Press "Enter" to skip to content

Internetdən necə pul qazana bilərəm

Dərs videosunu satmaq üçün ideal platform indi Udemy-dir. Xüsusilə texniki təhsil dərsləri üçün son dərəcə uyğun olan Udemy-de hər hansı bir mövzuda dərs videoları hazırlayıb sata bilərsiniz. Hərçənd böyük bir rəqabət mühiti olsa da Udemy sayəsində məzmununuzun keyfiyyətinə bağlı olaraq gözəl bir passiv qazanc mənbəyi əldə edə bilərsiniz.

Oxuyuram.com

Web saytımızdan necə pul qazana bilərik? sualına cavab tapmaq istəyirsinizsə onda bu məqaləni yaxşı oxuyun. Web saytdan pul qazanmağın onlarla yolu vardır. Onlardan bir neçəsini sayıram.

1) Ən çox istifadə ediləni əlbəttə ki, reklamdır. Amma saytda nəyisə reklam etməyin də bir neçə üsulu vardır. Vaxtla qoyulan banner reklamı(həftəlik, aylıq)-bu reklam tipinin qiyməti sizin özünüzdən asılıdır, həmçinin bu qiymət sizin saytınızın, bloqunuzun trafikinə bağlıdır və əlbəttə ki, reklamın vaxtına və ölçülərinə görə dəyişir. Biraz da sadə dildə desək misal üçün mən saytımda boş banner reklamı yerləşdirirəm və orada “Reklam ver” yazıram və həmin banneri əvvəlcədən hazırladığım bir səhifəyə bağlayıram. Beləliklə əvvəlcədən hazırladığım səhifədə reklamın vaxtını, ölçülərini və əlbəttə ki, qiymətlərini yazıram. Saytıma daxil olan insanlar o banneri(“Reklam ver” bannerini) gördükdə və əgər reklam vermək fikiri varsa o mütləq həmin bannerə klik edərək bu barədə maraqlanacaqdır. Və ən əsası isə reklam vermək istəyənləri saytınıza cəlb etmək və bunun uğurlu olmasını istəyyirsinizsə, onda saytınızın ümumi bir mövzusu olmalıdır. Çünki reklam vermək istəyən şəxs öz malını, xidmətini və ya saytını, bloqunu ona uyğun olan, müvafiq olan yerdə reklam olunmasını istəyəcək ki, onun reklamı da uğurlu olsun. Sadə dildə desək mən şirniyyat dükanının reklamını mətbəxə, kulinariyaya aid saytda, bloqda reklam vermək istəyərəm, nəyin ki, oyunlardan bəhs edən saytda. Siz desəniz ki, amma mən qarışıq mövzuda yazıram, bəs bu necə olacaq? Bəli bu da olar, amma gərək onda saytınızın trafiki daha çox olsun ki, heç olmasa orada rekam vermək istəyən trafikinizin çox olmasına görə orada reklam verə bilər.

2) Öz saytımızdan pul qazanma yollarından ikincisi isə yenə də reklamdır, amma bu dəfə reklamı reklam şəbəkələrindən götürməklə saytımızda yerləşdirəcəyik. Bir çox reklam tipləri var. Onlardan, CPC-“Cost per Click” yəni hər klik başı ödəyən reklam növü; CPM- “Cost per Mille” yəni hər 1000 göstərim başına ödəmə; Popup reklamları-bu reklamları saytınızda yerləşdirdikdə saytınıza gələn ziyarətçilər istənilən bir yerə klik etdikdə məcburi şəkildə növbəti reklam pəncərəsi açılır. Reklam şəbəkələrindən götürülərəkk saytınızda yerləşdirəcəyiniz əsas reklam tiplərini hələlik qısa da olsa izah etdim. Növbəti yazılarımda bunların hərəsi barədə tək-tək ətraflı məqalələr yazaraq, bu sahədə ən yaxşı reklam şəbəkələrini də sizlərə izah edəcəyəm.

3) Link qısaltmaqla-bəli bu da bir reklam tipidir, desək yanılmarıq. Adından da göründüyü kimi bu tip reklam şəbəkələrində saytınızın istənilən linklərini, bölmələrini və ya istəsəniz “Full page” yəni bütün saytdakı linkləri kodlayaraq saytınızda hər edilən klikdən pul qazana bilərsiniz. Lakin bu zaman ziyarətçi kliklədiyi məqaləni oxumaq üçün link qısaltma servisinn göstərdiyi saniyəlik reklamı gözləyib keçməlidir. Beləliklə qısaltdığınız link və ya linklər 1000 dəfə klikləndikdə siz 1 dollardan tutmuş 5 dollara kimi pul qazana bilərsiniz. Bu həmin link qısaltma servisindən asılıdır. Bu reklam tipi qədər də hələlik bu qədər.

4) Əgər saytınız proqramlara aid saytıdırsa, onda siz PPİ(Per pey install) ilə yəni “hər quraşdırılan proqrama” görə pul qazana bilərsiniz. Qeyd etmək istəyirəm ki, bu yolla ayda 1000-lərlə dollar qazanan xarci saytlar da vardır. Növbəti yazılarımı təqib etsəniz, bu barədə daha ətraflı yazacağam. Bu tip reklamların ən yaxşı 10-luğunu tərtib edərək, ən yaxşı pul verənləri və ən məsləhətlisini qeyd edəcəyəm.

5) Yox əgər saytınz yükləmələrə aid bir saytdırsa yenə də siz öz saytınızdan əla pul qazana bilərsiniz. Necə? Sadəcə PPD(Per pey Download) saytlarının ən yaxışılarından birində qeydiyyatdan keçərək dərhal pul qazanmağa başlaya bilərsiniz. Belə ki, saytınızın yüklmə saytı olduğunu nəzərə alsaq, onda hər gün yeni yükləmək üçün sayta əlavə etdiyiniz faylları qeydiyyatdan keçdiyiniz PPD saytının hostuna yükləyərək sizə verilən yükləmə linkini saytınızda yerləşdirirsiniz və fayllarınız yükləndikcə siz pul qazanırsınız. Əladır. Hər 1000 yükləməyə 1 dollardan tutmuş hətta 20 dollar verən saytlar da var. Amma baxır siz faylı harada yüklətdirəcəksiniz, yəni ölkə baxımından. Hər halda qane edəcəkdir, əgər saytınızın trafiki varsa. Yenə bu barədə də növbəti yazılarımda daha ətraflı.

6) Tutaq ki, sizin saytınız oyunlardan bəhs edən bir saytdır. Onda siz saytınızda müvafiq reklam növündən istifadə etməklə yenə də yaxşı pullar qazana bilərsiniz. Bunu isə “affilate marketing”in bir qolu olan CPL(Cost per Lead) ilə yəni “hər qeydiyyatdan keçirtdiyiniz adama görə” pul qazanacaqsınız. Bu tipdə hər 1000 deyil hər 1 qeydiyyatdan söz gedir. Ona görə də bu yolla saytınızda haqqında yazacağınız bir oyunun affilate linkini yerləşdirərək pul qazana bilərsiniz.

7) Saytımızdan pul qazanmağın digər bir yolu isə tanıtma yazısıdır. Misal üçün saytımızın mövzusu “internetdən pul qazanmaq”dan bəhs edirsə, onda pul qazanmaq barədə olan öz yeni layihəsini tanıtmaq istəyənlər saytımızın mövzusuna uyğun gəldiyi üçün bizə reklam verəcəklər. Və biz bu məqaləni razılaşaraq reklamverənin layihəsini yeni yazımızda yazaraq saytımızda paylaşırıq.

Hələlik bu qədər, qeyd edim ki, öz saytımızdan bir çox yollarla pul qazana bilərik, hansı ki, onların çoxunu burada qeyd etməmişəm. Növbəti yazılarda. Rəy bildirin, siz də öz bildiklərinizi bizlərlə paylaşın.

İnternetdən pul qazanmaq, online pul qazanmaq, para kazanma, onlnie para kazanma, make money, saytdan necə pul qazanırlar, saytdan pul qazanmaq, reklam şirkətləri bardə, reklam şirkətləri, popup reklamları, cpc reklamları, cpm reklamları, link qısaltma reklamları, saytıma hansı reklamı qoya bilərəm, banner reklamı, sayta reklam yerləşdirmək, proqram quraşdırmaqla pul qazanmaq, yüklə pul qazan, qeydiyyatdan keçirtməklə pul qazanmaq,

İnternet

İnternetdən pul qazanmanın ən yaxşı yolları hansılardır?
Bu işə başlamaq üçün bir məlumatınız olmaya bilər ancaq istəkli olmağınız çox vacibdir. Bu proses boyunca səhvlərinizdən dərslər almaq və doğruları öyrənmək daha asan olacaqdır.

Bu gün istər internetdən olsun, istər internetdən kənar olsun; Əgər uğur qazanmaq istəyirsinizsə, insanların faydalana biləcəyi bir dəyər yaratmalısınız. Məsələn, başlanğıcda minimum gəlir üçün maksimum səy göstərməlisiniz. Çünki internetdə müəyyən bir kütlə və varlıq qazanmaq üçün müəyyən bir zaman tələb olunur. Bu zaman da səylərinizlə birbaşa mütənasibdir.

Uğurlu insanlar müvəffəqiyyət qazanırlar, çünki onlar qiymətli xidmət və məhsul təqdim edə bilirlər. Bu insanlar hər bir detalını incə düşünürlər və dərhal pul qazanmağı düşünmürlər. Müvəffəqiyyətin sonunda qazancı özü ilə gətirdiyini bilirlər.
Birincisi, bir neçə şeyi etmək lazımdır:

-Xitab etdiyiniz kütləni və nə edəcəyinizi təyin edin. Güclü olduğunuz istiqamətləri müəyyənləşdirin. İstədiyiniz işdə təcrübə səviyyəsinə sahib olmaya bilərsiniz, ancaq bu mövzuda öyrənməyə hazır olmalısınız.
-Bir blog açın.
Blogunuz sizin internet dünyasındakı evinizdir. Bu səbəbdən blog yerləşdirməyə diqqət ayırın və bir WordPress və ya blogspot uzantısı əvəzinə şəxsi adla bir blog açın.
-Keyfiyyətli məzmun yaradın. Keyfiyyətli məzmun orijinallıq deməkdir. Orijinal olduğunuz müddətdə və insanlara yeni şeylər söylədiyiniz / öyrətdiyiniz zaman özünə xas,unikal bir kütləyə sahib ola bilərsiniz. İnternetdə izləyici kütləsi olmadan pul qazanmaq da mümkün deyil.
-E-poçt siyahısı yaradın. İnternetdən pul qazanmanın ən yaxşı yollarından biri, bir mövzuya marağı olabiləcək kəslərlə əlaqə yaratmaq və onlara e-mail atmaqdır. Bir çox insanlar e-poçt marketinginin ölü olduğunu iddia etsələr də, bu sahədə hələ də böyük potensial var.
-Mövqeyinizi qoruyun. Pul qazanmaq üçün şəxsiyyətinizi və nüfuzunuzu ələ verməyin. Adınız İnternetdə ləkələndikdən sonra onu düzəltmək asan deyil. Çünki Google heç vaxt unutmur. Bundan əlavə, blogunuza minlərlə ziyarətçi almazdan əvvəl çox reklam etməyiniz faydalı deyil.

1. E-kitab yazın və satın.

Yazma bacarığınız varsa, e-kitab yazmağı düşünə bilərsiniz. E-kitab bazarının böyük bir sahəsi var. Burada rəqabət edə bilməniz üçün məsələn texniki bir mövzuda kitab yaza bilərsiniz. Siz yatarkən belə pul qazana biləcəyiniz bu üsulda, kitabı yazarkən çox çox efor sərf etməyiniz lazım ola bilər. Kitab yazdıqdan və dərc edildikdən sonra bir şey etmədən mənfəət əldə etməyə başlayırsınız. Ancaq uzun müddətdə kitabın satılması üçün məzmununuzun keyfiyyətli və faydalı olması lazımdır.

E-kitabınızı Amazon Kindle və ya Apple iTunes Connect proqramları ilə sata bilərsiniz. Buradakı e-kitabları satmaq da çox asandır. Üzvlük haqqı çox azdır. E-kitab işindən pul qazanmaq üçün maliyyə sərmayəsindən daha çox yaxşı kitab yaza bilmək üçün mədəni sərmayənizin yüksək olması lazımdır. Ancaq hər kəsin çox yaxşı bildiyi bir mövzu var. Siz də ixtisasızıla əlaqədar texniki bir əsər yazmağa başlaya bilərsiniz.

2. Audio kitab satın.

Audio kitablar son vaxtlar populyarlıq qazanmışdır, lakin e-kitablardan daha az tanınmışdır.

İnsanlar texniki mövzular oxumaq yerinə qulaq asmaq və ya izləmək istəyirlər. Əvvəlcə e-kitab yaza bilərsiniz və sonra Audible nin ACX platforması sayəsində bu kitabı audio kitab edə bilərsiniz. Burada kitablarınızı səsləndirmək istəyən kəslərlə ortaqlıq qura bilərsiniz məsələn.

3. Proqram yazın.

Bəli, tətbiqi kodlaşdırma texniki bilik tələb edir. Proqram təminatı ilə əlaqəli deyilsinizsə, bu seçim sizin üçün çox əhəmiyyətli ola bilməz. Ancaq tətbiq yazıb satmaq son dərəcə yaxşı bir passiv qazanc mənbəyidir. Böyük bir proqram inkişaf etdirərək böyükmiqdarda kütləyə sahib ola bilərsiniz.
Əgər kod yazmağı bilmirsinizsə, bu mövzuda edə biləcəyiniz bir şey daha var: Başqa birinə pul verib tətbiq yazdırmaq. Ancaq əvvəlcə insanlar tərəfindən qəbul olunacaq bir fikir tapmaq lazımdır. Lazım olan bazar analizini edib,trendləri yaxşı oxusanız siz də məşhur bir tətbiq sahibi olub pul qazana bilərsiniz.

4. Upwork, 99Designs kimi saytlara də üzv ola bilərsiniz.

Günəş altındakı hər cür iş üçün Upwork və 99Designs adlı saytlara üzv ola bilərsiniz. Yəni peşəniz nə olursa olsun, bu saytlar vasitəsilə edə biləcəyiniz bir çox iş tapa bilərsiniz. 99Designs yalnız qrafik dizayna aid olsa belə Upwork bütün peşə qruplarına açıqdır.
Ancaq hər yerdə olduğu kimi burada da başlanğıc çətindir. Müsbət rəylər əldə etməzdən əvvəl burada işləməyə qadir olmaq rəqabət mühitində çox çətindir. Ancaq sizin etməli olduğunuz şey ətrafınızdakı ən müvəffəqiyyətli insanların profilini araşdırmaq və onların etdiyini özünüzə uyğunlaşdırmaq olmalıdır.

İnternetdən pul qazanmanın ən yorucu yollarından biri blog yazmaqdır. Möhkəm bir blog kütləsi olan bir blog yaratmaq çətindir. Bu, intensiv iş və vaxt tələb edir. Ancaq müəyyən bir eşiyi aşdıqdan sonra daha asan irəliləmə qət edilə bilər.

Yaxşı bir izləyici kütləsi olan bir blog ayda kifayət qədər pul qazandıra bilər. Ancaq bu kütləni əldə etmək, qorumaq və keyfiyyətli məzmun yaratmaq bilindiyi qədər asan deyil. Hər vəziyyətdə sınamağa dəyər bir sahədir. Məsələn, indi başlaya bilərsiniz. Blogunuza izləyici toplaqdıqdan sonra, Google Adsense vasitəsilə reklamdan gəlir əldə edə bilərsiniz.

6. Elektron poçt marketinginə diqqət yetirin.

E-poçt marketingi internetlə əlaqəli biznesin əsas hissələrindən biridir və çox sərfəlidir. Lakin, e-poçt marketingini başa düşmək vacibdir. Bir şey satmağa çalışmazdan əvvəl insanların e-mail siyahınıza üzv olduqlarından əmin olmalısınız. Yəni təsadüfi e-mail atmaq heç bir işə yaramaz. Doğru şəxslərə doğru zamanda məlumat göndərmək əsas məsələdir. Bu səbəblə əlaqədə olacağınız insanların, satışa çıxarmağa çalışdığınız məhsula maraqları olduğundan əmin olmağınız lazımdır.

7. Stock fotoşəkil satın.

Əgər fotoqrafiya ilə maraqlanırsınızsa stock fotoşəkil sata bilərsiniz. Shutterstock, iStockPhoto kimi böyük stock fotoqrafiya saytlarına üzv olub bu saytların fotoşəkil qəbul etmə şərtlərini yaxşı analiz etsəniz yüklədiyiniz fotoşəkillərin qəbul edilmə nisbəti yüksək olar. Ancaq yaxşı fotoşəkil çəkmək üçün yaradıcılığa ehtiyacınız olacağıdır.

Bu sahədə rəqabət çox böyük olduğu üçün başlanğıcda çətinlik çəkə bilərsiniz, ancaq çox satılan fotoşəkilləri araşdıraraq onlardan çox şey öyrənə bilərsiniz. Stok fotoqrafiya passiv gəlirin çox yaxşı bir mənbəyidir. Bir dəfə yüklədiyiniz fotoşəkildən illər boyu gəlir əldə edə bilərsiniz. Youtube üzərindən stock fotoqrafiya, məhsul fotoqrafiya, yemək fotoqrafiya kimi mövzularda son dərəcə faydalı yüzlərlə video tapa bilərsiniz.

8. Youtube kanalı açın.

Youtube kanalı açmaq son illərin ən moda online pul qazanma yollarından biri. Ancaq bunun uzun müddətli bir iş olduğunu vurğulamalıyıq. Bir gecədə minlərlə manat qazanma xəyalınız varsa başqa bir alternativə yönəlmək faydanıza olar. Bununla birlikdə, kanalınızın konsepsiyasına və video yüklənməyinizə bağlı olaraq, biznesinizdən pul qazana bilərsiniz.
Beləliklə, Youtube-da, müəyyən bir konsepsiya tapmaq və bu konsepsiyaya riayət edərək məzmun yaratmağınız lazımdır.Oyun videosu ola bilər, riyaziyyat suallarını həll etmə videoları ola bilər, fotoşəkil təqdim edilə bilər, resept ola bilər; ağılınıza gələ biləcək hər şey ola bilər. Əhəmiyyətli olan videolarınızın keyfiyyətli və faydalı məzmuna sahib olmasıdır. Keyfiyyətli məzmun sayəsində, böyümə sürətiniz müəyyən bir müddətdən sonra artacaqdır.

9. Udemy kimi saytlardan dərs videolarınızı satın.

Dərs videosunu satmaq üçün ideal platform indi Udemy-dir. Xüsusilə texniki təhsil dərsləri üçün son dərəcə uyğun olan Udemy-de hər hansı bir mövzuda dərs videoları hazırlayıb sata bilərsiniz. Hərçənd böyük bir rəqabət mühiti olsa da Udemy sayəsində məzmununuzun keyfiyyətinə bağlı olaraq gözəl bir passiv qazanc mənbəyi əldə edə bilərsiniz.

10. Virtual dərs verin.

İnsanlara internet üzərindən xüsusi dərs vermək istəyirsiniz? Məsələn qarşınızdakı adama Skype üzərindən birə-bir dərs verə bilərsiniz. Xüsusi dərs vermək və ya almaq üçün mütləq eyni masada oturmaq lazım deyil . Xüsusilə virtual dərs, dil tədrisi baxımından çox məhsuldar bir sahədir.

Əlbəttə bu yalnız sözlərlə məhdudlaşmır. Bir çox xüsusi dərs saytı üzərindən öz sahənizlə əlaqədar dərs almaq istəyən kəslərlə əlaqəyə qura bilərsiniz.

11. İnternet saytları üçün məzmun yaradın.

Nəhayət, internet saytları üçün yazılar yaza bilərsiniz. Peşə biliyiniz və bildiyiniz dillər çərçivəsində internet saytları üçün məzmun yarada bilərsiniz. Ayrıca mətn yazıçılığı, e-mail hazırlama, məhsul məzmunu kimi şeylərə də baxa bilərsiniz. Bacarıqlarınız və işinizi yaxşı etdiyiniz zaman bu işdən pul qazana bilərsiniz, amma gözləntilərinizi aşağı tutmağa diqqət edin.

İnternetdən pul qazanmaq

Salam. İnternetdən necə pul qazana bilərəm? Link qısaldaraq 20 dollar qazana bilmişəm amma çox uzun çəkir o. Başqa yolu var?

Sualı verdi: KamilN ( 24/12/2019 )
Kateqoriya: Sual . other, pul. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

amazon şirkətinin keçirtdiyi missiyalar və kodlama nümunələrinə baxın. oradan bəlkə nəsə çıxdı.yoxlamağa dəyər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

gul56 cavab verdi – Vöen və bank hesabı (2 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (2 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (5 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (5 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (13 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (24 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (27 gün əvvəl)

E. Hacı cavab verdi – Pdo mysql bağlanısı olmur (38 gün əvvəl)

Comments are closed, but trackbacks and pingbacks are open.