Metodiki Tövsiyə
İnformasiyaya praqmatik aspektdə baxıldıqda ,idarəetmə prosesində qərarların qəbulu üçün informasiyanın praktiki cəhətdən nə qədər faydalı və qiymətli olması müəyyən edilir.
İnformasiya texnologiyaları
“İnformatika” termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən istifadə edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin birləşdirilməsindən alınmışdır.
Avtomatika sözü hərfi mənada “özü-özünə yeriyən”, “özü-özünə yerinə yetirilən” mənasını verir. Burada isə avtomatika dedikdə proseslərin avtomatlaşdırılması başa düşülür. Əslində hər hansı prosesin yerinə yetirilməsi əsasən üç üsuldan biri ilə yerinə yetirilə bilər. Bu üsullar əl əməyinin tətbiqi, mexanikləşdirilmiş proses və avtomatlaşmış prosesdir. Birinci hal məlumdur. Mexanikləşdirilmiş prosesin yerinə yetirilməsində mexaniki qurğu və vasitələr tətbiq edilir. Bu isə işin icrasında əl əməyinin olmasına şərait yaradır. Avtomatlaşdırılmış proseslərdə isə əl əməyindən ya ümumiyyətlə istifadə edilmir,ya da ondan istifadə cüzi olur. Beləliklə, avtomatika dedikdə hər hansı prosesi yerinə yetirə bilən elektron qurğu və vasitələr yığımı nəzərdə tutulur.
Informasiya nəzəriyyəsi
İnformasiya termini latınca “information” sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir.
Qeyd etmək lazımdır ki, hal-hazırki dövrdə ingilis dilli dünya ölkələrinin əksəriyyətində “informatika” fənni “kompüter elmi” (komputer science) fənni kimi adlandırılır.
İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məhfumdur. İnformasiya təsvir edilmiş məlumatdır. Başqa sözlə məlumatın informasiya olması üçün o, tədqiq edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalı, ya da mövcud təsəvvürləri genişləndirməlidir. Əgər məlumat obyekt və ya proses haqqında yanlış təsəvvür yaradırsa ona yanlış informasiya və ia dezinformasiya deyilir. Obyekt və ya proses haqqında heç bir təsəvvür yaratmayan məlumat səs-küy adlandırılır. İnformasiya proses daxilində müəyyən mərhələdən sonra yenidən məlumat ola bilər.
Verilənlər uzun müddətli müşahidələr, monitorinqlər və cihazlar tərəfindən dəqiq qeyd olunmuş informasiyadır.
Bilik təcrübədə dəfələrlə sınaqdan çıxmış, təsdiqini tapmış və müxtəlif məsələlərin həllində istifadə edilən informasiyadır.
İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün həmin aləmin obyektidir. Məhz buna görə də informasiya da onu digər obyektlərdən fərqləndirən xassələrə malikdir. Bu xassələr aşağıdakılardır:
- Obyektivlik. Yəni informasiya obyektiv gerçəkliyə uyğun olmalıdır.
- Tamlıq. İnformasiyanın tamlığı tədqiq edilən obyekt və ya proses haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən edilir.
- Dəqiqlik. İnformasiyanın dəqiqliyi onun təhrif olunmamasıdır, yəni informasiya dəqiq olmalıdır.
- Adekvatlıq. İnformasiyanın adekvatlığı obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks etdirir.
- Aktuallıq. İnformasiya mövcud zaman anına uyğun olmalıdır.
- Anlaşıqlıq. İnformasiya onu qəbul edən tərəfindən tam anlanılmalı, başa düşülməlidir.
Verilənlər də informasiyanın növü olmaqla bərabər özlərinə məxsus xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər aşağıdakılardır:
1. Mötəbərlilik. Mötəbərliliyin təmin olunması üçün aşağıdakıların yerinə yetirilməsi vacibdir:
– verilənlərin toplanması üçün obyektin düzgün seçilməsi;
– ölçmələr üçün ən əhəmiyyətli əlamətlər yığımının müəyyənləşdirilməsi;
– obyektlərin miqdarının kifayət qədər olması;
– verilənlərin həlli tələb olunan məsələnin qoyuluşuna uyğun olması.
2. Verilənlərin dəqiqliyi. Verilənlərin dəqiqliyi də özlüyündə aşağıdakı kimi təsnif olunur:
– formal dəqiqlik- hansısa formallığa istinad edilərək müəyyənləşdirilən dəqiqlikdir;
– real dəqiqlik- real şəraitə uyğun olaraq mövcud olan dəqiqlikdir;
– maksimal və ya əldə oluna bilən dəqiqlik- bu dəqiqlik verilənlərin toplanmasının konkret şəraitinə uyğun olaraq müəyyənləşdirilir;
– tələb olunan lazımi dəqiqlik- həlli qarşıya məqsəd qoyulmuş məsələnin tələblərinə uyğun olaraq müəyyənləşdirilir.
3. Verilənlərin gerçəkliyi. Bu xüsusiyyət verilənlərin ən başlıca xüsusiyyətidir. Başqa sözlə “ lazımi informasiya keyfiyyətsiz verilənlərdən alına bilməz” prinsipi burada ali prinsip kimi qəbul edilir. Praktikada verilənlərin gerçəkliyinə təsir edən əsas amillər aşağıdakılardır:
– – ölçülən verilənlərin dəqiqliyi;
– – ölçmə və hesabat metodikası;
– – maraqlı şəxslər tərəfindən informasiya prosesinin müxtəlif mərhələlərində edilmiş təhriflər.
Biliklər də informasiya növü kimi informasiyanın əsas xüsusiyyətlərindən əlavə yalnız özünə məxsus xüsusiyyətlərlə xarakterizə edilir. Əslində bu xüsusiyyətlər biliklərin mövcudluq növlərində özünü büruzə verirlər. Biliklər aşağıdakı mövcudluq növlərinə malikdirlər:
– konkret sahəyə aid informasiyadan istifadə edən maddi və ya konkret biliklər. Bu biliklər çox vaxt konkret qoyulmuş məsələnin həlli metodikaları olurlar.
– Müxtəlif sahələr üzrə informasiyalardan alınmış konseptual və ya ümumiləşmiş biliklər. Adətən bu cür biliklər informasiyadan yeni biliklərin alınması metologiyaları olur.
– Metabiliklər- biliklər haqqında biliklər- yeni biliklər yaradan elmdir.
Göründüyü kimi informasiya, verilənlər və biliklər əslində informasiyanın növləri olduqlarından, onların malik olduqları həm ümumi xüsusiyyətlər, həm də fərdi xüsusiyyətlər müəyyən anda eyniləşir. Bu isə informasiya növləri arasında olan əlaqələr və onların bir-birinə çevrilməsindən irəli gəlir.
İnformasiyanın quruluşu dedikdə müəyyən məna daşıyan informasiya elementlərinin müəyyən məcmusu başa düşülür. Bu elementlər informasiya vahidləri adlanır. Onlar sadə və mürəkkəb olur. Sadə informasiya vahidlərini hissələrə ayırmaq mümkün deyil. Mürəkkəb informasiya vahidləri isə bir neçə sadə və mürəkkəb informasiya vahidlərinin birləşməsi nəticəsində yaranır.
Bütün obyektlər kimi informasiya da müəyyən edilmiş bir formada təsvir olunmalıdır. Təsvir olunmanı müxtəlif üsullarla, şifahi və yazılı formada əldə etmək mümkündür. İnformasiyanın təsvir olunmasının elementar vahidi siqnallardır. Siqnallara misal olaraq rəqəmləri, hərfləri və digər işarələri göstərmək olar. İnformasiya vahidlərinin təşkil olunduğu informasiya siqnallarının yazılı təsviri qeydiyyat adlanır. Qeydiyyatın maddi mühiti qeydedicilər və informasiya daşıyıcıları adlanır. İnformasiya daşıyıcılarını iqtisadi informasiyanın əsas təsvir forması adlandırmaq olar. İnformasiya qeydedicilərdən başqa indikatorlarla da əks etdirilirlər. Digər qeydedicilərdən fərqli olaraq indikatorlar informasiyanın diskret və ya rəqəm-hərf siqnalları ilə deyil, fasiləsiz siqnallar formasında göstərilmələrindən ibarətdir.
İnformasiyanın həcmi çox vaxt üç növ ölçü vasitəsilə hesablanır:
- işarələr ilə;
- informasiyanın quruluş vahidləri ilə;
- informasiya daşıyıcıları ilə.
İnformasiyanı təsvir etmək məqsədilə şifahi danışıqdan, qrafiklərdən də istifadə etmək olar.
Informasiya texnologiyaları
İnformasiya texnoloji nöqteyi-nəzərdən ötürülmə, saxlanma, işlənmə obyekti kimi müəyyən edilir. İnformasiyaya formal olaraq məzmun cəhətdən baxıldıqda o, işlənməyə, emala məruz qalır. Belə olan halda informasiya proseslərinin girişində olan məlumatlar “xammal” rolunu, çıxışındakı məlumatlar isə “hazır məhsul” rolunu oynayır.
İnformasiyanın lazımi formaya salınması müasir informasiya texnologiyalarının tətbiqi ilə həyata keçirilir. Digər tərəfdən cəmiyyətin informasiya resusrlarından istifadə etməsi prosesinin vacib tərkib hissəsi informasiya texnologiyası hesab olunur.
Texnologiya sözü yunanca «techne» (ustalıq, bacarıq) və «logos» (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaramnışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir.
İnformasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
İnformasiya texnologiyasında məqsəd insan tərəfındən analiz edilmək və onun əsasında qərar qəbul etmək üçün informasiya istehsalıdır. İnformasiya texnologiyası elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Müasir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticə informasiyanın keyfiyyətinə ciddi təsir etmiş kompüterlər hesab olunur. Kompüterlərin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı. Bununla da yeni informasiya texnologiyaları mərhələsi başlandı.
Yeni informasiya texnologiyalarının üç əsas prinsipi mövcuddur ki, bunlar da aşağıdakılardır:
– kompüterlə interaktiv (dialoq) rejimində işləmək;
– proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı əlaqələndirilməsi);
– həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi.
İnformasiya istehsalının texniki vasitələrinə onun aparat, proqram və riyazi təminatını yerinə yetirən vasitələr daxildir. Bu vasitələrin köməyilə ilkin informasiya emal edilərək yeni keyfıyyətli informasiyaya çevrilir.
Bu vasitələrin içərisində proqram vasitələrinin xüsusi yeri var. Proqram vasitələri istifadəçi tərəfindən qoyulan məqsədə nail olmaqdan ötrü müəyyən tip kompüterlər üçün bir və ya qarşılıqlı əlaqəli bir neçə proqram məhsulundan ibarətdir. Belə vasitələr kimi fərdi kompüterlər üçün geniş yayılmış müxtəlif sahələrə aid tətbiqi proqramlardan istifadə edilir.
İnformasiya texnologiyası onun üçün əsas mühit olan informasiya sistemləri ilə sıx bağlıdır. İnformasiya texnologiyası verilənlər üzərində əməllərin, əməliyyatların, mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan ibarət olan prosesdir. İnformasiya texnologiyasınm əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır.
İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan muhitdir. İnformasiya sistemi, informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.
Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində informasiyanın çevrilmə prosesləri haqqında müasir təsəvvürü ifadə edən daha geniş anlayışdır. İnformasiya sisteminin uğurla qurulmasının və fəaliyyətinin təminatı isə informasiya və idarəetmə texnologiyalarından birgə və bacarıqla istifadə olunmasıdır.
Hazırki dövrdə mövcud olan informasiya texnologiyalarını iki əsas növə ayırmaq olar:
1) verilənlərin emalı texnologiyası;
2) idarəetmənin informasiya təminatı texnologiyası.
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün alqoritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış məsələlərin həlli üçün nəzərdə tutulur. Bu səviyyədə informasiya texnologiyalarının və sistemlərinin tətbiqi əmək məhsuldarlığını artırır, onu hesablama əməliyyatlarından azad edir və bəzi hallarda işçilərin sayını azaldır.
İdarəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi təşkilatın qərar qəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını ödəməkdir. Həmin texnologiya idarəetmənin istənilən səviyyəsində faydalı ola bilər.
Müasir kompüterlərdə informasiyanın işlənməsi aşağıdakı ardıcıllıqla yerinə yetirilir. Əvvəlcə tədqiq olunan obyekt və ya proses ətraflı olaraq araşdırıldıqdan sonra əsas təsiredici amillər seçilərək toplanılır. Əldə olunan bu məlumatlar kompüterə daxil edilir. Daxil edilmiş məlumatlar ümumi qanunlar əsasında sistemləşdirilir və emala göndərilir. Emal prosesindən sonra alınmış nəticələr çıxış qurğularına və ya informasiya daşıyıcılarına göndərilir. Göründüyü kimi ümumilikdə informasiyanın müasir kompüterlərdə işlənməsi vahid proses olmaqla bərabər, ayrı-ayrı yerinə yetirilə bilən və özünəməxsus xüsusiyyətləri ilə seçilən proseslərdən ibarətdir.
İnformasiya adətən tədqiq edilən proses və ya obyektə uyğun ilkin sənədlərdən və təcrübələrdən əldə edilərək toplanır. Toplanmış informasiyanın saxlanılması və ötürülməsi məqsədilə kodlaşdırmadan istifadə edilir.
Ümumiyyətlə, əsas informasiya proseslərinə məlumatların yığılması, onların qeyd edilməsi və kodlaşdırılması, çoxaldılması, bir yerdən başqa yerə ötürülməsi, saxlanması, axtarılması, təhlili və istifadə edilməsi aiddir. Bu informasiya prosesləri içərisində məlumatların yığımasının texniki səviyyəsi xeyli aşağı, əməliyyatların həcmi isə yüksək olur. İnformasiyaların yığımasının ardınca onun müxtəlif sənədlərdə, məlumat daşıyıcılarında qeyd edilməsi ilə yanaşı əks etdirilməsi əməliyyatları da baş verir.
İlkin informasiyanın qeydiyyatı ilə nəticə informasıyanın qeydiyyatını bır–birindən fərqləndirmək lazımdır. İlkin informasiyanın toplanması və qeydiyyatı adətən eyni zamanda baş verdiyi üçün onlar əlaqəli surətdə nəzərdən keçirilir. Çox zaman informasiyanın növbəti qeyd edilməsi ilə onun kodlaşdırılması prosesi birgə yerinə yetirilir. Məlumatların kodlaşdırılması onların daha yığcam və tez əks etdirilməsini, fərdi kompüterlərin köməyi ilə təhlilinin həyata keçirilməsini, ötürülməsi ilə yanaşı saxlanılmasını asanlaşdırır. Bu zaman sözlər və informasiya elementləri şərti rəqəm və ya hərf işarələri- kodlarla ifadə olunur. Müasir kompüterlərdə informasiyanın kodlaşdırılması məqsədilə ikilik say sisteminin rəqəmlərindən istifadə edilir.
İnformasiyamn saxlanması və axtarışı prosesi onun uzun müddət öz əhəmiyyətini itirməməsi, dövri xüsusiyyət daşıması, təkrar işlənməsi məqsədləri üçün istifadə olunmasından və sairədən irəli gəlir. İstər ilkin, istərsə də törəmə informasiya müxtəlif müddətli saxlanmaya və axtarışa məruz qalır. Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq informasiyanın saxlanmasının və axtarişinın forma və üsulları, texniki vasitələri ildən-ilə təkmilləşdirilir.
Əslində informasiya daşıyıcısı kimi insan beynini, kağızı, kitabları, jurnal və qəzetləri, audio və video kasetləri, maqnit diskləri və lentlərini, compakt diskləri, DVD diskləri, fleş diskləri və s. hesab etmək olar. Lakin müasir kompüterlər bu qurğulardan daha çox tutma və sürətlə işləmə qabliyyətinə malik olanlardan istifadə edir.
İnformasiyanın saxlanması məqsədilə fayllardan istifadə olunur. Fayl diskin və ya informasiya daşıyıcısınin adlandırılmış hissəsidir. Hər bir fayl özündə eyni ad altında birləşdirilmiş müəyyən informasiyanı saxlayır. Fayllar ada malik olurlar. Eyni bir informasiya daşıyıcısında eyni adlı iki fayl ola bilməz. Belə halda birinci məzmun silinərək ikinci yeni məzmun saxlanılır. Faylin adı MS DOS əməliyyatlar sistemində maksimum 11, Windows əməliyyatlar sistemində isə 256 simvol ola bilər. Faylın adı iki hissədən : xüsusi ad və tipdən ibarət olur. Faylın tipi üçün maksimum 3 simvol ayrılır. Faylın xüsusi adı və ya tipi verilməyə də bilər. Adətən fayla verilən ad elə seçilir ki, o istifadəçiyə ilk baxışda fayl və ya onun məzmunu haqqında müəyyən məlumat versin. Faylların bir çox tipləri onlar haqqında əlavə məlumatın alınmasını təmin edir. Beləki, bu tiplər onda olan mılumatların növü, faylın yaradıldığı redaktor və ya proqram vasitəsi haqqında məlumatın əldə olunmasına imkan yarada bilər.
Bəzi tez-tez rast gəlinən fayl tiplərini göstərək:
SYS – sistem faylları;
COM – əmrlər faylları;
DOC – Word mətn faylı;
XLS – Excel faylı;
PAS – Paskal dilinin mətn faylı;
BAS – Basic dilinin mətn faylı və sair.
Fayllarla işləməni asanlaşdırmaq məqsədilə hər hansı oxşar əlamətə görə onları kataloqlarda və ya qovluqlarda birləşdirirlər. Bu həm axtarış , həm də fayllar üzərində əməliyyatların daha asan və sürətlə yerinə yetirilməsini təmin edir. Kataloq və qovluqların yaradılmasında da fayllar üzərinə qoyulan şərtlər yerinə yetirilməlidir.
Adətən yaddaş qurğularında saxlanan faylların yaradılma tarixləri, onların yaddaşda tutduqları yaddaşın həcmi, fayl üzərində edilən dəyişikliklər haqqında məlumatları almaq müasir kompüterlərdəki sistemlərlə mümkündür.
İnformasiyanın emalı prosesi aşağıdakı ümumi sxem üzrə aparılır:
Giriş informasiya ilkin sənəd və mənbələrdən toplanır. Toplanmış informasiya texniki qurğularla emal edilir. Bu qurğular icəricində böyük həcmli informasiyaları emal edən kompüterlər xüsusi yer tutur. Çıxış informasiya insan yaxud qurğu tərəfindən emal nəticəsində alınan informasiyadır.
İnformasiyanın çoxaldılmasının başlıca vəzifəsi idarəetmə məqsədləri üçün yayılmasını təmin etməkdən ibarətdir. Xüsusilə nəticə informasiyası artırılaraq çoxlu ünvanlara göndərilir.
İnformasiyanın ötürülməsinin zəruriliyi ayrı-ayrı informasiya proseslərinin müxtəlif yerdə baş verməsi, onlar arasında sıx əlaqənin və asılılığın olması ilə bağlıdır. İnformasiyanın ötürülməsi onun ötürülmə üsullarından, istiqamətindən, informasiyanın hansı daşıyıcı formasında olmasından, məzmunundan asılıdır.
Qeyd etmək lazımdır ki, informasiyanın ötürülməsi iqtisadi informasiyanın məruz qaldığı çevrilmələrin biri ktmi nəzərdən keçirilməlidir. Hazırda bu mərhələ əsasən avtomatlaşdırma elementiərinin və müasir telekommunikasiya vasitələrinin geniş istifadə edilməsi ilə səciyyələnir. Təbii ki, bu halda informasiyanın avtomatlaşdırılaraq işlənməsi imkanlari xeyli artır. Burada ən perspektivli istiqamət rabitənin avtomatlaşdırılmış sisteminin yaradılması, “intellektual” terminalların və mütərəqqi kommunikasiya vasitələrinin tətbiq edilməsidir.
İnformasiyanın ötürülməsi aşağıdakı sxem üzrə aparılır:
İnformasiya qəbul edən
Sxem 2. İnformasiyanın ötürülməsi sxemi.
İnformasiya mənbəyi canlı varlıq, yaxud texniki qurğu ola bilər. Kodlaşdırıcı qurğu alınan informasiyanı ötürülmə və əks etdirmə üçün əlverişli formaya çevirir. Rabitə kanalından keçən informasiya dekodlaşdırıcı qurğuya düşür və burada qəbul edənin başa düşdüyü formaya çevrilir.
Rabitə növünün seçilməsi informasiyanın ötürülməsinin texniki vasitələrinin tərkibini müəyyənləşdirir. Rabitənin texniki vasitələri seçilərkən informasiyanın hansı miqyasda mübadilə edilməsi əlaməti əsas götürülür. Belə ki, əgər müəssisə daxili (və ya firma daxili) informasiya mübadiləsində naqil, radio əlaqəsi, həmçinin qismən terminalların tətbiqi məqbuldursa, kənar mühitlə (müəssisədən kənar) informasiya mübadiləsində terminalların və elektron rabitə vasitələrinin istifadəsinə üstünlük verilməlidir.
Informasiya ölçü vahidləri
İnformasiyanın kəmiyyətcə ölçülməsi üçün ən kiçik ölçü vahidi bitdir (ingilis dilində binary digit- ikilik rəqəm sözündən götürülüb). Kompüterin daxilində elektrik siqnalları iki vəziyyətdə ola bilər: siqnal var (gərginlik var)-1; siqnal yoxdur (gərginlik yoxdur)-0. Məhz bu səbəbdən də kompüter öz işində ikilik məntiqdən istifadə edir.
Müasir kompüterlərin klaviaturasında olan simvolların ikilik kodlarla verilməsi üçün 7 bit kifayət edir. Bir bit isə təsdiq üçün əlavə olunur. Məhz bu səbəbdən də 8 bit=1 bayt ən kiçik yaddaş vahidi kimi qəbul edilir. İnformasiya yaddaşda saxlanıldığından bayt həm də informasiya ölçü vahididir. Daha böyük informasiyaölçü vahidləri aşağıdakılardır:
8 bit= 1 Bayt
1024 Bayt= 1 KiloBayt (KB)
1024KB=1 Meqa Bayt(MB)
1024 MB=1QiqaBayt (QB)
1024 QB=1 TeraBayt(TB)
1024 TB=1 Petabayt (PB)
Kompüterlərdə bir Bayt (yəni 8 bit) maşın yarımsözü adlanır. 2 Bayt və ya 16 bit 1 maşın sözü, 4 bayt və ya 32 bit ikiqat söz, 8 bayt və ya 64 bit dördqat söz adlanır.
- Teqlər:
- informatika
- , informasiya
- , informsiya texnologiyaları
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
8 Kasım 2015 Pazar
İnformatika-Cavablı Testlər
Paylaşıldı 02:22 by Leyla Bayramova
İqtisadi informasiya və onun işlənməsi
1. İqtisadi informasiya sistemlərinin zamana görə növləri hansılardır?
A)) Statik və dinamik sistemlər.
B) Statik və determinə olunmuş sistemlər
C) Determinə olunmuş və ehtimallı sistemlər.
D) Sadə və mürəkkəb sistemlər.
E) Dinamik və mürəkkəb sistemlər.
2. İqtisadi informasiyanın ən sadə tərkib elementləri hansılardır?
A )) Rekvizitlər.
B ) Bayt, kilobayt.
C) Massivlər.
D) Xəbərlər.
E) İnformasiya axınları.
3. İnformasiya texnologiyalarının təkamülünün hansı mərhələləri var?
A)) 1960-70, 1970-80, 1980-90, 1990-cı ildən sonrakı dövr
B) XIX əsrin II yarısı-XX əsrin I yarısı, XX əsrin II yarısı
C) 1970-80, 1980-90, 1990-cı ildən sonrakı dövr
D) 1960-70, 1970-80, 1980-90-cı illər
E) 1945-55, 1960-80, 1980-2000, 2000-ci ildən sonrakı dövr
4. Müasir informasiya sistemlərinin inkişaf modelləri hansılardır?
A)) Böyük, orta, kiçik.
B) Sadə, mürəkkəb, çox mürəkkəb.
C) Statik və dinamik.
D) Determinə olunmuş və ehtimallı
Mühazirə1:İqtisadi informatikanın əsas anlayışları İnformatika haqqında ümumi məlumat
İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır
İqtisadiyyatın idarə edilməsi qarşısında duran vəzifələr müasir hesablama texnikası vasitələri tətbiq edilmədən yerinə yetirilə bilməz.İdarəetmə informasiyasının dönmədən artan həcmi öz növbəsində müvafiq işçilərin informasiya yükünün artmasına səbəb olur və işlənmənin avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsinin zəruri edir.
Müxtəlif iqtisadi və digər məsələlərin həlli çoxsaylı amillərin təsirinin kəmiyyətcə qiymətləndirilməsini, nisbətlərin proqnozlaşdırılmasını və s. nəzərdə tutur. Bu isə hesablama tenikası vasitələrinin və riyazi aparatın köməyi ilə həyata keçirilə bilər.
“İnformatika” bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır. İnformatika informasiya və avtomatika kimi iki fransız sözünün birləşməsi olub,informasiyalı avtomatika və ya informasiyanın avtomatlaşdırılmış işlənməsi mənasını verir.Xaricdə “İnformatika” termini “Kompüter elmi” (Computer science) termini ilə uyğunlaşdırılır, yəni bu iki termin sinonim kimi işlədilir.
İnformatika bir elm sahəsi kimi,informasiyanın quruluşu,ümumi xassələri,yaradılması,saxlanılması,axtarışı,çevrilməsi,ötürülməsi və istifadəsinin-insan fəaliyyətinin müxtəlif sahələrindəki qanunauyğunluq və üsullarını tədqiq edir.
İnformatika – informasiyanın çevrilməsi haqqında elm olub, hesablama texnikasının istifadəsinə əsaslanır, informasiya sistemlərinin yaradılması və fəaliyyəti haqqında bilik verir. İqtisadi informatika iqtisadi informasiyanın çevrilməsi qanunauyğunluqlarını, bu çevrilmələrin texniki- texnoloji və digər vasitələrini, insan- maşın sistemlərindəki çoxcəhətli münasibətləri öyrənir.
Hesablama texnikasından istifadənin geniş miqyas alması avtomatlaşdırılmış informasiya sistemlərinin, məlumat baza və banklarının təşkilini, iqtisadi proseslərin idarə edilməsi üçün zəruri proqram vasitələrinin, hesablama sistemləri və komplekslərinin səmərəli işinin təmin olunmasını və s. nəzərdə tutr.
İnformatikada məzmun , təşkilati, texniki,alqoritmik və proqram sahələri nisbi müstəqil istiqamətlər kimi fərqləndirilir.
İqtisadi informatikanın əsas anlayışlarına – informasiya, iqtisadi informasiya, sistem, iqtisadi sistem, informasiya texnologiyası, kağızsız informatika, model, informasiya modeli və s. aid etmək olar.
İqtisadi informatikanın tədqiqat sahəsini dəqiqləşdirmək baxımından qeyd etmək olar ki, o iqtisadi informasiyanın çevrilməsi qanunauyğunluqlarını, bu çevrilmələrin texniki-texnoloji və digər vasitələrini, insan-maşın sistemindəki çoxcəhətli münasibətləri öyrənir.
İnformatika nisbətən qısa dövr ərzində informasiyanın işlənməsinin müxtəlif və çoxsaylı üsul və qaydalarını təklif etmiş, əsaslandırmış, təcrübədə sınaqdan keçirimişdir.
İnformasiyanın, o cümlədən iqtisadi informasiyanın çoxcəhətli və çox növlü olması, onun işlənməsi prosesinə kompleks yanaşmanı tələb edir.
İnformatika bir elm sahəsi kimi öyrənilən hadisənin (obyektin, prosesin) informasiya modeli qurulduqdan sonra öz imkanlarını reallaşdıra bilir. İnformatika bu modelin qurulmasının ümumi metodoloji prinsiplərini işləyib hazırlayır, modelin bilavasitə qurulması isə digər elm sahələrinin işidir. İnformatika kibernetikadan fərqli olaraq kibernetik sistemin informasiya, texniki, proqram və s. təminatı məsələlərini öyrənir.
Hal-hazırda informatikanın inkişafında prespektivli istiqamət informasiya texnologiyasının inkişafı sayılır ki, burada da məqsəd EHM-in süni intellektinə əsaslanan texnologiyanın əldə olunmasıdır.
Müasir şəraitdə texniki vasitələrdən istifadə səviyyəsi informasiyanın çevrilməsi prosesinin səmərəliliyini müəyyənləşdirən əsas amillərdəndir. Yüksək məhsuldarlığa malik hesablama, rabitə və təşkilat texnikası vasitələrinin geniş istifadəsinə olan tələbat bir çox məsələlərin həllini tələb edir. Həmin məsələlərə aşağıdakılar aid edilə bilər:texniki vasitələrdən istifadənin üsul və formalarının müəyyənləşdirlməsi, informasiyanın çevrilməsi prosesinin çoxcəhətli ahəngdarlığının təmin edilməsi və ona nəzarət, avtomatlaşdırılmış informasiya sistemlərinin, məlumat baza və biliklərinin təşkili, iqtisadi proseslərin idarə edilməsi üçün zəruri proqram vasitələrinin, hesablama sistemləri və komplekslərinin səmərəli işinin təmin olunması və s.
Yuxarıda qeyd olunan məsələlərin məzmunu “İqtisadi informatika və hesablama texnikası” kursunun məzmununu təşkil edir.
Kursun predmeti iqtisadi informasiyanın avtomatlaşdırılmış işlənməsi sisteminin təşkili və istismarının əsasları haqqında elmi biliklər sahəsidir. Kursun vəzifəsi – iqtisadi informasiyanı müasir hesablama, rabitə və təşkilat texnikası vasitələrinin köməyi ilə işlənməsinin üsul və qaydalarını öyrənməkdir.
İnformatika elminin əsas tətqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması və kompüterləşdirilməsidir.
Bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimal nəzəriyyələri, riyazi statistika, riyazi məntiq, kombinator analiz, formal qrammatika və s., özünün məxsusi bölmələrini isə əməliyyatlar sistemi, EHM arxitekturası, nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir.
- Hesablama texnikasının əsasını təşkil edən aparat təminatı (hardware).
- Hesablama texnikasının proqram təminatı (software).
- Aparat və proqram təminatlarının qarşılıqlı əlaqə vasitələri (aparat proqram interfeysi).
- İstifadəçi ilə aparat və proqram təminatı arasında qarşılıqlı əlaqə
İnformatika fənninin strukturuna aşağıdakıları aid etmək olar:
1. İnformasiyanın və informasiyalaşdırmanın sosial məsələləri (Sosial informasiya, informasiyanın cəmiyyətdə rolu, informasiyalaşmış cəmiyyətin konsepsiyası, informasiya təhlükəsizliyi, informasiyalaşdırmanın sosial nəticələri).
2. Nəzəri və riyazi informatika (Alqoritm nəzəriyyəsi, modellər, qərarların qəbul edilməsi, riyazi və məntuqu aparat).
3. Süni intellekt nəzəriyyəsi (İntellektual və psixi proseslərin
modelləşdirilməsi ekspert sistemləri, obrazların tanınması, intellektual robortar).
4. Hesablama texnikası və proqramlaşdırma (EHM arxitekturası, proqram və proqramlaşdırma anlayışı, EHM-lərin yaranma tarixi, inkişaf mərhələləri, komputer sistemləri və şəbəkələri).
5. Tətbiqi informatika (İnformasiyanın toplanması və tətbiqi ilə əlaqədar olaraq bir çox elm sahələrində-iqtisadiyyatda,texnikada,hərbi işlərdə,hüquqi sahədə yaranan məsələlər).
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur. “Verilənlər” (ingiliscə data) texniki vasitələrlə (məsələn,kompüterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (komdlaşdırılan) məlumatdır. “Verilən” termini latınca “datum” (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə edə bilər. Odur ki, verilənlər dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.
Verilənlər ümumi halda ad, qiymət, tip və struktur xarakteriskaları ilə təyin olunurlar.
Verilənin adı onun mənasını (semantikasını) ifadə edir, məsələn, çəki, ölçü, rəng və s.
Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir, çünki faktları bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi verilənlərin adları ilə qiymətlərinin birlikdə təsvirinə imkan verir. Məsələn, “temperatur+30 dərəcədir” ifadəsində “+30” verilənin qiyməti ,“temperatur dərəcə ilə” verilənin adıdır.
Verilənlərin tip xarakteriskasından əsasən proqramlaşdırmada istifadə olunur. Tipinə görə verilənləri 4 qrupa ayrılır.
Hesabi (və ya rəqəm tipli)- Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur(məsələn,”boyu 174 sm”).
Mətn (və ya simvol tipli)- Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (məsələn, “qırmızı qəngli”).
Məntiqi tipli verilənlər- Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə (“yalan”, “doğru”) ifadə olunur (məsələn, “ikinin tək ədəd olması yalandır”).
Göstərici tipli verilənlər. – Göstərici tipli verilənlərdən isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur.
Qeyd edək ki,proqramlaşdırmada verilənlər həmçinin say sisteminə, təsvir formasına, uzunluğuna görə də xarakterizə edilir.
2.İnformasiya anlayışı,onun formaları və xassələri
İnformasiya – latın sözü olub, baş vermiş hadisə və ya fakt haqqında məlumat vermək mənasını daşıyır. İnformasiya ətraf mühitin obyektləri və hadisələri, onların parametrləri və xassələri haqqında xəbərdir. İnformatikada bu xəbərlər verilənlər də adlanır.
İnformasiya insana onun hissi qavrayışları və təsəvvürləri sayəsində çatır. İnformasiya bütün hallarda mənbə və istehlakçının (qəbul edənin) mövcudluğunu nəzərdə tutur.
Bir çox hallrda məlumat və informasiya anlayışları eyniləşdirilir. Doğrudan da, əksər hallarda onların məna yükü eynidir. Bununla belə, məlumat və informasiya anlayışlarını bütün hallarda eyniləşdirmək düzgün düyildir. Belə ki, məlumat informasiyaya nəzərən daha geniş anlayışdır. Başqa sözlə, hər bir informasiya məlumat olduğu halda, hər bir məlumat informasiya deyildir. İnformasiya məlumata nəzərən, daha yığcam, konkret və mükəmməl olub, çevrilmə obyektidir. “Sözün geniş mənasında informasiya dedikdə saxlanma, ötürülmə və çevrilmə obyekti olan məlumat başa düşülür”(F.D.Fesenko).
İnsanın məqsədyönlü fəaliyyəti həmişə informasiya ilə müşaiyət olunur. Hazırda informasiya çevrilmələrinə etina edilmədən hər hansı bir prosesin tənzimlənməsi (idarəedilməsi) qeyri – mümükündür.
İnformasiya kibernetikanın əsas anlayışlarından biridir və ona yalnız kəmiyyət nöqteyi nəzərindən tərif verilir. “Hadisə baş verincəyə qədərki biliyimizlə, hadisədən sonrakı biliyimizin fərqi informasiyasıdır”. (L.Brillyüen).
“Kibernetika” yunan sözü olub idarəetmə sənəti deməkdir. Kibernetikanın müxtəlif tərifləri vardır.Akademik A.İ.Berqin kibernetikaya verdiyi tərif daha dolğundur.A.İ.Berqə görə kibernetika mürəkkəb dinamik sistemlərin idarə edilməsi haqqında elmdir. Kibernetikanın predmeti hər cür sistemlərin deyil,yalnız idarə olunan sistemlərin tədqiqindən ibarətdir.
Sistem müəyyən vəhdət ,bütövlük təşkil edən və bir-biri ilə qarşılıqlı əlaqədə olan nizamlı elementlər məcmuyudur.
Sistemin fəaliyyəti infromasiyanın miqdarından bilavasitə asılıdır. İnformasiya nə qədər çox olursa, kibernetik sistemləri qurmaq və onların fəaliyyətini qaydaya salmaq, yaranın problemləri həll etmək imkanları genişlənir.
Kibernetik sistem dedikdə mürəkkəb, dinamik və idarə olunan sistemlər nəzərdə tutulur. Bu üç keyfiyyət həm informasiyanın mövcudluğu mahiyyətindən irəli gəlir, həm də informasiyanın mövcudluğu üçün əsas şərt olur. Hər bir kibernetik sistemin iki əsas ünsürü – idarəedici orqan və idarə olunan obyekt arasındakı qarşılıqlı əlaqə və asılılıq informasiya vasitəsilə həyata keçirilir.
Kibernetika əsasən üç qola ayrılır.Texniki kibernetika,biokibernetika və iqtisadi kibernetika
Texniki kibernetika-ayrı-ayrı mexanizmlərin,maşın sistemlərinin,istehsal-texnoloji proseslərin idarə edilməsi vasitələrinin yaradılması və fəaliyyəti qanunauyğunluqlarını öyrənir.
Biokibernetika –canlı aləmdə ,bioloji və biokimyəvi sistemlərdə baş verən proseslərin idarəedilməsi qanunauyğunluqlarından bəhs edir.
İqtisadi kibernetika-istehsal prosesində insanların fəaliyyətinin məqsədə uyğun təşkili və əlaqələndirilməsi qanunauyğunluqlarını ,prinsiplərini və metodlarını öyrənir.
Kibernetika – informasiyanı obyektlərin vəziyyətinin qeyri müəyyənliyinin aradan qaldırılması ölçüsü, konkret istifadəçinin biliyinin ölçüsü kimi qiymətləndirir. İqtisad elmində informasiya dedikdə adətən obyeklərin vəziyyəti, fakt və hadisələr haqqında verilən məlumatların məcmusu başa düşülür. Burada informasiyanın işlənməsi və məlumatların işlənməsi terminləri eyni mənada qəbul edilir. İnformatikada xüsusi məna daşıyan bilik anlayışından da istifadə olunur. Həmin anlayış məlumat və informasiya anlayışından fərqlənir. Belə ki, biliyin informasiyadan fərqli olaraq aşağıdakı xassələri vardır:
yüksək quruluşa malik olmağı;
öz elementləri üzərində əməliyyatların yerinə yetirilməsi üçün maşın
proqramını çağırmaq qabiliyyətinin olması;
başqa informasiyanın və ya onun struktur elementlərini ifadə etməsi və s.
İstehsalın ıdarə edilməsi prosesində dövr edən informasiyanın öyrənilməsi onun tədqiqinin ümumi metodlarına əsaslanır.Bu zaman informasiya üç aspekdə tədqiq edilir.Praqmatik,semantik,sintaksis
İnformasiyaya praqmatik aspektdə baxıldıqda ,idarəetmə prosesində qərarların qəbulu üçün informasiyanın praktiki cəhətdən nə qədər faydalı və qiymətli olması müəyyən edilir.
İstehsalın avtomatlaşdırılmış idarə edilməsi sistemlərin yaradılması zamanı informasiyanın praqmatik aspekdə öyrənilməsi istehlakçılar üçün informasiyanın zərurilik və kafilik dərəcəsini ,faydalı informasiyanın həcmini ,faydasız sənədlər külliyatının miqdarını və.s müəyyənləşdirməyə imkan verir.İnformasiya həcmini ,işlənmə,saxlanma,verilmə tezliklərini və.s bilməklə informasiyanın işlənməsinin texniki vasitələrini hesablamaq olar.
İnformasiya semantik (mənaca) tədqiq edildikdə idarəetmə obyektinin vəziyyətini əks etdirən informasiyanın məzmununu açmağa və işarələr arasında olan münasibətlərin və ölçü vahidlərinin mənaca öyrənilməsinə imkan yaranır.İnformasiyaya semantik baxış iqtisadi göstəricilərin ,obyektlərin təsnifatına ,qarşılıqlı kodlaşdırma sistemlərinin yaradılmasına və beləliklə idarəetmədə baş verən hadisələrin,faktların,proseslərin və.s tam öyrənilməsinə imkan verir.
İnformasiyaya sintaksis aspektdə baxıldıqda onun məzmunu ,mənası və istifadəedilmə xüsusiyyətindən asılı olmayaraq sistemdə işarələr arasında olan münasibətlər kəmiyyətcə müəyyənləşdirilir.İnformasiyanın kəmiyyətcə qiymətləndirilməsi onun maşında işlənməsi texnologiyasının səmərəli seçilməsi və layihələndirilməsinə ,maşın daşıyıcılarının ,onların maketlərinin səmərəli qurulmasına imkan verir.
İnformatikada informasiya ilkin və təyin olunmamaış anlayış kimi qəbul olunur.
Fəlsəfi baxımdan informasiya xəbər, məlumat vasitəsilə real dünyanın inkasıdır. Xəbər, məlumat isə informasiyanın nitq, yazı, təsvir, siqnal və s. vasitələrlə ötürmə üsuludur.
İnformasiya təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri qarşılıqlı münasibətləri haqqında məlumat verməklə onların qeyri-müəyyənliyini, onlara dair biliklərimizin məhdudluğunu azaldır.
İnformasiya insanların təbiətdən və cəmiyyətdən öz hissiyat üzvləri (görmə, eşitmə, dad bilmə, hissiyat, iybilmə) vasitəsilə qəbul etdikləri məlumatdır.
İnformasiyanın yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümükündür. informasiyalar siqnallar vasitəsilə ötürülür, kodlaşdırılaraq yaddaşda saxlanılır və iki yerə bölünür; ədədi və analoq informasiyalar. İnsanlar öz hissiyat üzvlərinə görə analaoq, komputerlər isə ədədi informasiyaların köməyi ilə fəaliyyət göstərilir. Əgər analoq informasiyanı rəqəmlərlə kodlaşdırsaq analoq informasiya ədədi informasiyaya çevrilir.
İnformasiya maddi daşıyıcılar olan fiziki obyektlərdən, sosial, psixoloji proseslərdən kənarda qala bilməz və informasiyanın varlığı onun hərəkətindədir. Daimi hərəkətdə olması ilə informasiya insanların təlabatını ödəməklə onların qarşılıqlı münasibətlərinin və əlaqələrinin tənzimlənməsində mühüm rol oynayır.
Yalan (dezinformasiya) informasiya
və s. kateqoriyalar bölünür.
İnformasiya xarici və daxili xassəyə malikdir. Fəlsəfədən məlumdur ki, daxili xassə orqanik olaraq obyektin özünə aiddir, “gizli” və özünü digər obyektlərlə qarşılıqlı münasibətdə biruzə verir.
Xarici xassə isə obyektin digər obyektlərə qarşılıqlı münasibətlərini xarakterizə edir. İstənilən informasiyanı – informasiya mənbəyi, informasiya istifadəçisivə informasiyanı əks etdirən üç qarşılıqlı əlaqəli obyektə bölmək olar.Bu isə onun əsas xarici xassələrini informasiyanın keyfiyyətini, tamlığını, etibarlığını və s. ayırmağa imkan verir.
İnformasiyanın daxili xassəsi isə informasiyanın həcmi, özünəməxsusluğu və s. ilə xarakterizə olunur.
İnformasiya obyektiv, keyfiyyətli, tam, vaxtında, dəqiq, faydalı qiymətli olarsa düzgün qərar çıxarmaq üçün əsas verə bilər. İnformasiyanın keyfiyyəti materiyanın hərəkət formalarından, insanların düşüncə tərzindən, cəmiyyətlərin müxtəlifliyindən asılı olaraq müxtəlif ola bilər.
İnformasiyanın aşağıdakı xassələri vardır:
Dəqiqiliyi – onun əks olunan parametrlə nə dərəcədə yaxın olduğunu
Etibarlılığı – onun real obyekti zəruri dəqiqliklə əks etdirməsini göstərir
Əhəmiyyətliliyi – onun müxtəlif siferalarla tətbiq olunması ilə
Tamlığı – düzgün qərar qəbul etmək üçün informasiyanın kifayət qədər
Qiymətliliyi – məsələnin həlli üçün nə qədər vacib olmasıdır.
Vaxtında verilməsi – qərar qəbul etmək üçün vaxtından əvvəl və sonra
yox, vaxtında verilməsi lazımdır və s.
Hər bir informasiyanın mənbəyi və istifadəçisi vardır. Mənbədən istifadəçiyə informasiya məlumat şəklində ötürülür. İnformasiyanın ötürülməsi prosesi mənbə ilə istifadəçi arasında olan rabitə və ünsiyyət vasitələti ilə həyata keçirilir. Müasir dövrdə insanlar informasiyanın qəbulu və ötürülməsində praqmatik problemlərə üstünlük verirlər. Yəni informasiyanın qiymətliliyi, əhəmiyyətliliyi insanlar üçün daha maraqlıdır. Ona görə də informasiya nəzəriyyəsində istifadəçi üçün hər bir informasiya deyil, yalnız onun analiz etdiyi araşdırmalar apardığı işlərdə onun məlumatını artıran informasiyalar əhəmiyyət kəsb edir. Bir adam üçün qiymətli və böyük əhəmiyyətə malik olan informasiya digəri üçün bir maraq kəsb etməyə bilər.
3.İnformasiyanın kəmiyyət ölçüsü
İnformasiyaya hansı aspektdə baxılmasından asılı olmayaraq onun başlıca cəhəti qeyri-müəyyənliyi ləğv etməsidir.Müasir informasiya nəzəriyyəsinin banisi ,amerikalı alim Klod Şennon tərəfindən təklif olunmuş informasiya ölçüsü hazırda çox geniş yayılmışdır.Şennona görə informasiyanın ölçüsü baş vermiş və ya baş verəcək hadisələrin qeyri-müəyyənliyinin ölçüsü ilə əlaqədardır. Qeyri-müəyyənliyin ölçüsü entropiyadır.Sistemdə qeyri-müəyyənlik nə qədər yüksək olarsa ,entropiyada bir o qədər böyük olar.Lakin sistem nə qədər nizamlı və mütəşəkkildirsə və onun vəziyyəti haqqında doğru mühakimə yürütmək imkanı böyükdürsə entropiya bir o qədər azalır.
Hər hansı sistem özünün fəaliyyəti prosesində müəyyən informasiyanı saxlamalı,verməli və almalıdır.Müxtəlif sistemlər (insan beyni,Kompüterin yaddaşı və.s) müxtəlif həcmdə informasiya saxlaya bilər.
Saxlaya,verə və ala biləcəyi informasiyanın maksimal miqdarı sistemin informasya tutumu adlanır.İnformasiya tutumu (Q)mümkün xəbərlərin sayının loqarifmi ilə qiymətləndirilir.
Loqarifmin əsası (a) adətən 2 götrülür.Bu halda cəmisi iki simvoldan (m=2)ibarət əlifbaya və bir mövqeyə (n=1) malik mənbənin tutumu aşağıdakı kimi olacaqdır.
- bit = 0 və ya 1;
- 1 bayt = 8 bit;
- 1 Kbayt = 1024 bayt=2 10 bayt
- 1 Mbayt = 1024 Kbayt=2 20 bayt
- 1 Gbayt = 1024 Mbayt=2 30 bayt
- 1 Tbayt = 1024 Gbayt =2 40 bayt
1Pb=1024 Tb=2 50 bayt
1Eb=1024Pb=2 60 bayt
1Zb=1024Eb=2 70 bayt
Bu ölçü vahidlərindən ən çox kompüter yaddaşının tutumunu göstərmək üçün istifadə olunur.
Kompüterdə informasiya ikili say sistemi vasitəsilə kodlaşdırılır. Kodlaşdırma bir əlifbanın simvollarının digər əlifbanın simvolları ilə təsvir edilməsidir.
- İkili say sistemi: 0, 1
- Onluq say sistemi: 0,1,2 . 9
- Rum say sistemi: I, II, III, IV . X, . C (yüz), .
- 16-lıq say sistemi və s.
Mühazirə2: İnformatika və süni intellekt problemi
Süni intellekt (Sİ) – müasir insanların düşüncə tərzini, onun psixologiyasını, real intellektini modelləşdirən (imitasiya edən) və müasir EHM-lərdə reallaşdırılan süni yaradılmış sistemdir.
Süni intellekt – Elmi sahəsi keçən əsrin 50-ci illərində kibernetika, linqivistika, psixologiya və proqramlaşdırmanın qovşağında yaranmışdır.
Süni intellektin yaranmasının əsas məqsədi əvvəllər ənənəvi olaraq insanlar tərəfindən həll olunan məsələlərin maşınlar tərəfindən həll olunmasını təmin edilməsi olmuşdur və bu problem bəşəriyyət qarşısında duran mürəkkəb elmi-praktik problemlərdən biridir.
Süni intellektin köməyi ilə sübut olundu ki, Ehm-lər müəyyən şərtlər daxilində insan fəaliyyətinə aid olan riyazi nəzəriyyəni isbat etmək, şer bəstələmək, tərcüməişləri, mürəkkəb informasiya axtarışı və s. yerinə yetirmək imkanına malikdir.
Bu sahədə elmi tədqiqatlar iki istiqamətdə aparılır və inkişaf edir:
Birinci istiqamət – insanın intellektual davranışının (hərəkətinin) məhsuluna baxır, onun strukturunu öyrənir. İnsanın intellektual fəaliyyətinin ayrı-ayrı amillərini araşdırır və bu məsələlərin həllini və məhsulların icrasını müasir texnikanın, yəni EHM-in (kompüterlərin) köməkliyi ilə həyata keçirir. Belə məsələlərin həlli Ehm-də yüksək səviyyədə icra olunursa, onda uyğun intellektual fəaliyyət avtomatlaşdırılmış hesab olunur. Bu istiqamətin naliyyəti əsasən EHM- in inkişafı və proqramıaşdırmanın mükəmməlləşdirilməsi ilə əlaqədardır. Bu istiqamət süni intellektin maşın intellekti də adlanır.
İkinci istiqamət – intellektual fəaliyyətin neyro fizioloji və psixoloji mexanizimlərinin verilənlərinin, yəni insanın ağıllı (şüurlu) fəaliyyətinə əsaslnır. Tədqiqatçılar, layihəçilər çalışırlar ki, bu hərəkətləri texniki qurğularla elə yerinə yetirsinlər ki, əvvəlcədən verilmiş tapşırıq daxilində onlar insanın ağıllı fəaliyyətini həyata keçirsinlər.
Süni intelekt sahəsində aparılan işlərin təsnifatı cədvəldə əks olunmuşdur.
Süni intelektin tədqiqi üçün aşağıdakı əsas istiqamətlər müəyyənləşdirilməlidir:
- Biliyin təqdimi (“bilik bazasının” yaradılması, intellektual sistemlərinin
- Biliklərlə manipulyasiya (intellektual sistemləri metodlarla və biliklərin
- Ünsiyyət (məsələn: kompüter tərəfindən adi mətnin başa düşülməsi, EHM-
- İnformasiyanın qəbulu (EHM – lərin obrazların tanınmasına, görmək
- İntellektual sistemləri indiyə qədər rastlaşmadıqları məsələlərin həllinə
- Normativ, sutiativ (situasiyaya uyğun məqsədyönlü modellərin
Süni intellektin tədqiqində aşağıdakı kompleks üsullardan istifadə olunur:
- Riyazi mənitiqin üsulları;
- Freym dilləri;
- Tətbiqi və riyazi linqvistikanın üsulları;
- Konqnitiv psixologiyanın üsulları;
- Tanınma müxanizmlərinin tədqiqi.
Son dövrlərdə müxtəlif sahələrdə aparılan tədqiqatlar Süni intellekt sahəsində mütəxəssislər qarşısında aşağıdakı problematik məsələlərin tədqiqini qoymuşdur.
Nəzəriyyələrin isbat olunması; oyunların icrası məsələsi; musuqi, poeziya, rəssamlıq sahələrində yaradıcılıq məsələləri; məntiqi nəticələr; avtomatik tərcümə; danışığın sintezi və tanınması; Ehm – lə təbii dildə danışmaq; təsvirlərin tanınması; robotika; ekspert sistemləri; neyron şəbəkələri; mühəndis biliyi, məqsədyönlü hərəkətin planlaşdırılması; öyrənmə və özünü öyrətmə; özünü təşkil etmə; 5-ci və 6-cı nəsil EHM- in nəzəri əsasının işlənməsi və s.
- İS müəyyən məqsədə doğru yönəldilmiş olmalıdır, yəni öz fəaliyyətini
- İS əhatə olunmuş aləmin dəyişməsinə reaksiya verməlidir, yəni
- İS daimi öz biliyinin hüdudlarını genişləndirməlidir. İstər əhatə edən
- İS məntiqi nəticələri istifadə etməklə şəraiti tanımaq və qərar qəbul
Beləliklə, intellektual sistem – müəyyən məqsədə doğru yönəldilmiş sistemdir ki, özünün fəaliyyətini vəziyyət və proqnoza əsasən planlaşdırır, aləmin modeli əsasında həssas orqanlardan və insanla intellektual əlaqədən və ya “özü kimi ağıllı sistemdən” aldığı cari informasiya və özünüöyrənmə yolu ilə aldığı biliyi və “qenetik” biliyi istifadə etməklə məqsədyönlü qərar qəbul etmək qabiliyyətinə malik olmalıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.