Gömrükdən nəyi və hansı həddə rüsumsuz keçirmək olar
İlkin İzzət
Milli.Az
Şirkət portalından göndərilən məktubları necə əldə edə bilərəm?
Biz Sibirdə anadan olmuşuq və artıq 26 ildir ki, biz burada təbii məhsullar, yabanı Sibir bitkiləri əsasında səhiyyə, idman və gözəllik üçün məhsullar istehsal edirik. Məhsullarımızı bütün dünya ilə paylaşırıq: Avropa, Asiya və MDB ölkələrində yüz
Yeniliklərə can atırıq!
2018-ci ildə biz yeniləndik – bizim yeni adımız, yeni obrazımız, yeni bir loqotipimiz var. Siberian Health Korporasiyası Siberian Wellness ilə əvəz olundu. Niyə? Burada oxuyun
Bizi dünyanın 60-dan çox ölkəsində tanıyırlar
Siberian Wellness: üç qitədə biznes!
2005-ci ildə Şirkət beynəlxalq bazara çıxdı. Və bu gün Müştərilər Siberian Wellness məhsullarını üç qitədə dünyanın 60 -dan çox ölkəsindən əldə edə bilərlər! Satış mərkəzləri Avropa, Asiya, Rusiya və MDB ölkələri daxil olmaqla 26 ölkədə açıqdır. 60+ ölkələr
Dünyada cəmi 190 ölkə var. Və 60-dan çox ölkədə Siberian Wellness məhsulunu sifariş etmək olar!
- الإمارات العربية المتحدة
- Армения
- Republik Österreich
- Australia
- Azərbaycan
- Bosna i Hercegovina
- Royaume de Belgique
- България
- Беларусь
- Schweizerische Eidgenossenschaft
- Islas Canarias. Spain
- Cyprus
- Česká republika
- Deutschland
- Danmark
- Eesti
- España
- Finland
- France
- Greece
- 香港特別行政區
- Republika Hrvatska
- Hungary
- Indonesia
- Ireland
- Iceland
- Italia
- 日本
- 대한민국
- Lietuva
- Luxembourg
- Latvija
- Moldova
- Црна Гора
- Makedonia
- Malta
- Netherlands
- Norwegen
- Polska
- Portugal
- România
- Srbija
- Россия
- Sweden
- Slovenija
- Slovensko
- Thailand
- Türkiye
- Україна
- United Kingdom
- USA
[> ::t(‘Asia Pacific’) <]
- Кыргызстан
- Қазақстан
- Монгол
- Узбекистан
- Việt Nam
Ölkələrin siyasını göstərmək
Ölkələrin siyahısını yığışdır
Şirkətin tarixi
26 ildən çoxdur ki,bazara cəsarətli bir ideya daxil olduq: yabanı Sibir bitkiləri əsasında yaradılmış sağlamlıq və gözəllik məhsullarını təqdim etdik. Xronobiologiya, endoekologiya, adaptiv tibb, eləcə də qoruq edilmiş Sibir bölgəsinin bütün zənginlikləri
Gəlin “Yaşıl gələcəyi” birlikdə yaradaq!
Siberian Wellness təbiətin bizimlə paylaşdığı resursları necə qiymətləndirəcəyini bilir. Təbii inqrediyentlərə əsaslanaraq biz uzun illərdir sağlamlıq və gözəllik üçün məhsullarımızı yaradırıq. Biz təbiəti sevirik, sevmək isə hərəkət etmək deməkdir. Minnətdarlıq hissi və olunan yaxşılığı geri qaytarmaq bizim üçün çox önəmlidir, buna görə də 2011-ci ildə biz “Sənin Ətrafındakı Dünya” Fondunu yaratdıq.
Fond üç əsas istiqamət üzrə fəaliyyət göstərir:
– Təbiət və heyvanlar dünyası
– Elm və ekoloji təhsil
– Könüllülük
Biz könüllü aksiyalar keçiririk, meşələri bərpa edirik, Baykal gölünün öyrənilməsinə və mühafizəsinə kömək edirik, nadir heyvan növlərini qoruyuruq: qar bəbiri, meşə maralı, qrenland balinası,baykal suitisi,şahin-quşları,çöl qartalı
Etibar edə biləcəyiniz ən yaxşı mütəxəssislərlə işləyirik. Bizim tərəfdaşlarımız – Ümumdünya Vəhşi Təbiət Fondu və Baykal Gölü Fondudur.
Təbiətə qayğı və təbii ehtiyatlara hörmət Şirkətin əsas dəyərlərindən biridir. Siberian Wellness ilə dünyanı yaxşılığa doğru dəyişdirin!
Gömrükdən nəyi və hansı həddə rüsumsuz keçirmək olar?
Prezident İlham Əliyevin 24 dekabr 2015-ci il tarixli Fərmanı ilə “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nın birinci hissəsi ləğv olunduqdan sonra daha Azərbaycan vətəndaşları ümumi gömrük dəyəri 1500 dollar ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 dollar ekvivalenti məbləğindən) artıq olmayan, kommersiya məqsədləri üçün nəzərdə tutulan malları gətirə bilərlər.
Bəs görəsən, gömrükdən nəyi və hansı həddə rüsumsuz keçirmək mümkündür? Milli.Az xəbər verir ki, bununla bağlı iqtisadçı-ekspert Qalib Toğrul bildirib ki, aşağıdakıları gömrükdən rüsumsuz keçirib ölkəyə gətirmək mümkündür:
– Avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;
– 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki və 600 ədəd siqaret (3 blok);
– 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla);
– 125 qrama qədər nərə cinsli balıq kürüsü;
– Gömrük ərazisindən aparılan mallar (məsələn, “Duty free”dən alınan);
– Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;
– Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar;
İqtisadçı qeyd edib ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir:
“Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı yuxarıda müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir”.
Ekspertin sözlərinə görə, 1500 dolların tərkibinə səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar, Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri, Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə) daxil deyil.
Q.Toğrul fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların adlarına da aydınlıq gətirib. Həmin siyahı belədir:
– Müşayiət olunmayan baqajla və daşıyıcı tərəfindən göndərilən mallar;
– 1500 (min beş yüz) ABŞ dolları ekvivalentindən artıq qiymətli metallar və qiymətli daşlar;
– 10 000 dollar ekvivalentindən artıq valyuta və qiymətli kağızlar;
– Gömrük sərhədindən keçirilməsinə görə xüsusi razılıq (lisenziya), icazə sənədi tələb olunan mallar.
İlkin İzzət
Milli.Az
VERGİLƏR
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları öz maliyyə resurslarını qeyri-üzvlük haqlarından, könüllü ianələrdən, səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlərdən, qrantlardan, malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar hesabına formalaşdırır.
Bəzən olur ki, hansısa ictimai birliyə, qeyri-kommersiya təşkilatına ianə, əvəzsiz köçürmə, üzvlük haqqı ödəyən müəssisə ödədiyi pulun qarşılığında qeyri-kommersiya təşkilatından elektron qaimə tələb edir, həmin təşkilat da aldığı ödənişin müqabilində ödəniş edən müəssisəyə elektron qaimə təqdim edir və bu məbləği ya sadələşdirilmiş vergiyə, ya da mənfəət vergisinə cəlb edir. Halbuki üzvlük haqlarına, ianəyə, əvəzsiz köçürməyə görə vergi ödəyicisinə elektron qaimə-fakturanın verilməsi qanunaziddir.
İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə və “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən, elektron qaimə-faktura malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilir: “Üzvlük haqlarından, ianələrdən və əvəzsiz köçürmələrdən əldə edilən məbləğlər nə sadələşdirilmiş verginin, nə də mənfəət vergisinin vergitutma obyektidir.
Vergi Məcəlləsinin 219.1-ci maddəsində göstərilir ki, sadələşdirilmiş verginin vergitutma obyekti təqdim edilmiş mallara, göstərilmiş xidmətlərə və görülmüş işlərə görə əldə olunan hasilatdır. Qeyri-kommersiya təşkilatı üzvlük haqlarına, ianələrə, əvəzsiz köçürməyə, maddi yardıma görə əldə etdiyi vəsaitin qarşılığında ödənişi edən şəxsə hər hansı mal təqdim etmədiyi, iş görmədiyi, xidmət göstərmədiyi üçün üzvlük haqları, ianə, əvəzsiz köçürmə, maddi yardım sadələşdirilmiş verginin vergitutma obyekti deyildir. Habelə Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmə, ianə, üzvlük haqları da mənfəət vergisinə cəlb edilmir.
Misal 1: “Sağlamlıq imkanları məhdud uşaqlara dəstək” İctimai Birliyinə hər hansı kommersiya təşkilatından 10.000 manat məbləğində ianə daxil olub. Bu zaman həmin ianə mənfəət vergisinə cəlb edilməyəcək. Lakin ola bilər ki, qeyri-kommersiya təşkilatı əsas qeyri-kommersiya fəaliyyəti ilə yanaşı, həm də sahibkarlıq fəaliyyətindən gəlir əldə etsin. Bu zaman həmin təşkilatın sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir mənfəət vergisinə cəlb olunacaq.
Misal 2: “Azərbaycan Mühasiblər Assosiasiyası” İctimai Birliyinin il ərzində 20.000 manat üzvlük haqlarından, 10.000 manat ianələrdən, tədbirlərində hansısa bir şirkəti reklam etdikləri üçün 15.000 manat reklam fəaliyyətindən gəliri var. Bu zaman 20.000 manat üzvlük haqlarından və 10.000 manat ianədən daxil olan vəsait Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən mənfəət vergisinə cəlb olunmur, ancaq 15.000 manat məbləğində reklam fəaliyyətindən əldə etdiyi gəlir mənfəət vergisinə cəlb olunur. Bundan əlavə, təşkilat göstərdiyi reklam xidmətinə görə xidməti alan tərəfə elektron qaimə-faktura təqdim etməlidir”.
A.Bayramov bildirib ki, diqqət edilməli məqamlardan biri də ianəni, əvəzsiz köçürməni, maddi yardımı əldə edən şəxsin mütləq qeyri-kommersiya təşkilatının nümayəndəsi olmasıdır: “Bu halda həmin məbləğ mənfəət vergisinə cəlb edilmir. Əks halda, maddi yardımı, əvəzsiz köçürməni, ianəni alan şəxs kommersiya təşkilatı olarsa, o zaman həmin məbləğ müəssisənin gəliri hesab olunaraq mənfəət vergisinə cəlb edilir.
Misal 3: kommersiya təşkilatı olan “Sabah qəzeti redaksiyası” MMC-yə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan il ərzində 50.000 manat məbləğində maddi yardım ayrılıb. Bu gəlirin qeyri-kommersiya fəaliyyətindən gəlir olmasına, yəni vəsaiti əldə edən təşkilat pul qarşılığında heç bir xidmət göstərmədiyinə, mal təqdim etmədiyinə, iş görmədiyinə baxmayaraq, həmin şəxs kommersiya təşkilatı olduğu üçün əldə edilən məbləğ mənfəət vergisinə cəlb olunacaq”.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI
Comments are closed, but trackbacks and pingbacks are open.