Press "Enter" to skip to content

Иреванское Ханство

Məhəmməd xan Toxmaq Ustaclı (1576-1583)

Irəvan xanlığı

İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif zamanlarda Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin tərkibinə daxil olmuşdur. İrəvan şəhərinin bir mərkəz kimi sosial-iqtisadi inkişafı isə Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərinə aiddir. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi çəkilir.

Erməni tarixçiləri 1950-ci ildə İrəvan şəhərinin cənub-şərqindəki Qanlı təpədə aparılan qazıntılar zamanı Urartu çarı I Argiştinin dövründə salınmış Erebuni (İripuni) qalasının qalıqlarının tapılmasından sonra İrəvan şəhərinin tarixini bununla bağladılar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişdir və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaş­mamışdır. Əslində, urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan bir əlaqəsi olmuşdur. Orta əsrlərdə artıq şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə olmuşdur. Yalnız XX əsrin ikinci yarısından sonra İrəvan şəhərinin ərazisi genişlənərək Erebuni qalasının yerləşdiyi Qanlı təpəni öz içərisinə almışdır. Urartululara aid mixi yazılardan aydın olur ki, e. ə. VIII əsrin birinci rübündə Ağrı vadisi (Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanmışdır.

İrəvanın Urartu çarı I Argişti tərəfindən e. ə. 782-ci ildə əsası qoyulan Erebuni (İrpuni) şəhəri ilə eyniləşdirilməsi tarixin saxtalaşdırılmasının bariz nümunəsidir. Akademik Boris Piotrovskinin milliyyətcə erməni olan arvadının xatirinə irəli sürdüyü “Ola bilər ki, Urartu şəhəri Erebuninin adı Ermənistanın paytaxtı Yerevan (İrəvan) şəhərinin adında yaşamaqda davam edir” fərziyyəsi ermənilərə imkan verdi ki, 1968-ci ildə Yerevanın 2750 illik yubileyini təntənəli surətdə qeyd etsinlər. Bununla da ermənilər dünyaya car çəkdilər ki, İrəvan şəhəri hətta qədim Romadan 30 yaş “böyük” imiş. İrəvanın adının “ermənicə danışan” Nuh peyğəmbərlə bağlanması da erməni tarixçilərinin yalan uydurmaqda necə mahir olmalarının göstəricisidir. Sən demə, dünyanı su basarkən Nuh peyğmbərin düzəltdirdiyi gəmi Ararat dağının zirvəsinə yan alıbmış. Su çəkiləndə Nuh peyğəmbərin quru sahə kimi gördüyü və ilk söylədiyi ifadə “Yereval” (yəni ermənicə “Göründü”) olmuşdur. Həmin görünən yer isə guya indiki İrəvan şəhəri imiş.

Böyük erməni yazıçısı Xaçatur Abovyan “İrəvan şəhərinin qısa tarixi oçerki” məqaləsində yazır: “Erməni yazıçıları XIII əsrin əvvəllərinədək, İrəvan şəhərinin adını belə çəkmirlər, bu zamandan, yəni 1209-cu ildən etibarən (milada görə) oranı “kiçik yer” adlandırırlar. Xalq arasında gəzən əfsanəyə görə, guya İrəvan adı erməni çarı Ervandın adından və yaxud yerevil, yerevan, yəni gördü, göründü sözlərindən əmələ gəlib və guya Nuh Araratın zirvəsindən ilk dəfə quru torpağı bu yerlərdə, yəni şəhərin yerləşdiyi ərazidə görərkən onu belə adlandırmışdır. Bu, tamamilə uydurmadır. Daha doğrusu, bu şəhər 1441-ci ildən, Cahan şah dövründə farslar (yəni Qaraqoyunlu əmirləri) buranı zəbt etdikdən sonra məşhurlaşmışdır. O dövrdən 1827-ci ilədək İrəvan gah farslar, gah da türklər tərəfindən zəbt olunmuş, aramsız olaraq bir xalqın əlindən digər xalqın əlinə keçirdi… Sonuncu İrəvan sərdarı da daxil olmaqla, İrəvan şəhərini və onun qəzasını müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa və farslar tərəfindən 33 xan idarə etmiş­dir…”

İrəvan əyaləti 658-ci ildə ərəb qoşunları tərəfindən işğal edilmişdir. Xilafət dövründə Cənubi Qafqaz əmirliklərinin idarəçiliyi bir qayda olaraq türklərə həvalə edilmişdir.

Məşhur türk səyyah-coğrafiyaşünası Övliya Çələbi İrəvanı yaşayış məntəqəsi kimi XV əsrin əvvəllərinə aid edir. Onun yazdığına görə, hicri təqvimi ilə 810-cu ildə (1407-1408) Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani adlı tacir çox münbit Rəvan torpağına qədəm qoymuş, öz ailə üzvləri ilə burada sakin olmuş və düyü əkini hesabına gündən-günə varlanaraq bu böyük kəndin əsasını qoymuşdur. Övliya Çələbi daha sonra əlavə edir ki, Səfəvilər dövlətinin baş­çısı Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını “Rəvan” qoymuşdur.

Bəzi tədqiqatçılar İrəvan şəhərinin və qalasının salınmasının tarixçəsi ilə bağlı Övliya Çələbinin yazdıqları ilə razılaşır, bəziləri isə şəhərin tarixinin daha qədim olması haqqında yazan digər müəllifləri haqlı hesab edirlər. Fakt odur ki, Şah İsmayıl 1501-ci ildə İrəvan şəhərini fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə etmişdir. Rəvanqulu xan da qalanı 7 ilə tikdirərək başa çatdırmışdır.

Osmanlı və Səfəvi imperiyaları arasında gedən müharibələr nəticəsində İrəvan şəhəri 14 dəfə əldən ələ keçmişdir. Hər dəfə də müəyyən dağıntılara məruz qalmış, sonradan yenidən bərpa edilmişdir. 1554-cü ildə Osmanlı qoşunları İrəvanı darmadağın edərək ələ keçirmişdir. 1580-ci ildə Osmanlı vəziri Lələ Mustafa paşa yenidən İrəvanı işğal etmişdir. Bir çox səyyah və tarixçilərin təsvir etdikləri İrəvan qalası köhnə qalanın yerində, Osmanlı işğalı dövründə Fərhad paşa tərəfindən 1582-1583-cü illərdə inşa edilmişdir. Uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə edirdi. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m idi. Qalanın birqat divarı Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən keçirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü salınmışdı.

1604-cü ildə I Şah Abbasın qoşunu İrəvan şəhərini türklərin əlindən alsa da, əks hücum nəticəsində geri çəkilərkən “yandırılmış torpaq” siyasəti yeritmiş, Çuxur-Səəd bəylərbəyliyinin bütün əhalisini, o cümlədən İrəvanın əhalisini Arazın o tayına köçürmüşdür. 1635-ci ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirir. 1639-cu ildə Səfəvilərlə Osmanlılar arasında bağlanan Qəsri-Şirin müqaviləsinə əsasən İrəvan əyaləti, o cümlədən İrəvan şəhəri yenidən Səfəvilərin hakimiyyəti altına keçir. Səfəvilərin süqutundan sonra şəhər 1723-cü ildə türklər tərəfindən işğal edilir. 1733-cü ildə Nadir İrəvanı Osmanlılardan azad edir. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil xanlıqlar yaranır. İrəvan şəhəri eyniadlı xanlığın mərkəzi olur.

İrəvan qalasında və şəhərdə nadir memarlıq inciləri hesab edilən məscidlər, karvansaralar, hamamlar, istirahət parkları inşa edilmişdi. Şəhərə Qırxbulaq yaylasından içməli su çəkilmiş, yeni suvarma kanalları sayəsində İrəvan bağlar diyarına çevrilmişdi. 1679-cu il iyunun 4-də İrəvanda baş verən zəlzələ şəhərin bütün tikililərini darmadağın etsə də, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə tezliklə bərpa edilmişdi. Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar sarayı İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdi.

Avropa səyyahları Jan Tavernye, Jan Şardən, Kerr-Porter, Ceyms Morier, Monpere, Kameron, Linç və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər. İrəvan şəhəri 4 massivdən ibarət olmuşdur: Qala, Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı yerləşirdi. Şəhri məhəlləsi Qırxbulaq çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları və hamamları bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı və yay köşkü Zəngi çayının sağ sahilində yerləşirdi. Dəmirbulaq məhəlləsi Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində yerləşirdi. Cəfər bəy məscidi və hamamı, həmçinin Həsənəli hamamı və Susuz karvansarayı da burada yerləşirdi.

Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində sü­qut etdi. Qaladan kənardakı düşərgəsində olan Paskeviçə İrəvan qalasını alınması xəbəri çatanda artıq rus əsgərləri talana başlamışdılar. Qaladakı evlərin hamısı top mərmilərindən yerlə yeksan olmuş, küçələr meyitlərlə dolmuşdu. Oktyabrın 2-də qalanın cənub darvazasının önündə qələbə paradı keçirilmişdi. Zəfər marşı çalınmış və toplardan yaylım atəşləri açılmışdı. Bu zaman zədələnmiş qala divarlarının bir hissəsi uçmuş və çoxlu insan tələf olmuşdu. İrəvan qalasının alınmasına görə Paskeviç imperator tərəfindən “Qraf Erivanski” tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra “İrəvan qalasının alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. İmperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi.

İrəvan qalasının alınması xəbəri Rusiya İmpreratoru I Nikolaya Riqada olarkən çatdırılmışdı. Həsən xanın qılıncını çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqada olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı. (Həmin qılınc hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılır. ) Peterburqa qayıtdıqdan sonra İmperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibətilə dualar etmişdilər. İrəvan qalasının işğalı zamanı götürülmüş açarları və 4 bayrağı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi.

İrəvan qalasının süqutundan ruhlanan rus qoşunları 1827-ci ilin sonu, 1828-ci ilin əvvəllərində Cənubi Azərbaycanın Təbriz, Xoy, Urmiya, Səlmas və Ərdəbil şəhərlərini də ələ keçirirlər. 1828-cil fevralın 10-da Təbriz-Tehran yolunun üzərindəki Türkmənçay kəndində imzalanan mü­qavilə ilə İrəvan xanlığının Rusiyaya ilhaq edilməsi rəsmiləşdirilir.

İrəvan rus işğalında

İrəvan xanlığının işğalından bir neçə gün sonra – 1827-ci il oktyabrın 6-da həmin ərazidə Paskeviçin əmri ilə yeni Rusiya üsul-idarəsi kimi, “İrəvan Müvəqqəti İdarəsi” yaradılır. Yerli qoşunların komandanı general Krasovski idarənin rəisi, qalanın müvəqqəti komendantı pod­polkovnik Bronevski və arxiyepiskop Nerses Aştarakesi isə idarənin üzvü təyin edilirlər. Müvəqqəti idarənin qarşısında ölkədə hakimiyyəti ələ almaq, qayda-qanun yaratmaq, ordunu daimi ərzaqla təchiz etmək, İrəvan, Sərdarabad və Abbasabad qalalarını müdafiə etmək, Gürcüstanla əlaqə yaratmaq, pambıqçılığı inkişaf etdirmək, duz istehsalını artırmaq, İrəvan xanının mülklərinin, sürülərinin, gəlirlərinin hesabatını aparmaq, onun bütün daşınar və daşınmaz əmlakını müsadirə etmək vəzifəsi qoyulmuşdu.

Krasovskinin Nersesə verdiyi qeyri-məhdud səlahiyyətlər sayəsində ermənilər istə­dik­lərinə nail olurlar. Müharibədən çıxmış əhaliyə paylamaq üçün verilən 4500 çetvert taxılın böyük hissəsi sayca azlıq təşkil edən ermənilərə paylanmışdı. Müsəlmanlar dövlət himayəsindən məhrum edilmişdilər. Bununla əlaqədar Paskeviç baş qərargah rəisinə 2 aprel 1828-ci ildə göndərdiyi məktubunda yazırdı: “Mən təsəvvür etməzdim ki, Krasovski yalnız Nersesin iradəsi ilə hərəkət edəcək, mənim ona verdiyim təlimata məhəl qoymayıb, yenicə ələ keçirilmiş əyalətin idarə edilməsi qayğısına qalmayacaq, bütün əhalinin dörddə üçünü təşkil edən müsəlmanlara himayədarlıq etməyəcək, lazımi vəsait ayırmayacaq”. Yerli müsəlmanlara qarşı edilən ayrıseçkilik narazılığın artmasına səbəb olur, nəticədə onların bir qismini İran və Türkiyəyə köçüb getməyə vadar edirdi. Rusiyadan narazı müsəlman əhalinin sərhədin əks tərəfində cəmlənməsi Paskeviçi narahat edirdi. Ona görə də o, Nersesi İrəvan müvəqqəti idarəsindəki fəaliyyətindən uzaqlaş­dırmışdı. Türkmənçay müqaviləsi imzalandıqdan sonra Paskeviç general Krasovskini İrəvan mü­vəq­qəti idarəsinin rəisi vəzifəsindən azad etmiş, müsəlmanlara qarşı bəd əməllərindən əl çək­məyən arxiyepiskop Nersesi isə Bessarabiyaya sürgün etdirmişdi.

1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqıarı Rusiyaya birləşdirilıir. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq edir və ertəsi gün Erməni vilayəti yaradılması haqqında fərman verilir. Fərmanda deyilirdi: “İranla bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra Erməni vila­yəti adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında Ali Senat lazımi fərmanları öz vaxtında alacaqdır. ”

Ermənilərin İrəvan xanlığının işğalındakı xidmətləri nəzərə alınaraq, yeni yaradılan inzibati-ərazi vahidi “Erməni vilayəti” adlandırılmışdı. Əslində isə bu ad ermənilərin İran və Türkiyə ərazisindən köçürülüb gətirilərək yeni işğal olunmuş ərazilərdə ermənilərdən ibarət xristian bufer zolağı yaratmağa xidmət edirdi. Rusiyanın hakim dairələri öz niyyətlərinə çatdıqdan sonra vilayətin adından “erməni” ifadəsi götürülmüşdü. İrəvan xanlığının işğalından dərhal sonra rus üsul-idarəsi tətbiq edilməmiş, bir müddət xanlıq dövründəki idarəçilik forması saxlanılmışdı.

Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahalı, Naxçıvan əyalətinə 5 mahal və Ordubad dairəsinə 5 mahal daxil idi. Vilayət idarəsinin rəisi vəzifəsinə yerli qoşunların komandanı general-mayor Aleksandr Çavçavadze təyin edilmişdi. Vilayət idarəsinin üzvləri iki rus hərbçisindən və azərbaycanlıların və ermənilərin təmsilçilərindən ibarət idi. (Çavçavadzenin qızı Nina rus dramaturqu və diplomatı, 1829-cu ilin fevralında Tehranda səfir olarkən qətlə yetirilən Aleksandr Qriboyedovun arvadı idi).

13 fevral 1830-cu ildə vilayətin rəisi vəzifəsinə Tiflis ermənisi general-mayor Vasili Bebutov (Behbudov) təyin edilir. Erməni tarixçisi Z. Qriqoryan ermənilərin vilayətin idarəçiliyində iştirakına qadağa qoyulmasını təsdiq edərək yazır ki, V. Bebutovun vilayət rəisi olduğu dövrdə ruslaşdırma siyasəti daha da gücləndirilmiş, nəinki administrasiya mərkəzində, hətta mahallarda belə bütün hərbi və mülki vəzifələrə rus məmurları təyin edilmişdi.

23 iyun 1833-cü ildə çar I Nikolay “Erməni vilayəti”nin yeni adminstrativ quruluşunu təsdiq edir. İrəvan qəzası 4 dairəyə – İrəvan, Şərur, Sürməli və Sərdarabad dairələrinə bölünür.

1840-cı il aprelin 10-da Cənubi Qafqazın yeni inzibati quruluşu haqqında qanun qəbul edilir. Yeni qanunla “Erməni vilayəti” buraxılır. İrəvan qəzası yeni yaradılan Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilir. Pəmbək-Şörəyel distansiyası isə Aleksandropol qəzasının tərkibinə daxil edilir. 1844-cü ildə Qafqaz canişinliyi yaradılır. 14 dekabr 1846-cı il qanunu ilə Qafqazın yeni inzibati bölgüsü təsdiq edilir. İrəvan və Aleksandropol qəzaları yeni yaradılan Tiflis quberniyasının tərkibinə daxil edilir. Senatın 9 iyun 1849-cu il fərmanı ilə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Novo-Bəyazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir.

1870-ci ildə İrəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz qəzası, 1875-ci ildə isə Sürməli qəzası yaradılır. 1918-ci ilə qədər İrəvan quberniyanın tərkibinə 7 qəza – İrəvan, Aleksandropol, Naxçıvan, Novo-Bəyazid, Sürməli, Şərur-Dərələyəz və Eçmiədzin qəzaları daxil idi.

Rusiya işğalı dövründə İrəvan və Gümrü (Aleksandropol) şəhərlərinin, habelə İrəvan quber­niyasının gerbləri təsdiq edilmişdir. İrəvan şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olun­muşdu. Gerbin təsviri belə idi: Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində Nuhun gəmisini simvolizə edən Ağrı (Ararat) dağı təsvir olunmuşdu. Gerbin ikinci qızılı sahəsində mavi dalğalı kəmər Qara dənizi simvolizə edirdi. Bu sahələrin ortasında gümüşü fonda əlində nizə tutan süvari təsvir olunmuşdu. Gerbin aşağı hissəsinin sahəsi Gürcü-İmereti quberniyasının gerbinin təsvirindən götürülmüşdü.

İrəvan quberniyasını idarə edənlər arasında nəinki erməni qubernator, heç vitse-qubernator belə olmamışdr. Çar Rusiyası dövründə İrəvan quberniyası ərazisində mövcud türkmənşəli toponimlər olduğu kimi saxlanılırdı. Yalnız İrəvan Erivanla (1828) , Gümrü Aleksandropolla , Kəvər isə Novo-Bayazetlə (1850) əvəz edilmişdi. Rusiya işğalı dövründə çap edilən inzibati-ərazi və topoqrafik xəritələrdə qeyd olunan toponimlər həmin ərazinin tarixən Azərbaycan türklərinə məxsusluğunu əyani şəkildə göstərir.

1853-cü ildə baş verən zəlzələ nəticəsində İrəvan qalasının divarları yenidən uçmuşdur. 1864-cü ildə İrəvan qalasından hərbi məqsədlər üçün istifadəyə son qoyulmuşdur. 1868-ci ildən Xan sarayının Sərdar zalında İrəvan şəhər polis idarəsi yerləşirdi. İrəvan qubernatorunun vəsatəti əsasında Qafqaz canişinliyi Sərdar zalının (Güzgülü salon) təmiri üçün 1867, 1871, 1874, 1880-ci illərdə vəsait ayırmışdı.

1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı tacir satın alaraq orada şərab zavodu (indiki konyak zavodu) inşa etdirmişdir. İrəvan şəhərinin texniki B. Mehrabovun 1906-1911-ci illərdə tərtib etdiyi planda şəhərdə 8 məscidin (Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Abbas Mirzə məscidi), Dəmirbulaq, Hacı Cəfər) mövcudluğu göstərilir. Həmin dövrdə İrəvan şəhərində azərbaycanca səslənən küçə adları belə idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.

İrəvanda çoxsaylı karvansaralar da mövcud olmuşdur: Əfşar, Sərdar, Şeyxülislam, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və s. Azərbaycanlılara məxsus bu karvansaraların hamısı yer üzündən silinmişdir.

XX əsrin əvəllərinədək İrəvanın küçələri qaz və kerosin fənərləri ilə işıqlandırılırdı. 1907-ci ildə İrəvanın varlı sakini Hacı İbrahim oğlu Zəngi çayı üzərində su elektrik stansiyası tikilməsi təşəbbüsü ilə çıxış etmişdi. 1909-cu ildə şəhərin daha bir varlı azərbaycanlısı – mühəndis Xəlil bəy Qasımbəyov həmkarı Arşak Malxasyanla birgə qurduqları “Kooperasiya” şirkətinin adından su elektrik stansiyasının tikilməsi üçün şəhər idarəsinə müraciət etmişdilər. 1911-ci ildə İrəvandan təqribən 19 km məsafədən Gedər çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə su kəməri çəkil­mişdi. Bu kəmərin çəkilməsində Abbasqulu xanın İrəvanskinin müstəsna rolu olmuşdu.

1918-ci il mayın 28-də cənubi Qafqazda üç müstəqil dövlət – Azərbaycan, Gürcüstan, Ermənistan dövlətləri yarananda Azərbaycan Milli Şurası 29 may tarixli qərarı ilə İrəvan şəhərini ermənilərə paytaxt kimi güzəştə getmişdir. Lakin 1918-1920-ci illərdə mövcud olmuş daşnak hakimiyyəti dövründə İrəvan şəhərində azərbaycanlılara qarşı soyqırım, onlara məxsus maddi-mədəniyyət abidələrinə qarşı isə vandalizm aksiyaları həyata keçirilmişdir. Məscidlərə od vurulmuş, azərbaycanlıların evləri talan və zəbt edilmişdi.

Sovet hakimiyyəti illərində də azərbaycanlıların diskriminasiyası və deportasiyası rəsmi Ermənistanın siyasətinin tərkib hissəsi olmuşdur. 1924-cü ildə Aleksandr Tamanyanın layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin rekonstruksiyası, əslində azərbaycanlıların izini silməyə xidmət edirdi. Göy məsciddə İrəvan şəhər Tarix Muzeyi yerləşdirilmiş, Zal xan (Şəhər) məscidi Rəssamlar İttifaqının sərgi salonuna çevrilmiş, yeganə olaraq Dəmirbulaq məscidindən başqa qalan bütün məscidlər yerlə yeksan edilmişdi. Dəmirbulaq məscidi isə 1988-ci ilin martında erməni vandalları tərəfindən yandırılmışdı. Sərdar sarayı, İrəvan qalasının divarları sökülərək daşlarından Sahil bulvarının salınmasında istifadə edilmişdi. Köhnə şəhər massivində azərbaycanlılar yaşayan məhəllələr sökülərək yerində parklar, kinoteatrlar, meydanlar salınmışdı.

İrəvan şəhəri dünya paytaxtları arasında yeganə şəhərdir ki, onun qədimliyi ilə öyünüldüyü halda, orada mövcud olan tarixi-memarlıq abidələrinin yaşı 200 ildən artıq deyil. Çünki İrəvanda mövcud olmuş qədim tarixi-memarlıq abidələrinin hamısı azərbaycanlılara məxsus olduğuna görə, ermənilər onların hamısını yer üzündən silmişlər. İrəvan şəhərinin adı isə indiyədək iki dəfə dəyişdirilmişdir. Birinci dəfə rusların işğalından sonra 1828-ci ildə Erivan (Эривань), ikinci dəfə isə 1936-cı ildə dəyişdirilərək Yerevan (Ереван) adlandırılmışdır. Acı reallıq odur ki, vaxtilə aborigen əhalisi tamamilə azərbaycanlılardan ibarət olan İrəvan, hazırda monoetnik erməni şəhərinə çevrilmişdir.

Ərazisi

XVIII əsrin ortalarında tarixi Azərbaycan torpaqlarında yaranan İrəvan xanlığı Azərbaycanın Ağrı (Ararat) dağı ilə Alagöz (Ələyəz) dağı arasında qalan və Araz çayının hər iki sahilində yerləşən ərazini əhatə etmişdir. İrəvan xanlığı şimaldan Pəmbək əyaləti, Şəmşəddil, Qazax sultanlıqları və Gəncə xanlığı, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənubdan Xoy və Maku xanlıqları və Bayazid paşalığı ilə, qərbdən Qars paşalığı və şimali-qərbdən Şörəyel sultanlığı ilə həmsərhəd idi. İrəvan xanlığının ərazisi təqribən 23,8 min kv. km olmuşdur.

Təs­vir olunan ərazi XV əsrin əvvəllərindən başlamış, İrəvan xanlığının yaranmasınadək olan dövr­də Qaraqoyunlu tayfa birliyinə daxil olan Səədli tayfasının başçıları tərəfindən idarə olun­muş­dur. Yerləşdiyi coğrafi mövqeyinə görə Çuxur Səəd – yəni Səədin Çuxuru adlandırılmışdır. Bəzi mənbələrdə həm də İrəvan ölkəsi adlanan Çuxur-Səəd hakimi Əmir Səədin vəfatından sonra 1413-cü ildə onun oğlu Pir Hüseyn tərəfindən inşa olunan ailə məq­bə­rəsi hazırda İrəvan şəhəri yaxınlığındakı Cəfərabad (1946-cı ildən Arqavand adlandırıblar) kəndi­nin ərazisindədir və həmin abidəni indi ermənilər “Türkmən abidəsi” kimi təqdim etməyə çalışırlar.

1501-ci ildə Səfəvilər dövləti yarandıqdan sonra Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından 4 bəylərbəyliyə bölünmüşdü və Çuxur-Səəd bəylərbəyliyi onlardan biri idi. Bəylərbəyliyin mərkəzi İrəvan şəhəri idi və o, İrəvan bəylərbəyliyi kimi də tanınırdı. Çuxur-Səəd bəylərbəyliyi müəyyən vaxtlarda Osmanlı Türkiyəsinin tərkibində olmuş və İrəvan əyaləti statusu ilə tanınmışdır. 1728-ci ildə osmanlılar tərəfindən tərtib edilən “İrəvan əyalətinin icmal dəftəri”nə görə əyalət ərazi-inzibati bölgüsü baxımından aşağıdakı hissələrə bölünmüşdü: İrəvan şəhəri, Qırxbulaq, Karbi, Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göycə, Dərələyəz, Məzrəə, Sürməli, İğdır, Aralıq, Şərur nahiyələri, Şörəyel (Şürəgəl) və Naxçıvan sancaqları.

Nadir şahın hakimiyyəti dövründə (1736-cı ildən) İrəvan vilayəti Azərbaycan bəylərbəyliyinin tərkibində olmuşdur. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Afşarlar imperiyası dağılmış, müstəqil xanlıqlar yaranmışdı. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığı da inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar isə öz növbəsində kəndlərə bölünürdü.

İrəvan şəhəri ayrıca inzibati-ərazi vahidi kimi götürülürdü. Xanlığın mərkəzi kimi, İrəvan şəhərin­də xeyli abadlıq və quruculuq işləri həyata keçirilmiş, memarlıq inciləri sayılan neçə-neçə məs­cidlər, karvansaralar, hamamlar inşa edilmişdi. İrəvan qalasının özü qala-şəhər kimi möhtəşəm memarlıq kompleksi idi.

1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığını özündən asılı vəziyyətə salmışdı. Qacar, eyni zamanda Şörəyel və Pəmbək ərazilərini xüsusi fərmanla İrəvan xanı Məhəmməd xanın tabeçiliyinə vermişdi.

Mahalların coğrafi mövqeyi və inzibati vahidləri, müharibələr nəticəsində dağıdılmış kəndlər haqqında 1829-1832-ci illərdə keçmiş İrəvan xanlığı ərazisində kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopen ətraflı məlumat vermişdir.

İrəvan xanlığının Rusiya qoşunları tərəfindən 1827-ci ildə işğalı ərəfəsində xanlığın inzibati-ərazi bölgüsü 15 mahaldan və xanlıqdan yarıasılı Şörəyel sultanlığından ibarət olmuşdur. Mahalların adları belə idi:

1. Qırxbulaq
2. Zəngibasar
3. Gərnibasar
4. Vedibasar
5. Körpübasar
6. Sərdarabad
7. Talın
8. Səədli
9. Abaran
10. Seyidli-Ağsaqqallı
11. Dərəçiçək
12. Göycə
13. Şərur
14. Dərəkənd-Parçenis
15. Sürməli

Mahallardan yalnız ikisi – Dərəkənd-Parçenis və Sürməli mahalları Araz çayının sağ sahilində yerləşirdi.
Mahalların təşkili zamanı suvarma sistemlərinin mövcudluğu, kəndlərin çay hövzələrinə yaxınlığı əsas meyar kimi götürülürdü. Məsələn, Zəngibasar mahalına Zəngi çayının suyundan istifadə edən kəndlər daxil edilmişdi.

İrəvanı kimlər idarə etmişlər:

Çuxursəəd bəylərbəyləri:

Əmir Səəd (XIV əsrin sonlarından 1410-cu ilə qədər)

Pir Hüseyn (1410-1413)

Pir Yaqub (Pir Hüseyn oğlu) (1420-ci illər)

Əbdül (Pir Hüseyn oğlu) (1440-cı illər)

Yaqub bəy (1440-cı illər)

Həsənəli Qaraqoyunlu (1460-cı illər)

Div Sultan Rumlu (1515-dən)

Hüseyn xan Sultan Rumlu (1550-ci ildən)

Şahqulu Sultan Ustaclı (1550-1575)

Məhəmməd xan Toxmaq Ustaclı (1576-1583)

Xıdır paşa (1583)

Məhəmməd Şərif paşa (1604-cü ilədək)

Əmirgünə xan Qacar (1604/5-1625)

Təhmasibqulu xan Qacar (1625-1635)

Fərhad paşa (1635)

Kalbalı xan (1636-1639)

Çağata Kötük Məhəmməd xan (1639/40-1648)

Xosrov xan (1648-1652/53)

Məhəmmədqulu xan Lələ bəy (1652/53-1659/60)

Nəcəfqulu xan (1659/60-1663)

Abbasqulu xan Qacar (Əmirgünə xan Qacarın oğlu) (1663-1666)

Səfi xan (Alxas Mirzə)*** (1666/67-1674)

Sarıxan bəy (1674-1675)

Səfiqulu xan (1675-1679)

Zal xan (1679-1688)

Murtuzaqulu xan (1688-1691)

Məhəmmədqulu xan (1691-1694)

Zöhrab xan (1694-1699)

Fərzəli (Fətəli) xan Qacar (1699-1705)

Əbdül Məhəmməd xan (1705-1709)

Mehrəli xan (1709-1719)

Allahqulu xan (1719-1725)

Rəcəb paşa (1725-1728)

İbrahim paşa və Mustafa paşa (1728-1734)

Əli paşa dəftərdar (1734)

Hacı Hüseyn paşa (1734)

Məhəmmədqulu xan (1735)

Pir Məhəmməd xan (1736)

İrəvan xanları:

Mehdi xan Qasımlı (Əfşar) (1747-1748)

Məhəmməd Hüseyn xan Gəraylı (1748-1751)

Xəlil xan Özbək (1751-1755)

Həsənəli xan Qacar (1755-1759)

Hüseynəli xan Qacar (Həsənəli xan Qacarın qardaşı) (1759/60-1783, noyabr)

Qulaməli xan Qacar (Hüseynəli xan Qacarın oğlu) (1783-1784, yay )

Məhəmməd Hüseyn xan Qacar (Hüseynəli xan Qacarın oğlu) (1784-1797, iyun)

Əliqulu xan Qacar (Ağa Məhəmməd şah Qacarın qardaşı) (1797, iyun)

Həsən xan Makulu (1797, yay)

Mehdiqulu xan Qacar (1805, yay — 1806, avqust)

Əhməd xan Marağalı (1806, avqust-oktyabr)

Hüseynqulu xan Qacar (Qoyunlu) (1806, dekabr-1827, oktyabr)

Qubernatorlar:

Nazorov İvan İvanoviç
General-mayor

Astafyev Mixail İvanoviç
General-mayor

Roslavlev Mixail İvanoviç
General-mayor

Şalikov Mixail Yakovleviç
General-leytenant

Freze Aleksandr Aleksandroviç
General-leytenant

Tizenhauzen qraf Vladimir Fedoroviç
həqiqi mülki müşavir

Nazim Mustafa İrəvan Şəhəri, Bakı – 2013

İrəvan Xanlığı, Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürül­məsi, Bakı 2010, (Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, t. e. d. prof. Yaqub Mahmudovun elmi redaktorluğu ilə)

Иреванское Ханство

Эриванское ханство (азерб. İrəvan xanlığı , перс. خانات ایروان ) — феодальное владение, образованное в 1747 г. на месте Чухур-Саадского беглербегства Персии после падения в ней династии Афшаров, и находившееся в вассальной зависимости от шахов Персии. Существовало в 1747—1828 гг.

Эриванское ханство было самым сильным среди других азербайджанских ханств по экономическому потенциалу.

Столицей был город-крепость Эривань (арм. Ереван ), с XV века находившийся под властью тюрок [2] ; в 1604 г. был завоеван персидским[1] шахом Аббасом I у турок-османов [2] [1] ; шах выселил оттуда армян [3] [4] . После утверждения в районе власти династии Сефевидов город стал центром беглербегства. Первым беглербегом был назначен полководец Амиргунахан (1604—28) [5] . После смерти Надир-шаха (1747) должность правителя (с титулом хана) стала наследственной [5] .

Население

Этнический состав населения до подписания мирного договора между Россией и Персией 1828 года: азербайджанцы, курды, армяне. В другом месте Джордж Бурнутян отмечает, что к концу существования Эриванского ханства мусульманское население, складывавшееся из персов, курдов и тюрко-татар (согласно профессору Ф. Каземзаде, азербайджанцев [6] ), составляло около 90.000 из общего населения в 110.000 человек [7] . Азербайджанские источники (в частности, Фарида Мамедова) указывают на то, что большую часть населения ханства составляли «азербайджанские тюрки» [8] .

История

Эривань была завоевана Сефевидами у турок-османов в 1604 году в правление шаха Аббаса Великого, который назначил первым беглербеком Эривани своего приближенного Амиргуне-хана. С падением державы Сефевидов Эривань была занята турками, и по русско-турецкому договору 1724 года [9] Пётр I признавал турецкий протекторат над ханством [10] . Однако уже в 1731 г. персидские войска под командованием Надир-шаха отвоевали у турок эти земли. После убийства Надир-шаха в 1747 г. и внутренних смут в Иране, наступивших при слабой Зендской династии, Эриванское ханство, как указывает американский историк Тадеуш Свентоховский, наряду с другими ханствами южного и северного Азербайджана вступило в полувековой период фактической независимости, при номинальном признании власти Зендов [11] . Правители Эриванского ханства принадлежали к тюркскому племени каджаров, поселённому в регионе в начале XV века Тамерланом, также как и правившая в Иране династия Каджаров. [12]

С начала XVIII в. армяне Эриванского ханства ведут борьбу за национальное освобождение [5] . В этой борьбе они были поддержаны грузинским царём Вахтангом VI, а также населением Гянджи. Армяне Эриванского ханства активно участвовали в борьбе меликств Сюника и Карабаха (1724—28) против турецкой власти, а также в русско-иранских войнах 1804—13, 1826—28 на стороне России [5] .

Во время первой русско-персидской войны Эриванская крепость дважды осаждалась русскими (в 1804 г. Цициановым и в 1808 г. Гудовичем), и оба раза безуспешно; по Гюлистанскому мирному договору Россия признала ханство «в совершенной власти» Персии [13] . 5 октября 1827 г. Эривань была взята генералом Паскевичем, получившим за это титул графа Эриваньского. 10 февраля 1828 г. ханство было формально уступлено персидским шахом России. Согласно статье III подписанного в тот день Туркманчайского мирного договора, ханство передавалось шахом «в полную собственность» Российской империи [14] , с обязательством в шестимесячный срок передать все архивы и документы, относящиеся к управлению им.

В марте 1828 года из территорий Эриванского и Нахичеванского ханств была образована Армянская область, куда было разрешено переселяться армянам из Ирана и Турции, часть из которых этим разрешением воспользовались и при покровительстве чиновников царской России перешли на территорию новообразованной области. [15] [16]

Памятники истории и культуры

Иреванская крепость

Крепость была построена в 1504-ом году и строилась в течении семи лет Ревангулу ханом[2], по приказу государя Сефевидов шаха Исмаила I. Вход и выход из крепости осуществлялся посредством трёх мощных крепостных ворот: «Тебризские» с южной стороны, «Мейданские» с северной стороны, и «Кёрпю», выводившие прямо на мост. Над каждыми воротами вывешивался флаг.

Ханский дворец

Ханский дворец был построен одновременно с крепостью и находился в ней. В 1605—1625-ом годах по приказу правителя Иревана Амиргуна хана Каджара дворец был перестроен. В 1760—1770-ых годах по приказу правителя Иревана Гусейнали хана была проведена перестройка дворца. В 1791-ом году по приказу сына Гусейнали хана Мухаммед хана к дворцовому комплексу были достроены зеркальный зал и летняя резиденция.

Сердары и ханы Эривани

  • 1. Амиргуне-хан (1604 − 28).
  • 2. Тахмасп Кули-хан (1628 − 34).

1634 − 1636 османская оккупация.

  • 3. Калбали-хан (1636 − 41).
  • 4. Кетух Ахмад-хан (1641 − 45).
  • 5. Хосров-хан (ок. 1645 − 50).
  • 6. Мухаммед-хан (ок. 1650 − 55).
  • 7. Наджаф-хан (ок. 1655 − 60).
  • 8. Аббас Кули-хан (ок. 1660 − 65).
  • 9. Сефи Кули-хан I (ок. 1655 − 70).
  • 10. Сефи Кули-хан II (ок. 1670 − 75).
  • 11. Заал-хан (ок. 1675 − 80).
  • 12. Муртаза Кули-хан (ок. 1680 − 82).
  • 13. Мухаммед-хан (1682 − 88).
  • 14. Фарзали-хан (ок. 1688—1710)
  • 15. Амиргуне-хан (ок. 1710 − 24).

1724 − 1736 османская оккупация.

  • 16. Тахмасп Кули-хан (ок. 1736 − 40).
  • 17. Махмуд Кули-хан (ок. 1740 − 45).
  • 18. Мехти-хан Касымлу (ок. 1745 − 48).
  • 19. Гасан Али-хан (1748 − 50).
  • 20. Гусейн Али-хан (ок. 1750 − 80).
  • 21 − 23. неизвестные ханы.
  • 24. Мухаммед-хан (1796—1804).
  • 25. Мехти Кули-хан (1804 − 06).
  • 26. Ахмед-хан (1806 − 08).
  • 27. Гусейн Кули-хан (1808 − 28).

См.также

  • Ереван
  • Эриванская губерния
  • Армянская область
  • Туркманчайский мирный договор

Примечания

  1. 12Hewsen, BournoutianErevan. Encyclopedia Iranica. Проверено 3 января 2009.
  2. 12Энциклопедический словарь Брокгауза и Ефрона. «Эривань»
  3. Relation des grandes guerres et victories obtenues par le roy de Perse Shah Abbas contre les epmereurs de Turquie, Mahomet et Achmet son fils. Par le P. Fr. Anthoine de Gouvea, traduit de l’original portuguais, Rouen, 1646, pp. 225.
  4. Аракел Даврижеци. Книга историй
  5. 1234БСЭ, ст. Ереванское ханство
  6. The land was mountainous and dry, the population of about 100,000 was roughly 80 percent Muslim (Persian, Azeri, and Kurdish) and 20 percent Christian (Armenian). Firuz Kazemzadeh. Reviewed Work(s): Eastern Armenia in the Last Decades of Persian Rule, 1807-1828 by George A. Bournoutian. International Journal of Middle East Studies, Vol. 16, No. 4. (Nov., 1984), pp. 566-567.
  7. G.A. Bournoutian. The Ethnic Composition and the Socio-Economic Condition of Eastern Armenia in the First Half of the Nineteenth Century. // Transcaucasia: Nationalism and Social Change. / Ed. by R.G. Suny. — Ann Arbor: University of Michigan Press, 1983. — Pp. 69-86; G.A. Bournoutian. A.L. Altstadt’s The Azerbaijani Turks: Power and Identity under Russian Rule: [Review]. // Armenian Review, # 45 (3). — Pp.63-69. — Данные приводятся по: Philip L. Kohl, Gocha R. Tsetskhladze. Nationalism, poliitcs, and the practice of archaeology in the Caucasus. // Nationalism, Politics and the Practice of Archaeology. / Ed. by Philip L. Kohl, Clare Fawcett. — Cambridge University Press, 1996. — P. 155.
  8. Ф. Мамедова. Причинно-следственная связь карабахской проблемы
  9. Русско-турецкий договор 1724 в БСЭ
  10. Статья Русско-персидские войны в энциклопедии «Кругосвет»
  11. In 1747 Nadir Shah, the strong ruler who had established his hold over Persia eleven years earlier, was assassinated in a palace coup, and his empire fell into chaos and anarchy. These circumstances effectively terminated the suzerainty of Persia over Azerbaijan, where local centers of power emerged in the form of indigenous principalities, independent or virtually so, inasmuch as some maintained tenuous links to Persia’s weak Zand dynasty. Thus began a half-century-long period of Azerbaijani independence, albeit in a condition of deep political fragmentation and internal warfare. Most of the principalities were organized as khanates, small replicas of the Persian monarchy, including Karabagh, Sheki, Ganja, Baku, Derbent, Kuba, Nakhichevan, Talysh, and Erivan in northern Azerbaijan and Tabriz, Urmi, Ardabil, Khoi, Maku, Maragin, and Karadagh in its southern part. — Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905—1920: The Shaping of National Identity in a Muslim Community. — Cambridge, UK, Cambridge University Press, 2004. — P.2.
  12. Часть каджаров некогда переселилась в Анатолию и Сирию. Эмир Теймур (Тамерлан) переселил 50 тысяч семейств каджаров в Кавказский край и поселил их в Эриване, Гандже и Карабаге, где они в течение времени еще более умножились. Многие из этих каджаров при сефевидских шахах были государственными деятелями и управляли Армениею и Ширваном. Это от них произошли эриванские и ганджинские ханы. — Аббас-Кули-Ага Бакиханов. Гюлистан-и Ирам («История восточной части Кавказа»). — Баку, 1991. — С.172. На принадлежность к каджарам последнего правителя Эриванского ханства, Хусейна Кули-хана, указывает также Дж. Бурнутян (George A. Bournoutian. Ḥosaynqolikhan Sardār-E Iravāni // Encyclopaedia Iranica. / Ред. Эхсан Яршатер (англ.) ).
  13. Гюлистанский мирный договор
  14. Туркманчайский мирный договор
  15. А.Грибоедов. Записка о переселеніи армянъ изъ Персіи въ наши области. 1928 г.
  16. И. К. Ениколопов. Грибоедов и Восток. — Ереван, 1954.

Irəvan xanlığı

XVIII əsrin II yarısı Azərbaycan tarixinə “Xanlıqlar dövrü” kimi daxil olmuşdur. Keçmiş Səfəvi bəylərbəyiliyi Çuxursədin yerində bu dövrdə İrəvan xanlığı yaranmışdır. Lakin İrəvan xanlığı Çuxursəd bəylərbəyiliyinin bütün ərazisini əhatə etmirdi. Çuxursəd bəylərbəyiliyinin ərazisinin bir hissəsi Naxçıvan və Maku xanlıqlarının sərhədlərinə daxil oldu. Çuxursəd bəylərbəyiliyinin adının bir türk toponimi olması inkaredilməz faktdır. Belə ki, mənbələr də sübut edir ki, sədli tayfa birliyi Qaraqoyunlu ittifaqına daxil idi. Sədli tayfası öz adını XIV əsrdə tayfa başçısı olan Əmir Səədin adından götürmüşdür. Əmir Səədin hakimiyyəti altında birləşmiş Azərbaycan-türk tayfaları XIV əsrin sonlarından başlayaraq Sədli adlandı. Elə bu dövrdən də Şimal-Qərbi Azərbaycanın Arazyanı Sürməli vadisindəki ərazisi (indiki Ermənistan Respublikasının Yerashadzor kəndi və onun ətrafı) Çuxursəd adlanmağa başladı [1,17].Çuxursəd bəylərbəyiliyini Səfəvi şahının təyin etdiyi ustaclı və rumlu tayfalarının nümayəndələri idarə edirdi.
Çuxursəd toponimi rəsmi sənədlərdə ilk dəfə 1428-ci ildə Üçkilsə (Valarşabad) kəndinə sahibliklə bağlı ərəbdilli sənəddə xatırlanır [7,140]. Arpaçayın Arazla qovuşduğu yerdən Naxçıvan və Arazın sağ sahilində yerləşməklə Ağrıdağa qədər əraziləri əhatə edən Sürməli Sədli tayfasının qədim yurdu idi. XV əsrdə Arazboyu torpaqları əhatə edən və Ağrıdağla Alagöz dağları arasındakı vadi də Sədli oymağına daxil idi. Teymuri tarixçisi Hafiz Ebru Sultan Şahruxun Azərbaycana yürüşlərindən bəhs edərkən Naxçıvan və Sürməli bölgəsinin Səədli oymağının qədim yurdu olduğunu qeyd etmişdir. Bu vadi böyük bir çuxura bənzədiyinə görə ona el arasında “Çuxur” da deyirdilər. İrəvan vilayətinin düzənlik bölgəsində yaşayan azərbaycanlılar çox sonralar – XVIII – XIX əsrlərdə də bu vadini Səhəd Çuxuru adlandırmaqda davam edirdilər . [1,18].
XVI əsr boyu davam edən Səfəvi-Osmanlı müharibələri Çuxursəd bəylərbəyiliyinə də təsirsiz ötüşməmiş, iki dövlət arasında müharibə meydanına çevrilmişdir. 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinə görə Çuxursəd Osmanlı dövlətinin tərkibinə daxil edilmişdir. Bundan sonra Osmanlılar bəylərbəyiliyin inzibati quruluşunda dəyişiklik etmişlər. Belə ki, yeni inzibati bölgü Osmanlıların “Müfəssəl dəftər”ində öz əksini tapmışdır. Çuxursəd bəylərbəyliyinin ərazisi iki livaya — İrəvan və Naxçıvan livalarına bölünmüşdü. İrəvan livasına 10 nahiyə daxil idi: İrəvan, Qərbi, Gərni, Vedi, Aralıq, Talın, Ərmus, Abnik, Abaran, Şərabxana. Naxçıvan livası isə 16 nahiyədən (Ağcaqala, Məvaziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad) və 1 qəzadan — Naxçıvan qəzasından (sancağından) ibarət idi [5,8-9]
1728-ci il tarixli İrəvan əyalətinin müfəssəl dəftərindən aydın olur ki, osmanlılar Naxçıvan bölgəsi üçün ayrıca bir müfəssəl dəftər tərtib etmiş, Zar, Zəbil və Şərur nahiyyələrini Naxçıvan sancağının tərkibindən çıxararaq İrəvan əyalətinə birləşdirmişdilər. Bundan əlavə Maku, İğdır, Sürməli adlı nahiyələrin İrəvan əyalətinə birləşdirilməsi ilə bərabər, bu əyalətin ərazisində Göyçə, Məzrə, Xınzırak, Qırxbulaq, Dərəçiçək və əhalisi 100% türk olan Sədərək adlı nahiyələr və Şürəngəl livası yaradılmış, XVI əsrin sonunda mövcud olmuş Talin, Ərmavi, Abnik, Şərabxana nahiyələri, Naxçıvan ərazisində isə Bazarçayı və Ağcaqala nahiyələri ləğv olunmuş, buraların kəndləri isə yeni yaradılmış nahiyələrə verilmişdir”. Hesablamalara görə əyalət əhalisinin 43784 nəfəri (61.2 %) türk – müsəlman idi. İrəvan şəhərində bu rəqəm 3369 nəfər (63.5%) təşkil edirdi [5, 18].
1747-ci ildə Nadir şahın qətlindən sonra Azərbaycanda iyirmi xanlıq meydana gəldi. Onlardan hər birinin Azərbaycan tarixində öz yeri və rolu vardır. Belə xanlıqlardan biri olan İrəvan xanlığının meydana gəlməsi bir tərəfdən Nadir şahın qətlindən sonra yaranan vəziyyətlə bağlı idisə, digər tərəfdən Qərbi Azərbaycanın nəzərdən keçirilən tarixi inkişafının nəticəsi idi. Qərbi Azərbaycan torpaqları tarixən bu və ya digər dövlətlərin tərkibinə daxil olmuşdu, lakin burada ayrıca dövlət yaranmamışdı. İlk belə dövlət İrəvan xanlığı oldu.
İrəvan xanlığı XVIII əsrin ortalarında Azərbaycan ərazisində uzun sürən İran hakimiyyətindən sonra müstəqil dövlət qurumu qazanan 20-yə yaxın xanlıqlardan biri idi. Tarixçi Həsi Abdullayevin sözləri ilə desək, “Azərbaycan xanlıqlarının yaranması prosesi onu əvvəlki dövrdən ayıran feodal münasıbətləri inkişafının labüd dövrü idi”. Həqiqətən də sabiq Çuxursəd ərazisində müstəqil İrəvan xanlığının yaranması ilə bu bölgədə yaşayan xalqların tarixində yeni səhifələr açıldı. [4,54].
İrəvan xanlığı Ağrıdağ düzənliyinin Göyçə gölü hövzəsi və Araz çayından cənub – qərbə doğru uzanan ərazini əhatə edirdi. Azərbaycanın şimal – qərbində yerləşən bu xanlıq paytaxt İrəvan şəhəri olmaqla inzibati cəhətdən naiblərin idarə etdiyi 15 mahala bölünürdü (Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Saatlı, Talin, Seyidli- Axsaxlı, Sərdarabad, Karpi, Abaran, Dərəçiçək, Göyçə). [4,13]. Xanlıq əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. İrəvan şəhəri əhalisinin yalnız dörddə biri ermənilər idi. Xanlığın ərazisində erməni dini mərkəzi “Üçmüəzzin” (“Eçmiədzin”), “Üçkilsə” yerləşirdi, kilsənin başçısı katolikos İrəvan xanı tərəfindən təyin olunurdu. İrəvana yiyələnməyə çalışan qonşu Kartli-Kaxeti çarları erməni katolikosunun köməyindən istifadə etmək məqsədilə onunla gizli əlaqə saxlayırdılar. Qeyd edək ki, erməni katalikosluğunun mərkəzi əvvəllər İrəvan ərzisində deyil, Kilikiyada yerləşirdi. 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın razılığı ilə ermənilərin dini mərkəzi Kilikiyadan Üçkilsə yaxınlığına köçürülmüşdür. Bununla Cənubi Qafqazda qriqorianlığı yayan erməni missionerləri üçün əlverişli şərait yarandı. Qaraqoyunlu hökmdarları erməni katolikoslarını himayə etdilər və onlara sərbəstlik verdilər. Bu vaxtdan Azərbaycanın Çuxursəd diyarında yerləşən Üçkilsə bütün ermənilərin dini mərkəzinə çevrildi. Qaraqoyunlulardan sonra Ağqoyunlulara sığınan Üçkilsə katolikoslarının mövqeyi daha da möhkəmləndi. Beləliklə, Azərbaycan ərazisində Çuxursəd diyarında Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu hökmdarlarının icazəsi ilə erməni kilsələri tikildi. [1,18-19].Yalnız bundan sonra ermənilər İrəvan və ətraflarına köç etmək hüququ qazanmışlar, lakin tarixin XX əsrə qədərki heç bir dönəmində bölgədə dominantlıq qazana bilmədilər.
XVIII əsrin ikinci yarısında Azərbaycanda mövcud olan başqa xanlıqlar kimi, İrəvan xanlığının da siyasi tarixi ardı-arası kəsilməyən feodal vuruşmaları, qanlı saray çevrilişləri və yadelli işğalçılara qarşı mübarizə ilə bağlıdır. Bu isə minlərlə əhalinin məhv olunmasına, şəhər və kəndlərin dağıdılmasına, istehsal qüvvələrinin zəifləməsinə və istehsalın aşağı düşməsinə gətirib çıxarırdı. Lakin bununla belə, mütəxəssislərin fikrincə, XVIII əsrin ikinci yarısında Azərbaycanda dövrün birinci yarısına nisbətən müəyyən təsərrüfat canlanması nəzərə çarpırdı. Azərbaycanın başqa xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da bu nisbi canlanma müşahidə olunurdu. İrəvan xanlığının iqtisadiyyatında əsas yeri torpaq üzərində mülkiyyət təşkil edirdi. Ölkənin iqtisadiyyatının başlıca sahəsini heyvandarlıq və əkinçilik təşkil edirdi. [4,55-56].
Bu gün İrəvan xanlığının yerləşdiyi ərazi Ermənistan adlandırılır. Azərbaycan dilində “Ermənistan” sözü 1921-ci ildə Sovet Rusiyasının İrəvan quberniyası ərazisində təşkil etdiyi dövlətin (və ölkənin) adıdır. Ondan əvvəl “Ermənistan” adı məlum deyil. 1588 və 1728 – ci illərə aid türkcə arxiv sənədlərində İrəvan şəhərinin adı ilə bu ölkə müvafiq olaraq “Rəvan əyaləti” və “İrəvan əyaləti adlanır” [3,19]. Deyilənlərdən görünür ki, indiki Ermənistan ərazisi ermənilərin yox, e. ə. VIII – VII əsrlərdən başlayaraq türk mənşəli tayfaların yaşadığı ölkə olmuş və sonralar, XIX əsrin əvvəllərinə qədər burada türklər aparıcı rol oynamışlar. Mənbələrdə elə bir tarixi məlumat yoxdur ki, Ermənistan ərazisində azərbaycanlılar erməniləri kəndlərindən qovub yerlərini tutsunlar. Lakin adları türkcə olan yaşayış məntəqələrində hələ orta əsrlərdə ermənilərin yaşaması halları istənilən qədərdir. Kimin gəlmə, kimin yerli olduğunu müəyyən etmək üçün bu faktın özü kifayətdir” [3,93].
İrəvan xanlığı 1747-1797 –ci illərdə müstəqil dövlət olmuş, 1797 – 1828-ci illərdə burada İranın hakimiyyəti bərpa olunmuşdu. Dövlətin başçısı xan idi; xandan sonra vəzir (yaxud baş mirzə), müxtəlif vəzifə daşıyan bəylər (divan bəyləri, sərkərdələr, əmirlər və s.) gəlirdi. Qoşuna xan özü başçılıq edirdi. Əhalisi, əsasən azərbaycanlılardan, qismən erməni və kürdlərdən ibarət idi; əkinçilik, bağçılıq, tərəvəzçilik və maldarlıqla məşğul olurdular. [4,13]. İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə Azərbaycan türklərindən ibarət olmasını ilk mənbələr də təsdiq edir. Məsələn, XVII əsr fransız səyyahı Şarden İrəvanda olankən (1673) Səfiqulu xan Çuxursəd bəylərbəyi və İrəvan hakimi idi. Şarden onun incəsənəti və elmi sevdiyini, hamının ona hörmət etdiyini göstərir. Səyyahın məlumatma görə, “. İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar (yəni Azərbaycan türkləri) yaşayırlar” . Bununla yanaşı, digər avropalı səyyah — 1700-cü ilin yazında İrəvanda olmuş alman səyyahı Kaspari Şillinger də təsdiq edir ki, İrəvan şəhərində sayca və siyasi cəhətdən Azərbaycan türkləri tam üstünlük təşkil edirdi. O yazır: “İrəvan şəhərinin daxilində (yəni şəhərin qala divarları içərisində) yalnız iranlılar (Azərbaycan türkləri), şəhərin nisbətən iri qəsəbəsində (görünür, Üçkilsədə) və müxtəlif yerlərdə kilsəyə xidmət üçün erməni tacir və sənətkarları yaşayır. Onlar iranlılara (Azərbaycan türklərinə) vergi verirlər”. “Qədim İrəvan” kitabında İrəvan əhalisindən bəhs edən Y.Şahəziz 1673-cü ildə İrəvanda olan fransız səyyahı Şardenin İrəvan qalasında yaşayan əhali haqda məlumatını bir daha təsdiq edir və daha maraqlı bir məqama toxunur. O yazır ki, ermənilərin orada (İrəvan şəhərində) yalnız dükanları var idi, onlar orada gündüzlər alver edir, axşamlar isə dükanlarını bağlayıb evlərinə gedirdilər. [1,45]
İrəvan xanlığında dövlət (divan), xalisə (xana və ailə üzvlərinə məxsus), mülk, vəqf və camaat torpaq mülkiyyəti formaları mövcud idi. Kəndlilər onlarca vergi verir və müxtəlif mükəlləfiyyətlər daşıyırdılar. [4,13]
Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət idarəçiliyi tarixində mühüm rol oynamış məşhur Qacarlar adlanan türk sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbaycanın minillər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi. İrəvan xanlığı öz inkişaf xüsusiyyətlərinə görə həmin dövrdə mövcud olmuş digər Azərbaycan xanlıqlarından heç nə ilə fərqlənmirdi. İrəvan xanlığının ərazisində, tarix boyu, Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri — kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, hamamlar inşa olunmuşdu. Bölgədəki bütün yer adları — toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanlıqları və bu qəbiristanlıqlarda Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı. Bütün bunlar Azərbaycan xalqının maddi mədəniyyət möhürləri idi. [1,7]
İrəvan xanlığı çar Rusiyasının işğalçılıq planlarında xüsusi əhəmiyyətə malik idi. XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqaz Rusiya və Qacarlar dövləti arasında hərbi əməliyyatlar meydanına çevrildi. 1804-1813 və 1826-1828-ci illəri əhatə edən ikimərhələli müharibə İrəvan xanlığının da həyatında faciəvi sonluğa yol açdı. Çar Rusiyası hələ ilk müharibə dövründə İrəvan üzərinə hücuma keçmiş, lakin Üçkilsə və Qəmərli yaxınlığında məğlubiyyətə uğrayaraq, geri çəkilməyə məcbur olmuşdur. 1826-1828-ci illərin hərbi kompaniyasında İrəvan xanlığına diqqət daha da artırılmış,çar I Niolay Qafqaz qoşunları komandanı general Yermolova İrəvan xanlığını işğal etməklə bağlı xüsusi tapşırıq vermişdir. İrəvan qalasını “İrəvan sərdarı” Hüseynqulu xan Qacar və qardaşı Həsən xan müdafiə edirdi. Uzunmüddətli mübarizəyə baxmayaraq, çar qoşunları 1827-ci il oktyabrın 1-də İrəvan xanlığını işğal etdilər. 1828-ci il 10 fevralda II Rus-Qacar müharibəsini sonlandıran Türkmənçay müqaviləsi imzalandı.
Müqavilənin üçüncü maddəsində İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya ilhaqı təsdiqlənirdi. Çar hökuməti bu tarixi Azərbaycan torpaqlarının ilhaqından sonra I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə onların əsasında ―Erməni vilayət yaradıldı. Çavçavadze həmin vilayətə rəis təyin edildi. Beləliklə, tarixi Azərbaycan torpaqlarında “Erməni vilayəti” yaradılmış, gürcü isə ona rəis təyin edilmişdir. Erməni vilayəti adlandırılan qurum 1840-cı ildə ləğv edilmişdir. 1849- cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası təşkil olunmuşdu. [6,64]
Türkmənçay müqaviləsinin XV maddəsi birbaşa köçürmə məsələləri ilə bağlı idi. Bu maddəyə görə, Cənubi Azərbaycandan əhalinin Şimali Azərbaycana sərbəst hərəkət etməsi üçün əlverişli şərait yaradılmalı idi. “Əhali” adı altında bilavasitə ermənilər nəzərdə tutulurdu. Sonradan İrəvan, Naxçıvan kimi şəhərlərdə köçürmə komitələrinin yaradılması da bu məqsədə xidmət etməli idi. Köçürülənlərə bir sıra imtiyazlar da verilir, onlar üç il müddətinə bütün vergi və mükəlləfiyyətlərdən azad edilir və onlara cənubda qalan daşınmaz əmlakını satmaq üçün bir neçə il möhlət verilirdi. Əlbəttə, bu əlverişli şərtlər altında ermənilər sərbəst şəkildə şimala hərəkət etməyə başladılar. Qriboyedov yazırdı ki, müqavilə onlara bunun üçün tam hüquq verirdi. Ermənilərin Şimali Azərbaycana, xüsusən Qarabağ, İrəvan və Naxçıvana köçürülməsi geniş vüsət aldı. [6,66] Bundan sonra bölgənin demoqrafik vəziyyətində dəyişiklik yarandı.
Rusiya müstəmləkəçiləri İrana və Türkiyəyə qalib gəldikdən sonra, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, Cənubi Qafqazda Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək işğalçılıq planlarını həyata keçirmək üçün xristian — istinadgah məntəqəsi yaratmaq məqsədilə həmin dövlətlərin ərazisində yaşayan erməniləri kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə və indiki Gürcüstan Respublikasının məhz azərbaycanlılar yaşayan bölgələrinə köçürdü. İrəvan və Naxçıvan xanlıqlarını işğal etmiş general Paskeviç İrandan köçürülən ermənilərin hansı Azərbaycan torpaqlarına istiqamətləndirilməsi barədə konkret gösləriş də vermişdi: köçürülən ermənilən İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki həmin ərazilərdə xristian əhalinin sayı mümkün qədər artırılsın. Beləliklə, 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni üç ay yarım ərzində İrandan Şimali Azərbaycana – İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi, başqa sözlə, ən azı 40 min nəfər erməni köçürüldü. Bundan bir az sonra Şimali Azərbaycan torpaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min nəfərdən artıq erməni köçürülüb gətirildi. Ermənilərin İrandan və Türkiyədən Şimali Azərbaycan torpaqlarına köçürülüb gətirilməsi inkarolunmaz tarixi faktdır. Bunu çoxsaylı arxiv materialları, xüsusilə ermənilərin köçürülməsi prosesini tənzimləyən rəsmi dövlət sənədləri, təlimatlar çox aydın sübut edir.
Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi. Ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, çar hakimiyyət orqanları İrəvan xanlığı ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişdirə bilmədi. İrəvan xanlığının işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb gəlirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi. Yeri gəlmişkən. işğalçı general bu faktla hesablaşmağa məcbur olmuş, cüzi azlıq təşkil edən gəlmə ermənilərə daha yaxşı şərait yaratmaq üçün canfəşanlıq edən, regionda böyük əksəriyyət təşkil edən yerli Azərbaycan türklərinin haqqını kobudcasına tapdalayan İrəvan Müvəqqəti İdarəsinin üzvü, erməni arxiyepiskopu Nersesi vəzifəsindən kənar edib Bessarbiyaya sürgün etdirmiş, buna şərait yaradan İrəvan Müvəqqəti İdarəsinin rəisi general Krasovskini isə vəzifəsindən kənar edib Rusiyaya qaytarmışdı. Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdr. “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz (yəni ruslar) köçürüb gətirmişik”. [1,10-11]
Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün 1840-cı ildə daha bir addım atıldı: “Erməni vilayəti” ləğv edildi və onun ərazisində bir neçə qəza yaradıldı: İrəvan, Yeni Bayazid, Gümrü, Sürməli və s. 1849-cu ildə isə həmin Azərbaycan torpaqlarmda yeni inzibati-ərazi vahidi – İrəvan quberniyası yaradıldı. İrəvan quberniyasının yaradılması, əslində, Qərbi Azərbaycan ərazisində ermənilər üçün dövlət yaradılması yolunda növbəti addım idi. Bundan sonra ermənilərin İran və Türkiyədən İrəvan quberniyası ərazisinə, həmçinin digər Azərbaycan torpaqlarına köçürülməsi prosesi daha da sürətləndirildi. Ermənilərin köçürülməsindən sonra Cənubi Qafqaz qanlı qırğınlar dövrünə qədəm qoydu. [1,12] Rusiya müstəmləkəçiləri tərəfindən silahlandırılan və hərtərəfli müdafiə olunan erməni quldur dəstələri Azərbaycan xalqına qarşı, ümumiyyətlə Cənubi Qafqazm türk-müsəlman əhalisinə qarşı soyqırımlarına başladılar. Böyük dövlətlər özlərinin Cənubi Qafqazla bağlı geosiyasi planlarını həyata keçirmək üçün ermənilərdən bir alət kimi istifadə etdilər və bunun müqabilində onlara tarixi Azərbaycan torpaqlarında — keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində dövlət yaratmaqdan ötrü hər cür köməklik göstərdilər.

Açar sözlər: Çuxursəd, İrəvan, xanlıq, köçürmə, sərhədlər, müqavilə, Türkmənçay, etnik, coğrafi, tarix.

Ədəbiyyat siyahısı
1. AMEA. İrəvan xanlığı (Y.Mahmudovun redaktəsi ilə).Bakı, 2010
2. Azərbaycan tarixi. Yeddi cilddə. III cild. Bakı, 2007
3. B.Ə.Budaqova, Q.Ə.Qeybullayev: Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1988
4. F.Əliyev, U.Həsənov. İrəvan xanlığı. Bakı, 2007
5. İrəvan əyalətinin icmal dəftəri (Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri akad. Z.Bünyadov, t.e.n.H.Məmmədov) . Bakı, 199
6. K. Şükürov. Türkmənçay 1828 (Tarixi xronika). Bakı, 2006
7. Мамедов С.А. Азербайджан по источникам XV – первой половины XVIII вв. Баку, 1993.

Summary
The Iravan khanate had a special place in the history of Azerbaijan. There was a principality called Chukursad during the Safavid period in the area which is called Western Azerbaijan now and later the khanates of Iravan, Nakhchivan and Maku were formed in the territory of this principality. The Iravan khanate was geographically formed around the Goycha lake. The majority of the khanate’s population was Azerbaijanis. This is proved by the documents of the period. This issue has been taken into account in this article. The history of the Iravan khanate has been studied on geographical, ethnic and demographic spheres.

Key words: Chukursad, İravan, khanate, transfer, boundaries, contract, Türkmenchay, etnic, geographic, history.

Резюме
В истории Азербайджана Иреванское ханство занимало своеобразное место.Сейчас на так называемой территории западного Азербайджана ещё со времён Сефевидов существует регион Чухурсад,позже за счёт регионов появились Иреван,Нахичеван и Маку.Иреванское ханство образовалось вокруг озера Гейча.
Большинство населения ханства занимают азербайджанцы. В этом периоде это было упомянуто в документальных материалах как доказательство. Особенно этот вопрос был затронут в этой статье. Иреванское ханство образовалось за счёт историко-географического, этнического, демографического аспектов.

Ключевые слова: Чухурсад, Ереван, ханство, переселение, границы, договор, Туркменчай, этническое, географическое, история.

Comments are closed, but trackbacks and pingbacks are open.