Press "Enter" to skip to content

Isa hüseynov seçilmiş əsərləri

– Hətta Sovet vaxtı demisiniz ki, Nərimanov Lenindən böyük adamdır və buna görə təzyiqlərlə üzləşmisiniz.

İsa Hüseynov: “Mən variantlardan imtina etmişəm”

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan İsa Hüseynovla müsahibənin baş tutacağından əmin deyildik. Əvvəla müsahibəyə razılığı nasirin özü verməmişdi.

Yaxınları İsa Hüseynovun istirahətdə olduğu Ağstafaya gedəcəyimiz halda müsahibənin baş tuta biləcəyini söyləmişdilər. Bu səbəbdən müsahibənin baş tutmamaq ehtimalı vardı.

Bundan başqa, İsa Hüseynovun səhhəti ilə bağlı narahatlığımız vardı. Müsahibə bu səbəbdən də alınmaya bilərdi.

Amma hər şey yaxşı oldu. Yazıçının həyat yoldaşı Firuzə xanım gülə-gülə “Razılaşmağa imkan vermədiniz. Başımızın üstünü aldınız, ancaq neyləyək, 500 kilometr yol gəlmisiniz” sözləri ilə bizi qarşıladı, müxalifət qəzetlərindən olub-olmadığımızı soruşdu, müsahibə zamanı İsa Hüseynovu əsəbləşdirəcək suallar verməməyi tövsiyyə etdi. Və yazıçını razı salmağa getdi. Biz bütün suallarımızı verdik. Ustad yazıçı da hamısını cavablandırdı.

Kulis.az saytında işləyənlərdən hər biri görkəmli yazıçıdan müsahibə almaq arzusunda idi, məhz buna görə Ağstafaya 4 nəfər jurnalistin yollanmağı təəccüblü qarşılanmamalıdır.

Müsahibənin baş tutmasında Fərid Mirzəyevin çox böyük əməyi oldu. Fotoları və videonu Elmin Həsənli çəkdi. Sualları vermək və müsahibəni hazırlamaq Qan Turalı ilə mənim (Ağa Cəfərli) öhdəmə düşdü.

Bizimlə salamlaşanda İsa Hüseynovun ilk sözü bunlar oldu: “Gözüm görmür, təzyiq də məni əldən salır”.

(Müsahibə 2012-ci ilin avqustunda götürülüb və İsa Hüseynovun mətbuata verdiyi son geniş müsahibəsidir)

– Deyəsən, Ağstafada özünüzü daha rahat hiss edirsiniz?

– Ağstafaya gələndə, həyətdə oturub bu havanı alanda babat oluram. Qalan vaxtlarda qan təzyiqim çox yüksəyə qalxır. Həyat yoldaşım Firuzə xanım dörd-beş dərman içirdir. Gündə iki iynə vurur. Birtəhər yaşayıram da.

– Belə çıxır ki, səhhətiniz yazmağa imkan vermir?

– Yazıram. Ağstafaya gəlməmişdən qabaq “Söz yarası” adlı balaca bir povest yazmışdım, “Azərbaycan” jurnalına vermişəm. Bəqədri-qüvvə, yaşayırıq.

– İstərdik, ilk povestiniz olan “Bizim qızlar”dan imtina etməyiniz barəsində danışasınız.

– Mən bu povestdən çoxdan imtina etmişəm, ancaq siz yenə dilinizdən çıxarmırsınız. Bu povest çox bəsitdir. İlk povestim idi. Moskvada da çap olundu. Bakıda da 1953-cü ildə kitab çıxdı. Bu əsəri tərifləyənlər də oldu, tənqid edənlər də. Mircəfər Bağırov da tənqid edənlər sırasında idi. Tənqidçilərdən bir-ikisi ona qoşuldu. Amma sonra təriflədilər. Mənim indiki səviyyəmlə yox, elə o dövrdəki səviyyəmə görə də çox aşağı səviyyəli əsəri idi. Ona görə bu əsərin adı çəkiləndə birtəhər oluram. Bu mənim ilk qələm təcrübəmdir, bunu niyə yaddan çıxarmırlar? “Bizim qızlar”ı “Seçilmiş əsərlər”imə də salmamışam. Amma yəqin, küncdə-bucaqda, haradasa qalıb.

– Amma tarix kimi maraqlıdır axı, Mircəfər Bağırov bu əsəri tənqid edib.

– Yox, ay kişi, unudun getsin. Mircəfər Bağırov məni sonralar da dəfələrlə tənqid edib. Dəfələrlə təzyiqlərə məruz qalmışam.

– Ümumiyyətlə, əsərlərinizin böyük bir hissəsindən, o cümlədən, “Yanar ürək”dən imtina etmisiniz.

– Mən variantlardan imtina etmişəm. “Bizim qızlar”dan, “Dan ulduzu”nun birinci variantından imtina etmişəm. “Dan ulduzu”nu sonrakı variantda xeyli zənginləşdirdim. Və onu cildlərə salmağı layiq bildim. “Yanar ürək”dən imtina edib, onun əvəzində “İdeal”ı yazdım. “İdeal” romanını çox bəyənirəm. Əsəri bir də oxuyuram, görüm çatışmayan cəhətlər varsa, onları düzəldim ki, “İdeal” mənim ən kamil əsərlərimdən biri olsun. 1957-ci ildə “Yanar ürək” povesti çap olunanda çox böyük tənqidlərə məruz qaldı bu əsər. Jurnalistlər, tənqidçilər, Mərkəzi Komitə tənqid elədi. Hətta bunun sədası Moskvaya qədər getdi. Oradan tənqidçilər gəldi. Raykom katibini mənfi surət kimi vermişdim. Bu o dövr üçün görünməmiş şey idi. Ümumiyyətlə, Sovet vaxtı doğru söz demək mümkün deyildi. Süleyman Rəhimov 5 cildlik “Şamo” romanını yazdı. Bu, inqilaba həsr olunmuş əsər idi. Mehdi Hüseynin “Səhər” romanı da eləcə. Bundan başqa, Əli Vəliyevin, Əbülhəsənin romanları ədəbiyyatın birinci inkişaf dövrünə təsadüf edir. Bunlar romandırlar, müəyyən problemləri qoymuşdular, ancaq həqiqi ədəbiyyat yoluna gəlməmişdilər. Mən onlara qiymət verir, xatirələrini əzizləyirəm. Mirzə İbrahimov, Mehdi Hüseyn haqqında xüsusi portret məqalə yazmışam. Ədəbiyyatın o dövründə inkişafa xidmət edən yazıçılar olublar. Amma bizim nəslimiz tamam başqa yolla getdi. Fərqli əsərlər yaratdıq.

– Özünüzü hansı ədəbi nəslə aid edirsiniz?

– Mən ədəbiyyata gələn dövrdə mənim kimi yazıçılar yox idi. Mən Mirzə Cəlildən öyrənirdim. Çar dövründə zülm altında olan yazıçılar həqiqəti qələmə alırdılar və millətə xidmət edirdilər. Mirzə Cəlil tənqidi əsərlər yazsa da onun qələmə aldıqları bizim xalqın həyatında proqressiv rol oynayıb. “Poçt qutusu” mənim bir çox mövzuları işləməyimə təkan verib. Beləliklə mənim ətrafımda yeni bir nəsil yetişdi. Anar, Elçin, Mövlud da o yolla getdilər. Ədəbiyyatda proqressiv yol bunlara aiddir. Onlar dünya ədəbiyyatına çıxmağa layiqliyə doğru gedirlər. Anarın “Ağ qoç, qara qoç” əsərini qiymətləndirirəm, bu barədə məqalə də yazmışam, bu əsəri şedevr adlandırmışam. Güman edirəm ki, səhv etməmişəm. Çox qiymətli əsərdir. Mövludun povestlərini az-çox qəbul edirəm. Elçinin “Ölüm hökmü” romanı və pyeslərindən bəziləri çox xoşuma gəlir.

– Bəs Əkrəm Əylisli?

– Əkrəm Əylisli mürəkkəb adamdır. Elə yazdıqları da mürəkkəbdir. Əkrəm solçuluğa getdi.

– Dostunuz İsmayıl Şıxlını necə xatırlayırsınız?

– Çox yaxın yoldaş olmuşuq. Mən “Dəli Kür” romanının yazılmasında iştirak etmişəm. Firuzə xanım şahiddir, hər fəsli oxuyurdu, müzakirə edirdik, ondan sonrakı fəsli yazırdı. “Dəli Kür”ün yazılmağı 10 il çəkdi. Və yazıçı kimi əmələ gəldi, yetişdi. Bundan sonra hekayələr yazdı və bu hekayələr də az-çox qiymətini alıb. Amma son romanını bəyənmirəm. İsmayıl Şıxlı “Ölən dünyam” əsərində babamın həyatından yazıb. Rəhmətlik qardaşım Omar İsmayıl Şıxlı ilə yaxın idi. İsmayıl xəstə olanda Omar tez-tez onun yanına gedib-gəlirdi. Ona babamın həyatından danışır, sən yaxşı yazıçısan, mənim babam haqqında yaz deyirdi. Bizim nəslin adı Ağalardır. Muğandan sonra Padşahlıq kəndini yaratmışıq. Qardaşım Ağaları qəbul eləmirdi. Omar babam məhkəmə iclasçısı olub. Cəza çəkməli olan bir çox adamları xilas edib. Ona görə buna Koxa deyirdilər. Qardaşım isə deyirdi ki, biz ağa nəsli olmamışıq, mənim babama Koxa deyiblər. İsmayıl Şıxlı da götürüb Koxa adı ilə qardaşımdan eşitdiklərini yazıb. Roman bizim həyatımızı təhrif edib. Özü də xeyli bəsit çıxıb. Ona görə İsmayıl Şıxlının bu romanını qəbul etmirəm.

– 60 ildən çoxdur ki, yazırsınız.

– 1947-ci ildə “Arx” adlı ilk hekayəm “Azərbaycan gəncləri” qəzetində çıxıb. Balaca bir hekayədir. O hekayəni bizim dərnək müdirimiz Cəfər Xəndan oxudu və dedi ki, bu, əsər olmağına əsərdir, ancaq çap etməzlər. Dedim niyə? Cavab verdi ki, qəhrəmanını öldürmüsən, bizim ədəbiyyat belə şeyləri sevmir. Universitetin ikinci kursunda oxuyurdum. Sonluğu elə universitetdəcə dəyişdirib qəzetə göndərdim. Çap olundu, mükafat da verdilər. Sonra bu hekayəni iki dəfə dəyişdirdim. Çünki material doğma idi. Bəsit olsa da həyatımızın yaralı sahəsinə toxunurdu. Ona görə bundan əl çəkmədim. 1949-cu ilə qədər bu hekayəni dəyişdirib saxladım. Sonra məndən oçerk istədilər. İsmayıl Şıxlı, Əli Tudə, Balaş Azəroğlu bizə gəlib-gedirdilər. Şeir-zad oxuyurdular. Onlar dedilər ki, ay İsa, sən oçerk yaz. Bu arada kəndə-Muğanlıya gəldim. Muğanna təxəllüsü bu adnan bağlıdır. Muğanda yaşayan muğannalar nəsli olub. Ulu Bağ Əs Əlin, Süleyman peyğəmbərin, Solomonun nəsli orada yaşayıb. Mən bilmirəm, siz Süleyman peyğəmbər haqqında məlumatlısınızmı? Azərbaycana planetdən əhali gəlib məskunlaşandan sonra İraq, İran, Türkiyə ərazisinə, Qərbi Sibirə səpələniblər. Birinci 50 min illik tarixdən başlayaraq Süleyman peyğəmbər bunlara başçılıq edib. O vaxt Allaha Bağ deyirdilər. İnsanı insana bağlayan Bağ. I Aleksandr Muğana gələrək Süleyman peyğəmbərlə söhbət edib. Süleyman peyğəmbər deyib ki, göylər bizə müharibə etməyə, adam öldürməyə imkan vermir. Aleksandr deyib ki, siz bizim qonşu dövlətlərlə əlaqələrimizə mane olursunuz. Bizimlə müharibə etməsəniz də biz sizdən qorxuruq, burdan köçün. O vaxt Bağlara Muğ deyirdilər. Tarixi hadisələrlə əlaqədar olaraq Bağlar Muğ adı altında gizlənirdilər. Muğanna isə bizim muğlar mənasını verir. Mənim təxəllüsüm bununla bağlıdır. Süleyman peyğəmbərlə I Aleksandr anlaşırlar və Muğlar Türkiyədə indiki Muğla ərazisinə köçürlər. İndiki Azərbaycanın Şirvan, Zaqatala, Qazax ərazilərinə köçüblər. Borçalıya köçənlər də var və bu kəndlərin hamısının adı Muğanlı qalıb. Nəslimiz peyğəmbər nəsli olduğuna görə mən göylərlə bağlandım.

– Bu necə baş verdi?

– 1985-ci ildə ün eşitdim. Onda mən “Yanar ürək” əsərini yeddinci dəfə işləyirdim. Dünyada İisus adı ilə tanınan Ey Sar (-ey uca, Sar hökmdar deməkdir, ruslar çar demirlərmi) mənimlə danışmağa başladı. O, məni danladı ki, bir romanı nə qədər yazmaq olar? Sən elə hesab edirsən ki, Azərbaycanın faciəsi partiyanın siyasəti ilə bağlıdır. Amma səhv edirsən. O vaxt qonşularınız olan yunanlar, dil, təfəkkür baxımından vəhşi xaqları sizin dilinizi, göylərlə bağlı təfəkkürünüzü əlinizdən alıblar, sizin faciəniz də bundadır. Ey Sar dedi ki, “Yanar ürək” əsəri üzərində işləməkdən əl çək, mən sənə müasir dövrə aid roman verəcəyəm. Hadisələr danışacağam və sən onun əsasında roman yazacaqsan. Mən də tabe oldum və 1985-ci ildən “İdeal”ı yazmağa başladım. Bundan sonra mənim şüurum, təfəkkürüm, yaradıcılığım tamamilə dəyişdi. Dostlarımdan, yazıçı kollektivindən aralandım. İndi 80 yaşı olan o vaxtkı cavanlar mənim ətrafımda oldular. Mən onlara təsir elədim, Anar, Elçin, Mövlud yeni ədəbiyyat yaratmağa başladılar. Bundan sonra bizim ədəbiyyatımızda böyük dəyişiklik oldu. Həm mövzu, həm də ideya cəhətdən ədəbiyyatımız dəyişməyə başladı.

– “İdeal” romanının son hissəsi Saf Ağ elmi haqqındadır. Ancaq əsas hissəsində bu yoxdur.

– Yox, siz yəqin ki, 1986-cı il nəşrini oxumusunuz. Türkiyədə çıxan variantda çoxlu dəyişikliklər etmişəm. Bir də Mədəniyyət və Turizm Nazirliyi seçilmiş əsərlərimi çap etdirib. “İdeal”ın orada çap olunan variantında da dəyişiklər etmişəm. Saf Ağ elmi, Odərlər haqqında çox geniş məlumat verilir. Odərlər sufiyə çevriliblər. Ərəblər Saf Ağ elmini təhrif ediblər, mən bu barədə ətraflı yazmışam.

– Sizin ssenariniz əsasında “Tütək səsi” filmi çəkilib. Maraqlı məqamlardan biri budur ki, filmdəki Cəbrayıl obrazı ilə povestdəki Cəbrayıl fərqlidir. Filmdə Cəbrayılı müdafiə elementləri var.

– Mən Ey Sarın sözü ilə dərk etdim ki, bizim ölkədəki bəlalar hamısı quruluşdan gəlir. Bir qədim dövrdə təhrif etmə olub, bir də Stalin dövründə. Stalinin müharibədən çox repressiv bir dövrü oldu, Azərbaycan kəndlisinin çörəyini əlindən aldı, aclıq başladı. Camaat şəhərlərə qaçışdı. Təsərrüfatlar başsız qaldı. Çox kobud səhvə yol vermişdi. Çörək kənddən çıxır da. O, çörəyin yolunu bağladı. Kəndləri soydu, Moskvanı, başqa şəhərləri doldurdu. Bir dövrdə ədəbiyyata bir cür yanaşırdım, başqa dövrdə ayrı cür. Cəbrayıl birinci variantda Stalinin kənddəki əks-sədasıdır. Sonra gördüm ki, Stalin KQB-nin əli ilə hərəkət edib. Kəndə təsir KQB-nin əli ilə idi. Hər üç nəfərdən biri KQB-yə işləyirdi. Az-çox fəaliyyət göstərən adamları ləkələyir, tuturdular. Sürgünlər başladı, Göyçə mahalı bütünlükdə köçürüldü. Göyçə deyilən şey qalmadı. Göyçəlilər Muğanın ən isti, şor torpaqlarına köçürüldülər. Buz bulaqların suyunu içən qırmızı yanaqlı adamlar duzlaqlarda çürüdülər. O dövrdə Stalin gözümün qabağından getmirdi, onun obrazını mən kənd həyatına köçürürdüm. “Doğma və yad adamlar” adlı roman yazmışdım, orada Canbalayev vardı. Onu da Stalinin prototipi saymaq olar. Sonra bu romanı da dəyişdirdim. O romandan da imtina etdim.

“İsa həqq, Musa həqq” adında yeni bir roman yazdım. Azərbaycan jurnalında çıxdı, cildlərə də salmışam. Amma bu əsəri sonradan bir az təkmilləşdirmişəm. Cildlərdə yer almış silsilə əsərlər Azərbaycanın mənəvi təkamülünə həsr olunub. Bəlalardan, ruhi sarsıntılardan çıxa-çıxa millət necə indiki hala düşüb, bax, buna aydınlıq gətirmişəm. Romanlar, povestlər silsiləsi millətin taleyinə həsr olunub. İndiki əsərlərimin əksəriyyətində Saf Ağ elmini təbliğ edirəm. Amma əsərlərimin hamısı çap olunmayıb. Bir povestim çap edilməyib. Orda çox ciddi məsələlər qaldırmışam. O povest çap olunsa, bizim həyatımızda böyük dəyişiklik ola bilər. “Azərbaycan” jurnalına təqdim etdim, İntiqam Qasımzadə bildirdi ki, sən bu əsərlə inqilab edirsən, bunu çap etsək, başım bəla çəkər. Bu əsəri bir alimə oxumaq üçün verdim. O alim də Dövlət Təhlükəsizlik orqanında işləyirmiş, aparıb verib ora. Onlar da mənə deyirlər ki, əsərin çap olunacaq. Nə vaxt çap olunacaq, bilmirəm. Ancaq özlərinin işçiləri var ki, ədəbiyyatla maraqlanırlar, elmli adamlar kimi tanınırlar, onlar hamısı bunu oxuyublar.

– Özünüz çap etdirmək istəmirsiniz?

– İstəyirəm. Arzu edirəm ki, orada yazılan həqiqətlər həyata keçsin.

– Əsərin adı, mövzusu barədə məlumat verin, zəhmət olmasa.

– Əsərin adı “Türfə”dir. Mən bir az irəli gedib yazmışam, peyğəmbərin həyatı, “Quran” təhrif olunub. “Quran”ı ərəb dilində tərcümə ediblər.

– İstərdik, bir az “Məhşər” romanı haqqında danışasınız.

– Mən Nəsimi haqqında roman yazmaq fikrində deyildim. Ulu öndər dediyimiz gözəl insan Heydər Əliyev Azərbaycan tarixini bərpa etmək istəyirdi. Nəsiminin 600 illiyi yaxınlaşanda görkəmli ictimai xadim və şair Rəsul Rzanı Suriyaya, Hələb şəhərinə göndərdi. Sonra KQB-yə məktub gəlmişdi ki, köhnə almanaxlarda Nəsimi haqqında çoxlu yazılar var. Rəsul Rza getdi və Hələbdən Nəsiminin 4 divanını gətirdi. Biri farsca, biri ərəbcə, ikisi türkcə. Bunları gətirəndən sonra Həsən Seyidbəyli dedi ki, a kişi, bu qədər yazıb-pozursan, Nəsimi, Nəsimi deyirlər e, onun haqqında yaz da, mən də çəkim. Başladım Nəsimi ilə maraqlanmağa. Rəsul Rzanın gətirdiyi materialların hamısını oxudum. Nəsimi yerdə yaşayıb, yerdə yazdığına baxmayaraq Bağlardan biridir.

İlk epizod yazıb Həsənin evinə apardım, oxudum. Bir kəlmə dedi ki, yaxşıdır. İkinci, üçüncü epizodlara da bir kəlmə ilə yaxşı dedi. Bu arada romanı da başladım. Əvvəl ssenarini başlamışdım, paralel olaraq romanı yazırdım. Ssenarini bitirəndə romanın birinci hissəsini bitirmişdim. Ssenarini Moskvada çox böyük hay-küylə qarşıladılar. Çünki Nəsimi qeyri-adi insan, qeyri-adi yaradıcıdır. Həyatı da, fəlsəfəsi də qeyri-adidir. Moskvada hay-küylə qarşılandı, özümüzün Mərkəzi Komitəsində də bunun əleyhinə çıxan adamlar vardı. Heydər Əliyev yubiley ərəfəsində şöbə müdiri Azad Şərifovu yanına çağırıb deyib ki, ssenari necədir. Azad Şərifov da deyib ki, ssenari ilə böyük bağlı şübhələrim var. Heydər Əliyev bildirib ki, mən film gözləyirəm, ancaq müxtəlif bəhanələrlə işi uzadırsınız. Əlavə edib ki, hanı film. Azad Şərifov cavab verib ki, Moskvaya göndərmişik. Heydər Əliyev zəng vurub, Moskva Kinematoqrafçılar Birliyinin sədrinə. Sədr də deyib ki, ssenarini oxumuşam, xoşuma gəlib, amma kimlərsə buna mane olmaq istəyirlər. Bildirib ki, mən bilmirəm kimlər mane olmaq istəyirlər amma mən ssenarini təsdiq edirəm. Ona Kinostudiyanın direktoru Adil İsgəndərov idi, məni çağırdı, əli-ayağı əsirdi, dedi, indicə Heydər Əliyev mənə zəng eləmişdi, sən Moskvaya getməlisən, ssenari ilə bağlı qərar var, onu götürməlisən. Səhər reysinə bilet aldım, saat doqquzun yarısı komitənin qarşısında dayanmışdım.

Onların bir baş redaktorları vardı, çox harın bir qadın idi. Komitənin qapı açılmamış gəlib çıxmışdı, ona da zəng etmişdilər gəlməsi üçün. Mənə fikir vermədi, yanımdan ötüb getdi, darvazanı açdılar. Getdi otağına. Tez-tez nəsə yazdı, verdi mənə, baxdım-gördüm müsbət rəydir. Birbaş aeroporta getdim, güclə təyyarəyə güclə çatdım. Artıq təyyarəyə pilləkən də qoyulmuşdu, özümü güclə çatdırdım. Saat dörd, beşin yarısında Kinostudiyaya getdim. İsgəndərov həyəcanla dedi ki, bəs sən Moskvaya getməmisən, sən bizim başımıza nə oyun açırsan? Dedim ay kişi getmişəm də, gəlmişəm də, bu da rəy. O, müavini çağırıb dedi ki, filmlə bağlı əmri imzala. “Nəsimi” filminin taleyi belə başladı. 1971-ci ildə film hazır oldu. Moskvada qəbul olundu, yenə məni ittiham etdilər ki, bu adam yer kürəsində olmayan dini təbliğ edir. Halbuki, bu, elmdir.

– Hesab etmirsiniz ki, romanla müqayisədə ssenari zəifdir?

– Mən zəif hesab etmirəm. Roman doludur, material genişdir, əhatəlidir. Buna görə də ola bilər ki, oxucuya daha çox təsir etsin. Onu da deyim ki, ssenari dəyişikliklərə də məruz qalıb. Ümumiyyətlə, kino romanla düz gəlmir.

– Asif Ata Cəbrayılı şərin təcəssümü adlandırır, ancaq onu da vurğulayırdı ki, İsa Hüseynov Cəbrayılı hansı mühitin yetişdirdiyini yazmayıb.

– Asif Ataya münasibətim mənfidir. Çünki Asif Ata Saf Ağ elmini öz adına çıxır. Halbuki Rəsul Rzanın gətirdiyi materiallarda da Saf Ağ elmi yox idi. Mən bunu Nəsimidə kəşf elədim və Azərbaycanda bu barədə yazan ilk adam mənəm. Asif Ata bunu öz adına yazdı. Şagirdlərini çox pis yolla apardı. Asif Ata ziddiyyətli yazır. O, çox ziddiyyətli tənqidçi idi. “Tütək səsi” əsərində Cəbrayılın mühiti çox geniş verilib. Baş verənlər Cəbrayılı dəyişdirmişdi, o, insana nifrət edirdi.

– Əsərlərinizdən belə anlaşılır ki, Nərimanova xüsusi rəğbətiniz var.

– Nərimanov bizim nəsildən olub. Onun Leninlə əlaqələrini, “Lenin və Yaxın Şərq” əsərini bəyənirəm, onun tutduğu yol çox xoşuma gəlir.

– Hətta Sovet vaxtı demisiniz ki, Nərimanov Lenindən böyük adamdır və buna görə təzyiqlərlə üzləşmisiniz.

– Nərimanov Saf Ağ elmini bildiyinə, Leninə dərs dediyinə görə onu Lenindən üstün saymışam. Bu fikrə görə təzyiq isə gizli oldu, açıq yox. Nərimanov haqqında ssenari yazanda da məni çox çək-çevirə saldılar.

– İstərdik iş rejiminiz haqqında da danışasınız.

Firuzə xanım: İsa gecə saat 12-də, hamı yatandan sonra stolun arxasına keçərdi. Özü də mətbəxdə, çayı da özü dəmləyirdi. Mənə deyirdi ki, narahat olma, get yat. Səhər saat 6-ya qədər işləyirdi. Mən durub çay-çörək verərdim. İki saat yatardı və durub işə gedərdi. İşdən qayıdanda da dincələrdi. Massajoru vardı, 1 saat masaj eləyirdi. İsa da masajın altında yatırdı.

– Müxtəlif vəzifələrdə işləmisiniz.

– Bir dəfə Mehdi Hüseyn məni çağırıb dedi ki, düşmənlərim günü-gündən artır, ola bilər həyatım qurtarsın. Sən bir vəzifəyə get. Həyatda özünə bir yer tut. Onda mən Kinostudiyaya baş redaktor getdim. 1964-ci ildə.

Firuzə xanım: Mehdi Hüseyn dedi ki, İsa, gəl səni vəzifəyə göndərim. Ölüb eləyərəm, Yazıçılar Birliyində səni parçalayarlar. Yoldaşım olduğuna görə demirəm, İsa ən görkəmli yazıçılardandır. Kitablarının birini 100 manata da satırdılar. Kitablar o qədər oxunmuşdu, əldən-ələ gəzmişdi ki, cırıq-cırıq idi. İsanın kitabları 30-60 min tirajla çap olunurdu. Moskvada bütün əsərləri çap olunurdu.

– İsa müəllim, Tibb İnstitutunu niyə atdınız?

– Mənim ora getməyim təsadüfi olub. Niyazi adlı bir dayım vardı, atamın qatili. Meşə mühəndisi idi. Müharibə vaxtı, 1945-ci ildə məni çağırıb dedi ki, sən Tibb İnstitutuna getməlisən. Dedi ki, müharibə qurtarır. Ola bilsin ki, yenə müharibə başlasın, dövlətimizə həkim lazımdır. O, bir çox adamları tibbi komissiyadan keçirib, hərbidən saxlayırdı, özü də yaxşı yaşayırdı. Məni də zorla Tibb İnstitutuna göndərdi. Getdim, qəbul imtahanlarını yaxşı verdim. Komissiya imtahan verənlərdən soruşurdu ki, hansı fakültəyə girmək istəyirsən, sonra təkidlə deyirdilər ki, sən filan yeri seç, o biri bir başqasını. Mən dedim, müalicəyə girmək istəyirəm. Daha demədim ki, dayım məni zorla həkim etmək istəyir. Tibb İnstitutunda bir professor vardı, orduda xidmət etmiş, çadırlarda cərrahiyyə əməliyyatları aparmışdı. Uğursuz həkim idi, qan töksə də, insanları öldürsə də bu mərtəbəyə gəlib çıxmışdı. Bu məni gözündən aldı. Dərslərdən birində, ölüxanada çılpaq rusu uzatmışdılar. Tələbələrə cərrah bıcaqları, sarğılar verdilər ki, filan işi gör. Mənə çatanda çox pis yeri göstərdi ki, oranı kəs, göstər. Getdim gördüm ki, rusun murdar sahəsi məndən qabaq da işlənib. Çox biabırçı və qarışıq bir şey olub. Qəzəbimin üstünə qəzəb gəldi, cərrah bıçağını onun çəkmələrinin üstünə çırpdım. Üzümü tutdum qapıya, o ağzı açıq qaldı, heç nə deyə bilmədi. Ölüxananın pilləkənlərindən düşəndə birdən ürəyimə nəsə gəldi, arxaya çöndüm və dedim, əlvida, ey Tibb İnstitutu. Gəldim evə, gördüm ki, bir qohumuz əsgərlikdə yaralanıb gəlib, bir tibb bacısı var, onun üçün də bilet alıb, ancaq tibb bacısı kəndə getmir. Mən dedim ki, kəndə getmək istəyirəm. Qohumumuz cavab verdi ki, elə tibb bacısının bileti ilə gedərsən. Getdik, camaat əsgəri qarşıladı, qarşılayanlar arasında dayım da vardı. Dedi ki, sessiya vaxtı sən burda nə gəzirsən? Mən dillənə bilmədim, anam dedi ki, institutdan çıxıb. Belə deyəndə dayım mənə bir şapalaq ilişdirdi, tozun içinə yıxıldım. Bununla da dayımla aramızda konflikt yarandı. Sonra bildim ki, atamla da əvvəlcədən konfliktləri varmış. Konflikt dərinləşdi və dayım nazirlərdən birinin sifarişi ilə atamı öldürdü.

– Hadisə haqqında bir az ətraflı danışa bilərsinizmi?

– Mən bədii əsər sayağı bir tərcümeyi-hal yazmışam. Adı “Həyatımdan səhifələr”dir, “Azərbaycan” jurnalında işıq üzü görüb, ancaq hələ kitab şəkilində çap olunmayıb. Orada atamın başına gələnləri açıqlığı ilə yazmışam. Atam meşə idarəsində direktor idi. Dayımın əlindən bu işdən çıxdı, kəndimizdə kolxoz sədri işləyirdi. Günlərin bir günü maşına minib Çeyrançöl deyilən yerə gedirmiş ki, qoyun sürüləri üçün yer müəyyənləşdirsin. Qıraq Kəsəmənə gəlib ki, bu kənddən bir neçə nəfərlə örüşləri müəyyənləşdirə bilsinlər. Qıraq Kəsəmənə çatmamış, yolda Niyazi əl qaldırır, deyir ki, mən də səninlə getmək istəyirəm. Atam deyib ki, otur, o da keçib arxada oturub. Bir azdan cibindən çəkic çıxararaq atamın gicgahına vurub. Atam yıxılıb, bundan sonra maşını aşırıblar, xəbər yayıblar ki, qəza baş verib.

– Mehdi Hüseyn atanızla tanış idi deyəsən.

– Mehdi Hüseyn bizim nəsildən idi, atamla çox yaxşı münasibəti vardı. Atam məni onun yanına aparmışdı ki, mənim yeddi uşağım var, bunu da sənə oğulluğa verirəm.

– Tibb İnstitutundan çıxandan sonra nə etdiniz?

– Atama dedim ki, axı mən sənə yazmışdım ki, instituta girmək istəyirəm. Bəs sən məni niyə aparmadın? Atam dedi ki, arxayın ol. Sən demə, Azərbaycan Dövlət Universitetinin dekanı atamın əsgər yoldaşının qardaşı imiş. Atam orden, medallarını taxdı, yola düşdük. Dekanla öpüşdü, görüşdü, dedi ki, oğlumu gətirmişəm. Dekan da dedi ki, lap yaxşı, bir az oğlunla söhbət edək. Mənə dedi ki, Səməd Vurğundan, Osman Sarıvəllidən şeirlər de. Cavab verdim ki, Tibb İnstitutu məni elə hala salıb ki, şeirlər də yaddımdan çıxıb. Ancaq qəbul etsəniz, əla qiymətlərlə oxuyaram. Dedi ki, çıx, atanı çağır. Atam da kabinetin qarşısında oturmuşdu. Cağırdım atamı, özüm otaqdan çıxdım, ancaq qapı aralı qalmışdı, deyilənləri eşidirdim. Dekan bildirdi ki, uşaq fəhmlidir, onu qəbul edərəm. Qəbul imtahanları sənədlərini çıxardı, üç-dörd fəndən qiymət yazdı. Sonra mənə dedi ki, çıx dördüncü mərtəbəyə, tarix fakültəsinin dekanı Məmməd Şıxlıya-İsmayıl Şıxlının qayınatası- de ki məni Səmədzadə göndərib. Deyir ki, mən qazaxlıyam, mənə bir yaxşı qiymət yazsın. Səmədzadənin dediklərini olduğu kimi çatdırdım, kişi güldü və yaxşı bir qiymət yazdı mənə. Səmədzadə sonra məni qəbulla məşğul olan qızın yanına göndərdi, sənədləri ona verdim ki, işə tiksin. Auditoriyanı göstərdilər, getdim. Müəllim tribunaya çıxdı və dedi ki, mən Mir Cəlalam, sizə ədəbiyyat nəzəriyyəsindən dərs deyəcəyəm. Ona çox maraqla qulaq asırdım, bir də onda ayıldım ki, arxa cərgədən qabaq cərgəyə keçmişəm. Universitet həyatı belə başladı, 4-cü kursa qədər oxudum. Bir gün Mehdi Hüseyn məni Yazıçılar İttifaqına çağırdı, dedi ki, Moskvada Qorki adına Ədəbiyyat İnstitutu var, səni ora göndəririk. Dedi, rus dilini necə bilirsən? Tağıyevin kompanyonu vardı, xozeyn Məmməd adında, bizim qohum idi, bizim kənddə rus dili dərsi deyirdi. 3-4-cü siniflərdə oxuyanda o, mənə dərs dedi. Uşaqları təpiklə döyürdü, qanmırsınız, deyirdi. Müəllim deyildi axı. Pedoqoqluğu yox idi, ancaq mənim başımı sığallayır, rus dilini öyrədirdi. Mehdi Hüseynə dedim ki, rusca az-maz bilirəm. Dedi, oxuya bilərsənmi? Müsbət cavab verdim. Beləliklə də “Qorki” həyatı başladı.

– Orda hansı tanınmış şəxslərlə birgə oxumusunuz?

Isa hüseynov seçilmiş əsərləri

İsa Hüseynov və “Bizim qızlar”

12:31 22-02-2014

CƏMİYYƏT

İsa Hüseynov və “Bizim qızlar”
Əsərlərindən imtina edən Azərbaycan yazıçısı: o, niyə bu addımı atıb?

Azərbaycanın tanınmış yazıçılarından İsa Hüseynovun “Bizim qızlar” adlı povestindən imtina etdiyini bilirsinizmi?
Elə isə gəlin yazıçının öz dilindən dinləyək: “Bu povest (“Bizim qızlar” – E.A) çox bəsitdir. İlk povestim idi. Moskvada da çap olundu. Bakıda da 1953-cü ildə kitab halında çıxdı. Bu əsəri tərifləyənlər də oldu, tənqid edənlər də. Mircəfər Bağırov da tənqid edənlər sırasında idi. Tənqidçilərdən bir-ikisi ona qoşuldu. Amma sonra təriflədilər. Mənim indiki səviyyəmlə yox, elə o dövrdəki səviyyəmə görə də çox aşağı səviyyəli əsər idi. Ona görə bu əsərin adı çəkiləndə birtəhər oluram. Bu mənim ilk qələm təcrübəmdir, bunu niyə yaddan çıxarmırlar. “Bizim qızlar”ı “Seçilmiş əsərlər”imə da salmamışam. Amma yəqin küncdə-bucaqda hardasa qalıb”.
Yeri gəlmişkən, İsa Hüseynov “Yanar ürək” romanından da imtina edib. Yazıçı özü bu haqda belə deyir: “”Yanar ürək”dən imtina edib, onun əvəzində “İdeal”ı yazdım. “İdeal” romanını çox bəyənirəm. Əsəri bir də oxuyuram, görüm çatışmayan cəhətlər varsa, onları düzəldim ki, “İdeal” mənim ən kamil əsərlərimdən biri olsun. 1957-ci ildə “Yanar ürək” povesti çap olunanda çox böyük tənqidlərə məruz qaldı bu əsər. Jurnalistlər, tənqidçilər, Mərkəzi Komitə tənqid elədi. Hətta bunun sədası Moskvaya qədər getdi. Ordan tənqidçilər gəldi. Raykom katibini mənfi surət kimi vermişdim. Bu o dövr üçün görünməmiş şey idi”.

CDbException

Таблица “>”, упомянутая в записи active record класса “Org”, не найдена в базе данных.

2350 2351 /** 2352 * Constructor. 2353 * @param CActiveRecord $model the model instance 2354 * @throws CDbException if specified table for active record class cannot be found in the database 2355 */ 2356 public function __construct($model) 2357 < 2358 $this->_modelClassName=get_class($model); 2359 2360 $tableName=$model->tableName(); 2361 if(($table=$model->getDbConnection()->getSchema()->getTable($tableName))===null) 2362 throw new CDbException(Yii::t('yii','The table "" for active record class "" cannot be found in the database.', 2363 array(''=>$this->_modelClassName,''=>$tableName))); 2364 if($table->primaryKey===null) 2365 < 2366 $table->primaryKey=$model->primaryKey(); 2367 if(is_string($table->primaryKey) && isset($table->columns[$table->primaryKey])) 2368 $table->columns[$table->primaryKey]->isPrimaryKey=true; 2369 elseif(is_array($table->primaryKey)) 2370 < 2371 foreach($table->primaryKey as $name) 2372 < 2373 if(isset($table->columns[$name])) 2374 $table->columns[$name]->isPrimaryKey=true;

Stack Trace

/var/www/html/newlib/framework/db/ar/CActiveRecord.php(411): CActiveRecordMetaData->__construct(Org)

406 < 407 $className=get_class($this); 408 if(!array_key_exists($className,self::$_md)) 409 < 410 self::$_md[$className]=null; // preventing recursive invokes of via 411 self::$_md[$className]=new CActiveRecordMetaData($this); 412 > 413 return self::$_md[$className]; 414 > 415 416 /**

/var/www/html/newlib/common/behaviors/MultilingualBehavior.php(259): CActiveRecord->getMetaData()

254 255 private $_notDefaultLanguage = false; 256 257 private function createLocalizedRelation($owner, $lang) < 258 $class = CActiveRecord::HAS_MANY; 259 $owner->getMetaData()->relations[$this->localizedRelation] = new $class($this->localizedRelation, $this->langClassName, $this->langForeignKey, array('on' => $this->localizedRelation . "." . $this->langField . "='" . $lang . "'", 'index' => $this->langField)); 260 > 261 262 /** 263 * Attach the behavior to the model. 264 * @param model $owner

/var/www/html/newlib/common/behaviors/MultilingualBehavior.php(294): MultilingualBehavior->createLocalizedRelation(Org, “az”)

289 > 290 if (array_values($this->languages) !== $this->languages) < //associative array 291 $this->languages = array_keys($this->languages); 292 > 293 $class = CActiveRecord::HAS_MANY; 294 $this->createLocalizedRelation($owner, Yii::app()->language); 295 $owner->getMetaData()->relations[$this->multilangRelation] = new $class($this->multilangRelation, $this->langClassName, $this->langForeignKey, array('index' => $this->langField)); 296 297 $rules = $owner->rules(); 298 $validators = $owner->getValidatorList(); 299 foreach ($this->languages as $l) 
/var/www/html/newlib/framework/base/CComponent.php(331): MultilingualBehavior->attach(Org)
326 public function attachBehavior($name,$behavior) 327 < 328 if(!($behavior instanceof IBehavior)) 329 $behavior=Yii::createComponent($behavior); 330 $behavior->setEnabled(true); 331 $behavior->attach($this); 332 return $this->_m[$name]=$behavior; 333 > 334 335 /** 336 * Detaches a behavior from the component.

/var/www/html/newlib/framework/base/CComponent.php(298): CComponent->attachBehavior("ml", array("class" => "common.behaviors.MultilingualBehavior", "langClassName" => "Orglang", "langTableName" => "orglang", "langForeignKey" => "org_id", . ))

293 * @param array $behaviors list of behaviors to be attached to the component 294 */ 295 public function attachBehaviors($behaviors) 296 < 297 foreach($behaviors as $name=>$behavior) 298 $this->attachBehavior($name,$behavior); 299 > 300 301 /** 302 * Detaches all behaviors from the component. 303 */

/var/www/html/newlib/framework/db/ar/CActiveRecord.php(396): CComponent->attachBehaviors(array("ml" => array("class" => "common.behaviors.MultilingualBehavior", "langClassName" => "Orglang", "langTableName" => "orglang", "langForeignKey" => "org_id", . )))

391 if(isset(self::$_models[$className])) 392 return self::$_models[$className]; 393 else 394 < 395 $model=self::$_models[$className]=new $className(null); 396 $model->attachBehaviors($model->behaviors()); 397 return $model; 398 > 399 > 400 401 /**

/var/www/html/newlib/common/models/Org.php(252): CActiveRecord::model("Org")

247 * @param string $className active record class name. 248 * @return Org the static model class 249 */ 250 public static function model($className=__CLASS__) 251 < 252 return parent::model($className); 253 > 254 255 public static function All() 256 < 257 $models = Org::model()->findAll(array('order' => 'fullname', 'condition'=>'active = 1'));

/var/www/html/newlib/common/components/ApplicationConfigBehavior.php(53): Org::model()

48 49 if( ctype_digit($url[$this->langIndex - 1]) ) 50 < 51 $uid = (int)$url[$this->langIndex - 1]; 52 53 $uidModel = Org::model()->findByPk($uid); 54 if( count($uidModel) > 0 ) 55 < 56 $this->owner->user->setState('org', $uidModel); 57 $this->owner->user->setState('id', $uidModel->id); 58 

/var/www/html/newlib/framework/base/CComponent.php(561): ApplicationConfigBehavior->beginRequest(CEvent)

556 // an array: 0 - object, 1 - method name 557 list($object,$method)=$handler; 558 if(is_string($object)) // static method call 559 call_user_func($handler,$event); 560 elseif(method_exists($object,$method)) 561 $object->$method($event); 562 else 563 throw new CException(Yii::t('yii','Event "." is attached with an invalid handler "".', 564 array(''=>get_class($this), ''=>$name, ''=>$handler[1]))); 565 > 566 else // PHP 5.3: anonymous function

/var/www/html/newlib/framework/base/CApplication.php(207): CComponent->raiseEvent("onBeginRequest", CEvent)

202 * Raised right BEFORE the application processes the request. 203 * @param CEvent $event the event parameter 204 */ 205 public function onBeginRequest($event) 206 < 207 $this->raiseEvent('onBeginRequest',$event); 208 > 209 210 /** 211 * Raised right AFTER the application processes the request. 212 * @param CEvent $event the event parameter

/var/www/html/newlib/framework/base/CApplication.php(178): CApplication->onBeginRequest(CEvent)

173 * Remember to call the parent implementation so that static application components are loaded. 174 */ 175 public function run() 176 < 177 if($this->hasEventHandler('onBeginRequest')) 178 $this->onBeginRequest(new CEvent($this)); 179 register_shutdown_function(array($this,'end'),0,false); 180 $this->processRequest(); 181 if($this->hasEventHandler('onEndRequest')) 182 $this->onEndRequest(new CEvent($this)); 183 >

/var/www/html/www/front/index.php(35): CApplication->run()

30 /** url defines */ 31 32 define('DEFAULTURL', '/menus/index', true); 33 34 require_once($yii); 35 Yii::createWebApplication($config)->run(); 

Comments are closed, but trackbacks and pingbacks are open.