UNEC-də Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin açılışı olub
Universitetdən Trend-ə verilən məlumata görə, İAETİ tərəfindən elmin aktual mövzularına həsr olunan tədqiqat işləri aparılıb, o cümlədən 40 elmi əsər (3-ü elmi məqalə SCOPUS bazasına düşüb), dərslik və monoqrafiyalar dərc edilib, bir kitab isə tərcümə edilərək çap olunub.
UNEC-də Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi yaradılıb
UNEC-də ölkənin dayanıqlı sosial inkişafına və yaşıl iqtisadiyyata dəstək olmaq, eləcə də “Nizami Gəncəvi ili”nə töhvə vermək məqsədilə Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi yaradılıb.
Mərkəzdə yerli və xarici ali təhsil müəssisələri, tədqiqat mərkəzləri, dövlət və özəl sektor, eləcə də qeyr- hökümət təşkilatları ilə birlikdə dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə beynəlxalq layihələrdə iştirak etmək, bu sahədə tədqiqatlar aparmaq, təlimçi və mütəxəssislər yetişdirmək və s. nəzərdə tutulub.
Bu məqsədlə Azərbaycan Respublikası Prezident Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin, Avropa İttifaqının dəstəyi və OECD-nin əlaqələndiriciliyi və UNEP, UNIDO, UNECE və WB iştirakı ilə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün yaşıl iqtisadiyyat sahəsində yerli əlaqələndiricilərin iştirakı ilə görüşlər keçirilib.
Xatırladaq ki, “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusunda təşkil edilmiş magistr və doktorantların 3-cü Beynəlxalq Elmi Konfransı çərçivəsində “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri” mövzusuna həsr olunan “workshop”un davamı və nəticəsi olaraq UNEC-də Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin təsis edilməsi qərara alınmışdı.
UNEC-də Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin açılışı olub
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaradılmış Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin İdarə Heyətinin ilk iclası və açılış mərasimi keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dövlət, özəl, akademik sektor və QHT nümayəndələrinin təmsil olunduqları iclasda Mərkəzin işinin təşkili və fəaliyyətinin əsas istiqamətləri müzakirə edilib.
İclasda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov İdarə Heyətinin sədri seçilib.
Sonra Mərkəzin rəsmi açılışı olub. Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, Mərkəzin İdarə Heyətinin üzvləri, dövlət və özəl qurumların rəsmi nümayəndələri və rəhbər şəxsləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən rektor Ədalət Muradov bildirib ki, Mərkəz Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar UNEC-in Gəncədə keçirdiyi beynəlxalq konfransın tövsiyəsinə əsasən yaradılıb. Mərkəzdə ölkənin gələcək sosial-iqtisadi inkişafına töhfə verəcək tədqiqatlar aparılacaq. Rektor Qarabağın bərpasında “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl enerji” konsepsiyalarına da toxunub. Bu yanaşmaların ölkəmiz üçün yeni olduğunu deyən rektor, bu və ya digər sahələrdə dünyada aparılan innovativ təcrübələrin Azərbaycana gətirilməsinin Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu deyib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini, Mərkəzin İdarə Heyətinin sədri Vüqar Kərimov “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” arasında əsas istiqamətlərindən biri kimi təsbit edildiyinə diqqət çəkib. O, Mərkəzdə aparılacaq tədqiqatların bu istiqamətdə ölkəmizə mühüm töhfələr verəcəyini bildirib.
Mərkəzin İdarə Heyətinin üzvü Elmar Məmmədov Azərbaycanın dayanıqlı inkişaf məqsədlərindən və bu istiqamətdə əldə olunan uğurlardan danışıb. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə “yaşıl enerji”nin əsas prioritetlərdən biri kimi müəyyən edildiyini deyən E.Məmmədov, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” zonası elan olunduğunu və bu istiqamətdə tədbirlərin həyata keçirildiyini deyib. Dayanıqlı inkişaf konsepsiyası ilə bağlı Nizami yaradıcılığına nəzər salan E.Məmmədov dahi şairin əsərlərində bu konsepsiyanın əsas elementlərinin öz əksini tapdığını və təbliğ olunduğunu vurğulayıb.
Sonra Tədqiqat Mərkəzinin katibi Gülnar Mirzəyeva mərkəzin fəaliyyəti barədə təqdimatla çıxış edib.
Sonda suallar cavablandırılıb.
UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu 2017-ci ili uğurla başa vurub
UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ) 2017-ci ili uğurla başa vurub.
Universitetdən Trend-ə verilən məlumata görə, İAETİ tərəfindən elmin aktual mövzularına həsr olunan tədqiqat işləri aparılıb, o cümlədən 40 elmi əsər (3-ü elmi məqalə SCOPUS bazasına düşüb), dərslik və monoqrafiyalar dərc edilib, bir kitab isə tərcümə edilərək çap olunub.
İnstitutun “Təhsilin keyfiyyətinin iqtisadi inkişafda rolunun qiymətləndirilməsi” mövzusunda apardığı elmi tədqiqatın ilkin mərhələsində təhsilin keyfiyyətinə təsir edən amillər, təhsilə yönəldilən ümumi dövlət xərclərinin iqtisadi artıma təsiri, elmin populyarlaşmasının dünya əhalisinin inkişaf indeksinin yüksəldilməsindəki rolu təhlil edilib, statistik göstəricilər açıqlanıb. “Xərclər–buraxılış” balans modeli əsasında müəyyən olunub ki, təhsilə yatırılan hər vahid investisiyalar iqtisadiyyatın əksər sahələrindən (o cümlədən neft sektorundan) daha çox multiplikativ effekt verərək iqtisadi inkişafa təkan verir. “Azərbaycanın əsas ticarət tərəfdaşlari ilə milli valyutalarla ticarətə keçidin effektlərinin qiymətləndirilməsi” mövzusu üzrə aparılan elmi tədqiqatda isə Azərbaycanın əsas ticarət tərəfdaşları ilə milli valyutalarla ticarətə keçidin effektlərinin qiymətləndirilməsi üzrə riyazi modeli, əsas ticarət tərəfdaşlarının xarici ticarətdə milli valyutalara keçidin iqtisadi effektlərinin qiymətləndirilməsi üçün isə imitasiya modeli qurulub və müxtəlif ssenarilərdə Excel proqramında reallaşdırılıb.
Hesabat dövründə İAETİ ilə Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisad-Riyaziyyat İnstitutu, Belarus Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi arasında elmi əməkdaşlıq müqavilələri imzalanıb. İnstitut əməkdaşlarından bir nəfər ABŞ-da elmi pedaqoji ezamiyyətdə olub. İki əməkdaş isə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 4-cü qrant müsabiqəsi çərçivəsində “Texnologiya transferi mexanizminin təkmilləşdirilməsində veb resurslarının işlənilməsi və tətbiqi” mövzusunda qrant layihəsini yerinə yetirilməsində iştirak edib.
UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu Azərbaycan və dünya iqtisadiyyatının aktual məsələlərinə, o cümlədən ölkənin sosial-iqtisadi inkişafının nəticələrinin müzakirəsinə həsr olunan 10 elmi seminar keçirib.
Comments are closed, but trackbacks and pingbacks are open.