Аудиокнига – Məhşər
“Nəsimi” filmi yazıçı İsa Hüseynovun “Məhşər” romanı əsasında lentə alınıb. Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin tərənnümçüsü olan İmaməddin Nəsimiyə həsr olunub. Film şairin 600 illik yubileyi münasibətilə çəkilib. Müəlliflər çəkilişinə 1972-ci ildə başlanan ekran əsərində həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün görkəmli nəsimişünasların, filoloqların, sənətşünasların məsləhət və təkliflərindən istifadə ediblər. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə “Nəsimi”yə mükafat verilib. Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayev II mükafat alıb. Böyük ekranlara çıxdıqdan sonra film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Filmin ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissor Həsən Seyidbəyli, quruluşçu operator Rasim İsmayılov, bəstəkar Tofiq Quliyevdi. Rollarda Rasim Balayev, Xalidə Quliyeva, İsmayıl Osmanlı, Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov, Kamal Xudaverdiyev, Muxtar Manıyev, Əbdül Mahmudov, Səməndər Rzayev, Almaz Əsgərova, Tofiq Mirzəyev və başqaları çəkilib. #11
Yeniləşən nəsrin İsa Hüseynov mərhələsi – Elnarə AKİMOVA yazır – Elnarə AKİMOVA
İsa Hüseynov Azərbaycan nəsrinin milli ruh və emosiya potensialını özünə qaytardı. Onun ədəbiyyatımızda oynadığı başlıca rol birmənalı şəkildə bundan ibarətdir. Təsadüfi deyil, 60-cı illər nəsrinin keyfiyyət özəlliklərindən bəhs edən bütün mətnlərdə İsa Hüseynovun rolu bu yöndə xüsusi önə çəkilir, mənəvi diriliyin, qurulan sahmanın, yeni düşüncə hərəkatının təməli olaraq dəyərləndirilir.
İsa Hüseynov yaradıcılığı elə bir dönəmdə parladı ki, bu dönəmə qədər milli varlıq yad düşüncəyə, yad kontekstə güzəştə gedirdi və güzəşt ədəbiyyatı estetik hadisə doğura bilmədiyi üçün 20-ci illərdən sonra ədəbiyyatı qapsamış sosialist düşüncənin direktivləri əsasında hasilə gələn mətnlər bədii-estetik səviyyə baxımından uğur vəd etmirdilər. Amma məsələ bununla qapanmırdı ki. Zamanın dəngəsi pozulmuşdu, sistem bir tərəfdən sovet varlığını təcəssüm etdirmək, dövrün epoxal hadisələrinə yeni münasibətin bədii həllini verməyi yazıçıların qarşısına qoyur, onlardan xalq həyatını, inqilabi səciyyəni, yeni quruculuq məsələlərini önəmsəməyi tələb edir, digər tərəfdən 20-ci illərə qədər mövcud nəsr ənənəsinin yetişdirməli olduğu zehniyyətin qarşısını alırdı. Sonucda XX əsrdə başlanan hərəkat yarıda qırıldı. Ədəbiyyat dəyərlərindən uzaq düşdü. Milli ədəbiyyat anlayışı və bu anlayışı yaradıcılığında ehtiva edən aydınlar məhv edildilər. Bizdə milli dövlətçilik ideyasının tarixi o qədər uzağa getməsə də, milli dövlətçiliyi, müstəqillik ideyalarını şərtləndirən milli mənlik şüurunun yaranmasının aspektləri məhz bədii düşüncəyə söykənir. Yəni milli, etnik mənlik şüuru əvvəlcə bədii, sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır. 20-ci illərə qədər proses o şəkildə aparılırdı ki, ədəbiyyat dövrün milli-mənəvi ruh yüksəkliyini, mədəni ruhunu təyin etməyə qadir görünürdü. Sonra onları nələr əvəz etdi? Yenilik, inqilabi dəyişiklik, kollektiv əmək və sosial bərabərlik, qadın hüququ, kütləvi maarif və mədəniyyət ideyalarının cəmiyyətə tətbiqi ədəbiyyatın stixiyasını pozdu, birmənalı şəkildə inqilab stixiyasının təcəssümü, kolxoz quruculuğu, istehsalat mübarizəsi, xalqlar dostluğunun tərənnümü, başqa millətləri daim dostluq və qardaşlıq şəraitində təqdim etmək, neft uğrunda sovet adamının mübarizəsi və s. – hətta mövzular belə şüur hadisəsinə yönəlmiş antiədəbiyyat anlayışına xidmət edirdi. İsa Hüseynovun 60-cı illərin əvvəllərində çap olunan “Doğma və yad adamlar”, “Yanar ürək” romanları, “Teleqram”, “Tütək səsi”, “Kollu koxa” kimi pyes və hekayələrində vəziyyətin başqa qütbə yuvarlandığını nişan verən əlamətlər əksini tapırdı və “yaddaşsızlığa atılan daşlar”dan hörülən yeni nəsrin ilk örnəkləri kimi əlahiddə idilər.
İsa Hüseynovun Mehdi Hüseynlə olan dialoqunu mən həmişə yetişən, dünənin acı təcrübəsindən silkinib ayrılan yeni ədəbiyyatın başlanğıcı kimi anlayıram. “Oçerkdə niyə atandan yazmısan” sualına gənc yazıçı İ.Hüseynov “çünki atamı yaxşı tanıyıram” cavabını verir. Sonradan İ.Hüseynovun bütün yaradıcılığı ədəbiyyatla “atamızı” – kök, soy başlanğıcını axtarmağa, onu tanıtmağa, milli kimliyindən perik salınmış düşüncəni özünə yönəltməyə ithaf olundu. Çingiz Aytmatov manqurtluq sindromunu ədəbiyyatın bədii təcəssüm predmetinə çevirəndə İ.Hüseynov soyumuz, kökümüz, baba yazımız kimi məsələləri qabardıb ictimai düşüncəyə təsir göstərməyə nail oldu. Niyə? Çünki bütün böyük yazıçılar kimi İ.Hüseynov da anlayırdı ki, milli statusundan bilərəkdən perik salınmış bir xalqın mənəvi ruhunu geri qaytarmayınca sabahlı ədəbiyyat, gələcək inkişaf üçün kontekst müəyyənləşdirmək qeyri-mümkündür. Odur ki, ədəbiyyatın milli düşüncəyə təsiri məsələsi XX əsrin əvvəllərindən sonra ilk dəfə İ.Hüseynovun əsərləri ilə start götürməyə başladı. Buzlar nisbətən əridi, insanı görmək təşnəsi önə keçdi. Mövzular dəyişməsə olardı. Dəyişən insan, ona münasibət, onun duyğu və düşüncələrinin, hərarət və hənirinin ədəbiyyata adlaması oldu. Yaşar Qarayev 80-ci illərdə haqlı olaraq yazırdı: “Əgər əvvəllər nəsrdə bədii tədqiqin (yaxud təfsirin) ağırlıq mərkəzi sosial-sinfi qanunauyğunluğun dərki və ifadəsi idisə, indi nasirlər mənəvi aləmdə fərdi-şəxsi, daxili-intim zolağı və qatı eyni dəyərdə bədii həssaslıq hədəfinə çevirdilər”. Zənnimcə, klişelərin dağılmasında, mətnə diri, canlı insan obrazının gətirilməsində əsas rolu İsa Hüseynovun mətnləri oynadı. Bu mətnlər həm də dərinliyə enişin, idrakı tutumun siqlətinə görə fərqlənə bildilər. Elçinin “Ədəbi düşüncələr” esselər kitabında belə bir fikir yer alır: “Çingiz Aytmatovun “Ağ gəmi” povestini oxudum. Çingiz “Cəmilə”ni yazanda Azərbaycanda onun ədəbi nəslindən olan və ondan daha yüksək bir bədiiliklə, ondan daha artıq bir dərinliklə yazan yazıçılar var idi. Ancaq Çingiz əsərdən-əsərə dərinlərə getdi, bizimkilər isə əsərdən əsərə üzə qalxmağa başladılar”. Burada üzə çıxmaq məsələsini bircə İsa Hüseynova aidləmək olmur. Tək “Qapalı dünya” faktını götürək. Bu, üzə çıxmaq idimi?! Düşünmürəm. Əksinə, İsa Hüseynov gərəkdiyindən artıq dərinlərə endi. O dərinlər ki, orda insanın batini həyatının gizlinlərini üzə çıxarmaq ehtirası önə keçmişdi, millətə kimliyini tanıtmaq təəssübünün uca vurğusu eşidilirdi. “Yalnız Azərbaycan ədəbiyyatında deyil, ümumən dünya ədəbiyyatında hələ heç bir yazıçı bu qədər dərinliyə (tarixə!) getməyə, cəmiyyətdəki (insan təbiətindəki) qüsurları (təhrifləri!) bu qədər dərindən (tarixdən!) təhlil etməyə cəhd göstərməmişdir ki, bu, qaibdən İsa Hüseynova (Muğannaya) təklif edilir”. (N.Cəfərov)
İsa Hüseynov nəsrinin müvəffəqiyyəti sadəcə olaraq ədəbiyyata yeni mövzu, problem, yeni qəhrəman, xarakter gətirməklə, mühitin antihumanist mahiyyətini açmaqla məhdudlaşmadı, həm də nəsrimizə yeni üslub gətirdi. Bu üslub o qədər fərqli oldu ki, Azərbaycan nəsrində zaman və məkan çoxqatlılığı, daxili-psixoloji dialoqlar, hadisələrə fəlsəfi yanaşmalar, bir anın içinə bütöv bir dövrü sığdırmaq kimi yeni-yeni formalar görünməyə başladı. Yazıçının üslubu qəhrəmanın fikir və hərəkətlərində, daxili düşüncə və psixologiyalarında açılır, yeni məzmun kəsb edir, yeni ədəbi dəyər qazanırdı. Bu pafos ilk növbədə, qəhrəmanı ya tarixi planda, ya da müasir həyat lövhələrində əks etdirmiş olsun, sovet mühitinin eybəcərliklərini açıb ortaya qoymaq üçün “mübarizə” planında nəsrə gətirilir. Müasir planda birbaşa, tarixi planda “mərkəzdənqaçma tendensiyasına” meyil etmək, unudulmağa, silinməyə cəhd edilən tarixi keçmişi diriltmək çabası ilə.
Ümumiyyətlə, İsa Hüseynovun nəsrində qəhrəman və mühit problemi çox kəskin ifadəsini tapıb. Yazıçı dərk edirdi ki, mühitdəki əyintiləri təsvir etmədən onu sarsıtmaq mümkünsüz olacaq. Ona görə sovet mühitində yaşayan qəhrəman obrazı ilə rejimin insanların mənəvi aləmində açdığı dərin yaraları, ictimai quruluşun antihumanist mahiyyətini göstərməyə çalışırdı.
İ.Hüseynov güvənilən insanların pozulan mənəviyyatından, onlara verilən imtiyazların artırılması ilə getdikcə cəmiyyət üçün daha təhlükəli olmalarından, bu insanların milli hiss, milli düşüncədən uzaqlaşmalarından, azğınlaşmalarından ilk dəfə yazmağa başladı və bunlar bizim ədəbiyyat üçün tamamilə yeni hadisə, yeni baxış idi. Dünənə qədər mühitin qəhrəmanları olanlar İ.Hüseynov nəsrində artıq antiqəhrəmanlara çevrilirdilər. İsa Hüseynovun “Tütək səsi”, “Teleqram” kimi əsərlərində estetik mühakimələrin zənginliyindən, fəlsəfi qənaətlərin və mündəricənin dərinliyindən tutmuş, insanın daxili aləmi, mənəvi sarsıntıları, ağrıları və mühitə münasibəti ədəbiyyatın konkret predmetinə çevrildi. Ən başlıcası, mühit probleminə yeni baxışla ədəbiyyatımıza tarixdən və müasir dövrdən alınmış yeni obrazlar gətirildi. “İdeal”da dərin mənalı yozumlarla, sətiraltı anlamlarla antidemokratik, antihumanist sovet mühitinin və bu mühitdə yaşayan insanların dramını verirdi İ.Hüseynov.
Kənd problemi və bu müstəvidə şəxsiyyət və zaman rakursu İsa Hüseynovun əsərlərində də özünəxas bir şəkildə qoyulur. İsa Hüseynovun “Məhşər”, “İdeal” əsərləri kəskin sosial ziddiyyətlərin toqquşması şəraitində psixoloji sarsıntı keçirən intellektual insanların mənəvi aləmlərinin, yaşantılarının ədəbiyyata gətirilməsi demək idi. İsa Hüseynov yalnız kənd təsvirlərindən, kənddə yaşayan insanların həyat tərzindən, faciəsindən, problemlərindən yazmırdı, onun təsvir etdiyi kənd mühitindən dünyaya çıxış aparıcı idi, dünyanın gedişatı, həyatın əbədi sualları, olum və ölüm, tərəqqi və tənəzzül, kamillik və nadanlıq haqqında düşünürdü, fəlsəfi qənaətlərlə mühakimələr yürüdürdü, daxili monoloqlarla dərin problemlər üzərində baş yorurdu. Bu dərinlik ona qəhrəmanların mənəvi dünyasını dolğun qələmə almağa, psixologizmi gücləndirməyə kömək edirdi.
Bütün sosial bəlaları, əxlaqsızlığı, mənəviyyatsızlığı urbanizasiyanın sürətlə yayılmasında görən Ə.Əylislidən fərqli olaraq, İ.Hüseynov mühitin çirklənməsinin səbəbini sadəcə, urbanizasiyada görmürdü. Eləcə də onun qəhrəmanlarının təsəvvüründə kəndin təbiiliyi, saflığı heç də geniş mənada mühitin saflığı demək deyildi. Mənəviyyatsızlıq insan xislətinin təzahürü olaraq mənalanırdı bu mətnlərdə. Zənnimcə, onları hər zaman üçün diri saxlayan da elə bu məziyyəti olacaq: İnsan xislətinin bütün qatlarını ədəbiyyata ötürmək, onu bədii təcəssümün predmetnə çevirmək məqsədyönlülüyü.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Аудиокнига – Məhşər
Roman XIV əsrin sonlarındakı Azərbaycanı əks etdirir. Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub. Müəllif bildirib: “Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasınıasanlaşdırmaq məqsədilə mən əsərlərin hamısını yenidən işlədim”. İ.Muğannanın sözlərinə görə, oxucu altılığa daxil edilmiş bu əsərləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: “İdeal”, “Məşhər” (“Ənşər-mən şər”), “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”.
Как скачать аудиокнигу – “Məhşər” в mp3, mp4?
- Нажмите на кнопку “полная версия” справа от обложки аудиокниги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
Полная версия аудиокниги - Купите книгу на литресе по кнопке со скриншота
- MP3 – cкачать аудиокнигу “”Məhşər”” в хорошем качестве
Isa hüseynov məhşər romanı
В группе 26 603 участника
“Nəsimi” filmi yazıçı İsa Hüseynovun “Məhşər” romanı əsasında lentə alınıb. Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin tərənnümçüsü olan İmaməddin Nəsimiyə həsr olunub. Film şairin 600 illik yubileyi münasibətilə çəkilib. Müəlliflər çəkilişinə 1972-ci ildə başlanan ekran əsərində həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün görkəmli nəsimişünasların, filoloqların, sənətşünasların məsləhət və təkliflərindən istifadə ediblər. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə “Nəsimi”yə mükafat verilib. Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayev II mükafat alıb. Böyük ekranlara çıxdıqdan sonra film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Filmin ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissor Həsən Seyidbəyli, quruluşçu operator Rasim İsmayılov, bəstəkar Tofiq Quliyevdi. Rollarda Rasim Balayev, Xalidə Quliyeva, İsmayıl Osmanlı, Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov, Kamal Xudaverdiyev, Muxtar Manıyev, Əbdül Mahmudov, Səməndər Rzayev, Almaz Əsgərova, Tofiq Mirzəyev və başqaları çəkilib. #11
685 просмотров
Комментарии 7
29 мая 2018
Ey üzünü məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!
Поделиться 0
29 мая 2018
Ey özündən bixəbər qafil oyan!
Həqqə gəl ki, həqq deyil batil, oyan!
Поделиться 0
29 мая 2018
Ayrılıqdan yar mənim bağrımı büryan еylədi,
Özünü bir yana saldı, məni bir yan еylədi
Поделиться 0
29 мая 2018
Həmişə qəzəllər paylaşan LİANA xanım buyurun gəlin davam edək.
Поделиться 0
29 мая 2018
Səni bu hüsnü camal,bu kamal ilə görüb
Qorxdular həqq deməyə,döndülər insan dedilər.
Поделиться 0
30 мая 2018
Zahidin bir barmagin kessen dönüb həqdən qaçar.
Поделиться 0
30 мая 2018
Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
Поделиться 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 1 декабря 2020 в 20:28
Vətən müharibəsi dövründə həm ön, həm də arxa cəbhə birlik göstərib düşmənə qarşı birgə mübarizəyə qaxldı. Cəbhədə düşmənin başına od yağdıran əsgərlərə arxada xalq dayaq oldu, dəstək verdi. Lakin bu mübarizədə hər iki cəbhədə döyüşən insanlar da oldu. Onlar arxada xalqın sağlamlığının qayğısına qalmaqla yanaşı, ön cəbhədə də yaralı əsgərlərimizi həyata qaytarmaq vəzifəsini yerinə yetirirdilər. Onlar bizim həkimlərimiz idi. O həkimlərimiz ki, bir yandan dünyanı cənginə alan virusla mübarizə aparır, bir yandan isə dolu kimi yağan güllələrə, ərşə qalxan od-alova baxmadan yaralıları çıxarmaq üçün döyüş meydanına atılırdılar. Ətrafa səpələnən mərmilərin altında vətənin azadlığı üçün canını
Comments are closed, but trackbacks and pingbacks are open.