İzahlı İslam fəlsəfəsi terminləri” lüğəti nəşr edilib
Lüğətin azərbaycandilli oxucu üçün əlçatanlığını təmin etmək məqsədilə kitabın sonunda terminlərin doğma dilimizdə indeks-siyahısı tərtib edilib. Həmin indeks-siyahıya müraciət etməklə oxucu istənilən sözü, termini lüğətdə tapıb lazımi məlumatı əldə edə bilər. Lüğət təkcə müsəlman fəlsəfəsi deyil, həm də ilahiyyat, islamşünaslıq və dinşünaslıq mütəxəssisləri üçün faydalıdır.
Azərbaycanda İslam lüğəti nəşr olunub
AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun hazırladığı “İslam-ensiklopedik lüğət” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, fil. üzrə e.d. professor Gövhər Baxşəliyevanın elmi redaktorluğu ilə nəşr olunan kitabda respublikamızın müstəqillik dönəmində dini maarifçiliyin genişləndiyi, plüralizm və söz azadlığının bərqərar olduğu, İslama marağın artdığı hazırkı vaxtda İslam haqqında doğru və düzgün məlumatlar öz əksini tapıb.
Lüğət, “İslam. Ensiklopediçeskiy slovar” Moskva, “Nauka”, QRVL, 1991 kitabının tərcüməsi əsasında bir sıra yerli mənbə və ədəbiyyat, Azərbaycanın şeyxülislamları, müftiləri, axundları və s. din xadimləri haqqında məlumatlar, habelə, bəzi istilahlar haqqında əlavələrlə hazırlanıb.
Kitab filosoflar, şərqşünaslar və ümumiyyətlə, islamla maraqlananlar üçün nəzərdə tutulub.
“İzahlı İslam fəlsəfəsi terminləri” lüğəti nəşr edilib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri” lüğəti nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, lüğətə müsəlman filosofları tərəfindən işlənib-hazırlanmış terminlərin müəyyən hissəsi, klassik müsəlman fəlsəfi əsərlərində xatırlanan yunan, Roma mənşəli filosofların ərəb dilində göstərilmiş adları daxil edilib. Ümumilikdə lüğətdə 443 sözün izahı verilib.
Kitabda orta əsr müsəlman fəlsəfəsi, məntiqi, metafizika və psixologiyası, astronomiyasına aid terminlərin təkcə tərcüməsi deyil, həm də izahı verilib.
Lüğətdə terminlər ərəb əlifbasına uyğun sıralanıb. Məqsəd ərəbdilli mətnlərdə oxucunun qarşısına çıxan terminlərin lüğətdə asanlıqla tapılmasını təmin etməkdir. Əvvəlcə terminin ərəbcə yazılışı, sonra mötərizədə transkripsiyası, Azərbaycan dilindəki ekvivalenti, ərəbcə versiyasının dilimizin orfoqrafiya qaydalarına uyğun fonem transliterasiyası, hərfi mənası və nəhayət, izahı yer alır.
Lüğətin azərbaycandilli oxucu üçün əlçatanlığını təmin etmək məqsədilə kitabın sonunda terminlərin doğma dilimizdə indeks-siyahısı tərtib edilib. Həmin indeks-siyahıya müraciət etməklə oxucu istənilən sözü, termini lüğətdə tapıb lazımi məlumatı əldə edə bilər. Lüğət təkcə müsəlman fəlsəfəsi deyil, həm də ilahiyyat, islamşünaslıq və dinşünaslıq mütəxəssisləri üçün faydalıdır.
“İslamofobiya lüğəti”nin müəllifi: “Fransada müsəlmanlara separatçı kimi baxırlar”
“İslamofobiya lüğəti”nin müəllifi: “Fransada müsəlmanlara separatçı kimi baxırlar” “Müsəlmanlar üçün Fransada yaşamaq asan deyil və bir çox müsəlman rahat yaşaya bilmək üçün buradan başqa ölkələrə köçdülər”.
15 Mart , 2023 15:34
https://static.report.az/photo/8483ec29-a0d9-313e-a040-17a924f6ba81.jpg
“Müsəlmanlar üçün Fransada yaşamaq asan deyil və bir çox müsəlman rahat yaşaya bilmək üçün buradan başqa ölkələrə köçdülər”. “Report”un xəbərinə görə, bunu tarixçi, “İslamofobiya lüğəti” kitabının müəllifi Kamil Meziti Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. O, Fransadan gəldiyini deyib: “Mən 10 il öncə “İslamofobiya lüğəti” kitabını yazanda insanlar deyirdilər ki, sən mübaliğə edirsən. Lakin 10 il sonra görürük ki, Fransada yaşayan müsəlmanlar özlərini fransız kimi hiss etmir. Onlar özlərini digər ölkələrdə daha çox fransalı hiss edirdilər, nəinki Fransada. Ağılasığmaz hal olsa da, hazırda bu ölkədə İslam paranoyası yaşanır. Onlar müsəlmanlara separatçı kimi baxırlar”. “Siyasətçilər də öz siyasi karyeralarını qurmaq üçün bu vasitədən istifadə edirlər. Lakin unutmaq olmaz ki, müsəlmanların da haqları var. Ölkədə hansısa terror aktı törədiləndə həmin dəqiqə oxlar müsəlmanlara tuşlanmamalıdır. Təəssüf ki, Fransada İslamla bağlı vəziyyət budur. Bu baxımdan hər birimiz islamofobiyaya qarşı mübarizə aparmalıyıq” – K.Meziti vurğulayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.