Press "Enter" to skip to content

Iqtisadiyyata giriş

Öncəliklə, məsləhətim İqtisadi Ədəbiyyatla təlim və ideologiya fərqləndirməli, həm Rus ədəbiyyatı həm də Qərb ədəbiyyatını gözdən keçirməlisiniz. Terminlərin Azərbaycanca qarşılıqlarından əlavə ingiliscə qarşılıqlarını da öyrənin. Bundan başqa dil olaraq ingilis dilini ən az intermediate səviyyədə bilməlisiniz.( əgər həvəs olarsa Çin və ya İspan dilinidə dəyərləndirməlisiniz). ACCA, CFA kimi sertifikatlar sizə böyük üstünlüklər qazandıracaq. İelts və Toefl isə sizə xaricə çıxış üçün ən əsas biletdir. İxtisasınıza uyğun kitablar,filmlər və sənədli filmlər sizin baxış bucağınızı dəyişdirəcək və ən əsası tarixdə olmuş iqtisadi prosesleri birdə özünüz təhlil edərək analitik bacarıqlarınızı artırmağa çalışın.

İqtisadiyyata Giriş

Müəllifdən: Kitab iqtisadi anlayışları asan üsulla öyrənmək və bunu praktiki şəkildə tətbiq etmək üçün önəmli vəsaitdir.

  • Kitabın təsviri
  • Məhsulun detalları

Kitabda ilkin iqtisadi anlayışların mahiyyəti və tətbiq olunma sahələri, o cümlədən mikro və makro iqtisadiyyata aid bəzi məsələlər nəzərdən keçirilmişdir. Kitabda qeyd edilən biliklərin daha dərindən təkmilləşdirilməsi üçün xüsusi proqram əsasında keçirilən İqtisadiyyat Giriş (Mühasibatlığa ilk addım) təlimindən faydalana bilərsiniz.

Kitab kimlər üçündür?

  • Mühasiblər;
  • Müəssisə rəhbərləri;
  • İnsan resursları menecerləri;
  • İxtisası öyrənən tələbələr üçün nəzərdə tutulmuşdur.

Kitab mühasibat uçotu, vergi maliyyə sahəsində rast gəlinəcək hər bir terminlər üzrə ən çox rast gəlinən anlayışlara uyğun şəkildə yazılmışdır.

Kitaba nələr daxildir?

Kitab 8 fəsildən ibarət olmaqla aşağıdakı hissələri özündə birləşdirir:

  • İlkin iqtisadi anlayışlara giriş
  • Müəssisə, onun növləri və təşkilati-hüquqi formaları
  • Müəssisələrin fəaliyyəti və idarə edilməsi
  • Müəssisənin maliyyəsi
  • Ticarət, idxal və ixrac əməliyyatları
  • Qiymətli kağızlar və qeyri-maddi aktivlər
  • Pul, Kredit və Banklar
  • Sığortanın mahiyyəti və növləri

Vəsaitdəki əsas iqtisadi anlayışları və terminləri öyrənməklə hər bir oxucu uçot və hesabatı düzgün şəkildə anlaya bilər.

Kitabın adı
İqtisadiyyata Giriş
Radil Fətullayev, Pərvin Mehtiyev, Gülnarə Bayramova, Fərid Cəbiyev, Maqsud Qubadlı
Səhifə sayı
Kitab ölçüsü
245×170 mm
“NURLAR” Nəşriyyat -Poliqrafiya Mərkəzi
Mündəricat və nümunə bölməyə bax

Tez-tez soruşulan suallar

Kitabı necə əldə edə bilərəm?

Ofisdən əldəetmə:
Nəşrlərimizi birbaşa Tədris Mərkəzimizdən ödəniş edərək əldə edə bilərsiniz.

Ünvan: Şəhriyar k. 26 – Elmlər m/st yaxınlığı, 53 nömrəli məktəbin yanı

Kuryerlə (poçtla) çatdırılma:
Mallar sifarişçiyə kuryer və ya poçt vasitəsilə çatdırıla bilər. Bunun üçün siz ad, soyad və dəqiq ünvanınızı qeyd etməlisiniz. Kuryerlə göndəriləcəyi halda ödəniş 5 AZN, poçtla göndəriləcəyi halda isə ödəniş 4 AZN-dir. Ödəniş sifariş zamanı bank hesabına ödənilir. Çatdırılma müddəti məsafədən asılı olaraq dəyişir.

Çatdırılma üçün əlaqə saxla: +99477 412 38 30 (Whatsapp aktivdir)

Iqtisadiyyata giriş

İqtisadiyyata sadə tərif vermək lazım gələrsə, ətrafımızda gördüyümüz və görmədiyimiz hər şeydir desək yanılmarıq. Bunu daha aydın və elmi tərifini verməyə gəlincə isə , gəlin o tərifi daha aydın anlamaq üçün biz quraq. İnsanın digər canlılardan ayıran cəhətlərdən biri onun sonsuz istəyidir. Ən sadə olaraq bir bitkini götürdükdə ona yaşamaq üçün lazım olan cəhətlər məhdud saydadır ( İqlimin əlverişli olması, Torpaq, Su, Karbon, Oksigen, az miqdarda Azot və Günəş işığı). Ancaq insanlarda bu ehtiyaclar hər keçən gün artır və bunun müəyyən bir miqdarı olmur. İnsanlara yaşamaq üçün elektrik enerjisi vacib olmasa da, bugün 25 min 551 terravatt ildə (2017) elektrik enejisi istehsal olunur və rəqəmlər hər gün artır. Bitkilər müəyyən limitdən artıq su istifadə etmədikləri halda, insanlar öz kvotalarından artıq suyu istifadə edirlər. Yəni insanların istəkləri və ehtiyacları sonsuzdur. Hamılıqla bilirik ki, dünyada olan resurslar (Neft,qaz,qızıl,taxıl və hətta su) məhdud saydadır. Burada belə bir sual yaranır ki, insanların sonsuz ehtiyacı olduğu halda məhdud resursları necə bölüşdürmək olar? Elə burada biz İqtisadiyyatın tərifini alırıq. İqtisadiyyat – məhdud resurslar şəraitində sonsuz ehtiyacları ödəmək və paylaşdırmaq haqqında elmdir.Yəni bu gün əlinizdəki pulun dəyərindən tutmuş geyindiyiniz malın keyfiyyətinə qədər, aldığınız maaş, təqaüd və s. gəlirlərin miqdarından tutmuş, sabah alacağınız çörəyin qiymətinə qədər, aldığınız telefonun qiymətindən telefonda gördüyünüz reklamların sayına qədər, hətta amnistiya qərarlarından, dərs ilinizin müddətinə qədər, bir ölkənin müharibə və ya danışıqlarda uğur qazanmasına qədər hər şey iqtisadiyyatdan birbaşa və ya dolayı yolla asılıdır.

İqtisad fənni digər fənlərdən ayıran önəmli cəhət quru nəzəriyyə ilə İqtisad fənninə hakim ola bilməməkdir. Fizika əsrlər keçsə də, Nyutonun 3-cü qanunu F= -F öz aktuallığını qoruyub saxlayır. Amma 20 il əvvəlki iqtisadi nəzəriyyələr bu gün öz aktuallığını qoruyub saxlamır (bax: 2008 böhranı). Dövrümüzdə İqtisadiyyat hər gün dəyişir yeni təlimlər meydana gəlir. Ona görə İqtisad fənni daim izlənilməklə öyrənilir. Məsələn, yeni dövrdə meydana gəlmiş Kriptovalyutalar və ya Çinin sosialist-kapitalizm siyasəti iqtisadiyyatda dəyişikliklər etmişdir. Onun üçün daim Dünya gündəminin izlənilməsi və iqtisadi təhlillərin oxunulması sizi önə daşıyacaq əsas addımdır. Bundan başqa, İqtisadiyyat analitik düşünmə tələb edən sahədir. Əlaqələr qurmağı bacarmaq özü sizi öz peşənizdə ustalaşmağa kömək edəcək maddədir. Məs: “İraqın İşid tərəfindən işğalı → İşidin İraqın neft quyularını ələ keçirtməsi → Neftin qara bazarda ucuz qiymətə satılması → Neftin Dünya bazarında təklifinin (istehsalının) artması → Neft qiymətinin aşağı düşməsi → Neftdən asılı dövlətlərin gəlirinin azalması → Azərbaycanda 2015 yanvar və fevral devalvasiyaları” Analitik düşünməyə misaldır. İqtisadi öncəgörücülük də İqtisadiyyatın əsaslarından biridir. Məs: “2020-ci ildə pandemiya halını almış Covid-19 virusu birjaları alt-üst etmişdi. Əslində, virusun adi qriplə (İnfluenza) eyni ölüm ortalaması göstərməsinə baxmayaraq iqtisadçılar istehsalın azalmasını, tibbi məsrəfləri hesablasalar da, “panika” faktorunu hesablamamışdılar. Amma yenə də rəqəmlər heç vaxt yalan söyləmir fikri də yadınızdan çıxmasın.” Əgər siz Nəzəri biliklərlə yuxarıdakı bacarıqlarınızı birləşdirsəniz uğurlu olacaqsınız.

Öncəliklə, məsləhətim İqtisadi Ədəbiyyatla təlim və ideologiya fərqləndirməli, həm Rus ədəbiyyatı həm də Qərb ədəbiyyatını gözdən keçirməlisiniz. Terminlərin Azərbaycanca qarşılıqlarından əlavə ingiliscə qarşılıqlarını da öyrənin. Bundan başqa dil olaraq ingilis dilini ən az intermediate səviyyədə bilməlisiniz.( əgər həvəs olarsa Çin və ya İspan dilinidə dəyərləndirməlisiniz). ACCA, CFA kimi sertifikatlar sizə böyük üstünlüklər qazandıracaq. İelts və Toefl isə sizə xaricə çıxış üçün ən əsas biletdir. İxtisasınıza uyğun kitablar,filmlər və sənədli filmlər sizin baxış bucağınızı dəyişdirəcək və ən əsası tarixdə olmuş iqtisadi prosesleri birdə özünüz təhlil edərək analitik bacarıqlarınızı artırmağa çalışın.

Əgər siz təhsilinizi xaricdə almaq istəsəniz, bu zaman seçiminizi düzgün aparmalısınız. Ali Təhsil olaraq universitetlərin sıralaması burda əsas rol oynayır. Bundan başqa universitetin şəraiti və dünyada nüfuzu da önəmli faktordur. Son zamanlar yayğın olan tanınmamış dövlətlərdə təhsildən uzaq durmağınız məsləhətlidir. Xaricdə magistr təhsilin İqtisadiyyatda önəmi mübahisəli məsələdir demək olar. Ancaq sizin qabağınızda iki yol var. Ya karyera yoluna özünüzü daha erkən atıb uzun staj yığaraq irəliləyəcəsiz, ya da təhsilinizi artırıb mütəxəssiz olaraq karyeraya başlayacaqsınız. Əsas olaraq bu ikisini gedəcəyiniz universitetin sizə qatacaqları ilə müqayisə edin.

Karyera planlaması çox vax son kurs və ya magistr təhsili zamanı aparılır. Amma daha əvvəl başlamaq üstünlükdür.Ona görə öncəliklə nəzəri biliklərinizi artırmağı, sonralar isə beynəlxalq sertifikatlar almaq yolunda irəliləməyiniz məsləhətli addım olar. Çalışın asudə vaxtlarınızı özünüzə dəyər qatacaq və ən əsası Cv-nizə yaza biləcəyiniz işlərlə məşğul olun. Könüllük proqramlarına qoşulun, ödənişli və ödənişsiz təcrübə proqramları, seminarlar karyeranızda önəmli rol oynayır. Çalışın beynəlxalq auditoriyada tanınan şirkətlərə və seminarlara qatılasınız. Əgər Startup proyektiniz varsa, çəkinmədən icra etməyə çalışın. Uduzsanız belə sizin üçün qazanc olacaq işlərdi.

Hər sektorda olduğu kimi bu sektorda da güclü əlaqələr önəmlidir. Sizə referans verə biləcək birilərini həyatınıza qatmağa çalışın. Unutmayın qrup yoldaşlarınız sizə həm iş verə biləcək kəslər, həm də potensial rəqiblərinizdir. Düzgün Cv yaratmaq, Linkedin də aktiv olmaq sizə bəzən həyat qurtarıcı vasitələr olaraq önə çıxacaqlar. Sosial şəbəkə və mail ünvanlarınızın sizin sosial statusunuzu öyrənmək üçün əlavə vasitələr olduğunu unutmayın. Təcrübə keçdiyiniz yerlərdə hətta ən adi işçi ilə belə münasibəti isti tutun. Yadda saxlayın ki ən əsası məqsəd və daim irəliləməkdir.

Yazan: Əlihəsənov Əlibaba

Mtc kolsultinq-də İqtisadçı.

Comments are closed, but trackbacks and pingbacks are open.