Press "Enter" to skip to content

Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun qəbul ediləcək

Mixed model (Japan) – both banks and non-banking organizations act as intermediaries.

İnvestisiya nədir və onun mahiyyəti

İnvestisiya müasir iqtisadiyyatın ayrılmaz hissəsi olaraq qəbul edilir. Iqtisаdi cəhətdən inкişаf еtmiş ölkələrdə ÜDM-dа investisiya qоyuluşlаrının хüsusi çəкisi 50%- dən 45%-ə qədər tərəddüd еdir. Bu baxımdan, hər bir ölкənin iqtisаdi inкişаf səviyyəsi invеstisiyа qоyuluşlаrınа аyrılаn vəsаitlərin хüsusi çəкisi ilə müəyyən оlunur. Invеstisiyа ilə göstərici оlаn ÜDM аrаsındа dа qаrşılıqlı əlаqə mövcuddur. Bеlə кi, iqtisаdi ədəbiyyаtlаrdа tеz-tеz rаst gəlinən investisiya multipikаtоru аnlаyışı, məhz invеstisiyа qоyuluşlаrının аrtımı ilə ÜDM-un аrtımı аrаsındаkı əlаqəni хаrакtеrizə еdir. C.M.Кеyns ə görə multipikаtоr invеstisiyаnın h əcminin dəyişilməsindən аsılıоlаrаq оlаrаq, ÜDM-in dəyişilməsini göstərən əmsаldır. Yəni, Multipikаtоr (M) = ∆ ÜDM/ ∆ Invеstisiyа. Buradan aydın olur ki, invеstisiyа ilə ÜDM аrаsındа mütənаsiblik vаrdır.

Beynəlxalq təcrübədə investisiyanın iki əsas forması fəarqləndirilir : birbaşa və portfel investisiyalar. Bəzən real investisiyalar adlanan birbaşa investisiyalar kapitalın sənaye, ticarət, xidmət və digər sahələrin müəssisələrinə bilavasitə yerləşdirilməsini nəzərdə tutur. Portfel (və ya maliyyə) investisiyaları isə məlum olduğu kimi, səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara investisiyalardır.

İnvestisiya dedikdə gəlir və ya digər faydalı effekt əldə etmək məqsədilə uzunmüddətli kapital qoyuluşları və praktiki fəaliyyətin reallaşdırılması başa düşülür. İnvestisiya anlayışı mənfəət əldə edilməsini (və yaxud sosial məqsədin həyata keçməsini) nəzərdə tutan qoyuluşları əhatə edir. Bu qoyuluşlara sahibkarlıq obyektlərinə və sair sahələrə pul vəsaitləri, səhmlər, qiymətli kağızlar, texnologiyalar, avadanlıqlar, intellektual dəyərlər aid edilir.

Əgər yığımlar iqtisadiyyata mənfi təsir göstərərək, gələcəkdə formalaşa biləcək böhran vəziyyət üçün alət kimi qəbul edilirsə, investisiya onun əksi olaraq stimullaşdıran vasitə kimi dəyərləndirilir.

İnvestisiya fəaliyyəti birbaşa və ya dolayı olaraq həyata keçirilə bilər.

İnvestisiyanın əsasən aşağıdakı 3 növlərini fərqləndirirlər :

1.Real – Birbaşa olaraq müxtəlif formada real kapital alışı başa düşülür. Məsələn, əsas fondların təmiri, qeyri maddi aktivlərə qoyuluşlar, maddi aktiv alışı

2.Maliyyə – dolayı yolla kapitalın maliyyə aktivi vasitəsilə alışı. Məsələn, səhm, istiqraz, opsion və s. qiymətli kağızlar alqısı ilə bağlıdır.

Maliyyə vasitəçilərin xarakterindən (bank və ya qeyri- bank xarakteri) asılı olaraq qiymətli kağızlar bazarlarının 3 modeli mövcuddur:

Qeyri-bank modeli (ABŞ) – vasitəçilər rolunda qiymətli kağızlar üzrə qeyri – bank təşkilatlar çıxış edirlər; Bank modeli (Almaniya) – vasitəçilər rolunda banklar çıxış edir;

Qarışıq model (Yaponiya) – vasitəçilər rolunda həm banklar, həm də qeyri – bank təşkilatları çıxış edirlər.

3.Spekulyativ – Aktivlərin sırf mümkün qiymət dəyişikliyinə görə əldə edilməsi. Məsələn, valyuta, qiymətli metal, qiymətli kağız alışları

Müddət baxımından investisiya : Qısamüddətli ( 1 ilədək), ortamüddətli ( 1-3 ilədək), uzunmüddətli (3 ildən çox)

Mülkiyyət baxımından investisiya resurslarının forması :

Təcrübədə investisiyanın cəlb edilməsi məqsədilə ölkələrdə xüsusi iqtisadi zonalar yaradılır.

İnvestorlar investisiya fəaliyyəti zamanı 2 əsas amili nəzərə alırlar : Gəlir və Risk.

Birbaşa olaraq, yüksək riskə sahib olan investisiya qoyuluşları yüksək gəlir gətirmək qabiliyyətinə malikdir. Bunun əksi də doğrudur. Bunu nəzərə alaraq, investorlar bu və ya digər yolları seçirlər.

İnvestisiya qoyuluşları zamanı meydana gələcək risklər aşağıdakı 7 mənbədən formalaşır :

Qanunvericilik, Siyası hakimiyyət, sosial vəziyyət, iqtisadi vəziyyət, maliyyə fəaliyyəti, ictimai təhlükəsizlik, ekoloji durum.

IN ENGLISH

Investment is perceived as an integral part of the modern economy. In economically developed countries, the share of investment in GDP ranges from 50% to 45%. From this point of view, the level of economic development of each country is determined by the special weight of funds allocated for investment. There is also an interaction between investment and the GDP indicator. Thus, the concept of investment multiplier, often found in the economic literature, characterizes the relationship between investment growth and GDP growth. K. M. according to Keynes, the multiplier is a coefficient that shows the change in GDP depending on the change In the x-farm of investment. That is, the multiplier (m) = ∆ GDP/ ∆ investment. This makes it clear that there is a proportionality between investment and GDP.

In international practice, there are two main forms of investment: direct and portfolio investment. Direct investment, sometimes referred to as real investment, involves placing capital directly in industry, trade, services, and other industries. Portfolio (or financial) investments are, as you know, investments in stocks, bonds, and other securities.

Investment refers to long-term capital investments and the implementation of practical activities for the purpose of generating income or other beneficial effects. The concept of investment includes investments that involve making a profit (or realizing a social goal). Such investments include cash, shares, securities, technologies, equipment, intellectual property of business entities and other areas.

If savings are perceived as a tool for a negative impact on the economy, a crisis situation that may develop in the future, investment is regarded as a tool that encourages its reverse.

Investment activities can be carried out directly or indirectly.

Basically, they distinguish the following types of investments 3 :

1. real means the purchase of real capital in various forms. For example, repair of fixed assets, investment in intangible assets, purchase of tangible assets

2. Financial-indirect acquisition of capital through a financial asset. For example, stocks, bonds, options, and so on.this is related to the perception of securities.

Depending on the nature of financial intermediaries (banking or non-banking), there are 3 models of securities markets:

Non-Bank model (USA) – intermediaries are non-Bank securities organizations; banking model (Germany) – intermediaries are banks;

Mixed model (Japan) – both banks and non-banking organizations act as intermediaries.

3. Speculative-acquisition of assets solely at the expense of possible price changes. For example, the purchase of foreign currency, precious metals, securities

Investments in terms of terms: short-term ( up to 1 year), medium-term ( up to 1-3 years), long-term (more than 3 years)

Form of investment resources in terms of ownership :

In order to attract investment, special economic zones are being created in practice in countries.

During investment activity, investors take into account 2 main factors: income and risk.

High-risk direct investments have the ability to generate high returns. And vice versa. With this in mind, investors choose one way or another.

Risks arising from investing are formed from the following 7 sources :

Legislation, government, social situation, economic situation, financial activity, public safety, environmental situation.

Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun qəbul ediləcək

Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun qəbul ediləcək Prezident investisiya fəaliyyətinin təşviq edilməsi, xarici investorların hüquqlarının qorunmasına dair bir sıra tədbirlər haqqında sərəncam imzalayıb

18 Yanvar , 2018 18:39

https://static.report.az/photo/a806515f-f281-4eff-bb3d-517871b45f3c.jpg

Bakı. 18 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. “Report”un məlumatına görə, sərəncamda bildirilir ki, ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən, investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. İqtisadiyyata qoyulan investisiyanın həcminin artırılması məqsədilə bu sahədə islahatlar genişləndirilməli, xüsusilə özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühiti, həmçinin investisiyaların qorunması sahəsində qanunvericilik daha da təkmilləşdirilməlidir. Aparılmış təhlillər onu göstərir ki, xarici investorlar tərəfdaşlıq zəminində ölkədə əlverişli investisiya qorunma sisteminin mövcudluğuna xüsusi diqqət ayırırlar. Bu baxımdan investisiya imkanlarının genişlənməsinə imkan verən çərçivənin qurulması mühüm əhəmiyyət kəsb edir. 2025-ci ilədək qarşıya qoyulmuş məqsədlərdən biri də məhz xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitinin təmin edilməsidir. Bu sahədə aparılacaq islahatlar iqtisadiyyatda özəl investisiyaların payının artmasına təkan vermiş olacaq. Qeyd olunanları nəzərə alaraq, əlverişli investisiya mühitinin formalaşdırılması məqsədilə, ölkə konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərarı alınıb ki, Nazirlər Kabineti “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunlar əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni “İnvestisiya fəaliyyəti haqqında” qanunun layihəsini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etsin. Layihəyə əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, xüsusilə aşağıdakı məsələlər tənzimlənəcək: – investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri; – investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu; – investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası; – mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla); – investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası. Qanun layihəsi prezidentə təqdim olunarkən, ona əlavə olunacaq normativ hüquqi aktın zərurətinin əsaslandırılmasında və məcburi hüquqi ekspertiza rəyində “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununun 48.3.4-cü maddəsinə və həmin Konstitusiya Qanununa əlavə edilmiş məcburi hüquqi ekspertiza rəyinin strukturuna uyğun olaraq ləğv edilməli, dəyişikliklər edilməli, habelə layihəsi hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı verilməlidir.

Investisiya fəaliyyəti

Martın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Modern.az xəbər verir ki, Komitənin sədri Tahir Mirkişili iclasın gündəliyi ilə bağlı məlumat verib, 6 məsələnin müzakirəyə çıxarıldığını bildirib.

Gündəliyin təsdiqindən sonra ilk olaraq yeni hazırlanmış “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinə birinci oxunuşda baxılıb.

Komitə sədri bildirib ki, təqdim olunan sənəd cənab Prezident İlham Əliyevin “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların əsasında yeni “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin yaradılması barədə göstərişinə uyğun hazırlanıb.

İnvestisiyaların iqtisadiyyatda mühüm rol oynadığı deyən komitə sədri regionda investisiya cəlbediciliyi ilə seçilən ölkə kimi Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalarla bağlı göstəriciləri açıqlayıb. O, keçən dövr ərzində Azərbaycan iqtisadiyyatının struktur və məzmunca xeyli dəyişdiyini, yeni çağırışlar fonunda yeni tənzimləmələrin aktuallaşdığını qeyd edib. Bu cəhətdən müzakirəyə təqdim olunan layihənin əhəmiyyətini vurğulayıb, ümumi çərçivə xarakteri daşıdığını bildirib və sənədi iqtisadiyyatın strukturunun, biznes mühitinin təkmilləşməsi, investisiya cəlbediciliyinin artırılması baxımından irəliyə doğru atılmış mühüm bir addım kimi xarakterizə edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qanun layihəsi ilə bağlı çıxışında bildirib ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daima yaxşılaşdırılmasıdır. Bu istiqamətdə yeni hazırlanmış “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin yerli və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayan nazir müavini sənədin Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə uyğun olmasından danışıb.

O, investisiya ilə bağlı hazırki qanunvericiliyin təhlilinin nəticələri, yeni qanunun qəbulunun aktuallığı ilə bağlı arqumentləri açıqlayıb, yeni qanun layihəsində investisiya mühitinin yaxşılaşdırılması, cəlbediciliyinin artırılması və investisiyaların qorunması ilə bağlı təsbit olunan alətlər barədə məlumat verib, təklif olunan üstünlükləri şərh edib.

Qanun layihəsinin müzakirələrində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, komitənin üzvləri Məşhur Məmmədov, Vahid Əhmədov, Ziyad Səmədzadə, Elnur Allahverdiyev, Mahir Abbaszadə, İqbal Məmmədov, Rüfət Quliyev, Məzahir Əfəndiyev, Vüqar Bayramov və Aydın Hüseynov çıxış ediblər, qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, sənədin işlək mexanizminin vacibliyinə toxunublar. Deputatlar investisiyaların və mülkiyyətin qorunmasının, investisiya cəlbediciliyi ilə paralel azad rəqabət şəraitinin yaradılmasının vacibliyi, elmtutumlu və əməktutumlu sərmayələrin əhəmiyyəti kimi məsələləri qaldırıblar, sənəddə istifadə olunan anlayışlar, təsbit edilən müddəalarla bağlı qeydlərini və suallarını səsləndiriblər.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev deputatların qeydlərinə və qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.

İclasda “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunduqdan sonra deputatlar ikinci oxunuşda olan qanun layihələrinin müzakirəsinə keçiblər.

Gündəliyin ikinci məsələsini təqdim edən komitə sədri Tahir Mirkişili bildirib ki, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) “Media haqqında” qanunda təsbit olunmuş audiovizual media subyektlərinin yeni təsnifatının rüsumlarının müəyyən edilməsi ilə bağlı hazırlanıb. Vurğulayıb ki, sənəddə ümumrespublika televiziya yayımı üçün nəzərdə tutulan rüsumun məbləği 10 dəfə azaldılıb.

Gündəliyin 3-cü məsələ olan “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) də “Media haqqında” qanunda təsbit edilmiş audiovizual media fəaliyyəti subyektlərinin təsnifatına uyğunlaşdırma məqsədilə hazırlandığı bildirilib.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edərkən komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, dəyişiklik dövlət əmlakının özəlləşdirilməsi zamanı özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən daxil olan vəsaitlərin istifadə məqsədlərinin daha da genişləndirilməsi ilə bağlıdır.

İkinci oxunuşda olan “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində isə bildirilib ki, sənəd Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması ilə əlaqədar qanunvericilikdə termin dəyişikliyi ilə bağlı hazırlanıb.

Müzakirələrdən sonra deputatlar bu qanun layihələrini də yekdilliklə ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

Sonda komitə “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanun layihəsini nəzərdən keçirib. Qanun layihəsinə əsasən, Gürcüstanla 1997-ci il 15 aprel tarixli 268-IQ nömrəli Qanunla təsdiq edilmiş müvafiq sahədə əməkdaşlıqla bağlı saziş ləğv olunur, 2021-ci il sentyabrın 29-da bağlanmış yeni əməkdaşlıq sazişi isə təsdiq edilir.

Deputatlar nəzərdən keçirdikləri bu son sənədi də Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda deputat Ağalar Vəliyev, İqtisadiyyat Nazirliyinin Dövlət investisiyaları şöbəsinin müdir müavini Eynulla Lazımov, Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini Anar Həsənli və Hökümətlərarası komissiyalar və ikitərəfli sənədlərdə iş sektorunun müdiri Gültəkin Mirzəyeva, Milli Məclis Aparatının müvafiq şöbələrinin əməkdaşları iştirak ediblər.

Comments are closed, but trackbacks and pingbacks are open.