Press "Enter" to skip to content

Inzibati xətalar məcəlləsi 2018

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə görə, barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə.

XƏBƏRLƏR Qəbullar 09 mart 2023
15:40
İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib 09 mart 2023, 15:40
XƏBƏRLƏR Qəbullar 09 mart 2023
15:00
İlham Əliyev BMT-nin İİV üzrə Birgə Proqramının icraçı direktorunu qəbul edib 09 mart 2023, 15:00
XƏBƏRLƏR Qəbullar 09 mart 2023
14:25

İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədrini qəbul edib 09 mart 2023, 14:25

XƏBƏRLƏR Tədbirlər 09 mart 2023
10:00
İlham Əliyev X Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib 09 mart 2023, 10:00
XƏBƏRLƏR Qəbullar 08 mart 2023
18:15

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib 08 mart 2023, 18:15

XƏBƏRLƏR Tədbirlər 08 mart 2023
15:25

Azərbaycan və Latviya prezidentlərinin rəsmi lanç əsnasında geniş tərkibdə görüşü olub 08 mart 2023, 15:25

XƏBƏRLƏR 08 mart 2023
13:55
XƏBƏRLƏR Tədbirlər 08 mart 2023
13:35
Azərbaycan və Latviya prezidentlərinin məhdud tərkibdə görüşü olub 08 mart 2023, 13:35
XƏBƏRLƏR Tədbirlər 08 mart 2023
12:45
Latviya Prezidenti Egils Levitsin rəsmi qarşılanma mərasimi olub 08 mart 2023, 12:45
XƏBƏRLƏR Qəbullar 08 mart 2023
11:40
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib 08 mart 2023, 11:40
XƏBƏRLƏR Qəbullar 07 mart 2023
17:35

İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib 07 mart 2023, 17:35

© 2010-2023 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.

  • FAQ
  • Sayt haqqında
  • 2007-2010-cu illərin materialları

Inzibati xətalar məcəlləsi 2018

08.06.22 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Azərbaycan Respubli kası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci

maddəsinin şərh edilməsinə dair

8 iyun 2022-ci il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Şirvan Apellyasiya Məhkəməsinin hakimi İ.Abdullayev və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 333.2-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, N.Nəsirov 1 dekabr 2021-ci il tarixində avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə inzibati tənbeh vermə haqqında 1 dekabr 2021-ci il tarixli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə olunmuş və cəriməni dərhal ödəmişdir.

N.Nəsirov 10 dekabr 2021-ci il tarixində avtomobili təkrarən sərxoş vəziyyətdə idarə etmiş və Salyan Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 400 manat məbləğində cərimə edilmişdir.

Həmin qərardan N.Nəsirovin verdiyi apellyasiya şikayətinə baxılan zaman müəyyən edilmişdir ki, o 10 dekabr 2021-ci ildə eyni inzibati xətanı törədən zaman barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında 1 dekabr 2021-ci il tarixli qərar hələ qanuni qüvvəyə minməmişdir. Buna baxmayaraq, onun əməli İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tövsif edilmişdir.

Müraciətedənin qənaətinə görə, İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin hərfi təfsirinə əsasən qanunverici şəxsin əməlinin həmin maddə ilə tövsifini, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə qərarın çıxarıldığı vaxtdan deyil, məhz həmin qərarın qanuni qüvvəyə mindiyi gündən sonra eyni xətanın təkrar törədilməsi ilə şərtləndirmişdir.

Müraciətdə qeyd olunmuşdur ki, bununla bağlı məhkəmə təcrübəsində hakimlər arasında fikir ayrılığı mövcuddur.

Belə ki, Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxsin həmin xətaya görə qəbul edilmiş qərar qanuni qüvvəyə minmədən yenidən həmin xətanı törətməsi, onun şəxsiyyətinin daha təhlükəli olmasına dəlalət edir.

Məhz bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən şəxsin barəsində olan qərar qanuni qüvvəyə mindiyi vaxtadək bir və ya bir neçə dəfə həmin xətanı təkrar törətməsi halında onun əməlinin İnzibati Xətalar Məcəlləsinin 333.1 yaxud 333.2-ci maddəsi ilə tövsif edilməsi qeyri-müəyyəndir.

Odur ki, müraciətedən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mənafeyi baxımından qeyd olunan məsələyə aydınlıq gətirilməsi, vahid təcrübənin formalaşdırılması, qanunvericiliyin hüquqtətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsi və bununla da hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Azərbaycan Respublikası demokratik dəyərlərə, qanunun aliliyinə və ədalətə əsaslanan hüquqi, dünyəvi dövlət olaraq insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini öz ali məqsədi elan etmişdir.

Dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 71-ci maddəsinin I hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

İnzibati Xətalar Məcəlləsi Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır (İnzibati Xətalar Məcəlləsinin 1.2-ci maddəsi).

İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

İnzibati xətalar qanunvericiliyinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsi).

İnzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrinin həyata keçirilməsində qanunçuluq prinsipi xüsusi əhəmiyyətə malikdir. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipindən bəhs edən 6-cı maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.

Qanunçuluq prinsipinin əsasını hüquq prinsiplərini, ümuminsani dəyərləri, sosial inkişafın obyektiv tendensiyalarını müvafiq şəkildə əks etdirən qanunvericilik təşkil edir. Bu prinsip inzibati xətalara dair iş üzrə icraatın bütün iştirakçılarının hərəkətlərinin müstəsna olaraq qanunvericiliyin maddi və prosessual normalarına müvafiq olmasını şərtləndirir.

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, qanunvericilik aktlarının, o cümlədən İnzibati Xətalar Məcəlləsinin müddəalarının birmənalı və düzgün müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. İstənilən hüquqpozma və onun törədilməsinə görə sanksiya qanunla elə dəqiq müəyyən edilməlidir ki, məhkəmə təfsiri vasitəsilə hər kəs öz hərəkətinin və ya hərəkətsizliyinin inzibati-hüquqi nəticələrini görə bilsin.

Qanunverici tərəfindən müxtəlif ictimai münasibətlərin və onlardan irəli gələn hüquqi məsuliyyətin tənzimlənməməsi son nəticədə həmin münasibətlərin subyektlərinin hüquq və vəzifələrinin həcminin müəyyən edilməsinə mənfi təsir göstərə bilər. Bu isə öz növbəsində bir çox hallarda əsassız olaraq hüquqların məhdudlaşdırılmasına, vəzifələrin yerinə yetirilməməsinə, hüquqazidd hərəkətlərin törədilməsinə görə məsuliyyətin yaranmamasına yol verir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 25 dekabr tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərar).

Məhz bu prinsipdən çıxış edərək qanunverici İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində müəyyən etmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.1 və 31.2-ci maddələr).

İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halları nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir.

İnzibati xətalar qanunvericiliyində müəyyən edilmiş bu qayda inzibati məsuliyyətə cəlbetmənin tərbiyəedici, xəbərdaredici məqsədlərinə nail olmağa yönəlmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin bu müddət ərzində təkrarən eyni pozuntunu törətməsi halı inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir və bu, hüquqpozuntusuna təkrarən yol vermiş şəxs üçün hüquqi xarakterli mənfi nəticələrə, yəni inzibati məsuliyyətin ağırlaşdırılmasına və daha ciddi inzibati tənbehin tətbiq olunmasına səbəb olur.

Müraciətdə qaldırılan məsələ ilə bağlı qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məcəllənin 333.2-ci maddəsində isə həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə daha sərt tənbeh tədbirləri nəzərdə tutulmuşdur.

Maddənin məzmunundan göründüyü kimi, inzibati xətanın təkrarlığına görə ağırlaşdırıcı hal kimi daha sərt tənbehin tətbiq edilməsi tənbeh verilməsi barədə qərarın qəbul edilməsi ilə deyil, həmin qərarın məhz qüvvəyə minməsi ilə şərtləndirilmişdir. Qanunverici tərəfindən belə tənzimetmənin müəyyən edilməsində məqsəd şəxs tərəfindən inzibati tənbeh vermə barədə qərarın mübahisələndirilməsi imkanının, gələcəkdə həmin qərarın dəyişdirilməsi ehtimalının mövcudluğu və müvafiq olaraq şəxsin təqsirinin yalnız qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilməsinə dair Konstitusiyanın, cinayət və inzibati xətalar qanunvericiliklərinin təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyasından irəli gəlir.

Belə ki, Konstitusiyanın 63-cü maddəsinin I və II hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

Həmçinin İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarının olmasını zəruri hesab edir.

İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər.

İnzibati Xətalar Məcəlləsinin 138-ci maddəsi isə inzibati xəta haqqında iş üzrə qərarın, şikayət və ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi qaydasını müəyyən etmişdir. Belə ki, həmin maddəyə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün və ya apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qüvvəyə minir.

Sadalanan normaların tələbləri onu deməyə əsas verir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya hakimin qanunla müəyyən edilmiş qaydada qüvvəyə minmiş qərarının olması zəruridir. Yalnız bundan sonra bir il ərzində şəxs tərəfindən həmin inzibati xətanın təkrar törədilməsi onun məsuliyyətinin ağırlaşmasına və onun üçün daha ağır məhrumiyyətlərlə nəticələnən tənbeh tətbiq edilməsinə səbəb ola bilər.

Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır.

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı qeyd etməyi vacib bilir ki, məsuliyyəti ağırlaşdıran, daha sərt tənbeh tətbiq edilməsini nəzərdə tutan halların müəyyən edilməsi üçün, həmçinin inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilmiş hesab olunduğu müddətin dəqiq müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə görə, barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur

Qeyd olunmalıdır ki, inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur (İnzibati Xətalar Məcəlləsinin 139.2 və 140-cı maddələri).

Qanunvericiliyin göstərilən tələbi şəxsin inzibati məsuliyyətə cəlb edildiyi müddətin, həmçinin inzibati məsuliyyətin ödənilməsi müddətinin başlanğıcını və inzibati məsuliyyətə cəlb edilmə müddətinin bitdiyi anı dəqiq müəyyən etməyə imkan verir. Bu zaman şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi gündən onun inzibati məsuliyyəti yaranır, həmin qərarın icrası bitdiyi gündən inzibati məsuliyyətin ödənilmə müddətinin axımı başlayır və bir il sonra isə bu müddət bitir.

Lakin inzibati xəta haqqında iş üzrə qərarın qanuni qüvvəyə mindikdən sonra icra edilməli olmasına baxmayaraq, inzibati xətalar qanunvericiliyində bir sıra inzibati xəta növlərinə görə tətbiq olunmuş inzibati cərimənin ödənilməsi zamanı xüsusi həvəsləndirici tədbirlər nəzərdə tutulmuşdur.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə müvafiq olaraq, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Eyni qayda İnzibati Xətalar Məcəlləsinin 150.14-cü maddəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə də müəyyən edilmişdir.

Qanunverici tərəfindən inzibati cərimənin ödənilməsində nəzərdə tutulmuş güzəşt nisbətən geniş yayılmış inzibati xəta növlərində tətbiq olunan cərimələrin daha tez toplanmasına, şəxslər tərəfindən tətbiq olunmuş cərimələrin könüllü ödənilməsinin stimullaşdırılmasına, vəzifəli şəxslərin və hakimlərin iş yükünün azaldılmasına, bununla yanaşı iş üzrə qəbul olunmuş qərarın icrasının təmin olunmasına yönəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 150.11 və 150.14-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq olunmuş inzibati cərimənin qərar qanuni qüvvəyə minmədən könüllü olaraq ödənilməsi şəxsin təqsirsizlik prezumpsiyası hüququnu istisna etmir və onun şikayət vermək hüququndan məhrum olması kimi qiymətləndirilə bilməz.

Həmçinin nəzərə alınmalıdır ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarın dərhal və ya ümumiyyətlə qüvvəyə minmədən icrası təcrübədə şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi bir illik müddətin müəyyən olunmasında qeyri-müəyyənliyə gətirib çıxara bilər.

Belə ki, inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə minmədən icra edildikdə, icranın bitdiyi gündən İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsində nəzərdə tutulmuş şəxsin inzibati məsuliyyətinin ödənilməsi müddətinin axımı başlayır. Lakin şəxs barəsində qəbul edilmiş qərar qüvvəyə minmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilmiş hesab edilməsi təqsirsizlik prezumpsiyası hüququ baxımından yolverilməzdir.

Burada nəzərə almaq lazımdır ki, inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə minənədək icra edildikdə, həm ağırlaşdırıcı hal kimi, həm də tövsifedici əlamət olaraq təkrarlığın yaranması baxımından İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrində nəzərdə tutulmuş bir illik müddətin hesablanmasında qeyri-müəyyənlik yaranır. Çünki inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə minmədən icra edildiyindən, İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə müvafiq olaraq şəxsin inzibati məsuliyyətə cəlb edilmiş hesab edildiyi müddətin axımı həmin tarixdən başlayır və bir il sonra bitir. Lakin təkrarlığın yaranması üçün nəzərdə tutulan müddətin axımı isə daha gec başlayır və müvafiq olaraq şəxsin inzibati məsuliyyətə cəlb edilmiş hesab edildiyi müddət bitdikdən sonra bitir. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlb olunmamış hesab edilən şəxs qərar qüvvəyə mindiyi vaxtdan bir il keçməmiş eyni inzibati xətanı törətdiyi təqdirdə, onun həm ağırlaşdırıcı hal kimi, həm də tövsifedici əlamət olaraq təkrarlığa görə tənbeh alması qanunvericiliyin tələbinə görə mümkün deyil.

Bununla əlaqədar qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq, inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi, şəxsin törətdiyi inzibati xətaya görə müvafiq tənbeh tədbirinin tətbiq edilməsində məqsəd inzibati tənbehin tərbiyəedici və xəbərdaredici funksiyalarının həyata keçirilməsinə nail olmaqdır. Nəzərə alınmalıdır ki, inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə minmədiyi halda icra edilməsi, faktiki olaraq hüquq pozuntusuna yol vermiş şəxsin inzibati məsuliyyətə cəlb edilmiş hesab edildiyi müddəti qısaltmaqla, onun maraqlarına cavab verir.

Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinin tələblərini, o cümlədən inzibati məsuliyyət tədbiri olan tənbehin məqsədlərini rəhbər tutaraq hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 150.11 və 150.14-cü maddələrinə uyğun olaraq inzibati tənbeh vermə haqqında qərarı müvafiq qaydada mübahisələndirməyərək, inzibati cəriməni qərar qüvvəyə minənədək istənilən vaxt ərzində ödəmiş şəxslərin inzibati məsuliyyətə cəlb edilməmiş hesab edildiyi müddətin tənbehin icrasını bitirdikləri gündən başlaması məqsədəmüvafiq olmaqla, ədalət meyarına da cavab verir. Belə ki, inzibati cərimə növündə tənbeh olunmuş şəxs tərəfindən cərimənin inzibati tənbeh tətbiq olunması barədə qərar qüvvəyə minənədək ödənilməsi və həmin qərarın qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməməsi, şəxslərin müvafiq məhrumetmənin təsirindən şüurlarında artıq qanunlara ciddi əməl edilməli olması ilə bağlı tərbiyələnməyə, hüquqauyğun davranmaqla bağlı vərdişlərinin formalaşmağa başlamasına dəlalət edir. Bu da inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunmaları ilə bağlı müddətin həmin şəxslər barəsində tənbehin icrasını bitirdikləri gündən, yəni iş üzrə qərar qüvvəyə minmədən başlamasına səbəb olur.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 150.11 və 150.14-cü maddələrinə uyğun olaraq inzibati cəriməni qərar qüvvəyə minmədən ödəmiş şəxslərə münasibətdə inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunduqları müddətin başlanğıcının həmin Məcəllənin 35-ci maddəsinə müvafiq olaraq tənbehin icrasının bitdiyi gündən hesablanması məqsədəmüvafiqdir.

Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın və qanunların şərhi ilə bağlı qəbul etdiyi qərarlarında ifadə olunan hüquqi mövqelərin hüquqtətbiqedən orqanlar tərəfindən birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə xidmət edir.

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri bir qayda olaraq Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, gələcəkdə qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 150.11 və 150.14-cü maddələrinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə minənədək icra edildiyi hallar üçün inzibati məsuliyyətin ödənilməsi müddətində fərqli tənzimetmənin müəyyən edilməsi istisna olunmur.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

– İnzibati Xətalar Məcəlləsinin 150.11 və 150.14-cü maddələrinə uyğun olaraq inzibati cəriməni qərar qanuni qüvvəyə minənədək ödəmiş və həmin qərarı qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmiş şəxslərin inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunduqları müddətin başlanğıcı həmin Məcəllənin 35-ci maddəsinə əsasən tənbehin icrasının bitdiyi gündən hesablanmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11 və 150.14-cü maddələrinə uyğun olaraq inzibati cəriməni qərar qanuni qüvvəyə minənədək ödəmiş və həmin qərarı qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmiş şəxslərin inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunduqları müddətin başlanğıcı həmin Məcəllənin 35-ci maddəsinə əsasən tənbehin icrasının bitdiyi gündən hesablanmalıdır.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979; Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 847-VQD, 851-VQD nömrəli, 17 noyabr tarixli 857-VQD, 870-VQD, 874-VQD, 882-VQD nömrəli, 1 dekabr tarixli 898-VQD, 901-VQD, 913-VQD nömrəli, 15 dekabr tarixli 949-VQD nömrəli, 29 dekabr tarixli 969-VQD nömrəli və 2018-ci il 1 fevral tarixli 981-VQD və 984-VQD nömrəli qanunları) 395.1-ci maddəsinin dispozisiyasına və həmin maddənin Qeyd hissəsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1035-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1035-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1613, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 fevral tarixli 1834 və 1837 nömrəli, 6 mart tarixli 1868 nömrəli və 7 mart tarixli 1878 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bəndə “394.0.7 (ikinci halda),” sözlərindən sonra “395.1 (ikinci halda) maddələrində, 395-ci maddəsinin “Qeyd” hissəsində (ikinci halda),” sözləri əlavə edilsin;

3.2. 4.5-ci bəndə “395.1-ci” və “hissəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin;

3.3. 4.49-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.50-ci bənd əlavə edilsin:

“4.50. həmin Məcəllənin 395.1-ci maddəsində və 395-ci maddəsinin “Qeyd” hissəsində “qurum” dedikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi nəzərdə tutulur.”;

3.4. 5.30-cu bənddə “395.1, 395.2” rəqəmləri “395.1 (həmin əməlin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla), 395.2 (həmin əməlin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2018-ci il.

Comments are closed, but trackbacks and pingbacks are open.