Press "Enter" to skip to content

Iqtisadi nəzəriyyə mikroiqtisadiyyat 1 2

2. Mülkiyyətin iqtisadi məzmunu hansı anlayışlarla ifadə olunur?

“İQTİsadi NƏZƏRİYYƏ VƏ marketiNQ” kafedrası “Mikroiqtisadiyyat” fənnindən yoxlama testləri

2. Mülkiyyətin iqtisadi məzmunu hansı anlayışlarla ifadə olunur?

  1. Sərəncam vermək,yiyələnmək, istifadə etmək, mənimsəmək.
  2. Təsnifat subyektləri, müəssisələr, zavod və fabriklər.
  3. Əmlak, sahibkarlıq, sərvət.
  4. Hüquqi təminat, özəlləşdirmə,milliləşdirmə.
  5. Gəlir və onun müxtəlif formaları.

3. Əmtəə istehsalının tarixi və obyektiv əsasları hansılardır?

  1. Məhsul bölgüsü, müqavilə,istehlak.
  2. İctimai əmək bölgüsü, mülkiyyət ayrı-seçkiliyi.
  3. Dövlətin, idarəetmənin və mülkiyyət hüququnun meydana gəlməsi.
  4. Pulun,kapitalın və gəlirin yaranması.
  5. Ticarətin və sənətkarlığın meydana gəlməsi.

4. Əmtəə təsərrüfatının təşkilati formaları hansılardır?

  1. Müəssisələr, zavodlar, digər təsərrüfatlar.
  2. Sadə, kapitalist, planlı.
  3. Firmalar, kampaniyalar, inhisarlar.
  4. Səhmdar cəmiyyətlər, korperativlər, fermer təsərrüfatları.
  5. Xüsusi və dövlət.

5. Pul necə meydana gəlmişdir?

  1. Bazar iqtisadiyyatının yaranması nəticəsində.
  2. Əmək bölgüsünün inkişafı nəticəsində.
  3. Mübadilənin və dəyər formalarının tarixi inkişafı nəticəsində.
  4. Dövlətin meydana gəlməsi nəticəsində.
  5. Qızılın istifadəsi nəticəsində.

6. Bazar iqtisadiyyatının əsas xarakterik cəhətləri hansılardır?

  1. Xüsusi sahibkarlıq, iqtisadi azadlıq, azad rəqabət, təşəbbüskarlıq.
  2. Ticarət, mübadilə, gəlir bölgüsü.
  3. Xüsusi sahibkarlıq, əmtəə istehsalı, mübadilə
  4. Azadlıq, bərabərlik, iqtisadi ədalət.
  5. Pulun istifadəsi və alqı-satqı.

7. Bazar iqtisadiyyatının subyektləri hansılardır?

  1. Ev təsərrüfatları, ictimai təsərrüfatlar.
  2. Ayrı-ayrı insanlar, insan qrupları, təşkilatlar.
  3. Ev təsərrüfatları, dövlət, firmalar və müəssisələr.
  4. Dövlət orqanları, müxtəlif təşkilatlar, firmalar.
  5. Bütün hüquqi şəxslər.

8. Bazar hansı çətin problemi asanlıqla həll edir?

  1. Müxtəlif dövlətlər arasında ticarətin həyata keçirilməsi.
  2. Nələrin, necə və kim üçün istehsal edilməsi.
  3. İnsanların maddi tələblərinin ödənilməsi
  4. Müxtəlif məhsul növlərinin istehsalı.
  5. Optimal ərazi proporsiyalarınmüəyyən edilməsi.

9. Bazar tələbinə hansı amillər təsir göstərir?

  1. Qiymətlər, gəlirin həcmi, alıcıların sayı, alternativ əmtəələrin
  1. Dövlətin fəaliyyəti, firmaların sayı, istehsalçıların fəallığı.
  2. İstehlakın ödənilməsi, dövlət xərcləri, gəlirlər.
  3. Ticarət sərbəstliyi, istehsal sərbəstliyi, ümumi iqtisadi azadlıq.
  4. Xarici ticarət, idxal və ixrac.

10. Qiymətin səviyyəsinə hansı amillər təsir göstərir?

  1. İstehsalın təşkili, ticarətin təşkili, istehlak.
  2. Bazrın quruluşu, tələbin kəmiyyəti,təklifin kəmiyyəti.
  3. Dövlətin fəaliyyəti, firmaların fəaliyyəti, istehlakçıların fəakiyyəti.
  4. İctimai-zəruri əmək məsrəfləri: tələb və təklifin nisbəti.
  5. Milli iqtisadiyyatın sahə strukturu.

11. Bir-birini qarşılıqlı əvəz edən əmtəələr üçün fərqsizlik əyrisinin konfiqurasiyası necə görünə bilər?

  1. Müsbət meylli olan düz xətt kimi.
  2. X-oxuna paralel xətt kimi.
  3. Y- oxuna paralel xətt kimi.
  4. Mənfi meylli olan düz xətt kimi.
  5. Tələb və təklif əyrilırin kəsişməsi kimi.

12. Əmtəələrin təklifinin 12%, tələbin 40% eyni zamanda yüksəlməsi nə ilə nəticələnir?

  1. İstehsalın stabilləşməsi və qiymətin aşağı düşməsi ilə.
  2. Qiymətlərin aşağı düşməsi və əmtəələrin miqdarının azalması ilə.
  3. Qiymətin stabilləşməsi və istehsalın artması ilə
  4. Qiymətin artması və əmtəələrin miqdarının azaldılması ilə.
  5. Qiymətlərin aşağı salınması və əmtəənin miqdarının artırılması
  1. Məqsədlərin optimallığı.
  2. Gəliri maksimumlaşdırmaq.
  3. Artımı maksimumlaşdırmaq
  4. Məqsədlərin çoxluğu.
  5. Mənfəəti maksimumlaşdırmaq.

14. Tələb qanunu hansı asıllığı ifadə edir?

  1. Tələbin həcmi ilə qiymət arasındakı asılılığı.
  2. Tələblə təklif arasındakı asılılığı.
  3. Alıcıların sayı ilə əmtəələrin miqdarı arasındakı asılılığı.
  4. Qiymətlə alıcıların sayı arasında olan asılılığı.
  5. Təkliflə alıcıların sayı arasındakı asılılıq.

15. Qiymət nəyə deyilir?

  1. Alıcının əmtəə üçün təklif etdiyi pulun məbləğinə.
  2. Əmtəə dəyərinin pulla ifadəsinə.
  3. Əmtəənin maya dəyərinin pulla ifadəsinə.
  4. Satıcının öz əmtəəsi üçün tələb etdiyi pulun məbləğinə
  5. Bütün xərclərin cəminə.

16. Bazar iqtisadiyyatının hansı modelləri vardır?

  1. Kortəbii və planlı
  2. Liberal, sosial-yönümlü, sosial- demokratik.
  3. Planlı, tənzimlənən, tənzimlənməyən.
  4. Tarazlı, kortəbii, deformasiyaya uğramış.
  5. Kapitalist, sosialist, mənəvi.

17. Bazar mexanizminin ünsürləri hansılardır?

  1. Qiymət, tələb, təklif, rəqabət.
  2. Sərbəstlik, bərabərlik, mülkiyyət azadlığı, inhisarçılıq.
  3. Tarazlıq, elastiklik, çeviklik.
  4. Planlaşdırma, tənzimləmə, təşkilatlanma.
  5. Subsidiyalar, kreditlər, birjalar.

18. Bazar infrastrukturunun əsas elementləri hansılardır?

  1. Əmtəələr, xidmətlər, qarşılıqlı əlaqələr.
  2. Birjalar, yarmarkalar, lizinq kompaniyaları.
  3. Müəssisələr, fabriklər, zavodlar.
  4. Nəqliyyat vasitələri, rabitə vasitələri, bazar meydanları.
  5. Satış bazarı, mağazalar.

19. İstehsal xərclərinin hansı tərkib hissələri vardır.

  1. Ümumi xərclər, sabit xərclər, dəyişən xərclər.
  2. Fərdi xərclər, ümumi xərclər, dövlət xərcləri.
  3. İstehsalçının xərcləri, alıcının xərcləri, daşınma xərcləri.
  4. İlkin xərclər, son xərclər, alternativ xərclər.
  5. Aşağı və yüksək xərclər

20. Son hədd xərcləri məhsul buraxılışının həcminə necə təsir göstərir?

  1. İstehsalın həcmini optimallaşdırır.
  2. İstehsal həcmini azaldır.
  3. İstehsal xərcini artırır.
  4. İstehsal həcminə heç bir təsir göstərmir.
  5. İstehsal həcmini sabitləşdirir.

21. Mənfəətin hansı növləri var?

  1. Aşağı mənfəət, orta mənfəət, yüksək mənfəət.
  2. Ailənin mənfəəti, firmanın mənfəəti, dövlətin mənfəəti.
  3. Şəxsi mənfəət, qrup mənfəəti, ümumi mənfəət.
  4. İqtisadi mənfəət, faktiki( balans) mənfəət, normal mənfəəti.
  5. Ədalətli və ədalətsiz mənfəət.

22. Mənfəətin kütləsi 20 man.istehsal xərcləri 80 man olarsa, mənfəətin norması nəyə bərabər olar?

  1. -25%
  2. -20%
  3. -30%
  4. -10%
  5. 5%
  1. Əmək məhsuldarlığının artması ilə.
  2. Məhsulun artması ilə.
  3. İşçilərin sayının artması ilə.
  4. İnvestisiyaların artması ilə.
  5. Bütün cavablar doğrudur.

24. Mikroiqtisadiyyat nə deməkdir?

  1. Dövlət səviyyəsində təşkil olunan iqtisadiyatdır.
  2. Kiçik həcmli iqtisadiyyatdır.
  3. İri həcmli iqtisadiyyatdır
  4. Təsərrüfat vahidi səviyyəsində iqtisadiyyatdır.
  5. Yüksək göstəricisi olan iqtisadiyyatdır.
  1. Bazar iqtisadiyyatında biznes fəaliyyətinin əsas struktur həlqəsidir.
  2. İnsanların birgə təsərrüfat fəaliyyəti üçün birləşməsidir.
  3. Dövlətin təsis etdiyi müəssisədir.
  4. Gəlir əldə etmək üçün yaradılan təsərrüfatdır.
  5. Aktiv fəaliyyətdə olan müəssisədir.

26. İstehsal xərcləri ilə mənfəət arasında neçə asılılıq vardır?

  1. İstehsal xərcləri azaldıqca, mənfəət artır.
  2. İstehsal xərcləri azaldıqca, mənfəət də azalır.
  3. Onların arasında heç bir asılılıq yoxdur.
  4. İstehsal xərcləri artdıqca mənfəət də artır.
  5. Sabit gəliri sabit xərclər təmin edir.

27. Firmanın fəaliyyətinin səmərəlilik dərəcəsini hansı mühüm göstərici ilə daha dolğun ifadə etmək olar?

  1. İstehsal xərclərinin həcmi ilə.
  2. Rentabellik (mənfəət) norması ilə.
  3. Mənfəətin kütləsi ilə.
  4. Məhsul buraxılışının həcmi ilə.
  5. Əmək məhsurdarlığı ilə.

28. Menecmentin, idarəetmənin zəruriliyi nə ilə müəyyən olunur?

  1. Firmanın rəqabət qabiliyyəti olmasının təmin edilməsi ilə.
  2. Firmanın fəaliyyət həcmi ilə.
  3. Dövlətin tələbləri ilə.
  4. Firmanın quruluşu ilə.
  5. Mənfəəti artırmaq zəruriyəti ilə.

29. Menecment haqqında təlimin banisi kimdir?

30. Məhsul vahidinin istehsalına çəkilən xərclər necə hesablanır?

  1. Ümumi xərcləri məhsulun həcminə bölməklə.
  2. Bütün xərcləri toplamaqla.
  3. Məhsulun miqdarını ümumi xərclərə bölməklə.
  4. Aşağı və yüksək xərcləri toplayıb ikiyə bölməklə.
  5. Ümumi xərclərdən xarici xərcləri çıxmaqla.

31. İstehsal amillərinə nələr daxildir?

  1. Əmək, istehsal vasitələri, pul vasitələri.
  2. Təbii resurslar, insanlar, hazır nemətlər.
  3. Torpaq, əmək, kapital,sahibkarlıq qabiliyyəti.
  4. Sahibkarlıq təşəbbüsü, kapital, xammal, avadanlıqlar
  5. Əsas və dövriyyə vəsaitləri.

32. Sahibkarlıq fəaliyyətinin əsasları hansılardır?

  1. İqtisadi azadlıq, mülkiyyətin toxunulmazlığı, sahibkarlıq təşəbbüsü.
  2. Varlanmaq həvəsi, rəqabət, çalışqanlıq.
  3. Vergilərin aşağı olması bazar tələbatı, işsizlərin çoxluğu.
  4. Resursların bolluğu, maliyyə təminatı, dövlət təminatı.
  5. Tələb və təklif.

33. Əlverişli sahibkarlıq mühitinin hansı şərtləri var?

  1. Vergilərin azlığı, iqtisadi azadlıq, gəlirdən sərbəst istifadə.
  2. Xammal bolluğu, ucuz işçi qüvvəsi, təbii resursların bolluğu.
  3. Bazar tələbinin artması, işsizliyin artması, təşəbbüskarlığın artması.
  4. Dövlət təminatları, güclü rəqabət, möhkəm inzibati nəzarət.
  5. İnkişaf etmiş bazar infrastrukturu.

34. Dövriyyə prosesinin xarakterinə görə kapitalın hansı formaları vardır?

  1. Sələm kapitalı, borc kapitalı, ticarət kapitalı.
  2. Şəxsi kapital, səhmdar cəmiyyətinin kapitalı, bank kapitalı.
  3. Pul kapitalı, məhsuldan kapital, əmtəə kapitalı.
  4. Əsas kapital, dövriyyə kapitalı.
  5. Real kapital və qondarma kapital.

35. Torpağın gətirdiyi gəlir necə adlanır?

36. Torpağın təbii münbitliyindəki fərqlər nəticəsində əmələ gələn gəlir necə adlanır?

37. Torpağın qiyməti hansı amillərin təsiri altında dəyişir?

  1. Əmtəələrin qiyməti, bazarın vəziyyəti.
  2. Torpaqların çatışmazlığı və aqrar işsizliyin artması.
  3. Rentanın illik məbləği və bank faizinin norması.
  4. Torpaq bazarının genişlənməsi və dövlətin bazara müdaxiləsi.
  5. Torpağın məhsuldarlığının azalması.

38. İqtisadi kateqoriyalar nə deməkdir.

  1. İqtisadi prosesləri ifadə edən anlayışlardır.
  2. Təsərrüfat subyektlərini ifadə edən anlayışlardır.
  3. Təsərrüfat obyektlərini ifadə edən anlayışlardır.
  4. İqtisadi münasibətəri ifadə edən anlayışlardır.
  5. İqtisadi şəraiti ifadə edən anlayışlardır.

39. Aşağıdakılardan hansı yoldaşlıq cəmiyyətinin çatışmamazlıqlarına aiddir?

A) Şəriklərin məsuliyətinin qeyri müəyənliyi

B) Cəmiyyətin fəaliyyəti üzərində ciddi nəzarət.

C) Əlavə kapitalı cəlb etməkdə geniş imkanlar.

D) İdarəetmə aparatının böyüklüyü.

E) İnhisarlaşmaya meyllilik
40. Bazar mexanizminin işləməsi üçün normal şəraitin təmin edilməsi, ekoloji və sosial probleınlərin həll olunması məqsədi ilə təsərrüfat subyektlərinə və bazar konyunkturasına təsir nə deməkdir?

A) Yoxsulluğun aradan qaldırlmasının sosial –iqtsadi inkişaf yolları.

B) Ölkədə sosial sabitliyin təmin edilməsinin dövlət proqramı.

C) Ekoloji sabitliyin qorunmasının dövlət proqramı.

D) İqtisadiyyatın dövlət tənzimlənməsi.

E) Dövlətin maliyyə-kredit pul siyasəti.

  1. Dialektik metoddan.
  2. Analitik metoddan.
  3. Empirik metoddan.
  4. Riyazi metoddan.
  5. Məntiqi metoddan.

42. İqtisadi məqsədlərlə istehsal imkanlarının uyğun gəlməməsi nəticəsində hansı problem əmələ gəlir?

  1. Yoxsulluq problemi.
  2. İqtisadi artım problemi.
  3. Demoqrafik problem.
  4. İqtisadi seçim problemi.
  5. Siyasi problem.

43. Səhmdar cəmiyyətlərinin mülkiyyəti hansı mülkiyyət formasına aiddir?

  1. Dövlət mülkiyyət formasına.
  2. İctimai mülkiyyət formasına.
  3. Əsas mülkiyyət formasına.
  4. Törəmə mülkiyyət formasına.
  5. Xüsusi mülkiyyət formasına.

44. Aşağıda qeyd olunanlardan hansı mülkiyyətin obyekyi ola bilməz?

45. Bazar iqtisadiyyatında hansı iqtisadi mənafelər aparıcı rol oynayır?

46. Əmtəə istehsalının meydana gəlməsi üçün hansı əmək bölgüsü zəruridir?

  1. Təbii əmək bölgüsü.
  2. Daxili əmək bölgüsü.
  3. İctimai əmək bölgüsü.
  4. Milli əmək bölgüsü.
  5. Ailədaxili əmək bölgüsü.

47. Əmtəənin hansı xassələri vardır?

  1. İstehlak dəyəri və dəyər.
  2. İfrat istehsal və defisit.
  3. Faydalılıq və istehsala yararlılıq.
  4. Cəlbedicilik və möhkəmlilik.
  5. Etibarlılıq və uzunömürlülük.

48. Hansı təsərrüfatlar sadə əmtəə istehsalına aid edilir?

  1. Xırda əmtəə istehsalçılarının təsərrüfatları.
  2. İri zavodlar və fabriklər.
  3. Səhmdar cəmiyyətinin təsərrüfatları.
  4. Dövlət müəssisələri.
  5. Bütün xüsusi təsərrüfatlar.

49. Hansı ölkələr üçün planlı təsərrüfat xarakterikdir?

  1. Sosialist ölkələri üçün.
  2. Avropa ölkələri üçün.
  3. İnkişaf etməkdə olan ölkələr üçün.
  4. Kapitalist ölkələri üçün.
  5. Keçid iqtisadiyyatına malik olan ölkələr üçün.

50. Pul nə deməkdir?

  1. İstehsal amilidir.
  2. Ümumi ekvioalentin ifadə formasıdır.
  3. Tələbin ifadə formasıdır.
  4. Təklifin ifadə formasıdır.
  5. İstehlak dəyərinin ifadə formasıdır.

51. Bazar subyektlərinin aktivliyini artıran katalizator hansıdır?

52. Coğrafi vəziyyətlə bağlı bazarın hansı növləri vardır?

  1. İstehsal vasitələri bazarı.
  2. Topdansatış və pərakəndə satış bazarları.
  3. Daşınmaz əmlak bazarı.
  4. Lokal və regional bazarlar.
  5. Qiymətli kağızlar bazarı.

53. İnzibati-komandalı iqtisadiyyat üçün hansı bazar xarakterikdir?

  1. Əmək bazarı.
  2. Azad rəqabət bazarı.
  3. Deformasiyaya uğramış bazar.
  4. İntelektual mülkiyyət bazarı.
  5. Torpaq bazarı.

54. Azərbaycanda bazar iqtisadiyyatına keçidin həlledici amili nədir?

  1. Təbii resursların bolluğu.
  2. Əmək ehtiyatlarının artıqlılığı.
  3. Sahibkarlıq təşəbbüsü.
  4. Dövlət mülkiyyətinin özəlləşdirilməsi.
  5. Xarici iqtisadi əlaqələr.

55. Keçid dövrü iqtisadiyyatında ilk növbədə hansı dövlət mülkiyyəti obyektləri özəlləşdirilmişdir?

  1. Kiçik və orta səviyyəli müəssisələr.
  2. İri dövlət müəssisələi.
  3. Banklar.
  4. Neft sektoru müəssisələri.
  5. Qeyri-istehsal obyektləri.

56. Aşağıdakı amillərin hansı tələbi daha çox stimullaşdırır?

  1. Qiymətlərin aşağı olması.
  2. Əmtəələrin bolluğu.
  3. Əmtəələrin çatışmamazlığı.
  4. Dövlətin sosial yardımı.
  5. İnsanların tələbatı.

57. Hansı amillər bazar təklifini daha yaxşı stimullaşdırır?

58. İctimai-zəruri əmək məsrəfləri nəyə deyilir?

  1. Məhsul vahdinə çəkilən ən yuxarı əmək məsrəflərinə.
  2. Qabaqcıl istehsalçıların əmək məsrəflərinə.
  3. Məhsul vahdinə orta səviyyəli, çoxluq təşkil edən istehsalçıların
  4. Geridə qalan istehsalçıların əmək məsrəflərinə.
  5. Məhsul vahdinə çəkilən ən aşağı əmək məsrəflərinə.

59. Qiymətin müəyyən edilməsində hansı əmək məsrəfləri həlledici rol oynayır?

  1. İctimai-zəruri əmək məsrəfləri.
  2. Qabaqcıl istehsalçıların əmək məsrəfləri.
  3. Fərdi əmək məsrəfləri.
  4. Geridə qalan istehsalçıların əmək məsrəfləri.
  5. Əlavə əmək məsrəfləri.

60. Qiymətin hansı funksiyası bazarda lazımsız əmtəəvə xidmətlərin artmasına mane olur?

61. Qiymətlərin təsnifləşdirilməsi üçün hansı amil müəyyənedici rol oynayır?

62. Liberal bazar modelinin xarakterini hansı amil müəyyən edir?

  1. İqtisadiyyatda xüsusi mülkiyyətin aparıcı mövqeyi.
  2. Dövlət tənzimlənməsi.
  3. Kredit-pul sistemi.
  4. Dövlət sektorunun xüsusi çəkisi.
  5. Xüsusi mülkiyyətin mövcud olması.

63. Sosial yönümlü bazar iqtisadiyyatı modelinin formalaşmasının başlıca vasitəsi kimi hansı amil çıxış edir?

  1. Gəlirlərin və məşğulluğun dövlət tənzimlənməsi.
  2. Dövlət mülkiyyərininxüsusi çəkisi.
  3. Mülkiyyətin özəlləşdirilməsi.
  4. Mülkiyyətin milliləşdirilməsi.
  5. Dövlət büdcəsində sosial vəsaitlərin xüsusi çəkisi.

64. Bazar infrastrukturunun hansı elementi əmtəə bazarında vasitəçi funksiyasını yerinə yetirir?

65. Sosial-demokratik bazar iqtisadiyyatı modeli üçün aşağıdakı amillərdən hansı xarakterikdir?

  1. Sosial xidmətlərin pulsuz ödənilməsi.
  2. Dövlət mülkiyyətinin yüksək xüsusi çəkisi.
  3. Xüsusi mülkiyyətin yüksək xüsusi çəkisi.
  4. Dövlətin aktiv sosial siyasəti.
  5. Dövlət büdcəsində sosial yönümlü vəsaitlərin xüsusi çəkisi.

66. Auksionlar nə ilə məşğuldur?

  1. Xidmətlərin satışı ilə.
  2. Daşınmaz əmlakın satışı ilə.
  3. Xüsusi nadir əmtəə növlərinin satışı ilə.
  4. Xammalın satışı ilə.
  5. Müasir texnologiyanın satışı ilə.

67. Milli pul vahidinin məzənnəsində baş verən dəyişikliklər harada qeydə alınır?

68. Aşağıdakı əməliyyatlardan hansının lizinq kampaniyalar həyata keçirir?

  1. Bahalı texnologiyanın icarəsi.
  2. Əmtəələrin topdan satışı.
  3. İşədüzəltmə.
  4. Əmtəələrin mövsümi satışı.
  5. Valyuta mübadiləsi.

69. Azərbaycanda keçid iqtisadiyyatında hansı bazar iqtisadiyyatı modeli formalaşır?

MikroiQTİsadiyyat

1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.

2. İqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.

3. İqtisadi qavrama və iqtisadi təfəkkür.

4. İqtisadi qanunlar və kateqoriyalar.

5. İqtisadi nəzəriyyənin tədqiqat metodları.
1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.

Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiə­tin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi ha­mı­ya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məş­ğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mən­zilə və başqa nemətlərə malik olmaq la­zım­­dır. Buradan ay­dın olur ki, yaşamaq üçün ən zə­ru­ri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. La­kin bu nemətlər insanlara hazır halda verilmir. On­la­rı in-sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbə­tək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar möv­cud təbii və maddi ehtiyat-lardan–mineral xam­mal eh­tiyatları, işçi qüvvə­si, idarəet­mə bacarığı, maşın və ava­dan­lıq­lar, torpaq və s.–isti­fa­də edir-lər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, is­tehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mə­na­da nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.

Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoy­­malıdır .

Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tə­lə­ba­­tı­nın ödənilməsinin əsasını isə iqtisadiyyat 1 təşkil edir və bütün mü­na­si­­bət­lər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.

İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb quruluşa malikdir . O, hər şey­dən əv­vəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazi­si­dir. Iq­tisa-diyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun ana­­to­mi­yasını təşkil edir. Iqti­sadi münasibətlərin spesifikası nəinki məh­­sul­la­rın yaradıl­masını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də tə­sər­rüfatçılığın, istehsalın təş-kili, iqtisadi vasitə və stimul­ların müx­tə­lif for­malarının xüsusiyyətlərini şərtləndirir.

Iqtisadiyyat həm bütövlükdə iqtisadi siste­min səciy-yəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiy­yət­lə­ri­ni əks etdirir. Iqtisa­diyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəq­­liyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal tə­­sərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növləri-nin, is­teh­­salatların iqtisadiyyatlarını da fərq­lən­dirmək lazımdır. Buna kənd tə­sər­­rüfatında bitkiçilik və heyvandar-lı­ğın iqtisadiyyatlarını misal gös­tər­mək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və bir­­liklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı fir­ma­­ların, birliklərin, müəssisələrin, səhm­dar cəmiyyət­lərinin də iq­ti­sa­diy­­yatları vardır. Ev təsərrüfa­tının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.

Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrə­nən iq­tisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun ob­yek­tiv q­anunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sa­hə­lə­rində baş verən prosesləri, hadi­sələri nəzəri cəhətdən təhlil edir, müx­tə­lif tə­yi­nat­lı nemət-lərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr iş­lə­yib ha­zır­layır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqat-lara bö­lü­nür.

Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanun­la­rın dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsas­lan­­dır­maqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi ta­­ri­x, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.

T
-7-
ətbiqi elmlər fundamental tədqiqatların nəticələrin­dən xüsusi və kon­kret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funk­sio­­nal (maliyyə və kredit, pul təda­vülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menec-ment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkə­lərin iqtisadiy-yatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsər­rüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamət­lərinə gö­rə təs­nif­ləşdirilir.

Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur . Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. La­­kin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunma­sın­da iqtisadçılar arasında yekdil fikir yoxdur.

Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanun­la­rı, fi­zio­kratlara görə həm mübadilə, həm də isteh­sa­lın idarə edilməsi ilə əla­q­ədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və is­teh­­sal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif si­­niflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm ol­du­­ğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi mə­sə­lə­lə­­rə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, böl­­gü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haq­qın­­da fikir formalaşmışdır.

Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sa­­də­cə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisa­d­çı­­sı, Nobel mükafatı laureatı Pol Samuelso­nun dərsliyi məhz bu ad al­tın­­da 20 dəfəyə qədər nəşr olun­muş­dur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriy-yətində on­­dan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı al­tın­­da xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəy­­yən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bil­­məz və buna ehtiyac da yoxdur 1 ». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən tə­rif­lər­dən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uza­da bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul söv­də­ləş­­mələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elm­dir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşa­maq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öy­rən­­mələri haqqın­da elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sa­hə­­sində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bil­məsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə is­teh­­lak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bö­­­lüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyat­lar­dan məhsuldar is­ti­fa­də olun­ması haqqında elmdir. 2

Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və əra­zi­lə­­rin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olma­yaraq, təsərrüfat­çı­lı­ğın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərc­lərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi prob­­lemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yox­­sulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hö­ku­mət tərəfindən tənzimlənməsi və xalqın həyat sə­viy­yə­si­­nin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan sə­­mərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məh­dud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, ya­xud da onların idarə edilməsi problemlərini öyrənir.

İqtisadi Nəzəriyyə Mikroiqtisadiyyat 1, 2

İqtisadiyyat üzrə oxuyanlar üçün lazım olacaq kitabdır. Jrav lova da deyilir bu kitaba. Çox az işlənib. Cırıq, yazılı vər əqi yoxdur. Online formadan çap edilmiş kitab deyil. Nar nöm rədə whatsapp aktivdir, maraqlana bilərsiniz.

Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Əlaqədar şəxs
Fərid
Bakı şəhəri
Paylaş Paylaş
Tarix: 07.02.2020

Şəxsi əşyalar elanları

Gecikdirici largo sprey

Matador Gold macun

Alhambra Megara

Dexe sac qaraldan

Saqqal serumuu

Max man geli

Sinə böyüdücü krem

Arı südü kremi

Xəstə Baxicilari xidmətləri Evlərə

Pubg Uc satisi guvenli Sekilde bizden alin konturlada olar Ister Vs

Ayaqqabı

Largo Gecikdirici sprey

Skolioz mualice

hicama olunaraq saglam olun

Sine kremi

Unvan.Az

Unvan.az – Pulsuz elanlar saytı, alqı satqı sayti, Pulsuz elanlar ünvanı Azerbaycan Bakida evler, obyektlər, dasinmaz emlak, masin, avtomobil , telefon, komputer elanlari var. Məhsullar ucuz qiymete satilir. Elan yerləşdirmək çox asan və rahatdır.
Saytda yerləşdirilən məlumatlara görə sayt adminləri məsuliyyət daşımır.Hər hansı şikayət və iradlar üçün Bizimlə Əlaqə vasitəsilə bizə bildirin.
Privacy url | Email: info [@] unvan.azMəlumatlar

Comments are closed, but trackbacks and pingbacks are open.