbəkəyə qoşulmuş kiçik şəbəkələrin sayı artaraq 7500-ü keçir və bunlardan 2500-ü ABŞ hüdudlarından kənarda olur. Sonrakı dövrlərdə telekommunikasiya sənayesi ilə əməkdaşlıq, kommersiyalaşma müasir internetin formalşamasına səbəb olur və ARPANET sistemi özü 1990-cı ildə bağlanır.

İnternetə qoşulan şəxslərin və cihazların sayı davamlı olaraq artır

Hazırda internetdən istifadə günü-gündən artır. “Internet World Stats”ın (Dünya üzrə internetdən istifadə, əhali, sosial media statistikası və internet bazarını araşdıraraq məlumatları təqdim edən beynəlxalq internet resursu) məlumatlarına əsasən (30 iyun 2019-cu il tarixinə olan məlumat), dünya üzrə ümumi əhalinin sayı 7 milyard 716 milyon nəfərdir və qlobal olaraq internet istifadəçilərinin sayı hazırda 4 milyard 536 milyon nəfər təşkil edir. Əgər bunu faiz nisbəti ilə ifadə etsək, internet istifadəçiləri dünya əhalisinin 58.8 %-ni təşkil edir.

İnternet istifadəçilərinin sayı Asiya regionu üzrə 2 milyard 300 milyon nəfər (55 %), Avropa regionu üzrə 722,6 milyon nəfər (10.7 %), Afrika regionu üzrə 522,8 milyon nəfər (17.1 %), Şimali Amerika regionu üzrə 327,5 milyon nəfər (4.7 %), Latın Amerikası və Karib hözvəsi regionu üzrə milyon nəfər 453,7 milyon nəfər (8.5 %), Yaxın Şərq regionu üzrə 175,5 milyon nəfər (3.3 %) və Okeaniya/Avstraliya regionu üzrə 28,6 milyon nəfər (0.5 %) təşkil edir. Ölkəmizdə isə internet istifadəçilərinin sayı resursun məlumatına əsasən, 7 milyon 991 min nəfər təşkil edir və əhalinin 79.8 faizi internet istifadəçisidir. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) “State of Broadband Report 2018” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir (79 %).

Hazırda internet həm genişzolaqlı, həm də mobil internet olaraq sürətlə inkişaf edir. Dünya üzrə uzunluğu on minlərlə kilometr olan okeanaltı və yerüstü yeni magistral fiber-optik kabel xətləri çəkilir və beləliklə qitələr və ölkələr birləşir, bağlantı (connectivity) imkanları artır. İnfrastrukturun inkişafına operatorlar tərəfindən milyardlarla ABŞ dolları vəsait sərf edilir, TİER 3 və TİER 4 səviyyəli yeni Data Mərkəzlər tikilir. Dünya üzrə hər ötən il rəqəmsal kontentin daha çox yaradılması, bu kontentin həcminin qat-qat çoxalması və qlobal informasiya məkanının həcminin artması (“IDC” və “Seagate” təşkilatlarının hesablamalarına görə qlobal informasiya məkanının həcmi 2025-ci ildə 5 qat artaraq 175 zettabayta çatacaq) səbəbindən buraxılış gücü daha çox (1 saniyədə onlarla terabit həcmində informasiyanın ötürülməsi) olan yeni Transokean fiber-optik magistral kabel xətləri formalaşır. Həm yerüstü, həm də okeanaltı fiber-optik kabel xətlərinin informasiya daşımaq gücü əlbəttə ki, fərqlənir. Yeni çəkilmiş kabel xətlərində bu həcm daha böyük olur. Məsələn, 2018-ci ildə istismara verilmiş ABŞ-ın Virciniya sahilindən İspaniyanın Bilbao şəhərinə qədər uzanan 6605 km uzunluğunda “MAREA” okeanaltı kabeli 1 saniyədə 208 terabit informasiya daşımaq gücünə sahibdir.

Qeyd edək ki, ilk qitələrarası kabel xətti 1858-ci ildə İrlandiyadan Kanadaya – Nyufaundlendə qədər çəkilib (Transatlantik teleqraf kabel xətti) və iki qitə arasında teleqfar rabitəsini mümkün edib. Telekommunikasiya bazarını araşdıran və məsləhət xidmətləri təqdim edən “Telegeography” şirkətinin verdiyi məlumata əsasən, hazırda təxminən 370-dən çox okeanaltı kabel xətləri mövcuddur və bu xətlərin ümumi uzunluğu 1.2 milyon km. təşkil edir. Məlumat üçün bildirək ki, Xəzər dənizinin dibi ilə də belə bir fiber-optik magistral kabelin çəkilməsi layihəsi icra edilir və “Transxəzər magistralı” adlanan layihə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti tərəfindən “Azerbaijan Digital HUB” proqramı (Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün rəqəmsal mərkəzə çevrilməsi) çərçivəsində reallaşdırılır. Layihə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin – Rəqəmsal İpək Yolunun (Digital Silk Way) formalaşması üçün Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilişini özündə ehtiva edir.

Bu gün texnoloji tərəqqi həmçinin mobil internetin də inkişafına təsir edir. “GSMA” təşkilatı “The Mobile Economy 2019” hesabatında göstərir ki, dünya üzrə mobil internet istifadəçilərinin sayı 2018-ci ildə olan 3.6 milyard nəfərdən 2025-ci ildə 5 milyarda çatacaq. Əşyaların interneti (Internet of Things – IoT) – vahid şəbəkəyə qoşulmuş və bir biri ilə bağlantılı olaraq informasiya ötürən ən müxtəlif cihazların sistemi) cihzalarının sayı 2018-2025-ci illərdə 9.1 milyard cihazdan 25.2 milyard cihaza qədər artacaq. Hesabata əsasən, bu dövrdə Əşyaların internetindən əldə olunan gəlir də 4 dəfə artaraq 1.1 trilyon ABŞ dolları həcmində olacaq.

İnternetin gələcəyi

Hazırda internetin sürətli inkişafı, kibertəhlükəsizlik kimi məsələlərin aktuallıq kəsb etdiyi şəraitdə yəqin ki, hər kəsi düşündürən məsələlərdən biri də internetin gələcəyinin necə olacağıdır. İnternet gələcək onilliklərdə hansı dəyişikliklərə məruz qala bilər? Əlbəttə ki, bu suala birmənalı cavab vermək çox çətindir. Lakin ekspertlər öz fərqli proqnozlarını isrəli sürürlər.

Məsələn, “İnternet necə formalaşıb: Netscapedən iphone-yə qədər” kitabının müəllifi, yazıçı Brayan Makkalou bildirir ki, biz gələcəkdə internetin bir neçə versiyalarını görəcəyik. Yəni biz parçalanmış internet görəcəyik. İnternetin hazırda Çin və Qərb versiyaları kimi gələcəkdə Rusiya və Hindistan versiyaları da olacaq. Şirkətlər seqmentdən və ölkələrdən asılı olaraq biznesin uğurlu aparılması üçün seçimlər qarşısında qalacaqlar.

Merilend Universitetinin professoru Sara Ann Outs isə qeyd edir ki, gələcəkdə internet auditoriya müxtəlif növlərə bölünəcək və biz dövlətlərin yaratdığı milli platformaları görəcəyik. İnsanlar qlobal media platformalardan uzaqlaşacaq və yalnız maraq qrupları üzrə yaxın şəxslərlə qarşılıqlı ünsiyyətdə olacaqlar.

Nyu-York Universitetinin dosenti Nikol Staroselski isə qeyd edir ki, internet-infrastrukturun əsas hissəsi olan yerüstü infrastruktur (Data Mərkəzlər, yerüstü kabellər, İnternet Servis Provayderlərinin ofisləri) gələcəkdə iqlim dəyişikliyindən zərər görəcək. İqlim böhranı internet trafikinin istehlakına təsir edəcək. Nəticədə, dayanıqlı və sürətli internet imkanlı şəxslər üçün əlçatan olacaq.

Əlbəttə, ekspert cəmiyyətinin fikirləri müxtəlifdir. Amma bir məsələdə böyük əksəriyyət o fikirlə razıdır ki, internet, ümumilikdə bağlantı xidmətləri gələcək illərdə daha sürətli, az gecikməli və hamını əhatə edən olacaq. Qlobal tarfikin həcmi artacaq. Okeanaltı və dənizaltı kabellərin, eləcə də dünya üzrə İnternet Mübadilə Mərkəzlərinin (IXP – Internet Exchange Point) sayı çoxalacaq. Qeyd edək ki, 2017-ci ildə dünya üzrə 421 İnternet Mübadilə Mərkəzi mövcud olub. 2018-ci ildə isə bu rəqəm 528-ə çatıb. Həmçinin, qarşıdakı illərdə yeni 5G texnologiyası üzrə qoşulma xidmətləri də artacaq və bu texnologiya böyük həcmli məlumatların ötürülməsinə imkan verəcək. 2025-ci ilə qədər internet qoşulmaların 4/5-ü məhz smatrfon üzərindən olacaq. 2020-ci ilə dünya bazarının beşdə birindən çoxu 5G texnologiyasını tətbiq edəcək və şəbəkələrə 244 milyard ABŞ dolları sərmayə sərf ediləcək.

Ümumilikdə, qarşıdakı illərdə rəqəmsal transformasiya, süni intellektin tətbiqi, şəxsi məlumatların mühafizəsi, internetdə kibertəhdidlərdən qorunmaq, müxtəlif regionlarda qlobal şəbəkəyə çıxışı olmayan əhalinin internetə çıxışının yaranması və internetin idarəolunması kimi məsələlər mühüm aktuallıq kəsb edəcək.

Əlimərdan Sultanov

Internet qlobal şəbəkəsi

Qlobal şəbəkələr müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, aralarındakı məsafəyə görə səpələnmiş lokal şəbəkələri, o cümlədən serverləri, ayrı-ayrılıqda kompüterləri birləşdirirlər.

Qlobal şəbəkələr çox saylı son abunəçilərə İnternet xidmətlərini təqdim etmək üçün istifadə olunurlar. Ona görə də buna qlobal İnternet şəbəkəsi də deyilir.

Qlobal hesablama şəbəkəsi bir biri ilə əlaqədə olan üç alt şəbəkədən ibarətdir:

1) Verilənləri ötürmə şəbəkəsi – VÖŞ;

3) Terminal şəbəkəsi .

VÖŞ əlaqə kanalları və əlaqə qovşaqlarından ibarət olub EHM-lər arasında informasiya mübadiləsini yerinə yetirmək üçün nəzərdə tutulub; EHM və Terminal şəbəkələri VÖŞ-lər vasitəsilə bir-biri ilə birləşdirilmiş əsas EHM (ƏHM) və terminal EHM-lərdən (THM) ibarətdir. Əsas EHM-lər abonent məsələlərinin həlli üçün nəzərdə tutulub. Terminal EHM-lər isə abonent kompüterlərini VÖŞ-lərə birləşdirmək üçündür.

İnformasiya mübadiləsini həyata keçirmək üçün abonentlər arasında əlaqə 3 üsulla yaradıla bilər:

1) kanalların kommutasiyası;

2) məlumatların kommutasiyası;

3) paketlərin kommutasiyası.

Kanalların kommutasiyası abonentlər arasında fiziki kanalın ayrı-ayrı hissələrini bir-birinin ardınca qoşaraq verilənlərin birbaşa ötürülməsini təmin edir. Məlumatların kommutasiyası başlıq və verilənlərdən ibarət məlumatların şəbəkə qovşaqları tərəfindən təyin edilən marşrut üzrə ötürülməsi yolu ilə həyata keçirilir. Paketlərin kommutasiyası məlumatları müəyyən uzunluğu olan (adətən 1024 bayt) və başlıqla təmin olunmuş məlumat elementlərinə – paketlərə bölmək və paketləri şəbəkə qovşaqları vasitəsilə təyin edilən marşrut üzrə ötürmək yolu ilə həyata keçirilir.

Hər hansı bir məlumatın çatdırılma vaxtı paket kommutasiyası üsulunda ən kiçik olur.

Hesablama şəbəkələrində paket kommutasiyası verilənlərin ötürülməsinin əsas üsuludur. Bu, paket kommutasiyası zamanı verilənlərin VÖŞ vasitəsilə ötürülməsi zamanı gecikmələrin az olmasına və aşağıdakı səbəblərə əsaslanır.

Birincisi , kanal kommutasiyası üsulu tələb edir ki, kanalı yaradan bütün əlaqə xətləri eyni öturmə qabiliyyətinə malik olsun, bu da VÖŞ-ün strukturuna olan tələbi sərtləşdirir. Məlumatların və paketlərin kommutasiyası isə verilənlərin istənilən ötürmə qabiliyyətli əlaqə xətləri ilə ötürülməsinə imkan verir.

İkincisi , verilənlərin paket şəklində ötürülməsi verilənlər axınının multipleksləşdirilməsi üçün ən yaxşı şərait yaradır, yəni kanalın iş vaxtının bir neçə verilənlər axınının eyni vaxtda ötürülməsi üçün öz aralarında bölünməsini təşkil edir.

Üçüncüsü , paketlərin kiçik ölçülü olması verilənlərin aralıq qovşaqlarda yadda saxlanılması üçün kiçik ölçülü yaddaş ayırmağa imkan verir. Bundan əlavə paketlərdən istifadə edilməsi verilənlər axınının idarə edilməsi məsələsini də asanlaşdırır.

Dördüncüsü , əlaqə xətləri ilə verilənlərin ötürülmə etibarlığı böyük deyil. Tipik əlaqə xətti hər bitə 10 -4 – 10 -6 xəta ehtimalı ilə verilənlərin ötürülməsini təmin edir. Ötürülən məlumatların uzunluğu nə qədər böyük olsa onun əngəllərlə korlanma ehtimalı artır.

Qlobal şəbəkələr onlardan əvvəl yaradılmış telefon şəbəkələrindən çox şeyi irsən qəbul ediblər. Buna baxmayaraq, uzun müddət telefon şəbəkələrində uğurla istifadə olunan kanalların kommutasiyası prinsipindən imtina edilməsinin əsası elə ilk qlobal kompüter şəbəkələrinin yaradılması zamanı qoyulmuşdur.

Qlobal kompüter şəbəkələrinin ənənəvi abunəçiləri – müxtəlif şəhər və ölkələrdə yerləşən dövlət və özəl müəssisələrinin birləşmiş və ya ayrı-ayrılıqda mövcud olan lokal şəbəkələridir. Bu baxımdan, qlobal şəbəkələr tərəfindən göstərilən İnternet xidmətlərinin təşkilində ayrı-ayrı kompüterlərdən və onların birgə əmələ gətirdiyi şəbəkələrdən də istifadə edilir. Adətən, qlobal kompüter şəbəkələri və onların alt şəbəkələri iri telekommunikasiya şirkətləri tərəfindən abunəçilərə pullu xidmətlərin göstərilməsi üçün yaradılır. Belə şəbəkələri ictimai şəbəkələr adlandırırlar.

Şəbəkənin işini dəstəkləyən şirkətlər şəbəkənin operatoru adlanır. İnternet xidməti təklif edən şirkətə isə, adətən, provayder deyilir.

İxtiyari qlobal şəbəkəyə digər qlobal şəbəkələr, lokal şəbəkələr, həmçinin bilavasitə kompüterlər və ayrıca giriş-çixiş qurğuları qoşula bilər.

Qlobal şəbəkələr

Qlobal şəbəkələr (WAN – Wide Area Networks) müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, məsafəyə görə paylanmış kompyuterləri birləşdirirlər. Qlobal şəbəkələr onlardan çox əvvəl yaranmış telefon şəbəkələrindən çox şeyi qəbul edib.

Qlobal kompyuter şəbəkələrinin ənənəvi abunəçiləri müxtəlif şəhər və ölkələrdə yerləşən müəssisələrin lokal və qlobal şəbəkələridir. Qlobal şəbəkələrin xidmətlərindən ayrı-ayrı fərdi kompyuterlər də istifadə edirlər. Adətən qlobal kompyuter şəbəkələri iri telekommunikasiya şirkətləri tərəfindən abunəçilərə pullu xidmətin göstərilməsi üçün yaradılır. Belə şəbəkələri ictimai şəbəkələr adlandırırlar. Şəbəkənin normal işini dəstəkləyən şirkət şəbəkənin operatoru adlanır. Xidməti təklif edən kompaniyaya provayder deyilir. Azərbaycanda əsas provayderlər “AzEuroTel”, “AzTelecom”, “Bakİnternet ”, “İntrans”, ”Azerin” və s.-dir.

İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Əlaqə xəttinin əsas göstəricisi informasiyanın maksimal ötürülməsi sürətidir. Əsasən ucuz qiymətə başa gəldiyi üçün telefon xətlərindən istifadə edilir.

Ayrı-ayrı kompyuterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya modem (modulyator – demodulyator) deyilir. Modem informasiyaları kompyuterin ikilik kodundan telefon siqnallarına və əksinə çevirir. Bununla yanaşı digər funksiyaları da yerinə yetirir.

Modemlər tipinə görə analoq (telefon xətləri), ISDN (rəqəmli telefon xətləri), ADSL (adi telefon xətlərindən istifadə edərək ayrılmış əlaqə), peyk və s. ola bilər.

Modemin əsas xarakteristikası onun verilənləri ötürmə sürətidir. İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə meqabitlə (Mbit/san) və ya saniyədə impulsla (bod (boud)) ölçülür. Qeyd edək ki, informasiyanın ötürülmə sürəti modemlə yanaşı telefon xəttinin keyfiyyətindən də asılıdır.

Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 milyon kitaba bərabərdir.

İnformasiyaları əlaqə kanalı ilə ötürmək üçün onu əlaqə xəttində ötürülən siqnallar formasına çevirmək lazım gəlir. Bunu yerinə yetirmək üçün kompyuterə xüsusi qurğu – şəbəkə adapteri qoşulur. Adapter ana platanın üzərində yerləşdirilir və kabellər vasitəsilə digər kompyuterin adapteri ilə əlaqələndirilir.

Son illər İnternet şəbəkəsində peyk radioəlaqədən də istifadə olunur.

İnternet qlobal şəbəkəsi

İnternet – dünyanın bütün şəbəkələrini birləşdirən qlobal şəbəkədir, şəbəkələr şəbəkəsidir.

Şəbəkələrdə müxtəlif texniki və informasiya təminatı istifadə edilir və buna görə də şəbəkələrin abonentləri arasında hamı üçün eyni olan ümumi qaydalar qəbul edilməlidir. Bu qaydalar təyin edilmiş standartlarda öz əksini tapır. Belə standartlar şəbəkə protokolları adlanır. Beləliklə, sistemin qovşaqlarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə protokollar istifadə edilir. Protokol müxtəlif qovşaqlarda eyni səviyyədə şəbəkə komponentləri ilə mübadilə edən xəbərlərin ardıcıllığını və formatını təyin edən qaydalardır. Sadə dildə desək, protokol – şəbəkədə kompyuterlərin bir-biri ilə ünsiyyət dilidir. Şəbəkələrin qovşaqlarınla və bütün səviyyələrində onların qarşılıqlı əlaqəsini iyerarxik təşkil edən protokol yığını protokollar steki adlanır.

Müxtəlif protokollardan istifadə edən şəbəkələrin (məs., lokal və qlobal) əlaqələndirilməsi üçün şəbəkə şlüzlərindən (ing. Gateway) istifadə edilir.

Şəbəkə körpüləri (ing. bridge) isə lokal şəbəkələrin seqmentlərini birləşdirir.

İnternetdə əsas protokol TCP/IP protokoludur. Bu protokol əslində aşağıdakı 2 protokoldan ibarətdir:

IP (Internet Protokol) şəbəkə protokolu – informasiyanın İnternet vasitəsilə hərəkət etdirilməsi üçün istifadə olunur. Bu protokol ötürülən informasiyanı ayrı paketlərə bölür, onları nömrələyir. Bu zaman kiçik informasiya panelində həmin panelin ünvanlandığı kompyuterin IP-ünvanları göstərilir ki, bunun köməyi ilə informasiya müəyyən olunmuş ünvana çatdırılır. IP-ünvan bir-birindən nöqtələr ilə ayrılan 4 nömrədən ibarətdir. Məs: 123.75.112.8 . Bu ünvanlarda istifadə edilə biləcək ən kiçik rəqəm 0, ən böyüyü isə 255-dir. IP-ünvanlar üçün yaddaşda 32 bit sahə ayrılır.

TCP (Transmission Control Protocol) – verilənlərin ötürülmə protokolu isə paketlərin lazımi nöqtəyə düzgün çatdırılmasına xidmət edir. Bu protokollar steki aşağı səviyyədə fiziki və kanal səviyyələrinin, yuxarı səviyyədə isə tətbiqi səviyyənin protokollarını (FTP, Telnet, poçt protokolu SMTP, WWW hipermətn xidməti və s.) təşkil edir.

Aşağıdakı şəbəkə protokollarından da istifadə edilir:

ARP (Address Resolution Protocol, ünvanların müəyyən edilməsi protokolu): 32-mərtəbəli IP-ünvanları, loakl şəbəkələrin ünvanlasrına, məsələn, Ethernet ünvanlarına çevirir.

FTP (File Transfer Protocol, faylların ötürülmə protokolu): faylların bir kompyuterdən digər kompyuterə ötürülməsinə xidmət edir.

SMTP (Simple Mail Transfer Protocol, elektron poçtla mübadilənin sadə protokolu): Bu protokoldan məktubun istifadəçidən serverlərə göndərilməsi üçün və məktubun bir serverdən digərinə göndərilərək alıcıya çatdırılması üçün istifadə olunur. Məktubların qəbulu üçün isə poçt müştərisi POP3 (Post Office Protocol Version 3) və ya IMAP (Internet Message Access Protocol) protokollarından istifadə etməlidir. Poçt müştərisi (poçt proqramı) – elektron poçtla işləmək üçün istifadəçinin kompyuterində quraşdırılmış proqram təminatıdır. Məsələn, Microsoft Outlook, Outlook Express, Mozilla Thunderbird, The Bat!, Kmail və s.

ICMP (Internet Control Message Protocol): IP-marşrutizatorlara və şəbəkənin əsas kompyuterlərinə səhvlər haqqında məlumatların, idarəedici informasiyanın göndərilməsinə xidmət edir.

İnternetin qısa tarixi

İnternet qlobal şəbəkədə birləşmiş milyonlarla kompyuterləri, proqramları, verilənlər bazalarını, fayl və insanları birləşdirən şəbəkələrdən ibarət şəbəkədir.

1969-cu il tarixindən etibarən Amerika Birləşmiş Ştatları İnternetin əsasını qoydu. Bu zaman bir qrup alim kompyuterlərin şəbəkələrə birləşdirilməsi üzrə tədqiqatlara başlamışdır. Tədqiqat ABŞ-ın Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project Agency (ARPA-Elmi Araşdırmalar Agentliyi) tərəfindən maliyyələşdirilmişdir. Şəbəkə bir tərəfdən hərbi-sənaye sahəsində elmi tədqiqatlara təkan verməli, digər tərəfdən, məsələn, aviasiya bombardmanı zamanı zədələnməyə dayanıqlı və bu şəraitdə normal fəaliyyətini davam etdirmək gücünə malik olan şəbəkələrin qurulması idi. Bu layihə ARPANET adlandırıldı.

ARPANET layihəsi çərçivəsində iş paketlərin kommutasiyası ilə şəbəkələrin yaradılmasına əsaslanır. Bu şəbəkə növündə informasiya (məsələn, xəbər) böyük olmayan paketlərə bölünür, həmin paketlər təyin olunmuş yerə çatana qədər səmərəli marşrut seçərək bir-birindən asılı olmayaraq müxtəlif şəbəkələrdə yerini dəyişir. Sonda bütün paketlər son nöqtəyə çataraq yenidən birləşərək ilkin formanı alır. Bütün kompyuterlərin eyni hüquqlu olması informasiyanın konkret bir kompyuterdən asılılığını aradan qaldırır. Bu texnologiya hətta müharibə vaxtı belə kommunikasiyaların işinin kəsilməməsinə təminat verirdi. Əgər kommunikasiya xəttinin bir hissəsi sıradan çıxarsa, böyük olmayan paketlər digər işləyən xətlərə ötürülə bilər.

ARPANET sistemi uzaq məsafədə olan kompyuter mərkəzləri ilə əlaqələri yaradırdı. Bu sistem informasiya mübadiləsi üçün istifadə olunurdu. Sistem inkişaf edərək, 1983-cü ildə iki şəbəkəyə – ARPANETMİLNET şəbəkələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər, ARPANET şəbəkəsi isə elmi tədqiqatlar üçün nəzərdə tutulurdu. İki şəbəkə arasında informasiya mübadiləsi imkanı yaranır və bu birləşmə İnternet adı ilə tanınır. 1980-ci ildə yeni şəbəkələr meydana gəldi. Məsələn, BITNET (Because It’s Time Network), CSNET (Computer Science Network) şəbəkəsi hesablama texnikası və proqramlaşdırma üzrə tədqiqatçıları birləşdirirdi. 1985-ci ildə ABŞ Elmi Fondu (NFS) tərəfindən NFSNet yaradıldı. Bu şəbəkə 5 superkompyuteri əlaqələndirirdi. 1990-cı ildə ARPANET öz fəaliyyətini dayandırdı, onun funksiyalarını NSFNET yerinə yetirirdi. Praktik olaraq NSFNet şəbəkəsi bir çox şəbəkəni birləşdirərək indiki İnterneti yaratmışdır. Bununla əlaqədar olaraq İnternet-provayderlərin (ISP – İnternet Service Provider) sayı getdikcə artmağa başladı. İlk kommersiya məqsədli İnternet-provayder “The World” olmuşdur.

Sonralar şəbəkəyə Avstriya, Argentina, Belçika, Braziliya, Yunanıstan, İrlandiya, Hindistan, İspaniya, Çili, İsveçrə və Cənubi Koreya və digər ölkələr qoşuldu.

Comments are closed, but trackbacks and pingbacks are open.