Press "Enter" to skip to content

Azərbaycan şairi Nizami/İsgəndərnamə

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “İskəndərnamə” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. “Şərəfnamə” və “İqbalnamə” adlı iki hissədən ibarət olan bu poema özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərib. Əsər boyu Makedoniyalı İskəndərin sərkərdə, alim və peyğəmbərliyini əks etdirən müxtəlif hadisələr verilib. Sən bu kitabı oxumaqla həm böyük şairin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, dürüst insanların əhatəsində olmaq, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətləri mənimsəyəcək, hakimiyyət və ideal cəmiyyət haqqında dəyərli fikirlərlə rastlaşacaqsan.

Книга: İskəndərnamə – Низами Гянджеви

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “İskəndərnamə” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. “Şərəfnamə” və “İqbalnamə” adlı iki hissədən ibarət olan bu poema özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərib. Əsər boyu Makedoniyalı İskəndərin sərkərdə, alim və peyğəmbərliyini əks etdirən müxtəlif hadisələr verilib. Sən bu kitabı oxumaqla həm böyük şairin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, dürüst insanların əhatəsində olmaq, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətləri mənimsəyəcək, hakimiyyət və ideal cəmiyyət haqqında dəyərli fikirlərlə rastlaşacaqsan.

Скачать книгу в форматах: fb2 &nbsprtf &nbspepub &nbsptxt &nbsppdf &nbsppdf (мобильная версия) &nbspfb3 &nbsp

Читать книгу “İskəndərnamə” Низами Гянджеви
(фрагмент)

Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Оплатили, но не знаете что делать дальше?

Azərbaycan şairi Nizami/İsgəndərnamə

“İskəndərnamə” hicri 597-ci ildə [1] (miladi 1200-cü il) Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr Məhəmmədin adına yazılmışdır.
Bu dastan yunanca orijinalı itdiyi halda, Şərq dillərində tərcüməsi mühafizə olunmuş Yunanıstanlı Klastinesin uydurma kitabından götürülmüşdür. [2]
Öz adəti üzrə Nizami, müxtəlif qədim və yeni qaynaqlardan toplayaraq işlədiyi bu süjeti 10 540 beytlik bir məsnəvi halına salmışdır.
“İskəndərnamə” iki hissədən ibarətdir. 6896 beytlik birinci hissə “Şərəfnameyi-İskəndəri”, 3644 beytdən ibarət olan ikinci hissə “İqbalnameyi-İskəndəri” adlanır. Hər iki hissə, çox güman ki, bir-birinin ardınca, fasilə verilmədən yazılmışdır.
Nizamidən əvvəl bu süjet məşhur İran şairi Firdovsi tərəfindən qələmə alınmışdır. Nizami də şübhəsiz, bu məsələdən agahdır. Amma məsələ burasındadır ki, Firdovsi İskəndərdən, qədim İran şahlarının tarixindən ibarət olan “Şahnamə”sində qismən bəhs etmişdir. Nizami isə əsərini bütünlüklə, idealizə etdiyi bu qəhrəmana həsr etmişdir. Və xüsusi qeyd etdiyi kimi, mövzunu tamamilə yeni mövqedən qələmə almışdır.
“İskəndərnamə”nin məzmununu xülasə etmək üçün əslində şairin öz köməyinə müraciət edəcəyik. O, bunu əsərinin müqəddiməsində mükəmməl bir surətdə etmişdir. On mindən artıq beyti əhatə edən bu nəhəng əsəri barədə Nizami deyir ki, nəzm bəzəyindən ayırd edilsə, “İskəndərnamə”dəki həqiqətləri bir səhifəyə sığışdırmaq mümkündür. Bunu da şair özü etmişdir. Kitabının bütün xülasəsini əvvəlcə bir səhifədə vermişdir.
Biz, ustadın ruhuna min rəhmət və təşəkkürlə, bu ecazkar səhifəni oxucularımıza nəql etməklə kifayətlənəcəyik. Bununla da, həm onları yormadan böyük poemanın ruhu ilə tanış edəcək, həm də Nizami şerinin parlaq dili ilə təsvir olunan böyük İskəndərin dünya qədər əngin və xəyal qədər zəngin həyatının xülasəsini vermiş olacağıq: “İskəndər dünyanın dörd tərəfini gəzmiş bir padşahdır. Zərdüşt dinindən başqa, heç bir adət və mərasimə toxunmayaraq Kəyanilərin taxtına çıxmışdır. Yunanıstanda qızıla ilk sikkə vurduran odur. Dəri (qədim fars) dilindəki hikmət kitablarını yunan dilinə o tərcümə etdirmişdir. Güzgünü icad edən odur. Misirliləri zəngibarlılardan xilas etmişdir. Daranın taxt və tacını almışdır. Yer üzünü “hindu qaralığı” və “rus sarılığı”ndan təmizləyərək “gəlin otağı” kimi bəzəmişdir. Çinlilərə gəmiçilik öyrətmiş, Keyxosrova naib olmuşdur. Iyirmi yaşında ikən şahlıq təbili onun adına çalınmış, iyirmi yeddi yaşında ona peyğəmbərlik verilmişdir. Onun peyğəmbər olduğu gün tarixin başlanğıcı sayılmışdır. Din sayəsində insanlara bilik, ədalətli dövlət sayəsində məmləkətlərə dinclik və səadət gətirmişdir. Dinin bir çox hikmətləri, dünyanın saysız-hesabsız tikililəri ondan qalmış nişanələrdir. Hər səfərində dünyanı qaydaya salmış, bir çox mühüm şəhərlər tikdirmişdir. Hindistandan Ruma qədər bir çox imarətlər, karvansaralar və binalar tikdirmişdir. Dərbəndi ilk dəfə “dərbənd” edən odur. Bulqar [3] deyib keçməyin: o da yaranışını İskəndərə borcludur. Yəcuc-Məcuc səddi də onun nişanəsidir. Bunlardan başqa ondan qalma daha o qədər şeylər var ki, deməklə qurtarmaz!”.
“Kürəmizi məchulluqdan qurtarmaq əzmi ilə bu mübarək şəxs dünyaya çəlipayi (xaç kimi) bir bölgü vermişdir; xaç əlaməti bizə ondan qalmışdır. Bu dörd bucaqlı xəritə vahidlərinə o, bir ölçü vermişdir. Şimal qütbünə bir, Cənub qütbünə digər bir mismar çalmış, Şərqdən bir, Qərbdən digər bir ip çəkərək bu uzunluq (tul) və en (ərz) içində heç kimin bilmədiyi bir əsas qurmuşdur”.
“Dünyanı səyahətə çıxarkən keçdiyi yolları ölçməyə başlamışdır: fərsəx (ağac), mil, mərhələ anlayışları peyda olmuşdur. Xüsusi təyin etdiyi yerölçənlər, yüzlərlə katiblər ip çəkərək ölçü götürmüşlər və quruda hər yerə yetişərək mənzillər (dayanacaqlar – red.) təsbit etmişlər; dənizlərə də gəldikdə, ölçü götürmək yolu tapılmışdır: hazırlanmış iki gəmi bir-birindən ayrı və bir çatı ilə bağlı olduqları halda, bütün sahilləri dolaşaraq, dəniz yollarını ölçmüş və mənzillərini müəyyən etmişlər. Bu səy nəticəsində kürəmiz tamamilə ölçülmüş, onun gördüyü tədbirlər sayəsində yer üzündəki yollar kəşf edilmişdir: hal-hazırda yaşadığımız “Rüb-i məskun”u [4] kəşf edən odur”.
“Onun at sürdüyü hər bir ölkə abad olmuş, hər tərəfə ədalət yayılmışdır; (o,) dağların, dərələrin ehtiyaclarına baxmış, çarəsini tapmışdır”.
Fəqət.
“Fəqət ölüm gəldikdə, o da, digər fanilər kimi aciz qalmışdır. ”
“İskəndərnamə”nin xülasəsini Nizami bu sözlərlə tamamlayır:
“O tac sahibinin tarixindən kara gələni budur. Bunun xaricində qələm nə yazarsa, ya artıqlıq, ya da əskiklikdən qurtulmaz!”
“İskəndərnamə”nin əsl “özəyi” həqiqətən bundan ibarətdir. Fəqət şair bu özəyi dolğunlaşdırmış, öz zövqünə uyğun “bəzəmişdir”. Bunu həyata keçirərkən Nizami sənət baxımından olduğu kimi, hikmət nöqteyi-nəzərindən də “İskəndərliyi” idealizə etmişdir. Bu yolda o, bəzən anaxronizmə də yol vermişdir. Məsələn, İskəndəri bir müsəlman kimi Kəbə ziyarətinə gətirmiş, bir türk və ya qafqazlı kimi onu ruslarla vuruşdurmuş, Bərdə hökmdarı gözəl Nüşabəni “rus vəhşilərinin əsatirindən” onun əli xilas etmişdir.
Şair özü də anaxronizmi yaxşı başa düşür: necə ki deyir:
“Hekayətimdə irəli-geri çəkmələr görsəniz, eyib tutmayın; bundan qaçmaq mümkün deyildir”. [5]
XII yüzilliyin mütəfəkkiri Nizami, çox vaxt XIX əsrin filosofu Spencer (Spenser) kimi, sənət lüzumu ilə söylənən “yalan”ı, doğruya ləzzət gətirən “duz” kimi işlətməkdə eyib görmür; çünki “yalana bənzər doğrudansa, doğruya bənzər yalan yaxşıdır”. [6]
Nizami təxəyyülünün meyarı məhz budur. Bu meyara (“əndazə”) sadiq qalan şair “İskəndərnamə”ni “Məxzənül-əsrar”dakı hikmətləri, “Xosrov və Şirin” ilə “Həft peykər”indəki bədii ustalığı, “Leyli və Məcnun”dakı psixoloji təhlil ilə yoğuraraq, həm forma, həm də məzmun baxımından yüksək olan monumental əsər yaratmışdır. Elə bir nəhəng əsər ki, onun “nə zaman unutdura, nə yağışlar dağıda, nə də küləklər uçura bilər”. [7] Şairin sözləri ilə desək, İskəndər bir vaxt “Zülmət”də aramış olduğu dirilik çeşməsini, “Beşliyin” sonuncu xəzinəsini təşkil edən bu nəhəng əsərdə, yəni “İskəndərnamə”də tapmışdır. [8]
Nizaminin “İskəndərnamə”sindəki ədəbi özünəməxsusluğun tarixi süjeti müasir mənalandırılmasından ibarət olmasına baxmayaraq, şairin orijinallığını təşkil edən lirizmdir. Fateh və islahatçı bir qəhrəmana dair tarixi dastan olmasına baxmayaraq, “İskəndərnamə”də də şairin lirik mövqeyi epik mövqeyə üstündür. Iskəndərin hər hansı hərbi və siyasi qələbəsi belə mütləq könülə aid bir eşqin qələbəsi – bir toyla tamamlanır.
Iskəndər bir imperator, peyğəmbər, filosof olduğu qədər də, bir aşiqdir.

Beş əsərinin xülasəsini bitirərkən, Nizaminin oxucularından rəhmət gözləyən bir diləyini də burada qeyd etmək istərdik:

Varaq, varaq yazıb burda bitirdim
Qutluluqla sözü sona yetirdim.

Şad ola ruhu o kəsin, kim deyə:
Nizamiyə Tanrı rəhmət eyləyə!

Be tarix-e pansəd-e nəvəd-e həft sal
Ke xanənde-ra z-u nəgirəd məlal.

Neveştəm mən in name-ra dər cəhan
Ke ta doru-e axer bovəd cavedan!
(Beş yüz doxsan yeddinci il tarixdə,
– Oxucu ondan əzab görməsin, –
Mən bu dastanı yazdım ki, dünyada
Qiyamətə qədər əbədi qalsın! – red.)

İsgəndərnamə (İqbalnamə)

İsgəndərnamə (fars اسکندرنامه) – Nizami Gəncəvinin «Xəmsə» toplusuna daxil olan beşinci və sonuncu poemadır. Poema 1200-1203-cü illər arasında fars dilində yazılmışdır. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır.
“İsgəndərnamə” poeması iki hissədən ibarətdir: birinci hissə «Şərəfnamə», ikinci hissə «İqbalnamə» adlanır. «Şərəfnamə» Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, «İqbalnamə» isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. İskəndərnamə tarixi-romantik poema olub, epopeya da adlandırıla bilər. Əsər müəllifin başqa poemaları, xüsusilə məhəbbət dastanlarından fərqlənməklə, Nizaminin həcmcə ən böyük əsəri olub 10460 beyti əhatə edir. Əsərin 6835 beyti Şərəfnamədə, 3625 beyti isə İqbalnamədə cəmlənmişdir. Poema əruz vəzninin mütəqarebe məqsur (məhzuf) bəhrində yazılmışdır.
İsgəndərnamə özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərmişdir. Əmir Xosrov Dəhləvinin “Ayineyi-İsgəndəri”, Əbdürrəhman Caminin “Xirədnameyi-İsgəndəri”, Əlişir Nəvainin “Səddi-İsgəndəri” və başqa əsərləri Nizami İsgəndərnaməsinin təsiri ilə yazılmış əsərlər sırasında göstərmək olar. Nizaminin poeması Hatifinin “Teymurnamə”si kimi İsgəndərin adı ilə bağlı olmayan əsərlərə də təsir etmişdir. Həmin təsir Teymurnaməyə qəhrəmanlıq motivləri, Sədinin “Bustan”ına isə didaktik cəhətdən olmuşdur. İsgəndərnamədə əxlaqi fikirlərin güclülüyü, Şərq ədəbiyyatında isə bu məsələyə xüsusi diqqət yetirilməsi poemanı sevdirən səbəblərdən olmuşdur.

Полная версия

Отзывы о книге İsgəndərnamə (İqbalnamə)

Нет отзывов

Добавить отзыв

Чтобы добавить отзыв Вам нужно зарегистрироваться или авторизироваться

  • Последние новинки библиотеки
  • Совет недели

Библиотека

  • Зарубежная фантастика
  • Русская фантастика
  • Cаморазвитие, личностный рост
  • Зарубежная психология
  • Попаданцы
  • Боевая фантастика
  • Героическое фэнтези
  • Еще жанры
    • Cовременные детективы
    • Любовное фэнтези
    • Личная эффективность
    • Зарубежные детективы
    • Cовременные любовные романы
    • Боевое фэнтези
    • Триллеры
    • Cовременная русская литература
    • Практическая психология
    • Зарубежная деловая литература
    • Космическая фантастика
    • Современная зарубежная литература
    • Л. Савенко «Путешествие в неизвестность»
    • Л. А. Савров «Оставаться собой»
    • Т. В. Иванько «В стране слепых я слишком зрячий, или Королевство кривых»
    • С. Кутузов «На рубежах тысячелетий»
    • О. Е. Пауллер «Псы войны. Противостояние»
    • Н. А. Соколов «Хмарь II. На распутье семи дорог»
    • В. Тутенко «Бабочки улетают в рай»

    Обратная связь

    • F.A.Q.
    • Обратная связь
    • Политика приватности данных
    • Наша почта: [email protected]

Comments are closed, but trackbacks and pingbacks are open.