Fuad s Blog
Devletin mahiyeti hakkında çok fikirler söylenilmiştir. Vaktiyle Aristoteles gösteriyordu ki, devlet genel faydanın anlaşılması sonucunda oluşur ve mutlu bir yaşam için oluşturulur. XIII yüzyılda yaşamış…
İqtisadiyyat Referatlar
İstenilen pazarlama adımının temeli düzgün yapılan analizinden geçiyor. Hatta bazen pazarlama kavramını pazarın incelenmesi, araştırılması süreci ile özdeşleştirirler. Pazarlama araştırmaları pazarlamacılar için olağanüstü önemlidir. Pazarlamacıların her biri analiz-araştırma…
Devletin ekonomi politikaları dedikte, ekonomik subyеktin hareketine dolayı ve müstakim tesir eden devlet tedbirleri sistemi anlaşılmaktadır. Müstakim (idari) yöntemlerin ekonomik olaylara etkisi kesin değildir. Toplumun gelişimi ile ilgili…
Devletin mahiyeti hakkında çok fikirler söylenilmiştir. Vaktiyle Aristoteles gösteriyordu ki, devlet genel faydanın anlaşılması sonucunda oluşur ve mutlu bir yaşam için oluşturulur. XIII yüzyılda yaşamış…
Gerçekte tüm üretim – satış işlemleri belli derecede belirsizlikle geçiyor ve belirli riskle bağlıdır. Risk – herhangi bir faaliyet sürecinde para itkilerine ve zararlarına (kelimenin geniş anlamında)…
Diferansiyelleşmış fiyatlar çoğu zaman tekel rekabet ortamında uygulanır. Fiyatların diferansiyelleşmesi talebe bağlı olarak, hem de coğrafi prensip üzere yapılmaktadır. Bu prensibe göre çeşitli bölgelerde aynı bir…
İşletmenin görevlerini yerine getirilmesi üzerinde kontrolü gerçekleştirmek için mevcut olan fonlar ve onun varoluş kaynağı hakkında konkret bilgiye malik olmak, fonların terkibini ve teyinatını öğrenmek için…
Elektronik hükumet veya e-hükumet – herhangi bir ülkenin devlet yapılarının tamamı hakkında bilgilerin her vatandaş için açık olan ağda yerleştirilmesi demektir. Yani her bir vatandaş…
Vergilerin ödenmesi – hesaplanan verginin mükellef tarafından ilgili bütçeye ödenmesi ile gerçekleştirilen teknik işlemdir. Genel vergi miktarı vergi mükellefinin bir vergi tutma obyektinden ödediği vergi…
Bütçe mali ilişkilerini yansıtan tarihi ekonomik kategoridir. Onun oluşumu ve gelişimi devletin oluşumu ile bağlıdır. Bütçe ekonomik kategori gibi finans sisteminin bir parçası olarak, özünde para…
Görevin yerine getirilmesi için kurumun para ifadesinde kastedilen malının, yükümlülüğünün toplamını, terkip ve yerleşmesini, ekonomik işlemleri ve faaliyetleri sonucunu yansıtan makul ve bilinen bilgiler muhasebe konusu kabul…
En çok yuklenenler
- Oyun Yukle
- Telefon Ucun Oyun Yukle
- GTA 5 Yukle
- Masin Oyunlari Yukle
- Milyoncu Oyunu Yukle
- Instagram Yukle
- Whatsapp Yukle
- Whatsapp Plus Yukle
- Ekran Sekilleri
- Google+
Fuad’s Blog
Bu məqalənin məqsədi İslam normalarna görə iqtisadiyyatın hüquqi tənzimlənməsi məsələlərinin təhlilidir. Nəzəriyyə və təcrübə arasında mövcud olan önəmli fərqlərə baxmayaraq, İslam hüququ yaradılmış prinsiplər, mənbələr, üsullar və onlara əsaslanmış qaydalar sistemi ilə fəxr edə bilər.
Meybullayev qeyd etmişkən, “Islam sadəcə dini məzhəb deyil, həm də insanların həyat tərzini nizamlayan və tənzimləyən sosial-iqtisadi, sosial-siyasi, etik-hüquqi, əxlaq-mədəni qaydaları əhatə edən bütov bir elmi sistemdir”[1]. Beləliklə bu din öz genişliyi ilə və həyatın müxtəlif sahələrini əhatə edən elmlərlə digərlərindən fərqlənir. İqitisadiyyat sahəsi da istisna deyildir.
Qeyd etmək lazımdır ki, islam iqtisadiyyatı nəyin pis və qadağan (haram), nəyin isə yaxşı və icazə olunmuş (halal) olması haqqında mühakimələrə əsaslanır. Ona görə də, qərbin iqtisadi elmindən fərqli olaraq burada İslam (şəriət) hüququ fundamental məna alır. İslam hüququ, qalan hüquqi sistemlər kimi, iqtisadi və başqa fəaliyyətləri üçün öz “çərçivəsini” yaradır, lakin burada önəmli bir fərq vardır. Dünyəvi sistemlərdə qanunlar insan izni ilə hazırlanır, dəyişilir və ləğv olunub nəticədə dünyəvi xarakter daşıyırsa, İslam sistemində qanunlar İlahi təbiətlərini daşımalıdırlar ki, dəyişilməz, əbədi və insan müdaxiləsindən azad bir xaraktera malik olsunlar[2].
İlk öncə, terminləri araşdırmaq gərəkdir, yəni biz “şəriət” deyəndə nəyi nəzərdə tuturuq və “fiqh” nə deməkdir. Adi anlamda və bəzən də elmi ədəbiyyatda bu məfhumlar qarışdırılır. Bu iki anlayışın tez-tez oxşadılmasına baxmayaraq, ətraflı araşdırma aparmaqla böyük fərqləri aşkar etmək olar. Şəriəti dəyişdirmək mümkün deyil, belə ki bu islam əxlaq və etik normaların məcmusudur, hüquqi normaların ehkamıdır. Lakin şəriətin normativ-fəlsəfi hissəsi olan fiqh əbədi deyil və daha davamsızdır.
L.R. Syukiyaynen qeyd edir ki, adətən hüquq elmi islam hüququna şəriətin sinonimi kimi baxılır. Burada dini başlanğıc hüquqdan ayrılmaz olduğu universal bir sistem kimi başa düşülür.[3] Lakin yuxarıda qeyd olunduğu kimi, problemin dərin analizi bu iki anlayış arasında fərqlərin aşkar olunmasına imkan verir. Fiqh, ərəb dilindən tərcümədə, tam mənası ilə “anlama”, “idrak” deməkdir. Bundan başqa, fiqh fərqli rəftarlara, qadağalara, təlimatlara, izinlərə aid məlumat anlamına da gəlir. Demək fiqh islam hüququnun özüdür.[4] “Şəriət” sözü irəli yönləndirmək, yəni sərəncam vermək kimi tərcümə olunur. Islam kontekstində bu söz islam qanunlarının (hüquqi olmayan da) cəmidir.[5]
“Şəriət” və “fiqh” arasında fərq goya bildiyimizə görə, iqtisadi fəaliyyətlə bağlı sualların nə şəkildə tənzimlənməsini müəyyən etmək lazımdır. Daha sadə qavrama üçün, yuxarıda qeyd etdiklərimizi sxem şəklində göstərək:
ŞƏRİƏT
İSLAM İQTİSA-DİYYATI
FİQH
QURAN
İCMA
İCTİHAD
SÜNNƏ
ƏQL / QİYAS
Sxemdən göründüyü kimi, Quran və Sünnə İslamın bütün mövqelərinin ilkin mənbəyidir. Müsəlman cəmiyyətinin iqtisadi həyatını nizamlayan Quran göstərişləri əsasən Mədinə dövründə nazil olunub, və bununla belə əmr formasında səslənir. Mədinə surələrində mülkiyyət münasibətləri, mirasçıların hüquqları (4:8 – 15), ər-arvadın mülkiyyət münasibətləri müəyyən olunur (4:38), 5-ci surədə isə mülkiyyətə qəst etməyə görə cəza barədə danışılır (5:42). Hərbi qənimət prinsipinin daxil olunması, onun bir hissəsinin ümmətə ayrılması, müsəlman cəmiyyətinin mövcud olmasına iqtisadi təməl yaradırdı, bu daha sonra dövlət xəzinəsinin formalaşmaşına səbəb olmuşdu.
Quranda sosial-iqtisadi doktrinanın təməlini təşkil edən, sosial-iqtisadi problematikaya aid əsas “bloklar” bunlardır: həddən çox varlılığın tənqid olunması (ilk surələr– 104, 102), sələmçiliyin tənqid edilməsi (30:38; 3:125), ticarətin dəstəklənməsi (17:37; 6:153; 11:85 – 86; 55: 6 – 8; 21 – 48; 83:1 – 3), mülkiyyət münasibətləri (2 : 284) (əsasən Mədinə sürələri), mülkiyyətə qəstetməyə görə cəza (5:42), mirasçıların hüquqları (4:8 – 15;4 – 175), ər-arvadın mülkiyyət münasibətləri müəyyən olunur (4:38), sədəqə və ehsan (2 : 263 – 281), borclar (2 : 282 – 284), faiz borcu (4 : 159), yığılan məbləğin xərclənməsi (2 : 274 – 283).
Quran – şübhəsiz islam hüququnun ilkin və fundamental mənbəsidir. Bununla belə açıq-aşkar görmək olur ki, burada verilən hüquqi xarakterli mövqelər təklikdə müsəlmanlar və Quranda öz əksini tapmamış başqa fundomental islam institutları arasında yaranan bütün münasibətləri nizamlamaq üçün kifayət deyildir. Ona görə digər avtoritet hüquq mənbələrindən biri olan Sünnə ortaya çıxır.
Sünnə (müqəddəs rəvayət)- Məhəmməd peyğəmbərin (s) düsüncələri və rəftarları, onun yaxın tərəfdarları (sünnülərdə) və ya məsum Imamlar (s) (şiələrdə) haqqında coxsaylı rəvayətlərdən ibarətdir. Sünnənin məzmunu bilavasitə iqtisadi fəaliyyətin aparılmasına və onun tənzimlənməsinə, iqtisadi tələbatın həllinə və pozulmalar zamanı sanksiyaların istifadəsinə aid olan normalardan ibarətdir. Bildiyimiz kimi, Məhəmməd peyğəmbər (s) özü müvəffəqiyyətli tacir idi. Ondan biznesin aparılması, idarəolunması və hətta marketing haqqında rəvayətlər qalıbdır.
Peyğəmbər (s) dünyadan gedərkən təqribən 114 min səhabəsi vardı. Onların hər biri ondan bir və ya bir neçə hədis, ya xatirə eşitmiş və əzbərləmişdir. Lakin onların çoxu yazmaq, oxumaq bilmədiklərindən onları təkçə yadda saxlamışdılar.[6]. Buna görə də bəzi müsəlmanlar eyni hədisləri qəbul etmir ve hədislərin bəzilərini etibarlı saymırlar.
Ikinci dərəcəli mənbələr: icma, qiyas, əql və onların interpretasiyası olan ictihaddır. Ictihad ümumi postulatlar əsasında alimlərin rasional şərhləri və ya Quranın nizamı tapılmayanda Sunnənin çox mənalı mövqeləri əsasında davranış qaydalarının axtarıb tapılmasını nəzərdə tutur. Elə buna əsasən insanların qarşılıqlı əlaqələrinin tənzimlənməsi normaların böyük əksəriyyətini təşkil edir. Ictihad hüququ, əlbəttə ki, hamıya verilmir, sadəcə mücdəhidlərə verilir. Ictihadın əhəmiyyəti suala hazır cavab olmayanda onu şəriətə uyğun olaraq verməkdən ibarətdir. Bununla müctəhid yeni qaydanı icad etmir, sadəcə şəriətdə artıq mövcud mövqeləri, çoxmənalı sərəncamlarında və ya ümumi prinsip və məqsədlərində onu araşdırır və “tapır”[7].
Icma müsəlman cəmiyyətinin razılığıdır (şiələrdə – müctəhidlər), konsensusdur. Lakin icmanın özünün barədə konsensus yoxdur. Müxtəlif məzhəblər icmanın mənasını öz bildikləri kimi verirlər, ən böyuk fərqlər isə sünnü məzhəblərlə cəfəri məzhəbi arasındadır. Müsəlman qanunlarını şərh etməyə borclu olan hüquqşünaslar bənzərə əsaslanmış mühakimə (qiyas) və məntiqi təfəkkürə (əql) müraciət edirlər. Qiyasa əsasən Quranda, sünnədə və ya icmada qoyulmuş qaydalar, bu mənbələrdə göstərilməyən işlər üçün də istifadə oluna bilər. Şiələr əql mənasını ortaya çıxardıb, qiyası isə onun məntiqi təfəkkür metodu kimi daxil ediblər.
Islam iqtisadiyyatının konsepsiyasi məzhəblərin beşinin çərçivəsində işlənmişdir, onların nöqteyi-nəzər fərqləri sadəcə hansı məktəbə aid olmaqdan daha çox onların bütövlükdə sosial-iqtisadi baxışlarından asılı idi. İslam reformasiyasının son dalğası nəticəsində İslamın “məzhəb” hüququnun fəqihlərinin yanaşmasına ideoloqların və sosial elmlərin nümayəndələrinin yanaşmaları da əlavə olunmuşdur.
Hər şeydən əvvəl yuxarıda sadalanan mənbə və metodlara uyğun olan əsas qaydalara baxaq. Bütün alimlər razılaşır ki, müsəlman sayağı biznes yuxarı səviyyəli etik prinsiplərə və Islam normalarına əsaslanmış “əxlaqi biznesdir”. Burada əsas olaraq izin verilmiş (halal) və verilməmiş (haram) sazişlər fərqləndirilir. Bundan əlavə fəaliyyətlər kateqoriyalara bölünür. Məsələn “vacib” və ya “fərd”-mütləq, “müstəhəb” və ya “məndub”- arzu olunan, “caiz” və ya “ mübah”- izin verilmiş və ya tənzimlənməyən, və “məkruh” – arzu olunmaz fəaliyyətlər.
Bütövlükdə biznesdə “haramı” belə gruplaşdırmaq olar [8]:
Sələmçilik ilə məşqul olması.
Fırıldaq və yalanlar yolu ilə qazancın əldə edilməsi.
Haram kateqoriyasına aid məhsulların istehsalı və satışı (narkotik maddələr, spirtli içkilər, donuz və ondan hazırlanmış məhsullar, fahişəlik, qumar və.s).
Rüşvətin verilməsi və alması.
Bazarı monopoliya etmək məqsədilə tədbirlər görmək və səhlənkar rəqabətin aparılması.
Oğurlanmış və ya zəbt olunmuş mülkiyyətin və ya qanuni yolla əldə olunmayan hər hansı bir şeyin alqı-satqısı.
Alıcıların çaşdırılması və qorxudulması.
Məhsulların süni şəkildə artırılmış qiymətlə satışı qadağandır.
Haram bu siyahı ilə bitmir, hər qrupun öz alt qrupu, mənası və interpretasiyası vardır. Qadağa qoyulmayan fəaliyyətlər avtomatik olaraq izin olunanlar kateqoriyasına aid olunur. Lakin hər izin olunan arzu olunan deyildir. Müəyyən sazişlər və fəaliyyət yuxarıda qeyd olunan “məkruh” kateqoriyasına aid olunur. Misal üçün[9]:
Satılan malın müqayisəli nöqsanlarının gizlədilməsi, əgər bu yalana aparmırsa. Yox əgər aparırsa o zaman bu haramdır.
Hər hansı yolla olursa olsun həddən çox qazanc əldə etmək arzu olunan deyil. Baxmayaraq ki, “həddən çox qazanc” ifadəsinin tam mənası aydın deyildir. Bu məsələ alimlər arasında çoxlu mübahisələrə səbəb olmuşdur. Bir şey aydındır ki, qazanc tək motivasiya faktoru olmamalıdır, elə bu “islami şəxsi” (Homo İslamicus) “iqtisadi şəxsdən” (Homo Oeconomicus) fərqləndirir. Bütövlükdə Islam- “qızıl orta” dinidir, bu da həyat fəaliyyətinin bütün sahələrinə, o cümlədən də iqstiadiyyata, təsir göstərir. (55:7-9).
Saziş imzalandıqdan sonra endirimələrin istənilməsi arzu olunmazdır. Umumiyyətlə, qanuni və doğru saziş imzalandıqdan sonra, düzəlişlərin birtərəfli tələbi doğru deyil.
Qaranlıq yerlərdə alverin aparılması doğru deyil, çünki bu müştəriyə mala yaxşı baxmaqda maneçilik törədir.
Bütün həyat boyu qəssablıq, kəfənlərin və tabutların hazırlanması ilə məşğul olmaq arzu-olunmazdır. Bunun izahı odur ki, insanlar qana və ölümə vərdiş edilməsi onların hisslərinin sərtləşməsinə gətirib çıxardır.
Arzu-olunmaz iqtisadi fəaliyyətlərdən və iş-aparma davranışrlarından başqa məsləhət görülənlər də var. Məsələn[10]:
Möminlərə faizsiz borcun verilməsi.
Qazancın bölünməsi prinsipləri əsasında müxtəlif layihələrin maliyyələşdirilməsi.
Kasıb müştərilər istisna olmaq şərti ilə, hamıya eyni qiymətlə malların satılması.
Müştəri alınan malın keyfiyyəti və qiymətindən narazı qaldıqda, satıcının onu geri götürülməsi. Yəni Islama görə müştəri üstünlük təşkil edir.
Bazarda bütün dəyişiklilərə təsir göstərən çevik bir qiymət sisteminin olması.
Biznesin açıq şəkildə aparılması və şəffaflığın təmin olunması.
Biznesin alicənablıq prinsiplərində aparılması, simiçliklə yox.
Daha keyfiyyətli malların istehsalının və satışının təmin olunması.
Daima işləməklə biznesin təkmilləşdirməsi, iş axtarışı və bu məqsədlər səhər yuxudan tez oyanması və s..
Göründüyü kimi, bu qanunlar sadəcə cənnətdə yer qazanmaq üçün yox həm də uğurlu biznesin aparılması və dünya nemətlərinin əldə edilməsi üçün yararlıdır. Yuxarıda sadalanan kateqoriyaları bilmək və icazə verilən və verilməyənlər arasında sərhəd qoymaq bacarığı düzgün iqtisadi fəaliyyətlərin aparılmasının əsasıdır. Beləliklə, “islam meneceri” iki keyfiyyətə malik olmalıdır: 1) öz sahəsində mütəxəssis olmaq; 2) müsəlman hüququnda bilik və təcrübəyə malik olmaq. Bu keyfiyyətlər fəhlələrə, ticarətçilərə və klerklərə də aid etmək olar, onlar öz peşələrindən başqa dini suallardan da baş çıxarmalıdırlar.
Qeyd etmək lazımdır ki, islam iqtisadiyyatı azad mübadiləni, şəxsi mülkiyyəti və kontraktların təhlükəsizliyini müdafiə edir. Mülkiyyət məsələsi hər zaman iqtisadiyyatın hüqugi tənzimlənməsi məsələlərində əsasdır. Bununla bərabər yaddan çıxartmaq lazım deyil ki, yerdə və göydə olan bütün mülkiyyət Allaha məxsusdur. Bunlar Quranda öz əksini tapmışdır (2:107, 2:255, 2:284, 5:120, 48:14). Beləliklə, islam konsepsiyasında mülkiyyət qəti, təbii və ilahi hüquqda mülkiyyətə sahib olmaya əsaslanmışdır. Allah insanı Yerdə öz canişini edib və sahib olma, idarə etmə və istifadə etmə hüququnu verib (2:30, 2:40), yəni yeri əmanət kimi etibar edib. Bu hər hansı bir mülkiyyəti şərtli, razılaşdırılmış şəklinə çevirir[11].
Bir interpretasiyaya görə ictimai mülkiyyət, müdafiəsi təmin olunmaqla, səmərəli istismar və emal edilməsi şərti ilə xüsusi əllərə verilə bilər. Digər hallarda ictimai mülkiyyət dövlətə verilir və cəmiyətin adından idarə edilir[12]. Digər geniş yayılmış interpretasiyaya görə isə o heç bir zaman xüsusi əllərə verilə bilməz, cəmiyyətin rifahının təmin edilməsi üçün, sünnü vç şiələr tərfindən qəbul olunan hədislərdəki sübutlara dayanaraq dövlət tərəfindən idarə olunmalıdır[13]. Müxtəlif interpretasiyalarda şəxsi mülkiyyət bütövlükdə toxunulmaz ola bilməz və dövlət, ədalətli ödəməyə riayət olunmasına əsasən, şəxsi mülkiyyəti milliləşdirə bilər.
Fərqli mənbələrə əsaslanaraq normal şəraitdə, dövlətin təcili müdaxiləsi tələb olunmayanda, azad bazarın müdafiəsi üçün aşağıdakı mövqeləri göstərmək mümkündür:
· Islam satıcı qrupu tərəfindən və ya alıcıların sözləşməsi ilə qiymətlərin tənzimlənməsini qadağan edir və bazarda mübadiləni dəstəkləyir.
· Bir çox hədislər göstərirlər ki, islam bazarı məlumatların azad yolla, süni əngəl və hüquq taptalanmadan hərəkətini tələb edir.
· Malların satışa buraxılmaması qətiyyən qadağan edilir, çünki təklifi azaldır və süni qiymət artımına gətirib çıxardır. Burada Ayatulla Xomeyninin ticarətə maneçilik yaranması səbəbindən patent hüququnun ləğv edilməsi ilə bağlı mülahizələri qeyd etmək lazımdır[14].
· Islam bazarında alıcı və satıcı razılaşdıqda, kənar qüvvələrin (dovlət) bura qarışması istənilməzdir.
· Müəyyən bərabərsizliklər Ilahi qüvvə tərəfindən qəbul olunub və təsbit edilibdir (4:32, 43:32), bununla belə mübadilə prosesinə və qazancın bölünməsinə qarışma cəhdi Islam iqtisadiyyatında Ilahinin optimallığına qarşı çıxmaq kimi dəyərləndirilə bilər.
Iqtisadiyyatın hüquqi tənzimlənməsinin dərin təhlili Islam hüququnda istisna xarakterli fərqli yanaşmaları göstərir. Bununla bərabər fərqlər, məzhəblər arasında oldugu kimi, həm də eyni məzhəblin nümayəndələri arasında da var. Lakin bu müxtəliflilik Islamda plyuralizmin və dialoqun xeyrinə sübut edir ki, alimlər doğrunu ortaya çıxartmaq üçün fikir mübadiləsinə malikdirlər. Iqtisadi nəzərdən Islam modelinin nə qədər effektiv olduğunu söyləmək cətindir, sadəcə bir sey şübhə döğurmur: ənənəvi bazar modelinin rəqibi ortaya çıxıb. Burada qazanc dalınca qacma zamanı biznesin aparılmasında əxlaq-etik aspektlərinin yaddan çıxardılmasına da yol verilmir.
Ədəbiyyat
Meybullayev. M «İslam iqtisadiyyatı» Ünsiyyət, Bakı 2001
Məhəmməd al-Xidari. “Tarix ət Təşrii al İslami”, Qəhir (ərəb dilində), Al Məktəbə ət-Ticariyyə al-Kubraa, 1960
Məhəmməd Şələbi. “əl Madxal fi ət-Tərif bil Fiqh al İslami” (ərəb dilində). Beyrut, Dər an-Nala əl Ərəbiyyə, 1969
Mütəhhəri M. “Nəzəri be Nezam-e Iqtisadi-e Islam”(fars dilində). Tehran: Enterharat-e Sadra 1973
Nomani, F and A. Rahnema “Islamic Economic Systems” (ingilis dilində), Zed Books Ltd. London&New Jersey 1994
Seyyid Səid Rəşadi. “Hədis elmi. İxtisas kitabı”. Bakı – 2003
Sistani Ə.H. “İzahlı şəriət məsələri” 3-cü nəşr Bakı 2000
Syukiyaynen L.R. “Şəriət və müsəlman-hüquqi mədəniyyəti” (rus dilində) // Orta Asiya və Qafqaz. № 4(5), 1999
Xomeyni R. “Təhrir əl-Vasilə”. Tehran 1984
[1] Meybullayev. М, 2001 səh. 54
[2] Nomani, F and A. Rahnema 1994
[3] Syukiyaynen L.R., 1999
[4] Məhəmməd al-Xidari 1960. Səh. 17-18
2 Məhəmməd Şələbi. 1969. Səh. 28.
[6] Seyyid Səid Rəşadi. 2003. S. 15.
[7] Sistani Ə.H 2000
[8] Daha ətraflı: İbid.
[9] İbid.
[10] İbid.
[11] Nomani, F and A. Rahnema 1994
[12] Mütəhhəri M. 1973
[13] Daha ətraflı bax: Nomani, F and A. Rahnema 1994
[14] Xomeyni R. 1984
Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır
Rəqəmsal iqtisadiyyatın Azərbaycanda formalaşdırılması və bu istiqamətdə işlərin vahid və koordinasiya edilmiş şəkildə inkişaf etdirilməsi üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın hazırlanması nəzərdə tutulur.
Aznews.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin “Rəqəmsal iqtisadiyyat” şöbəsinin rəisi Cavid Abdullayev deyib.
Onun sözlərinə görə, bu strategiyanın hazırlanması istiqamətində artıq işlər görülür: “İlkin olaraq İşçi Qrupu yaradılıb və onun tərkibinə İqtisadiyyat Nazirliyinin, 4SİM-lə yanaşı, Maliyyə Nazirliyinin, Mərkəzi Bankın, Elm və Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri cəlb ediləcək. Çünki bu strategiyanın ərsəyə gəlməsi üçün burda təkcə İqtisadiyyat Nazirliyi deyil, həmçinin bütün aidiyyəti qurumların rəy və təklifləri nəzərə alınmalıdır. Bu istiqamətdə işlərimizi planlaşdırmışıq.
Rəqəmsal İqtisadiyyat Strategiyası bir sıra məsələlərə toxunacaq, amma ən əsas məsələ rəqəmsal ekosistemin qurulması və rəqəmsal iqtisadiyyatın düzgün və planlaşdırılmış şəkildə inkişaf etdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
C. Abdullayev bildirib ki, bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır: “Artıq ilkin təhlillər və müzakirələr aparılır. İlkin olaraq bu sistemin qurulması üçün ölkəmizdə kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyatın qurulması üçün müvafiq tənzimləmələr, qanun və qaydaların hazırlanması, 4-cü Sənaye İnqilabı texnologiyaların tətbiqi, maliyyə resurslarına əlçatanlığın, müvafiq rəqəmsal xidmətlərin qurulması və inkişaf etdirilməsi və bacarıqlı insan kapitalının inkişaf etdirilməsi nəzərdə tutulur. İnsan kapitalı ilə bağlı mövzu xüsusi əhəmiyyət kəsb edir və bunula bağlı hazırda “IT Hub” adlı layihənin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir”.
O bildirib ki, layihənin məqsədi Azərbaycanın regionlarında müasir texnologiyalar və rəqəmsal sahəyə marağı olan gənclərin ödənişsiz olaraq IT kurslarla təmin olunması istiqamətində dəstək verməkdir: “Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycanın əməkdaşlığı çərçivəsində həyata keçirilir”.
Comments are closed, but trackbacks and pingbacks are open.