Press "Enter" to skip to content

Islam mədəniyyətinin avropaya təsiri

Hikmət Həsənov
Ölkə.Az

AVROPADA İSLAM

Almaniya hökumətində Yaxın Şərq üzrə məsləhətçi qismində çalışan, islam dünyası üzrə mütəxəsis Mixael Lüders ölkənin nüfuzlu «Die Zeit» qəzetində islamla Avropa arasında tarixi münasibətlərə toxunan maraqlı bir məqaləsini dərc etdirmişdir.
İSLAM AVROPAYA İNTİBAHI (renessans) GƏTİRDİ

. İslam barədə təsəvvürlər Avropada yüzilliklər boyu radikal dəyişmişdir. Bunun üçün əsas səbəb Şərqdə deyil, əsasən Avropadakı dəyişikliklər olub. Məsələn, heyrət qorxuya keçirdi, qorxu romantik ideallaşdırmaya, romantik ideallaşdırma isə cəhalətin təsiri altında aşağılayıcı baxışlara çevrilə bilərdi. Bu gün də Avropada bir çox yerlərdə İslama aşağılayıcı baxışlar mövcuddur.
Əslində Avropada islam tarixi haqqında gerçək biliklərə sahib adamlar çox azdır. Əksər avropalılar təsəvvür etmirlər ki, bizim bu günkü həyatımızda olan bir çox nailiyyətlərə və texniki kəşflərə (kompüterlərdə hesablanma prosesləri, iqtisadiyyatda ekspertlərin proqnozlaşdırma vasitələri, həkimlərin, kimyaçıların, riyaziyyatçıların, coğrafiyaçıların və astronomların bilikləri) görə məhz müsəlman alimlərinin nailiyyətlərinə minnətdar olmalıyıq.
Antik dünyanın məhvindən sonra Yaxın Şərqdə və Avropanın bir sıra yerlərində islamın hegemonluğu dövründə (IX-XIV əsrlərdə) elm yeni çiçəklənmə dövrünü keçirirdi. Qədim yunan dilindən ərəb dilinə, oradan isə latın dilinə tərcümə nəticəsində antik yunan elmi Qərb mədəniyyətinə yol tapa bildi. Əgər bu baş verməsəydi, həmin biliklərin böyük bir qismi məhv olacaqdı və nəinki Avropanın, bütün dünyanın inkişafı ləngiyəcəkdi.
«632-ci ildə Məhəmməd Peyğəmbər (Ə.S.) vəfat edəndə nəhəng miqyaslı ərəb işğalları hələ başlamamışdı və ərəblər olduqca geri qalmış bir xalq idilər. Onların maddi mülkiyyətləri məhdud idi, ədəbiyyatları isə İslamdan əvvəlki məhv edilmiş poeziyanın və şifahi nəzmin qalıqlarını, o cümlədən müqəddəs «Quran» kitabını əhatə edirdi» – deyə XX əsrdə dünyada tanınmış ingilis şərqşünası Uilyam Montqomeri Uott vurğulayırdı. Alim qeyd edirdi ki, Peyğəmbərin vəfatından 80 il sonra ərəblər İspaniyaya hücum edəndə, artıq onların mədəni səviyyəsi olduqca yüksək idi. VII və VIII əsrlərdə Misiri, Suriyanı və Mesopotomiyanı işğal edən ərəblər Yaxın Şərqin nəhəng mənəvi mərkəzlərinə sahib oldular. «Daha qədim mədəniyyətlərin daşıyıcıları İslamı qəbul etdilər və mənəvi rəngarəngliyin həddi yüksəldi. Beləliklə, şumerlərdən, akkadlardan və Firon dövrü misirlilərdən başlayan nəhəng şəhər sivilizasiyası nailiyyətləri yeniləşmiş ərəb mədəniyyətində öz təcəssümünü tapdı» – deyə ingilis şərqşünası qeyd edirdi.
İlkin İslam mədəniyyət mərkəzləri Bağdad, İsfahan, Buxara, Səmərqənd, Dəməşq, Qahirə, Tunisdəki Kayruan və Mərakeşdəki Fes şəhərləri idilər. Sonrakı yüzilliklərdə İslamın Avropaya təsirini müsəlmanlar tərəfindən İspaniyanın və Siciliyanın işğalı ilə izah edə bilərik.

AVROPADA İSLAMIN MƏRKƏZİ – İSPANİYA

Əl-Əndəlis adlanan müsəlman İspaniyası öz çiçəklənmə dövründə bütün İberiya yarımadasını əhatə edirdi. Bu istila 711-ci ildə başladı və 4 il içərisində müsəlman ərəb və Şimali Afrika bərbər tayfaları İspaniya və Portuqaliyanın bütün baş şəhərlərini tuta bildilər.
İspanların əksəriyyəti bu işğaldan razı idilər. Müsəlmanlar vestqotların işğalına son qoymuşdular və hətta İspaniya yəhudiləri xristian kilsəsinin zülmündən canlarını qurtardılar. İspaniya yəhudiləri müsəlman hakimiyyətinin siyasəti nəticəsində daha azad yaşamağa başladılar və hətta iri torpaq sahiblərinə çevrildilər.
1492-ci ilədək yəni sonuncu müsəlman əyaləti olan Qranada Rekonkista (qeyri-xrisitanların məhvi) siyasəti nəticəsində xrisitanların hakimiyyətinə keçənə qədər İspaniya və Portuqaliya bütün Avropada müsəlman dövləti kimi qəbul edilirdilər. Qranadanın təslimindən sonra isə İspaniyada xristianlığı qəbul etmək istəməyən bütün yəhudilər və müsəlmanlar qovuldular və ya öz həyatlarını inkvizisiya tonqallarında itirdilər.
İspaniya və Portuqaliyada İslam hakimiyyəti dövründə ərəblər daha yüksək səviyyədə idilər, onlardan sonra isə İslamı qəbul etmiş ispanlar gəlirdilər. Ölkədə sayına görə, ən böyük əhali formal olaraq xristian inamını saxlayan ispanlar idilər. Lakin onlar İslamdakı adət və qaydalara üstünlük verirdilər. Xristian ispan kişiləri müsəlman paltarları geyir, ərəb dilini öyrənir, hətta çoxarvadlılığa meylli idilər. O dövrdə Avropada İslam həyat tərzi bu gün “Amerika həyat tərzi” dəbdə olduğu kimi aparıcı mədəniyyət idi. Müsəlmanların İspaniyada hakimiyyətindən yeganə narazı qalan Katolik kilsə idi, çünki o, hakimiyyətini itirmişdi.
Hətta müsəlmanlar İspaniyadan qovulduqdan sonra belə, İspaniya Avropa üçün İslamdan gələn mədəniyyətin mərkəzi hesab olunurdu. Məsələn, hətta orta əsrlərin sonunda Kordovada bütün Avropa üçün yenilik olan müsəlmanların qoyub getdiyi kanalizasiya sistemi və gecələr küçələrin işıqlandırılması qaydası var idi. İslam dövründə Kardovada yarım milyon əhalinin 3 min məscidi və 300 ictimai hamamı var idi. Bütün Avropadan fərqli olaraq İslam İspaniyasında Kardova, Sevilya və Qranadada ali məktəblər mövcud idi və burada fəlsəfə, hüquq, ədəbiyyat, riyaziyyat, tibb, astronomiya, tarix və coğrafiya tədris olunurdu.
İlk dəfə məhz burada varlı adamın xüsusiyyəti kimi evində böyük kitabxananın olması qəbul edilmişdi. İslam İspaniyasının çiçəklənmə zirvəsi X əsrə təsadüf edir. Bundan sonra daxili çəkişmələr nəticəsində mərkəzi hakimiyyət itir və İspaniyada müsəlman şəhərləri arasında rəqabət güclənir. Bundan istifadə edərək 1085-ci ildə xristian Rekonkistası ilk böyük qələbəsini qazanır, müsəlman Toledo şəhəri ələ keçirilir. Bir neçə əsr davam edən qarşıdurma Rekonkistanın qələbəsi və İspaniyanın islamdan təmizlənməsi ilə bitir.
1499-cu ildə İspan katolik kilsəsinin kardinalı Fransisko Ximenes ələ keçirilmiş Qranadada 80 min ərəb kitabının yandırılmasını əmr edir, ərəb dilini küfr və alçaq irqin dili kimi qiymətləndirir.
Döyüşkən xristian siyasəti qısa bir zamanda öz məqsədinə nail olur. Ərəb müsəlman mədəniyyətini daşıyan əhali artıq özlərini xristian hesab etməyə başlayırlar. Zorakılıq və təqiblər öz nəticəsini verir. İspaniya əhalisi öz müsəlman köklərindən bütünlüklə imtina edir.

AVROPADA İKİNCİ İSLAM MƏRKƏZİ – SİCİLİYA

827-ci ildə Tunisdəki ərəb qarnizonu Siciliyanı ələ keçirir. 200 il içində Siciliya adasında islam hökmranlıq edir. XI əsrdə normanlar onları adadan vurub çıxarırlar. Amma Ştaufenlər nəslindən olan norman kralları fanat xristian deyildilər, əksəriyyətən islam mədəniyyətinin aşiqi idilər. 1250-ci ildə imperator II Fridrixin ölümünədək Siciliyanın paytaxtı Palermo islam mədəniyyət və elminin mərkəzi hesab olunurdu.
II Fridrixin islam eşqi və onun sarayındakı intriqalar əsl roman süjetidir. II Fridrixi əhatə edən katolik ruhanilər imperatoru islama nifrət bəsləməyə daim sövq edirdilər. Amma tolerant imperator sarayına tez-tez müsəlman alimlərini dəvət edir və onlarla elmi və fəlsəfi söhbətlər aparırdı.
Roma Papası ilə məktublaşan katolik ruhaniləri açıq bildirirdilər ki, müsəlmanların üstünlüyü onların elmindədir. Kilsə xadimləri öz dövrü üçün müasir dövrdə Çinsayağı gizli və ölçüsünə görə nəhəng piratçılıq siyasəti həyata keçirdilər. II Fridrixin kitabxanasında olan ərəb, fars və türk dilindəki elmi kitabları gizlicə latın dilinə tərcümə edib Romaya göndərdilər.
Müəllifləri gizlədilən bu tərcümə əsərlər Vatikan kitabxanasına yerləşdirilir, kopiyalanır və Avropa üzrə katolik universitetlərin kitabxanalarına göndərilirdi. Tarixi bilgilərə görə, Avropanın sonrakı elmi yüksəlişi məhz bu “plagiatın” nəticəsi oldu. Kopernik və Leonardo Da Vinçi kimi Avropa mütəfəkkirləri də öz elmi kəşflərini bu əsərlər əsasında etmişlər. Lakin Avropalı mütəfəkkirlərin: “Bu əsərləri kim yazıb?” – sualına katolik kitabxanaçılar çiyinlərini çəkərək: “Onları Vatikandan almışıq” – deyə cavab verirdilər.
1250-ci ildə imperator II Fridrix ölən kimi katolik keşişlərin təkidi ilə müsəlman alimlər Siciliyanı tərk edir, ərəb, fars və türk dillərindəki original əsərlər məhv edilir.
SƏLİB YÜRÜŞLƏRİ
Səlib yürüşləri dövründə İslama qarşı düşmənçilik təkcə dini və ideoloji səbəblərə malik deyildi. Papanın təmsilçiləri istəyirldilər ki, Avropanın xristian ölkələri bir-biri ilə mübarizəyə son qoysunlar, öz enerjilərini Avropadan kənarda və onun daxilində müsəlmanlara və kafirlərə qarşı istifadə etsinlər. Bu mənada səlib yürüşləri tam yerinə düşdü. Baxmayaraq ki, səlib yürüşləri hərbi, siyasi və iqtisadi baxımdan mənasız idi, onlar Qərbi Avropanın islama qarşı əsasda vəhdətə gəlməsinə yardım etdilər. XII-XIV əsrlərdə islam barəsində belə bir yanlış fikir formalaşdı ki, müsəlmanlar fanatdırlar, zorakılığa meyllidirlər və silah gücünə missionerliklə məşğuldurlar. Bu cür baxışlar indiyədək davam etməkdədir.
Bu cür yanlış baxışlar Osmanlı İmperiyasının tarix səhnəsinə çıxması ilə formalaşdı. 1453-cü ildə Konstantinopolu fəth edən Osmanlı İmperiyası Bizansa ölümcül zərbə vurmuş və Cənubi Şərqi Avropanı islamlaşdırmışdı. Bundan əlavə, Osmanlı qoşunları iki dəfə – 1529 və 1683-cü ildə Vyananı – sonuncu Müqəddəs Roma İmperiyası kimi qəbul edilən dövlətin paytaxtını mühasirə etmişlər. İkinci mühasirədən sonra türkləri Avropadan sıxışdırma prosesi başladı.
Baxmayaraq ki, Almaniyada protestant hərəkatının lideri Martin Lüter xristianların müsəlmanlardan çox şeyi öyrənməli olmasını vurğulayırdı, amma o, türkləri daim lənətləyirdi. «İlahi, bizi qoru və hifz elə, türklərin bizi qırmasına imkan vermə, onlar sənin oğlun olan İsa Məsihi taxtdan salmaq istəyirlər» – deyə o, hər ibadətinə belə başlayırdı. O dövrdən etibarən müsəlman Şərqi Avropada cəhənnəm və şər yuvası kimi qəbul edilməyə başladı.
Maarifçilik dövründə islam barəsində Avropada təsəvvür yenə də dəyişdi. Bu dövrdə artıq Osmanlı İmperiyası tərəfindən təhlükə yox idi. Avropa feodal quruluşdan şəhərlərin əsas rol oynadığı sənaye cəmiyyətinə keçidi yaşayırdı. Qabaqcıl Avropa ölkələrində vətəndaşlar zadəganların və kilsənin təsirindən azad idilər. Bu tarixi fonda Şərq yenidən kəşf edildi – gözəl nağıl və romantik gerçəklik kimi.
O dövrdə fars və ərəb poeziyası tərcümələri alman şairlərini, ilk növbədə Gütöni (Goethe) ilhama gətirirdi. 1819-cu ildə o, «Qərbi – Şərq divanı» adlı poetik məcmuəsini dərc edir. Onun kimi digər şair və yazıçılar da Şərq poeziyasında Şərq və Qərbi ümumi, mənəvi dəyərlər bağladığını göstərirdilər.
Maarifləndirmə dövrünün filosofları müstəbid dövlətə və onun dini legitimləşdirməsinə qarşı Şərq dünyasının mənəviyyatına müraciət edirdilər: onlar belə bir sual ortaya qoyurdular ki, niyə Avropadan kənar mədəniyyətlər digər ictimai modelləri inkişaf etdirirlər? Niyə islam aləmində gerçəkdən mərhəmətə və ədalətə əsaslanan ictimai sistem mövcuddur, amma Avropada xristian mərhəməti yalnız deklarasiya xarakteri daşıyır?
“Ex oriente lux” – «İşıq Şərqdən gəlir» tezisi ilə düşünən insanların dövrü müstəmləkəçiliyin başlanğıcına qədər davam etdi. Müstəmləkəçilik dövründə isə köhnə düşmən təsəvvürlər bərpa olundu və növbəti dəfə mədəni konfrantasiya başlandı.
MÜSTƏMLƏKƏÇİLİK DÖVRÜ
Səlib yürüşləri dövründə olduğu kimi, Avropalılar yenidən özlərini yüksək sivilizasiyanın nümayəndələri kimi qəbul edir, Şərqi cəhalət mənbəyi kimi dəyərləndirirdilər. Amerikalı ədəbiyyatşünas Edvard Said 1978-ci ildə dərc etdirdiyi və geniş marağa səbəb olmuş «Orientalismus» adlı əsərində qeyd edirdi ki, Qərb elm, incəsənət və teologiya ilə Şərqi ələ keçirdi və eyni zamanda Şərqi yenə də kəşf etdi.
Həqiqətən də, Qərbdə Şərq barəsində biliklərin böyük hissəsi XIX və XX əsrlərə, müstəmləkəçiliyin çiçəklənməsi dövrünə təsadüf edir. 1815-ci ildə avropalılar dünyanın quru hissəsinin 35 faizinə, I Dünya Müharibəsindən sonra isə, 85 faizinə nəzarət edirdilər.
Bu gün istər Şərqdə, istərsə də Qərbdə şübhə və nifaq ruhu hökm sürür. Avropalı üçün Şərq onun şəxsi tarixinin bir qismini təcəssüm etdirir. Avropalı təfəkkürdə Şərq irrasional və dağıdıcı elementlərin ağıl üzərindəki hökmünü göstərən dövrün bariz nümunəsidir. Eyni zamanda, ərəb-müsəlman dünyasında Qərb metoforik formada yalanın və xəyanətin, müsəlmanları alçaltmaq məqsədilə qərəzli sövdələşmələrin yeri kimi qəbul edilir.
Digəl ki, hər iki tərəf daim bir-birindən asılı və bir-birinə təsir edən uzun tarixi yol keçmişlər. Hər iki tərəf biri digəri ilə düşmənçilik edən əkizlərə bənzəyirlər.
Bu gün Qərbi Avropada 13 milyon müsəlman yaşayır. Onların böyük hissəsi qaçqınlardır. Almaniyada onlara əvvəllər qastarbayter, indi isə miqrant deyirlər. Almaniyanın federal prezidenti Kristian Vulf bu yaxınlarda bildirmişdir: «islam Almaniyanın bir hissəsidir». Onun bu sözlərinə birmənalı yanaşmırlar. «Die Welt» qəzetinin apardığı onlayn sorğuya görə, respondentlərin 88 faizi alman prezidentinin fikri ilə razılaşmadıqlarını bildiriblər.
Bu gün çoxları Almaniya və Avropada islam dünyasını uzaq və yad hesab edirlər.
Son dövrdə islam əleyhinə daha bir irad ortaya çıxmışdır – islamın qadına düşmən münasibət bəslədiyi bildirilir. Bu yerdə Mixael Lüders xatırladır ki, orta əsr Avropasında Şərq cinsi münasibətlərin tüğyan etdiyi bir yer kimi qiymətləndirilirdi. Digər tərəfdən, hələ orta əsrlərdə müsəlman qadınlarına boşanmaq hüququ və nigahdan öncə nigah müqaviləsi haqqı verilirdi. Avropalı xristianlar isə bir neçə əsr içərisində bunu qalmaqal kimi qəbul edirdilər.
Avropada islamın düşmən obrazı indiki dövrdə gülməli formada bərpa olunub. Bunun iki əsas böyük səbəbi var: soyuq müharibənin sonu və 2001-ci il 11 sentyabr hadisələri. Lakin əsas səbəblər daha dərindədir. Keçmişdə olduğu kimi daxili krizislər yad qarşısında qorxu doğurur. Qloballaşan dünyada inamsızlıq peyda olur və müdafiə refleksi qabarır. Onlar isə digər mədəniyyətə qarşı yönləndirilirlər.

Hazırladı: Sevda Əsgərova

Islam mədəniyyətinin avropaya təsiri

Səlib yürüşlərinin əsas məqsədi heç də dini yox, Şərqin var-dövlətini, zənginliklərini talamaq idi. Orta əsr Avropası aclıq, səfalət, qaranlığa qərq olmuşdu. Bu dövrdə isə Şərq öz intibah dövrünü, İslam İntibahını yaşayırdı. Bu isə Kilsəni və acgöz avropalıları narahat edirdi. Müqəddəs Şəhəri azad etmək bəhanəsi ilə başlayan səlib yürüşləri fiaskoya uğradı. Əslən Azərbaycandan olan Səlahəddin Eyyubi səlibçiləri bir neçə dəfə darmadağın etdi.

Bununla belə, səlib yürüşlərinin Avropaya müsbət təsiri də oldu. Avropalılar İslam mədəniyyəti ilə, elmi ilə tanış olub əsərləri öz ölkələrində tərcümə edib yaydılar. Bir sıra mədəniyyətlə tanış oldular.

Amma işin mənfi tərəfi də var idi. Yayılan cüzam xəstəliyi Avropanı bəlaya saldı. Amma avropalıları bu bəladan İslam elmi xilas etdi. Bu barədə tarixçi-alim Əkbər Nəcəf “Ölkə.Az”a məlumat verib.

Xristian dövlətlərinin səlib canfəşanlığı qitəyə cüzam bədbəxtliyini gətirdi. Bu bəla tam 700 il Avropanın yaxasını buraxmadı. XI-XVII əsrləri Avropanın cüzam dövrü adlnadırmaq, renesans dövrü adlandırmaqdan daha məntiqlidir.

Bir hadisənin ortaya çıxdığı an yaydığı panika və qorxu təsirini itirməyə başladığında normallaşmağa başlayır. XV əsrdə cüzam, vəba kimi ölümlər kilsə mərasimlərində müqəddəslik əlaməti olaraq qeyd edilməyə başlandı. Fransanın qərbində yerləşən Vienne şəhərinin baş patriarxı Gui de Poisseieu 1478-ci ildə kilsədə təşkil etdiyi böyük ayində camaat adından Tanrıya cüzam ehsan etməsini dua edirdi:

“Dostum, bu xəstəliyin sənə bulaşması Tanrının xoşuna gedir və səni bu dünyada işlədiyin günahlardan ötürü bu yolla cəzalandıraraq təmizləməsi böyük xoşbəxtlikdir”.

Baş patriarx nitqinə davam etdiyi sırada kilsəyə girməyə can ata “retrogradu”lar (cüzamlılar) rahiblər tərəfindən dəyənəklərlə qapıdan qovulurdular. Bu mənzərə baş patriarxın diqqətindən yayınmamış ki, sözlərini belə bitirdi: “Kilsədən və Müqəddəslər camaatından qovulsan da, Tanrının lüfündən uzaqlaşa bilməzsən”.

Cüzam sağalmayan bir xəstəlik deyildi. Müsəlmanlar bu xəstəliyin çarələrini əsrlər əvvəl bilirdilər və civə deyilən bir müalicə metodu ilə sağaltmağa çalışrıdılar. Avropaya bu müalicə metodu İslama qarşı həqarət təbliğatlarının ən gurultulu dövründə daxil oldu. “Saint-Come” kilsəsi müsəlmanlar əleyhində sərt təbliğat apararkən, kilsənin xəstəxanasında yatan cüzamlı xəstələri rahiblər İslam tibbi ilə müalicə edirdilər…

Hikmət Həsənov
Ölkə.Az

Avropa İslamdan yox, İslamın mədəniyyətindən qorxur – ÖZƏL – FOTOLAR – ednews.net

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

18 Mart, Şənbə

Günün xəbərləri

Xəbər xətti

18.03.2023

17.03.2023

Ən çox oxunan xəbərlər

Avropa İslamdan yox, İslamın mədəniyyətindən qorxur – ÖZƏL – FOTOLAR

27.09.2018 16:57 Фото: 9 Канал–> Müsahibələr A- A A+

Son dövrlərdə Avropada getdikcə artan islam nüfuzu və buna qarşı Avropa ölkələrində həyata keçirilən siyasi və ya ictimai tədbirlər daim diqqət mərkəzində qalmaqdadır. Ona görə də bu gün Avropada islama münasibət və Avropada müsəlmanların və islamın gələcəyi kimi vacib bir mövzunu araşdırmağa qərar verdik. Mövzu ilə bağlı siyasi elmlər üzrə tədqiqatçı Şamxal Əbilov Eurasia Diary-ə müsahibə verib. – Avropada islamofobiyanın səbəbləri nələrdir? – Bunun bir çox səbəbləri mövcuddur. Lakin, fikrimcə, ən əsas səbəb odur ki, İslam sadəcə bir din deyil, eyni zamanda çox effektiv bir mədəniyyətdir. Yəni, son dövrlərdə Avropada müsəlmanların sayının çoxalması və Avropada islamın nüfuzunun genişlənməsi Avropa mədəniyyəti üçün yeni bir alternativ kimi İslam mədəniyyətinin ortaya çıxmasına səbəb olub. Bu gün Avropada müşahidə olunan islamofobiyanın da əsas səbəbi budur. Avropa illərdir dünyaya örnək kimi təqdim etdiyi mədəniyyətini itirmək, onun təsirini zəiflətmək istəmir. Ona görə də, Avropa məqsədyönlü şəkildə “islamı gözdən salaraq” bir növ öz mədəniyyətini qorumağa çalışır. – Avropada son günlər islamofobiyaya alternativ kimi “panislamist meyllər” də müşahidə olunur. Oslo universitetinin tətqiqatlarında son illərdə 6 mindən çox vətəndaşın islamı qəbul etdiyi aşkarlanıb. Bundan savayı, Avstriya, Fransa və Almaniya kimi ölkələrdə müsəlmanların əleyhinə qəbul edilən bəzi qərarlara qarşı ciddi etiraz nümayişlərinin keçirilməsi və yerli vətəndaşların bəzi müsəlman ölkələrinə dəstək göstərməsi və s. amillər Avropada panislamist meyllərə misal ola bilər. Avropa dövlətləri bu panislamist meyllərə necə münasibət göstərir? – Avropada tam bir şəkildə panislamist cərəyan olmasa da qeyd etdiyiniz faktlarla razılaşaraq burada vətəndaşların bir qisminin islama rəğbət göstərdiyini söyləmək olar. Əslində bu panislamizm olmasa da gələcəkdə ciddi bir panislamist hərəkata çevrilə bilər. Avropa dövlətləri də məhz bunun qarşısını almağa çalışırlar. Avropa bu gün panislamizmə qarşı millətçilik ilə çıxış edir. Avropa dövlətlərində millətçiliyin yenidən inkişaf etməsi əsla təsadüfi deyil. Diqqət yetirsək görərik ki, Avropa dövlətlərinin bir çoxunun parlamentində son dövrlər millətçi partiyalar böyük çoxluq əldə ediblər. Bundan savayı, neofaşist və neorasist cərəyanlar demək olar ki, heç bir təzyiqlə qarşılaşmadan öz fəaliyyətlərini və nümayişlərini həyata keçirirlər. Fikrimcə, bütün bunlar siyasi dairələrin planlarıdır və xüsusən də, panislamizmə qarşı çevrilmişdir. – Bəs nə üçün Avropada millətçilik bir dinə qarşı yönəlir? Avropada millətçilik türk coğrafiyasında və ya Avrasiya məkanında olduğu kimi deyil. Burada millətçiliyin tarixi daha qədimdir. Avropa millətçiliyinin islamı hədəf almasının səbəbi də yalnız siyasi arqumentlərdən asılı deyil. Avropalı millətçilər miqrant və terror problemini əsas gətirərək anti-islam mövqeyini ifadə edirlər. Həmçinin, Avropa millətçiliyinin bu qədər islama qarşı sərt hətta bəzi ölkələrdə radikal münasibətinin əsas səbəbini buraya Suriya, Liviya və digər ölkələrdən gələn miqrantların həqiqi islami imicə sahib olmaması və onların islamdan uzaq və qeyri-etik davranışları ilə də əlaqələndirmək olar. – Fransada və Avstriyada son dövrlər həyata keçirilməyə çalışılan “yerli islam” və “sekulyar islam”ın yaradılması siyasətinin əsas hədəfləri nələrdir? – Fikrimcə, əsas hədəf burada yaşayan müsəlmanların Türkiyə, İran, Səudiyyə Ərəbistanı və s. islam coğrafiyasında lider olan dövlətlərlə əlaqələrini zəiflətmək və ölkədə yaşayan müsəlmanların dövlətə qarşı loyal münasibətini formalaşdırmaqdan ibarətdir. – Avropada müsəlmanlarının sayının get-gedə artması və regionda islamın təsirinin genişlənməsi Avropanın sosial və siyasi müstəvidə gələcəyinə necə təsir edəcək? – Bu çox maraqlı və bir o qədər də çətin sualdır. Hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin olsa da, belə bir fikiri qeyd edə bilərəm ki, Avropada islam təsiri azalmayacaq. Çünki uzun illərdir burada yaşanan mənəvi aşınma cəmiyyətdə islam kimi muhafizəkar və effektiv bir dinə etiqadın artması üçün zəmin hazırlayıb. Avropa dövlətlərinə gəlincə isə gec də olsa bir çoxu Fransa kimi anlayacaq ki, islamofobiya ilə islam təsirini zəiflətmək mümkün deyil. Onlar da bir müddət sonra az öncə qeyd etdiyimiz Fransa kimi İslamı institutlaşdırmağa çalışacaq. Müsahibəni götürdü: Nicat İsmayılov

Comments are closed, but trackbacks and pingbacks are open.