Iqtisadiyyatın dövlət tənzimləməsi əliyeva roza
� tənzimlənməsi ” kafedrasının müdiri
“Xarici iqtisadi fəaliyyət: tənzimləmə ilə liberallığın tarazlığı” monoqrafiyası çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mayis Gülalıyevin “Xarici iqtisadi fəaliyyət: tənzimləmə ilə liberallığın tarazlığı” monoqrafiyası nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru institutun direktoru, professor Nazim İmanov, rəyçiləri professor Tərbiz Əliyev və iqtisad elmləri doktoru Fuad Qənbərovdur.
Monoqrafiya xarici iqtisadi əlaqələrin dörd əsas komponentinin – xarici ticarət, beynəlxalq maliyyə axınları, miqrasiya və beynəlxalq xidmət ticarətinin liberallılğı ilə dövlət tənzimləməsi arasındakı tarazlığın mahiyyəti, ölçülməsi və Azərbaycan üçün alınmış bəzi nəticələrə həsr edilib. Kitabda qloballaşma və onun iqtisadi aspektlərinə, dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilə formalarına və onların ölçülməsinə yeni konseptual yanaşma təklif olunub.
Yeni nəşr iqtisadi qloballaşma və xarici iqtisadi əlaqələrin liberallaşması, həmçinin iqtisadiyyatın dövlət tənzimləməsi problemləri ilə maraqlananlar üçün faydalı mənbədir.
Xankəndi
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Ümumilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatı sahəsində verdiyi töhfələr deyəndə, ilk xatırladığım hələ uşaqkən televiziya kanallarında, reklam lövhələrində oxuduğum bu cümlədir.
26 il əvvəl müstəqilliyini yeni bərpa etmiş ölkə düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulurdu. Ölkədə yaranmış xaos, hərc-mərclik məticəsində xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Müstəqil Azərbaycan dövlətinin xaosdan çıxarılması, günü-gündən möhkəmləndirilməsi, inkişaf edirilməsi, iqtisadiyyatının gücləndirilməsi istiqamətində vacib və təxirəsalınmaz addımların atılması lazım idi. Bu isə uzun illər Azərbaycan üçün çalışan, onu qabaqcıl ölkələrdən birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan bir şəxsiyyətlə-Heydər Əliyevlə mümkün olardı.
Hələ 1969-cu ildən Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə ölkənin iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verilib. Məhz iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılan addımlar bu gün Azərbaycanın dünya ölkələri sırasında yer almasına, dünyada vacib ölkələrdən birinə çevrilməsinə səbəb olub.
Dahi siyasət korifeyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılıb, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunub, yeni sənaye sahələri yaradılıb, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılıb, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələnib, istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşıb. 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaranıb. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılıb. Həmin vaxtlar Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Həmçinin 1970-ci ildən Azərbaycanda neft sənayesinin inkişaf etdirilməsi ilə “qara qızıl” Azərbaycan xalqına xidmət edən sahəyə çevrilməsinin əsası qoyulub.
Paytaxt Bakıya, Azərbaycanın rayonlarına gözəllik verən yüzlərlə yaşayış binası, mehmanxana, ölkə iqtisadiyyatında mühüm rol oynayan iri istehsal kompleksləri, su anbarları, yaşıllıq zonaları, istirahət ocaqları, yollar Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Ümummilli liderin həmin dövrü xatırlarkən dediyi sözlərə diqqət etmək yerinə düşərdi: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində görkəmli şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ən böyük nailiyyət isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaranmasıdır.
Məhz ulu öndər Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi-siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və s. tədbirlər aqrar bölmənin inkişafına təkan verib, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparılıb, yeni sahələr yaranıb, məzmunca fərqli münasibətlər formalaşıb.
Respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alınıb. Beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyulub.
Müəllifi Azərbaycanın görkəmli şəxsiyyəti Heydər Əliyev olan iqtisadi strategiyanın həyata keçirilməsinə 1994-cü ilin sentyabrında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın bir neçə ölkəsinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında Xəzər dənizin Azərbaycan bölməsindəki “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanıb.
Müstəqil Azərbaycanın yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
1997-ci ildən sənaye məhsullarının buraxılışında artım müşahidə edilib, bu sıradan neft emalı, metallurgiya, ağac emalı, şüşə və çini-saxsı məhsullar istehsalında artım daha yüksək olub. Digər istehsal sahələrində geriləmənin sürəti azaldılıb, bəzi hallarda isə bu meyl tamamilə dayandırılıb, hasilat sənayesi ilə yanaşı, qeyri neft sektoru da inkişaf etdirilib.
Ümummilli liderin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də ölkə regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsi olub. Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan, 1995-2003-cü illəri regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşər. Bununla belə, o dövrdə bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, milli sahibkarlar sinfinin formalaşması regionların hazırkı inkişafına əlverişli zəmin yaradıb.
Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verib. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi beynəlxalq institutlarla səmərəli əməkdaşlıq yaradılıb.
Görkəmli şəxsiyyət Heydər Əliyev tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlanılıb və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanılıb. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olunub.
Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlanıb. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artıb, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirilib. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olunub.
Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Bir sözlə, Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir.
Əsası ulu öndər tərəfindən qoyulmuş sosial–iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmış nailiyyətlər daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxələndirilməsi təmin olunub, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.
Prezident İlham Əliyevin ümummili lider Heydər Əliyevin müəyyənləşdirdiyi startegiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanaqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb.
Aytən Bağırova
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.
Iqtisadiyyatın dövlət tənzimləməsi əliyeva roza
Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bu prinsipləri rəhbər tuturuq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
2011-ci il Azərbaycan dövlətinin tarixinə bir çox əlamətdar hadisələri və uğurları ilə daxil olmuşdur . Keçən il respublikamız dövlət müstəqilliyinin bərpasının 20 illiyini bayram etmiş və onun əbədiliyinin sübutu kimi , tarixin bu qısa zaman kəsiyində, bəşəri uğurlara nail olunmuşdur . Artıq ölkəmizdə, liberal bazar iqtisadiyyatı prinsipləri əsasında dövlətin iqtisadiyyatı tənzimləməsi ilə, sahibkarlıq təşəbbüskarlığına söykənən innovasiyayönümlü iqtisadiyyat formalaşmış, istehsal və sosial infrastrukturun təkmilləşdirilməsi üzrə əsaslı işlər yerinə yetirilmişdir .
Respublika Prezidenti cənab İlham Əliyevin ölkənin idarə olunmasında əsas məqsədi əhalinin rifahının yaxşılaşdırılması və sosialyönümlü dövlətin yaradılması istiqamətində və xarici diplomatiyasında elmə, beynəlxalq təcrübəyə əsaslanan uzaqgörən liderliyi ilə iqtisadiyyatın dövlət tənzimlənməsinin uğurlarıdır.
Məşhur ingilis iqtisadçı alim Con M. Keynsin belə bir kəlamı var: “Dünyanı idarə edən ayrı-ayrı ölkələrin dövlət başçılarıdır. Onların buraxdığı cüzi səhvlər bəzən böyük fəlakətlərə səbəb olur”. Azərbaycan Respublikasında müstəqilliyin bərpasından keçən ilk üç il ərzində yaranan vəziyyət bunun bariz nümunəsidir. Ölkəmizin Ermənistanın təcavüzünə məruz qalması, hakimiyyət uğrunda mübarizə, şəriştəsiz və idarəçilik təcrübəsi olmayan şəxslərin dövlətə başçılıq etməsi, iqtisadi tənəzzülə (əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun ilbəil 20-25 faiz aşağı düşməsinə), inflyasiyanın 1756 faizə, yəni hiperinflyasiya həddinə çatmasına, ölkənin valyuta ehtiyatının yox dərəcəsinə düşməsinə və bütün bunların nəticəsi kimi əhalinin maddi durumunun acınacaqlığı, sosial gərginliyə səbəb olaraq, hətta müstəqilliyin itirilməsi qorxusunu yaratmışdır.
Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı müstəqilliyin əbədiliyinin, bazar iqtisadiyyatına keçidin və dinamik sosial – iqtisadi inkişafın əsasını qoyudu. Ümummilli lider o vaxt ölkədə mövcud durumu belə qiymətləndirmişdi: “Respublika iqtisadiyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən, yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”. Böyük dövlət xadiminin ölkə idarəçiliyindəki təcrübəsi və uzaqgörənliyi, eyni çətinliklərə baxmayaraq bacarıqla reallaşdırdığı daxili və xarici siyasəti, “yeni neft strategiyası”nın həyata keçirilməsi uğrundakı mübarizəsi Azərbaycan Respublikasınının davamlı inkişafını təmin etdi.
Azərbaycan Respublikası müstəqilliyi ikinci dəfə əldə etdikdən sonra iqtisadi sistemin transformasiyası ilə bazar iqtisadiyyatına keçid sosial-iqtisadi inkişafın əsası kimi qəbul edilmişdir. Bununla əlaqədar olaraq ümumilli lider demişdir: “Biz iqtisadi islahatların həyata keçirilməsinə dair tədbirlər görürük. Bütün bunların hamısı bizim bazar iqtisadiyyatına uyğun dəyişikliklər yolu ilə, dünya iqtisadiyyatına qovuşmaq yolu ilə getmək istəyimizi konkret şəkildə nümayiş etdirir”. O, cəmiyyətdə demokratik təsisatların formalaşmasında, qüdrətli dövlətin yaradılmasında, onun dünya ölkələri sırasında layiqli mövqe tutmasında iqtisadi bünövrənin yaradılmasını ön plana çəkirdi. Ulu öndər “İqtisadiyatı güclü olan dövlət hər şeyə qadirdir”, “iqtisadiyat hər şeydir, çünki o, cəmiyyətin bünövrəsidir” kimi fikirləri ifadə etməklə iqtisadiyatın cəmiyətin inkişafında rolunu olduqca yüksək qiymətləndirirdi.
Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin 2-ci bəndində göstərilir: “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.
Təsadüfi deyil ki, Ermənistan Respublikasında hökm sürən mövcud iqtisadi tənəzzül, əhalinin maddi durumunun aşağı düşməsi, emiqrantların sayının artması ilə yaranan vəziyyətə bais dövlət başçısı S.Sarkisyandır və ya “Erməni genosidinin” tanınmasını 45.000 avro cərimə və ya bir il həbs cəzası qorxusu ilə öz xalqına qəbul etdirməyə çalışan Fransa Prezidenti N.Sarkozinin etdiyi səhvə görə Fransa dövlətinin dünyada nüfuzunun aşağı düşməsinə, bəzi dövlətlərlə beynəlxalq əməkdaşlığın dayandırılmasına səbəb olmuşdur. Ölkəni idarə edən dövlət başçılarının buraxdıqları səhvlərə görə yaranmış belə hallara çox misal gətirmək olar. Bütün bunlar bir daha göstərir ki, əgər dövlət xalqın rifahının yaxşılaşdırılması və iqtisadi inkişafı naminə milli iqtisadiyyatı tənzimləyərək, xarici dövlətlər tərəfindən etibarlı əməkdaş kimi tanınırsa, bu, birbaşa dövlət başçısının fəaliyyətinin elmə və təcrübəyə əsaslanmasının, uzaqgörənliyinin, xalqının rəğbətini qazanması və bəşəri nüfuzunun göstəricisidir.
Bazar iqtisadiyyatının formalaşması, inkişafı və səmərəliliyi bilavasitə dövlət tənzimlənməsindən asılıdır. 2003-cü ildə hakimiyyətə gələn Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bazar iqtisadiyyatının prinsiplərini rəhbər tutaraq, yeni çalarlarla elm və təcrübəyə söykənərək, ölkə iqtisadiyyatını tənzimləməklə, sürətli sosial-iqtisadi inkişafa nail olmuşdur.
Bazar iqtisadiyyatına keçid, yerli xüsusiyyətlər nəzərə alınmaqla, onun prinsipləri əsasında həyata keçirilir. Bazar iqtisadiyyatının əsas prinsipləri bunlardır:
– Xüsusi mülkiyyətə keçid (özəlləşdirmə – çoxmülkiyyətçilik – dövlət, özəl, bələdiyyə);
– rəqabət (dövlətin antiinhisar siyasətinin həyata keçirilməsi ilə rəqabətin yaradılması və rəqabətqabiliyyətli əmtəə istehsalı);
– bəzi qiymətlərin liberallaşması (dövlət mülkiyyətində istehsal olunan əmtəələrin və göstərilən xidmətlərin qiyməti Tarif Şurası, özəl sektorda isə sahibkarlar tərəfindən müəyyən edilir);
– iqtisadiyyatın dövlət tənzimlənməsi (dövlət inzibati amirlik və iqtisadi metodla tənzimlənməni yerinə yetirir).
Müstəqilliyin 20 ilində Azərbaycanın milli iqtisadiyyatında mövcud olan dəyişikliklərə nəzər salsaq, onu bir neçə mərhələyə bölmək olar:
I – 1991-1993-cü illər – iqtisadi tənəzzül dövrü.
II – 1993-2003-cü illər – bazar iqtisadiyyatına keçid üzrə iqtisadi islahatların aparılması, ölkədə sosial-iqtisadi inkişafın əsasının yaradılması və stabilləşmə dövrü . Ulu öndər Heydər Əliyevin ” Yeni neft strategiyası”nın reallaşması ilə beynəlxalq iqtisadi münasibətlərin yaranması, neft-qaz gəlirlərinin artması və ölk ədə tərəqqi dövrünün başlanması.
III – 2003-2011-ci illər – neft-qaz gəlirlərindən istifadə edərək, qeyri-neft sektorunun inkişafı, davamlı, innovasiyalı iqtisadiyatın formalaşmasına çoxşaxəli infrastruktur layihələrinin həyata keçirilməsinə investisiya yatırılmasının artması sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması bazar iqtisadiyyat ına keçid mərhələsinin başa çatması (2009-cu il ), Azərbaycan Respublikasının Beynəlxalq aləmdə nüfuzunun artdığı bənzərsiz inkişaf dövrü .
IV – 2012-ci ildən yeni inkişaf mərhələsinə qədəm qoyulması dövrü . Mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyalı iqtisadiyyatın formalaşması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli , qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin , mədəniyətin inkişafında ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlər əldə edilməsi üzrə fəaliyyət dövrünün başlanması.
Göstərilən əvvəlki 3 iqtisadi mərhələnin hər birində dövlət iqtisadiyyatın tənzimlənməsində, yaranmış şəraitə uyğun , çevik , məqsədyönlü, uzaqgörən tədbirlərini əks etdirən islahatlar , proqnozlara əsaslanan dövlət proqramları həyata keçirmişdir . Bütün bunların nəticəsi olaraq , iqtisadi sistemin transformasiyası ilə milli iqtisadiyyat aşağıdakı əsaslı inkişaf prosesini keçmişdir : bazar iqtisadiyyatına keçid – innovasiyalı bazar iqtisadiyyatı- geoiqtisadiyyat .
Azərbaycan Respublikası müstəqilliyinin bərpasından sonra , bazar iqtisadiyyatının prinsipləri əsasında milli iqtisadiyyat formalaşmış, informasiya kommunikasiya texnologiyasının bütün sahələrdə tətbiqi ilə innovasiyalı iqtisadiyyat yaradılmışdır. Mövcud qloballaşma ilə əlaqədar, beynəlxalq iqtisadi münasibətlərin, inteqrasiyanın genişlənməsi ilə müasir geoiqtisadi dövr başlanmışdır.
Qeyd etmək lazımdır ki , bazar iqtisadiyyatına keçidlə dövlətin ölkənin idarəetməsindəki rolu bir qədər dəyişir. Özəl sektorun yaranması və sahibkarlıq təşəbbüskarlığının həyata keçirilməsi ilə dövlət iqtisadiyyatı iki metodla tənzimləyir. Bunlar inzibati ( birbaşa ) və iqtisadi (dolayı) metodlardır. Dövlətin iqtisadiyyatı inzibati metodla tənzimləməsi dövlət başçısı tərəfindən qəbul olunan qanun , sərəncam, proqramlar və qadağaların qəbul edilməsidir:
– Hər bir fəaliyyətin hüquqi bazasının müəyyən edilməsi;
– iqtisadi inkişafın strateji məqsədlərinin müəyyən edilməsi və proqnozlara əsaslanan indikativ və digər planlarda , həmçinin dövlətin proqramlarında onların əks olunması;
– dövlət sifarişi və müqavilələr;
– keyfiyyət normativləri və texnologiyalarının sertifikatlaşdırılması;
– normativlər, cərimələr, qadağalar . Dövlətin iqtisadi metodla tənzimləməsinə aiddir :
– vergi sisteminin tənzimlənməsi ;
– dövlət proqramlarının reallaşması ;
– dövlətin büdcə-vergi və pul-kredit siyasəti ;
– xarici iqtisadi siyasət ;
– miqrasiya və inteqrasiyanın tənzimlənməsi .
Azərbaycanda iqtisadiyyatın tənzimlənməsi vasitəsi kimi , dövlətin məqsədli , regional proqramları və orta müddətli makroiqtisadi proqramların hazırlanması və həyata keçirilməsi olduqca səmərəlidir . Dövlət proqramlarının layihələrinin tərtibi iqtisadi proqnozlara əsaslanır . Ölkədə ilk dəfə 2003-cü ildə 2004-2006-cı illəri əhatə edən iqtisadi proqnoz hazırlanmışdır . Hazırda isə 2009-cu ildə hazırlanan 2010-2013-cü illəri əhatə edən proqnozlar əsas kimi qəbul olunur . Proqnozlar əsasında tərtib edilən və həyata keçirilən dövlət proqramları ölkə iqtisadiyyatının inkişafının tənzimlənməsi məqsədi ilə bütün sahələri əhatə edir . Məsələn yalnız təhsil sahəsini əhatə edən 16 Dövlət Proqramının reallaşması yeni məktəblərin tikilməsinə , təhsilin müasirləşməsinə , stimullaşdırılmasına , keyfiyyətinin yüksəldilməsinə və hər il çoxsaylı tələbələrin xaricdə , ( dövlət hesabına ) təhsil almasına səbəb olmuşdur . Hər il xaricdə təhsil alan tələbələrin sayını artırmaqla bu proses davam edir .
Roza ƏLİYEVA,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının ” İqtisadiyyatın dövlət
� tənzimlənməsi ” kafedrasının müdiri
Xalq qəzeti .- 2012.- 7 mart.- S. 9.
Comments are closed, but trackbacks and pingbacks are open.