Isa hüseynov məhşər
Teymurun Azərbaycana ilk yürüşləri zamanı bu deyilənlərin hələ heç biri baş verməmişdi və «hürufi» kəlməsi altında tamamilə aydın bir qüvvə tanınırdı. Nə qədər ki, Teymur Bağdaddan qayıtmamışdı, Şirvanşah İbrahim bu qüvvəyə nəinki toxunmurdu, əksinə, yalnız özünə məlum olan səbəblərə görə hətta onun artıb yayılmasına da kömək edirdi. Fəzlin iqamətgahında gizlin Əmin Məhrəm adı ilə tanınan bir alimənsəb, şahın tapşırığı ilə Arazın o tayından Şirvana pənah gətirən qaçqınlara Fəzl adından taxıl, paltar-palaz və sair, güzəranlıq üçün vacib şeylər paylatdırırdı, qaçqınlar da, təbii olaraq, gəlişlərinin lap ilk günlərindən Fəzlin alim-şair müridlərinin, xəlifələrinin[8] 8
Xəlifə – müavin.
Isa hüseynov məhşər
İsa Hüseynov (Muğanna) Azərbaycan nəsrinin milli ruh və emosiya potensialını özünə qaytardı. Onun ədəbiyyatımızda oynadığı başlıca rol birmənalı şəkildə bundan ibarətdir. Təsadüfi deyil, 60-cı illər nəsrinin keyfiyyət özəlliklərindən bəhs edən bütün mətnlərdə İsa Hüseynovun rolu bu yöndə xüsusi önə çəkilir, mənəvi diriliyin, qurulan sahmanın, yeni düşüncə hərəkatının təməli olaraq dəyərləndirilir.
Bu gün təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı İsa Hüseynovun doğum günüdür. Bu münasibətlə filologiya üzrə elmlər doktoru Elnarə Akımovanın görkəmli yazıçıya həsr etdiyi yazını oxucularla bölüşürük.
İsa Hüseynov yaradıcılığı elə bir dönəmdə parladı ki, bu dönəmə qədər milli varlıq yad düşüncəyə, yad kontekstə güzəştə gedirdi və güzəşt ədəbiyyatı estetik hadisə doğura bilmədiyi üçün 20-ci illərdən sonra ədəbiyyatı qapsamış sosialist düşüncənin direktivləri əsasında hasilə gələn mətnlər bədii-estetik səviyyə baxımından uğur vəd etmirdilər. Amma məsələ bununla qapanmırdı ki. Zamanın dəngəsi pozulmuşdu, sistem bir tərəfdən sovet varlığını təcəssüm etdirmək, dövrün epoxal hadisələrinə yeni münasibətin bədii həllini verməyi yazıçıların qarşısına qoyur, onlardan xalq həyatını, inqilabi səciyyəni, yeni quruculuq məsələlərini önəmsəməyi tələb edir, digər tərəfdən 20-ci illərə qədər mövcud nəsr ənənəsinin yetişdirməli olduğu zehniyyətin qarşısını alırdı. Sonucda XX əsrdə başlanan hərəkat yarıda qırıldı. Ədəbiyyat dəyərlərindən uzaq düşdü. Milli ədəbiyyat anlayışı və bu anlayışı yaradıcılığında ehtiva edən aydınlar məhv edildilər. Bizdə milli dövlətçilik ideyasının tarixi o qədər uzağa getməsə də, milli dövlətçiliyi, müstəqillik ideyalarını şərtləndirən milli mənlik şüurunun yaranmasının aspektləri məhz bədii düşüncəyə söykənir. Yəni milli, etnik mənlik şüuru əvvəlcə bədii, sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır. 20-ci illərə qədər proses o şəkildə aparılırdı ki, ədəbiyyat dövrün milli-mənəvi ruh yüksəkliyini, mədəni ruhunu təyin etməyə qadir görünürdü. Sonra onları nələr əvəz etdi? Yenilik, inqilabi dəyişiklik, kollektiv əmək və sosial bərabərlik, qadın hüququ, kütləvi maarif və mədəniyyət ideyalarının cəmiyyətə tətbiqi ədəbiyyatın stixiyasını pozdu, birmənalı şəkildə inqilab stixiyasının təcəssümü, kolxoz quruculuğu, istehsalat mübarizəsi, xalqlar dostluğunun tərənnümü, başqa millətləri daim dostluq və qardaşlıq şəraitində təqdim etmək, neft uğrunda sovet adamının mübarizəsi və s. – hətta mövzular belə şüur hadisəsinə yönəlmiş antiədəbiyyat anlayışına xidmət edirdi. İsa Hüseynovun 60-cı illərin əvvəllərində çap olunan “Doğma və yad adamlar”, “Yanar ürək” romanları, “Teleqram”, “Tütək səsi”, “Kollu koxa” kimi pyes və hekayələrində vəziyyətin başqa qütbə yuvarlandığını nişan verən əlamətlər əksini tapırdı və “yaddaşsızlığa atılan daşlar”dan hörülən yeni nəsrin ilk örnəkləri kimi əlahiddə idilər.
İsa Hüseynovun Mehdi Hüseynlə olan dialoqunu həmişə yetişən, dünənin acı təcrübəsindən silkinib ayrılan yeni ədəbiyyatın başlanğıcı kimi anlayıram. “Oçerkdə niyə atandan yazmısan” sualına gənc yazıçı İ.Hüseynov “çünki atamı yaxşı tanıyıram” cavabını verir. Sonradan İ.Hüseynovun bütün yaradıcılığı ədəbiyyatla “atamızı” – kök, soy başlanğıcını axtarmağa, onu tanıtmağa, milli kimliyindən perik salınmış düşüncəni özünə yönəltməyə ithaf olundu. Çingiz Aytmatov manqurtluq sindromunu ədəbiyyatın bədii təcəssüm predmetinə çevirəndə İ.Hüseynov soyumuz, kökümüz, baba yazımız kimi məsələləri qabardıb ictimai düşüncəyə təsir göstərməyə nail oldu. Niyə? Çünki bütün böyük yazıçılar kimi İ.Hüseynov da anlayırdı ki, milli statusundan bilərəkdən perik salınmış bir xalqın mənəvi ruhunu geri qaytarmayınca sabahlı ədəbiyyat, gələcək inkişaf üçün kontekst müəyyənləşdirmək qeyri-mümkündür. Odur ki, ədəbiyyatın milli düşüncəyə təsiri məsələsi XX əsrin əvvəllərindən sonra ilk dəfə İ.Hüseynovun əsərləri ilə start götürməyə başladı. Buzlar nisbətən əridi, insanı görmək təşnəsi önə keçdi. Mövzular dəyişməsə olardı. Dəyişən insan, ona münasibət, onun duyğu və düşüncələrinin, hərarət və hənirinin ədəbiyyata adlaması oldu. Yaşar Qarayev 80-ci illərdə haqlı olaraq yazırdı: “Əgər əvvəllər nəsrdə bədii tədqiqin (yaxud təfsirin) ağırlıq mərkəzi sosial-sinfi qanunauyğunluğun dərki və ifadəsi idisə, indi nasirlər mənəvi aləmdə fərdi-şəxsi, daxili-intim zolağı və qatı eyni dəyərdə bədii həssaslıq hədəfinə çevirdilər”.
Zənnimcə, klişelərin dağılmasında, mətnə diri, canlı insan obrazının gətirilməsində əsas rolu İsa Hüseynovun mətnləri oynadı. Bu mətnlər həm də dərinliyə enişin, idrakı tutumun siqlətinə görə fərqlənə bildilər. Elçinin “Ədəbi düşüncələr” esselər kitabında belə bir fikir yer alır: “Çingiz Aytmatovun “Ağ gəmi” povestini oxudum. Çingiz “Cəmilə”ni yazanda Azərbaycanda onun ədəbi nəslindən olan və ondan daha yüksək bir bədiiliklə, ondan daha artıq bir dərinliklə yazan yazıçılar var idi. Ancaq Çingiz əsərdən-əsərə dərinlərə getdi, bizimkilər isə əsərdən-əsərə üzə qalxmağa başladılar”. Burada üzə çıxmaq məsələsini bircə İsa Hüseynova aidləmək olmur. Tək “Qapalı dünya” faktını götürək. Bu, üzə çıxmaq idimi?! Düşünmürəm. Əksinə, İsa Hüseynov gərəkdiyindən artıq dərinlərə endi. O dərinlər ki, orda insanın batini həyatının gizlinlərini üzə çıxarmaq ehtirası önə keçmişdi, millətə kimliyini tanıtmaq təəssübünün uca vurğusu eşidilirdi. Akademik Nizami Cəfərov deyirdi: “Yalnız Azərbaycan ədəbiyyatında deyil, ümumən dünya ədəbiyyatında hələ heç bir yazıçı bu qədər dərinliyə (tarixə!) getməyə, cəmiyyətdəki (insan təbiətindəki) qüsurları (təhrifləri!) bu qədər dərindən (tarixdən!) təhlil etməyə cəhd göstərməmişdir ki, bu, qaibdən İsa Hüseynova (Muğannaya) təklif edilir”.
Yazıçının nəsrinin müvəffəqiyyəti sadəcə olaraq ədəbiyyata yeni mövzu, problem, yeni qəhrəman, xarakter gətirməklə, mühitin antihumanist mahiyyətini açmaqla məhdudlaşmadı, həm də nəsrimizə yeni üslub gətirdi. Bu üslub o qədər fərqli oldu ki, Azərbaycan nəsrində zaman və məkan çoxqatlılığı, daxili-psixoloji dialoqlar, hadisələrə fəlsəfi yanaşmalar, bir anın içinə bütöv bir dövrü sığdırmaq kimi yeni-yeni formalar görünməyə başladı. Yazıçının üslubu qəhrəmanın fikir və hərəkətlərində, daxili düşüncə və psixologiyalarında açılır, yeni məzmun kəsb edir, yeni ədəbi dəyər qazanırdı. Bu pafos ilk növbədə, qəhrəmanı ya tarixi planda, ya da müasir həyat lövhələrində əks etdirmiş olsun, sovet mühitinin eybəcərliklərini açıb ortaya qoymaq üçün “mübarizə” planında nəsrə gətirilir. Müasir planda birbaşa, tarixi planda “mərkəzdənqaçma tendensiyasına” meyil etmək, unudulmağa, silinməyə cəhd edilən tarixi keçmişi diriltmək çabası ilə.
Ümumiyyətlə, İsa Hüseynovun nəsrində qəhrəman və mühit problemi çox kəskin ifadəsini tapıb. Yazıçı dərk edirdi ki, mühitdəki əyintiləri təsvir etmədən onu sarsıtmaq mümkünsüz olacaq. Ona görə sovet mühitində yaşayan qəhrəman obrazı ilə rejimin insanların mənəvi aləmində açdığı dərin yaraları, ictimai quruluşun antihumanist mahiyyətini göstərməyə çalışırdı.
İ.Hüseynov güvənilən insanların pozulan mənəviyyatından, onlara verilən imtiyazların artırılması ilə getdikcə cəmiyyət üçün daha təhlükəli olmalarından, bu insanların milli hiss, milli düşüncədən uzaqlaşmalarından, azğınlaşmalarından ilk dəfə yazmağa başladı və bunlar bizim ədəbiyyat üçün tamamilə yeni hadisə, yeni baxış idi. Dünənə qədər mühitin qəhrəmanları olanlar İ.Hüseynov nəsrində artıq antiqəhrəmanlara çevrilirdilər. İsa Hüseynovun “Tütək səsi”, “Teleqram” kimi əsərlərində estetik mühakimələrin zənginliyindən, fəlsəfi qənaətlərin və mündəricənin dərinliyindən tutmuş, insanın daxili aləmi, mənəvi sarsıntıları, ağrıları və mühitə münasibəti ədəbiyyatın konkret predmetinə çevrildi. Ən başlıcası, mühit probleminə yeni baxışla ədəbiyyatımıza tarixdən və müasir dövrdən alınmış yeni obrazlar gətirildi. Yazıçı “İdeal”da dərin mənalı yozumlarla, sətiraltı anlamlarla antidemokratik, antihumanist sovet mühitinin və bu mühitdə yaşayan insanların dramını verirdi.
Kənd problemi və bu müstəvidə şəxsiyyət və zaman rakursu İsa Hüseynovun əsərlərində də özünəxas bir şəkildə qoyulur. İsa Hüseynovun “Məhşər”, “İdeal” əsərləri kəskin sosial ziddiyyətlərin toqquşması şəraitində psixoloji sarsıntı keçirən intellektual insanların mənəvi aləmlərinin, yaşantılarının ədəbiyyata gətirilməsi demək idi. İsa Hüseynov yalnız kənd təsvirlərindən, kənddə yaşayan insanların həyat tərzindən, faciəsindən, problemlərindən yazmırdı, onun təsvir etdiyi kənd mühitindən dünyaya çıxış aparıcı idi, dünyanın gedişatı, həyatın əbədi sualları, olum və ölüm, tərəqqi və tənəzzül, kamillik və nadanlıq haqqında düşünürdü, fəlsəfi qənaətlərlə mühakimələr yürüdürdü, daxili monoloqlarla dərin problemlər üzərində baş yorurdu. Bu dərinlik ona qəhrəmanların mənəvi dünyasını dolğun qələmə almağa, psixologizmi gücləndirməyə kömək edirdi.
İ.Hüseynov mühitin çirklənməsinin səbəbini sadəcə, urbanizasiyada görmürdü. Eləcə də onun qəhrəmanlarının təsəvvüründə kəndin təbiiliyi, saflığı heç də geniş mənada mühitin saflığı demək deyildi. Mənəviyyatsızlıq insan xislətinin təzahürü olaraq mənalanırdı bu mətnlərdə. Zənnimcə, onları hər zaman üçün diri saxlayan da elə bu məziyyəti olacaq: İnsan xislətinin bütün qatlarını ədəbiyyata ötürmək, onu bədii təcəssümün predmetinə çevirmək məqsədyönlülüyü.
Isa hüseynov məhşər
Modern.az daha bir yeni rubrikasını sizlərə təqdim edir. “Şedevr” adlanan bu rubrikada Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, ədəbi-bədii fikrə parlaqlıq gətirən ,bir sözlə nəşri ilə yeni bir ictimai-sosial və ədəbi hadisəyə toxunan əsərlərə, nəsr əsərlərinə müraciət ediləcək. Məqsəd ədəbi təfəkkürümüz üçün əvəzsiz sayılacaq həmin əsərləri bir daha sevdirmək və oxucu kütləsinin diqqətinə çatdırmaqdır.
İlk olaraq İsa Muğannanın (Hüseynov) “Məhşər” romanı haqqında danışacağıq. “Məhşər” tarixi-fəlsəfi romandır. XİV əsrdə Teymurləngin yürüşləri dövründə baş vermiş hadisələrdən, Şərqin böyük filosofu Fəzlullah Nəiminin və böyük hürufi şairi İmadəddin Nəsiminin insan və insanlıq uğrunda qeyri-adi mübarizələrindən bəhs edir. Əsərdə həmçinin maraqlı siyasi konfliktlər, siyasi maraqların toqquşması və bu maraqların insan mənəviyyatının məhvi məsələsi çox böyük ustalıqla təsvir edilir.
“Məhşər” haqqında fərqli rəyləri Modern.az oxucularına təqdim edirik.
Vaqif Yusifli (filologiya elmləri doktoru, ədəbi tənqidçi): ““Məhşər” ən yaxşı romanlardan biridir. İsa Hüseynov tarixi romanda çox şeyləri sübut etdi. Orada bəzi səhnələr var ki, bəlkə də tarixdə bunlar olmayıb. Yəni tarixi mənbələr onları təsdiq etmir. Məsələn, Nəsimi ilə Əmir Teymurun görüşməsi yalnış “tarixi fakt”dır. Amma burada rəmzi olaraq iki fərqli qüvvənin görüşü əsərə əlavə rəng qatır. Nəsimi ölüb gedib, amma o böyük ideya qalıb. İ. Hüseynov da əsərdə məhz bunu yarada bilib. Nəsimini zaman və məkan kontekstindən çıxara bilib.
Aydın Xan (yazıçı-kulturoloq): “İsa Hüseynov – Muğannanın “Məhşər” tarixi romanı ötən əsrin ikinci yarısında Azərbaycan SSRİ kimi güclü dövlətin tərkibində olanda qələmə alınmış kitab-manifestdir. Nəsimi obrazı altında Azərbaycan insanının həm orta əsrlərdə, həm də SSRİ kimi bir imperiyanın tərkibində hər zaman can atdığı milli və mənəvi azadlığının simvoluna çevrilən bu əsərdə müxtəlif qatlar var: tarixilik, milli sivilizasiya sirləri və şifrələri, İslam dininin intellektual tərəfi, sufizm, hürufizm təriqəti fəlsəfəsi, milli azadlıq hərəkatı, Təbriz, Şirvan, Ərdəbildəki gizli cəmiyyətlər, yadellilərə qarşı müqavimətdə insanlarımızın səfərbər olunması, Bütöv Azərbaycan, ədəbiyyatımızın ana dilinə üz tutması, ilahi poeziya və s. Belə bir yükün altına yalnız İsa Hüseynov – Muğanna girə bilərdi. Düzdür, sovet senzoru o romanın daha da kamil yaradılmasına, oradakı fikirlərin, xalqın arzularının mətnin alt qatında deyil, birbaşa yürüdülməsinə heç cür icazə verə bilməzdi, odur sənətkar daha estetik-kulturoloji üsullardan bəhrələnmişdi. Bu roman həm də Azərbaycan tarixi haqqında ədəbiyyatımızda çox möhtəşəm bir söz abidəsidir. Eləcə də ilk intellektual Azərbaycan romanlarından sayıla bilər.
Vaqif Bayatlı Odər (şair): “Əvvəla, düşünürəm ki, “Hüseynovu” ümumiyyətlə deməyək. İsa Muğanna, vəssalam. “Məhşər” çox möhtəşəm əsərlərdən biridir. İsa Muğanna həm bu əsərdə, həm də digər romanlarında təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, hətta dünya ədəbiyyatı üçün də yeni sayılacaq manevrlər etdi. O bu əsərdə bəşəriyyəti xilas edəcək məsələləri çox böyük ustalıqla göstərə bildi. Burada bəşəriyyəti xilas edə biləcək məqamlar var. Təkcə bir regionun yox ümumi dünyanın dərdləri burada göstərilib. İsa Muğanna yaşının bu vaxtında da bu işlərlə məşğuldur və mən bunu alqışlayıram.
Niyazi Mehdi (fəlsəfə elmləri doktoru, professor): “Yaxşı roman kimi yadımda qalıb. Oradakı etimoloji spekulyasiyalar elmi deyil, bədiidir. Hərçənd yazarın özü deyəsən, onları elmi sayır”.
Elmin Nuri
Текст книги “Məhşər”
Yer üzünün bir qismində Teymurləng, o biri qismində Tamerlan adı ilə tanınan Səmərqənd əmiri ilk yürüşlərini başa vurub İranı, Azərbaycanın cənub torpaqlarını, Ərməni və Qaxeti fəth edib, Kür çayı boyunca Azərbaycanın şimalına gəlib, burada gözlənilmədən Şirvanşah İbrahimlə müqavilə bağlayıb Səmərqəndə qayıtmış, səltənətinin düşməni-Qızıl Orda hakimi Toxtamış xanla növbəti vuruşmalardan sonra yeni, böyük yürüşə başlayıb, bu dəfə Bağdada qədər gedib çıxmış, oradan qayıdanda isə İran-Rum sərhədində İldırım Bayəzidə bac verən qalalara basqın etmiş, qarət malını və ailəsini yaz açılana qədər Zəncanda qoyub, Bayəzidin lap qulağının dibində, Ərməndə qışlamağa getmişdi. Bu o deməkdi ki, Teymur artıq öz qüdrətinə inanır və Sultan Bayəzid kimi şöhrətli bir cahangirdən belə çəkinmirdi. Bu vaxt Rum torpağı içərisində, öz iqamətgahı Bursda oturub tərpənməyən Bayəzidlə birlikdə, Rum qılıncına itaət edən hakimlərin hamısı gərgin diqqətlə,Teymurun yeddi yüz minlik selinin hərəkətinni izləyirdi. Artıq hamıya məlum idi ki, həmlələrini qara atlı, qara geyimli süvarilərin ox yağmuru ilə başlayıb, kəhər atlı, qırmızı geyimli bölüklərin axını ilə qurtaran bu dəhşətli selin qarşısında duruş gətirə biləsi bir qüvvə yoxdur. Sayca çox ordu ilə bərabər, Teymur həm də rəhmsizliyi ilə dünyanı sarsıtmışdı. İnsan başından minarələrin, xəndəklərə tökülüb diri-diri basdırılan minlərlə adamın sorağını alan hakimlər, Teymurun yaxınlaşdığını eşidən kimi qala divarları arasına çəkilir, fürsət varkən qaçıb qurtarmaq üçün hazırlıq görür və ya qırğının qabağını almaq ümidi ilə təslim olmağa tələsirdilər. Yeddi yüz minlik selin viran qoyduğu ərazidə tək bir ölkə qalmışdı ki, Teymur onu rəsmən səltənətinə daxil etsə də, əslində təslim edə bilməmişdi.
O ölkə Azərbaycan idi. Qalalar arasında tək bir qala qalmışdı ki, Teymur onu uzun illər ərzində mühasirədə saxlasa da, heç cür ala bilmirdi. O qala Naxçıvanda Əlincə qalası idi. Əlincənin hələ təzə mühasirə edildiyi vaxtlar, Teymurun ordu rəislərindən Əmir Qıymaz, Naxçıvanı dağıtmış, gizlin, yeraltı yollarla Əlincəyə əsləhə və azuqə daşıyan əhalidən beş yüz nəfər kişi seçib, şəhərdə Ziyaülmülk günbəzi adlanan məbədgaha doldurmuş və pəncərələrdən uzun müddət az-az saman tüstüsü buraxaraq, işgəncə ilə boğdurmuşdu ki, bu qırğın salamat qalanlara ibrət olsun, daha heç kəs qala müdafiəçilərinə kömək göndərməyə cürət etməsin. Lakin hələ Ziyaülmülk müsibətindən əvvəl də qalada teymurilərə müqavimət göstərəcək qədər qüvvə vardı. Arazın o tayında Təbrizdən, Kür boyunda Tauş qalasından, Şamxordan və Gəncədən, Şirvan səmtində Şəkidən əli silah tutanların hamısı axışıb Əlincəyə doluşmuşdu. Qalanın içərisindəki geniş dağ yastanasında dəmyə taxıl əkir, mal-davar saxlayır, daşlardan sızan bulaq suyu içir, hündür bürclər və sıldırım qayalar belində gecə-gündüz keşik çəkir və fürsət düşdükcə enişaşağı tökülürdülər.
Lakin teymurilərlə döyüşən yalnız qala müdafiəçiləri deyildi. 1393-cü ilin yazında, Əlincəni mühasirədə saxlayan ordunun qarovul qoşunları ilə, gecə qaranlığında gizlin yolla tuluqlarda qalaya neft aparan naməlum bir dəstə arasında qısa, amma qanlı bir toqquşma baş vermişdi. Bu, uzun illər ərzində, ilin bütün fəsillərində baş verən, həm azərbaycanlılar, həm də teymurilər üçün adi bir hadisə idi. Ancaq Teymurun Bağdad yürüşündən qayıtdığı vaxta düşdüyünə görə bu hadisə narahatlığa və səs-küyə səbəb olmuşdu. Şirvanşah İbrahim, toqquşmada həlak olan alimənsəb teymurilərin qəbirləri üstündə təziyyə namazı qılmaq üçün Şirvan sədrəddini[1] 1
Sədrəddin – yüksək ruhani rütbəsi.
[Закрыть] Şeyx Əzəmin və vəzirlər vəziri qazi Bayəzidin başçılığı ilə Şamaxıdan Naxçıvana mötəbər məscid əhlindən ibarət böyük bir dəstə göndərmişdi. Məqsəd qalaya neft aparanların neft mənbəyi Bakıya, bakılılara və ümumən Şirvana dəxli olmadığını, yəni İbrahimin öz qüdrətli müttəfiqinə xəyanət etmədiyini sübuta yetirmək idi. Ancaq iş elə gətirmişdi ki, bu barədə deyib-danışmağa ehtiyac qalmamışdı: Qazi Bayəzid döyüş meydanından neft aparanların mənsubiyyətini göstərən bir papaq tapıb Şeyx Əzəmə vermiş, Şeyx Əzəm isə bu papağı əvvəlcə Teymurun oğluna-İran və Azərbaycan hakimi Miranşaha göndərmək istəmiş, sonra Miranşahın öz iqamətgahı Sultaniyyədə olmadığını öyrənib, bu vaxt sorağı Bağdad-Təbriz yolundan gələn Əmir Teymurun özünə göndərmiş və tapşırmışdı desinlər ki, Əmir Teymurun müzəffər ordusunun yeddi il ərzində Əlincə qalasına bata bilməməsinin sirri bu papaqdadır. Papaq bəyaz keçədən idi. Ərmən, yunan keşişlərinin papaqlarına-mitraya bənzəyirdi. Qabağında göy ipəkdən barmaq enində şəridi, kənarlarında at qılından hörülmüş bir qarış uzunluğunda möhkəm saçaqları vardı.
Şeyx Əzəmin müridləri Bağdad-Təbriz yolunda Əmir Teymurun düşərgəsinə yetişib kim olduqlarını, nə üçün gəldiklərini deyib, hökmdarın hüzuruna çağırılanda, onlarla birlikdə çadıra dəvət olunan alimənsəb seyidlər birağızdan təsdiq etmişdilər ki, bu papaq İran və Azərbaycan əsnafının[2] 2
Əsnaf – “sinif” sözündən, peşəkarlar.
[Закрыть] «Fəzl» adlandırdığı din düşməni kafir Fəzlullah əl-Hürufinin müridlərinə məxsusdur, belə uzunsaçaqlı bəyaz papağı ancaq o məlunlar-hürufilər qoyurlar. Fəzlullah adında və «hürufi» kəlməsində nə hikmət vardısa, deyirlər ki, Teymur qapqara olub, papaq əlində, dinməz-söyləməz çadırdan çıxıb, dərhal səfər elan etmişdi.
Bu vaxt Şeyx Əzəm artıq Şamaxıda imiş, Novruz bayramı və şahın tacgüzarlıq günü münasibət ilə Şirvanşah İbrahimi, ailə üzvləri və alimənsəbləri ilə birlikdə məscidə dəvət edibmiş.Namaz qurtarandan sonra, şah yığışıb getməyə hazırlaşanda, kim isə onu xəncərlə vurmağa cəhd etmiş, amma şahın üstünə cumduğu məqamda özü öldürülmüşdü.
Şamaxıda yayılan xəbərə görə, sui-qəsdçini sifətdən heç kəs tanımamışdı, ancaq ölünün cibindən əlifbanın baş hərfi «əlif» şəklində bir açar tapılmış, bu açarı xüsusi mücrü içində şah dərgahına aparıb İbrahimə təqdim edən Şeyx Əzəm və onu müşayiət edən müridləri demişdilər ki, onlar yaxşı bilirlər – bu açar da hürufilərə məxsusdur.
Bütün bunların nəticəsində, Teymurləng zamanının ən məşhur həkimlərindən[3] 3
Həkim – filosof.
[Закрыть] və Teymurun ən güclü düşmənlərindən biri-Şeyx Fəzlullah Cəlaləddin Nəimi öz daimi iqamətgahı Bakını tərk edib, böyük qızı, həm də varisi Fatma və yaxın dostları ilə birlikdə, gah Bakı civarının ibadətgah və karvansaralarında, gah da Şirvanın müxtəlif guşələrində, yerini tez-tez dəyişə-dəyişə gizlənməyə məcbur olmuşdu… İllər keçəcək, bir vaxt gələcək, ölünün cibinə qoyulan açarın köməyi ilə düzəldilmiş siyasi fitnə bir də Heratda, Teymurun oğlu Şahruxun iqamətgahında bir qədər başqa şəkildə təkrar olunacaq, hürufilər yalnız «ənəlhəq» deyib Allahı insanda görən küfr əhli kimi yox, həm də sui-qəsdçilər və qatil dəstəsi kimi qələmə veriləcək, bu iftiranın və şəriət qanunlarının əsasında, ən görkəmli islam xadimlərinin imzası ilə, hürufi elminin mahiyyətini təhrif edən fitva[4] 4
Fitva – hökm.
[Закрыть] çıxarılıb uluslara, şəhərlərə göndəriləcək, beləliklə, Teymur səltənətinin paytaxtı Səmərqənddən başlamış,Teymurun varislərinin və əmirlərinin hakim olduqları yerlərin hamısında, hürufi əqidəsinə qulluq edənləri təqib və qırğınların yeni dalğası başlanacaq, Fəzl müridlərinin böyük əksəriyyəti məhv olacaq, salamat qalanlar yazacaqdılar: «Başımız çox bəlalar çəkmişsə də, biz amal və əqidəmizdən imtina etmirik. Biz bilə-bilə həyatdan əl çəkmiş, arvad-uşaqlarımızı qəddar düşmənin əlində qoymuşuq və son nəfəsimizə qədər mübarizə apararaq, Hüseyn[5] 5
Hüseyn(Həllac Mənsur) – X əsrdə İslam qaragüruhuna qarşı məşhur həllacı hərəkatının başçısı, bütün Şərqdə qəhrəmanlıq rəmzi kimi tanınmışdır.
[Закрыть] kimi öz həyatımızı əqidəmizə qurban verməyincə sakit olmayacağıq[6] 6
Şahruxa sui-qəsd münasibətilə Səmərqəndə göndərilən məktubdan.
[Закрыть] … İllər keçəcək, bir vaxt da gələcək, həyatı əqidəyə qurban verməyi insan üçün ən yüksək kamillik hesab etsələr də, onlar, qələbə arzusu ilə, müxtəlif təriqətlərə qoşulmağa vadar olacaqdılar, bu səbəbdən də bir tərəfdən islam təzkirəçiləri, o biri tərəfdən frəng[7] 7
Fərng – avropalı.
[Закрыть] səyyahları onları şiə, qələndəri, bəktaşi və sair, hürufilikdən kəskin fərqlənən təriqət adları ilə adlandıracaq, beləliklə, bu dolaşıqlıq və hərc-mərclik içərisində, hürufi anlayışı üzərinə qatı bir anlaşılmazlıq dumanı çökəcək, zaman keçdikcə sonrakı əsrlərdə bu duman daha da qatılaşacaqdı.
Teymurun Azərbaycana ilk yürüşləri zamanı bu deyilənlərin hələ heç biri baş verməmişdi və «hürufi» kəlməsi altında tamamilə aydın bir qüvvə tanınırdı. Nə qədər ki, Teymur Bağdaddan qayıtmamışdı, Şirvanşah İbrahim bu qüvvəyə nəinki toxunmurdu, əksinə, yalnız özünə məlum olan səbəblərə görə hətta onun artıb yayılmasına da kömək edirdi. Fəzlin iqamətgahında gizlin Əmin Məhrəm adı ilə tanınan bir alimənsəb, şahın tapşırığı ilə Arazın o tayından Şirvana pənah gətirən qaçqınlara Fəzl adından taxıl, paltar-palaz və sair, güzəranlıq üçün vacib şeylər paylatdırırdı, qaçqınlar da, təbii olaraq, gəlişlərinin lap ilk günlərindən Fəzlin alim-şair müridlərinin, xəlifələrinin[8] 8
Xəlifə – müavin.
[Закрыть] məclislərinə can atıb, onların moizələrinə qulaq asırdılar. Sifətlərində eyni müsibətin damğasını gəzdirən, hamısı bir-biri kimi bağrıyanıq didərginlər o moizələrdə, hər şeydən əvvəl, söz yox ki, təsəlli və təskinlik axtarırdılar. Ancaq moizə zamanı elmə maraq göstərənlər daha çox olurdu. Belələri, yaşından asılı olmayaraq, savad öyrənir və hürufi elmini tədris edirdilər. Vaxtı yetişəndə isə, nəhayət, «Dilbərin məskəninə», «Yaripünhanın»[9] 9
Dilbər – ürək aparan; yar – köməkçi, yardımçı, yoldaş; Fəzullah Həiminin gizlin adlarından.
[Закрыть] hüzuruna çağırılırdılar. Ziyarətə gedən zəvvarsayağı, pay-piyada Bakıya gedib, orada Fəzlin özünün, varisi Fatmanın və ya onların vəkil etdikləri adamın iştirakı ilə keçirilən təntənəli məclisdə suallara cavab verir, hürufi nizamnaməsi əsasında «həqqə vəfadarlığın şərtlərini», yəni nəyə qabil olduqlarını, elmə məhz nə ilə xidmət edəcəklərini danışıb, «kamillər məclisinin» razılığından sonra xirqə, papaq, qurşaq və taxtadan qayrılmış xırdaca rəmzi qılınc alır, Fəzlin «Cavidannamə»sini[10] 10
“Cavidannamə” – “Əbədilik əsəri”, Fəzullah Nəiminin əsas kitabı.
[Закрыть] öpüb, ustada, onun elminə və qayəsinə son nəfəsə qədər sadiq qalacaqlarına and içirdilər. Beləliklə, rəsmi «Fəzl müridi» adına layiq görüldükdən sonra, bu adamlardan bir qismi müxtəlif gizlin tapşırıqlarla «doqquz şəhərdə doqquz həq ocağı»na, o cümlədən valiəhd Miranşahın bilavasitə hakimiyyəti altında olan Naxçıvana, Təbrizə və Marağaya göndərilirdilər ki, bu şəhərlərdə öz həmvətənləri arasında «Fəzl həqiqətini yaymaq» işində təcrübə qazanıb sınaqdan çıxsınlar və daha geniş miqyasda fəaliyyətdə olmaq üçün Mazandarana, Kürdüstana, Bodlisə, Sərxəsdə, Bəlxə, Kirmana, Hörmüzə, Şiraza, Bağdada, Şama və hətta Səmərqəndə getsinlər.
Fars və ərəb dillərini mükəmməl bilib, Fəzlin kəlamlarını bu dillərdə asanlıqla izah etməyi bacaran alim və şair müridlər, təcrübə və sınaq dövrü keçirmədən, qiyafələrini dəyişdirib dərviş libasında, Teymurun ordusunun ardınca düzülən araba və dəvə karvanlarına qoşulub qonşu diyarlara gedir, bir-birinin ardınca dağıdılan şəhər və kəndlərin xərabəliklərində dolaşan yurdsuz-yuvasız, ac-yalavac insan selinə qarışıb, uçuq divarlar mətərisində, kalafalarda tüstülənən ocaqlar qırağında moizə oxuyurdular, qan-qırğın içində dinə, Allaha, peyğəmbərə etiqadını itirmiş, məhrumiyyətdən çılğınlaşmış adamların qəlbində ümid, etiqad və ehtiras oyadıb, dizlərində, dirsəklərində cır-cındırlarını əsdirə-əsdirə «ənəlhəq» qışqıran dəstə-dəstə Allahlar yaranmasına səbəb olurdular və insan ləyaqətini hər şeydən yüksək tutan bu Allahların sərgərdan-lıqdan əl çəkib, salamat qalan şəhərlərin karxanaları, bazarları ətrafında-əsnaf icmalarında birləşməyini tövsiyə edirdilər.
Bu daim gəzərgi alim və şairlərdən-«rəmzi qılınc bahadırları»ndan başqa, Şirvanda üçüncü qisim müridlər də vardı ki, bunlar Fəzldən xirqə alandan sonra, öz adi həyat tərzlərinə qayıdıb, məskən saldıqları yerlərdəki karxanalarda keçə atır, papaqçılıq eləyir, mümkün olduqda icarə ilə yer əkib taxıl becərir, mal-davar saxlayır, qazandıqları para və nemətləri əsnaf icmasının ixtiyarına verib, həm öz ailələrini, həm də ustadın və xəlifələrin məclislərini təmin edir və nə vaxt isə doğma yurdlara dönüb, Fəzlin vəd etdiyi«ədalət səltənətində» yaşamaq ümidi ilə, Fəzl qiyamının başlanmağını və Teymur səltənətinin dağıdılacağını gözləyirdilər. Bunlar Bakıdan Şamaxıya, Şəkiyə və Şəbrana qədər, Dərbənddən, Xəzər sahili boyundan Muğana qədər, Şirvanşahın ixtiyarında olan torpaqlarda bütün şəhərlərə, karvan yolları üstündə örtülü bazarlara, karxanalara və həmin karxanalar üçün barama, yun, dəri verən kəndlərə, obalara, qışlaq və yaylaqlara səpələnmişdilər. Fəzlin öz iqamətgahını tərk etdiyi günlərdə, gecələr onun daim hərəkətdə olan kiçik atlı dəstəsi ilə xüsusi qasidlərlə[11] 11
Qasid – səy edən, çalışan. Hökmdaralnn məktub, məlumt aparıb-gətirən qasidlərindən fərqli olaraq, Fəzlin qasidləri həm də səlahiyyətli icraçılar idi.
[Закрыть] əlaqə saxlayıb, mənzilbaşında onu qarşılayıb yeni məkanda gizlədənlər haman bu oturaq müridlərdi. Bütün hürufilər kimi, bu müridlər də qeyri-adi dərəcədə cəsarətli, ölümdən pəsinməyən «qorxudan xali» adamlardı. Fürsət düşdükcə, Şirvan ərazisi daxilində Fəzli axtaran atlı dəstələrin başçısı, şahın böyük oğlu vəliəhd Gövhərşahın qarşısını kəsib, Teymurun səfərdən qayıtdığı bir vaxtda, Əlincədə döyüş meydanına hürufi papağı atılmasının da, sui-qəsdin də düşmən işi olduğunu, Fəzli təqib etməklə şahın böyük səhvə yol verdiyini və əğər Fəzlin başına bir iş gəlsə, bütün müridlərin rəmzi qılıncları atıb silaha sarılacaqlarını bildirirdilər. Vəliəhd Gövhərşah, Fəzli heç də həbs etmək yox, şahla danışığa çıxarmaq üçün axtardığını söyləyib, müridləri sakitləşdirməyə çalışırdı. Lakin Əmin Məhrəm adı ilə tanınan gizlin dost tamam başqa, həyəcanlı xəbərlər göndərmişdi: Vəliəhd Miranşah, Şirvanşah İbrahimin Şeyx Fəzlullahı öz himayəsində saxladığını və bununla səltənətə xəyanət etdiyini atasına sübut etmək niyyəti ilə Sultaniyyədən Şamaxıya qasid yollayıb Fəzlin tutulmasını və Naxçıvana, Əlincə yanındakı düşərgəyə göndərilməsini tələb etmişdi, şah isə əksinə, Əmir Teymura həmişəki kimi sədaqətli olduğunu göstərmək məqsədilə, Fəzli hökmdara öz əli ilə təhvil vermək qərarına gəlmişdi.
Fəzlin özündən, dəstəsindəki müşayiətçilərindən və xəlifələrindən başqa, müridlərdən heç biri Əmin Məhrəm adlı dostun üzünü görməmişdi. Ancaq onun etibarına və sədaqətinə heç kəsin şübhəsi yox idi. Hələ ilk qaçqınlar dəstəsinə Fəzl adından çörək paylatdırıb sığınacaq verdiyi vaxtdan bu günlərə qədər Əmin Məhrəm, Fəzlə nə xəbər çatdırmışdısa, hamısı doğru çıxmışdı. Əlincədə döyüş meydanına papaq atıldığını, papağın Əmir Teymura göndərildiyini də, Şamaxıda, Şah məscidində sui-qəsdin nə məqsədlə düzəldildiyini də Əmin Məhrəm xəbər verib Fəzli duyuq salmışdı. Odur ki, vəliəhd Gövhərşahın sözləri müridləri sakitləşdirmək əvəzinə daha da narahat edir və çaxnaşdırırdı: «Dünya elmlərinin məcmuindən yaranmış «Cavidannamə» ilə iki qarış uzununda rəmzi qılıncı bütün silahlardan kəsərli hesab edən və ömürlərində bir dəfə də əllərinə həqiqi qılınc almayan bu adamlar, doğrudan da silahlanmağa, Fəzl yolunda canlarını fəda etməyə hazır idilər.
Fəzlin Bakını tərk etdiyi gündən bir il sonra -1394-cü ilin yazında müridlər arasında Əmin Məhrəmin sonuncu xəbəri yayıldı: Şeyx Əzim rəsmi fitva ilə Fəzli kafir, xəlifələri və müridləri isə mürtəd[12] 12
Dindən xaric.
[Закрыть] elan etmiş, üstəlik, şah da möhür basıb, şeyxə hürufiləri bu fitva əsasında mühakimə etmək ixtiyarı vermişdi. Əmin Məhrəm məsləhət görürdü ki, Fəzl, ailəsi və yaxın dostları ilə birlikdə, Şirvan torpağından çıxıb, əlçatmaz dağlara çəkilsin, müridlər isə təğyirlibas olsunlar və imkan tapdıqca onlar da gedib, təhlükə sovuşana qədər gizlənsinlər. Bu məsləhət özü də Əmin Məhrəm dostun sədaqətini, Fəzl başda olmaqla hamını məhkəmə və edam təhlükəsindən qorumaq cəhdini göstərirdi. Lakin gizlin dost ancaq xəlifələrlə görüşdüyü üçün müridlərə bir o qədər də bələd deyildi və xəbəri yox idi ki, vaxtilə doğma yurdlarından didərgin düşüb Şirvanda nicat tapan bu adamlar, ötən illər ərzində bu torpağa öz xərabə qalmış yurdlarından daha çox bağlanmışdılar.
Bakını «işıqsaçan pir, səcdəgah», cümlə Şirvanı isə «Nicat yurdu» adlandırırdılar. Bundan başqa, müridlər yaxşı bilirdilər ki, Şirvandan getmək, ümumiyyətlə, vətəni tərk etmək demək idi. Bütün Qarabağda, Naxçıvanda və Gəncə tərəflərdə teymurilərin atdan da iti qaçan dəvələr belində silahlı nəzarət dəstələri gəzişir, Mavəraünnəhrdən, Xarəzmdən tökülüb gəlib bu yerlərin canına daraşmış saysız-hesabsız xəbərgir dərvişlərin hişan verdikləri az-maz şübhəli adamı belə, sorğusuz-sualsız, diz çökdürüb boynunu vururdular. Rəmzi qılınc bahadırlarının və qasidlərin gətirdikləri xəbərlərə görə, Şirvan ərazisindən kənarda daha heç kəs əkin-tikinlə məşğul olmurdu. Təbrizdə çörəyin batmanı altmış dirhəmdən doqquz dinara[13] 13
Bir dinar – yüz dirhəm.
[Закрыть] qalxmışdı. Təbriz əsnafı düşmən əlində ölməyi aclıqdan şərəfli bilib, özünü Miranşahın Sultaniyyədən göndərdiyi tamqaçıların[14] 14
Tamqaçı – vergi yığan.
[Закрыть] mühafizəçilərinin qılıncı altına atırdı, buna görə də şəhərdə əhalinin yarıdan çoxu qırılmış, əsnaf məhəllələrində evlər boş, dükanlar bağlı qalmışdı. Bütün bunlardan aydın idi ki, Şirvanı tərk etdikdə müridlər Azərbaycanın heç bir yerində qərar tuta bilməyib Ruma, ərəb İraqına, Əcəm İraqına və ya Suriyaya hicrət etməli olacaq, hələlik ancaq insan bətnində yetişən Fəzl qiyamı gecikəcək, vətən daha bir müddət, bəlkə də həmişəlik yağı tapdağında qalacaqdı. Odur ki, gizlin dostun məsləhəti ilə heç kəs, o cümlədən Fəzl özü də razılaşmadı. Naməlum bir məkanda məşvərətdən sonra, gecə qaranlığında, Şirvanın müxtəlif tərəflərinə atlı qasidlər çapıb, müridlərə nazik Səmərqənd kağızında çoxlu surəti çıxarılmış bir məktub payladılar. O məktubda yazılmışdı:
«Bizə xəbər çatıb ki, Allah yanında hörməti artıq Seyid Əli dərvişlikdən qayıdıb, köhnə iqamətgahımızda bizi axtarır. O əziz və istəkli dərvişimə mənim atalıq salamımı yetirin və deyin ki, Bakı daha qalmalı yer deyil, qoy təcili oradan çıxsın və heç yerdə ləngiməyib birbaş Şamaxıya getsin. Darvazada Dost Əmin Məhrəmin adamı dayanacaq, o adam Seyid Əlini şəhərdə görüş mənzilinə, Yusiflə Mahmudun yanına aparacaq və Yusiflə Mahmud Seyid Əlini bütün işlərdən hali edəcəklər.
Seyid onlarla birlikdə gedib uca minbər qabağında, adı yüksək olanın hüzurunda namaz qılsın və məramımızı o adı yüksəyə yetirsin. Məbada, məbada bir adamın gözünə görünsün. Seyidin şəxsən özünə çatdırın ki, Şamaxıya ordudan çoxlu təğyirlibas adam gedib, şəhərdə gizlənib. Bir aydan çoxdur ki, dərvişlərim o təğyirlibasların harada olduqlarını öyrənə bilmirlər. Onları kim isə, Adıyüksəyin alimənsəblərindən biri himayə edib gizlədir. Seyid onların əlinə keçsə, hər şey məhv olar. Yusiflə Mahmuda özüm tapşırmışam: əgər Seyidə bir təhlükə üz versə, onlar Dost Əmin Məhrəmə bildirəcəklər və Əmin Məhrəm özü uca minbər qabağında namaz qılıb, o Adıyüksəkdən iltimas edəcəkdir. Lakin Seyid bilməlidir ki, Əmin Məhrəmin sözü keçməyə də bilər. İşlərimiz elə gətirib ki, o əziz dərvişimə məhəbbətimin sonsuzluğuna və onu görmək istəyimə baxmayaraq, məcbur olub bilə-bilə onu təhlükənin qucağına atıram. Çünki indi ümidim yalnız onun kəlamının qüdrətinə və yalnız onun namazınadır. Yalnız o bizi batinlikdən çıxara bilər». Məktub bundan ibarət idi.
Nə ünvanı vardı, nə də imzası. Lakin müridlər Fəzlin müşayiətçilərinin dəst-xətlərini ilk baxışdan tanıyırdılar. Məktubdakı rəmzlər də hamıya məlum idi: «Allah» Fəzlə, uca minbər-şah təxtinə, «Adıyüksək» – şahın özünə, «Bir adam» – Şeyx Əzəmə, «Ordu»-teymurilərə işarə idi. «Namaz qılmaq» isə gizlin danışıq demək idi. Belə çıxırdı ki, Fəzl, Seyid Əli adında, haradansa uzaq səfərdən qayıtmış müridinin şahla gizlin danışığından başqa daha heç bir qurtuluş yolu görmürdü. Bu məktub yayılandan sonra, nəhayət, məlum oldu ki, Fəzlin batinliyi-gizlənməsi çox sürməyəcək, bu yaxın günlərdə nə isə həlledici bir hadisə baş verəcəkdir. O hadisənin xeyri, şəri isə indi ancaq Şirvanşah İbrahimin iradəsindən asılıdır. Müridlər arasında çaxnaşmanı gərgin bir durğunluq əvəz etdi. Hamı gözünü Şamaxının başıüzərində, dağ döşündə boz daş divarları yüksələn Gülüstan sarayına dikib, oradan xəbər gözləməyə başladı.
2
Salnaməçi yazır ki, bu hadisələrdən on iki il əvvəl, 1382-ci ilin ilk baharında Şirvan camaatı qiyam qaldırıb Şamaxıda Kəsrani sülaləsinin fars hökmranlığını devirəndə, bu qiyamdan bütün Şirvanda tək bir nəfərin xəbəri yoxmuş, o da İbrahim imiş. Səhərdən günortaya qədər cütlə yer əkib, bərk yorulub, əkinin qırağında, ağac altında uzanıbmış.Təxt-tacı zülmkardan aldıqdan sonra özlərinə adil şah axtaran qiyamçı əsnaf və rəncbərlərin elçiləri, İbrahimi quru torpaqda şirin yatmış görüb oyatmağa qıymayıblar. Üzünə gün düşdüyü üçün üstündə çadır qurublar, dövrəsində oturub, başlayıblar gözləməyə.
Şamaxılı silahsazlar, nəqqaşlar, misgərlər, kümçülər, boyaqçılar, papaqçılar, başmaqçılar, xülasə, əsnaf əhlindən kim varmışsa, hamısı şad-xürrəm pıçıldaşırmış ki, dünyanın işinə bax, biz ədalət yolunda qan töküb qurban vermişik, amma ədalət başını atıb yatır və yəqin heç yuxusunda da görmür ki, şah olub.
Rəncbərlər isə İbrahimin gah yorğun xarıları ilə cütünə, gah da toz-torpaqlı əllərinə baxa-baxa xoşbəxtlikdən ağlaşırmışlar, «ölmədik, bu günü də gördük», «Şirvanın bəxt ulduzu doğdu!» – deyirmişlər.
İbrahim, nəhayət, gözlərini açıb başı üzərində çadır və ətrafında yığnaq görəndə, deyilənə görə təəccübdən nitqi tutulub, bir xeyli dinib-danışa bilməyib. Qiyam elçiləri onu başa salıblar ki, sən tariximizdən bizə məlum olan adil şahımız Mənüçöhr[15] 15
Mənüçöhr II – (1906–1120).
[Закрыть] ün nəslindənsən, özün də rəncbər içində rəncbərsən, töycünün, tamğanın, zülm qamçısı altında oğul-uşaq saxlamağın nə olduğunu bilirsən, o biri tərəfdən, üstümüzə Teymurləng gələcək[16] 16
O ili Teymur “kəşfiyyat yürüşü” adlanan ilk, qısamüddətli yürüşünə başlamışdı.
[Закрыть] deyirlər. Toxtamış xan gələcək deyirlər, bizə öz adamımız, can-ciyərimiz lazımdır ki, həm qədir-qiymətimizi bilib verginin altında qəddimizi əyməsin, həm də öz oğul-uşağımızdan, etibarlı ordu yığıb yurdumuzu talanmağa, yad tapdağında qalmağa qoymasın, odur ki, istəsən də, istəməsən də hamılıqla səni özümüzə şah eləmişik. Budur, Kəsranilərin qəflə-qatarını gətirmişik, arvadını çağırtdır, oğul-uşağını götür gedək, başla şahlığa.
Yeni şirvanşaha hörmət və rəğbətlə bu əhvalatı nəql edən salnaməçiyə məlum idi ki, İbrahimin hələ əli cüt məcində olduğu vaxtlar, o əkin yerindən bir qədər aralı Şəki civarındakı mülkdə və Dərbənddə onun çoxlu qohum-əqrəbası varmış, Mənüçöhrün ölümündən iki yüz altmış ildən çox bir müddət keçsə də, onun nəslindən Mənüçöhrün özü kimi adil bir şah çıxacağını və bunun da məhz İbrahim olacağını qiyamdan hələ bir neçə ay əvvəl ölkəyə yayan da haman qohumları imiş. Amma salnaməçi nə Şəki civarındakı mülkdə yaşayan qohumların haqqında bir söz deyir, nə də Dərbənddəkilərin haqqında desəydi, ondan soruşa bilərdilər ki, əgər obaları gəzə-gəzə Mənüçöhr törəməsi İbrahim barədə camaatı xəbərdar edən adamlar İbrahimin öz qohumları imişsə, bəs necə olub ki, İbrahim bütün Şirvan torpağında gedən bu söhbətdən, üstəlik də qiyamdan xəbər tutmayıb, bütün Şirvan ayağa qalxıb zülm təxtini yıxmağa getdiyi halda, təkcə o, başını atıb yatıb.
Belə bir sual verilsəydi, «rəncbər içində rəncbər» şahın şəxsiyyəti ətrafında düzəldilmiş nağılın sehri dağılıb həqiqətin üzə çıxmasına səbəb ola bilərdi. Həqiqət isə belə idi ki, Mənüçöhr törəməsinə qiyamdan çox-çox əvvəl hər şey məlum idi.
O, axırıncı Kəsrani hökmdarı Huşəng ibn Kavusun əmisi – Dərbənd hakimi Məhəmməd ibn Keyqubadın oğlu idi. Əslən fars və Kəsrani olsalar da, azərbaycanlılarla qohumlaşıb qaynayıb-qarışdıqdan sonra, həm rəsmi şəcərə kitabında, həm də el arasında Dərbəndi adlanan və çoxdan bəri hakimiyyət uğrunda gizlin fəaliyyətdə olan böyük bir nəslə mənsub idi. Huşəng, atası Kavus ibn Keyqubadın təxt-tacına sahib olanda, ilk növbədə əmisi Məhəmmədi imtiyaz və ixtiyaratdan məhrum etmiş, onun qızılı rəngdə qeyri-adi saçları və iri ala gözləri ilə azərbaycanlı anasına çəkmiş böyük oğlu İbrahimi isə, hələ o vaxtdan öz təxt-tacı üçün təhlükə bilib, Dərbənddən və Şamaxıdan kənar, kiçik bir əraziyə hakim göndərib, Şəki civarındakı haman mülkdə[17] 17
Mülk və ya ocaxlıq – hakimin istifadəsinə verilən torpaq sahəsi belə adlanırdı.
[Закрыть] bir növ sürgündə saxlamışdı. Orada yaşı qırxdan ötənə qədər ömür sürdükdən sonra, quru torpaqda yatıb şah çadırında oyanan İbrahim, Şirvan əsnafının silahlandığını da, zülm təxtinin devriləcəyi və əmisi oğlu Huşəngin qətl olunacağı günü də əvvəlcədən bilirdi. Çünki əli cüt məcində olsa da, qiyam başçıları-əsnaf ustabaşıları ilə dərbəndlilərin gizlin məşvərətində qiyam gününü təyin edən də, Huşəngin qətlinə hökm verən də özü idi. Hətta o günü İbrahimin özünün yer əkməyə gedəcəyi və qiyam elçilərinin onu cüt arxasında görəcəyi də əvvəlcədən danışılmışdı: atasının köhnə dostu, özünün şəriət müəllimi Qazi Bayəzid belə məsləhət bilmişdi və İbrahim bu məsləhəti dərhal bəyənmişdi.
Odur ki, haman ilk bahar günü, siyasətinin dayağı cütdən həvəslə yapışıb çoxlu işləmiş və bu cür ağır zəhmətə bir o qədər də vərdiş etmədiyi üçün bərk yorulmuşdu. İbrahimin əvvəlcədən bilmədiyi təkcə bu idi ki, adı hakim ikən, Huşəngin kəndxudalarının nəzarəti altında keçirdiyi dərdli, üzüntülü illərinin sonu olan bir gündə gözünə yuxu gedəcək və qiyam elçiləri onun üstündə çadır quracaqlar. Odur ki, gözlərini açıb başı üzərində çadır görəndə doğrudan da təəccüblənmişdi. Amma deyilən qədər də yox, bu təəccüb, əlbəttə, bir an olmuşdu. Elçilərin arasında hərbiyunları, hələ lap cavankən at belində, Dərbənd bahadırları ilə məşq etdiyi vaxtlardan ona tanış olan əyri Dağıstan qılınclarını və oğlu Gövhərşahın sevincdən pörtmüş üzünü görər-görməz o hər şeyi başa düşmüş, ancaq, əlbəttə, sevincini büruzə verməmişdi. Əgər Gövhərşah orada olmasaydı, İbrahim bəlkə soruşa da bilərdi ki, kimsiniz və məndən nə istəyirsiniz. Lakin onun cəsarətinə və müdrikliyinə səcdə edən oğlunun qarşısında həddindən artıq riyakar görünməmək xatirinə susub, qiyam elçilərinin özlərinin dillənməsini gözləmişdi. Elçilər onu böyük minnət və yalvar-yaxarla təxtsəltənətə dəvət edəndə, Mənüçöhr törəməsinin ala gözlərinin üstünə çəpər kimi enən uzun, qonur kirpiklərinin arxasında necə incə bir təbəssüm gizləndiyini hətta indi, on iki il keçdikdən sonra da bir kimsə bilmirdi. Çünki incə mətləblərini İbrahim, hətta «Gövhərim» adlandırdığı oğluna da açmırdı. Şirvanşah İbrahim belə adam idi.
Hələ Əmir Teymurla müqavilə bağlanılan ildən İbrahimə məlum idi ki, bu müqavilə vəliəhd Miranşahın ürəyindən deyil. Müqaviləyə əsasən, Miranşahın ulusunda – Dərbənddən başlamış Bağdada və Həmədandan Rum sərhədinə qədər, vaxtilə Çingiz xan törəməsi Qazan xan Hülakunun hökmranlıq etdiyi böyük ərazidəki hakimlər arasında təkcə şirvanşaha müstəqil ordu saxlamaq ixtiyarı verilmişdi, vəliəhd Miranşah isə, hakimiyyətə qiyamla gəlmiş İbrahim kimi tədbirli bir adamın Hülaku ərazisin daxilində müstəqilliyinə dözmür, şahla bütün görüşlərində ona açıq-aydın nifrətlə baxıb, sinirli, hətta çılğın danışırdı… Əmir Teymurun yaşı artıq altmışdan ötmüş, üstəlik də, cavanlıqda ox yaralarından zədələnmiş bədəninin bir şaqqası qurumuş, deyilənə görə, sağ qolu və sağ qıçı şam kimi ağarmışdı. Səfər vaxtı düzənlik yerlərdə, dəniz otu və ya yunla doldurulmuş arabada uzanır, dağlıq və dərə-təpəli yerlər-də, at belində uzun müddət yol gedəndə dodaqlarını bir-birinə sıxıb, bir kəlmə də danışmırdı. Bütün bunlar İbrahimi gələcəyə baxmağa, hakimiyyət vəliəhd Miranşahın əlinə keçdikdə nələr baş verəcəyini müəyyənləşdirib qabaqcadan tədbir görməyə vadar edirdi… Yeddi gün bundan əvvəl, Şeyx Fəzlullahın Şirvana təzə gəldiyi vaxtlar, İbrahim Bakı hakimi Hacı Firidunu saraya çağırıb, şeyxə Bakıda iqamətgah verməyi, onun müridlərini isə karxanalarda, dükan-bazarda yerləşdirməyi tapşıranda, kölgəsi kimi dayanıb daim onun fikirlərini təkrar edən köhnə müəllimi-vəzirlər vəziri Qazi Bayəzid də bu tapşırıqla razılaşmadıqlarını bildirdilər. «Dinimiz içində on iki sufi təriqətindən ikisi xüsusən qeyri-məqbul və zərərlidir ki, onun da ən zərərlisi hürufilikdir», – dedilər. «Fəzlullahın elmi küfrdür.
Müsəlmanla tərsaya[18] 18
Tərsa – xaçpərəst.
[Закрыть] , yəhudi ilə bütpərəstə fərq qoymur. Onun elminə görə toz-torpaq da, kəlb, kərkəs[19] 19
Kəlb – it, kərkəs – quzğun.
[Закрыть] də Allahdır» – dedilər.
İbrahimin təxtə çıxdığı gündən bəri birinci dəfə idi ki, alimənsəb təbəələri onun sözünü çevirib üzünə ağ olurdular. İbrahim kirpiklərini gözlərinin üstünə endirib, daş kimi tərpənməz üzlə oturub, qapalı bir dünyaya çevrilmişdi. Təxtin arxasında, gümüş haşiyəli xırdaca qalxanları sinələrinə sıxıb, əlləri qılıncların qəbzəsində, hərəkətsiz dayanmış, danışmağa ixtiyarları olmayan candarlardan[20] 20
Candar – şahın şəxsi mühafizəçisi.
[Закрыть] başqa, bu məclisdə təkcə Gövhərşah dillənmirdi. Bir də ki, qurşağının üstündən sallanan bir batman əti qucaqlayıb, hamıdan aşağıda oturmuş tacirbaşı Hacı Nemətullah, şahın sözünün yerə düşməyindən pərt olub susurdu. Lakin bir azdan İbrahim, nəhayət, kirpiklərini qaldırıb Hacı Nemətullaha baxdıqda, Hacı şahın ondan nə istədiyini başa düşdü və buxağının ətini əsdirə-əsdirə danışmağa başladı: «Dünya kaf-nun[21] 21
Kaf-nun – (kon) – olsun. İslam anlayışına görə, dünya allahın bu kəlməsindən yaranmışdır.
[Закрыть] üstə bərqərardır. Söz və hikmət əhlinə, o cümlədən Şeyx Fəzlullaha hörmət borcumuzdur… Yaxşı və yamanı da, müsəlmanı və tərsanı da, pakı və murdarı da bir olan Allah özü yaradıb. İti-pişiyi də, qarğa-quzğunu da özü yaradıb. Əgər Fəzlullah bu məxluqatda da Allahın əlamətini görürsə, deməli, onun gözü bizimkindən işıqlıdır». Hacı Nemətullahın bu məntiqi müqabilində yalnız Şeyx Əzəm danışa bilərdi və şahın səbrinə bələd olan məclis indi onun məhz Şeyx Əzəmə üz tutacağını gözləyirdi. Lakin Hacı sözünü tamamlayanda İbrahim dərhal ayağa qalxdı: «Şeyx Fəzlullah bizim düşmənimizin düşmənidir. Elmi küfr də olsa, özü bizə gə-rəkdir», – dedi və bununla da məclis qurtardı.
O məclis olanda Əmir Teymurla müqavilənin bağlandığı gündən cəmisi bir il keçmişdi, bütün dünyada məşhur ipəyi ilə özü özünə təhlükə yaradıb, tez-tez qonşu xanların, sultanların hücum və talanlarına məruz qalan Şirvanda əmin-amanIıq məhz həmin müqavilənin sayəsində bərpa olunduğu üçün İbrahimin əyan-əşraf və üləmasının hamısı hələ bu müqavilənin sevinci ilə yaşayırdı. Kür boyu Aran torpaqlarından və Şamaxı ilə Mərəzə arasında karvan yolu üstündəki toxmacarlıqların ara-bərəsində tikilmiş kümxanalardan onlarla dəvə belində şəhərə daşınan qızıl qiymətli baramanın daha heç bir talançıya, qarətçiyə qismət olmayacağını düşündükcə, onlar teymuriləri heç də düşmən yox, əksinə, dost və himayədar hesab edirdilər, Əmir Teymurla onun varislərini, o cümlədən Miranşahı da, qan içində üzən dünyada yeganə salamat ada kimi qalmış Şirvanın qələsi, qalxanı hesab edir, gündə beş dəfə qıldıqları namazı Əmir Teymurun adı ilə başlayır, həm öz aralarında, həm şah hüzurunda söhbətlərini də Əmir Teymurla başlayıb onunla da qurtarırdılar. Odur ki, «düşmən» deyərkən İbrahimin teymuriləri nəzərdə tutduğu onların xəyalına da gəlmədi. Çünki bu adamlar hələ nə Miranşahın düşmənçiliyindən xəbərdardılar, nə də İbrahimin teymurilərə gizlin düşmən münasibətindən. Şeyx Fəzlullahın kainatdan və insandan bəhs edən elminin, əslində, teymurilərə qarşı çevrilmiş silah olduğunu isə, İbrahimin özü ilə Gövhərşahdan başqa hələ bir kimsə bilmirdi. Buna görə də o məclis hürufilərin xeyrinə qurtardı və Fəzl Bakıda iqamətgah aldı.
Comments are closed, but trackbacks and pingbacks are open.