Azərbaycanda dövlət qurumlarının ixtisarı gözlənilir? – EKSPERTLƏR
Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin SELEN Elmi-İstehsalat Birliyinin ləğv edilməsi isə onu göstərir ki, artıq bu sahədə işlər görülür.
neft bitdikdən sonra azərbaycanın vəziyyəti
-
1. azərbaycanda yaşayan hər kəsi maraqlandırmayan vəziyyətdir. iqtisadi təşəbbüslərə yardım ictimai birliyi maraqlanmayanların yerinə bu sualı cavablama təşəbbüsü ilə çıxış edərək 2 dəqiqə 57 saniyəlik belə bir qısa sosial çarx ortaya çıxartmışdır. çarxı hərəkətə gətirən isə abş`ın gəlirlərə nəzarət institutudur. qısa sözünü ona görə qaraltdım ki, yazarlar girib baxsın, bəlkə beləcə neft bitdikdən sonra günləri neft kimi qaralmadı. “neft olanda guya bir xeyrin görürdük ki?!” deyənlər xüsusən baxsınlar, sonra belə çeynənmiş söhbətlərlə mazgimizi zad eləməsinlər .
2. təxminən azərbaycanın illik gəliri 20 milyarda yaxın xərcləri isə elə o qədər hətta bir neçə yüz min çox olduğundan və bu illik gəlirin təxminən 15milyard olduğundan yaranacaq xaos somalidən də pis vəziyyətə sala bilər azərbaycanı..təbii ki qeyri-neft sektorları azərbaycanda çox zəif inkişaf etdiyindən onlar da vəziyyətdən çıxarda bilməz..amma o da var ki azərbaycanın neftinin qurtarmağı hələ mümkün deyil..hətta bu qədər acgözlüklə istifadə olunsa bilə ən azı 100 illik sərvət var ona görə çox beynimizi yormağa da dəyməz
3. hərhalda geriyə qalan neft buruqlarini sivazlamaq olacaq. bakida cox şey dəyişməz çox güman ki kapitali özundə topladigi üçün. digər şəhərlər hər halda yer uzu cəhənnəmi olacaq. pis vəziyyətləri daha da agirlaşacaq.
5. gәlәcәk nәsil tәrәfindәn “uşaq vaxtı neft buruqlarını söküb, satıb sonyә getmək” kimi başlıqlar açılmasına sәbәb olacaqdır.
6. zənnimcə o qədər də,bədbinliyə qapılmağımıza səbəb olmamalı vəziyyətdir.çünki turizm inkişafdadır.mən bunu tam neytral biri olaraq deyirəm.nefti olan və onun tükənmə qorxusu olan ölkə tək biz deyilik.səudiyyə ərəbistanı,qətər,küveyt,venesuela kimi ölkələr də bununla bağlı düşünürlər.belə ölkələr sırf turizm kimi sektorları dirçəltməkçün hər yerdə reklam aparırlar.misal üçün azərbaycanın atletiko formasında adının keçməsi,euronews tele kanalında daim reklam çarxları yerləşdirməsi (venesuela da euronews da reklam yerləşdirir həmçinin.)bular hamısı eyni məqsədi güdür.
işi-gücü azərbaycanı pisləmək olanlar bilsin ki,biz doğurdan da füsnkar təbiətə sahibik.qəbələ ismayıllı,toğana,qəçrəş,nabran,lerik kimi yerlərimiz var.amma hələ ki çox bahadı.lerikdə məsələn bir gecəlik koteclər 70 azn dən ucuz deyil.amma nefti tükənən bir ölkədə turizmçün hər şeyi eliyəcəklər və buna qiymətləri salmağdan başdıyacağlar əmin olun.
narahat olmuyun.kimdiyee acınnan ölən?hərə bir cür çəmin tapır daa.
7. bitdikdən sonra bir neçə il ərzində iqtisadi böhran olsa da sonrakı dövrlərdə real bazar qaydalarına uyğun, azad rəqabətə söykənən iqtisadi sistem yaranacağı dəqiqdir. neftin insanları tənbəlləşdirməsi potensial gəlir sahələrinə yatırılacaq investisyanı obyekt tikib icarəyə vermək kimi kapital qoyuluşu çox gəliri az sahələr yönəldir. təbii ki manapoliyaların olduğu ölkələrdə sənaye, kənd təsərrüfatı, turizm və digər əsas sahələrin də inhisara alınması, gömrük xidmətindəki neqativ hallara görə idxal və ixrac əməliyyatlarının çətinliyi insanları xırda alverə və potensial vəd etməyən adıçəkilən sahələrə kapital qoymağa vadar edir. ancaq neftin bitməsi halında təbii və mərhələli bir proses olan sistem dəyişikliyi real bazar iqtisadiyyatına söykənən bir sistemin yaranmasına səbəb olacaq.
8. cia raportuna əsasən 2020-ci ilə qədər azərbaycan-ın neftlə bağlı bir problemi olmayacaqdır. digər bir ifadə ilə 2020-ci ilə qədər neft idxal etməyəcəyik. lakin bu, gəlirlərimizin 0(sıfır) olacağı mənasını daşımır. artıq azərbaycan neft ölkəsi deyil, qaz ölkəsi olaraq özünü tanıtmaqdadır ki, bu da minimum 2030-cu ilə qədər çəkəcəkdir. keçən həftə g-7 zirvəsinin yekununda da vurğulandığı kimi, fossil yanacaqlar artıq bazardan çıxarılır və dünyanın ən önəmli neft istehlakçıları günəş enerjisi vəya digər yenilənə bilən enerjiyə sürətlə keçməkdədirlər.buna bağlı olaraq artıq illərdir ki bütün avtomobil istehsalçıları yeni qurduqları mərkəzlərdə sadəcə günəş enerjisi vəya elektrik enerjisi ilə çalışan avtomobil istehsal etməyə başlamışlar. bunun da əlbəttə bizim üçün önəmi odur ki, o illərdə neftiniz olsa bele, satacaq ölkə tapa bilməyəcəksiniz. bu səbəblə neftin bitməsini çox dərd etməyin. əlavə olaraq deyim ki, neft və qazın toplamda %15-i avtomobil, %18-u isə elektrik istehsalı üçün istifadə edilməkdədir. lakin bunu deyə bilərsiniz ki, madəm eledir niyə yanacaq doldurma məntəqələrinə o qədər investisiya qoyuruq və bunun bir uğurmuş kimi xəbərini yayırıq. bu sualın cavabı yoxdur. daha doğrusu məntiqli bir açıqlaması yoxdur.
9. indiki vəziyyətdir.guya neftin faydasını görən var? ölkənin bir qismi paltar satır bir qismi pomidor xiyar bir qismi aptek açıb bir qismi də gürcüstandan maşın gətirir.narahat olmayın neft bitsə də hissetməyəcəksiniz
Azərbaycanda dövlət qurumlarının ixtisarı gözlənilir? – EKSPERTLƏR
Azərbaycan prezidenti İlham Əliyev ötən ilin sonunda növbəti il, yəni 2016-ci il üçün ciddi islahatlar anonsunu vermişdi.
“Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik”, – deyə Azərbaycan prezidenti qeyd etmişdi.
Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin SELEN Elmi-İstehsalat Birliyinin ləğv edilməsi isə onu göstərir ki, artıq bu sahədə işlər görülür.
2016-cı il üçün bu proses davamlı ola bilərmi?
Oxu.Az bu sual ətrafında yerli ekspertlərin fikirlərini öyrənib.
Milli Məclisin deputatı Vahid Əhmədov Oxu.Az-a bildirib ki, bu məsələ ilə bağlı artıq təkliflər Hökumətə verilib:
“Düşünürəm dövlət strukturlarında təkmilləşdirmə aparılmalıdır. Müəyyən qurumlar birləşdirilməlidir. Bazar iqtisadiyyatına, hazırda hökm sürən iqtisadi vəziyyətə uyğun Hökumət yaradılmalıdır ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yarana biləcək mənfi halları aradan qaldırmaq mümkün olsun.
Ona görə də, belə lazımsız qurumların ləğvi labüddür və mübsət haldır. Məsələ ilə əlaqədar isə artıq təkliflər səsləndirilib, çox güman ki, dövlət və hökumət o təklifləri qiymətləndirəcək”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd edib ki, neftin qiyməti enməyə başladığı dövrdən Azərbaycanda dövlət qurumlarının ləğvinin deyil, əlavə agentliklərin yarandığının şahidi oluruq:
“Neftin qiymətləri 2014-cü ildən iyunundan enməyə başladı. Rusiya, Qazaxıstan və s ölkələr bu addımı atdı. Amma Azərbaycanda isə biz bunun əksinin şahidi olduq. Əlavə agentliklər yaradıldı. Düşünürəm hökumət ciddi struktur islahatları aparmaqla effektivliyə nail ola bilər”.
O, həmçinin təklif edib ki, “ASAN xidmət”lə paralel olaraq eyni funksiyaları icra edən qurumlara dövlət büdcəsindən ödənişlər ixtisar edilməlidir:
“Azərbaycanda “ASAN xidmət” modeli özünü doğrulda bilib. Düşünürəm bu istiqamətdə addım atıla bilər”.
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz isə, məsələyə fərqli yanaşaraq qeyd edib ki, Azərbaycanda “Elektron hökumət quruculuğu” artıq bəzi sahələrdə ixtisarlara getməyi labüd edirdi:
“Böhran həmişə tələb edir ki, idarəetmədə xərclər azaldılsın. Düşünürəm paralel funksiyaları icra edən qurumlar ləğv edilə bilər. Qeyd edim ki, son dövlər bu məsələ istər mediya da, istərsə də cəmiyyət arasında müzakirə edilir. Eyni zamanda, Azərbaycan prezidenti də bu yaxınlarda dövlət idarəetməsində yeni formatın olacağı açıqlamasını vermişdi. Çox güman ki, Azərbaycan prezidenti dövlət aparatlarının, bəzi qurumların fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur.
Bundan başqa, son dövlər Elektron Hökumət quruculuğu da bu məsələni diqtə və tələb edirdi. Bu gün 400-ə qədər xidmət elektron həyata keçirilir. Yəni bu xidməti 20-30 nəfər təklif edirdisə, artıq o elektron formadadır. Ona görə də, düşünürəm ki, sırf bu prizmadan yanaşsaq, dövlət aparatlarında müyəyyən xərclərin azaldılması istiqamətində addımların atılmasına ehtiyac var”.
O.Gündüz bildirib ki, bu gün İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sektoruna dövlət büdcəsindən ayrılan xərclər azaldılıb. Bunun əksinə isə büdcədən bu sahəyə investisyanı artırmaqla hökumətin daha effektiv idarə edilməsinə kömək etmək olar:
“ Dövlət qurumlarının daha çevik və effektiv idarəedilməsinə nail olan sahələrdən biri də İKT-dir. Hökumət İKT ə ayrılan xərcləri artırmalıdır ki, bütövlükdə əhəmiyyətsiz xərcləri azalda bilsin”.
O, bu işdə bulud texnologiyalarının tətbiqinin fayda verəcəyini bildirib:
“Dövlətin istifadə etdiyi bütün proqram təminatları bu sistemdə birləşir. Yəni qısası, İKT-nin bu aləti imkan verir ki, hər bir dövlət qurumu ayrıca daha mərkəz yaratmasın Bütün infrastriktur sistem bir mərkəzdə cəmləşsin. Dövlət qurumlarının 70-100 ədəd infrastruktur serveri məhz həmin sistemdə cəmləşə bilər. Bu isə böyük xərcləri azaldılmasına kömək edən məsələlərdən biridir”.
investisiya xəbərləri
McDonalds gəlirinə görə dünyanın ən böyük restoran şəbəkəsidir və 2016-cı ilə qədər 100-dən çox ölkədə təxminən 36.900 satış nöqtəsində gündəlik 69 milyondan çox müştəriyə xidmət göstərir. Satış nöqtələrinin hər biri əvvəllə
İnvestisiyanın necə cəlb etmək olar?
İnvestor tapmaq biznesə başlamaq və onu idarə etmək üçün ən böyük problemlərdən biridir. Çünki bəzi yaxşı bizneslər investor olmadığı üçün yaradıla bilmir və nəticədə ideyalar batır. İnvestor axtarışlarınızın yaxşı nəticələnməs
Azərbaycan 100 min manatlıq investisiya qarşılığında müvəqqəti yaşamaq üçün – İCAZƏ VERƏCƏK
Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 100 min manat dəyərində dövlət qiymətli kağızlarına sahib olduqda müvəqqəti yaşamaq üçün icazə veriləcək. “Banklar haqqında” Qanuna əcnəbi əmanətçilərlə bağl
Azərbaycan İnvestisiya Şirkəti İsrailin startapına – 1 Mln. Dollar İnvestisiya Yatırıb
İsrailin “OurCrowd” şirkəti ilə əməkdaşlıq çərçivəsində İqtisadiyyat Nazirliyinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC fəaliyyəti dövründə ilk dəfə texnoloji startap layihəsinə 1 milyon ABŞ dolları dəyərind
“AGA Group”un “Ferrum Kapital”ına yeni rəhbər – TƏYİN EDİLİB
Azərbaycanda fəaliyətdə olan iri şirkətlər qrupu “AGA Group”nun faktorinq biznesinə yeni rəhbər təyin edilib. “Kontakt Home”da rəhbər vəzifəyə – TƏYİNAT OLUB. -a istinadən xəbər verir ki, Faiq Vaqif oğl
“Azərbaycan İnvestisiya Şirkəti” – “Milk-Pro”nun təsisçiliyindən çıxıb
İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) “Milk-Pro” MMC-də ona məxsus təsis payını sataraq layihədə iştirakına xitam verib. “Azərbaycan İnvestisiya Şirkəti”ni
“Azərbaycan İnvestisiya Şirkəti” ötən il 5 layihəyə – 10 MİLYON MANAT PUL QOYUB
2022-ci ildə İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC qida emalı, quşçuluq, alternativ enerji, logistika, əczaçılıq və mədən sahələrində olan 5 layihəyə 10 milyon manat sərmayə yatırıb
“Yeni fərman qeyri-neft sektorunda sahibkarların fəaliyyətini genişləndirəcək”
Prezident İlham Əliyevin “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ” haqqında 2022-ci il 20 dekabr tarixl
İnvestisiya təşviqi sənədi almaq üçün ərazilər və tələb olunan yatırım məbləği məlum olub – FƏRMAN
Prezident İlham Əliyevin investisiya təşviqi sənədinin verilməsi qaydasına dəyişiklik barədə fərman imzalayıb. xatırladır ki, bu qayda İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviq
Bakı və digər ərazilər üçün minimal investisiya məbləği – MÜƏYYƏNLƏŞİB
Bakı və digər ərazilər üçün minimal investisiya məbləği müəyyənləşib. İnvestisiya layihələrinin həcmi ilə bağlı minimal məbləğ müəyyən edilib – FƏRMAN. xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “İnvestisiy
İnvestisiya layihələrinin həcmi ilə bağlı minimal məbləğ müəyyən edilib – FƏRMAN
İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ müəyyənləşib. xəbər verir ki, sənəd Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqləni
“Hətta bomba altında da Ukrayna biznes qurmaq üçün əlverişli variantdır”
Bomba sığınacaqları, enerjinin kəsilməsi, komendant saatı, işçilərin cəbhədə olması və sair. Hazırda Ukraynadakı xarici və yerli şirkətlər belə şəraitdə fəaliyyət göstərirlər. xəbər verir ki, “Ukrayna üçün Qlobal biznes"
Xanım iş adamına məxsus “CPM-İnvest” investisiya şirkəti səhm buraxır – Kapitalını ikiqat artırır
Azərbaycanda yeni lisenziya almasına baxmayaraq ikinci ən böyük dövriyəyə sahib olan “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalı artırılır. -a istinadən xəbər verir ki, investisiya şirkətinin nizamnam
İsveçrə şirkəti azad olunan ərazilərə – İnvestisiya Yatırmaq İstəyir
İsveçrə şirkəti işğaldan azad olunan ərazilərə investisiya yatırmaqda maraqlıdır. Azərbaycan-İsveçrə biznes forumu – KEÇİRİLİB. xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov bildirib. “Holcim"
Azərbaycan və İsveçrənin qarşılıqlı investisiya qoyuluşu – AÇIQLANIB
İndiyə qədər İsveçrə Azərbaycan iqtisadiyyatına 48 milyon ABŞ dolları, Azərbaycan isə İsveçrə iqtisadiyyatına 29 milyon ABŞ dolları investisiya yatırıb. Azərbaycanda 60 İsveçrə şirkəti var. xəbər verir ki, bunu Bakıda keçirilə
Neft Fondunun müşaviri: “Azərbaycana iri investorların gəlməsi üçün təkcə sənaye zonaları yox, bütün ölkədə biznes qaydaları şəffaf və proqnozlaşdırıl
“Azərbaycan kimi kiçik ölkələrə xarici birbaşa investisiyalar öz maliyyə vəsaitlərinə görə deyil, bəlkə də daha çox, gətirəcəyi yüksək texnologiyalara və nou-hau-lara görə böyük əhmiyyət kəsb edir”. xəbər veri
“PSG-Kapital İnvestisiya Şirkəti” təşkilati-hüquqi formasını – DƏYİŞİB
“PSG-Kapital İnvestisiya Şirkəti” QSC təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib. “MFX-Trading İnvestisiya Şirkəti” kapitalını – ARTIRIR. xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanınd
Səfir: “Azərbaycan bu günədək İsveçrəyə 2,6 milyard dollar investisiya qoyub”
Azərbaycan bu günədək İsveçrəyə 2,6 milyard dollar investisiya qoyub. xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Cenevrədə mətbuat konfransında deyib. O qeyd edib ki, İsveçrəy
Azərbaycanlı proqramçı 27 milyon dollar – İNVESTİSİYA ALDI
Azərbaycanlı proqramçı Qərib Mehdiyevin həmtəsisçisi olduğu “WeTravel” startapı 27 milyon dollar investisiya alıb. xəbər verir ki, bu barədə Milli İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat yayıb. O bildiri
Heybət Qədirov “Unikapital”ın rəhbərliyinə – TƏYİNAT ALIB
“Unibank KB” ASC-nin törəmə investisiya şirkətinin Müşahidə Şurasının yeni üzvi seçilib. -a istinadən xəbər verir ki, “Unikapital İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının qərarı ilə Heybət Qədirov Müşahid
İlham Əliyev: “Azərbaycan Qırğızıstanda investisiya layihələrində maraqlıdır”
Azərbaycan Qırğızıstanda investisiya layihələrində maraqlıdır. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilə
“Ölkə üzrə investisiya mühitinin icmalı və fəaliyyət planları” sənədi – MÜZAKİRƏ OLUNUB
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə “Ölkə üzrə investisiya mühitinin icmalı və fəaliyyə
“MFX-Trading İnvestisiya Şirkəti” kapitalını – ARTIRIR
“MFX-Trading İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını 190 min manat və yaxud 25% artırır. xəbər verir ki, şirkət nizamnamə kapitalını 770 min manatdan 960 min manata çatdırır. Qeyd edək ki, kapital artımı üçü
Azərbaycanda I yarımildə dövlət investisiya qoyuluşu – 37 % İCRA EDİLİB
Bu ilin I yarısında Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu üzrə illik proqnozun (2 milyard 789,8 milyon manat) (yenidən baxılma zamanı artırılmış məbləğ nəzərə alınmadan) 1 milyard 029,6 milyon manatı (36,9 %) istifad
investisiya xəbərləri
İnvestisiya xəbərləri , səhm bazarlarında ən son məlumatları oxumaq üçün Biznes.az saytında İnvestisiya xəbərlərini oxuyun. Hansı aksiyaları almaq daha sərfəlidir ? Aksiya bazarlarında olan son dəyişilikləri öyrənmək saytdakı məlumatları oxuyun. İnvest etmək üçün hansı Birjalar istifadə olunur . Unicapital, Azer finans, Freedom Finance, interactive brokers kimi broker şirkətləri istifadə edə bilərsiz.
Biznes Xəbərləri
BIZNES.AZ sayti Biznes xəbərləri, Maliyyə xəbərləri, İnvestisiya , Kriptovalyuta və digər finans xəbərləri təqdim edən biznes saytıdır. Pul qazanmaq yolları haqqında məlumatlar, biznes qurmaq haqda öyrənmək üçün saytda müxtəlif biznes, investisiya , kriptovalyuta xəbərlərini oxumağınız lazımdır. İnvestisiya aksiya səhmlər invest etmək yollarını öyrənin. Kriptovalyuta Bitkoin etherium digər kripto pullar barədə məlumatlar. Neft və valyuta xəbərləri, Banklar haqqında ən son yeniliklər. Banklarda Kredit faizləri , ən sərfəli kredit faizlər hansı banklarda verilir bilmək üçün saytımızda Bank xeberleri bölməsinə baxın. Biznes qurmaq, biznes öyrənmək üçün məlumatların son iqtisadi xəbərlər . İqtisadiyyat xeberleri , Makro və mikro ekonomika xəbərləri Pul axını izləmək üçün gündəlik xəbərləri oxumağınız lazımdır. an: 0
Bizimlə əlaqə
Comments are closed, but trackbacks and pingbacks are open.