Islam əxlaqı
Qurani-kərimdə isə məalən buyurulur ki:
Gözəl əxlaq
Sual: Yaxşı Müsəlman olmaq üçün gözəl əxlaqlı olmağın zəruri olduğunu bildirdiniz. Gözəl əxlaqa necə sahib olmaq olar?
CAVAB
Bəli, yaxşı bir Müsəlman olmaq üçün gözəl əxlaqa sahib olmaq, pis əxlaqdan uzaq durmaq lazımdır. Ancaq bununla dünya və axirət səadəti əldə edilir.
Gözəl əxlaq, elm və ədəb öyrənməklə, yaxşı insanlarla yoldaşlıq etməklə əldə edilir. Pis əxlaq da bunun tərsidir. Yəni, cahil qalmaq, ədəbsiz olmaq, pis insanlarla yoldaşlıq etməkdən hasil olur. Cənabı Haqq Peyğəmbər əfəndimizi tərifləyərkən, “Doğurdan da sən böyük bir əxlaq üzrəsən” buyurur. (Qələm 4)
Yaxşı insan, yaxşı əxlaqlı insan deməkdir. Dinimiz yaxşı xasiyyətlər əldə etməyimizi, pis xasiyyətlərdən çəkinməyimizi əmr edir.
Gözəl əxlaqa sahib kəslərə qibtə etmək, onlar kimi olmağa səy göstərmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Nemətə qovuşmuş olanlardan təvazökar olana və özünü həmişə qüsurlu bilənə, halaldan qazanıb, xeyirli yerdə sərf edənə, fiqh bilgiləri ilə hikməti (təsəvvüfü) birləşdirənə, halala, harama diqqət edənə, kasıblara mərhəmət edənə, işlərini Allah rizası üçün edənə, xasiyyəti gözəl olana, kimsəyə pislik etməyənə, elmi ilə əməl edənə və malının çoxunu paylayıb, sözünün çoxunu saxlayana müjdələr olsun.” (Tabərani)
Gözəl sözlər
Əxlaq haqqında İslam alimləri buyurur ki:
“Pis əxlaqlı parçalanmış səhəngə bənzəyir. Nə yamanır, nə də əvvəlki kimi palçıq olur.”
“Hər binanın bir təməli vardır. İslamın təməli də gözəl əxlaqdır.”
“Pis əxlaq elə bir fənalıqdır ki, onunla edilən bir çox yaxşılıqlar fayda verməz. Gözəl əxlaq elə bir yaxşılıqdır ki, onunla edilən günahlar belə əfvə uğrayar.”
“Yüksələn bütün insanlar ancaq gözəl əxlaqları sayəsində yüksəlmişdirlər.”
“Gözəl əxlaq, gülər üzlülük, comərdlik və heç kimi üzməmək deməkdir.”
“Gözəl əxlaq, heç kimlə çəkişməmək və heç kimi çəkişdirməməkdir.”
“Gözəl əxlaq, əziyyət verməmək və məşəqqətlərə dözməkdir.”
“Gözəl əxlaq, genişlikdə və darlıqda insanları razı etməyə çalışmaq deməkdir.”
“Gözəl əxlaq, Allahdan razı olmaq deməkdir. Yəni, xeyri və şəri Allahdan bilmək və nemətlərə şükür, bəlalara səbr etməkdir.”
“Gözəl əxlaqın ən azı məşəqqətlərə sinə gərmək, etdiyi yaxşılıqlardan qarşılıq gözləməmək, bütün insanlara qarşı şəfqətli olmaqdır.”
“Gözəl əxlaq, haramlardan çəkinib halalı axtarmaq, digər insanlarla olduğu kimi ailə üzvləriylə də yaxşı dolanıb onların ehtiyaclarını təmin etməkdir.”
“Gözəl əxlaq, Yaradanı düşünərək, yaradılanları xoş görmək, onların əziyyətlərinə səbr etməkdir.”
Bir Müsəlmana qaş-qabaqla baxmaq haramdır. Gülər üzlü olmayan kimsə mömin sifətli deyildir. Hər kəsə qarşı gülər üzlü olmaq lazımdır.
Hədisi-şərifdə, Allaha və axirət gününə iman edənin, qonağına və qonşusuna ikram etməsi, ya xeyr söyləməsi və ya susması əmr edilmişdir. (Buxari)
Başqasının pis əxlaqından şikayət edən kimsənin özü pis əxlaqlıdır. Başqalarının pisliklərindən bəhs etsək, bu özümüzün pis olduğunun əlamətidir. Gözəl əxlaq, əziyyətlərə sinə gərməkdir.
Gözəl əxlaqlı olmanın əlaməti bunlardır
İnsaflı olmaq, yoldaşlarının səhvlərini görməmək, hüsnü-zənn etmək, sui-zənndən (pis zənndən) çəkinmək, yoldaşlarının əziyyətlərinə sinə gərmək, onlardan şikayətçi olmamaq, həmişə öz ayıb və qüsurlarıyla məşğul olmaq, öz nəfsini qınamaq, gülər üzlü olub, hər kəslə xoş danışmaqdır.
Gözəl əxlaqlı kimsə, ədəblidir, az danışar, səhvi azdır, qeybət etməz, Allah üçün sevər, Allah üçün nifrət edər, əmanətə riayət edər, qonşusunu və yoldaşını qoruyar. Bütün xüsusiyyətlərin başı isə həyadır.
Həzrəti Xızır buyurdu ki:
“Gülər üzlü ol, hiddətlənmə! Həmişə faydalı iş et, az da olsa zərərli iş etmə! Lüzumsuz gəzmə, boş yerə gülmə, heç kimi qüsurundan ötəri ayıblama, günahların üçün ağla!”
Böyüklərdən Əbu Osman Əl-Xayrini ziyarətə dəvət etdilər. Dəvət yerinə çatdığı vaxt özünə, “Üzr istəyirik, çox adam gəldi, səni qəbul edə bilməyəcəyik” dedilər. Bir az getmişdi ki, təkrar çağırdılar. Gələndə təkrar, qəbul edə bilməyəcəklərini bildirdilər. Belə bir neçə dəfə çağırıb geri çevirdikdən sonra “Biz səni sınamaq üçün bunu etdik. Həqiqətən gözəl əxlaqlı imişsən” dedilər. Cavabında buyurdu ki: “Bu əxlaq o qədər gözəldir? Bir köpəyi də çağırsanız gələr, qovsanız gedər.”
Əxlaqı gözəlləşdirmək
Hədisi-şəriflərdə buyurulur ki:
“Sizin imanca ən gözəliniz, əxlaqca ən gözəl olanınızdır.” (Hakim)
“Ya Rəbbi səndən, səhhət, afiyət və gözəl əxlaq diləyərəm.” (Haraiti)
“Mən ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərildim.” (Beyhəqı)
“Gözəl əxlaq, böyük günahları, suyun çirkləri təmizləməsi kimi təmizləyər. Pis əxlaq isə, saleh əməlləri, sirkənin balı xarab etdiyi kimi xarab edər.” (İ.Hibban)
“Allahu təala qatında pis əxlaqdan böyük günah yoxdur. Çünki, pis əxlaqlı bir şəxs bir günahdan tövbə edib xilas olsa, başqa bir günaha düşər. Heç bir vaxt günahdan xilas ola bilməz.” (İsfəhani)
“Bir kimsə tövbə edərsə, tövbəsini Allahu təala qəbul edər. Pis əxlaqlı kimsənin tövbəsi məqbul olmaz. Çünki bir günahdan tövbə edərsə pis əxlaqı səbəbiylə, daha böyük günah işləyər.”(Tabərani)
“Gözəl əxlaq, səndən kəsilən qohumunu ziyarət etmək, sənə verməyənə vermək, sənə zülm edəni əfv etməkdir.”(Beyhəki)
“Din, gözəl əxlaqdır.”(Deyləmi)
“Möminlərin iman cəhədindən ən fəzilətlisi əxlaqca ən yaxşı olanıdır.” (Tirmizi)
“Şübhəsiz gözəl əxlaq, günəşin buzu əritdiyi kimi günahları əridər.” (Haraiti)
“Bir Müsəlman gözəl əxlaqı sayəsində, gündüzləri oruc tutan, gecələri ibadət edən kəslərin dərəcəsinə qovuşar.” (İ.Əhməd)
“Bir insan az ibadət etsə də, gözəl əxlaqı sayəsində ən yüksək dərəcələrə qovuşar.” (Tabərani)
“Mülayim davran! Sərtlikdən çəkin! Xoş rəftar insanı bəzəyər, çirkinliyi götürər.” (Müslim)
“Xoş davranmayan, xeyr etməmiş olar.” (Müslim)
“Ən çox sevdiyim kimsə, xasiyyəti ən gözəl olandır.” (Buxari)
“Mülayim olan kimsəyə, dünya və axirət yaxşılıqları verilmişdir.” (Tirmizi)
“Mülayim olanlar və asanlıq göstərənlər, heyvanın ipini tutan kimsə kimidir. Dayandırmaq istəyərsə heyvan ona uyar. Daşın üzərinə sürmək istəyərsə heyvan oraya qaçar.” (Əbu Davud)
“Cənnətə aparan səbəblərin başlıcası, Allahu təaladan qorxmaq və yaxşı xasiyyətli olmaqdır. Cəhənnəmə aparan səbəblərin başlıcası da, dünya nemətlərindən ayrılanda kədərlənmək, bu nemətlərə qovuşanda, azğınlıq etməkdir.” (Tirmizi)
“İmanı ən qüvvətli adam, əxlaqı ən gözəl və xanımına ən mülayim olandır.” (Tirmizi)
“İnsan, gözəl xasiyyəti ilə Cənnətin ən üstün dərəcələrinə qovuşar. (Nafilə) İbadətlərlə bu dərəcələrə çata bilməz. Pis xasiyyət, insanı Cəhənnəmin ən aşağısına sürükləyər.” (Tabərani)
“İbadətlərin ən asanı, az danışmaq və yaxşı xasiyyətli olmaqdır.” (İbni Əbiddünya)
“Bu üç xüsusiyyəti olan insanın imanı kamildir: Hər kəslə yola gedən gözəl əxlaq, özünü haramlardan qoruyan vəra (qorxaqlıq), cahilliyini örtən mülayimlik.” (Nəsai)
“Dünya və ya axirətdə üzr diləmək məcburiyyətində qalacağın söz və ya hərəkətdən uzaq dayanmağa çalış!” (Hakim)
“Söz verirəm ki, münaqişə etməyən, haqlı olsa da, dili ilə kimsəni incitməyən, zarafat və ya yanındakılar güldürmək üçün yalan danışmayan, yaxşı xasiyyətli olan müsəlman Cənnətə girəcəkdir.” (Tirmizi)
“Allahu təala buyurur ki: Sizə göndərdiyim İslam dinindən razıyam. (bu dini qəbul edib, bu dinin əmr və qadağanlarına riayət edənlərdən razı olar, onları sevərəm) Bu dinin tamam olması, ancaq comərdliklə və yaxşı xasiyyətli olmaqla olar. Dininizin tamam olduğunu hər gün bu ikisi ilə bəlli edin!” (Tabərani)
“İsti su buzu əritdiyi kimi, yaxşı xasiyyətli olmaq günahları əridər, yox edər. Sirkə balı zay edib yeyilməz etdiyi kimi, pis xasiyyətli olmaq ibadətləri zay edib yox edər.” (Tabərani)
“Haqq təala mülayim xasiyyətliyə kömək edər, sərt və hirsliyə kömək etməz.” (Tabərani)
“Mülayim olan, hirslənməyən müsəlmanın Cəhənnəmə girməsi haramdır.” (Tirmizi)
“Təmkinli, mülayim davranmaq, Allahu təalanın quluna verdiyi böyük bir ehsandır. Tələskən olmaq, şeytanın yoludur. Allahu təalanın sevdiyi şey mülayim və təmkinli olmaqdır.” (Əbu Yala)
“İnsan mülayimliyi, şirin dili ilə gündüzləri oruc tutanın və gecələri namaz qılanın dərəcəsinə qovuşar.” (İ.Hibban)
“Hirsli olduğu zaman hirsini məğlub edərək mülayim davrananı Allahu təala sevər.” (İsfəhani)
“Gülər üzlə salam verən, sədəqə verənin savabına qovuşar.” (İ. Ə. Dünya)
Bir kimsə Rəsulullah əfəndimizdən nəsihət istədi, “Hirslənmə, əsəbiləşmə” buyurdu. Bir neçə dəfə soruşdu, hamısına da “Hirslənmə, əsəbiləşmə” buyurdu. (Buxari)
Sual: Yaxşı insan olmaq üçün nə etmək lazımdır?
CAVAB
Yaxşı insan olmaq üçün kamil, yəni yetkin müsəlman olmaq lazımdır. Yəni, müsəlman yaxşı insan deməkdir.
Allah qatında mömin çox qiymətlidir. Qurani-kərimdə məalən buyurulur ki:
“Möminlər, elə kəslərdir ki, Allah anıldığı vaxt qəlbləri titrəyər, Allahın ayələri oxunanda imanları qüvvətlənər və yalnız Rəblərinə təvəkkül edib güvənərlər, namazı doğru qılar, onlara ruzi olaraq verdiyimizdən (Allahın razı olduğu yerlərə) xərcləyərlər.”(Ənfal 2-3)
“Möminlər, mütləq qurtuluşa çatmışdır. Namazlarını huşu içində qılar, boş və lüzumsuz şeylərdən üz çevirər, zəkatlarını verər, iffətlərini qoruyar, əmanət və əhdlərinə riayət edərlər.” (Möminin 1-8)
“Onlar, Allahın əhdini yerinə yetirər, verdikləri sözü pozmaz, Rəbbinin rizasını istəyib səbir edər və pisliyi yaxşılıq ilə dəf edərlər.” (Rad 20-22)
“(Möminlər) böyük günahlardan və həyasızlıqdan çəkinər, hirsləndikləri vaxt da qüsurları bağışlayar və işlərini aralarında məsləhətləşərlər.” (Şura 37,38)
“İman edib xeyirli iş işləyən (mömin)lərin pisliklərini, and olsun ki, örtərik, onları etdiklərinin ən yaxşısı ilə mükafatlandırarıq.” (Ənkəbut 7)
“Allah onların (möminlərin) günahlarını örtər, onlara işlədikləri əməllərin ən gözəllərinin qarşılığını verər.” (Zumər 35)
“ Allah, inanıb əmrlərini yerinə yetirən möminlərə əfv və böyük əcr vəd etmişdir.” (Fəth 29)
“Əlbəttə möminlər qardaşdır.” (Hucurat 10)
Möminlərlə əlaqədar hədisi-şəriflərdən bəziləri də aşağıdakılardır:
“Müsəlman, əlindən və dilindən müsəlmanların əmin olduğu kimsədir.” (Buxari)
“Mömin ağıllı, bəsirətli, oyanıqdır. Hər işdə Allahın rizasını düşünər. Tələsməz, elm sahibidir, haramlardan çəkinər.” (Deyləmi)
“Mömin, ətir satan şəxs kimidir. Yanında otursan, ürəyin açılar. Onunla gəzsən və ya ortaq iş görsən faydasını görərsən. Onun hər işi faydalıdır.” (Tabərani)
“Möminlər, bir-birinə qarşı sevgi və mərhəmətdə, bir bədən kimidir. Bədənin bir yeri narahat olanda, bütün bədən narahat olub müalicəsi ilə məşğul olunduğu kimi, müsəlmanlar da belə bir-birinə köməyə qaçmalıdır” (Buxari)
“Mömin ülfət edər (yaxşı dolanar), ülfət etməyən və ülfət edilməyəndə xeyir yoxdur.” (Beyhəqı)
“Möminin yanına gedən, gözəl bir bağçaya girmiş kimi fərahlıq hiss edər.” (Deyləmi)
“Mömin lənət etməz, pisləməz, ədəbsiz danışmaz və həyasız olmaz.” (Hakim)
“Mömin arıya bənzəyər, qonduğu budağı qırmaz, oraya zərər verməz. Yığıb buraxdığı əsəri də gözəldir.” (Beyhəqı)
“Mömin, yumşaqdır, mülayimdir. Əhliləşmiş bir dəvə kimi boyun əyər, “ıh” deyəndə, yer sərt olsa da çökər.” (Beyhəqı)
“ Mömin sərt deyildir. Mülayimliyindən axmaq zənn edilər.” (Deyləmi)
“Mömin yola gedəndir. Yoldaşlarına rahatlıq verər. Münafiq isə yola getməz, yoldaşlarına sıxıntı verər.” (Darə Qutni)
“İnsanların əlindəkinə göz dikməmək möminin əlamətlərindəndir.” (Darə Qutni)
“Qonşusu pisliyindən əmin olmayan mömin ola bilməz.” (Buxari)
“Ətrafındakılarla gözəl qonşuluq et və özün üçün sevdiyini başqaları üçün də sev ki, müsəlman olasan.” (Haraiti)
Kimə dinin əmrlərini etmək yaxşı gələrsə, onun saleh biri olduğu aydın olar. Hədisi-şərifdə buyuruldu ki:
“Axirətə aid istədiyinə asanca qovuşar, dünyaya aid olana qovuşmaq çətinləşərsə, bil ki, sən yaxşı bir hal üzərindəsən. Bunun tərsi olarsa pis haldasan!” (Beyhəqı)
Müsəlmanların xüsusiyyətləri nələrdir
Sual: Allahdan qorxan müsəlmanın xüsusiyyətləri nələrdir?
CAVAB
Allahdan qorxan bir kimsə, Onun əmrlərini etməyə, qadağanlarından çəkinməyə çox diqqət edər. Heç kimə pislik etməz. Özünə pislik edənlərə səbr edər. Etdiyi qüsurlara tövbə edər. Sözünün əri olar. Hər yaxşılığı Allah üçün edər.
Heç kimin malına, canına, namusuna göz dikməz. Çalışarkən, ticarət edərkən kimsənin haqqını yeməz. Hər kəsə yaxşılıq edər. Şübhəli şeylərdən çəkinər. Vəzifə sahiblərinə, zalımlara yaltaqlanmaz. Elm və əxlaq sahiblərinə hörmət göstərər.
Yoldaşlarını sevər və özünü sevdirər. Yanlış kəslərə nəsihət edər. Onlara tabe olmaz. Kiçiklərə mərhəmətli və şəfqətli olar. Qonaqlarına ikram edər. Kimsəni çəkişdirməz. Zövqü arxasından qaçmaz. Zərərli və hətta faydasız bir şey söyləməz. Kimsəyə sərt davranmaz. Comərd olar. Malı və vəzifəni hər kəsə yaxşılıq etmək üçün istəyər.
Riyakarlıq, ikiüzlülük etməz. Özünü bəyənməz. Allahu təalanın hər an gördüyünü və bildiyini düşünərək heç pislik etməz. Onun əmrlərinə sarılar. Qadağan etdiklərindən qaçar. Allahdan qorxanlar millətinə, ölkəsinə faydalı olar.
Allahu təala Qurani-kərimdə inananları belə təsvir edir:
“Rəhm olan Allahu təalanın qulları yer üzündə könül alçaqlığı ilə təmkin və təvazö ilə gəzərlər. Cahillər onlara sataşacaq olarsa, bunlara (sağ və salamat olasınız kimi) gözəl söz deyərlər, (böyük bir mülayimlik göstərərlər). Onlar, gecələri səcdə edər və qiyamda dayanarlar (namaz qılarlar). Onlar, “Ya Rəbbi, Cəhənnəm əzabını bizdən uzaqlaşdır. Cəhənnəm əzabı davamlıdır və çox şiddətlidir. Ora şübhəsiz pis bir yer və pis bir dayanacaqdır” deyərlər. Bir şey verdikləri vaxt israf etməz, xəsislik də etməzlər, ikisi arasında orta bir yol tutarlar. Kimsənin haqqını yeməz, Allaha şərik qoşmaz, Ondan başqasına yalvarmazlar. Allahın toxunulmasını haram etdiyi cana qıyıb, haqsız olaraq kimsəni öldürməz, zina etməzlər. Bunlardan birini edənin Qiyamətdə əzabı qat-qat çox olar, orada zəlil və alçaq olaraq əbədi qalarlar. Ancaq, Allah tövbə edən və doğru iman edən və ibadət və faydalı iş görənlərin pisliklərini yaxşılığa çevirər. Allah, əfv və mərhəmət sahibidir. Tövbə edib saleh əməl işləyən Allahu təalaya (tövbəsi məqbul və Onun razılığına qovuşmuş olaraq) dönər. Onlar yalan yerə şahidlik etməz, faydasız və zərərli işlərdən çəkinərlər. Özlərinə ayələr oxunduğu vaxt kor və kar davranmazlar, (diqqət ilə dinləyib bu ayələrlə özlərinə əmr edilən şeyləri edərlər)” (Furqan 63-73)
Yaxşı xasiyyətli olmağın və bunu mühafizə etməyin yolu
Sual: Yaxşı xasiyyətli olmaq və bunu mühafizə edə bilmək üçün nə etmək lazımdır?
CAVAB
Yaxşı xasiyyətli olmaq üçün və yaxşı əxlaqını mühafizə edə bilmək üçün saleh kəslərlə, yaxşı xasiyyətlilərlə yoldaşlıq etmək lazımdır. İnsanın əxlaqı yoldaşının əxlaqı kimi olar. Hədisi-şərifdə, “İnsanın dini, yoldaşının dini kimi olar” buyuruldu. Əxlaqı pozan, şəhvəti hərəkətə gətirən kitabları oxumamaq, belə radio və TV-dən çəkinmək lazımdır.
Yaxşı xasiyyətlərin faydaları, haramların zərərləri və Cəhənnəmdəki əzabları həmişə xatırlamaq lazımdır. Mal, mövqe arxasında qaçanlardan heç biri muradına qovuşa bilməmişdir. Malı, mövqeni xeyir üçün axtaran və xeyir işlərdə istifadə edən rahata, hüzura çatmışdır.
Allahu təaladan qorxmaq bu dəryanın gəmisidir. Hədisi-şərifdə, “Dünyada qalıcı deyil, yolçu kimi yaşa! Öləcəyini heç unutma” buyuruldu.
Faydasız şeylərdən, oyunlardan, zərərli zarafatlaşmaq və münaqişə etməkdən çəkinmək lazımdır. Elm öyrənmək və faydalı işlər etmək lazımdır. Vaxtın qiymətini bilib gecə-gündüz elm öyrənmək lazımdır! Elm, ibadət üçündür. Qiyamətdə işdən, ibadətdən soruşular, çox elm öyrəndinmi deyə soruşulmaz. İş və ibadət də ixlas əldə etmək üçündür. (İslam Əxlaqı)
Sərt təbiətli olmaq
Sual: Haqsızlıq olanda dözə bilmirəm. Çox sərt təbiətliyəm. Sərt təbiətli olmaq dinən qüsurdur?
CAVAB
Sərt təbiətli olmaq qüsur deyildir. Ancaq dinə zidd olaraq sərtlik etmək qüsurdur. Həzrəti Ömərin sərt təbiəti təriflənmiş, təqdir edilmişdir. Hədisi-şərifdə buyuruldu ki:
“İki mələk var, biri sərt, digəri mülayim xasiyyətlidir. Bunlar, Cəbrayıl ilə Mikayıldır. Peyğəmbərlərdən biri mülayim, digəri sərt xasiyyətlidir. Bunlar İbrahim ilə Musadır. Mənim də iki yoldaşımdan biri mülayim, digəri sərt xasiyyətlidir. Bunlar Əbu Bəkir ilə Ömərdir.” (Tabərani)
Kafirlərə qarşı da xoş xasiyyətli olmaq lazımdır
Sual: İslamiyyətin gözəl əxlaqını göstərmək üçün kafirlərə qarşı da xoş xasiyyətli olmaq və onları incitməmək lazımdır?
CAVAB
Müsəlmanların kafirlərə qarşı da xoş xasiyyətli olmaları, onları incitməmələri lazımdır. Beləcə, İslam dininin xoş xasiyyətli olmağı, qardaşcasına yaşamağı, çalışmağı əmr etdiyini onlara da göstərilmiş olar. Beləcə, yaxşılığı sevən insanlar, sevə-sevə müsəlman olarlar. Cihad etmək fərzdir. Cihadı dövlət topla, silahla edəcəyi kimi, soyuq hərb ilə, təbliğat, nəşriyyat ilə də edər. Hər müsəlman da yaxşı xasiyyətləri ilə yaxşılıq etməklə cihad edər. Çünki cihad etmək, insanları müsəlman etməyə dəvət etmək deməkdir. Görülür ki, kafirlərə qarşı da, xoş xasiyyətli olmaq, onları incitməmək cihad etmək olur. Cihad isə hər müsəlmana gücü nisbətində fərzdir.
Allahın əxlaqı ilə əxlaqlanmaq
Sual: Yaxşı bir müsəlman olmaq üçün Allahın əxlaqı ilə əxlaqlanmaq lazımdır. Bu necə olar?
CAVAB
İmam Rabbani həzrətləri buyurur ki:
“Bir kimsə bir şəxs ilə danışanda, əgər qəlbində dünya sevgisi azalıb, Allahu təalaya bağlılığı artarsa, onun kəramət sahibi, övliyadan bir şəxs olduğu aydın olar. Əgər belə olmazsa, o şəxsin istidrac (kafir və fasiqlərdə görülən qeyri-adi hallar) göstərən bir yalançı olduğu meydana çıxar. “Övliya olmaq üçün Allahu təalanın əxlaqı ilə əxlaqlanmaq lazımdır” buyurulmuşdur. Yəni, Allahu təalanın sifətlərinə (xüsusiyyət) uyğun sifətlər, övliyada hasil olar. Fəqət, bu bənzərlik sadəcə addadır. Yoxsa sifətlərin xüsusiyyətində bərabərlik olmaz. “Allahu təalanın əxlaqı ilə əxlaqlanın” əmrini izah edərkən Hacə M. Parisa həzrətləri Təhqiqat kitabında buyurur ki:
“Allahu təalanın bir sifəti Basirdir. Yəni, Allahu təala hər şeyi görər. Bir kimsənin qəlb gözü açılar, firasət işığı ilə öz ayıblarını və başqalarının yaxşı xüsusiyyətlətini görərsə, yəni başqalarını özündən üstün görərsə və Allahu təalanın hər an gördüyünü nəzərə alaraq həmişə Onun bəyəndiyi şeyləri edərsə, bu sifətlə əxlaqlanmış olar.
Allahu təalanın bir başqa sifəti də Mümitdir. Yəni öldürən deməkdir. Bir kimsə, sünnətlərin yerinə yerləşmiş olan bidətləri yox edərsə, bu sifətlə sifətlənmiş olar. Bütün sifətlər bunun kimidir.”
Cahillər, bu əxlaqlanmağı başqa cür anlamış və yolunu azmışdır. Övliyanın ölüləri dirildəcəyi, itən şeyləri biləcəyini zənn etmişlər, günaha girmişdirlər.” (Müj. Məkt. 107)
Allahu təalanın sifətlərindən biri Səttardır. Yəni günahları örtəndir. Müsəlmanın da, din qardaşının qüsurunu örtməsi lazımdır.
Allahu təala Kərimdir. Rəhimdir. Yəni lütfü, ehsanı bol və mərhəməti çoxdur. Müsəlmanın da, comərd və mərhəmətli olması lazımdır!
Allahu təala, Qaffardır, yəni qullarının günahlarını əfv edəndir. Müsəlmanların da bir-birlərinin qüsurlarını əfv etməsi lazımdır!
Əfv, haqq etdiyi bir şeyi almayıb sahibinə bağışlamaq deməkdir. Allahu təala əfv edəndir, əfv edənləri sevər. Qurani-kərimdə məalən, “Əfv et, marufu (əmrləri) təbliğ et və cahillərdən üz çevir!” buyurulur.(Əraf 199)
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Əfv edin ki, Allahu təala da sizi əfv etsin və şərəfinizi ucaltsın!” (İsfəhani)
“Allah üçün əfv edəni Allahu təala yüksəldər, əziz edər” (Bəriqa)
“Özündən uzaqlaşanlara yaxınlaşmaq, zalımları əfv etmək, özünü məhrum edənlərə ehsan etmək, gözəl xasiyyətli olmaqdır.” (İ. Əbiddünya)
“Sənə zülüm edəni əfv et, sənə gəlməyənə get, sənə pislik edənə sən yaxşılıq et, əleyhinə də olsa mütləq doğru danış.” (Ruzeyn)
“Musa əleyhissəlam, “Ya Rəbbi, sənin qatında ən əziz kimdir?” deyə soruşdu. Allahu təala da, “İntiqam almağa günü çatarkən əfv edəndir” buyurdu.” (Haraiti)
“Allahu təala mərhəməti olmayana mərhəmət etməz, əfv etməyəni əfv etməz.” (İ.Əhməd)
“Əfv edin ki, əfvə qovuşasınız!” (İ. Əhməd)
Sual: Ən məqbul əməl nədir?
CAVAB
Peyğəmbər əfəndimiz ən məqbul əməlin gözəl əxlaq olduğunu bildirmiş, “İman cəhətindən möminlərin ən fəzilətlisi, əxlaqı gözəl olanlardır.” buyurmuşdur. (Hakim)
Bir kimsə Peyğəmbər əfəndimizdən nəsihət istədi. Dedi ki:
- Ya Rəsulallah, mənə öyüd ver!
- Harada olursan ol Allahdan qorx!
- Yenə buyur, ya Rəsulallah!
- Hər pislikdən sonra dərhal bir yaxşılıq et! Yaxşılıqlar günahlarıaparar.
- Yenə buyur!
- Hər kəslə gözəlrəftar et! (Tirmizi)
Oğlu, Loğman əleyhissəlama soruşar:
- Ən yaxşı xislət nədir?
- Dindar olmaqdır.
- Yaxşı atacan, bu xislət iki olarsa?
- Dindarlıq və mal sahibi olmaq.
- Üç olarsa?
- Dindarlıq, mal və həya.
- Dörd olarsa?
- Dindarlıq, mal, həya və gözəl əxlaq.
- Beş olarsa?
- Dindarlıq, mal, həya, gözəl əxlaq və comərdlikdir.
- Altı olarsa?
- Oğlum bu beş xislət kimdə olarsa, o şəxs təqva əhli, təmiz bir kimsədir, Allahu təalanın dostudur, şeytandan uzaqdır.
Qurani-kərimdə isə məalən buyurulur ki:
“Allah qatında ən şərəfliniz, təqva əhli olanınızdır.” (Hücurat 13)
Bir kimsə kübar bir ailəyə mənsub olmasa da, gözəl xasiyyətli isə, onun üçün gözəl xasiyyəti yaxşı bir kübarlılıqdır. Hədisi-şərifdə buyuruldu ki:
“Gözəl xasiyyət kimi kübarlılıq, tədbirli olmaq kimi ağıllılıq olmaz.” (İbni Macə)
Gözəl xasiyyətli kimsə, insanların təqdirini qazanar. Hədisi-şərifdə buyuruldu ki:
“Mallarınızla hər kəsi məmnun edə bilməzsiniz. Gülər üz və şirin dil ilə, gözəl əxlaqla məmnun etməyə çalışın!” (Hakim)
Sual: Gözəl əxlaqa sahib olmaq üçün nə etmək lazımdır?
CAVAB
Gözəl əxlaqa sahib olmaq üçün yaxşı və pis xasiyyətləri bilmək lazımdır. Ayrıca öz pis xasiyyətlərini araşdırması lazımdır. Bu araşdırmanı özü edər. Yaxud bir alimin, rəhbərin bildirməsi ilə anlayar. İnsan öz qüsurlarını çətin anlayar. Güvəndiyi yoldaşına soruşaraq da qüsurunu öyrənər. Sadiq olan dost onu təhlükələrdən, qorxulardan qoruyan kimsədir. Düşmənlərinin ona qarşı istifadə etdikləri sözlər də insana ayıblarını tanıtmağa faydalı olar. Çünki düşmən insanın ayıblarını axtarıb üzə vurar. Dost isə insanın ayıblarını çox görməz.
Bir nəfər İbrahim Əthəm həzrətlərinə ayıbını, qüsurunu bildirməsi üçün yalvaranda, “Səni dost özümə etdim. Hər halın mənə gözəl görünür. Ayıbını başqasına soruş” dedi.
Başqasında bir ayıb görəndə bunu özündə axtarmaq, özündə taparsa, bundan xilas olmağa çalışmaq lazımdır. “Mömin möminin güzgüsüdür” hədisi-şərifin mənası budur. Yəni, başqasının ayıblarında öz ayıblarını görər. İsa əleyhissəlama, bu gözəl əxlaqını kimdən öyrəndin, dediklərində, “Heç kimdən öyrənmədim. İnsanlara baxdım. Xoşuma gəlməyən xüsusiyyətlərindən çəkindim. Bəyəndiyimi mən də etdim” buyurdu. Həzrəti Loğmana, “Ədəbi kimdən öyrəndin” deyiləndə, “Ədəbsizdən” dedi.
Sələfi-salehinin, Əshabi-kiramın, övliyanın mənqibələrini oxumaq da yaxşı xasiyyətli olmağa səbəb olar. Özündə pis xasiyyət olan kimsə buna tutulmanın səbəbini araşdırmalı, bu səbəbi yox etməyə, bunun ziddini etməyə çalışması lazımdır. Pis xasiyyətdən xilas olmaq, bunun ziddini etmək üçün çox çalışmaq lazımdır. Çünki, insanın alışdığı şeydən xilas olması çətindir. Pis şeylər nəfsə şirin gələr.
Uşaqları laqeyd etməyək
Bu gün bütün xristian ölkələrində bir uşaq dünyaya gələr gəlməz buna dinlərinin zərurətlərini edirlər. Hər yaşdakı insanlara yəhudiliyi və xristianlığı dəqiq aşılayırlar. Müsəlmanların imanlarını, dinləri oğurlamaq və yox etmək və onları da xristian etmək üçün, İslam ölkələrinə paket-paket kitab, broşura və kino filmləri göndərirlər.
O halda müsəlmanların, din cahillərinin hiylələrinə, yalanlarına aldanmamaları lazımdır, bizə əmanət edilən uşaqlarımıza sahib çıxmağımız lazımdır. Onlara sahib olmaq da, dinimizin əmrlərinə uyğun olaraq yetişdirməklə olar. Hədisi-şərifdə buyuruldu ki:
“Əxlaqınızı gözəlləşdirin!” (İbni Lal)
Ən vəhşi heyvan belə tərbiyə ilə əhliləşdirilir. Heç bir zaman alma çəyirdəyindən portağal olmaz. Fəqət, alma fidanını böyüdərək, xüsusi qayğı göstərərək keyfiyyətli alma verən bir ağac olaraq yetişdirmək mümkündür. Bunun kimi insan təbiətində olan bəzi arzular yox edilə bilməz, fəqət tərbiyə edilə bilər.
Hər şeyi, ziddi məhv edər. Pis xasiyyətləri, yaxşı xasiyyətlər yox edər. Bu baxımdan özünü çətinliklə də olsa yaxşı işlər etməyə alışdırmaq, onları adət halına gətirmək lazımdır. Uşağı əməlləri və əxlaqı gözəl olan insanlarla yoldaşlıq etdirilərsə, gözəl əxlaq özbaşına onun təbiəti olar. Bu əsaslar daxilində uşaqlar yetişdirilərsə dünya və axirət səadəti əldə edilir. Qiyamət günü ana-ata uşağına öyrətməsi lazım olan elmlərdən məsul olacaq, vəzifəsini etməmiş isə, yaxud qüsur etmiş isə cəzaya məruz qalacaqdır. Uşaqlarını İslam tərbiyəsi üzərinə yetişdirməyənlər, dünya və axirət fəlakətinə məruz qalacaqlar.
Nə xoşbəxt uşağını İslam əxlaqı ilə yetişdirənlərə.
Gözəl əxlaqlı olmaq
Sual: Gözəl əxlaqlı olmaq üçün xülasə halında bir neçə prinsip bildirə bilərsiniz?
CAVAB
Yaxşı və pis əxlaqı bilmək və tətbiq etmək lazımdır. İslam Əxlaqı kitabında oxuyub, oradakı bilgilərlə əməl edən, gözəl əxlaqlı olar. Bu kitabda yazılı olan bu iki prinsipi əsas alan da gözəl əxlaqlı olar:
- Düşmənlərimiz, müxaliflərimiz, bizi çəkə bilməyənlər, həmişə ayıblarımızı araşdırarlar. Onlardan qüsurlarımızı öyrənib gözəl əxlaqa sahib ola bilərik. Bir nəfər, əxlaqını düzəltmək üçün İbrahim Əthəm həzrətlərinə, ayıbını, qüsurunu bildirməsi üçün yalvaranda, “Səni özümə dost etdim. Hər halın mənə gözəl görünür. Ayıbını başqasına soruş” dedi.
- Başqasında bir ayıb görəndə, bunu özündə axtarmaq, özündə taparsa bundan xilas olmağa çalışması lazımdır. “Mömin möminin güzgüsüdür” hədisi-şərifinin mənası budur. Yəni, başqasının ayıblarında öz ayıblarını görər. İsa əleyhissəlama, bu gözəl əxlaqı kimdən öyrəndiyi soruşulanda, “İnsanlara baxdım. Xoşuma gəlməyən şeylərindən çəkindim. Bəyəndiyimi mən də etdim” Həzrəti Loğmana, “Ədəbi kimdən öyrəndin” deyiləndə, “Ədəbsizdən” buyurdu. Yəni birinin etdiyi hərəkət bizim xoşumuza gəlmirsə, ədəbsizlik olaraq görsək, onu bizim də etməməyimiz lazımdır. Birisi bizim bir qüsurumuzu söyləyəndə sevinmirsək, başqalarının da qüsurlarını söyləməyimiz lazımdır. Birisi bizi tənqid edincə xoşlanmırsaq, bizim də başqalarını tənqid etməməyimiz lazımdır.
İnsan bu prinsipləri tətbiq edərsə gözəl əxlaqlı olar. O halda, bir söz söyləyərkən, özümüzü qarşımızdakının yerinə qoymağımız lazımdır. Belə bir sözə cavabımız nə olar deyə düşünməyimiz lazımdır. Bunun da istisnaları çıxarsa da azdır. Onsuzda istisnalar ümumi qaydanı pozmaq.
Islam əxlaqı
Məqalələr İslamda Əxlaq
Əxlaq mövzusu üzərində bütün dinlər dayanmışdır. Əslində bütün batil dinlərin qurucuları insanları əxlaqlı olmaları üçün tərbiyə etmişlər. Amma əxlaq mövzusuna ən böyük qiyməti və yeri yenə də islam dini vermişdir. Bu dinin gözəlliklərindən biri də gözəl əxlaqa, yüksək ədəbə dəvət etməsi, pis əxlaq və xüsusiyyətlərdən isə çəkindirməsidir. Bu din kamil din olduğundan, şəriət və ağıl baxımından bəyənilən hər şeyi özündə cəm etmişdir. Həmçinin fərdlər və toplumlar üçün məsləhətli və xeyirli olanları da özündə toplamışdır. Bu dinə iman gətirib, ehkamlarına riayət edən hər kimsəyə Islam gözəl həyat bəxş edər. Allah taala buyurur: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (əh-Nəhl: 97).
Bu ayədə Allah taala dinə riayət edən kişi və qadınlara dünyada xoş həyat, axirətdə isə etdiyi əməllərin bol savabını vəd edir. Yaxşı həyat hərtərəfli rahatlığı əhatə edir. Gözəl əxlaqa yiyələnmək xoşbəxt həyatın səbəblərindəndir. Hikmətli insanların bildiyinə görə insanın əxlaqı kamilliyə doğru getdikcə onun həyatı daha rahat və ləzzətli olar.
Bu şəriət, müsəlman ictimaiyyətinin bir-birlərinə qarşı mərhəmətli, şəfqətli, mehriban olmalarını öyrətmək, onların bədəninin bir üzvü ağrıyarkən digərinin ona cavab verdiyi bir bədən kimi olduqlarını çatdırmaq, bir-birini möhkəm saxlayan bina divarı kimi olmalarını çatdırmaq üçün gəlmişdir. Bu mənada Qurani Kərimdə belə bir ayə vardır. Allah taala buyurur:
”Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (əl-Hucurat: 10).
Həmçinin bu şəriət kasıb, fağır, miskin, yetim, aciz kimi zəiflərə qarşı mərhəmətli olmağı, böyüklərə, fəzilətli və elmli adamlara hörmət etməyi əmr etmişdir. Bu şəriət, müsəlman cəmiyyətlərin gözəl və xoşbəxt həyat yaşamaları üçün, cəmiyyətin hər bir fərdinə nəzər salıb, hüquqlarını onlara bildirməyi əmr edən kamil düsturdur. Allah taala Peyğəmbəri Məhəmmədi təkəbbürlük, zalımlıq, düşmənçilik və yekəxanalıq edən Cahillik dövrü cəmiyyətinə göndərmişdir. O, bu sifətlərin hamısını rədd edib onları gözəl və misli olmayan əxlaqla əvəz etmişdir. Həmçinin onlarda olan bəzi gözəl əxlaq keyfiyyətləri olan qeyrət, hamilik, vəfalılıq kimi xüsusiyyətləri isə gözəl əxlaqı ən başlıca vəzifə, mühüm qayə edən bir din kimi tamamlamışdır. Peyğəmbər din ilə göndərilmişdir. Onun şəriətinə görə əxlaqı yüksələn insanın imanı da bir o qədər yüksələr. Peyğəmbər (sav) buyurmuşdur: “Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlarıdır” (Əbu Davud: 5\ 60\ ? 4682. Tirmizi: 3\ 466\ ? 1162. Tirmizi, bu hədisin həsənun səhih olduğunu demişdir.)
Peyğəmbər (sav) insanlar arasında ən kamil iman və ən gözəl əxlaqa sahib olandır. Rəbbi onu tərifləyərək buyurmuşdur: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm:4).
Belə olmasına səbəb, onun Peyğəmbərin Qurani Kərimdə buyurulan gözəl sifətlərə, xüsusiyyətlərə və fəzilətlərə yiyələnməsi, qadağan edilmiş pis və kobud xüsusiyyətlərdən əl çəkməsi olmuşdur. Ona görə də ona ən yaxın olub, onu gözəl tanıyan zövcəsi Aişədən (r) Peyğəmbərin (sav) əxlaqı haqda soruşulduqda belə demişdir: “Onun əxlaqı Quran idi” (Müslim: 1\ 513\ ? 746.)
Yəni, o Quranda buyurulan ədəb-ərkan, əmr və qadağalara Quranda buyurulan hər hansı bir (digər) peyğəmbərin gözəl əxlaqı xüsusiyyətlərinə riayət edərdi. Peyğəmbərin , gözəl əxlaqa yiyələnməsi, bütün qadağalardan çəkinməsi məsələni daha da açıqlayır.
İslam ədəbi və əxlaqı özünün orta mövqeyi və ədaləti ilə digərlərindən fərqlənir. O yerində mərhəmət və şəfqəti əmr edir, lazımi məqamlarda, cəza tədbirlərini tətbiq edərkən, Allah yolunda cihad edərkən və s. – vaxtlarda isə qətiyyətli olmağı tələb edir. Nəfsə görə qəzəblənməyi qadağan edir, pis əməllərin şahidi olduğu zaman Allah xatirinə qəzəblənməyi tələb edir. Allahın Öz kitabında və Peyğəmbərinin Sünnəsində bizə çatdırdığı bütün işlərdə belə olmaq lazımdır. Allah taala buyurur:
“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, …” (əl-İsra: 9).
Allah taala Öz kitabı Quranın ən gözəl, adil və doğru yola dəvət etdiyini vurğulayır. Bu, bütün işlərdə, ibadətlərdə, əlaqələrdə, ədəb və əxlaqda öz əksini tapır.
Bu din insanları ən gözəl əxlaqa səsləyir. Elə bir gözəl əxlaq və ya xüsusiyyət yoxdur ki, İslam şəriəti onun yerinə yetirilməsini tələb etməsin. Həmçinin elə bir şər və pis sifət yoxdur ki, İslam şəriəti ondan çəkindirməsin. Hətta bu din ən gözəl əxlaqı imanın əsaslarından biri etmiş və belə əxlaqa yiyələnənin ən kamil iman sahibi və başqalarından daha üstün olduğunu buyurmuşdur. Bu yerdə Peyğəmbər (sav) buyurmuşdur: “Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlarıdır” (Əbu Davud: 5\ 60\ ? 4682. Tirmizi: 3\ 466\ ? 1162. Tirmizi, bu hədisin həsənun səhih olduğunu demişdir.)
İslama görə əxlaq imanla əladərardır və öz qaynağını dindən alır. Əsasən islamda əxlaq prinsipləri Allahın kitabı olan Qurani Kərim və sevimli peyğəmbərimizin (s.ə.s) həyatı, sözləri və hədislərindən əldə edilir. Şəriətin əmr etdiyi kimi yaşamaq, əxlaqlı bir həyat yaşamaq hesab olunur. İslam əxlaqı beynəlxalq prinsipləri ilə insan və cəmiyyətin xoşbəxt olmasını hədəf götürür. İslam, inanc əsaslarıyla bərabər tutarlı bir əxlaqi həyat təqdim etdiyi üçün iman, əxlaq və ibadət arasında ayrılmaz bir bağ qurmuşdur.
Din və əxlaq tarix boyu çox yaxın əlaqə içərisində olmuşdur və bir-birindən ayrılmaz şəkildə bağlanmışdır. Din əxlaqı əsas meyar hesab edir və əxlaqsız din heç vaxt düşünülməz. Dinin əsası da Allahın razılığını özündə göstərən əxlaqdır. İslamın əsas məqsədi də əxlaqlı bir insan və cəmiyyət yetişdirməkdir. Uca din olan islam, insanlara əxlaqla dolu bir həyat yaşamağı təqdim edərək, onların əxlaqca yüksəlməsini təmin edir. Belə ki, peyğəmbərimizin (s.ə.s) əxlaqı tamamlamaq üçün göndərilməsi bu məqsədi açıq bir şəkildə dilə gətirir. Din insanın şəxsiyyətini inkişaf etdirərək yüksəldir və insanın davranışlarıyla maraqlanır. Onun davranışlarını tərbiyə edir. Din daima əxlaqlı yaşamağı tövsiyə edir. Ona görə də dini belə tərif etmişlər: “Din, insanların səadətə çatmaq üçün inanaraq həyatlarına tədbiq etdikləri əxlaqi dəyərlərin cəmidir”. Buna görə də inancına görə ən yüksək olan, əxlaqına görə də ən yüksək şəxsiyyət hesab olunur. Din insanın Allaha olan imanına görə özünə, başqalarına və digər varlıqlara qarşı vəzifələrini bildirərək ona dəyərli, etibarlı rəhbərlik edər. Din insanlara hansı ideyalara yönəlmələrini, necə davranmalarını, hansı bir xarakterdə olmalarını bildirir. Din tərəfindən təqdim olunan yaşama tərzi əxlaqi bir yaşama tərzi hesab olunur. Din, görünən dünyanın o biri tərəfində bilmədiyimiz, görünməyən, bizə məlum olmayan və indiki həyatımızla əlaqəli olan başqa bir həyatdan xəbər verir. Başqa bir həyata hazırlaşan dindar insanın qəlbinə, davranışlarına və həyatına böyük bir əxlaq pəncərəsi açılır.
Millət öz vətəndaşlarının gözəl əxlaq və xoş sifətə malik olması ilə səciyyələnərək inkişaf edir, dünya millətləri arasında mövqeyi böyüyür, mədəniyyəti çiçəklənir. Insanlar arasında sevginin, xoş münasibətin itməsi onların dəyər-qiymətlərinin itməsinə, təməl prinsiplərinin qırılmasına, mövqelərinin sarsılmasına səbəb olur.
Bu səbəbdən də İslam dini əxlaq məsələsinə mühüm yer ayırır, insan davranışını və onun başqaları ilə münasibətini tənzim edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mən əxlaq fəzilətini tamamlamaq üçün göndərildim”. Başqa rəvayətdə isə “Əxlaq normalarını tamamlamaq üçün” kimi buyurulur. O, (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin davranşda yüksək əxlaq kodeksinə malik olmaları üçün böyük səy göstərmişdi. Abdullah bin Amrın peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədis buna sübutdur: “Həqiqətən, sizin ən xeyirliniz ən gözəl əxlaqa sahib olanınızdır”. Başqa rəvayətdə isə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mənə ən əziz olanınız ən gözəl əxlaqa sahib olanınızdır”. Uca Allah öz rəsulunu onun sahib olduğu hörmətə və nəsil-nəcabətə görə tərifləmədi. Bunu yalnız onun sahib olduğu yüksək əxlaqa görə etdi. Allah taala buyurur: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm, 4) Aişə rəvayət edərək bildirir ki, peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki seçim arasında qaldıqda günah olmayan ən asanı seçərdi. Günah olduqda isə o günahdan ən uzaqda olan insana çevrilərdi. Rəsulullah heç vaxt öz şəxsi işinə görə intiqam almazdı. Yalnız Allahın qanunları pozulduğu təqdirdə, Allah üçün intiqam alardı”. Beyhaqi (Allah ona rəhmət etsin!) buyurur: “Gözəl əxlaq dedikdə nəfsin ən tərifə layiq əməllərə doğru istiqamətləndirilməsi nəzərdə tutulur ki, bu da həm bilavasitə Allahla bağlıdır, həm də insanlar arasında münasibətlər zamanı ortaya çıxır”. Qurani-Kərimə müraciət etsək Allah taalanın bu kəlamı yada düşər: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (əl-Əraf, 199).
Əbu Hureyrədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Möminlərin ən kamil imanlısı ən gözəl əxlaqlı olanıdır. Sizin ən xeyirliniz qadınlara xeyirli olanınızdır”. Başqa rəvayətdə isə belə buyurulur: “Tərəzidə ən ağır gələcək şey gözəl əxlaqdır”.
Gözəl əxlaqın fəziləti barəsində Aişədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mömin olan kəs gözəl əxlaqı ilə oruclu və gecə namazına duran şəxsin səviyyəsinə çatar”. Nəvvas bin Səman (Allah ondan razı olsun!) rəvayət edir ki, rəsulullahdan (ona və ailəsinə Allahın salavatı və salamı olsun) xeyirxahlıq və günah haqda soruşdum. O, buyurdu: “Xeyirxahlıq gözəl əxlaqa malik olmaqdır. Günah isə qəlbində bir şeyin düyün atdığı zaman insanların bunu bilməməsini istəməyindir”.
Yuxarıda da qeyd etdiyimiz kimi Peyğəmbərimizin əxlaqı ən gözəl əxlaqın nümunəsi, bütün gözəlliklərin cəmidir. Onun xanımı həzrəti Aişə Anamız bir dəfə belə söyləmişdi: “Onun əxlaqı Qurandır”. Onun (s.ə.s.) bu dünyadakı həyatından bəri yüzillər keçmişdir. Amma Onun əxlaqı bizim üçün bir örnəkdir, yaşantısı, oturuşu, duruşu, baxışı, süfrədə yeməyi, danışmağı, bir sözlə, bütün davranışları bizim üçün məktəbdir. Onun (s.ə.s.) kimi ola bilməyə çalışan və bu niyyətlə az-çox şeylər qazana bilən nə xoşbəxtdir. Dediyimiz kimi, İslam əxlaqın qaynağı Qurani-Kərim və Peyğəmbərimizin həyatı, sözləridir. Qurani-Kərim təkcə əxlaq kitabı deyil, o, eyni zamanda bir dua kitabı, təfəkkür, ehkam kitabı, bir çox elmlərin qaynağıdır. Əxlaq isə Qurani-Kərimdə geniş yer tutmuş bir mövzudur. Çünki Qurani-Kərim insanlara bu dünyada və Axirətdə xoşbəxt olmağın, Allah-Təalanın rizasını qazanmağın yollarını göstərir. Bu mənada Qurani-Kərimə bəzən nur, işıq da deyirlər. Yəni doğru yolu göstərən işıq. Hətta Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) hədisi-şəriflərində gözəl əxlaq haqqında “elə islamın özüdür” buyurmuşdur.
Digər hədisi-şəriflərə diqqət yetirək:
– Möminlərin iman baxımından ən mükəmməli əxlaqı ən gözəl olanıdır.
– İman yetmiş şöbədir. Ən üstünü “La İlahə İlləllah”, ən aşağısı isə yol üstündə insanlara əziyyət verən bir şeyi oradan götürməkdir. Həya da imanın bir bölümüdür.
– Allaha and olsun ki, heç bir qul öz nəfsi üçün istədiyi gözəlliyi qardaşı üçün də istəmədikcə tam iman etmiş olmaz.
– Tərəziyə qoyulan əməllər arasında gözəl əxlaqdan daha ağır gələcək bir şey yoxdur. İnsan gözəl əxlaqı sayəsində nafilə oruc tutub, nafilə namaz qılan insanlar dərəcəsinə yüksəlir.
Göründüyü kimi, həm uca kitabımız Qurani-Kərim, həm də Rəsulullah (s.ə.s.) əxlaqa çox böyük önəm vermişlər. Həqiqətən də, əgər insanın əxlaqı gözəl deyilsə, onun ibadətindən özünə nə fayda olar ki? Amma bir məsələni gərək heç zaman unutmayaq. Gözəl əxlaq inancın və ibadətin üzərində qurulur. Ona görə də insan ibadəti ilə əxlaqını gözəlləşdirməyə çalışmalıdır. İki cür əxlaq var: fitri əxlaq, bir də islami əxlaq. İnsan doğulanda bəzi əxlaqı özü ilə gətirir. Məsələn, geyim məsələsi, primitiv şəkildə də olsa, başqalarına hörmət və s. Amma insan böyüdükcə əxlaqın ikinci bölümünə, yəni islami tərəfinə əyilməzsə, özü ilə gətirdiyi o fitri əxlaq da bir yerdə tükənər və o adam gözəl əxlaqlı sayılmaz. Bu bir növ ona bənzəyir ki, yerə basdırdığınız ağac tingi öz canındakı suyun, şirənin hesabına yarpaq açır, bəlkə lap çiçəkləyə də bilir. Amma bu müddət ərzində o, torpaqla ünsiyyət qura bilməsə, yəni torpaqdan özünə lazım olan maddələri sora bilməsə öz canındakı şirə tükənəndən sonra qurumalı olur. Ona görə də insan gələcəyindən əmin olmaq üçün həddi-buluq çağına yetəndən sora əxlaqını ibadətlə gözəlləşdirməlidir. Kimsə bədgüman olmasın. Bu dünya ruhla nəfsin savaşıdır. Heç kim yaxşı əxlaqına da güvənməsin. Çünki insan ölənə qədər nəfsi ilə mübarizə aparmalıdır. Bircə faktı xatırldaq, Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) bir gündə yetmiş dəfə tövbə-istiğfar edərmiş. Təsəvvür edin, heç bir günahı olmayan, dünyaya ən üstün əxlaqı nümayiş etdirmiş Allahın (c.c.) sevimli qulu və rəsulu bu qədər tövbə-istiğfar edirsə, görün bizim nə qədər ibadətə, duaya, Allaha yalvarmağa ehtiyacımız var.
Gözəl əxlaq gözəl xüsusiyyətlərin toplusudur. Yəni bir adama gözəl insan demək üçün onda hər şeydən öncə Allah sevgisi və Allah qorxusu olmalıdır. Əgər bir adamda bu iki duyğu, düşüncə varsa, onun pis olması mümkün deyil. Bu dediklərimiz də həmin insanın davranışlarında, hər hansı məsələ haqqında qərar qəbul etməsində özünü göstərir.
Kim öz nəfsinin istəyinə deyil, Allah-Təalanın buyurduqlarına əməl edərsə, heç şübhəsiz, həm gözəl əxlaq sahibi olar, həm də Allah-Təalanın rizasına qovuşar. Yazımızın sonunda bir gərəkli nüansı da diqqətinizə çatdıraq. Tövbənin, duanın bir gözəl yolu var. Peyğəmbərimiz onu bizə öyrədir: Onun bir duasından misal gətirək: pintilikdən, xəsislikdən, qorxaqlıqdan və acizlikdən Allaha sığınıram.
Nəticə olaraq bildirək ki, əxlaq mövzusu islamda çox böyük bir şəkildə işlənmişdir. Bununla bağlı islam universitetlerində xüsusi əxlaq bölməsi, islam ədəbiyyatında, hədis elmində, təfsir elmində əxlaq bölməsi açılmış, xüsusi olaraq isə əxlaq elmi ayrıca tədris olunur. Bütünlüklə əxlaq elmini tam olaraq bu qədər kiçik həcmli məruzədə çatdırmaq mümkünsüzdür. Əxlaqın iki əsas böyük qaynağı isə Qurani Kərim və Məhəmməd peyğəmbərin həyat yolu və sözləridir. Əkrəm Həsənov (ilahiyyatçı)
Tarix: 30.05.2011 | Oxunma sayı: 10. 217 baxış
Axtar
İslamevi Sosial Şəbəkələrdə
“Cümənin Bərəkəti” – Radio verilişi
73 gün sonra qurtaran həsrət..
(video) | Mədinə
Qurani Kərimin mənaca tərcüməsi
Namaz Vaxtları
YENİ DƏRSLƏR
Sonuncu videomuz
Kəbə’ni canlı izlə (Məkkə şəhəri)
Ən çox baxılanlar
- Namazın vaxtları – 118. 918 baxış
- SIXINTI VƏ KƏDƏRİ ARADAN QALDIRAN 5 ZİKR – 95. 313 baxış
- AXŞAM ZİKRLӘRİ – 57. 298 baxış
- MӘHӘRRӘM AYI VӘ AŞURA GÜNÜ HAQDA HƏR ŞEY (araşdırma) – 42. 900 baxış
- YENİ DOĞULMUŞ KÖRPƏ ÜÇÜN EDİLƏCƏK 6 ŞEY – 40. 931 baxış
Təsadüfi yazılar
- Allaha qovuşmaq
- GİZLİNDƏ EDİLƏN SALEH ƏMƏLLƏRİN ÜSTÜNLÜYÜ
- Qadınların toylarda rəqs etməsinin hökmü
Islam əxlaqı
Qeyd etdiyim kimi,İslam dini qədər gözəl əxlaqa əhəmiyyət verən başqa bir din və ya düşüncə sistemi göstərmək mümkün deyildir.Belə ki,Əfəndimiz (s.a.v.) buyurmuşdur: “İslam gözəl əxlaqdır”. Həzrəti Peyğəmbərin gözəl əxlaqı təşviq edən bir çox sözü vardır.
“Möminlərdən ən kamil imana malik olanı əxlaqı ən gözəl olanıdır”.
“İçinizdən ən çox sevdiklərim və qiyamət günü mənə ən yaxın olanlarınız əxlaqı gözəl olanlarınızdır.” Bu göstərilənlər əxlaq haqqındakı hədislərdən sadəcə ikisidir.
Qurani-Kərimdə ədalət, əhdə vəfa, bağışlama, təvəzökarlıq,ata-anaya itaət,sevgi,qardaşlıq,sülh,etibar,dürüstlük,birlik,bərabərlik,yaxşılıq,ehsan,ismət,əliaçıqlıq,mərhəmət,insaf,şirindillik,gülərüzlük,tamizqəlblik kimi gözəl əxlaqı xislətləri təşviq edən və zülm,haqsızlıq,riyakarlıq,xudpəsənlik,qeybət,kin,bədgümanlıq,israf,özbaşınalıq və s. Kimi xüsusiyyətləri isə tənqid edən çoxlui ayənin yer alması,Quranda əxlaqa nə qədər böyük əhəmiyyət verildiyini göstəriri.
Əfəndimizin (s.a.v.) gözəl əxlaqı təşviq edən və pis xüsusuiyyətləri tənqid edən hədisləri isə bir kitab qədərdir.O, bu sözləri yalnız söyləməklə qalmış,özü şəxsən əxlaqlı yaşayaraq insanlara nümunə olmuş və onlara gözəl əxlaqı öyrətmişdir.Buna görə də onun əxlaqı İslam əxlaqının ən bariz nümunəsidir.Məhz bu səbəblə Əfəndimizin gözəl əxlaqından burada az olsada danışmaq istədim.Çünki O,həqiqətən ən gözəl nümunədir.
Peyğəmbərimiz gülərüzlü,nazik təbiətli,incə və həssas ruhlu idi.Daş ürəkli,sərt və qırıcıə deyildi.Ağzından sərt və qaba bir söz qətiyyən çıxmazdı.Başqalarını tənqid etməz,heç kimin ayıbını üzünə vurmazdı.Səhv və xoşuna gəlməyən bir hərəkət gördüyü zaman “İçinizdən bəziləri belə-belə hərəkət edirlər”,-deyə bunları edənlərin kim olduğunu demədən və heç kimi incitmədən səhvlərini düzəldərdi.Heç kimin sözünü kəsməz,sözü qurtarana qədər gözləyərdi.Mübahisə etməyi sevməz,sözü sona qədər uzatmazdı.Yəni uzun sözün qısası (Son dərəcə iffətli və həyalı idi)
- Teqlər:
- islam fəlsəfəsi
Comments are closed, but trackbacks and pingbacks are open.