Press "Enter" to skip to content

Islam tarixi 2 abbas qurbanov

Tarix: 08.07.2017 | Oxunma sayı: 7. 530 baxış

Hz. Əli və Xaricilər

Hz. Əlidən ayrılaraq Harurada toplanan üsyançı qrup, xəlifəni özlərinin başlanğıcda zorla qəbul etdirdikləri “təhkim” mövzusunda günahlandırdılar, ona “lə hukmə illə lilləh, inilhukmə illallah-hökm ancaq Allahındır-amma sən insanları hakim seçdin, Allahın hökmü yerinə bəşərin hökmünü qəbul etdin, beləliklə kafir oldun ” dedilər. Xəlifə küfrə düşdüyü üçün üzərindəki beyətin qalxdığını söyləyən asilər, siyasi və dini bir günah işləmədiklərini, üsyan etmədiklərini, üsyançı sayılmadıqlarını və həqiqətdə inanclarının gərəyincə hərəkət etdiklərini irəli sürdülər.

“Lə hukmə illə lilləh” parolu altında Harurada toplanan və islam məzhəbləri tarixində “Hanıriyə”, “Muhakkimətul-Ula”, və ya “Xaricilər”, “Maarika” deyə adlandırılan bu topluluq, müstəqil bir idarə sistemi qurdular. Beləcə, xəlifə Hz. Əlinin idarəsi, Suriyadakı Müaviyənin idarəsi və Haruradakı Xarici idarəsi şəklində islam dövlətində üç qrup yarandı.
Üsyançıların Harurada Hz. Əliyə qarşı ayaqlanmalan, mövcud idarəyə qarşı cəbhə almaları və idarə qurmağa çalışmaları, Hz. Əlinin tərəfdarlarının xəlifəyə olan beyətlərini yeniləmələrinə səbəb oldu.
Hz. Əli üsyançılarla ilk öncə sülh yoluyla razılaşmaq istədi. Abdullah b. Abbası onlara elçi olaraq göndərdi və onları birləşməyə dəvət etdi. İbn Abbas ilə Xəvariclər arasında uzun müzakirələr oldu. İbn Abbasm açıqlamalarından sonra onlardan bir qismi Hz. Əlinin tərəfinə keçib onunla birlikdə Kufəyə gəldilər.
Harurada toplandıqları üçün Haruriyə adlandınlan bu üsyançılar, Abdullah b. Vəhb ər-Rasibini xəlifə seçdilər və yeni idarə qurmalanna davam etdirdilər.
Dövlət idarəsinin Qüreyşdə olmadığını yayaraq daha sonra çox sayda tərafdar toplayan Xaricilər, Qüreyşin idarəsinə qarşı baş qaldırdılar. Bundan sonra Xəvariclər Nəhravanda toplandılar.
Kufə xaricilərinə qoşulmaq üçün yola çıxan Bəsrə xariciləri, Nəhrə-van körpüsü yaxınlığında məşhur səhabə Habbab b. Ərətin oğlu Abdullah və ailəsinə rast gəldilər. Əbu Bəkr və Ömər haqqmda özünün və atasının fikrini soruşduqdan sonra Abdullahı və ailəsini işgəncə edərək öldürdülər.
Vəziyyəti öyrənən xəlifə Hz. Əli, Haris b. Urvəni üsyançılarla görüşərək qatilləri təslim etmələrini istəmək üçün onlara elçi olaraq göndərdi.
Harisi də öldürən asilər, «hamımız qatillərik” sözləriylə, edilən təklifi rədd etdilər. Bunun üzərinə, Şam valisinin üstünə getmək üçün hazırlaşan Hz. Əli, öncə Xaricilərin işini bitirməyə qərar verdi. Nəhavənd də toplanan Xaricilərin üzərmə doğru hərəkət etdi.
Döyüşmədən öncə onlardan qatilləri təslim etmələrini istədi. Qays və Əbu Əyyub əl-Ənsari kimi səhabələr vasitəsiylə onlara nəsihət etdi və özü də İbnul Kəwa ilə görüşdü. Çox təssüf ki, müsbət bir nəticə alınmadı. Onun sözlərini qəbul etməyərək, Hz. Əlinin ordusuna hücum etdilər. Ancaq çox şiddətli Nəhrəvan savaşında (38/658) üsyançıların çoxu öldürüldü. Qaçanlar isə Nuheylada toplandılar və qarşı gəlməyə çalışsalar da Hz. Əli onlara fürsət verməyərək, şiddətli hücumla qalanların da müqavimətini tamamilə qırdı. Ancaq, savaşın bir daha çox şeyi həll etmədiyi, ümumi sülhü gətirmədiyi ortaya çıxdı. Öldürülənlərin ailələri və qəbilələri davamlı olaraq intiqam həvəsində olaraq, daxili çəkişmələr çıxardılar.
Hz. Əli Nəhravan və Nuheyladakı döyüşlərdən sonra Şama hücum etmək istəsə də, Əşas b. Qays ordunun yorğun, silah və təchizatın yetərsiz olduğunu, Şama hərəkət etmədən öncə yaxşıca hazırlaşmaq gərəkdiyini bildirərək, bu səfərin ertələnməsini təklif etdi. Bu səbəbdən Hz. Əli or-dusuyla bərabər Kufəyə qayıtdı.
Sələfindən pis vəziyyətdə idarəni miras götürən, daxili çəkişmələr səbəbiylə fəthlərlə məşğul ola bilməyən və dövlətdə yeni islahatlar aparmaq imkanı olmayan Hz. Əli, ümumi sülhü və hüzuru bərqərar etmək, qardaş müharibələrini önləmək üçün var gücüylə çalışırdı.

Hz. Əlinin Şəhid Edilməsi

Kiçik yaşlarından İslamı qəbul edən, istər Hz. Məhəmmədin (s.ə.s) sağlığında, istərsə də vəfatından sonra ilk üç xəlifə dövründə yeni dinin öyrənilməsi və yayılmasında, Bədir, Uhud və Xeybər qəzvələri başda olmaqla qatıldığı bütün qəzvələrdə böyük xidmətlər göstərən, elmin şəhəri, təqva və ixlas simvolu, qəhrəmanlıq və yüksək əxlaq sahibi olan məşhur səhabə Hz. Əli, xaricilərdən olan Əbdürəhman b. Mülcəm tərəfindən şəhid edildi.
Misirdən olan İbn Mülcəm həcc etmək bəhanəsilə Məkkəyə gələn, lakin Kəbənin qapısında cinayət planı quran xaricilər tərəfindən kiralan-dı. Bundan əlavə üsyançılar Amrb. As və Müaviyəni də öldürməyi planlaşdırdılar. Burak b. Abdullah ət-Təmimi Müaviyəni, yenə Təmim qəbiləsindən Amr b. Bəkr də Anır b. Ası öldürməli idi. Öz aralarında razılaşan bu üç nəfər, planlaşdırdıqları cinayətləri həmin ilin (h. 39) Ramazan aymın 17-ci günü həyata keçirməyə qərar verdilər.
Paytaxt Kufəyə gələn Əbdürrəhman b. Mülcəm əl-Muradi planını icra etmək üçün fürsət axtarmağa başladı. Bu əsnada Nəhrəvan savaşında ölən kimsələrin yaxınları ilə tanış oldu. Təym ər-Rəbab qəbiləsindən olub atası və qardaşı Nəhrəvanda öldürülən Katam adındakı qadm da intiqam üçün fürsət axtarırdı. İbn Mülcəm bu qadına aşıq oldu. Katam ona Hz. Əlini öldürməsi, 300 dirhəm, 1 kölə və 1 də cariyə verməsi şərtilə özüylə evlənməyi qəbul etdiyini bildirdi.
Bu şərtləri qəbul edən Əbdürrəhman b. Mülcəm səhər namazı vaxtında Kufədəki böyük məscidə getdi. Bu əsnada namaz qıldıran Hz. Əlini zəhərli xəncər zərbəsilə yaraladı. Xəlifə Hz. Əli aldığı yaranın təsirilə (h. 40-cı il Ramazan aymın 17-də) 661-ci il yanvarın 20-də vəfat etdi. İraqda bugünkü Nəcəfdə dəfiı edildi.
Hz. Əlinin öldürülməsi hadisəsi, sələfi Hz. Osmanın öldürülməsindən daha təhlükəli nəticələrin ortaya çıxmasına səbəb olmuşdur. Əgər Hz. Osmanın öldürülməsi hadisəsi “Böyük Fitnə” (əl-fitnətul-kubra) adlanırdısa, Hz. Əlinin öldürülməsi “Ən Böyük Fitnədir”. Belə ki, Hz. Osmanın şəhid edilməsindən sonra bəzi çəkişmələr və qardaş qırğınları meydana gəlmiş olsa da, ümmət içərisində siyasi, dini, fiqhi və kəlami parçalanmalara səbəb olmamışdır. Lakin Hz. Əlinin xəlifəliyi və şəhid edilməsilə övladlarının xilafətdəki haqlan və məruz qaldıqları davranışlar bəzi qruplar tərəfindən siyasi alətə çevrilmişdir. Müsəlmanlar sünni və şiə adlanan iki böyük hissəyə ayrılmış, bir çox ideoloji və qanlı qarşıdurmalara səbəb olmuşdur.
Hz. Əli üstün əxlaq sahibi idi. Cəsarət, elm və xitabət vəsflərini ən gözəl şəkildə təmsil edirdi. Qəhrəmanlığı dillərdə dastan olmuş, elmi səviyyəsindən də hər kəs razı idi. Bəlağət sahəsində də dövrünün ən məşhur simalarından biri idi.
Hz. Əli Hz. Məhəmmədin (s.ə.s) yaxın qohumu, Əbdülmənafm da seçilmiş şəxslərindəndir. Hz. Peyğəmbərin əmisi oğlu və Hz. Fatimənin əridir. Hz. Peyğəmbərin nəvələri Hz. Həsən və Hz. Hüseyn onun övladlarıdır. Zeynəb və Ümmü Gülsüm də, Hz. Əlinin Hz. Fatimədən doğulan qızlarıdır. Hz. Əli Hz. Fatimənin vəfatından sonra müxtəlif dövrlərdə səkkiz dəfə evlənmişdir.
Başlanğıcdan bu günə qədər müsəlmanlar Əhli-Beytə, xüsusilə də Hz. Əli və övladlarına xüsusi sevgi bəsləyirlər. Lakin dövlət başçılığına Hz. Əbu Bəkr, yoxsa Hz. Əlimi daha layiqdir məsələsi zamanla müsəlmanları şiə və sünni adlanan iki qruplaşmaya parçalamışdır.

Hz. Həsənin Xəlifəliyi və Müaviyə ilə Olan Münasibət

Hz. Əlinin öldürülməsindən sonra müsəlmanlar h. 40-cı ilin Şəvval (661-ci ilin fevralı) aymda onun böyük oğlu Hz. Həsənə beyət edərək onu xəlifə seçdilər. Ona ilk beyət edən Qeys b. Sad b. Übadə əl-Ənsari oldu.
Hz. Həsənə beyət edilməsi Müaviyə b. Əbu Süfyanı təşvişə saldı və hərəkətə keçməyə sövq etdi. Kufəliləri Hz. Həsəndən uzaqlaşdıraraq öz tərəfmə çəkmək üçün bir sıra fəaliyyətlərə başlayıb, Abdullah b. Amirin başçılığı altında bir ordu təşkil etdi. Bundan əlavə Hz. Həsənlə məktublaşdı. Ancaq bu məktublaşma iki tərəfin razılığa gəlməsinə kömək etmədi. Hz. Həsən Mosula çatan Müaviyənin ordusunun qarşısına Übeydullah b. Abbasm başçılığı altında bir ordu göndərdi. Ancaq Hz. Həsənin ordusundakılar, Sıffində onun atasının ordusunda olan əsgərlərə bənzəyirdilər. Döyüşdən qorxur və çəkinirdilər. Hz. Həsən haqqmda da əsassız şeylər danışırdılar.
Bu vəziyyət Hz. Həsənin ordusuna güvənməməsinə və sadiq tərəfdarları ilə birlikdə Mədainə çəkilməsinə səbəb oldu. Yolda onu öldürməyə cəhd edən xarici Cərrah b. Sinan əl-Əsəd tərəfindən yaralanması da Hz. Həsən tərəfdarları arasında təşvişə səbəb oldu. Bu arada boş durmayan Müaviyə, Hz. Həsənin ordusunu Ənbardamühasirəyə aldı və Hz. Həsənin ordusundan özünə sığınanların həyatlarının bağışlanacağını söylədi. Bu çağırış əsgərlərə dərhal təsir elədi. Onsuz da əsgərlərdən çoxu açıq-aşkar döyüşməkdən çəkindilər. Hz. Həsən də bu vəziyyət qarşısında Mədainə dönərək Müaviyə b. Əbu Süfyanla müqavilə imzalamağı uyğun gördü. Hz. Həsən xəlifəliyi Müaviyə b. Əbu Süfyana müəyyən şərtlər daxilində vermişdir ki, bu da aşağıdakılardan ibarətdir.

1. İraqlılardan hər kəsin təhlükəsizliyi təmin olunacaq və heç kəs tutulmayacaqdır.
2. iraqlı əsgərlər günahkar sayılmayacaq və günahları əfv ediləcəkdir.
3. Əhvazın xəracı illik olaraq özünə ödəniləcək və qardaşı Hz. Hüseynə də iki milyon dirhəm veriləcək.
4. Haşimoğullanna Əbduşşəmsoğullanndan fərqli münasibət göstərilməyəcək.

Bəzi qaynaqlarda Hz. Əliyə söyməmək, xilafətin Müaviyənin ölümü ilə Hz. Həsənə keçməsi maddələrinin də müqavilə şərtləri içərisində olduğu bildirilməkdədir. Ancaq Hz. Həsənin mövcud şərtlər çərçivəsində belə təkliflər edə bilmək iqtidarında olmadığı, Müaviyənin də onları qəbul etməyəcəyi qənaətindəyik.
Hz. Həsənin müqavilə şərtlərini komandir Abdullah b. Amir Müaviyəyə apardı. Müaviyə də şərtləri qəbul edərək imzaladı və Hz. Həsənə göndərdi. Müqavilə şərtlərinin olduğu kimi qəbul edilməsindən razı qalan Hz. Həsən, vəziyyəti komandiri Qeys b. Sada bildirdi və ondan səlahiyyətlərini Müaviyəyə verərək Mədainə gəlməsini əmr etdi. Qeys b. Sad bu qərardan razı qalmasa da, əmri yerinə yetirməkdən başqa çarəsi qalmadı. Hz. Hüseyn, Sad və Hucur b. Adiy kimi kimsələrin qarşı çıxması da bir nəticə vermədi.
Hz. Həsən müəyyən olunmuş şərtlər, xüsusilə də müsəlmanların ümumi faydasını, birlik və bərabərliyini, cəmiyyətin mövcud vəziyyətini nəzərə alaraq Suriya valisi Müaviyə ilə razılaşdı və iqtidarı ona verdi. Bu sülh müqaviləsi müsəlman cəmiyyətinin yenidən sülh və əmin-əmanlığa qovuşmasına səbəb olduğu üçün, bu ilə “camaat ili” deyildi.
Dörd və ya altı ay xəlifəlik etdiyi bildirilən Hz. Həsən, bu müqavilədən sonra ailəsi ilə birlikdə Mədinəyə gedib və burada öz həyatına davam etdi. Çox yaxşı bilinməyən şərtlərdə h. 49-cu il Səfər ayının 28-də (670-cu il aprelin 7-də) vəfat etdi.
Zəkalı və təqvalı bir şəxs olan Hz. Həsən səbri, comərdliyi və mərdliyi ilə də məşhur idi. Sıbt8 və Mıtlaq9 ləqəblərilə anılırdı. Onun nəsimdən gələnlərə sonralar “Şərif’ ünvanı verilmişdir. Yüz dəfə evləndiyi, yüzlərlə cariyəsi olduğu söylənilir. Ancaq, evliliklərinin və cariyələrinin sayı kimi, uşaqlarının sayı haqqında da müxtəlif məlumatlar vardır. On, on beş, iyirmi və ya iyirmi iki övladı olduğu rəvayət edilir.

Əhli-Beytdən olan Hz. Həsən Hz. Əli və Fatimənin böyük oğludur. Haqqında bir çox ədəbiyyat mövcuddur.

Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.

Islam tarixi 2 abbas qurbanov

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

İslam tarixi: II cild

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Islam tarixi 2 abbas qurbanov

Dərslər Arazda Ramazan Xoşbəxtliyin gözəlliyi – Yaşar Qurbanov

Araz FM-də yayımlanmış “Arazda Ramazan” proqramının audio yazısı + MP3 (2-ci veriliş – 27.05.2017)

MP3 YÜKLƏ

Tarix: 08.07.2017 | Oxunma sayı: 7. 530 baxış

Axtar

İslamevi Sosial Şəbəkələrdə

“Cümənin Bərəkəti” – Radio verilişi

73 gün sonra qurtaran həsrət..

(video) | Mədinə

Qurani Kərimin mənaca tərcüməsi

Namaz Vaxtları

YENİ DƏRSLƏR

Sonuncu videomuz

Kəbə’ni canlı izlə (Məkkə şəhəri)

Ən çox baxılanlar

  • Namazın vaxtları – 118. 918 baxış
  • SIXINTI VƏ KƏDƏRİ ARADAN QALDIRAN 5 ZİKR – 95. 313 baxış
  • AXŞAM ZİKRLӘRİ – 57. 298 baxış
  • MӘHӘRRӘM AYI VӘ AŞURA GÜNÜ HAQDA HƏR ŞEY (araşdırma) – 42. 900 baxış
  • YENİ DOĞULMUŞ KÖRPƏ ÜÇÜN EDİLƏCƏK 6 ŞEY – 40. 931 baxış

Təsadüfi yazılar

  • Könüllü sədəqə
  • Allahın izni ilə bir kəsi qorumaq üçün edilən dua
  • Səhih Qüdsi hədislər (Şükür etməyin və nemətlərin artması )

Comments are closed, but trackbacks and pingbacks are open.