Press "Enter" to skip to content

Şirmmmd hüseynov

Xalq artisti axtardığı sevgini, qayğını Səbinə xanımda tapmışdı. Gəncikən hislərinə üstünlük verən Səbinə xanım sonralar bu qərarın nə qədər məntiqli, ağıllı olduğunu anlayıb və diktoru əvvəlkindən daha çox sevməyə başlayıb.

Xankəndi

Bu gün Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynov Almaniyada müalicə aldığı klinikada 71 yaşında dünyasını dəyişib. İstər xarakter etibarı ilə, istərsə də sənət baxımından tamaşaçıların rəğbətini qazanan diktor uzun müddət ağ ciyər xərçəngindən əziyyət çəkib.

Qeyd edək ki, Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. Həyatının böyük hissəsini Bakıda, İçərişəhərdə keçirib. Hələ kiçik yaşlarından atasız qalan Rafiqi və bacısını anası böyüdüb.

Onun televiziyaya gəlişi 17 yaşına təsadüf edib. O vaxtlar şərqşünas olmaq istəyən diktorun ailə vəziyyəti çətin olub. Təcili iş tapıb ailənin maddi durumuna kömək etmək məcburiyyətində qalıb. Buna görə də televiziyaya iş üçün müraciət edib.

Ona “nə üçün televiziyaya gəlmisən” sualını verəndə “televiziyaya böyük marağım var, mənim arzum burada işləməkdir”-deyə cavab verib. Sonradan Rafiq Hüseynov bunu ən dəhşətli yalan adlandırıb:

“Bax, bu, böyük yalan idi. Dəhşətli yalan. Amma o dəhşətli yalan məni Rafiq Hüseynov elədi”.

İlk vaxtlar televiziyada özünü təsdiq edə bilməsə də, sonradan işıqçılıqdan diktorluğa kimi yüksələ bilib. Hətta bir müddət AzTV-nin sədr müavini vəzifəsində çalışıb. Ömrünün böyük hissəsini bu sənətə həsr edib və televiziyada kadrların hazırlanmasında böyük əməyi olub.

Maraqlıdır ki, televiziyaya gəlişi zamanı yalan danışan diktor daha sonra yalan danışmamaq üçün televiziyadan ayrılıb.

“O, yalan danışa bilmir. Televiziyadan ona görə uzaqlaşmışdı ki, xalqın gözünün içinə yalan söyləyə bilməmişdi. Ona desələr ki, kimisə aldat, sənə milyon verəcəklər, bunu etməyəcək. Xarakteri belədir”,- diktorun həyat yoldaşı Səbinə Hüseynova müsahibələrinin birində deyib.

Onun AzTV-yə qayıdışı 15 il sonra rəhbərliyin təklifi ilə baş tutub. R.Hüseynov yenidən AzTV-də aparıcılar üzrə bədii rəhbər kimi işə başlayıb.

Görünür, onu tamaşaçılara sevdirən tək görkəmi, səlis danışığı olmayıb, həm də səmimiyyəti olub.

“Mənə həmişə suallar verirlər ki, niyə bu qədər sevildiniz? Mənim bir cavabım olur həmişə: səmimilik”.

Rafiq Hüseynov ətrafına, yoldaşlarına, hətta sevib seçdiyi, ailə qurduğu xanımlara qarşı da səmimi olub.

O, 4 dəfə ailə həyatı qurub. Özünə layiq bilib, evləndiyi xanımların hər birinə qarşı bu səmimiliyi qoruya bilib. O, “əgər daha sevmirsənsə, deməli, həyat yolunu ayırmalısan, heç kimi münasibətdə aldatmaq olmaz”, deyə düşünüb.

Mən o insanlara həmişə qibtəylə yanaşmışam ki, qurduğu ilk ailədə xoşbəxtliyini tapır, ömrünün sonunacan o insanla xoşbəxt olur. Amma elə insanlar da var ki, mənim kimi axtarışda olur. Sonunda öz axtardığını tapır. Bu, əslində böyük bir problemdir, yad adamla bir evdə yaşamaq üçün böyük məhəbbət lazımdır. Bunu da tapmaq asan deyil”.

Rafiq Hüseynovun ailə qurduğu xanımlardan biri xalq artisti, tanınmış diktor Roza Tağıyeva olub. Bir-birlərini sevən cütlüyün nikahı övlad itkisinə görə pozulub. Övladlarının faciəli şəkildə öldürülməsindən sonra onlar arasında münasibətlər soyuyub, yad insanlara çevriliblər. Nəhayət, sevgi üzərində qurulan ailə dağılıb.

İllər sonra həyat onu Politalogiya İnstitutunda dərs deyərkən tələbəsi Səbinə xanımla qarşılaşdırıb. Digər qızlar kimi Səbinə də xalq artistinə simpatiya ilə yanaşırmış. Ancaq bu simpatiyanın sonradan dərin sevgiyə çevriləcəyini o zaman kim bilərdi ki?!

Səbinə Hüseynova: “İlk addımı o, atdı. Mənə evlənmək təklifi etdi. Ona qarşı olan hisslərimi hələ özüm üçün aydınlaşdırmamış bu təkliflə qarşı-qarşıya qaldım”.

Aralarında 30 yaş fərqin olmasına və Səbinə xanımın ailəsinin etirazına baxmayaraq, bu evlilik baş tutub.

Xalq artisti axtardığı sevgini, qayğını Səbinə xanımda tapmışdı. Gəncikən hislərinə üstünlük verən Səbinə xanım sonralar bu qərarın nə qədər məntiqli, ağıllı olduğunu anlayıb və diktoru əvvəlkindən daha çox sevməyə başlayıb.

“Rafiq kimisə sevibsə, onu aldatmayıb, evlənib onunla. Əgər sevgi bitibsə, yenə aldatmayıb və ayrılıb. Heç kimlə qeyri-qanuni, sevgidən uzaq münasibətləri olmadığını bilirəm”.

Rafiq Hüseynov onu arvadbaz adlandıranlara belə cavab verib: “Bunu çox adam deyirdi. Amma bircə fakt göstərib, sübut edə bilməyiblər. Arvadbaz olmuşam, sevmişəm, aşiq olmuşam, burada nə var ki? Məhəbbət hər kəsin başını gələ bilər və gəlir də”.

Cütlüyün Leyli adında bir qızı var. Qəribə olsa da, onları valideyn olmaq münasibəti ilə ilk təbrik edən şəxs diktorun keçmiş həyat yoldaşı Roza Tağıyeva olub.

Dostu, ailə başçısını itirmək Səbinə xanım üçün çox çətindir. O, Rafiqin ölümünü həyatındakı ən dəhşətli mənzərə hesab edir.

Hazırladı: Şahanə Rəhimli
AzVision.az

Şirmmmd hüseynov

Parlament Jurnalistləri Birliyinin (PJB) ötən il elan etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın qalibi müəyyənləşib. Bu barədə Modern.az-a PJB sədrinin müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy bildirib.

“Nəzərdə tutulan prosedur qaydalara uyğun olaraq müzakirələrdən sonra qalib müəyyənləşdi. “Şirməmməd Hüseynov Mükafatı”nın ilk qalibi Azərbaycanın dəyərli aydınlarından biri, böyük araşdırmaçı, 1-ci dərəcəli müşavir-diplomat Ramiz Abutalıbovdur”.

E.Paşasoy bildirib ki, Şirməmməd Hüseynov ömrünün 70 ilindən çoxunu daxili auditoriyaya xitabən araşdırmalara həsr edib, Cümhuriyyət və media tariximizin qaranlıq səhifələrinə işıq salıb, insanlarımızı tariximizdən agah etməyə çalışıbsa, Ramiz Abutalıbov yorulmaz fəaliyyəti dövründə daha çox xarici arxivlərə xitab etmiş böyük ziyalımızdır.

“Mükafata namizəd olan 15 nəfərin hər biri onu qazanmağa layiq idi. Namizədlər sırasında çox dəyərli insanlarımız, ziyalılarımızın adları var idi. Amma yekunda ən çox səs toplayan qalib oldu. PJB-nin gəldiyi qənaət odur ki, Ramiz Abutalıbovun bu mükafata haqqı çatır. Biz bu münasibətlə ilk qalibimizi, dəyərli Ramiz müəllimi ürəkdən təbrik edirik”.

E.Paşasoy onu da bildirib ki, qalibin adının daha erkən açıqlanması planlaşdırılsa da, Tovuz istiqamətində baş verənlər hamının diqqətini cəbhəyə yönəltdi:

“Mükafatın hər il Milli Mətbuat günündə təqdim olunması nəzərdə tutulurdu. Lakin Şirməmməd Hüseynovun ailə üzvlərinin istəyinə əsasən bu məsələdə dəyişiklik edildi, bundan sonra mükafat hər il böyük ziyalımızın doğum günündə – dekabrın 17-də təqdim olunacaq. Digər tərəfdən, pandemiya ilə bağlı Ramiz Abutalıbov indi Moskvadan Bakıya gələ bilmir. Amma inanırıq ki, koronavirus dövrü arxada qalacaq və Ramiz müəllimi Bakıda ziyarət edə biləcəyik”.

Məlumat üçün bildirək ki, Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirib. 1980-1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışıb.

R. Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin – YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cu illərdə o, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləyib. Ramiz Abutalıbov Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti var. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunub. Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir. Parisdə 1989-cu ildə “Azərbaycan evi” assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşıya xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində, “İçərişəhər” (2000-ci il) və “Muğam”(2003-cu il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olub.
2016-cı ildə Bakı Media Mərkəzi tərəfindən R.Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında “Əbədi ezamiyyət” sənədli filmi çəkilib və “Qərib məzarlar” kitab-albomu nəşr edilib. Ramiz Abutalıbov 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsüdür. Təltifləri: 1.”Fəxri Legion” ordeni (Paris,1998-ci il). 2.”Azərbaycan Diplomatiyasının 90 illiyi” medalı (Bakı, 2009-cu il). 3.”Puşkin” medalı (Moskva, 2010-cu il). 4.”AXC-nin 100 illiyi” medalı (Bakı, 2019-cu il)

Şirməmməd Hüseynov

Şirməmməd Hüseynov (1924–2019) — görkəmli Azərbaycan alimi və mətbuat tədqiqatçısı, Azərbaycan SSR əməkdar jurnalisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi kafedrasının professoru.

Mündəricat

  • 1 Haqqında məlumatlar
    • 1.1 Təhsili
    • 1.2 Əmək fəaliyyəti
    • 1.3 Elmi fəaliyyəti
    • 1.4 Təltif və mükafatları
    • 1.5 Vəfatı
    • 1.6 Ailəsi

    Haqqında məlumatlar [ redaktə | HTML redaktə ]

    17 dekabr 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

    Üç yaşı olarkən atası vəfat edib.

    Təhsili [ redaktə | HTML redaktə ]

    1940-cı ildə Nuxa şəhər 2 №-li orta məktəbini bitirib.

    1941 – 1943-cü illərdə Nuxa Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində,

    1945 – 1950-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya-jurnalistika şöbəsində,

    1950 – 1954-cü illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb.

    Əmək fəaliyyəti [ redaktə | HTML redaktə ]

    1943-cü ilin mart ayından 1944-cü ilin iyun ayınadək Zaqatala rayonunun Varxian, Nuxa rayonunun Aşağı Göynük və Oxud kəndlərinin orta məktəblərində fizika-riyaziyyat müəllimi,

    1944-cü ilin iyun ayından 1945-ci ilin avqustuna qədər “Nuxa fəhləsi” qəzetində ədəbi,

    1947-ci ilin aprel ayından 1950-ci ilin sentyabr ayına qədər S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Lenin tərbiyəsi uğrunda” qəzetində redaktor müavini,

    1948 – 1950-ci illərdə “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri vəzifəsində çalışıb.

    1954 – 2019-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində işləyib; o cümlədən,

    1954 – 1961-ci illərdə filologiya fakültəsinin jurnalistika kafedrasında əvvəl müəllim, sonra dosent,

    1962 – 1969-cu illərdə filologiya fakültəsinin dekan müavini,

    1961 – 1971-ci illərdə jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasında dosent,

    1971 – 1976-cı illərdə jurnalistika fakültəsinin dekanı,

    1971 – 1988-ci illərdə mətbuat tarixi kafedrasında dosent,

    1976 – 1988-ci illərdə mətbuat tarixi kafedrasının müdiri,

    1988-ci ildən mətbuat tarixi kafedrasında professor vəzifəsini tutub.

    Elmi fəaliyyəti [ redaktə | HTML redaktə ]

    1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edib.

    5 dissertantın elmi rəhbəri, 14 dissertasiya işinin opponenti, 5 monoqrafiyanın elmi redaktoru olub.

    Elmi fəaliyyətini əsasən Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr etmişdir; mətbuatşünaslığa dair çap olunmuş 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Azərbaycan klassik jurnalistikasının görkəmli simaları olan Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi yeri var.

    1. Milli haqq və ədalət axtarışında. Bakı, 2004;
    2. Mənəvi irsimiz və gerçəklik. Adiloğlu. Bakı, 2004;
    3. Mənəvi irs və müasirlik. Bakı, 2007;
    4. Publisistikanın irsi və müasirliyi. Bakı, 2007;
    5. Mətbu irsimizdən səhifələr. Bakı, 2007;
    6. Müstəqilliyin çətin yolu. reallıqlar, düşüncələr. «Elm» nəşriyyatı, 33 ç.v., Bakı, 2009;
    7. M. Ə. Rəsulzadə-Azərbaycanda milli hərəkat. (Təqdim edəni və ön sözün müəllifi). «Elm» nəşriyyatı, Bakı, 2009;
    8. Ü. Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri. I hissə, «Elm», Bakı, 2009;
    9. Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş və ixtisar edilmiş əsərləri. II hissə, Bakı, 2010;
    10. Müsavat Partiyası-100. Azərbaycan istiqlalının bayraqdarı. «Adiloğlu» nəşriyyatı, Bakı, 2011;
    11. M.Ə.Rəsulzadənin əsərləri, IV cild. Bakı, 2013;
    12. M.Ə.Rəsulzadə. Bakı və Azərbaycan tarixinə dair əsərləri, “Qanun” nəşriyyatı, Bakı, 2013;
    13. Ö.F.Nemanzadə. Nəşri asarə dəvət. “Qanun” nəşriyyatı, Bakı, 2013;
    14. Ş.Hüseynov “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918- aprel1920) II cild. “Qanun”, Bakı, 560 səh., 35 ç/v., Bakı, 2016;
    15. Ş.Hüseynov “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918- aprel1920) III cild. “Qanun”, Bakı, 552 səh., 34 ç/v., Bakı, 2017;

    Təltif və mükafatları [ redaktə | HTML redaktə ]

    • “Nizami təqaüdü” (1948);
    • “Qızıl qələm” mükafatı (1966);
    • “Qızıl qələm” mükafatı (1972);
    • “Azərbaycan SSR əməkdar jurnalisti” fəxri adı (1988);
    • Zərdabi adına mükafat (1991);
    • Yusif Məmmədəliyev adına mükafat (1992);
    • Məmmədəmin Rəsulzadə adına mükafat (1998);
    • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005);
    • “Şərəf” ordeni (2014).

    Vəfatı [ redaktə | HTML redaktə ]

    Şirməmməd Hüseynovla vida mərasimi, – mərkəzdə: Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev.

    24 iyun 2019-cu il tarixdə – 94 yaşında, Bakıda vəfat edib. Bakıda İkinci Fəxri Xiyabanda dəfn olunub. Vəfatı ilə bağlı rəsmi dövlət qəzetlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının digər yüksək vəzifəli dövlət xadimlərinin imzaladıqları nekroloq dərc olunub. Azərbaycan Respublikasının peezidenti İlham Əliyev və və digər yüksək vəzifəli dövlət xadimləri mərhumla vida mərasimində iştirak ediblər.

    Ailəsi [ redaktə | HTML redaktə ]

    Həyat yoldaşı:

    Ülkər Hüseynova, 1966-cı ildən «Elm və həyat» jurnalında işləyir, 2013-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş mütəxəssisdir.

    Fərəh Əliyeva – sənətşünaslıq elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri. Lalə Hüseynova – tanınmış musiqişünas-pedaqoq, sənətşünaslıq elmləri namizədi, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru.

    Ədəbiyyat [ redaktə | HTML redaktə ]

    1. Məmmədov Ə., Xalıqov F.Hüseynov Şirməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 173-174. — 600 nüsx. — ISBN 5-8066-1708-4 . ;
    2. “Hüseynov Şirməmməd Ağaməmməd oğlu”. http://journalism.bsu.edu.az/ (azərb.). Bakı Dövlət Universiteti 2009. 8 Sep 2009 – 31 Jan 2020 tarixində arxivləşdirilib.
    3. “Prezident İlham Əliyev Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzalayıb”. https://report.az/. report.az. 23 Jun 202 tarixində arxivləşdirilib.

    Həmçinin, bax: [ redaktə | HTML redaktə ]

    © 2019 – 2023 Şəki Ensiklopediyası
    Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

    • Ş
    • Şəxslər (familiya sırası ilə)
    • Şəkidən çıxmış görkəmli şəxslər
    • Şəkidən çıxmış alimlər
    • Şəkidən çıxmış jurnalistlər
    • Şəkidən çıxmış pedaqoqlar
    • 17 dekabrda doğulanlar
    • Dekabrda doğulanlar
    • 1924-cü ildə doğulanlar
    • 24 iyunda vəfat edənlər
    • İyunda vəfat edənlər
    • 2019-cu ildə vəfat edənlər
    • Azərbaycan SSR əməkdar jurnalistləri
    • “Şərəf” ordeni ilə təltif edilənlər
    • Alimlər
    • Şəxslər (ad sırası ilə)
    • “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
    • Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə

Comments are closed, but trackbacks and pingbacks are open.