Iqtisadi siyasətinin nəticə
“Keyns hərtərəfli istedadlı adam olub, riyaziyyat, fəlsəfə və ədəbiyyat sahəsində məşhur idi. O elə iqtisadçı idi ki, həm özü üçün, həm də Kembric Kral kolleci üçün qazanmağı bacarırdı. Onun 1936-cı ildə dərc olunmuş “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyələri” əsəri bizim yüz illiyin iqtisadi fikrinə güclü təkan verdi və güman ki, klassik əsər kimi uzun müdət yaşayacaqdır”.
Azərbaycan Prezidentinin uğurlu sosial-iqtisadi siyasəti pandemiya dövründə də çevik reaksiyaları ilə diqqəti cəlb edir
Sosial-iqtisadi siyasət, nəticə etibarilə, mədəniyyət sahəsi ilə tamamlanır və bütövləşir. Bu ifadə bizə Şərq fəlsəfi terminini – “vəhdəti-vücud”u yada salır. Düşünürəm ki, mədəniyyət hüququnu, hüquq mədəniyyətini, demək olar, insan-dövlət, fərd-cəmiyyət, daxili-xarici və s. münasibətlər sistemində baş verənləri, uğurları, hansısa problemləri məhz mədəniyyət prizmasından, mədəniyyət dünyasından çıxış edərək izah etmək, dəyərləndirmək mümkündür. Milli Məclisin Mədəniyyət komitəsi ölkəmizin tanınmış kulturoloqları ilə sıx əməkdaşlıq etmək niyyətindədir. Zənnimcə, kulturoloji düşüncə cəmiyyətin laylarına daha dərindən nüfuz etməlidir. Yadıma ümummilli lider Heydər Əliyevin sözləri düşür: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Ulu Öndər həm də deyirdi ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu iki kəlam mədəni həyatımızla iqtisadi həyatımız arasında necə incə bir körpü olduğunu deməyə əsas verir.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bildirib.
Qənirə Paşayeva deyib ki, mədəni siyasətlə iqtisadi siyasətin birliyini, bir-birini tamamladığını vətəndaşın rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, yaşayış komplekslərinin inşası kimi mühüm əhəmiyyətli tədbirlərlə həyatımızın müxtəlif fəaliyyət sahələrində görmək mümkündür. “ASAN xidmət”, DOST mərkəzləri kimi parlaq infrastrukturları, habelə QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu kimi milli donor institutlarımız cəmiyyətimizdə rəğbətlə qarşılanmaqdadır. Artıq “ASAN xidmət” və DOST mərkəzləri vasitəsilə milyonlarla vətəndaşımıza xidmətlər göstərilib, donor institutlarımız yüzlərlə layihəyə qrant ayırıb, yaddaqalan işlər görüb, yeni ictimai təsisatlar yaradılıb, zəngin təcrübələr qazanılıb, gənc kadrlar yetişib.
Deputat deyib: “Hazırda qlobal pandemiya dönəmində fəaliyyət göstəririk. Heç şübhəsiz, bu da həyatın demək olar bütün sahələrinə, xüsusilə, sosial-iqtisadi sferaya təsirsiz ötüşmür. O dövlətlər, hökumətlər uğur qazanır ki, onlar bu “elan olunmamış dünya müharibə”sindən öz xalqını, vətəndaşlarını daha az itkilərlə çıxara bilsin. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi və həyata keçirdiyi dayanıqlı sosial-iqtisadi siyasət qlobal pandemiya dövründə öz çevik reaksiyaları ilə diqqəti cəlb edir. Azərbaycan Prezidentinin göstərişlərinə uyğun olaraq koronavirusun iqtisadi subyektlərə təsirinin minimallaşdırılması yönündə mühüm addımlar atılıb. Pandemiya ilə əlaqədar kreditlərin restrukturizasiyası üzrə müraciətlərin qəbulu, icra prosesi davamlı şəkildə davam etdirilib. Sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə Mərkəzi Bankla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında ümumi məbləği 200 milyon ABŞ dolları olan svop müqaviləsi bağlanıb. Bu məbləğin 50 milyon ABŞ dolları, yəni, 85 milyon manat ekvivalentinin cari ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, özəlliklə də nisbətən kiçik şirkətlərə verilməsi nəzərdə tutulur. Mərkəzi Bank və AYİB arasında əldə edilmiş bu razılaşma pandemiyadan təsirlənmiş biznes subyektlərinin dəstəklənməsi ilə yanaşı, ölkəmizdə törəmə maliyyə alətlərindən istifadənin genişləndirilməsini və alternativ maliyyələşmə aləti kimi istifadəsini də təşviq edəcək.
Qənirə Paşayeva qeyd edib ki, media və sosial şəbəkələrin gündəmində Mərkəzi Bankla bağlı əsas mövzular dörd problemli bank və sığorta sektorunda görülən işlərlə əlaqədar olub. Qlobal pandemiyanın doğurduğu qeyri-adi gerçəkliklər, əhalinin əmanətçi hissəsinin, bank sektorunda çalışanlardan ibarət maraqlı tərəflərin yaşadıqları, yaxud düşündükləri fonunda Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər mediada geniş və obyektiv işıqlandırılıb. Bununla yanaşı, bəzi KİV-lərdə, özəlliklə sosial şəbəkələrdə bank sektorunun durumu və sektorun sağlamlaşdırılması istiqamətində atılan addımlar, devalvasiya riskinin hələ də mövcud olması, əhalinin əmanətlərinin və biznes subyektlərinin vəsaitlərinin ödənilməsi, lombardların fəaliyyətinin tənzimlənməsi, sığorta sektorunda görülən işlər, bankların maliyyə hesabatlılığı ilə bağlı fərqli rəylər bildirildiyi də məlumdur. Makroiqtisadiyyat üzrə götürsək, hazırda valyuta bazarında durum stabilləşib və mart ayında manat üzərində təzyiqlər aprel ayında neytrallaşıb. May ayından isə valyuta bazarı tam tarazlı fəaliyyət göstərməkdədir. Makroiqtisadi sabitliklə bağlı əsasən xarici bazarla əlaqədar təzyiqlər olsa da, məmnunluqla deməliyik ki, ölkəmizin yetərli maliyyə resursları və makroiqtisadi manevr imkanları mövcuddur.
Deputat bildirib ki, vətəndaşı daha çox maraqlandıran mövzu bağlanmış banklarda fiziki şəxslərin qorunan əmanətlərinin qaytarılmasıdır və bu istiqamətdə artıq işlərə başlanılıb. Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası, ilk növbədə, əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin qanunvericiliklə müəyyən edilmiş növbəliliklə icrasına yönəldiləcək. Bir sözlə, Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlərin başlıca məqsədi bank sektoruna etimadın bərpa olunmasıdır. Bu istiqamətdə atılacaq əsas addım bankların maliyyə hesabatlılığının şəffaflığının təmin olunması, kənar auditə olan tələbin, o cümlədən bankın daxili nəzarət bölmələrinin məsuliyyətinin artırılmasıdır.
Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması siyasətinin pandemiya dövründə də davam və inkişaf etdirilməsinin vətəndaşlar üçün diqqətçəkən olduğunu xatırladan komitə sədri İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini xüsusilə qeyd edib. Bildirib ki, fond Qafqazda ilk ipoteka bazarı operatoru olaraq yaradılıb və 2006-cı ilin martında ölkədə ilk uzunmüddətli ipoteka krediti verib. Bu mexanizm çərçivəsində fondun gəlir əldə etmək kimi bir məqsədi yoxdur. Vətəndaş tərəfindən həyata keçirilən ödənişlər yalnız mənzilin kirayə verilməsi ilə bağlı xərcləri ödəyir.
“Sərt karantin rejimi, yumşalmalar dövrü və hətta ötən həftəsonu məhdudiyyətlər də daxil olmaqla, ümumən pandemiya dönəmində sosial-iqtisadi blokda xüsusi təbəddülatların yaşanmaması milli iqtisadi dayanıqlılığımızın ifadəsi kimi qarşımıza çıxır. Dövlət sosial layihələri təxirə salmır, əhaliyə dəyən ziyanlar qarşılanır, yeni sosial layihələr planlaşdırılır və s. Bütün bunlar, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü idarəetmə kursunun, beynəlxaq təbəddülatlar fonunda milli dayanıqlılığın təmin edilməsi kimi diqqəti cəlb edir və qürur verir”, – deyə Qənirə Paşayeva fikirlərini yekunlaşdırıb.
İqtisadiyyat
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar: birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü; ikincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli — Azərbaycan modeli yaranmışdır.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Ümummilli liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.
İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 83%-ə çatmışdır.
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Strateji Yol Xəritəsi iqtisadi inkişafa töhfə verən bütün faktorları, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edir. Yol xəritəsinə əsasən, dövlət investisiyaları katalizator rolunu oynayır, iqtisadi inkişafın lokomotivi isə özəl sektorlardır. Xüsusi olaraq qeyd edilməlidir ki, Strateji Yol Xəritəsinin qəbulundan sonra onun həyata keçirilməsi üçün müvafiq dövlət qurumları öz fəaliyyətlərini daha müfəssəl proqramlar əsasında qurublar. Sənəddə nəzərdə tutulan layihələrin həyata keçirilməsindən əvvəl texniki-iqtisadi əsaslandırılma aparılır və hər bir təşəbbüs üzrə müvafiq dövlət qurumları cavabdehlik daşıyır.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2018-ci illər ərzində 3 beşillik proqram həyata keçirmişdir.
Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Hazırda ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla davam etdirilir.
Bu gün Azərbaycan özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayır. Son illərdə Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələrin reallaşması nəticəsində ölkəmiz beynəlxalq nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilib. Ölkəmizdə böyük gəmiqayırma zavodu inşa edilib. Xəzər hövzəsində olan ən böyük beynəlxalq Ələt Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzalamışdır. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 9 fərqli mexanizmi — dəstək tədbirini əhatə edir. Hazırda “Made in Azerbaijan” brendi ilə 3 mindən artıq çeşiddə məhsul ixrac edilir.
Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə xaricdəki Ticarət Evlərinin sayı artır. Hazırda onların fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkilati işlər aparılır.
Son illərdə Azərbaycan enerji sektorunun mühüm uğurlardan biri də TANAP layihəsinin Avropa sərhədinə çatdırılması olmuşdur. Uzunluğu 3500 kilometr olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP və TAP layihəsi uğurlu başa çatmışdır.
Enerji sahəsində digər bir mühüm hadisə Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olmuşdur. Anlaşma Memorandumu ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına öz müsbət təsirini göstərəcək Transxəzər enerji kəmərinin reallaşmasına töhfəsini verəcək.
Uzun illər Azərbaycanın 20 faizə yaxın ərazisinin işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbədən sonra azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirmişdir. Bu məqsədlə Prezident İlham Əliyevin 07 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.
FƏSİL 15. C.M.KEYNSİN İQTİSADİ NƏZƏRİYYƏSİ
İQTİSADÇISIDIR
İqtisadi tərəqqinin gedişində makroiqtisadi proseslərin öyrənilməsi və bununla əlaqədar olaraq yeni elmi müddəaların üzə çıxarılması və iqtisadi sistemin formalaşması üçün onun metodoloji əsaslarının yaradılması olduqca vacib və aktual bir məsələdir. Bununla əlaqədar olaraq qeyd edə bilərik ki, Con Meynard Keynsin (1883-1946-cı illər) ideyası altında formalaşmış makroiqtisadi nəzəriyyə, məhz bu baxımdan əhəmiyyətlidir. Kembric məktəbinin ən böyük nümayəndələri olan A.Marşallın və A.Piqunun tələbəsi və davamçısı olmuşdur. Lakin Keynsin elmi dünyagörüşü, iqtisadi sxemləri o qədər əhatəli və zəngin idi ki, o, öz sələflərindən uzaqlaşıb, tamamilə yeni bir nəzəriyyə yaratdı.
Göstərmək lazımdır ki, elə bir nəzəriyyəçi tapmaq olmaz ki, istər Keynsə qədər, istərsə də ondan sonra həyatda onun qədər mübahisəyə səbəb olan müxtəlif istiqamətli ideyaları olsun.
Keynsin nəzəriyyəsi, gələcək tədqiqatların həm mənbəyi, həm də istiqamətləndiricisi olub. Təsadüfi deyil ki, Keynsin makroiqtisadi təhlilini əsas göstərməklə iqtisadi tənzimlənməni həyata keçirmək üçün milli hesablar sisteminin işlənib hazırlanması zəruriliyi meydana gəlmişdir.
Keynsin nəzəriyyəsindən asılı olaraq, iqtisadi artım, iqtisadi tsikl, iqtisadi müvazinət nəzəriyyələri formalaşmış, antiinflyasiya, defisitli maliyyələşmə kompensasiyaları öz tətbiqi sferalarını tapmışdır.
XX əsrin 20-ci illərinin sonu, 30-cu illərin əvvəllərində Qərbi Avropa ölkələrini, ABŞ-ın, eləcə də bütün kapitalist dünyasını bürümüş böhranlar, bu ölkə iqtisadçılarını bir növ şok vəziyyətinə salmışdır. Belə ki, ölkələrin iqtisadiyyatı elə bir vəziyyətə düşmüşdür ki, təkcə istehsal olunmuş məhsulların reallaşmaması ilə yanaşı, işsizlik sürətlənmiş, inflyasiya səviyyəsi görünməmiş dərəcədə qalxmışdır. Ən aparıcı kapitalist ölkələri hesab olunan ABŞ-da, Böyük Britaniyada, Almaniyada istehsalın səviyyəsi sürətlə aşağı enmiş, işsizlərin sayı gündən-günə çoxalmışdı.
Klassik nəzəriyyəni rəhbər tutmuş iqtisadçıların əksəriyyəti mövcud vəziyyətin müvəqqəti xarakter daşıdığını göstərirdilər. İqtisadiyyatın böhranlı vəziyyətə düşməsinin, “Böyük tənəzzül”ün əsl səbəblərini izah edə bilmirdilər. Belə ki, bəzi iqtisadçılar bunun səbəbini tələbin səviyyəsinin həddindən aşağı düşməsi ilə, bəziləri ifrat istehsalın baş verməsi ilə, digərləri kapital qoyuluşunun həcminin aşağı düşməsi ilə, eləcə də, vergi-kredit sisteminin mütərəqqi rolunun azalması ilə izah edirdilər.
Cəmiyyətin aparıcı işgüzar adamları, sahibkarlar, biznesmenlər vəziyyətin çıxış yolu barədə aramsız düşünürdülər. Çünki ən fəlakətli cəhət bu idi ki, kapitalist dünyasını işsizlik tamam bürümüşdür. Halbuki, bu dövrlərdə sosialist sisteminin aparıcı dövləti olan SSRİ-də işsizlik tamamilə aradan qaldırılmışdı. Əslində böhran iqtisadi sferadan çıxıb ölkələrin siyasi, ideoloji, sosial sahələrini də bürüyürdü. Belə bir şəraitdə elə bir nəzəriyyəyə ehtiyac duyulurdu ki, o iqtisadi böhranların aradan qaldırılması yollarını göstərməklə, ölkələrdə mövcud olan bazar sisteminin daha əsaslanmış şəkildə fəaliyyət göstərməsinə imkan yaratmalı idi.
Belə bir vaxtda görkəmli ingilis iqtisadçısı Con Meynard Keynsin 1936-cı ildə Londonda dərc etdirmiş olduğu “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” əsəri sözün əsl mənasında iqtisad elmində böyük inqilab etmiş oldu. Bu əsər ona böyük şöhrət gətirməklə ilk dəfə olaraq Qərbi Avropa ölkələrində, eləcə də ABŞ-da dövlət səviyyəsində iqtisadiyyatın sabitləşməsinin nəzəri-metodoloji əsasını qoydu.
Lap gənc yaşlarından birja oyunlarından böyük qazanc əldə edən C.Keyns, eyni zamanda Böyük Britaniya hökumətinin tərkibində məsləhətçi idi. O, bir sıra praktiki əhəmiyyətli iqtisadi siyasət sahəsində əməli tövsiyələri ilə də böyük müvəffəqiyyətlər əldə etmişdir. Fitri istedadı, dərin elmi məntiqi, nəzəri-metodoloji hazırlığı ilə seçilən C.Keyns alim – iqtisadçılar arasında ilk Lord titulunu almışdır ki, bu da ona Londonda parlamentin yuxarı palatasının iclaslarında iştirak etmək huququ verirdi.
C.Keyns 1883-cü ildə Kembricdə məntiq və iqtisadi nəzəriyyə professoru ailəsində anadan olmuşdur.
Atası Con Nevila Keyns Kembricdə məntiq və iqtisadiyyatdan dərs deyirdi. Kembric Universitetinin nəzdindəki kollecdə 1902-1906-cı illərdə təhsil alan C.Keyns, o dövrün ən məşhur iqtisadçı alimi A.Marşallın mühazirələrini dinləmişdir. Klassik məktəb ənənələrindən olan “Siyasi iqtisad” fənni adı məhz həmin illərdə A.Marşallın təşəbbüsü ilə dəyişdirilərək “Ekonomiks” adı ilə əvəz edilmişdir.
1906-1908-ci illərdə müstəmləkə ölkələri üzrə nazirliyin, Hindistan üzrə idarəsində əvvəl hərbi işlərdə, daha sonra gəlirlər, statistika və ticarət şöbəsində işləmişdir.
Geniş riyazi və iqtisadi biliyə malik olan C.Keyns 1908-ci ildə A.Marşalın dəvəti ilə Karol kollecinə, iqtisadi problemlər üzrə mühazirə oxumağa dəvət olunur.
Müəllimi A.Marşala böyük məhəbbət və ehtiramı ilə o, orada həm iqtisadiyyatdan, həm də riyaziyyatdan mühazirələr oxuyur. Demək olar ki, 1909-1915-ci illər ərzində həmin kollecin daimi işçisi kimi fəaliyyət göstərir.
İlk elmi məqaləsini 1909-cu ildə “İndeks metodu” adı altında dərc etdirir. F.Edjortun redaktoru olduğu “İqtisadiyyat jurnalı”nda, onu 1912-ci ildə bu vəzifədə əvəz edir. Demək olar ki, ömrünün axırına qədər bu vəzifəni özündə saxlayır. 1913-1914-cü illərdə Hindistanın Maliyyə və pul tədavülü üzrə Kral komissiyasının üzvü olur. Həmin bu illərdə Krallığın iqtisadiyyat cəmiyyətinin katibi vəzifəsində təsdiq olunur.
Elm aləmində ilk dəfə olaraq ona şöhrət qazandıran 1913-cü ildə dərc etdirmiş olduğu “Hindistanın pul tədavülü və maliyyəsi” əsəri olmuşdur.
1915-1919-cu illərdə Britaniya xəzinədarlığında beynəlxalq maliyyə problemləri ilə məşğul olur.
1919-cu ildə dərc etdirmiş olduğu “Versal sülh müqaviləsinin iqtisadi nəticələri” əsəri ona dünya şöhrəti gətirir.
Qələbə çalmış ölkələrin iqtisadi siyasəti ilə razılaşmayan C.Keyns hər cür iqtisadi blokadanın əleyhinə çıxır. Xüsusən də Sovet Rusiyasına qarşı tətbiq olunan iqtisadi blokada ilə əlaqədar Paris sülh konfransındakı çıxışında qeyd etmişdir ki, “biz o qədər Rusiyanı deyil, daha çox özümüzü blokadaya salırıq”. 11
Dövlət idarələrində müvəqqəti işlərini dayandıran Keyns, Kembric Universitetində müəllimlik fəaliyyətini gücləndirir. Bunun nəticəsində o, bir-birinin ardınca tutarlı əsərlər dərc etdirir. 1921-ci ildə “Ehtimal haqqında traktat”, 1923-cü ildə “Pul islahatı haqqında traktat”, 1926-cı ildə “Azad sahibkarlığın sonu”, 1930-cu ildə “Pul haqqında traktat” əsərlərini dərc etdirir və nəhayət, özünün ən məşhur əsərini 1936-cı ildə yazır.
C.Keyns aktiv ictimai – siyasi həyata 1929-cu ildə qayıdır və elə həmin ildən hökumətin maliyyə və sənaye komitəsinin üzvü təyin edilir. İkinci dünya müharibəsi ərəfəsində Britaniya xəzinəsinin məsləhətçisi təyin edilir.
O, 1942-ci ildə İngilis banklarının birinin direktoru təyin olunur. 1944-cu ildə Bretton-Vuddakı valyuta konfransında Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Bərpa və İnkişaf Bankının yaradılması planının hazırlanması işində öz ölkəsinin baş nümayəndəsi təyin edilir.
1945-ci ildə o yenidən ingilis maliyyə işinə rəhbərlik edir.
C.Keynsin bu qısa xronoloji tərcümeyi-halına diqqət yetirərkən aydın olur ki, onun irəli sürdüyü ideyalar XX əsrin iqtisad elmində böyük irəliləyişlər etdi və o hazırda bir sıra ölkələrin iqtisadi siyasətinin müəyyən edilməsində əvəzsiz rol oynamışdır. Özünün qeyd etdiyi kimi “mütəfəkkir iqtisadçıların və siyasətçilərin ideyaları, onların səhv və düz olmasından asılı olmayaraq düşündükdən daha çox böyük əhəmiyyətə malikdir.
Həqiqətən dünyanı idarə edən yalnız onlardır. 12
C.Keynsin iqtisadi fikrinin ən dəyərli cəhəti ondan ibarətdir ki, bazar iqtisadiyyatına sırf təkmilləşən, özü-özünə tənzimlənən bir mexanizm kimi baxmamış, əksinə onun təbiətinə vaxtaşırı xronoloji böhran törədici elementlərlə əhatə olunduğunu sübut etmişdir. Kapitalist iqtisadiyyatının sərbəstliyini, o çatışmaz cəhəti kimi qeyd etmiş və onun mütləq dövlət tərəfindən idarə olunması zəruriliyini sübuta yetirmişdir. İlk dəfə olaraq yüz ildən yuxarı davam edən A.Smitin “İqtisadi sistemi”ndə mühüm yer tutan “azad bazar” ideyasının “tənzimlənən bazar” ideyası ilə əvəz olunması oldu. Digər tərəfdən, əgər 30-cu illərdə Kapital dünyası asılmaq təhlükəsi altında idisə, C.Keyns özünün “səmərəli tələb” nəzəriyyəsi qayçısı ilə onu xilas etdi.
Ölkə iqtisadiyyatının artım səviyyəsini və maksimum məşğulluğa nail olunması mənbəyini dövlət müdaxiləsində görən Keyns ideyasının zənginliyi, bu günlər yeni iqtisadi sistem quran müstəqil dövlətlər üçün, o cümlədən Azərbaycan Respublikası üçün müstəsna əhəmiyyəti vardır.
C.Keynsin iqtisadi təliminin metodoloji əhəmiyyəti ondan ibarətdir ki, o cəmiyyətdəki bütün iqtisadi hadisələrini mikroiqtisadi yanaşma ilə makroiqtisadi təhlil edərək ilk dəfə kapitalist iqtisadiyyatının makroiqtisadi təhlilini vermişdir. İqtisadi təfəkkür tərzinin formalaşmasında psixoloji qanunların rolunu üzə çıxarmışdır. Xüsusən “səmərəli tələb”in əmələ gəlməsində dövlətin stimullaşdırıcı imkanlarını göstərmişdir.
İşsizliyin aradan qaldırılmasına görə hər cür əmək haqqının azaldılması metodlarının əleyhinə çıxmışdır. Müəyyən işsizlik səviyyəsini saxlamaqla, tam məşğuliyyətin həyata keçirilməsi istiqamətlərini müəyyən etmişdir. İstehsal miqyası ilə istehlakın miqyası arasındakı birbaşa əlaqəni izah etməklə, gəlirlərin artım səviyyəsini göstərmişdir. İstehlak səviyyəsi ilə gəlirlərin səviyyəsi arasındakı fərqin, ümumi işsizliyin azalması nəticəsində psixoloji qanunların təsiri nəticəsində sonuncunun xeyrinə dəyişildiyi istiqamətini əsaslandırmışdır.
İnvestitsiyanın artımı ilə gəlirlərin artımı arasındakı birbaşa əlaqənin mahiyyətinin əsaslandırılması C.Keyns nəzəriyyəsinin ən incə və tutarlı istiqamətlərindəndir.
İndi isə diqqətimizi Keyns haqqında dünyanın görkəmli iqtisadçı alimlərinin söylədikləri mülahizələrə yönəldək.
P.Samuelson
“Keyns hərtərəfli istedadlı adam olub, riyaziyyat, fəlsəfə və ədəbiyyat sahəsində məşhur idi. O elə iqtisadçı idi ki, həm özü üçün, həm də Kembric Kral kolleci üçün qazanmağı bacarırdı. Onun 1936-cı ildə dərc olunmuş “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyələri” əsəri bizim yüz illiyin iqtisadi fikrinə güclü təkan verdi və güman ki, klassik əsər kimi uzun müdət yaşayacaqdır”.
“Keyns iqtisadi nəzəriyyənin skeletini yaradıb. Başqalarına ora qan əlavə eləmək qalıb və bu proses bizim günlərdə də yüksək sürətlə artmaqda davam edir”.
Don Patinkin
“Müasir iqtisadi ideyalar tarixində Keynsin “Ümumi nəzəriyyə”si təkcə makroiqtisadiyyatda etdiyi inqilabi yeniliyi ilə deyil, eləcə də tənqid və diskussiya ilə onun inkişafını müşahidə edən “əfsanəvi proses” kimi əhəmiyyətlidir”.
K.R.Makkonnell və S.L.Bryu
“Keyns klassik nəzəriyyəni tənqid etməklə iqtisadi təlimdə makroiqtisadi məsələlərə dair böyük inqilab etdi. Keyns müasir məşğulluq nəzəriyyəsinin ilkin banisidir”.
“Keyns inqilabına, onun ideyasının paradoksal təbliğinə diqqət yetirəndə aydın olur ki, məhz bunun sayəsində Qərb iqtisadiyyatı öz yönümünü köklü olaraq dəyişə bilib”.
“Keynsin ideyaları, şübhəsiz ki, iqtisadi siyasəti müəyyən edənlərə daha çox təsir göstərmişdir. Əgər sosial inkişaf əsas yaratmasaydı, siyasətçiləri Keynsin təkliflərinə müraciət etdirməyi məcbur etməsəydi, onun elmi ideyaları da bu qədər güclü təsirə malik olmazdı”.
“Keynsin ideyalarını, qiymətləndirərkən, onların bəzilərini qəbul etmək olar, bəzilərini isə yox, lakin sərbəst bazar iqtisadiyyatının tam məşğulluğa tam nail olunmaq qabiliyyətinə malik olmadığı ideyasını birmənalı qəbul etmək lazımdır. Çünki Keyns nəzəriyyəsinin əsas dərsi, əmək haqqının çevik olmaması iqtisadi deyil, siyasi fenomendir”.
Keyns nəzəriyyəsi ilə əlaqədar bir çox iqtisadçıların müddəalarını misal çəkmək olar. Lakin onların bəziləri ilə tanışlıq bunu qeyd etməyə imkan verir ki, C.M.Keynsin “Ümumi nəzəriyyə”si. XX əsrin iqtisad elmində dönüş nöqtəsi oldu. Bunun nəticəsində müasir mərhələdə bu nəəriyyəyə əsaslanaraq bir sıra dövlətlər öz iqtisadi siyasətlərini qururlar.
§ 2. MƏŞĞULLUQ SƏVİYYƏSİ VƏ SƏMƏRƏLİ TƏLƏB. “ƏSAS PSİXOLOJİ QANUN”
Keynsin iqtisadi fikrinin ardıcıllıqla öyrənilməsi, onu neoklassik məktəbin nümayəndələrindən fərqləndirən xüsusiyyətlərinin üzə çıxarılması diqqət mərkəzində duran məsələlərdəndir.
Keynsə qədərki siyasi iqtisadda iqtisadi proseslərin təhlil edilməsinə mikroiqtisadi səviyyədə yanaşılırdı. İqtisadi proseslərin izahı və təhlili başlıca olaraq firma səviyyəsində, xüsusən onun xərclərinin aşağı salınması, mənfəətin səviyyəsinin maksimum həddə çatdırılması ilə bağlı olub, tələb və təklifin özü-özlüyündə tarazlanacağı fikri üstünlük təşkil edirdi. Belə nəzərdə tutulur ki, bu iqtisadi proses azad rəqabət şəraitində baş verir. Firmanın səmərəli fəaliyyət göstərilməsi ilə iqtisadiyyatın bütöv şəkildə fəaliyyət göstərməsi eyniləşdirilirdi. Firmanın istifadə etdiyi və mənimsədiyi bütün istehsal resursları, o cümlədən iş qüvvəsi də bütöv iqtisadiyyat səviyyəsi ilə eyniləşdirilrdi. Belə şəraitdə uzunmüddətli işsizliyin əsaslandırılması, heç cür kapitalist iqtisadiyyatının üstünlüklərini əhatə etmirdi. Nəticədə inkişaf etmiş bazar sistemi ölkələrində xronoloji işsizliyin artımı müşahidə olunurdu. Ümumi sosial gərginliyi artırmaqla bu iqtisadi proses, bütövlükdə cəmiyyəti böhrana, tənəzzülə yuvarlayırdı.
Belə mikroiqtisadi metoda qarşı Keyns özünün makroiqtisadi metodunu qoydu. Artıq tədqiqat və tədqiqin mərkəzində milli gəlir, əmanətlərin yığımı, investitsiyanın həcmi, istehlak və gəlirlərin səviyyəsi dururdu.
Makroiqtisadi metoda görə ayrı-ayrı firmanın əldə etdiyi nailiyyətlər, heç də cəmiyyətin nailiyyəti kimi qiymətləndirilə bilməz. Onların arasında hər şəraitdə ziddiyyət baş verə bilər. Ümumi iqtisadi proporsiyaları bərpa etməklə, xüsusən məcmu tələblə məcmu təklif arasındakı müvazinatı təmin etməklə cəmiyyətdə gedən dərin böhran törədici amilləri aradan qaldırmaq olar.
İnkişaf etmiş kapitalist iqtisadiyyatında böhran törədici amillərin rolunun aradan qaldırılması üçün ilk dəfə olaraq Keyns neoklassiklərdən fərqli olaraq belə qənaətə gəldi ki, bütün məsələlərin həllini yalnız resursların təklifi istiqamətində axtarmaq düzgün deyil. Halbuki, neoklassik məktəbin nümayəndələri belə hesab edirdilər ki, resursların məhdudluğu, nadirliyi maksimum məhsul istehsalındakı səmərəli istifadəsi iqtisadiyyatda müəyyənedici rola malikdir. Lakin Keyns sübut edirdi ki, bu resurslar vasitəsilə hazırlanan məhsullara olan tələb vasitəsilə, onların reallaşdırılması ilə onların səmərəsini yüksəltmək olar. Hər bir təklif avtomatik olaraq tələb törədir, qanunauyğunluğunu tənqid edir. Keyns göstərdi ki, bu heç də belə deyil. İlkin yerə o səmərəli tələbi qoydu və göstərdi ki, onu formalaşdıran amilləri və onların dinamikasını diqqət mərkəzində saxlamaq lazımdır. Xüsusən səmərəli tələbin baş verməsi üçün istehsalı və məşğulluğun hər cür tərəddüdlü vəziyyətini əsaslandıran amilləri üzə çıxartmaq lazımdır. Ona görə də ilkin olaraq istehsalın miqyası ilə məşğulluğun səviyyəsi arasındakı qarşılıqlı əlaqə öyrənilirdi.
Bəllidir ki, məşğulluğun səviyyəsi, işsizliyin amilləri klsassiklərin diqqətini cəlb etmirdi. Elə hesab edilirdi ki, artıq işsizliyin aradan qaldırılmasına əmək haqqının aşağı salınması ilə, əlavə işçilərə olan ehtiyacın ödənilməsinə isə əmək haqqının məbləğinin artırılması ilə nail olmaq olar. Əslində əmək bazarındakı vəziyyəti, birbaşa əməyin ödənilməsi dinamikası ilə əlaqələndirmək yolu ilə qaydaya salmağı tövsiyə edirdilər. Əmək haqqının aşağı salınması ilə sahibkarlar istehsal xərclərini aşağı salmaqla, məhsul buraxılışını yüksəldirdilər ki, bu da onların yığılıb qalmasına səbəb olurdu. Onlar belə hesab edirdilər ki, istər əmtəə bazarında, istər əmək bazarında, istərsə də pul bazarında azad rəqabət şəriatində bir ümumi tənzimləyici olan qiymət fəaliyyət göstərir. Qiymətin hərəkəti isə resursların bölgüsünü təmin etməklə bütün bazarlarda baş verəcək uyğunsuzluqların aradan qaldırılmasına səbəb olacaq. Məsələnin zahiri, empirik formada belə qoyulması məqbul hesab edilsə də, lakin iqtisadiyyatda gedən dərin və üzvi əlaqəli proseslər, onun gedişatında ciddi və görünməz əngəlliklər törədir. Məhz buna görə də Keyns klassiklərin əmtəə və xidmətlərin istehsalı, resursların bölgüsü və istifadəsindəki mövqelərini ciddi tənqid edir. Onun göstərdiyi kimi problemin belə həlli yolunun müəyyənləşdirilməsi olduqca yayındırıcı və sxematikdir. Onun fikrinə görə əmək haqqının azaldılması heç də işsizliyin aradan qaldırılmsı yolu deyildir. Çünki işdən kənarlaşdırılmış fəhlələr, hətta aşağı əmək haqqı ilə də iş tapa bilmirlər. Həmkarlar ittifaqı əmək haqqının aşağı salınmasının əleyhinə çıxış edirlər. Sahibkarlar heç nəyə məhəl qoymadan istehsalın həcmini azaltmaqla, işçilərin xeyli hissəsini işdən azad edirlər. Cəmiyyətdə gedən belə bir vəziyyət makrosəviyyədə ziddiyyətli hal alır. Bu da klassiklərin mövqeləri ilə tamamilə uyğun gəlmirdi. Çünki onların fikrincə, işsizlik ola bilməz, ona görə ki, o heç cür baş verməməlidir. Əmək haqqının səviyyəsindəki dəyişikliklə real iqtisadi həyatdakı vəziyyəti qaydaya salmaq ənənəvi üsulu öz həyatiliyini əks etdirə bilmədi.
Keyns çoxlarının qəbul etdiyi və bazar mexanizminin əbədi qanunu kimi hesab etdikləri “Sey qanunu”nu ciddi tənqid etdi. Sey belə hesab edirdi ki, istehsal özü gəlirləri formalaşdırmaqla tələb və təklif arasındakı uyğunluğu təmin edir. Bu da hər cür əmtəə və xidmətlərin ifrat istehsalını aradan qaldırır. Uyğunsuzluqlar yalnız ayrı-ayrı məhsular və əmtəələr qrupu üzrə baş verə bilər ki, bu da zahiri səbəblərlə əlaqədar ola bilər. Burada heç bir daxili qarşılıqlı əlaqələrin pozulması, yaxud mövcud təsərrüfat mexanizminin qeyri-təkmil olmasından söhbət gedə bilməz. Çünki tələb və təklif arasındakı nisbət gedişatı hər şəraitdə və hər bir vəziyyətdə iqtisadiyyatın bütün əlaqələrinin normal vəziyyətdə olmasına qadirdir.
Keyns göstərirdi ki, belə bir mövqe pulsuz, natural mübadilə üçün xarakterik ola bilər. Robinzon Kruzonun mübadiləsiz təsərrüfatı ilə real iqtisadiyyatın tələblərini eyniləşdirmək olmaz. Pulun rolunu heç cür nzərə almamaq olmaz. Çünki məhsullar sadəcə olaraq “əmtəə-əmtəəyə” prinsipi ilə mübadilə edilmir. Onlar alınır və satılır. Burada pul həlledici rol oynayır. Əgər tələb istehsal olunan məhsuldan azdırsa, onda uyğunsuzluq baş verir, məhsulların bir hissəsi satılır, ümumi ifrat istehsal baş verir. Qiymətlər tələb və təklifin uzlaşmasını çatdıra bilmir. Çünki cəmiyyətdə əmək haqqının aşağı salınması ilə, işsizlərin sayının çoxalması ilə “pul çatışmazlığı” mövcuddur.
Belə şəraitdə çox qəribə bir mənzərə əmələ gəlir. Tələbin artması ilə qiymətlər yüksəlir, lakin onun azalması ilə o əvvəlki səviyyədə qalır. Əmək haqqını da artıq aşağı salmaq olmaz. Çünki əmək haqqı, minimum yaşayış səviyyəsini əhatə etdiyindən, onun aşağı salınmasına fəhlələr və həmkarlar ittifaqı ciddi müqavimət göstərirlər. Digər tərəfdən əmək haqqının həddindən artıq aşağı salınması sahibkarların özlərini də qane etmir. Çünki belə şəraitdə onlar yüksək ixtisaslı işçilərini itirə bilərlər.
Digər tərədən bir firmanın nailiyəti, digər firmaların uğursuzluğunun aradan qaldırılması deyil. Normal fəaliyyət göstərən bir neçə firma, heç də bütövlükdə iqtisadiyyatın uğurlu fəaliyyət göstərməsini əks etdirmir. Əgər hər yerdə kütləvi şəkildə əmək haqqının səviyyəsi aşağı salınarsa, onda əhalinin alıcılıq qabiliyyəti aşağı düşəcəkdir və əmtəələrə olan tələbi azaldacaqdır. Bu da öz növbəsində klassiklərin göstərdiyi kimi işsizlərin azalmasına deyil, yüksəlməsinə səbəb olacaqdır. İstehsal daha sürətlə öz miqyasını azaldacaq ki, bu da işini itirənlərin sayının çoxalmasına səbəb olacaqdır.
İqtisadiyyatın istehsal və məşğulluğa görə real vəziyyətini təhlil edən Keyns belə qənaətə gəlir ki, bu göstəricilərin dinamikası təklif amillərindən deyil, tələb amillərindən asılıdır. Diqqət mərkəzində tələb və onun kəmiyyətini müəyyən edən amillər durmalıdır.
İctimai istehsalın və məşğulluğun detallaşdırmış şərhini, Keyns istehlak və əmanət yönümü ilə əlaqədar gedən iqtisadi proseslər vasitəsi ilə göstərir.
Keyns iqtisadi hadisələri makrosəviyyədə öyrənərək məşğulluğun ümumi əsasının məhz cəmiyyətdə istehsal ediləcək milli gəlirin həcmindən asılı olduğundan sübuta yetirilməsidir.
Keyns göstərirdi ki, məşğulluğun artımı ilə milli gəlir də artır, deməli, istehsalın səviyyəsi də yüksəlir. Digər tərəfdən istehsalın miqyasının genişləndirilməsi, bu əsasdan da məşğulluğun təmin edilməsi, investisiyaların səviyyəsindən bilavasitə asılıdır. Sahibkarlar investisiyanı o vaxta qədər axtarırlar ki, kapitalın “son səmərəlilik” həddi faizi səviyyəsinə enir. Burada kapitalın rentabellik səviyyəsi mənfəət normasından asılı olaraq dəyişildiyindən, onun “son səmərəliliyi”, faiz norması ilə çox vaxt uyğun gəlmir. Ona görə də Keyns göstərirdi ki, çətinliyin mənbəyi kapitalın rentabelliyinin aşağı düşməsi, faiz normasının sabit qalması ilə əlaqədardır. Bu cəhət yeni investisiyanın, o cümlədən yeni məşğulluğun məhdud həddini müəyyən edir. Kapitalın “son səmərəlilik” həddinin azalmasını Keyns, kapitalın ümumi kütləsinin artması ilə, eləcə də gələcək gəlirlərdə sahibkar kapitalistlərin inamının itirilməsi psixologiyası ilə əlaqədardır.
Keynsin ümumi məşğulluq nəzəriyyəsi ilə əlaqədar olaraq onu göstərmək olar ki, məşğulluğun ümumi həcmi üç amil qrupundan asılıdır:
1.”İstehlak yönümü” ilə;
2.Kapital qoyuluşunun “son səmərəliliyi” ilə;
3.Faiz norması ilə.
Cəmiyyətin inkişafı, onun maddi nemətlər bolluğunun əldə etməsi məcmu tələbin səviyyəsindən asılıdır. Ümumiyyətlə, məcmu tələb haqqında danışarkən qeyd etmək lazımdır ki, o iki hissəyə ayrılır: istehlakçı tələbinə və yaxud şəxsi istehlakçı tələbatına və investisiya tələbatına və ya istehsal istehlakı tələbatına. Məcmu tələb – bu pul tələbidir. 13 İstehlak şeylərinə olan məcmu pul gəlirindən və onun xərclənməsindən asılıdır. Pul gəlirlərinin kütləsi istehlakın həcmindən asılıdır. İstehlakın artması isə milli gəlirin həcminin yüksəldilməsindən asılıdır. Bu asılılıqlar sistemində Keyns özünün məşhur “Əsas psixoloji qanunu”nu kəşf edir. O göstərirdi ki, əsas psixoloji qanun ondan ibarətdir ki, adamlar belə bir qayda olaraq gəlirlərin artımı ilə öz istehlaklarını yüksəldirlər, lakin gəlirlərin artımının ölçüsü səviyyəsində deyil, əmanətlərin artırılması meylinə imkan verən həcmdə yüksəldirlər. 14
Yəni adamlar gəlirləri yüksəldikcə şəxsi istehlak tələbatını artırmaqla eyni zamanda daha çox əmanət şəklində yığılacaq investisiya tələbatlarının yüksəldilməsinə daha çox meyillidirlərsə, əmanətlərin artımı meyli adamların istehlakçıdan istehsalçıya çevrilmək imkanının genişləndirilməsinə imkan verir.
Aydındır ki, gəlirlərin artımı ilə tələb artır və istehlaka yönəldilən xərclər də yüksəlir. Lakin bu heç də o demək deyil ki, xərclərin artımı gəlirlərin artığı həcmində və məbləğdə yüksəlir. Halbuki, klassik məktəbin nümayəndələri, neoklassiklər göstərirdilər ki, məhsulun bütün dəyəri, bir başa və ya dolayı yolla yeni məhsulların alınmasına xərclənməlidir. Çünki adamların gəlirləri əmtəə və xidmətlərin alınmasına sərf edilir. Bu mövqeyi ciddi tənqid edən Keyns belə qənaətə gəlir ki, adamlar əldə etdiyi gəlirlərini heç də bütövlükdə əmtəə və xidmətlərin alınmasına sərf etmirlər. Pullarının bir hissəsini əmanət şəklində özlərində saxlayırlar.
Belə şəraitdə məcmu xərclər iki qismə ayrılır. Bir hissəməcmu gəlirlərin əmtəə və xidmətlərin alınmasına yönəltdiyi məbləği, digər hissə isə əmanət şəklində saxladığı məbləği əks etdirir. Deməli, gəlirlərin artımı ilə məcmu xərclərin artımı uyğun gələ bilər. Məcmu xərclərin artımındakı adamların meyli əmtəə və xidmətlərin alınmasına deyil, əmanətlərin yığılmasına yönəlir. Sxematik olaraq bunu aşağıdakı kimi göstərmək olar:
ямтяя вя хидмят
Keynsin gəldiyi fikirə görə istehlakın səviyyəsini müəyyən edən əsas amil gəlirlərdir. Əmanətlərin məbləği gəlirlərin məbləği ilə istehlakın səviyyəsi arasındakı fərqdən ibarətdir. Əmanətin həcmini əmtəə və xidmətlər olan məbləğ tənzimləyir. Lakin Keyns nəzəriyyəsinə qədər belə hesab edilirdi ki, istər əmanətlərin, istərsə də ümumi kapital yığımının səviyyəsini faiz norması müəyyən edir.
Pul kütləsi nəinki qiymətin səviyyəsinə təsir göstərir, eyni zamanda işgüzarlıq aktivliyinə ciddi təsir göstərməklə həm gəlirlərin həcminin, həm də tələbin dinamikasını müəyyən edir. Bu prinsipə əsaslanan Keyns belə qənaətə gəlir ki, ümumiyyətlə, iqtisadi inkişaf üçün nağd şəkildə olan pul ehtiyatı olmalıdır.
Pul tələbinin mövcudluğu şəraitində Keyns onun daha çox likvidliyə və yaxud “xərclənmə üstünlüyünə” malik olmasını əsaslandırırdı. Bununla da, faiz dərəcəsi ilə bağlı olmayan bir sıra amillərin rolunu göstərdi. Xüsusən istehlak və gəlir arasındakı əlaqə şəraitində pul gəlirlərinin həm sərbəst şəkildə, həm də əmtəə və xidmətlərin alınmasına görə xərclənməsi, həm də ehtiyat kimi əmanətlər formasında yığılmasını şərh edən Keyns sübut edirdi ki, cəmiyyətin həyatında pul kütləsinin fəaliyyətinin özünəməxsus spesifik xüsusiyyətləri mövcuddur.
Şəxsi istehlak üçün istifadə olunan vəsaitlər gəlirlərin artımı ilə yüksəlir. Qeyd etdiyimiz kimi, onlar gəlirlərin yüksəldiyi nisbətdə artmır.
Keynsin göstərdiyi kimi buna səbəb “əsas psixoloji qanun”un fəaliyyət göstərməsidir. Belə ki, gəlirlərin yüksəlməsi, sərvətin artması ilə adamların şəxsi istehlaka olan meyli azalır. Adamların belə davranışı onların əmanətlərə olan meyllərini yüksəldir.
İstehlak səviyyəsinin (s), gəlirlərin həcminə (ü) olan nisbəti Keyns, özünün məşhur əsərində (s/ü) istehlak yekunu adlandırır. İstehlak səviyyəsinin artımını (s), gəlirlərin artımına (ü) olan nisbəti (s/ü) istehlakın son yönümü adlandırır.
“Son” yönümü adlandırmaqda məqsəd ondan ibarətdir ki, əlavə gəlir kimi görünən onun artım səviyyəsinin istehlaka və əmanətə gedən hissələrinin bölgüsünün göstərilməsidir.
“Yönüm” və ya “meyl” ona görə adlanır ki, şəxsi istehlakın artımının ləngidilməsi və əmanətə olan meylin artması şəxsin özünün fərdi subyektiv davranışından irəli gəlir. Subyektiv xarakterli istehlak yönümü məcmu şəkildə onu sabit vəziyyətə salır.
Bu əsasdan cəmiyyətdə belə iqtisadi psixoloji vəziyyət əmələ gəlir ki, gəlirlərin yüksəlməsi ilə onlar öz istehlaklarını artırırlar, lakin bu artımın ölçüsü fərqlənir. Nə qədər gəlirlər sürətlə yüksəlsə, adamlar şəxsi istehlaka yönəltdikləri hissəni azaldırlar, lakin əmanətlərə gedən hissəsini yüksəldirlər. Bu proses cəmiyyətin hakim əsas psixoloji qanunu kimi hal alır.
Adamların öz şəxsi istehlaklarının ödənilməsinə olan meyli o vaxt güclənir ki, onun və ailə üzvlərinin təxirəsalınmaz tələbatları meydana gəlir. Belə tələbatlar ödənildikcə tədricən bu meyl azalır ki, bu da əldə olunan gəlirlərin bir hissəsinin əmanət şəklində yığıma yönəldir. Deməli, bu prosesin daimi xarakteri o vaxt mövcud ola bilər ki, rifah halı və yaxud yaşayış səviyyəsi müəyyən həddə çatmış olsun.
Məhz bununla əlaqədar olaraq Keyns nəzəri-metodoloji mövqeyi baxımından əsaslandırdı ki, “cəmiyyətin psixologiyası” heç də iqtisadi qanunlardan az əhəmiyyətə malik deyildir. Ona görə də Keyns birmənalı qeyd edirdi ki, dövlət xadimlərini klassik siyasi iqtisad ruhunda tərbiyə etmək heç də onları sərvətin artırılması yolunda hər hansı yaxşı bir yolun göstərilməsi deyildir. Əksinə onlara iqtisadi proseslərin iştirakçılarının psixoloji yönümünü göstərməklə, eləcə də məşğulluğun genişləndirilməsinin investisiyadan asılı olduğu qanununu sübuta yetirməklə, cəmiyyətin sabit inkişafa nail olmağın yolunu göstərmək olar.
Comments are closed, but trackbacks and pingbacks are open.