Press "Enter" to skip to content

UNEC-də növbəti struktur islahatları

Kafedranın professor-müəllim heyəti tərəfindən dərslik və proqramlar hazırlanmışdır. Buraya 45 ç.v. həcmində olan “İqtisadi nəzəriyyə” dərsliyini, “İqtisadi nəzəriyyə kursunun təkmilləşdirilmiş proqramı”nı, yeni tədris fənləri olan “Keçid iqtisadiyyatının nəzəri əsasları”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “İqtisad elminin yaradıcılıq metodologiyası”, “İqtisad elminin tarixi və metodologiyası”, “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycan və Şərq iqtisadi fikir tarixi” kursları üzrə proqramların nəşrini aid etmək olar. Bununla yanaşı, P.Samuelsonun və V.Nordhauzun “İqtisadiyyat” dərsliyinin əsas iqtisadi anlayışlarının ingilis – Azərbaycan dili izahlı lüğəti hazırlanmış və çap olunmuşdur.

Azərbaycan Dövlət
İqtİsad Unİversİtetİ

UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən “Beynəlxalq iqtisadiyyat”, “Nəzəri və praktiki iqtisadiyyat”, “İqtisadiyyatın tənzimlənməsi” və “İqtisadi nəzəriyyə” kafedraları ləğv edilərək onların bazasında “İqtisadiyyat” kafedrası yaradılmışdır.

“İqtisadi nəzəriyyə” kafedrasının xəbərləri UNEC NEWS-da

Kafedra haqqında

Azərbaycan Dövlət İqtisad Universitetinin (D.Bünyadzadə adına Azər­bay­can Xalq Təsər­rü­fatı İnstitutu) fəaliyyət göstərdiyi 1966-cı ildən İqtisadi nəzə­riy­­yə (Siyasi iqtisad) kafedrası möv­cud­­dur. Hazırki “İqtisadi nəzəriyyə” kafed­rası 1975-ci ildən müstəqil kafedra kimi fəaliyyət göstərir. Həmin il fənnin əhəmiyyətini və iqtisadçı mütəxəssislərin hazırlanması ilə bağlı problemləri nəzərə alaraq “Siyasi iqtisad” kafedrası iki müstəqil kafedraya ayrıldı. Elə o vaxt kafedranın müdiri vəzifəsinə əvəzçiliklə elmi işlər üzrə prorektor, Azərbaycan EA-nın müxbir üzvü, prof. A.Ələsgərov təyin olundu .

1976-1987-ci illərdə kafedraya prof. M.Musayev rəhbərlik etmişdir. 1987-1990-cı illərdə kafedraya prof. Ə.Axundov, 1990-1996-cı illərdə prof. M.Əhmədov rəhbərlik etmişdir. Kafedra 1993-cü ildən İqtisadi nəzəriyyə adlandırılmışdır. 1996-cı ildən indiyədək kafedraya i.e.d., prof. Əlican Pirican oğlu Babayev rəhbərlik edir.

Kafedrada müxtəlif vaxtlarda Azərbaycanda ilk iqtisad elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, prof. Bəhman Axundov, məşhur iqtisadçı alim prof. Həsən Dadaşov, AXTİ-nin rektoru işləmiş (1955-1959) dos. Şamil Əliyev, məşhur iqtisadçı alim prof. Ələsgər Qasımov, elmi nəşrləri və qabaqcıl ideyaları ilə Ümumittifaq səviyyəsində tanınmış prof. Ərəstun Axundov, respublikada iqtisad elminin inkişafında əhəmiyyətli rol oynamış prof. Yusif Məmmədov, prof. Qara Sadıqov, Azərbaycan EA-nın müxbir üzvü, prof. Teymur Vəliyev, Azərbaycan EA-nın müxbir üzvü prof. Ağasəlim Ələsgərov, prof. Məmmədhəsən Sultanov və digər görkəmli alimlər elmi-pedaqoji fəaliyyət göstərmişlər.

Kafedranın professor-müəllim heyəti tərəfindən dərslik və proqramlar hazırlanmışdır. Buraya 45 ç.v. həcmində olan “İqtisadi nəzəriyyə” dərsliyini, “İqtisadi nəzəriyyə kursunun təkmilləşdirilmiş proqramı”nı, yeni tədris fənləri olan “Keçid iqtisadiyyatının nəzəri əsasları”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “İqtisad elminin yaradıcılıq metodologiyası”, “İqtisad elminin tarixi və metodologiyası”, “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycan və Şərq iqtisadi fikir tarixi” kursları üzrə proqramların nəşrini aid etmək olar. Bununla yanaşı, P.Samuelsonun və V.Nordhauzun “İqtisadiyyat” dərsliyinin əsas iqtisadi anlayışlarının ingilis – Azərbaycan dili izahlı lüğəti hazırlanmış və çap olunmuşdur.

Hazırda kafedrada bakalavr və magistr təhsili üzrə 7 fənn tədris olunur. “İqtisadiyyata giriş”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “İnstitusional iqtisadiyyat”, “Mikro-Makroiqtisadiyyat 3 səviyyə”, “İqtisadi fəaliyyətin mahiyyəti və institusional strukturu”, “Dünya ölkələrinin iqtisadi inkişaf modelləri”.

Kafedranın müəllim heyətinin sayı hazırda 14 nəfərdən ibarətdir. Onlardan 2 nəfər professor, 9 nəfər dosent, 3 nəfər müəllim vəzifələrini tutur. Kafedranın professor-müəllim heyətinin 14 nəfər üzvündən 2 nəfəri iqtisad elmlər doktoru və 9 nəfəri isə iqtisad üzrə fəlsəfə doktorlarıdır. Texniki heyət 2 baş laborantdan ibarətdir.

Iqtisadi nəzəriyyə kursu unec

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə 3-cü-sektor UNEC-də növbəti struktur islahatları

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Sentyabr 22, 2015 – 15:20

!Reklam – Yazi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) struktur dəyişikliyi olub. UNEC-in Elmi Şurasında qəbul edilən qərara əsasən iki fakültə və bir neçə kafedra birləşdirilib.

“Uçot-iqtisad” fakültəsi ilə “Maliyyə” fakültəsi birləşdirilərək, “Maliyyə və mühasibatlıq” fakültəsi adlandırılıb.
UNEC-in “İqtisadi nəzəriyyə 1” və “İqtisadi nəzəriyyə 2” kafedraları ayrılıb. Bundan sonra “İqtisadi nəzəriyyə 2” kafedrası “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası adlandırılacaq. “Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” ilə “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedraları isə birləşdirilərək “İstehlak mallarının ekspertizası” kafedrası adlandırılıb. Bundan başqa, UNEC-də “Humanitar fənnlər” kafedrası yaradılıb. Yeni kafedrada “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Politologiya” kafedraları birləşdirilib.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Azərbaycan Dövlət
İqtİsad Unİversİtetİ

UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən “Beynəlxalq iqtisadiyyat”, “Nəzəri və praktiki iqtisadiyyat”, “İqtisadiyyatın tənzimlənməsi” və “İqtisadi nəzəriyyə” kafedraları ləğv edilərək onların bazasında “İqtisadiyyat” kafedrası yaradılmışdır.

“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının xəbərləri UNEC NEWS-da

Kafedra haqqında

İqtisad Universitetinin fəaliyyət göstərdiyi bütün dövrlərdə “Siyasi iqtisad” adı ilə fəaliyyətdə olan kafedra 1993-cü ildən “İqtisadi nəzəriyyə” adlandırılmışdır. Bu dəyişiklik sosiolist sisteminin dağılması ilə bağlı olmuşdur. Bununla yanaşı, bir çox iqtisadçı alimlər “Siyasi iqtisad” termininin əslində sosializmlə əlaqəsi olmasını göstərir və indinin özündə də bir çox xarici ölkələrdə “Siyasi iqtisad” adının qalmasına istinad edirlər.

1975-1982-ci illərdə kafedraya prof. Qara Sadıqov, 1987-1990-cı illərdə “Birləşmiş siyasi iqtisad” kafedrasına Ərəstun Axundov rəhbərlik etmişlər. 1990-cı ildə kafedra yenidən iki yerə ayrılmış, Uçot-iqtisad, Maliyyə fakültələri üzrə “Siyasi iqtisad” kafedrasına (sonradan “İqtisadi nəzəriyyə-2” adlandırılmışdır) i.e.d.,prof. Məmmədhəsən Meybullayev rəhbərlik etmişdir. 2014-cü ildən kafedraya i.e.d., prof.Ümüdvar Qənbər oğlu Əliyev rəhbərlik edir.

“İqtisadi nəzəriyyə-2” kafedrasının adı Universitetin 442/3/2015 tarixli əmri ilə “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası adlandırılmışdır. Kafedra universitetin ən nüfuzlu kafedralarındandır. Kafedrada çox nüfuzlu iqtisadçı alimlər çalışır.

Kafedranın əməkdaşlarından professor Eldar Rza oğlu İbrahimov milli məclisin intizam komissiyasının sədri, prof. Qafarov Şamil Saleh oğlu AAK-ın iqtisadiyyat üzrə ekspert komissiyasının sədridir. Kafedranın professorları Ümüdvar Əliyev, Qabil Manafov Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası (2019-cu il) adlı monaqrafiyanln redaksiya heyətinin üzvü və həmmuəlliflərindəndir. Professor Rasim Nəbiyev və dos. Əli Hacıyev də həmin monoqrafiyanın həmmüəlliflərindəndir.

Professor Qabil Nadir oğlu Manafov isə universitetdə “Magistratura mərkəzinin” direktorudur. Kafedranın professorları Ü.Q.Əliyev, E.R.İbrahimov, Q.N.Manafov, R.Ə.Nəbiyev, Ş.S.Qafarov ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin təbliğində fəal iştirak edirlər.

Kafedra İqtisadi nəzəriyyə, İqtisadi təlimlər tarixi, İqtisadi islahatlara aid qanunlar, İqtisadi nəzəriyyələr və məktəblər, Müasir dünyanın iqtisadi problemləri, İqtisadi nəzəriyyənin aktual problemləri, Makroiqtisadiyyat, İqtisadi fikir və iqtisadi siyasət, bazara keçidin milli problemləri, İqtisadi inkişafın modelləri, İqtisad elminin müasir problemləri, iqtisad elminin tarixi və metodologiyası, İslam iqtisadiyyatı kursları üzrə proqramlarını hazırlayıb nəşr etdirmişdir.

Kafedranın əməkdaşları bir çox monoqrafiya, dərslik və dərs vəsaitləri, elmi məqalələr nəşr etdirmişdir. Prof. Ü.Q.Əliyevin “Keçid dövrünün milli iqtisadi problemləri” (2008), “İqtisad elminin aktual problemləri” (2013), prof. Q.N.Manafovun “Sahibkarlıq fəaliyyətinin nəzəri və praktiki əsasları”, prof.T.Q.Babayevin “Aqrar bölmədə özəl qrumların təşkili və iqtisadi əsasları” adlı əsərləri və s. nəşr olunmuşdur.

Xarici ölkə alimlərinin ən yeni elmi əsərləri və dərsliklərinin Azərbaycan dilinə tərcüməsinə də xüsusi diqqət verilir. Pol Samuelson və V.Nordhauzun “Ekonomiks” dərsliyini refaratı tərcümə edilərək nəşr olunmuşdur. Son illər başqa əcnəbi dillərdən dərsliklərin tərcüməsi uğurla davam etdirilmişdir.

Kafedrada tədris prosesi ilə yanaşı, elmi-tədqiqat işləri sahəsində də ciddi iş aparılır. Bir çox doktorluq və namizədlik dissertasiya işlərinin müzakirəsi keçirilmiş və müdafiə olunması tövsiyyə edilmişdir.

“Nəzəri və praktiki iqtisadiyyat” kafedrası səmərəli tədris prosesini aparmaqla yanaşı, elmi-tədqiqat işlərini də yerinə yetirməklə özünəməxsus elmi istiqamət formalaşdırılmışdır. 2020-2022-ci illərə proqnozlaşdırılan plan-elmi tədqiqat işləri Azərbaycan iqtisadi gerçəkliyini əks etdirən daha müasir iqtisadi problemlərin tədqiqini əks etdirir. Beləki, 2020-ci ildən başlayaraq “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi aspektində strateji hədəflərin reallaşdırılmasının aktual problemləri” problemlərinin araşdırılması qarşıya məqsəd kimi qoyulmuşdur.

Elmi-tədqiqat işlərinin həyata keçirilməsi kafedrada həm yeni kadr potensialının yaranmasına və keyfiyyətinin yüksəlməsinə səbəb olmuş, həm İqtisada giriş, Mikroiqtisadiyyat, Makroiqtisadiyyat fənnləri üzrə mövcud olan mövzuların tədrisində istifadə olunmuş, həm də əldə olunan nəticələr, təklif və tövsiyələr kimi təhlili məruzələr şəklində müxtəlif iqtisadi orqan və təşkilatlara təqdim olunmuşdur. Nəticə etibarı ilə “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasında “İqtisadi nəzəriyyə” ixtisası üzrə makroiqtisadiyyat istiqamətində elmi məktəb formalaşmışdır. Kafedranın əməkdaşları Universitetin bütün fakültələrində tədrislə məşğul olur. Kafedranın bir sıra əməkdaşı həm Universitetdə, həm də Universitetdən kənarda məsul vəzifələrdə çalışırlar.

413/3/2020-ci il 15 sentyabr 2020-ci il əmrinə əsasən “Müəssisənin iqtisadiyyatı” kafedrası “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasına təhkim olunub.

“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasında – 5 professor (1-i məsləhətçidi), 18 dosent, 3 baş müəllim, 2 müəllim, 1 assistent, 3 böyük laborant, 1 laborant

Professor-müəllim heyəti:

  1. i.e.d.prof. Əliyev Ümüdvar Qənbər (kaf.müdiri) (0.5)
  2. i.e.d., prof. Manafov Qabil Nadir (0,5) [Magist.Mərkəzinin direkt.]
  3. i.e.d., prof. Qafarov Şamil Saleh
  4. i.e.d., prof. Nəbiyev Rasim Əmir
  5. i.e.n., dos. Əllazov Qəzənfər Sehvəddin
  6. i.e.n., dos. Hacıyev Əli Vəli (0.5) (UNEC-in fəxri professoru)
  7. i.e.n., dos. Mehtiyev Azər Seyfalı
  8. i.e.n., dos. Məmmədov Akif Bəylər
  9. i.e.n., dos. Əliyeva Alina Məcid
  10. i.e.n., dos. Əmirova Fəridə Şamil
  11. i.e.n., dos. Sadıqov Namiq Ənvər
  12. i.e.n., dos. Rzayeva Şəhla Məhəmməd
  13. i.e.n., dos. Novruzova Azadə Qadir
  14. i.e.n., dos. Məmmədov Sahib Məmməd
  15. i.f.d., dos. Gajiev Galib (0.5)(SOCAR)
  16. i.e.n., dos. Əliyeva Leyla Zakir
  17. i.e.n., dos. Eyvazova Nailə Kamal
  18. i.e.n., dos. Nəzərəliyev Sadiq Binyamin
  19. i.f.d., dos. Pənahova Günay Məhiş
  20. t.e.n., dos. Gözəlova Solmaz Muxtar qızı
  21. tar.f.d., dos.Məmmədova Rəsmiyyə Mürsəl
  22. i.f.d., dos. Abbasova Tamilla Cəlal
  23. i.f.d., b/m. Hüseynov Ərzuman Aydın
  24. b/m. Ülviyyə Rəsul Rasim
  25. i.e.n., b/m. Mehdizadə Mehriban Mehdi (0.5)
  26. b/m. Məcidova Səadət Mirağa
  27. müəl. Rzayeva Xuraman İsmayıl (0.5)

Comments are closed, but trackbacks and pingbacks are open.