Atabəylər dövləti Haqqinda Melumat – Vikipedia
MÜNDƏRİCAT
GİRİŞ. 8
I fəsil. AZƏRBAYCANDA İBTİDAİ-İCMA CƏMİYYƏTİ
1. Azərbaycan ərazisində ilk sivilizasiyanın meydana gəlməsi.
Qədim insan məskənləri. . 10
2. İbtidai icma quruluşunun dağılması . 17II fəsil. AZƏRBAYCAN ƏRAZİSİNDƏ
İLKİN VƏ QƏDİM DÖVLƏTLƏR
1. Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlətlər.
Manna çarlığı. . 19
2. Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində.
Midiya dövləti . 26
3. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi
və siyasi vəziyyəti. Atropatena dövləti. 28
4. Alban çarlığı. 30III fəsil. AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏRDƏ
(III-VII əsrlər)
1. Azərbaycanda feodal münasibətlərinin bərqərar olması
və onun xüsusiyyətləri. 36
2. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar . 37
3. Sasani-Bizans müharıbələri və Azərbaycan . 39IV fəsil. AZƏRBAYCAN VII-IX ƏSRLƏRDƏ.
AZƏRBAYCAN XALQININ TƏŞƏKKÜLÜ
1. Ərəb Xilafətinin Azərbaycanı işğal etməsi.
İslam dininin yayılması . 46
2. Xilafətin Azərbaycanda idarəçilik, köçürmə,
torpaq və vergi siyasəti. 51
3. Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəblərə qarşı azadlıq
müharibəsi . 53
4. Azərbaycan xalqının və dilinin təşəkkülü . 59
Microsoft Word Azerb tarixi derslik doc
İRADƏ NURİYEVA
AZƏRBAYCAN
TARİXİ
(ən qədim zamanlardan–
XXI əsrin əvvəllərinədək)
Ali məktəblər üçün dərslik
Azərbaycan Respublikası
Təhsil Nazirinin 09.12.14 tarixli
1221 saylı əmri ilə təsdiq edilmişdir.
Bakı – «Mütərcim» – 2015
Elmi redaktor: C.M.Mustafayev
ADNA “Ictimai fənlər” kafedrası, t. e. d.,
professor
H.N.Məmmədov
BSU “Avropaşünaslıq” kafedrası, t. e. d.,
professor
R.M.Məmmədova
ADNA “İctimai fənlər” kafedrası, t.f.d.,
dosent
S. S. Nağıyeva
ADNA “İctimai fənlər” kafedrası,
baş müəllim
Nuriyeva İradə Tofiq qızı. AZƏRBAYCAN TARİXİ (ən qədim
zamanlardan–XXI əsrin əvvəllərinədək). Ali məktəblər üçün dərslik.
– Bakı: Mütərcim, 2015. – 336 səh.
Ali məktəblər üçün nəzərdə tutulan dərslik “Azərbaycan tarixi”
fənni üzrə bakalavr pilləsi üçün hazırlanmış proqram əsasında tərtib
edilmişdir. Dərslikdə ən qədim zamanlardan – XXI əsrin əvvəllərinədək
Azərbaycan torpaqlarında cərəyan edən tarixi və siyasi proseslər tədris
planında mühazirə və məşğələ üçün müəyyən olunmuş mövzular üzrə
ardıcıl olaraq şərh edilmişdir.
“Azərbaycan tarixi” adlı dərslik ali məktəb müəllimləri, bakalavr
və magistr pillələrində bütün ixtisaslar üzrə təhsil alan tələbələr üçün nə-
zərdə tutulmuşdur.
MÜNDƏRİCAT
GİRİŞ. 8
I fəsil. AZƏRBAYCANDA İBTİDAİ-İCMA CƏMİYYƏTİ
1. Azərbaycan ərazisində ilk sivilizasiyanın meydana gəlməsi.
Qədim insan məskənləri. . 10
2. İbtidai icma quruluşunun dağılması . 17
II fəsil. AZƏRBAYCAN ƏRAZİSİNDƏ
İLKİN VƏ QƏDİM DÖVLƏTLƏR
1. Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlətlər.
Manna çarlığı. . 19
2. Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində.
Midiya dövləti . 26
3. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi
və siyasi vəziyyəti. Atropatena dövləti. 28
4. Alban çarlığı. 30
III fəsil. AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏRDƏ
(III-VII əsrlər)
1. Azərbaycanda feodal münasibətlərinin bərqərar olması
və onun xüsusiyyətləri. 36
2. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar . 37
3. Sasani-Bizans müharıbələri və Azərbaycan . 39
IV fəsil. AZƏRBAYCAN VII-IX ƏSRLƏRDƏ.
AZƏRBAYCAN XALQININ TƏŞƏKKÜLÜ
1. Ərəb Xilafətinin Azərbaycanı işğal etməsi.
İslam dininin yayılması . 46
2. Xilafətin Azərbaycanda idarəçilik, köçürmə,
torpaq və vergi siyasəti. 51
3. Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəblərə qarşı azadlıq
müharibəsi . 53
4. Azərbaycan xalqının və dilinin təşəkkülü . 59
4
V fəsil. AZƏRBAYCAN İNTİBAH DÖVRÜNDƏ.
ELM VƏ MƏDƏNİYYƏTİN ÇİÇƏKLƏNMƏSİ
1. Azərbaycanın IX-XI əsr feodal dövlətlərı . 61
2. Slavyanların Azərbaycana basqınları . 66
3. Səlcuq türklərinin Azərbaycanda hökmranlığı. 68
4. Şirvanşahlar və Atabəylər dövlətləri . 70
5. IX-XII əsrlərdə Azərbaycanda sosial-iqtisadi vəziyyət
və mədəniyyət . 76
VI fəsil. AZƏRBAYCANDA MONQOL ƏSARƏTİ. AZƏRBAYCAN
XALQININ MONQOLLARA QARŞI MÜBARİZƏSİ
1. Monqolların Azərbaycanı işğal etməsi. 82
2. Azərbaycan Hülakülər dövlətinin tərkibində . 85
3. XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı
və mədəniyyət . 88
VII fəsil. AZƏRBAYCAN XIV ƏSRİN İKİNCİ YARISI-XV ƏSR
DÖVLƏTLƏRİ
1. Azərbaycan XIV əsrin II yarısında Əmir Teymurun
və Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri . 94
2. Qaraqoyunlu dövləti. 99
3. Ağqoyunlu dövləti. 104
4. XV əsrdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyət . 113
VIII fəsil. AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ
1. Səfəvilər dövlətinin yaranması. 116
və Azərbaycan tarixində onun yeri. 116
2. XVI-XVII əsr Səfəvi-Osmanlı müharibələri və onların nəticələri .119
3. XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi
və mədəni həyatı. 132
IX fəsil. AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA
1. Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü və süqutu şəraitində . 146
2. Azərbaycan uğrunda Rusiya, İran və Osmanlı çəkişmələri. 147
3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə . 150
4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda
İran əsarətinə qarşı mübarizə. 152
Eldənizlər
Eldənizlər [10] (fars. ایلدگزیان ), həmçinin Eldəgəzlər, [10] İldənizlər [11] (türk. İldenizli Atabeyliği ) və ya Azərbaycan Atabəyləri (fars. اتابکان آذربایجان , translit. Atabakan-e Āzarbayjan) — 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi dövlət. Sülalənin əsasının qoyulması qıpçaq əsilli Şəmsəddin Eldənizlə bağlıdır. Belə ki, Sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslanşahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq ələ keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa torpaqlarını əhatə edirdi. [12]
اتابکان آذربایجان
Atabakan-e Azarbayjan [1] [2]
Eldənizlər
Eldənizlərin ən qüdrətli dövrlərindəki sərhədləri [3]
İllik xəzinə gəliri : 84,2 milyon diniar [3]
Mündəricat
- 1 Sülalənin mənşəyi
- 2 Şəmsəddin Eldəniz (1136–1175)
- 2.1 Sülalənin güclənməsi
- 2.2 Hakimiyyətin ələ keçirilməsi
- 2.3 Sərhədlərin genişləndirilməsi
- 3.1 Daxili mübarizə
- 3.2 Xarici əlaqələr
- 6.1 Gürcü yürüşləri və Əcəm İraqındakı döyüşlər
- 6.2 Monqolların yürüşü
- 6.3 Xarəzmşah Cəlaləddinin yürüşü
- 7.1 İdarəetmə və inzibati bölgü
- 7.2 Ordu
- 8.1 Elm
- 8.1.1 Tibb
- 8.1.2 Ədəbiyyat
- 8.1.3 Təhsil
- 9.1 Şəhərlər və ticarət
- 9.2 Sikkə zərbi
- 9.3 Torpaq sahibliyi və vergilər
Sülalənin mənşəyi Redaktə
Eldənizlər sülaləsinin banisi olan Şəmsəddin Eldəniz qıpçaqlardan idi. Mirxond yazır: Məlumatlı tarixçilər xəbər verirlər ki, qıpçaqların ölkəsində qədim çağlarda belə bir adət var idi: əgər hər hansı bir tacir birdəfəyə 40 qul alsaydı, onlan satan ondan yalnız otuz doqquzunun pulunu alır, qırxıncını pulsuz verirdi”. Belə olmuşdu ki, Sultan Mahmudun hakimiyyəti dövründə bir qul alverçisi 39 qulu satıb, qırxıncı qul üçün pul götürməmişdi. Həmin qul da Eldəniz olmuşdur. [18]
Bəzi mənbələrə görə Eldənizin mənşəyi Qafqazdakı qıpçaqlardan, bəzilərinə görə isə Mərkəzi Asiyadan və Xorasan ərazisindəki qıpçaqlardan gəlməkdədir. Xarəzm tarixçisi Bahaəddin Məhəmməd ibn Müəyyəd Xarəzmşahların məktublarını qələmə aldığı əsərində Atabəy Cahan Pəhləvana aid bir məktubdan bəhs edərkən, atabəyin Xarəzm ordularının başında Taraza qədər gəlmiş qıpçaq Uran qəbiləsinin rəislərindən Kıranla “qohum olduğunu” yazmaqdadır. Xarəzm ordusuna keçənə qədər adı çəkilən qəbilənin böyük hissəsi müsəlman deyildi. Belə ki, qəbilə türk tanrıçılığına pərəstiş edirdi. [19]
Şəmsəddin Eldəniz (1136–1175) Redaktə
Həmçinin bax: Şəmsəddin Eldəniz
Sülalənin güclənməsi Redaktə
Eldənizi qul kimi alan Səlcuq vəziri Sümeyrəminin 1122-ci ilin mayında sui-qəsdlə öldürülməsindən sonra Sultan Mahmud onun bütün var-dövlətini müsadirə etdirirdi. Eldəniz də sultanın xidmətinə keçdi. Sultan Mahmud Eldənizin bacarığını görüb, tərbiyəsini Əmir Nəsrə tapşırır. Tezliklə onu sultan mətbəxinə başçı qoydular. O, bu vəzifəsində ikən Sultan Mahmudu ölüm yaxaladı. Sultan II Toğrulun hakimiyyəti dövründə Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi. Sultanın xanımı Mömünə xatun ona xüsusi iltifat göstərirdi. [20]
1136-cı ildə Sultan Məsud Arranı atabəy Eldənizə iqta torpağı verdi və o, Bərdəyə öz iqamətgahına yola düşdü. Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkdi, sultan xidmətinə asılılıqdan çıxdı, saraya nadir hallarda gəlirdi. Yavaş-yavaş o, bütün Azərbaycana yiyələndi və xırda əmirlikləri özünə tabe etdirdi. Cüzcani yazır “Eldəniz Azərbaycan ərazini öz hakimiyyəti altına alıb, çoxlu işlər gördü və bu ölkədə onun fəaliyyətinin izləri hələ də qalmaqdadır”. [21] Bununla müstəqil Eldənizlər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Eldənizin ələ keçirdiyi torpaqlara daxil olan Naxçıvan paytaxt seçildi. [12]
Hakimiyyətin ələ keçirilməsi Redaktə
Atabəy Şəmsəddin Eldənizin adına zərb olunmuş pul. Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu
1145–1146-cı illərdə Fars hakimi Boz Aba və Rey hakimi Abbas ittifaq bağlayaraq mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdılar. Bu ittifaqa Sultan Məsudun hacibi Əbdürrəhman ibn Toğan Yürək də daxil oldu. Sultan Məsud bu qiyamı yatıra bilmədiyi üçün atabəy Eldənizdən kömək istədi. Atabəy təcili yola çıxıb Məsudla birlikdə Kaşan ətrafında qiyamçıların qarşısına çıxdı. Döyüşdə üsyançılar məğlub oldular və geri çəkildilər. Eldənizin isə İraq Səlcuq sultanlğında nüfuzu daha da artdı. [22]
1160-cı ildə İraq Səlcuq sultanı Süleyman şah əmirlərin çıxışları nəticəsində taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları, başda nüfuzlu əyyanlardan olan Şərafəddin Müvəffəq Qord-Boz Eldənizə müraciətlə xahiş etdilər ki, öz oğulluğu Arslanşahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin. [23] 1160-cı ilin noyabrında Eldəniz 20 minlik ordunun başında Arslanşahla Həmədana daxil oldu. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslanşaha tac qoydular. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu. [24]
1160-cı ildə Şəmsəddin Eldəniz “Böyük Atabəy” titulu aldı və İraq Səlcuq sultanlığının idərisini faktiki olaraq ələ keçirdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı təyin edildi. [25]
Atabəy Eldənizin İraq Səlcuq taxtını ələ keçirməsi asan olmadı. Arslanşaha qarşı taxtın 2 iddiaçısı meydana çıxdı. Marağa atabəyi nəzarəti altında olan Mahmud şah və Fars hakiminin nəzarəti altındakı Məlik şah. Bu iki iddiaçı xəlifənin təkidilə Eldənizə qarşı hərəkət keçdilər. Ancaq Eldəniz tez tərpənib onların birləşməsinə imkan vermədi. 2 avqust 1161-ci ildə Rey ətrafında Mahmud şah ibn Məhəmmədin ordusunu darmadağın etdi. Reyi ələ keçirib oranı Cahan Pəhləvanın iqtası elan etdi. [26] Rey hakimi Əmir İnanc da Eldənizin vassalına çevrildi. [27]
Daha sonra Eldəniz Marağa hakimi Nüsrətəddin Arslan-Abaya elçi göndərib, şahzadə Mahmud şah ibn Məhəmmədin verilməsini və özünün də sultan xidmətinə gəlməsini tələb etdi. Ancaq Nüsrətəddin bu tələbi yerinə yetirməkdən boyun qaçırdı və bildirdi: “Sultan mənim yanımda yaşayır!” Onda atabəy Eldəniz Cahan Pəhləvanın başçılığı altında ordu toplayıb, Marağa hakimi Nüsrətəddinə qarşı göndərdi. Nüsrətəddin yardım üçün Xilat hakimi şah-ərmən Seyfəddin bəy Teymura müraciət etdi və o da ordusunu köməyə göndərdi. Səfidrud çayındakı döyüşdə Cahan Pəhləvan məğlub oldu və Həmədana qaçdı. [28] Bir müddət sonra Marağa atabəyi Nüsrətəddin vəfat etdi. Eldəniz onun mülklərində çoxuna ələ keçirdi və Ağsunquriləri təsiri altına saldı. [29]
Sərhədlərin genişləndirilməsi Redaktə
1175 — Eldənizlərin ən geniş dövrü
Eldənizin sonuncu düşməni, Arslanşahın ali hakimiyyətini tanımaq istəməyən Fars hakimi Sunqur ibn Mədud 1161-ci ildə vəfat etdi. Yalnız onun yerinə gələn Zəngi ibn Mədud 1162-ci ildə sultandan və atabəy Eldənizdən vassal asılılığını qəbul edərək, onların adına pul kəsdirdi. Elə o il atabəy Eldəniz Ərdəbil vilayətini Məhəmməd ibn Ağ Quşdan aldı və həmin ərazini oğlu Cahan Pəhləvanın mülklərinə qatdı. [30]
1161-ci ildə gürcü qoşunları Eldənizlərin tabeliyində olan Dəbil şəhərinə hücum edib 10 minə qədər adamı qılıncdan keçirmiş, qadınları və uşaqları çılpaq halda Gürcüstana aparmışdılar. Gürcü qadınlarının etirazından sonra onların paltarları özlərinə qaytarılmışdı. [12] Baş vermiş hadisədən xəbər tutan atabəy Eldəniz Xilat, Marağa, Ərzən ər-Rum hakimlərini və başqa əmirləri gürcülərə qarşı birləşdirdi. 1163-cü ilin yanvarında atabəy Eldənizin qoşunları Gürcüstana daxil oldular. Eldənizin və III Georginin qoşunları arasında hərbi əməliyyat 1 ay davam etdi. Həmin ilin iyulunda əmirlərin birləşmiş qüvvələri gürcülərə qarşı ikinci yürüşə başladılar, Eldəniz Dəbil şəhərini onların əlindən aldı və III Georgini ağır məğlubiyyətə uğratdı, lakin bu məğlubiyyətə baxmayaraq, 1164-cü ilin aprelində gürcü qoşunları yenidən Dəbil şəhərinə həmlə edərək onu taladılar. Eldəniz yenidən onları şəhərdən qovdu və həmin ilin sonunda şəhəri Şəddadi əmiri Fəzlunun qardaşı əmir Şahənşahın ixtiyarına verdi. [31]
1167-ci ildə Mosul Atabəyləri Zəngilər də Arslanşahın hakimiyyətini qəbul etdi. Atabəy Eldəniz Kirman və Xuzistan hakimlərini də itaəti altına aldı. Beləcə, Atabəy Eldəniz dövründə Azərbaycan Atabəyləri İraq Səlcuqlularının bütün torpaqlarını əllərinə keçirdilər. Atabəyə itaət edən əyalətlər arasında Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa yer alırdı. Səlcuq müvərrixi əl-Hüseyni belə deyir: “Əsl hökmdar Atabəy Eldənizin özü idi. Əmrləri o verirdi, iqta torpaqlarını o paylayırdı, dövlət xəzinəsinə nəzarəti də o edirdi. Sultan Arslanşah ibn Toğrulun ancaq adı var idi”. [29]
1167–1168-ci ilərdə Kirmanın hakimi Toğrul şah öldü və onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Toğrul şahın ortancıl oğlu II Arslanşah qaçıb Həmədana – Sultan Arslanşah və atabəy Eldənizin qulluğuna gəldi. 1168-ci ildə Atabəyin qüvvələri Kirmana daxil oldular. II Arslanşah Atabəyin vassalı kimi Kirmana hakim təyin edildi. [32]
1166-cı ildə çoxsaylı gürcü qoşunu Azərbaycana soxularaq Gəncəyədək irəlilədilər. Şəhər qarət və talanlara məruz qaldı. Bu müdaxilədən sonra, 1174-cü ilədək tərəflərdən heç biri fəal hərbi əməliyyatlar aparmadı, lakin 1174-cü ilin əvvəlində atabəyin Naxçıvandan Həmədana gələn arvadı Möminə xatun gürcü qoşunlarının yeni hücumundan xəbər gətirdi. 1175-ci ilin avqustunda atabəy Eldənizin, sultan Arslanşahın, Xilat hakimi Şah Ərmənin və Diyarbəkir hakiminin birləşmiş qüvvələri Cahan Pəhləvanın başçılığı altında gürcülərə qarşı daha bir yürüş etdilər. Ravəndinin məlumatına görə, gürcülər “məğlub edildilər, müsəlmanlar isə elə bir qələbə qazandılar ki, beləsini kimsə xatırlaya bilmirdi”. Bu məğlubiyyətdən sonra gürcülər Dəbilə, eləcə də Eldənizlərin tabeliyində olan başqa torpaqlara olan hücumlarından müvəqqəti olaraq əl çəkdilər. [33]
1166–1167-ci illərdədə Atabəydən vassal asılılıqda olan Nişapur hakimi Ay-Aba Həmədana gəldi və atabəy Eldənizə bildirdi ki, xarəzmşah İl-Arslan öz qoşunlarını Nişapuru tutmağa yönəltmişdir. Atabəy Eldəniz Həmədandan Reyə yollandı və oradan xarəzmşah İl-Arslanın yanına aşağıdakı məzmunda bir məktubla elçi göndərdi: “Doğrudan-doğruya bu Müəyyid Ay-Aba sultanın məmlükdür, Xorasan isə sultanın ölkəsidir, onun atalarının və babalarının yeridir. Eləcə də sənin qaldığın Xarəzm də onun mülküdür! Əgər sən Nişapura hərəkət etsən, onda mənim cavabım sənə qarşı hücum və bizim aramızda müharibə olacaqdır. Sən özün haqqında düşünmürsənmi?!” [34]
Mühasirə 2 ay uzansa da, şəhər təslim olmadı. Atabəyin və Xarəzmşahın qoşunları arasında baş verən döyüş bir nəticə vermədi. Bununla belə, Eldənizlər çox keçmədən Nişapuru itirdilər. Belə ki, əvvəllər Eldənizlərin vassalı olan Nişapur hakimi Ay-Aba özü Xarəzmşahın tərəfinə keçmişdi. [35]
1168-ci ildə Marağa hakimi Arslan-Aba yenidən hakimiyyətə qarşı üsyan etdi, lakin bu üsyan Marağanı mühasirəyə alan Cahan Pəhləvan tərəfindən yatırıldı. Çox keçmədən marağalıların əvvəlki vassallığını bərpa edən barışıq imzalandı. [34] 1170-ci ildə Reyə hərəkət edən atabəy, bu əyaləti əlinə keçirib oğlu Cahan Pəhləvanın iqtaları arasına qatdı. Rey hakimi İnanc, atabəyin əmriylə öldürüldü. [36]
1175-ci ilin oktyabr-noyabr aylarında Şəmsəddin Eldəniz və dekabr-yanvar aylarında isə Arslanşah vəfat etdi. [37]
Məhəmməd Cahan Pəhləvan (1175–1186) Redaktə
Həmçinin bax: Məhəmməd Cahan Pəhləvan
Daxili mübarizə Redaktə
Məhəmməd Cahan Pəhləvanın adına zərb olunmuş dirhəm. Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu
Atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi o, dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Bütün qoşunları bir yerə toplayaraq, Atabəy hadisələrin sonrakı gedişini, Sultan Arslanşahın ona qarşı münasibətinin məqsədini gözləməyə başladı. [38] [39] Eldənizin siyasətindən narazı olan əmirlər Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər. [40] Lakin Zəncanda xəstələnərək, yenidən Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı paytaxta dəvət edir, onunla barışır, dövlətin idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələrin məlumatı Arslanşahın Cahan Pəhləvanın sərəncamı ilə zəhərlənməsi faktını təsdiq edir. Bu yolla rəqibini aradan götürən Atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur. [41] Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlənin çıxışını yatırmalı oldu. Atabəy Eldəniz öz sağlığında xəlifənin həmlələrinin qarşısını almağa qadir qüvvəyə malik olan bu vassalına həmişə qoşunla yardım etmişdi. Şimlə Atabəy Eldənizin ölümündən istifadə edərək Nəhavəndi hiylə yolu ilə daxil olaraq, şəhəri talan etdi, şəhər qazısını və hakimini isə edam etdirdi. Cahan Pəhləvanın göndərdiyi qoşunla baş vermiş döyüşdə Şimlənin ordusunu darmadağın edildi, ağır yaralanmış Şimlə isə əsir alındı və iki gün sonra öldü. Xuzistanda hakimiyyətə keçən oğlu Şərəfəddin Əmiran Atabəyə tabe oldu. [42] Atabəyin qarşısında Səlcuq sülaləsindən yeganə maneə Sultan III Toğrulun əmisi şahzadə Məhəmməd idi. Şahzadə Məhəmməd III Toğrul hakimiyyətə gətirildikdən sonra İsfahana gedərək Atabəy Cahan Pəhləvana qarşı qoşun yığmağa başladı, lakin məğlub edildi və əsir alınaraq Sərcahan qalasında həbsə atıldı. [43] Atabəy Pəhləvan Marağa atabəyi Arslan-Aba ibn Ağsunqurun 1175-ci ildəki vəfatından istifadə edib onun torpaqlarını əlinə keçirmək üçün hərəkətə başladı və təzliklə Marağa mühasirəyə alındı. Eyni zamanda Arran və Azərbaycan hakimi qardaşı Qızıl Arslan da Təbrizə hücum etdi. Marağa şəhərinin qaziül-qüzatı [q 1] Sədrəddin ilə bağlanan sülh müqaviləsinə görə Marağa, Ruindej qalası Ağsunqurilərə verilmək şərti ilə Marağa atabəylərinin digər torpaqları Eldənizlilərin əlinə keçdi. Arran və Azərbaycan hakimi Qızıl Arslan bunun üzərinə öz iqamətgahını Naxçıvandan Təbrizə köçürdü. [44]
Xarici əlaqələr Redaktə
Üzərində Məhəmməd Cahan Pəhləvanın adı yazılmış və antropomorf təsvirlərlə bəzədilmiş saxsı qab, Qədim Gəncə, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi
Atabəyin inzibatçılıq qabiliyyəti və amansız tələbkarlığı dövlət idarəçilik sisteminin hər bir sahəsində möhkəm qayda-qanunun yaranmasına səbəb oldu. Hakimiyyətdə olduğu 10 il müddətində dövlət heç bir xarici müdaxiləyə məruz qalmadı. Əl-Hüseyni yazır ki, Cahan Pəhləvanın hakimiyyəti illərində “gürcülər onun tələblərini qəbul edərək, sülh bağladılar”. [45] [46] Atabəy hakimiyyəti möhkəmləndikdən az sonra onunla xarəzmşah Təkiş arasında dostluq münasibətləri yarandı. Dövrümüzə xarəzmşah Təkişin “İraqın böyük atabəyi Şəms əd-Dövlə və-d-Din Pəhləvana” yazdığı məktublardan cəmi dördü çatmışdır. Bunların birində (avqust, 1181-ci il) təəssüf hissi ilə deyilirdi ki, “cənabi-Humayun” padşah öz elçilərinin sayını azaltmışdır. Digər bir məktubda Xarəzmşah xahiş edir ki, onun hədiyyələrini qəbul etsin, belə ki, “bu hədiyyələr səmimi qəlblə göndərilib. Xarəzmşah ümid etdiyini bildirir ki, həmişə onların arasında sevinc qapıları açıq, şübhə qapıları isə bağlı olacaq.” Hələbdə Zəngi Atabəylərinin ən böyük nümayəndəsi Nurəddinin vəfatından sonra Misiri əlinə keçirən Səlahəddin Əyyubi öz hərbi gücündə istifadə edərək Zəngilərin əvvəlcə Hələb qolunu öz hakimiyyəti altına almış, daha sonra da Cahan Pəhləvanın vassalı Mosul Zəngilərinə təsir etməyə başlamışdı. Mosul hakimi Zəngilərdən İzzəddin Məsud Səlahəddin Əyyubiyə bir elçi göndərərək sülh təklif etsə də Əyyubi bunu qəbul etmədi. Səlahəddin Əyyubinin cavabı üzərinə Mosul atabəyi İzzəddin Cahan Pəhləvana özlərinin sultanın vassalları olmaları səbəbilə qorunmasını xahiş etdi. Bunu eşidən Əyyubi 1185-ci ilin aprelində Mosulu mühasirəyə aldı. Ancaq tam bu vaxt Ərmənşahlardan II Sökmənin 10 iyul 1185-ci ildə vəfat xəbərini eşidən Səlahəddin Əyyubi mühasirəni dayandırıb Axlat istiqamətində hərəkətə keçdi. Əyyubinin gəlişinə qədər Axlatda Ərmənşahların başına keçən Seyfəddin bəy Teymur kömək üçün Pəhləvana müraciət etdi. Həm Mosul, həm də Axlatdakı vəziyyəti hesaba qatan Atabəy Pəhləvan təcili olaraq Şərqi Anadolu istiqamətində hərəkətə keçdi. Atabəyin köməyə gəlməsi ilə qüvvələr fərqinin əleyhinə olduğunu başa düşən Səlahəddin geri çəkildi. [47] 1185-ci Cahan Pəhləvanın vassalı, Xilatın hakimi Nəsirəddin Məhəmməd ibn İbrahim II Sökmənin ölümündən sonra məmlükü Seyfəddin bəy Teymur əlinə keçirdi. II Sökmənin vəziri Məcdəddin ibn əl-Müvəffəq başda olmaqla Xilatın əyanları – məmlükün rəqibləri Səlahəddinə müraciətlə Xilatın Teymurdan geri alınmasını xahiş etdilər. Səlahəddin bu təklifi qəbul etdi və Xilata qoşun göndərdi. Kəşfiyyat məqsədi ilə fəqih İsa Xilata elçi göndərildi. II Sökmənin vəziri ona bildirdi ki:“Seyfəddin bəy Teymur və Pəhləvanın qızı II Sökmənin həyat yoldaşı Xilat qalasındadırlar, bəlkə Pəhləvan da buraya gəldi”. Fəqih heç bir nəticə əldə etmədən geri qayıtdı. [48] Tezliklə atabəy Cahan Pəhləvan da himayəsində olan torpaqların qorunması adı ilə qoşun ilə Xilata özünü çatdırdı. Atabəyin qoşunları şəhərin şərqində mövqe tutdular. Cahan Pəhləvan Səlahəddinə məktub yazaraq bildirdi: “Bu ölkə mənim qızıma mənsubdur və o, hazırda qaladadır. Mənim məsləhətim budur: qoy aramızda olan dostluq münasibəti əvvəlki kimi qalsın və davam etdirilsin”. Bundan sonra Səlahəddin əl-Cəzirəyə, Pəhləvan isə öz ölkəsinə qayıdtdılar. Seyfəddin bəy Teymur Atabəyə pul və hədiyyələr göndərdi və Xilatda Cahan Pəhləvanın adı ilə xütbə oxunmağa başlandı. [49] Bu hadisələr zamanı atabəy Cahan Pəhləvanın qarnından bərk ağrı bərk ağri tutdu. Atabəy əmr etdi ki, onu tikdirdiyi Təbərək qalasına, ailəsinin yanına aparsınlar. Təbiblərinin bütün səylərinə baxmayaraq, onlar Atabəyi ölüm yatağından qaldıra bilmədilər. 1186-cı ildə, 50 yaşında vəfat etdi. [50] Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın idarəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi. [51] Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu. [51] [52]
Qızıl Arslan (1186–1191) Redaktə
Həmçinin bax: Qızıl Arslan
Cahan Pəhləvanın ölümü sultanlığın hakim dairəsində çaşqınlığa səbəb oldu. Əyanları və Atabəyin yaxın adamları (İnanc xatın və onun tərəfdarları) iki və ya üç ay ərzində Cahan Pəhləvanın ölümünü onun təbəələrindən gizlədir, xəstəliyi haqqında xəbər yayırdılar. Bütün bu müddətdə onlar Cahan Pəhləvanın yerini kimin tuta biləcəyi haqqında məşvərətlər keçirirdilər. Nəhayət, onlar sultan III Toğrulun yanına gedib, Qızıl Arslanın iqta torpaqları sayılan Azərbaycanı və Arranı onun hakimiyyəti altında saxlamağa və qoşunun baş komandanı vəzifəsini də ona tapşırmağa razı salmaq qərarına gəlirlər. [53]
Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar [q 2] Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba Qutluq İnanc ilə Əmir Əmiran Ömərin, İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular. [54] İnanc xatunun narazılığına baxmayaraq, əmirlərin əksəriyyəti belə bir nəticəyə gəldilər ki, Cahan Pəhləvanın varisi məhz Qızıl Arslan olmalıdır. 1186-cı ildə Onlar sədaqətlərini Qızıl Arslana bildirərək, ondan Həmədana gəlməyi və dövlətin idarəsini öhdəsinə götürməyi xahiş edirlər. Sultan III Toğrul da Qızıl Arslanı özünün atabəyi təyin etməyə məcbur oldu. [55] Qızıl Arslana olan bu münasibət, mövqeyinin möhkəmlənməsi İnanc xatunu heç də qane etmirdi. O, mərhum ərinin sabiq məmlükləri Əmir Camaləddin Ay-Aba və Seyfəddin Rusla gizli danışığa girərək, onların Sultan III Toğrulun tərəfinə keçmələrinə nail oldu. [56] Zəncan, Əbhər və Marağa hakimləri də onlara qoşuldular. 1187-ci ildə Həmədan yaxınlığında birləşmiş qüvvələrlə Qızıl Arslanın ordusu arasında bir neçə gün davam edən döyüşlərdən sonra Qızıl Arslanın ordusu geri çəkildi. [57] Bundan sonra Sultanın əmri ilə onun tərəfdarları Qızıl Arslanın tərəfdarlarına divan tutmağa başladılar. Belə ki, III Toğrulun vəziri İzzəddin, Həmədanın rəisi Fəxrəddin, Qızıl Arslanın əmirləri Siracəddin Qaymaz, Bədrəddin Qaragöz və başqalan öldürüldü. Bundan sonra yerli hakimlər, xüsusən ətraf ərazinin hakimləri Sultanla əlaqəni kəsməyə başladılar. [58] Qızıl Arslan əvvəlcə Bağdad xəlifəsi ən-Nasir Lidinillaha müraciət etdi. Xəlifə ən-Nasir Qızıl Arslanın təklifini qəbul etdi və Cəlaləddin ibn Yunisin başçılığı ilə Həmədana qoşun göndərdi. Həmədan ətrafındakı Day-Mərgdə meydana gələn döyüşdə Qızıl Arslanın gəlməsini gözləməyib döyüşə girən xəlifə qüvvələri 6 may 1188-ci ildə III Toğrul tərəfindən darmadağın edildilər. [59] Məğlubiyyət xəbərini eşidən xəlifə təcili ikinci bir ordu təşkil etdi və başına da Mücahidəddin Xalis əl-Xassi gətirdi. 1188-ci ilin dekabrında Xəlifə ilə Sultan arasında ikinci vuruşma meydana gəldi. Bu dəfə III Toğrul Həmədanı tərk edib İsfahana qaçdı və Abbasi ordusu paytaxtı tutdu. Qızıl Arslan da buraya gəldi. Həmədanda xəlifənin əmriylə taxta Qızıl Arslan oturduldu və Bağdadda onun adına “hökmdar və möminlər əmirinin köməkçisi” adıyla xütbə oxuduldu. [60] Qızıl Arslanın Həmədanda olmasından istifadə edən sultan III Toğrul öz qoşunu ilə Uşnu, Xoy, Urmiya və Səlmas şəhərlərinə soxulub, hər yeri talan etdi [61] və Səlahəddin Əyyubiyə müraciət edərək, yardım göstərməsini xahiş etdi. Səlahəddin, Qızıl Arslanla III Toğrulu barışdırmağa cəhd göstərsə də bu heçbir nəticə vermədi. Əvvəl barışığa razı olan III Toğrul, yenidən Qızıl Arslanla müharibə etmək qərarına gələrək, 1190-cı ilin oktyabrında Qızıl Arslanın üzərinə hücuma keçdi. Qızıl Arslan digər rəqibi İnanc xatunun oğulları ilə barışıq imzaladı, onları öz yanında xidmətə götürdü və nəhayət mərhum qardaşının dul qalmış arvadı İnanc xatunla evləndi. Beləliklə yalnız bu tədbirlərdən sonra 1191-ci ildə III Toğrulla qarşılaşan Qızıl Arslan Sultanı məğlub edərək həbsə atdı. [62] 1191-ci ildə Qızıl Arslan fəallaşmış olan gürcülərin qarşısını almaq üçün hərəkət keçdi. Atabəy qoşunları Van gölünə yaxınlaşaraq yollarının üzərindəki Bitlis şəhərini tutdular. Eyni zamanda Qızıl Arslan, kraliça Tamaranın birinci əri, gürcü sarayından qovulmuş olan Georgi Rusa hərbi yardım göstərdi. Gürcüstana soxulan Qızıl Arslanın qüvvələri ölkəni talan etdilər və çoxlu əsir qənimətlə geri qayıtdılar. [63] Qızıl Arslan Həmədana qayıdarkən Naxçıvandakı həbsdə olan Səlcuq taxtının varislərindən Səncər ibn Süleymanı da özüylə gətirərək İraq Səlcuq taxtına əyləşdirdi. Sonradan Xəlifənin də məsləhəti ilə Səncəri yenidən həbs etdirib sultanlıq tacını öz başına qoydu. Beləcə, Eldənizlərin hakimiyyət uğrunda mübarizəsi Naxçıvan iqtidarlığından Səlcuqlu sultanlıq taxtına qədər bir yol keçərək öz inkişaflarının zirvəsinə çatdı. Beləliklə, Azərbaycan Atabəyləri formal hakimiyyəti, yəni sultan titulunu ələ keçirdilər. [64] Lakin Qızıl Arslan gerçək hakimiyyətinin möhkəmləndirilməsi üçün mövcud olan bütün imkanlardan istifadə etmədi. Sarayda özbaşınalıq hökm sürür, hökmdarın isə içki məclislərindən başı açılmırdı. Nəhayət, Qızıl Arslana qarşı qəsd təşkil olundu. İnanc Xatun bu qəsddə fəal rol oynayırdı. 1191-ci ilin sentyabr ayında Qızıl Arslan öldürüldü. [65] [66]
Əbu Bəkr (1191–1210) Redaktə
Həmçinin bax: Atabəy Əbu Bəkr
Əbu Bəkrin adına zərb olunmuş dirhəmlərSultan Qızıl Arslan öldürülən kimi Əbu Bəkr Azərbaycana yola düşdü və tezliklə Naxçıvana, Şəmsəddin Eldənizin hakimiyyəti dövründən Azərbaycan Atabəylərinin tabeliyində olan torpaqlardan yığılmış vergilərin toplandığı Əlincə qalasına çatdı. Qala bütün xəzinələrlə birlikdə Əbu Bəkr tərəfindən ələ keçirildi. Azərbaycandakı bütün yerli hakimlər onun hakimiyyətini tanıdılar. [67] Həmədan və ətraf vilayətləri isə Cahan Pəhləvanın İnanc xatundan olan oğlanları Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər zəbt etdilər. İnanc xatunun özü Reydə qaldı. [44] Cahan Pəhləvanın silahdaşlarından olan Mahmud Anas 1192-ci ildə sultan III Toğrulu həbsdən çıxardı. Qutluq İnancın üzərinə hücuma keçən III Toğrul Qəzvin yaxınlığındakı döyüşdə İnancın 15 minlik qoşununu məğlub etdi. Ordusunun xəyanətinə uğrayan Qutluq İnanc Reyə çəkildi. Bu qələbədən sonra sultan III Toğrulun təntənəli surətdə Həmədana daxil oldu və yenidən sultan taxtına sahibləndi. [68] Məğlub olan Qutluq İnanc xarəzmşah Təkişə elçilər vasitəsilə III Toğrula qarşı mübarizə üçün yardım istədi. Xarəzmşah Təkiş Əcəm İraqında vəziyyətin gərginliyindən istifadə edərək, 1193-cü ilin əvvəlində Əcəm İraqını işğal etmək üçün qoşun göndərdi. Xarəzm qoşunları hücuma keçərək Reyi və Təbərkək qalasını ələ keçirdilər. Qutluq İnanc Xarəzmşah qoşunlarının qüvvəsindən qorxaraq, qaçıb Sərcahan qalasında sığındı. Bundan istifadə edən edən III Toğrul Təkişə külli miqdarda bəxşiş göndərdi və Qutluq İnanca qarşı mübarizədə ondan kömək dilədi. Kömək əvəzi olaraq III Toğrul öz qızını Təkişin qardaşı Yunis xana verdi və hətta onun adı ilə pul kəsdirməyə, onun adına xütbə oxutmağa söz verirdi. [69] Bu vaxt xarəzmşah Təkişin qardaşı Sultanşah ona qarşı üsyan qaldırdı, Gürgənci zəbt etdi və Xarəzmi mühasirəyə aldı. Ona görə də Təkiş zəbt olunmuş torpaqlardan xərac toplayaraq, Rey və Təbərəkdə əmir Tamqaçın başçılığı ilə Xarəzm qoşun dəstələrini qoyub tezliklə Xarəzmə qayıtdı. [70] Ənənəsinə sadiq qalan III Toğrul isə yenədə müttəfiqinə xəyanət etdi və Xarəzmşahın getməsindən istifadə edərək, 1193-cü ilin mart-aprelində Xarəzmşahların qoşun dəstəsinə hücum edərək, onları qılıncdan keçirdi. Rey və Təbərək qalasını ələ keçirdi və məğlub olaraq öldürülmüş Əmir Tamqaçın başını Xarəzmə göndərdi. [71] Hadisələrin belə şəkil alması İnanc xatunu III Toğrula münasibətdə siyasəti dəyişməyə vadar edir. O, III Toğrula müraciət edərək, dostluq münasibətləri və özünün sərvətləri müqabilində onunla evlənmək təklifini qəbul etməyi xahiş edir, lakin evləndikdən az sonra Toğrula xəbər verirlər ki, İnanc xatun onu zəhərləmək fikrindədir. Bu xəbər Toğrula çatan kimi təşkil etdiyi sui-qəsd İnanc xatunun özünə qarşı istifadə edilir və İnan xatun öldürülür. [72] Qutluq İnanc Mahmud anasının aqibətindən sonra atasının bir dəstə qulamı qaçaraq qardaşı Əmir Əmiran Ömərə sığındı. Qardaşlar birləşərək Təbrizi ələ keçirdilər və digər qardaşları Əbu Bəkrin üzərinə hücuma hazırlaşmağa başladılar. 1193-cü ilin axırlarında Təbriz yaxınlığında baş verən döyüşdə Əbu Bəkr qalib gəldi. Qutluq İnanc Zəncana, Ömər isə Şirvana qaçdı. [44] Qutluq İnanc xarəzmşah Təkişə məktub göndərdi və yenidən III Toğrula qarşı mübarizə üçün ondan kömək istədi. Eyni zamanda xəlifə ən-Nasir də Təkişə məktubla müraciət etdi. Bu təklifi qəbul edən Təkiş, 1193-cü ildə qoşunu ilə Xarəzmdən yürüşə başladı. Semnanda Qutluq İnanc öz tərəfdarları və III Toğrulu tərk etmiş İraq əmirləri ilə birlikdə Təkişə qoşuldular. [73] Xarəzmşahın hücum xəbərini eşidən III Toğrul təcili surətdə qoşunları ilə Reyə tərəf üz qoydu və əsas qüvvələrinin yaxınlaşmasını gözləmədən Xarəzmşahla müharibəyə girmək qərarına gəldi. 1194-cü ilin martın 4-də III Toğrul 60 nəfər qulamla Rey yaxınlığında Xarəzm ordusunun Qutluq İnancın başçılıq etdiyi qabaq dəstələri üzərinə hücuma keçdi. Toqquşma zamanı oxla gözündən yaralanaraq və atdan yıxılan Sultan, Qutluq İnanc tərəfindən öldürüldü və başı Xarəzmşaha aparıldı. [74] III Toğrulun ölümündən sonra, 1194-cü ilin iyulunda, Təkiş Həmədanı, Əcəm İraqının əksər şəhərlərini ələ keçirərək, tutulmuş torpaqları öz əmirləri arasında bölüşdürdü. O, İsfahanı Qutluq İnanca verərək, onu İraqın baş əmiri təyin etdi. Həmədan — əmir Qaragöz əl-Atabəyiyə, Rey – Təkişin oğlu Yunis xana verildi. Əmir Mayaçuq Yunis xanın atabəyi təyin olundu. [73] 1195-ci ilin əvvəllərində Xuzistan hakimi İl-Doğdu öldü. Bundan istifadə edən Xəlifə vəziri İbn əl-Qəssabın başçılığı ilə Xuzistana qoşun yeritdi. Xuzistanı şəhərlərini işğal etdikdən sonra Xəlifənin əmri ilə Abbasi qoşunları qarışıqlıq içində olan Əcəm İraqına da hücuma başladılar. [75] Həmin il Qutluq İnanc və Yusif xanın atabəyi Mayaçuq arasında ziddiyyət yarandı. Zəncan yaxınlığındakı döyüşdə məğlub olan Qutluq İnanc öz dəstəsi ilə Xulvan keçidinə, Xəlifənin vəziri, həm də Abbasi ordusunun komandanı olan İbn əl-Qəssaba sığınaraq və ondan kömək istədi. Vəzir Qutluq İnancı fəxri xələtlə təltif etdi və süvari dəstəsini onun sərəncamına verdi. Yenidən Həmədana hücum edən İnanc qısamüddətli döyüşdən sonra Yunis xanı və Mayaçuqu şəhərdən çıxara bildi. [76] Bu hadisələrdən xəbər tutan Əlaəddin Təkiş xəlifə qoşunlarının Əcəm İraqından çıxarılmasını tələb etdi və qoşunla Xarəzmdən Əcəm İraqına yürüşə başladı. 1196-cı ilin iyulunda, vəzirin ölümündən sonra xəlifə qoşunları içərisində başlanan ixtilafdan istifadə edən Xarəzmşah Həmədanı mühasirəyə aldı. Şəhər ələ keçirildi və Qutluq İnanc öldürüldü. [77] Şirvanşah I Axsitana sığınan Əmir Əmiran Ömərə I Axsitan tərəfindən hərbi qüvvə ilə yardım göstərildi. Həmçinin Gürcü çariçası Tamardan da hərbi dəstək alan Ömər, birləşmiş qoşunlarla Şəmkir və Beylaqan döyüşlərində Əbu Bəkri ağır məğlubiyyətə uğratdı. Əmir Əmiran Ömər və gürcülərin hərbi qüvvələri Gəncəyə hücum etdilər. Gəncə əhalisi “kafirlərlə” gəldiyinə görə təslim olmayacaqlarını bildirdilər. [78] Əmir Əmiran Ömər Gəncəni hiylə ilə ələ keçirdi. Gürcü qoşunları Gəncəni tərk etdikdən sonra isə əhali tərəfindən hücuma məruz qalan Əmir Əmiran Ömər öldürüldü. Şəhər yenidən Əbu Bəkrin hakimiyyəti altına keçdi. Bundan xəbər tutan gürcü qoşunları Azərbaycan sərhədlərini keçdilər. Əbu Bəkr dövlətin müdafiəsini başlı-başına buraxaraq, Naxçıvana, oradan da Təbrizə getdi. Gəncəni ala bilməyən gürcü qoşunları 1203-cü ildə Dəbilə daxil oldular və şəhəri qarət etdilər. [79] Güclü rəqibə müqavimətin faydasız olduğunu başa düşən Əbu Bəkr xarəzmşah Təkişə tabe olduğunu bildirdi və Əcəm İraqı ilə Azərbaycanın idarəsinin ona verildiyini yazan bir icazə aldı. Ancaq Xarəzmşahın hüzuruna getməyib qardaşı Özbəyi göndərdi. Özbək Həmədanda Xarəzmşah tərəfindən böyük hörmət və izzətlə qarşılandı. Təkiş, İraqi Ərəb, İraqi Əcəmin idarəsini Özbəyə tapşırıb Cəmaləddin Ay-Abanı onun vəziri təyin etdi. [80] Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı. [81] 1197-ci ildə yanvarın 27-də Özbəyə xidmət adıyla gəlmiş olan vəziri Cəmaləddinin tərəfdarları Özbəyi Həmədandan çıxardılar və şəhəri ələ keçirdilər. Bu vaxt 1197-ci ildə Əyyubilərin sərkərdələrindən əmir Əbül Hayc əs-Sami Əyyubi sultanı ilə əlaqələrinin pisləşməsi səbəbindən xəlifəyə sığındı. Xəlifə onu ordu komandanı təyin edərək Həmədana hücuma hazırlaşmağı əmr verdi. Abbasi qoşunları Həmədana yaxınlaşanda Özbək də öz ordusu ilə onlara qoşuldu, lakin hərbi müşavirə zamanı Özbək Əbül Haycın təklifi ilə razılaşmadığı üçün tərəflər arasında münaqişə yarandı və Özbək həbs edildi. Bundan xəbər tutan Xəlifə Özbəyin təcili azad olunması əmrini verir və ona fəxri geyim və qızıl qılınc göndərir. Əbül Xayc işin belə şəkil aldığını görərək qorxuya düşdü. Ordusunu tərk edərək Ərbilə qaçdı və orada öldü. [82] Bir müddət sonra Abbasi ordusuna güvənməyən Özbək də Həmədanı tərk edərək Azərbaycana qardaşı Əbu Bəkrin yanına geri döndü. 1220-ci ildə Xarəzmşah Təkiş vəfatında sonra taxta oğlu Əlaəddin Məhəmməd keçdi. [83] Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən Gökcə, Özbək və Əbu Bəkr İraqi Əcəm bölgəsindəki fəallıqlarını artırdılar. Həmədana gələn Atabəy Əbu Bəkr buranın idarəsini qardaşına verib, İsfahanı öz əlinə keçirdi. Reyin idarəsi isə Gökcəyə verilir. Ancaq Eldənizlərlə onların vassalları arasındakı ixtilaf yenidən canlandı. Atabəy Əbu Bəkrin başı içki və kef məclislərinə qarışdığından onun vəzifəsini ölkənin əsil sahibi kimi hərəkət edən Cəmaləddin Ay-Aba aparırdı. Bu vəziyyət Gökcənin gücünün artmasına səbəb oldu. Bir çox saray əyyanları Gökcənin tərəfinə keçməyə başladılar. [84]
“Biz eşitmişik ki, sən elm adamlarına və xeyirxahlara hamilik edir və onlara mərhəmət göstərirsən. Ona görə də biz səni mehriban və mömin adam hesab edirdik, lakin biz indi bunun tam əksini görürük. Sən islam ölkəsinə soxulur və müsəlmanlarla vuruşursan, onların mülkünü qarət edir və nifaq törədirsən. Əgər sən doğrudan da beləsənsə, sənin ağlın yoxdur. Bir kəndin sahibi olduğun halda, bizim üzərimizə, Həmədan darvazalarından tutmuş Xilat və İrbilə qədər torpaqların hakimlərinin üzərinə hücum çəkirsən? Tutalım ki, sən onu [Əbu Bəkri] qaçmağa məcbur edəcəksən, bəs sənə məlum deyilmidir ki, onun məmlükləri var, mən də onlardan biriyəm? Əgər Əbu Bəkr, hər kənddən bir dəstə və ya hər şəhərdən on nəfər çağırsaydı, onun qoşunu səninkindən bir neçə dəfə artıq olardı! Sənə məsləhətim budur ki, öz şəhərinə qayıdasan! Bunu sənə yalnız rəhmim gəldiyi üçün deyirəm!” Şəmsəddin Aydoğmuşun Müzəffərəddin Göy-Böriyə məktubu. [85] Çox keçmədən Atabəy Əbu Bəkrin tərəfdarlarının və ordusunun çox hissəsi Gökcənin tərəfinə keçdi. Əbu Bəkr İsfahana çəkildi, Gökcə isə təntənəli surətdə Həmədana daxil oldu. Bu zaman onunla qalan digər əmirlərin də xəyanəti nəticəsində Əbu Bəkrə tamamilə Azərbaycana çəkildi, lakin 1203–1204-cü illərdə Gökcəyə qarşı Cahan Pəhləvanın keçmiş vassallarından Şəmsəddin Aydoğmuş çıxış etdi. Baş vermiş döyüşdə Gökcə öldürüldü və bütün torpaqları Aydoğmuşun əlinə keçdi. Aydoğmuş hakimiyyətini qanuniləşdirmək üçün onunla birgə üsyana qalxan Eldəniz şahzadəsi Özbəyi sultan elan etsə də bütün hakimiyyəti öz əlində cəmləmişdi. [86] 1204–1205-ci illərdə gürcülər Azərbaycanın içərilərinə soxulurlar. İbn əl-Əsirin yazdığına görə, onlar Azərbaycanda “xeyli zorakılıq, dağıntı törətdilər, qarətçilik etdilər, bir çoxlarını əsir tutub apardılar”. Müqavimətlə üzləşməyərək irəliləyən gürcülər Eldənizlərin qərb ərazilərinə Xilata, Malazgirtə və Ərcişə hücumlar təşkil etdilər. Burada, gürcülərlə yerli hakimlərin qoşunları arasında baş verən döyüşdə gürcü ordusu məğlubiyyətə uğradıldı, lakin sonrakı il gürcü qoşunları yenidən Azərbaycanın qərb vilayətlərinə hücum edib, bir çox məskənləri xarabazara çevirdilər. Bir daha Xilatı tutmağa cəhd göstərsələr də, yenidən darmadağın edildilər. Əbu Bəkr gürcü hücumunun qarşısını almaq məqsədi ilə, nəhayət, gürcü hökmdarının qızı ilə evləndi və bundan sonra gürcü hücumları dayandı. [87] Azərbaycanda isə Marağa hakimi Körpə Arslan, Ərbil atabəyi Göy-Börü ilə müqavilə bağlayıb Təbrizi ələ keçirməyə hazırlaşırdı. Atabəy Əbu Bəkr qorxuya düşərək Aydoğmuşdan kömək istədi. Əbu Bəkrin bu istəyini qəbul edən Aydoğmuş öz ordusu ilə Əbu Bəkrin düşərgəsinə gələrək, onunla qüvvəsini birləşdirdi. Bunu eşidən Göy-Börü təcili Azərbaycanı tərk etdi. Aydoğmuş ilə Əbu Bəkr Marağanı mühasirəyə aldılar. Ancaq Əlaəddin Körpə Arslan sülh təklif etməsi ilə mühasirə dayandırıldı və müqaviləyə əsasən Marağa qalalarından biri Əbu Bəkrə, Uşnu ilə Urmiyə də Körpə Arslana verildi. [88] 1208-ci ilin ortalarında Ağsunqur əl-Əhmədilinin nəslindən olan Marağa hakimi Körpə Arslan vəfatından və bir qədər də sonra onun azyaşlı oğlunun ölümü ilə Marağa hakimlərinin taxta keçmək üçün heçbir nümayəndəsi qalmamışdı. Bundan istifadə edən atabəy Əbubəkr Marağanı və əl-Əhmədili nəslinin Ruindej qalasından başqa bütün torpaqlarını tutdu. Ruindej qalasını isə Körpə Arslanın bütün sərvətlərini mənimsəmiş xacəsi ələ keçirmişdi. Həmin il xarəzmşah Təkişin oğlu Tacəddin Əlişah Əbu Bəkrin torpaqlarına hücum keçsə də, məğlub edildi və öldürüldü. [89] Atabəy Nüsrətəddin Əbu Bəkrin ölümü 1210-cu ilin sonu 1211-ci ilin əvvəlinə təsadüf edir. 1211-ci ildə əmisi Qızıl Arslana aid dinarların yenidən zərb edilməsinə qərar verilməsi onun ölümünün 1211-ci ilin əvvəlləri olduğunu göstərir. Qardaşının vəfatından sonra Eldənizlərin taxtına Özbək keçdi. [90]
Özbək (1210–1225) RedaktəHəmçinin bax: Atabəy Özbək
Gürcü yürüşləri və Əcəm İraqındakı döyüşlər Redaktə
Gürcü qoşunları 1210–1211-ci illərdə Azərbaycana dağıdıcı basqınlar etdilər. Onlar Naxçıvanı mühasirəyə aldılar, lakin ələ keçirə bilmədilər. Sonra Mərəndi talan etdilər, Təbrizi mühasirəyə aldılar. Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı Zahidə xatun çoxlu pul, daş-qaş və sənətkarlıq məhsulları verib şəhəri dağıntıdan qurtardı. Təbrizlilərin, eləcə də Miyanənin bütün malqarası aparıldı, ətraf yerlər qarət edildi. Gürcü qoşunları geri çəkilərkən miyanəlilər üsyan qaldırıb gürcü qarnizonunu qırdılar. Yenidən şəhərə hücum edən gürcü dəstələri şəhər hakimini ailəsi ilə birlikdə qılıncdan keçirdilər, dərilərini soyub minarənin başından asdılar, sonra isə şəhəri qarət edib yandırdılar. Zəncan, Qəzvin və Abxar əhalisinədə eyni cür divan tutdular. Uçan şəhərinin, Ərdəbilin bütün varidatlarını karvanlarla apardılar. 12 min ərdəbilli qılıncdan keçirildi. Özbəyin hakimiyyəti illərində Eldənizlər dövlətinin süqutu daha da sürətləndi. [91] Onun taxta çıxdığı vaxt İraqi Əcəmdə vəziyyət ağır idi. Bu vaxt bir müddətdir İraqi Əcəmi tək başına idarə edən Aydoğmuşa qarşı Cahan Pəhləvanın bir başqa məmlükü Nəsrəddin Məngli çıxış edərək onu məğlub etdi və İraqi Əcəm torpaqlarını əlinə keçirərək Rey, İsfahan, Həmədan və digər əyalətlərdə öz adına xütbələr oxudub, “sultan” adıyla sikkələr zərb etdirdi. Xəlifə ən-Nasir, Azərbaycan atabəyi Özbək və ismaili hökmdarı Cəlaləddin Həsən öz aralarında Menglinin əlindəki İraqi Əcəm torpaqlarını da bölüşdürdülər. Ərbil atabəyi Müzəffərəddin Göy-Börü də onlara qoşuldu. Müttəfiqlərin birləşmiş orduları Həmədana hərəkət etdilər. 1215-ci ilin avqust-senyabrında meydana gələn döyüşdə Məngli məğlub oldu və qaçdığı Savədə şəhər hakimi tərəfindən öldürüldü. Başı isə Atabəy Özbəyə göndərildi. Mənglinin əlindən aldığı torpaqlar üzərinə Cahan Pəhləvanın vassallarından Seyfəddin Oğlamışı canişin təyin edən Atabəy Özbək özü Təbrizə qayıtdı. Ancaq daha əvvəl Xarəzmşahların xidmətində olan Oğlamış hakim təyin edildikdən sonra xütbəni xarəzmşah Əlaəddin Məhəmmədin adına oxudmağa başladı. Bu səbəbdən də 1217-ci ilin yazında Oğlamış öldürüldü və Əcəm İraqında Xarəzmşahların adına xütbə oxunması və pul kəsilməsi dayandırıldı. [92] Bu zaman atabəy Özbək və onun vassalı, Fars hakimi atabəy Səd ibn Zəngi Oğlamışın həlakından və Xarəzmşahın uzaqda olmasından istifadə edərək, qoşunlarını İran İraqı ərazisinə yeritdilər. Özbək İsfahan əhalisinin razılığı ilə şəhərə daxil oldu. Eyni vaxtda Səd ibn Zəngi Rey, Qəzvin, Hüvar və Semnan şəhərini və onların nahiyələrini ələ keçirdi. Atabəy Özbək və atabəy Səd tərəfındən İranın ərazisinin xeyli hissəsinin zəbt olunduğunu Qumisdə eşidən Xarəzmşah öz qoşunlarından 12 min seçmə atlını ayırıb Reyə göndərdi. Xeyli- Buzurq yaxınlığında Xarəzmşah ordusu atabəy Sədi yaxaladı və döyüşdə məğlub olan Səd əsir götürülərək Həmədana, Xarəzmşahın yanına aparıldı. [93] Bunu eşidən Özbək, Əhər hakimi Nurəddin Məhəmmədi Təbrizə göndərib özü də dağlarda yerləşən qalalardan birinə qaçdı. Ancaq Nurəddin Məhəmməd Miyanə yaxınlarında Xarəzmşahlara məğlub oldu və özüylə birlikdə vəzir Rəbibəddin Dəndan da əsir düşdü. Xarəzmşah Əlaəddin Məhəmməd vəziri Nəsirəddin Dövlətyarı Atabəy Özbəyin yanına göndərərək ona təslim olmağı və Xarəzmşah adına xütbə oxutdurub, sikkə kəsdirməyi əmr edir. Xarəzmşahın bu təkliflərini qəbul edən Özbək, Arran və Azərbaycandakı hakimiyyətini qorusa da Əlaəddin Məhəmmədin vassalına çevrildi. [94] 1214–1215-ci illərdə Gürcü hücumlarının arasının kəsilməsindən istifadə edən Özbək öz mülklərində işləri qaydaya salmaq qərarına gəlir. Bu məqsədlə o, atabəy xəzinəsinə vergiləri ödəməkdən imtina etmiş yerli hakimləri cəzalandırmaq üçün Qarabağa yürüş edir. XIII əsrin anonim müəllifinin məlumatına görə, atabəyin “qoşunları qələbə çalaraq, hamını qılıncdan keçirtdilər. Onlar xeyli pul və zəngin hərbi qənimət gətirdilər”. [95] 1222-ci ildə Şirvana hücum edən qıpçaqları darmadağm edən gürcülər oradan qayıdaraq 1222-ci ilin noyabrında Beyləqana hücum etdilər. Şəhər əhalisi həmişəki kimi elə güman edirdilər ki, təzminat ilə gürcülərdən yaxa qurtaracaqlar, lakin gürcülər monqollardan da amansız qırğın törətməyə başladılar. Şəhəri qarət etdikdən sonra geri döndülər. [96] [97]
Monqolların yürüşü Redaktə
Əsas məqalə: Monqolların Azərbaycana ilk yürüşü
Atabəy Özbəyin hakimiyyətinin və Eldənizlilərin son dövründə Monqolların Orta Asiya, Orta Şərq və Qafqaza birinci yürüşü gerçəkləşdi. Cəbə Noyon və Subutay Bahadırın [q 3] komandanlığı altında monqollar Xorasan və İraqi Əcəmin torpaqlarından keçərək 1221-ci ildə yanvar ayında Təbrizə gəldilər. Atabəy Özbək monqollara elçi göndərib barışıq imzalamağı təklif etdi. Monqollar Təbriz qarnizonlarındakı xarəzmlilərin onlara təslim edilməsini istədilər. Atabəy Özbək xarəzmlilərin bir hissəsini özü öldürtdü, qalanını da monqollara göndərdi. Bunun xaricində Özbək onlara təzminat olaraq pul, paltar və mal-qara da verdi. [98] Monqolların gündən-günə artan təhlükəsini görən gürcü hökmdarı IV Georgi Laşa qonşu hakimlərə, o cümlədən atabəy Özbəkə, Xilat və Cazirə hakimi əl-Məlik əl- Əşrəfə müraciət etdi. Atabəy Özbək və Georgi barışıq müqaviləsi və monqollara qarşı birgə çıxış haqqında saziş bağladılar. [99] Lakin birgə hərəkət haqqında danışıqlar monqollara məlum oldu və onlar yenidən Gürcüstana və Arrana soxuldular. Gürcü qoşunları darmadağın edildilər. [100] Bundan sonra yenidən Azərbaycan ərazisinə qayıdan monqollar bir daha Təbrizə hücum etdilər, lakin şəhər əhalisi bu dəfə də təzminat verməklə şəhərin işğalının qarşısını ala bildi. Bundan sonra Monqollar üzlərini Marağa tərəfə çevirdilər. 1221-ci ilin martında Özbəyin həyat yoldaşı Sülafə xatuna mənsub olan Marağa şəhəri mühasirəyə alındı. Ağır mühasirəni saxlaya bilməyən marağalılar məğlub oldular. Monqolların əlinə keçən şəhər yandırıldı və qarət edildi. [101] Daha sonra Eldənizlərə uzun müddət paytaxtlıq edən Həmədana hücum etdilər. Həmədanı əllərinə keçirən monqollar şəhəri xarabaya çevirdikdən sonra Ərdəbilə üz tutdular. Şəhəri dağıdan monqollar yenidən Təbrizə gəldilər. Atabəy Özbək Naxçıvana qaçdı. Təbrizin hakimi Şəmsəddin ət-Tuğrayi isə monqollara hədiyyələr verərək şəhəri onların hücumundan qurtardı. [102] Monqollar buradan Səraba yollandılar, Sərabda da Ərdəbildə etdiklərini təkrarlayan monqollar buradan Naxçıvana hərəkət etdilər. Naxçıvan kəndlərinin əhalisini öldürməyə başlayınca Atabəy Özbəyin oğlu Xamuş onların yanına elçi göndərib üzrxahlıq etdi. Monqollar da onlara toxunulmazlıq əlaməti olaraq üzərində damğa olan ağacdan qayrılmış bayqu [q 4] verdilər. [103] Naxçıvandan sonra monqollar şimala, Gəncə və Beyləqana doğru hərəkətə başladılar. Beyləqanı qarət etdikdən sonra Gəncəyə hücum edib şəhəri mühasirəyə aldılar. İbn əl-Əsir yazır ki, “bu şəhərin çoxlu müdafiəçiləri olduğunu, onların gürcülərlə daimi mübarizədə qazandığı igidliyini və şəhər divarlarının keçilməzliyini öyrənmişdilər”. Monqollar yalnız təzminat almaqla kifayətlənərək, şəhərdən kənara çəkildilər. Sonra monqollar Dərbənd keçidi vasitəsilə şimala keçmək üçün cəhd göstərdilər. Onların ilk cəhdi baş tutmadı, belə ki, Dərbənd darvazalarını tutan qıpçaqlar onlara müqavimət göstərdilər. Belə olduqda monqollar Şirvanşah I Guştəsbə elçi göndərərək guya sülh bağlamaq üçün bir neçə nəfərin göndərilməsini xahiş etdilər. Şirvanşah öz zadəganları arasından 10 nəfər göndərdi. Monqollar onlardan birini öldürüb, qalanlarından isə şimala keçidi göstərməyi tələb etdilər. Beləliklə Dərbənddən şimala hərəkət edərək Azərbaycandan çıxdılar. [104] Atabəy Özbəkin fəaliyyətsizliyinə və nüfuzunu itirməsinə baxmayaraq, onun atası Cahan Pəhləvanın vassalları ənənə üzrə Azərbaycan Atabəyləri sülaləsinə olan ehtiramı saxlayırdılar. Belə ki, Mosul Atabəylərinin torpaq sahibləri arasında nifaq düşərkən II İmadəddin Zəngi 1222-ci ildə Mosul hakimi Bədrəddin Lülü tərəfindən öz mülklərindən qovulmuşdu. II İmaməddin Zəngi atabəy Özbəkə pənah apardı, Özbək iltifat göstərərək onun mülklərini pay torpaqlarına, yəni iqtaya bölüb, özünü isə sarayda xidmətə götürdü. [105]
Xarəzmşah Cəlaləddinin yürüşü Redaktə
Xarəzmşah Əlaəddin Məhəmmədin ölümündən sonra oğlanları müəyyən ərazilərdə hakimiyyətlərini bərpa etmişdilər. Onlardan ən qüvvətlisi Qiyasəddin Pir şah idi. O, İraqi Əcəmi ələ keçirmişdi digər qardaşı Cəlaləddin Məngüberdi [q 5] isə Hindistana hərəkət etmişdi. Cəlaləddin Hindistanda bir müddət qaldıqdan sonra, oradan da Farsa yollandı. Cəlaləddindən əvvəl qardaşı Pir şah Eldənizlərin mülklərinə hücum etmişdi. Marağanı əlinə keçirən Pir şaha Atabəy Özbək sülh təklif etmiş və bacısı Cəlaliyyə xatunu da ona ərə verdi. [106] Bundan sonra Qiyasəddin Pir şah öz qoşunlarını Reyə çəkdi. Burada onunla atabəyi və qaynı İğan-Taisi arasında nifaq düşdü və nəticədə İğan-Taisi 50 minlik ordu ilə kənara çəkildi. Onların arasındakı nifaqdan istifadə edən Özbək Pir şaha təslim olmaqdan boyun qaçıraraq, ona qarşı çıxdı. Eyni zamanda Pir şah İğan-Taisini məğlub edərək onu geriyə — Azərbaycana çəkilməyə məcbur etdi. Azərbaycana daxil olan İğan-Taisi qarət və qırğına başladı. [107] Sonra isə xəlifə ən-Nasirin əmri ilə Həmədana tərəf hərəkət etdi ki, bura başqa vilayətlərlə birlikdə ona Xəlifə tərəfındən iqta adıyla verilmişdi. Burada İğan-Taisi Hindistandan gəlmiş Cəlaləddin Manqburnun qoşunları tərəfındən mühasirəyə alınaraq darmadağın edildi və özü əsir alındı. Bundan sonra Cəlaləddin Abbasilər üzərinə hücuma hazırlaşdı. [108] Xəlifə qoşunlarını darmadağın edən Cəlaləddin 12 gün Bağdad ətrafında qaldıqdan sonra, Marağa əhalisinin dəvəti ilə Azərbaycana tərəf hücuma başladı. 1225-ci ilin may ayında Marağa müqavimət göstərmədən Cəlaləddinə tabe oldu. Bundan sonra Cəlaləddin monqolların viran qoyduğu Uçanı keçərək, Təbriz şəhərini mühasirəyə aldı. Şəhər rəisi Nizaməddin ət-Tuğrainin başçılıq etdiyi Təbriz qoşunu yeddi gündən çox müdafiə oluna bilmədi. 1225-ci ilin iyun ayının 25-də atabəy Özbəyin hələ Xarəzmşah Marağada olarkən tərk etdiyi Təbriz şəhəri Xarəzm qoşunları tərəfindən tutuldu. [109] [110] Azərbaycandakı qarışıqlıqdan istifadə edən gürcülər İvane Mxarqrdzelinin komandanlığı altında 60 minlik ordu ilə Azərbaycana hücum etmək üçün Dəbil yaxınlığındakı Qarni qalasında toplaşdılar. Gürcülərin əsas məqsədi Bağdadı və Təbrizi ələ keçirmək idi. Bir neçə həftə Təbrizdə qalan Cəlaləddin vəziri Şərəf əl-Mülkü buraya öz naibi təyin edərək [111] Dəbilə doğru hərəkətə başladı. Cəlaləddin Qərnidə gürcü qoşunu ilə döyüşə çıxdı. Baş vermiş döyüşdə gürcülər darmadağın edildilər və 20 min itki ilə geri çəkildilər. [112] Bu hadisələr zamanı Azərbaycan Atabəylərinin keçmiş vassalları – Sürməli hakimləri Şərəfəddin Uzdərə və Hüsaməddin Xızır Cəlaləddinin yanında xidmətə keçdilər. [113] Bundan sonra Tiflis istiqamətində hərəkət edən Cəlaləddin yol üstə olan Beyləqan, Bərdə, Gəncə, Şəmkir şəhərlərini, eləcə də Bərdəylə Gəncə arasında yerləşən Şutur qalasını tutdu. Sultanın bu yürüşü ərəfəsində Gəncədə qalan atabəy Özbək, ondan Gəncə və onun nahiyələrinə mülkiyyət hüququ əldə etsə də, çox keçmədən Naxçıvan yaxınlığındakı Əlincə qalasında sığınacaq tapdı. Həyat yoldaşı Məleykənin öz razılığı ilə sultan Cəlaləddin ilə evlənməsi [114] xəbəri sultana çatanda o mənbələrin yazdığına görə “başını yastığa qoydu, o saat hərarəti qalxdı və o, bir neçə gündən sonra vəfat etdi”. [115] Atabəy Müzəffərəddin Əbu Nəsr Özbək ibn Məhəmməd ibn atabəy Eldəniz ət-türki əs-səlcuqi ət-Toğrulun ölümü ilə Azərbaycan Atabəyləri öz mövcudluğunu itirdi. Eldənizlərin övladlarının hakimiyyəti altında olan ərazilər – Azərbaycan, Arran, Şirvan xarəzmşah Cəlaləddin Manqburnunun hakimiyyəti altına keçdi. Bu, 1231-ci il avqustun ortalarınadək davam etdi və həmin il Cəlaləddinin qoşunları monqollar tərəfındən darmadağın edildi, özü isə öldürüldü. [116] [117] Atasının ölümündən sonra atabəy Özbəyin yeganə oğlu Qızıl Arslan Xamuş Gəncəyə gələrək, Cəlaləddinə xidmət etmək istədiyini bildirdi. “Anadangəlmə lal-kar olan”, buna görə də “Xamuş” ləqəbini alan məlik, Marağanın hakimi, Ağsunqurilər nəslindən olan Əlaəddin Körpə Arslan əl-Əhmədilinin nəvəsi Sülafə xatuna evlənmişdi. [115] 1226-cı ildə atabəy Özbəyin məmlükləri Bəklik əs-Sədidi və Seyfəddin Sunqurca Sultan Cəlaləddinə qarşı qiyam qaldırdılar. Onların bu çıxışı uğursuz nəticələndi – Sultan Cəlaləddin onları Xoy bölgəsində mühasirə edərək təslim olmağa vadar etdi. Məğlubiyyətə uğramış məmlüklər Sultana xidmət etməyə başladılar, lakin 1229-cu ildə Bəklik əs-Sədidi və Seyfəddin Sunqurca Atabəyin başqa məmlükləri, o cümlədən Nəsirəddin Ağ Quş və başqaları ilə birlikdə Xamuşun oğlu Nüsrəddini həbsdən çıxararaq Eldənizlərin hakimiyyətini bərpa etmək üçün qiyam qaldırdılar, lakin bu qiyam da uğursuz nəticələndi Ağ Quş və Bəkliyi çarmıxa çəkdilər. [118]
Dövlət quruluşu Redaktə
İdarəetmə və inzibati bölgü Redaktə
Azərbaycan Atabəylərində inzibati idarə eynilə İraq Səlcuq sultanlığında olduğu kimi idi. Sülalənin banisi Şəmsəddin Eldəniz öz dövlətinin nə inzibati, nə də hərbi quruluşunda demək olar ki, heç bir dəyişiklik etmədi. İnzibati və idarəetmə cəhətdən Eldənizlər İraq Səlcuqlarının sistemlərindən istifadə edirdilər. [119] Qızıl Arslana qədər Eldənizlərdə “böyük atabəy” yəni “atabəy əl-əzəm” deyilən vəzifə mövcud idi. Bu vəzifədə sultanın atabəyi dururdu. Divana rəhbərlik vəzirin əlində idi. O, “əshab əd-divan” adlanırdı. Vəzir, məmurları vəzifəyə təyin etmək və vəzifədən kənarlaşdırmaq, təqaüdləri və məvacibləri müəyyənləşdirmək, vergi idarəsinə və xəzinəyə nəzarət etmək hüquqlarına malik idi. Vəzir daim hökmdarın yanında olur, onu səfər və yürüşlərdə müşayiət edir, özü qoşun göndərə və ona başçılıq edə bilirdi. Dövlətdə böyük hörmətə malik olan vəzirlər, əshab əd-divan, vəzir, sadr, dəstur, xocayi-bozorq titullarını daşıyırdılar. Mürəkkəbqabı və müəyyən mahuddan hazırlanmış çalma onların vəzifə əlamətləri idi. [120]
Eldənizlər dövrünə aid dəbilqə. Azərbaycan Milli İncəsənət Muzeyi
Dövlətdə üçüncü vəzifə böyük və ya “ulu hacib” vəzifəsi idi. Bu vəzifəni icra edən şəxs əmir əl-hacib əl-kəbir və ya hacib əl-xass əl-həzrət rütbəsini daşıyırdı. O, dövlət başçısına aid mühüm işlər haqqında məlumat verir, onun tələbatı qayğısına qalır və saray mərasimlərini təyin edirdi. [121] Cahan Pəhləvan dövründən başlayaraq, vəzir olmaqla ali idarə yəni “divan əl-alə” yaradılmışdı. Bu idarənin nəzdində dövlət dəftərxanası yəni divan əl-inşa və yaxud divan ət-tuğra, maliyyə idarəsi və ya xəzinədarlıq yəni “divan əl-istifa” var idi. Dövlət dəftərxanası həm daxili, həm də xarici yazışmaları aparırdı. Bu dəftərxananın başçısı “münşi” və ya “tuğrayi” adlanırdı. Bu vəzifə irsi olmuş, onu icra edən şəxslər və onların sonrakı nəsilləri “ət-tuğrayi” ləqəbini daşımışdılar. Maliyyə idarəsinə və ya xəzinəyə rəhbərlik edən ali maliyyə məmuru yəni “müstövfi əl-məmalik” dövlətin maliyyə idarələri sisteminin başında dururdu. Hərbi idarəyə yəni “divan əl-ceyş və ya divan əl-ərz” sahib “divan əl-ərz” başçılıq edirdi. O, hərbi iqtalara nəzarət edir, bütün rütbələrdən olan hərbi qulluqçuların maaş və xərclərinin ödənilməsi işlərinə baxırdı. Hərbi vəzifələr, eləcə də ordu ilə bağlı hər şey xidmətdə olan türk əyanlarının əlində idi. [122] Hər bir vilayətin başına “vali” yəni canişin təyin edilirdi. Valilər bu vəzifəni tutmazdan əvvəl çox vaxt qoşun əmirləri kimi fəaliyyət göstərmişlər. Vali öz vilayətinin hakimi idi. Dini hakimlər – qazılar valinin tabeliyində idilər. Vilayətin bütün məmurlarının rəisi, onun ali baş komandanı olan valiyə, maliyyə idarəsi də tabe edilmişdi. Validən sonra vilayətdə vəzifə cəhətdən ikinci şəxs onun vəziri idi. Valinin adından şəhərləri rəislər idarə edirdilər. Bir qayda olaraq, tanınmış yerli nəsildən olan şəhər rəislərinin vəzifəsi irsi idi. Rəisin özünün vəzifəyə qoyduğu və vəzifədən götürdüyü xəfiyyə rəisləri də ona tabe idilər. [123]
Ordu Redaktə
Eldənizlərin ordusu mərkəzi hakimiyyətdən iqta almış əmirlərin qüvvələrindən və valilərin hakimlik etdikləri ərazilərdən göndərdikləri qüvvədən ibarət idi. Həmçinin hərbi qüvvələrdən başqa, hökmdarın özünün 50 min nəfərlik nizami süvari qoşunu vardı. [124] Əl-Hüseyni özünün “Əxbar əd-dövlə əs-Səlcuqiyyə” kitabında yazır: [125]
“Sultan Arslanşahın ölümünü eşitdikdə, onun atabəyi, Xüzistan hakimi və vilayətindəki qoşunların başçısı olan Şərafəddini Əmiran ibn Şimlidən onunla birlikdə İraq üzərinə yürüməyi tələb etdi. O isə söylədi: – Mən atabəy Pəhləvanla təkbətək, sənsiz döyüşüb səni qoruya bilmərəm. Bir az qabaq mənim atam Karmisində döyüşmüşdü ancaq o, atama üstün gəlib atamı öldürmüşdü. İndi isə İraqın Arranın, Azərbaycanın qoşunları onunladır və onların sayı 50 min atlıdan çoxdur”. Mədəniyyət Redaktə
Elm Redaktə
Atabəy hökmdarlarının elmə, sənətə və sənət adamlarına verdikləri qiymət bu dövrdə elmin, mədəniyyətin inkişafını stimullaşdıran amillərdən idi. Mənbələrdə yazılır: “Şirvanşahların və Eldənizlərin saraylarında dövrün ən yaxşı alimləri toplanmışdı. Onların riyaziyyat, təbiətşünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və fars ədəbiyyatı və b. sahələrdə böyük müvəffəqiyyət və uğurları olmuş, bir çoxları müsəlman mədəniyyət və elminin ən gözəl xadimləri kimi tanınmışdır. [126]
Tibb Redaktə
Bu dövrdə Azərbaycanda tibb elmi də yüksək səviyyədə inkişaf etmiş, Azərbaycan təbabət alimləri tərəfindən tibbə dair tədqiqatlar aparılmış, bir sıra xəstəliklərin müalicəsi və farmologiya dair əsərlər yazılmışdır. Bunlara Kəfiəddin Ömər ibn Osman, [q 6] Mövlana Kəmaləddin Hüseyn oğlu Nurəddin, Atabəy Özbəyin şəxsi həkimi olmuş Cəlaləddin Təbib, tibbə dair “Əl -Muxtar”, və “Kitabi tibb əl- Camali” kitabların müəllifi Mühzədbəddin Təbrizi, Mahmud ibn İlyas, Əkmələddin Naxçıvani, Fəxrəddin Əbu Abdullah Əhməd ibn Ərəbşah ibn Cəbrayıl ən- Naxçivani, Əkməllədin ən Naxçıvani və s. kimi böyük alimlər daxildir. Cəlalləddin Təbibidən bəhs edən atabəy Özbək deyirdi: [127]
“Mənim həyatımı saxlayan bu adamdır. O, yalnız xəstələnlərin möcüzəli şəfavericisi deyil. O, xəstəliyi əvvəlcədən təyin edir və o dərəcədə dava-dərman hazırlayır ki, onlar tam mənasında müalicə edir … Onun varlığı insanlara hədsiz xeyir verir və sonralar ona bənzər həkim yetişməmişdir”. Anar İsayev “Azərbaycan tarixi”
Azərbaycan Tarixi Anar İsayev
Ümumi Tarix Anar İsayev
Hər biri 4 AZNBakı 26 Sentyabr 2020 6221 dəfə Mənbə: tap.az
RRauf
Məhsul satılmışdır
Seçilmişlərə əlavə etOxşar Elanlar
“Anar Isayev Azərbaycan tarixi” kitabı
7 10 Mart
Mostbet – ən etibarlı bukmeyker
Mostbet Reklam
Dərslik “Azərbaycan tarixi 7”
2 11 Mart
Webmoney/Qiwi/Yandex Azərbaycan
1 22 Fevral
Azərbaycan dili dərsləri
60 Bu həftə
Azərbaycan dili hazırlığı
50 3 Mart
Azərbaycan Xalq Mahnıları (1956)
55 25 Fevral
Xalq təbabəti (Azərbaycan şirniyyatı)
2 15 Fevral
Azərbaycan Dövlət bayrağı
175 16 Fevral
Azərbaycan Dövlət bayrağı
160 Bu həftə
Azərbaycan Dövlət bayrağı
175 22 Yanvar
Gizli Platforma Azərbaycan üçün
Mətnlərin rus dilindən Azərbaycan dilinə tərcüməsi
3 7 Fevral
Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası
45 5 Mart
Azərbaycan dili və ədəbiyyat müəlliməsi
30 6 Fevral
İngilis dili və Azərbaycan dilindən hazırlıq
30 Bu həftə
Azərbaycan dili hazırlığı kursu
45 22 Yanvar
Ofisiant tələb olunur
25 11 Mart
Əczaçılıq Kursu Qeydiyyatı 2023
60 Dünən
Azərbaycan dili onlayn abituriyent hazırlığı
35 12 Mart
Abituriyent hazırlığı
150 22 Yanvar
Satış Villa, 550m²
720 000 15 Mart 2019
Azərbaycan dili kursu
60 6 Fevral
Tarixi yazan aparat
840 3 Fevral
Ödənişli xidmətlər
Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!
Ödənişli xidmətlər
Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!
Elanı sil
Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim
Telefon: (012) 566-74-58
Haqqımızda
Yardımçı linklər
Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır
© UcuzTap bir şirkət məhsuludur
Comments are closed, but trackbacks and pingbacks are open.