Press "Enter" to skip to content

Islam düşüncəsi

3. Volfson H. Austrin. Kelam felsefesine giriş / Kasım Turhanın tərcüməsi ilə. İstanbul: “Kitabevi”, 1996, 144 s.

Islam düşüncəsi

İslam düşüncəsi tarixində ən böyük rasional cərəyan kəlamdır. Kəlam “dinin ehkamlarını dini avtoritetləri təqlid etməklə deyil, ağla əsaslanaraq izah etməklə dini-fəlsəfi məsələlərin abstrakt (spekulyativ) ali mühakiməsidir” (9, 128). İbn Xəldun kəlamı “iman əqidələri ətrafında mübahisə aparmaq” (12, 551) kimi xarakterizə edir. Sonuncuya görə, “erkən müsəlmanlar imanla bağlı məsələlərə aydınlıq gətirdikləri zaman hər şeydən qabaq Qurandan ayələri, Sünnədən isə xəbərləri iqtibas gətirirdilər.Sonralar iman edilməsi vacib olan məsələlərin detalları ətrafında etiqad məziyyətli fərqlər ortaya çıxdıqda nəqli dəlillərlə yanaşı, əqli dəlillərdən də istifadə edilməyə başlandı və kəlam elmi meydana gəldi” (12, 557). Mötədil rasional təbiətə malik kəlam nə islam fiqhinin özü, nə də fəlsəfi cərəyan idi. Təbii ki, burada söhbət qeyri-sistematik kəlamdan deyil, özünəməxsus polemikaya, rasional təbiətə malik sistemləşmiş kəlamdan gedir. Əgər fiqh “…bütün müsəlmanların yerinə yetirilməsində borclu olduqları dini normaları (prinsipləri) ehtiva edən” (12, 537) islam hüququ sayılırsa, kəlam bu prinsip və normaların bu və ya digər tərəfləri ətrafında dini və əqli dəlillərə əsaslanaraq mühakimə yürütmə elmidir. “Bu yeni sistem (kəlam nəzərdə tutulur – M.E.) …hədis, təfsir və fiqh elmlərindən fərqlənən fəaliyyət sahəsi sayılırdı. İmanla bağlı məsələlərin spekulyativ problemlər çərçivəsində sərbəst düşünmə yolu ilə müzakirə edildiyi və buna qarşı etirazın ortaya çıxdığı bir dövrdə kəlamın dinin ana prinsipləri xüsusunda ortaya atdığı ən böyük yenilik ilahiyyat sahəsində fərdi düşüncə tərzinə birincilik qazandırması, insan ağlına “qeyb” aləmində hakimlik statusu verməklə dini mətnlərdə ehtimalın ola biləcəyini ortaya atması idi” (6, 114). Əslində, o, xristian ilahiyyatı – sxolastikanın müəyyən cəhətlərini ehtiva edən islam ilahiyyatıdır. İslam kəlamının xristian sxolastikası ilə müqayisəsi zamanı onu sonuncunun ərəb dilli variantı saymaq da böyük səhv olardı. Bu məsələyə aydınlıq gətirmək üçün kəlam və fəlsəfə arasında müqayisə aparmaq lazım gəlir. Belə ki, xristian ilahiyyatı müvafiq fəlsəfi prinsiplərə əsaslanaraq, dini ehkamların izahında demək olar ki, yalnız fəlsəfədən istifadə edirdi. Bunun üçün o, əslində, müstəqilliyini itirmiş, kilsə tərəfindən itaətkarlığa məcbur edilmiş fəlsəfənin özü idi. Kəlam isə aşağıdakı müqayisələrdən görəcəyimiz kimi, prioritetlik nöqteyi-nəzərindən, əvvəlcə dini prinsiplərə – Qurana və Sünnəyə, sonra isə bu prinsiplərin nəzarəti altında olan rasional fəaliyyətə əsaslanan dini-rasional islam ilahiyyatı kimi qəbul edilməlidir.

Kəlamla fəlsəfənin həm müştərək, həm də fərqli cəhətləri vardır. İbn Xəldun oxşar cəhət kimi bu iki sahənin müştərək məqsədini – “bilinən şeydən bilinməyənin kəsb edilməsi”ni göstərir. Belə ki, kəlam sabit olub bilinəndən (üsuldan) olmayanı, bilinməyəni (füru`) çıxartmağa çalışır. Fəlsəfə də eyni məqsəd baxımından kəlama oxşardır. İbn Xəldun bilinən mücərrədlik haqqında fəlsəfi termin kimi “şahid”i, bilinməyən, məlum olmayan kimi isə “qaib” kəlməsini işlətmişdir (12, 560-561). Sonuncuya görə, kəlamla fəlsəfə qarşıya qoyulan məqsədlər baxımından bir-birinə oxşardır. Digər bir oxşarlıq kimi, hər iki cərəyanın ağlı biliyin mənbəyi kimi qəbul etməsi göstərilə bilər. Ancaq kəlamdakı ağıl nəzarət altında saxlanılan, “müti”, “burnunu hər yerə soxmayan” ağıldır. “…kəlam alimləri …ağlı rədd etmirdilər. (Onlar) islam çərçivəsində və yerli-yerində tətbiq edildiyi zaman ağla özünəməxsus əhəmiyyət verməkdən xüsusi zövq alırdılar” (7, 16-17). Ağla müraciət “bu və ya digər məsələnin həllində … kəlamla fəlsəfəni birləşdirən ortaq cizgi idi” (9, 128).

Hər iki cərəyan arasındakı fərqlərə gəlincə, bu, özünü ağla verilən məqamın dərəcəsində və mühakimə zamanı prinsip kimi qəbul ediləcək bazisin seçilməsində göstərir. “Kəlam alimləri yunan fəlsəfəsinin həqiqətin dərkində ağlın kafiliyi iddiasına və hüdudsuz ağıl anlayışına qarşı çıxaraq, varlıq və bilik nəzəriyyələrini dini mətnlər baxımından yenidən nəzərdən keçirtmişdilər” (1, 386-387). Onlar öz mühakimələrini islamın əsas, ana prinsipləri üzərində qururdular (14, 25) və bu zaman aparılan mühakimələr dini ehkamların təbiətinə xələl gətirəcək nəticələrlə bitmirdi. Fəlsəfədə isə irrasionallığa, imana əsaslanan bir-sıra dini ehkamlar bazis rolunu oynaya bilməzdi. Burada əsas götürülən şey intellektual rasional təfəkkür idi. Bir sözlə, əgər filosof üçün sırf fəlsəfi-rasional prinsiplər şərt idisə, kəlam alimi üçün isə dini mətnlərə bağlı ağıldan (14, 25) istifadə etmək olardı. Bu barədə Misirli tədqiqatçı Məhəmməd Əmin özünün “Züha əl-İslam” adlı kitabında yazır: “Filosofu kəlam alimindən fərqləndirən ən mühüm cəhət hər ikisində olan başlanğıc və son nöqtələrdir. Mütəkəllim vəhy sisteminə – Kitaba başlanğıcda inanır, sonra isə bu inancın verə bildiyi dəlil və sübutlarla öz fikrini möhkəmləndirir. Filosofun keçirtdiyi narahatlıqda isə ümumi olaraq varlığı araşdırmaq gizlənir və o, bunu həyata keçirtmək üçün intellektual prosesdə nəticələri nəzərə alır. Ancaq filosof özünü sosial amillərin təsirindən uzaqlaşdıra bilmir. Kəlam alimləri müdafiə etdiklərinə əsaslanırlar. Filosoflar isə müdafiə etdikləri şeyi – həqiqətin zühurunu gözləyirlər” (11, III, 18). Bir şeyi də qeyd etmək yerinə düşər ki, islam düşüncəsi tarixində heç bir kəlam məktəbi yalnız filosoflara xas rasional metodlara əl atmamışdı. “Başda mötəzilə olmaqla nə maturidi kəlamçıları, nə əşərilər, nə də şiə kəlam alimləri Aristotel məntiqi və aristotelçi ağıl anlayışına xoş münasibət bəsləməmişdilər” (2, 18). Aydın olur ki, kəlam ilə fəlsəfə ağla verilən əhəmiyyət baxımından, olmayanın ortaya qoyulması kimi məqsədyönlü olmada eyniyyət təşkil edirlərsə, ağlın təbiəti, ölçüsü və vəhymənbəli biliyə münasibətdə bir-birindən fərqlənirlər.

Qeyd etmək lazımdır ki, rasionallıq baxımından kəlam heç də həmişə sabit təbiətə malik olmamışdır. Kəlamın rasionallıq xüsusunda keçirdiyi xronoloji mərhələlərdə ağıl-vəhy arasında prioritetlik nöqteyi-nəzərindən olan yerdəyişmələr istisna edilmirdi. Ümumiyyətlə, keçirdiyi xronoloji ardıcıllıq baxımından kəlam Orta əsr islam dünyasında aşağıdakı mərhələlər üzrə müvafiq nöqteyi-nəzərlər çərçivəsində başa düşülürdü*:

Birinci mərhələ mötəzilənin ortaya çıxmasına qədərki mərhələdir. Bu mərhələ Quranda Allahın insana bənzədilib-bənzədilməməsi (antpopomorfizm – təşbih məsələsi), cüzi iradə, böyük günah sahibləri ilə Cəməl və Siffin döyüşlərində iştirak edənlərin iman baxımından statusu kimi problematik məsələlərin mühakiməsi zamanı fərqli tərəflərin ortaya atdıqları fikirlərlə başladı. Bu zaman polemik metod olaraq Quran və Sünnə ilə yanaşı, müəyyən səviyyədə rasional yolla sonuncu iki mənbədən çıxarılmış nəticələrə də müraciət edilirdi. Vəhymənbəli biliyin üstünlüyü saxlanılmaqla yanaşı, rasional metodlarla əldə edilən bilik növü də ortaya çıxdı. Bu zaman istifadə edilən əsas rasional vasitələr qiyas (analogiya) və icma (konsensus) idi. Qeyd edək ki, bu iki vasitənin heç biri kəlamın müstəqil şəkildə ortaya qoyduğu vasitələr deyildi. Kəlam mənsublarından qabaq səhabələr bu metodlardan yeni məqamların izahında istifadə edirdilər. Kəlamçıların istifadə etdikləri “…bu qiyas metodunun əsas xüsusiyyətləri onun yalnız bənzərlik, oxşarlıq əsasında olması və nəqli (vəhy məziyyətli) bilikdən nəticə çıxartması ilə idi” (3, 42).

İkinci mərhələ isə hələ fəlsəfi məziyyət kəsb etməyən mötəzilənin təmsil etdiyi mərhələdir. Bu mərhələ VIII əsrin əvvəllərindən – mötəzilənin ortaya çıxmasından IX əsrin birinci yarısına – yunan fəlsəfəsinə dair əsərlərin ərəb dilinə tərcümə edilməsinə qədər olan zaman müddətini əhatə edir. Bu dövrün əsas problemləri yenə də iman, qədər, Allahın atributları, böyük günah və s. kimi məsələlər ətrafında öz həllini gözləyir, mübahisəli məsələlər dini mövzular ətrafında yaranırdı. Bu dövrdə qiyas əsas rasional vasitə hesab edilsə də daha çox şəxsi mənafeyə – mötəzililərin iddialarının əsaslandırılmasına yönəldilmişdi. Bu mərhələdə ağıl və vəhy biliyin mənbəyi olaraq qəbul edilirdi. Ancaq bir-sıra xüsusi hallarda bəzi mötəzililər ağlın hər şeyə qadir olması iddiası ilə çıxış edərək, rasional təfəkkürü “ilahiləşdirir”, bəzən də vəhyin avtoritetliyini qəbul etməyərək, ağıl olan yerdə onun lüzumsuzluğundan söhbət açırdılar.

Üçüncü mərhələyə gəlincə, bu mərhələ IX əsrin birinci yarısında yunan fəlsəfəsinə dair əsərlərin ərəb dilinə tərcümə edilməsi ilə kəlam tarixinə qədəm qoydu. Bu, elə bir dövr idi ki, daxili səbəblərin təsiri ilə ortaya çıxan, dinin özünəməxsus məsələlərinin rasional müzakirəsi ilə məşğul olan mötəzilə tərcümə prosesinin islam dünyasına nüfuz etdirdiyi yad fəlsəfi ideyalarla, cərəyanlarla üz-üzə gəlmişdi. İslam dininin ehkamlarını “bu fəlsəfi cərəyanlar qarşısında müdafiə etməyi qarşısına məqsəd qoyan mötəzilə çox keçməyəcək …bu …cərəyanların təsirindən xilas ola bilməyəcəkdi” (5, 24). Beləliklə, fəlsəfi mötəzilənin ortaya çıxması üçün ilkin şərait yaranmış oldu. Bu dövrdə mötəzilə təkcə sırf dini deyil, fəlsəfi problemlərə də münasibət bildirirdi.

İslam düşüncəsi tarixində kəlamın dördüncü mərhələsi vəhyin avtoritetliyini ağla qurban verən mötəziləyə qarşı yeni kəlam məktəblərinin ortaya çıxması ilə başlayan mərhələ sayılır. Bu, “spekulyativ təbiətə sahib ortodoksal ilahiyyat (kəlam) və ya mötəzilə kəlamına qarşı çıxan əşəri kəlamı” (10, 9) dövrü idi. Mötəzilənin ağıl konsepsiyasına qarşı çıxan yeni kəlam məktəbi Əbülhəsən Əli ibn İsmayıl əl-Əşərinin əsasını qoyduğu əşəri kəlamı kimi tarixə düşdü. Mötəzilənin “ilahiləşdirilmiş” ağıl, Quranın sonradan yaradılması, ilahi müdaxilənin olmadığı mütləq iradə azadlığı və s. kimi iddiaları qarşısında yer alan “əşərilər bu iddialara meydan oxudular və ağlın təkbaşına islamın ana prinsiplərini izah edə bilməyəcəyi ideyası ilə çıxış etdilər” (7, 15). Biz burada əşərilərin fəlsəfi mötəzilədən qabaqkı kəlamın ağla olan münasibətdə ənənəvi yanaşma tərzini yenidən düşüncə tarixinə qaytardıqlarının şahidi oluruq. Bu kəlam məktəbi islam ehkamlarını təhdid edən fəlsəfi ideyalar, konsepsiyalar qarşısında dinin ana prinsiplərini müdafiə etmək üçün mötəzilənin rasional yanaşma metodunun işə yaramadığının şahidi olduqdan sonra ağılla vəhy arasında tarazlıq yaratmağı düşünmüşdü. Çünki rasional metodlardan imtina etmək islam ehkamlarına yunan ağlı ilə hücum edən fəlsəfi cərəyanlar qarşısında yeni müdafiə üsulunu tapmağı zəruri edirdi. Bu isə, bizim fikrimizcə, o dövr üçün absurd görünürdü. Bunun üçün əşəri kəlamı ağlın polemik gücündən tamamilə imtina etmədi. İbn Xəldun yazırdı ki, bu, Sünnə əhlinin (sünni əşəri kəlamçıları nəzərdə tutulur – M.E.) bidətləri aradan qaldırmaq üçün əqli dəlillərdən istifadə edərək, iman məsələlərini müdafiə etməsinə gətirib çıxartmışdı (12, 559). İslama rasional hücumun qarşısını rasional olanla almaq daha münasib görünürdü. Eyni zamanda mötəzilənin vəhyə olan etinasız münasibətinə görə ağla qarşı əks mövqe tutan mühafizəkar fiqh məktəblərinin (hənbəlilik və s.) dəstəyini qazanmaq fəlsəfəyə qarşı mübarizədə zəruri idi. Bütün bunları nəzərə alan əşəri kəlamı rasional mühakimədən əl çəkməməklə yanaşı, ağlın mütləq statusunu nisbiləşdirərək, ehkamçılara güzəştə getmiş oldu.

Yuxarıda qeyd etdiklərimizlə biz kəlamın keçirtdiyi mərhələlərdə ağıl-vəhy münasibətlərində mütəhərrikliyin şahidi oluruq. Mühakimələrdə mütləq olaraq ağıl-vəhy qarşıdurması kəlam tarixi üçün xarakterik deyil. Sadəcə olaraq müəyyən dövrlərdə avtoritetlik baxımdan ağıl və vəhyə verilən status öz qeyri-sabitliyi ilə fərqlənmişdir.

Qeyd etdik ki, kəlam polemikasında həm dini qayda-qanunlardan həm də rasional yanaşma üsullarından çıxış edilirdi. Əgər kəlam alimlərinin istifadə etdikləri rasional metodlara “həqiqətə nail olmaq üçün “nəzər və istidlal”, görünəni görünməyənlə müqayisə etmə üsulu olan “qiyas əl-qaib əla əş-şahid”, müqabil tərəfin fikirlərini öz dəlilləri ilə boşa çıxartmaq üçün istifadə edilən “ilzam”, boşa çıxardılan dəlillərlə yanaşı, bu dəlillərlə nail olmaq istənilən məqsədin də puç edilməsi mənasına gələn “inikas əl-ədillə” (13, 85-109) və s. daxil idisə, vəhyə əsaslanan üsullarda isə Quran və Sünnə əsas kimi qəbul edilirdi. Bu zaman Quran və Sünnənin yalnız qətilik kəsb edən mətnlərinə müraciət etmək şərt idi. “Kəlamçılara görə, dinin ana prinsipləri ilə bağlı məsələlərə aid dəlillər qəti hökm və ya qərar çıxarmağa imkanvermə kimi xüsusiyyətlərə malik olmalıdır. …Qətilik kəsb etməyən, dəlillərlə sübut edilməyən məlumat qəbilindən olan bilik zənn ifadə etməsi və şübhəyə səbəb olduğu üçün bu elmin (kəlam nəzərdə tutulur – M.E.) nəzərində qəti bilik rolunu oynamaq kimi xarakterdən məhrumdur” (8, 152). Eyni zamanda kəlamda imana dair məsələlərdə əsaslandırmanın sağlam, sabit, dəyişməz, qəti dəlillərlə reallaşdırılması əsas məqsəd olduğundan biz belə düşünürük ki, kəlam alimlərinin bəzən ənənəyə zidd olaraq qəti olmayan bəzi dini mətnləri qəbul etməmələrini haradasa başa düşmək olar. Belə ki, dəlil rolunu oynaya bilməyən dini mətnlər kəlam polemikasında qəbul edilmirdi. Məhz, bu xüsusiyyət dini mətnlərin dəlil rolunu oynaması xüsusunda kəlam alimlərini digər mühafizəkar dini qruplardan ayırırdı. Kəlam polemikasında əsas götürülən şey dini mətnlərin – hədislərin “təvatür” deyilən məziyyətə sahib olması idi. Hədisin təvatürlüyü dedikdə isə geniş mənada “yalan və saxtakarlıqda bir araya gəlmələri mümkün olmayan insanların özləri kimi digər insanlardan bir xəbəri* rəvayət etmələri” (4, 120) başa düşülür. Mütəkəllimlərə görə, əgər hədis sağlam məzmuna malik olsa belə, təvatür təbiətə malik deyilsə, bu hədisin dinin ana prinsiplərindən doğan sualların cavablandırılmasında nəqli dəlil kimi qəbul edilməsi doğru sayılmır. Onlar bu tip hədislərin dinin ancaq törəmə məsələlərində dəlil kimi işə yaraması fikri ilə çıxış edirdilər.

Yuxarıda qeyd olunanlardan belə bir nəticə çıxartmaq mümkündür ki, kəlam ilahiyyatında nəqli və əqli metodlar əsas kimi qəbul edilmişdi. Etiqad məsələlərində nəqli olanın tətbiqi o zaman mümkün idi ki, o, qətiliyə və təvatür təbiətə malik olsun. Yox, əgər nəqli dəlil bundan xali olardısa, kəlamçılar onu qəbul etmirdilər. Ancaq bu, onların belə dəlillərdən tamamilə də imtina etmələri kimi başa düşülməməlidir. Bu tip nəqli dəlillər tətbiq edilmə baxımından qeyri-vacib məsələlərin əsaslandırılmasında istifadə edilə bilərdi.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Türk dilində

1. Altıntaş Ramazan. İslam düşüncesinde işlevsel akıl. İstanbul: “Pinar”, 2003, 463 s.

2. Altıntaş Ramazan. Kelami epistemolojide aklın değeri // C.Ü.İlahiyat Fakültesi Dergisi, Sivas, 2001, №2, s. 97-129.

3. Volfson H. Austrin. Kelam felsefesine giriş / Kasım Turhanın tərcüməsi ilə. İstanbul: “Kitabevi”, 1996, 144 s.

4. es-Salih Subhi. Hadis ilimleri ve hadis istilahları / Yaşar Kandemirin tərcüməsi ilə. Ankara: Diyanet İşleri Başkanlığı yayınları, 1988, 362 s.

5. İbn Rüşd. Fəsl əl-Məqal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, 129 s.

6. Kurt Erkan. İslam itikad düşüncesinde yöntemlerin oluşumu // Kelam araşdırmaları dergisi, 2003, № 2, s. 109-128.

7. Leaman Oliver. Ortaçağ İslam felsefesine giriş / Turan Koçun tərcüməsi ilə. Kayseri: Rey Yayıncılık, 1992, 285 s.

8. Tunç Cihat. Kelam ilminde niçin kesin bilgiye ihtiyaç vardır? // Bilimname dergisi, Kayseri, 2003, № 2, s. 153-156.

9. Ислам: Энциклопедический словарь /Отв. ред. С.М.Прозоров. М.: «Наука», 1991, 311с.

10. Вольф М.Н. Средневековая философия: Мутазилитский калам: учебное пособие. Новосибирск: Новосибирский государственный университет, 2005, 80 c.

11. Əhməd Əmin. Züha əl-İslam. əl-Müşrif əl-am: Səmir Sərhan. Fi səlasə mucəllədat. əl-Mucəlləd əs-salis, əl-Qahirə: Məktəbə əl-Üsra, 1997, səh., 387.

12. Əbdürrəhman ibn Xəldun. Müqəddimə İbn Xəldun. Təhqiq: Hamid Əhməd ət-Tahir. əl-Qahirə: Dar əl-Fəcr, 2004, səh., 792.

13. Əli Sami ən-Nəşşar. Mənahic əl-bəhs ind müfəkkiri əl-islam vəktişaf mənahic əl-elm fil-aləm əl-islami. əl-Qahirə: Dar əs-Səlam, 2008, səh., 318.

14. Məhəmməd Cavad Müğniyə. Məalim əl-fəlsəfə əl-islamiyyə. Beyrut: Məktəbə əl-Hilal, 1982, səh., 271.

Xəbər mərfu, mövquf və məqtu hədis anlayışlarını özündə ehtiva edən geniş mənalı dini termindir. Belə ki, mərfu hədislər Peyğəmbərin özünə, mövquf hədislər səhabələrə, məqtu hədislər isə tabeinlərə aid edilir.

Təsnif Harry Austryn Wolfson. The philosophy of the Kalam. London. 1976. Harvard University Press. adlı kitabdan götürülmüşdür. Bax: (192, 29-30).

Xəbər məfhumunun ifadə etdiyi mənalar yuxarıda izah edilib.

Məmmədov Elvüsal Nurullah oğlu

Fəlsəfə üzrə fəlsəfə doktoru

AMEA akad. Ziya Bünyadov adına

Şərqşünaslıq İnstitutu

Din və İctimai Fikir Tarixi şöbəsi

Islam düşüncəsi

Ənənəvi İslam dedikdə, Peyğəmbər və səhabəsindən sonra müəyyən şəxslərin , alimlərin, siyasətçilərin və s. qrupların Quran və sünnədən öz təfəkkürlərinə, görüş tərzlərinə, istəklərinə görə mənimsədikləri İslam düşüncəsini yavaş-yavaş sistemləşdirib məzhəb halına gətirmələri nəzərdə tutulur.

Həqiqi İslam dedikdə isə; insanların, Qurani-Kərimi Allahın muradına uyğun başa düşmələri, yaşamaları və Rəsulunun bu kitabdan aldığı hikmətləri həyatına sünnə etmələri qəsd edilir.

Hicri 2-ci əsrdən etibarən fərqli şərhlər, hədislər, fətva və əqidə şərtləri yazılmağa başlandı. Artıq hər firqədə dayandıqları mövqeyə, yazdıqları, oxuduqları kitablara və dərs aldıqları müəllimlərə görə bir İslam düşüncəsi formalaşmışdı. Müsəlmanların çoxu İslama indiki kimi Quran və sünnənin deyil, öz qrupunun, məzhəbinin pəncərəsindən baxdı. Əslində Quran və sünnə də bu məzhəblərin prizmasından dəyərləndirilir. Bir alimin dediyi kimi: “İslam günəş kimidir. Bu günəş şüalarını əlinizdəki kristala əks etdirdiyimiz zaman oradan bizə fərqli rənglərdə və formada əks olunur. Müsəlmanların çoxu da, bu kristalın əks etdirdiyinə İslam deyir.”

“Yaxud da vəhyi göydən yağan yağışa bənzətsək; o saf, tərtəmiz yağış dənələri yerə çatana qədər havada hər cür kir və mikrobla bulaşır. Müsəlmanların çoxu da qəbul etdiyi və həq bildiyi firqə və məzhəblərinin bütün görüş və dəyərləndirmələrini; “onlar xəta etməz” və ya “biz onlardan çoxmu bilirik?” deyə, nə vermişlərsə, mənimsəmişlərdir. Hər sektaya, məzhəbə sahib olanlar nəinki məzhəbindəki nöqsana, hətta başqalarının mühakimə etməsinə, başqa məzhəbdəkinin doğru olduğunu deməsinə təhəmmül göstərməzlər. Öz sələflərinə, imamlarına müqəddəslik donu geydirib, onlar adına hər cür əqidəyə və fətvaya din adına yiyələnmişlər. Bu ənənə, ata-anadan alınan bir miras kimi yüz illərdir davam etməkdədir.

Müsəlman olana mühüm olanı müsəlman qalması, xristian olana xristian, yəhudi olana yəhudi, bütpərəst olana bütpərəst qalması mühümdür. Hər kəs öz dinində necə olması və necə qalmasını öyrənir. Bunu da kitablarından deyil, mənsub olduğu örf-adətlərindən və din adamlarından öyrənirlər. Məsələn, birinin müsəlman olması və müsəlman olaraq qalması üçün müsəlman ata-anadan doğulması, sünnət olması, biraz bu dini yaşayanlar üçün də maraqlı olan hansı məzhəbdən olması, kimlərin onu müsəlman olaraq görüb-görməməsi əhəmiyyətlidir. Yəhudilər yəhudi olmasıyla, xristianlar vəftiz olmasıyla, budistlər də Buddanı qəbul etməsilə dinlərinə bağlılığı və həqq üzrə olduqlarını düşünürlər. Bütün bunlar ənənəvi dinin mənsubları və ya müdafiəçiləridir. Quran belələrini qısaca: “Atalarının yolundan gedənlər” olaraq ifadə edir:

Onlara: “Allahın nazil etdiyinə və elçisinə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə bəsdir”, – deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?! (Maidə 5/104)

– Həqiqət nə ilə ölçülür?

Dini mövzuda din də, həqiqət də bir olduğu halda təəssüf ki, hər kəsin bir dini və hər kəsin özünə xas həqiqətləri vardır. Qurani-Kərimin ifadəsinə görə: “Həqq din İslamdır.” Biz həm din haqda, həm özümüz və həm də dünya haqda əsl həqiqətləri Allahın nazil etdiyi kitabından öyrənirik.

Demək ki, ümumi olaraq hər kim özü, dini və dünyası haqqında həqiqətə yiyələnmək istəyirsə, dinini ona nazil edəndən, dünyanı və özünü yaradandan öyrənəcəkdir. Bir yəhudi yəhudiliyini, doğru və əyriliyini özü kimi bir yəhudidən və ya yəhudi din adamından deyil, yaradanın ona nazil etdiyi kitabından öyrənməlidir. Əgər kitabı təhrif edilibsə, Allahın bir əvvəlki ya da sonrakılar üçün göndərdiyi kitabdan öyrənməlidir. Çünki atalar məsəlində olduğu kimi: “Heç kim öz ayranına turşdur deməz.” Xristian və müsəlman da o cümlədən.

Ancaq müsəlmanlarda bəla və parçalanma çox olduğundan öz aralarında da bir-birini təkfirlə, dəlalətlə və s. ilə mühakimə edənlər vardır. Bu halda müsəlmanın həm özü, həm də başqaları barəsində tutacağı həqqin ölçüsü nə olmalıdır?

Alimləri, müəllimləri, yoxsa şeyxlərimi?

Əlbətdə xeyr! Ancaq Allah və elçisi. Bunları hardan öyrənə bilərik? Allahın nazil etdiyi kitabı Qurani Kərimdən!

Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab (Tövrat, İncil) oxuyanlardan soruş. And olsun ki, Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma. (Yunus 10/94)

Bütün bəşəriyyət üçün ən ideal həqiqət və yol bu kitabdadır.

Artıq hər hansı bir insanın amalı həqq yolçusu olmaq və cənnəti qazanmaq isə, kimliyini yəhudi, xristian, bütpərəst və müsəlmandan deyil, özlərinə nazil olan kitablarından öyrənməli və nəticə etibarı ilə Qurani-Kərimlə dəyərləndirməlidirlər. Çünki bu kitab bütün əvvəlkilərin bir xülasəsidir.

Həqiqi İslamı yaşayan, mənə məzhəbim və ya başqasının məzhəbi nə deyir deyə düşünməz. Mənə Quran (Allah) nə deyir?

Məni Quran necə görür?

Mən hansı sözlə kimi və hansı əməllə nəyi əldə edib, nəyi itirmiş oluram?

Quran, İslamın özünü, bir insanın həqiqi üzünü göstərən bir güzgüdür! Başqa aynalar, kristallar insanları yanılda bilir.

Əli əleyhissəlamın dediyi kimi: “Əgər həqqi batildən ayırmaq istəyirsənsə, əvvəlcə həqqi öyrən! Sonra batil özü sənə məlum olacaq!”

Müəllif: Aydın Mülayim

Milli.Az

Достоинство Ислама (Фадлюль-Ислям)

«Достоинство Ислама» — лекции по небольшому посланию шейха-муджаддида Мухаммада ат-Тамими, да помилует его Аллах, которое он назвал «Фадлюль-Ислям», что можно перевести как «достоинство» или «превосходство» Ислама. Разъяснение (шарх) данного труда сделал шейх Салих Али аш-Шейх, да хранит его Аллах. Послание содержит в себе основные вопросы манхаджа праведных предшественников в вопросах Таухида (единобожия) и Сунны.

Лекции на русском языке подготовил шейх Арсен Абу Яхья, да хранит его Аллах.

شرح فضل الإسلام للشيخ صالح آل الشيخ

Глава 1: Достоинство Ислама

Лекция № 01:

С именем Аллаха, Милостивого, Являющего милость. И на Его помощь уповаем!

Лекция № 02:

Слова Всевышнего Аллаха:

﴿الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا﴾

«Сегодня Я ради вас усовершенствовал вашу религию, довел до конца Мою милость к вам и одобрил для вас в качестве религии Ислам». Сура 5 «аль-Маида», аят 3.

И слова Всевышнего:

﴿قُلْ يَا أَيُّهَا النَّاسُ إِنْ كُنْتُمْ فِي شَكٍّ مِنْ دِينِي فَلَا أَعْبُدُ الَّذِينَ تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ وَلَكِنْ أَعْبُدُ اللَّهَ الَّذِي يَتَوَفَّاكُمْ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُؤْمِنِينَ﴾

«Скажи: “О люди! Если вы сомневаетесь в моей религии, то ведь я не поклоняюсь тем, кому вы поклоняетесь вместо Аллаха. Я поклоняюсь Аллаху, Который умертвит вас, и мне приказано быть одним из верующих”». Сура 10 «Йунус», аят 104.

Лекция № 03:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِنْ رَحْمَتِهِ وَيَجْعَلْ لَكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ﴾

И слова Всевышнего:

«О те, которые уверовали! Бойтесь Аллаха и веруйте в Его посланника, и тогда Он одарит вас вдвойне из Своей милости, и дарует вам свет, при котором вы будете идти, и простит вас. Аллах — Прощающий, Милосердный». Сура 57 аль-Хадид», аят 28.

Лекция № 04:

И в ас-Сахихе передаётся от ибн ‘Умара, да будет доволен Аллах им и его отцом, что Посланник Аллаха, мир ему и благословение Аллаха, сказал: «Вас и людей двух Писании можно сравнить с работниками, которых нанял человек. Вот он им сказал: “Кто поработает на меня с утра до полудня за один кырат?” И за работу взялись иудеи. Затем он сказал: “Кто поработает на меня с полудня до намаза ‘аср за один кырат?” И за работу взялись христиане. А потом он сказал: “Кто поработает на меня с намаза ‘аср до заката солнца за два кырат?” И они это вы. И тогда разозлились иудеи и христиане и сказали: “А почему мы работали больше, но получили плату меньше?” И [Аллах] сказал: “А разве Я обделил вас как-то в вашем праве?” Они сказали: “Нет”. Он сказал: “Это милость Моя даю её кому пожелаю”». аль-Бухари 2268.

В нём же [ас-Сахихе] сообщается от Абу Хурайры, да будет доволен им Аллах, который сказал: «Сказал Посланник Аллаха, мир ему и благословение Аллаха: “Аллах отвратил от пятницы тех, кто был до нас. Для иудеев (отведенным днем для собрания) была суббота, а для христиан — воскресенье. К нам же Аллах обратился и указал нам путь к пятнице. В этом порядке они (т.е. иудеи и христиане) последуют за нами в День Воскресения. Мы — последние (из общин) среди людей в этом мире и первые в Судный День”». Муслим 856.

Лекция № 05:

И в нем же приводится в виде хадиса му’алляк от Пророка, мир ему и благословение Аллаха, что он сказал: «Самая любимая религия для Аллаха – великодушная ханифия». аль-Бухари в «ас-Сахихе» глава 29 и в «аль-Адабуль-Муфрад» 287.

Лекция № 06:

И передается от Убай ибн Ка’ба, да будет доволен им Аллах, что он сказал: «Вы должны придерживаться пути и Сунны. Потому что нет такого раба, находящегося на пути и на Сунне, которого, если он помянет Аллаха и его глаза наполнятся слезами от благоговейного страха перед Аллахом, мог бы когда-либо коснуться адский огонь. И нет такого раба, находящегося на пути и на Сунне, который, если помянет Всемилостивого и сожмется его кожа от страха перед Аллахом, не был бы подобен дереву с высохшими листьями, осыпавшимися от дуновения ветра, грехи также осыпаются с него подобно тому, как осыпаются листья с дерева. Поистине, умеренность на пути и на Сунне лучше, чем усердие, проявляемое не на пути и не на Сунне». Абу Дауд в «Китабу аз-Зухд» 199. Ибн аль-Мубарак в «аз-Зухд» 87. Абу Ну’айм в «аль-Хилья» 1/252.

И передается от Абу ад-Дарда, да будет доволен им Аллах, что он сказал: «Как прекрасен сон благоразумных и их разговение, то как они обходят и оставляют позади бодрствование глупцов и их пост. Благочестие на вес пылинки, которое сопряжено с богобоязненностью и убежденностью, более велико, лучше и весомее, чем поклонение подобное горам, совершенное обольщенными» Ахмад в «аз-Зухд» 171. Абу Ну’айм в «аль-Хилья» 1/211.

Глава 2: Об обязательности вхождения в Ислам

Лекция № 07:

Слова Всевышнего Аллаха:

﴿وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ﴾

«От того, кто ищет иную религию помимо ислама, это никогда не будет принято, и в Последней жизни он окажется среди потерпевших урон». Сура 3 «Али ’Имран», аят 85.

И слова Всевышнего:

﴿إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ﴾

«Воистину, религией у Аллаха является Ислам». Сура 3 «Али ’Имран», аят 19.

И слова Всевышнего:

«Таков Мой прямой путь. Следуйте по нему и не следуйте другими путями (ас-субуль), поскольку они собьют вас с Его пути». Сура 6 «аль-Ан’ам», аят 153 и до конца аята, Муджахид сказал: «ас-Субуль — это новшества и заблуждения». Привёл ат-Табари в своём «Тафсире» 12/229.

Лекция № 08:

Сообщается, что мать правоверных Умм ’Абдуллах ’Аиша, да будет доволен ею Аллах, сказала: «Посланник Аллаха, мир ему и благословение Аллаха, сказал: “Если кто-нибудь внесёт в это наше дело нечто новое и не имеющее к нему отношения, это будет отвергнуто”». В другой версии этого хадиса сказано: «Кто совершит деяние, на которое не было нашего указания, то оно будет отвергнуто!» аль-Бухари 2697, Муслим 1718.

Лекция № 09:

У аль-Бухари приводится от Абу Хурайры, да будет доволен им Аллах, который сказал: «Посланник Аллаха, мир ему и благословение Аллаха, сказал: “Все (члены) моей общины войдут в рай, кроме тех, кто откажется”. (Люди) спросили: “О посланник Аллаха, а кто откажется?” Он сказал: “Кто будет повиноваться мне, тот войдёт в Рай, а кто ослушается меня, тот откажется”». аль-Бухари 7280.

Также в ас-Сахихе приводится от Ибн ‘Аббаса, да будет доволен ими Аллах, что Посланник Аллаха, мир ему и благословение Аллаха, сказал: «Самыми ненавистными для Аллаха людьми являются трое: отклоняющийся в Хараме, человек, стремящийся к сохранению обычаев джахилийи в Исламе, и тот, кто ищет (способа) пролить чью-либо кровь [мусульманина — у аль-Бухари этого нет — прим. ред.], не имея на это права». аль-Бухари 6882.

Лекция № 10:

Шейхуль-Ислям ибн Теймийя, да помилует его Аллах, сказал: «Под слова обычай джахилийи подпадает всякая джахилийя полная или частичная т.е. у кого-то присутствует, а у кого-то нет, будь он из людей Писания или идолопоклонник или у кого-то другого, все, в чем есть противоречие тому, с чем пришли посланники». См. «Иктида-у ас-сырат аль-мустакым» 78-79 [автор привел его слова сокращённо — прим. ред.]

Лекция № 11:

Также в ас-Сахихе приводится от Хузейфы, да будет доволен им Аллах, который сказал: «О, собрание чтецов! Идите прямо! Если вы будете идти прямо, то опередите далеким опережением. А если будете отклоняться направо или налево, то заблудитесь далеким заблуждением». аль-Бухари 7282.

Также (сообщается) от Мухаммада ибн Уаддаха, что он [т.е. Хузейфа — прим.ред.] входил в мечеть, вставал над кружками и говорил, и упомянул (этот асар).

Лекция № 12:

А также сказал (Мухаммад ибн Уаддах): нам сообщил Суфьян ибн ‘Уейна от Муджалида ибн Са’ида от ‘Амира аш-Ша’би от Масрука, который сказал: сказал ‘Абдуллах т.е. ибн Мас’уд, да будет доволен им Аллах: «Не будет наступать год без того, чтобы следующий год не был хуже него. Я не говорю, что год будет дождливее, чем (последующий) год, и что год будет более урожайным (плодородным), чем (последующий) год, и что правитель будет лучше, чем (последующий) правитель. Но, (я говорю о том, что) уйдут ваши знающие и лучшие из вас, а потом появятся люди, которые будут измерять вещи посредством своих мнений (взглядов), и тогда Ислам будет разрушатся и/или появится брешь». Ибн Уаддах в «аль-Бид’а» 33. ад-Дарими в «ас-Сунан» 1/65.

Лекция № 13:

Лекция № 14:

Comments are closed, but trackbacks and pingbacks are open.