İslamda yatmaq və yuxunun qaydaları barədə
Müqəddəslərimizin tövsiyəşinə görə, cənabətli halda qüsl almadan yatmaq məkruhdur (bəyənilməzdir). Amma buna imkanı olmayan adam qüsl əvəzinə dəstəmaz alıb yata bilər, etrəsi gün namaz qılmaq üçün isə qüsl almalıdır. Dəstəmaz almağa da imkanı olmayan adam heç olmasa, təyəmmüm etsin. Ümumiyyətlə, cənabətli olmayan adam da yatmazdan əvvəl müstəhəb qüsl ya dəstəmaz alsa yaxşı olar. Imam Cəfər Sadiq (ə) buyururdu ki, hər kim təharətli halda (yəni qüsl, dəstəmaz və ya təyəmmüm etmiş halda) yatsa, yatağı onun üçün məscid kimi olar (yəni yuxusu ibadət kimi sayılar). Peyğəmbər buyurub ki, hər kim dəstəmaz alıb yatsa və yuxuda ikən dünyasını dəyişsə, Allah ona şəhid qədər savab verər.
İslamda qadının əri üzərindəki haqları
Ailəni ədalətlə idarə etmək: Kişi öhdəsinə götürdüyü böyük məsuliyyətin bir qarşılığı olaraq ailə rəsiliyi məqamına sahibdir. Çünki o, fiziki cəhətdən daha qüvvətlidir və ailəni idarə etmək üçün daha güclüdür. Qadın eynilə gül kimidir: gül yandırıcı günəşə, küləyəvə qasırğaya dözə bilmədiyi kimi, qadın da ağır və usandırıcı məsuliyyətlərə dözə bilməz.
Bu bir həqiqətdir ki, dövlətlərdə, millətlərdə, iş yerlərində, ailələrdə əmin-amanlığın, sakitçiliyin olması üçün son sözü bir nəfərin söyləməsi lazımdır. Hər ağızdan bir səs çıxanda əmin-amanlıq, sakitçilik olmaz. Allahu Təala (c.c.): “Kişilər qadınların üzərinə hakimdirlər, qadınların idarəçisi və qoruyucusudurlar. O səbəblə ki, Allah (c.c.) onlardan kimisini bəzi xüsuslarda kimisindən üstün qılmışdır. Bir də kişilər öz mallarından xərcləməklə infaq etməkdədirlər.” (Nisa surəsi: 34-cü ayə)
“Qadınların da vəzifələrinə uyğun bəlli haqları vardır. Ancaq kişilər qadınlara nisbətən ailə rəsiliyindən ibarət olan bir dərəcə üstünlüyə sahibdirlər. Allah Əzizdir, Hakimdir.” (Bəqərə surəsi: 228-ci ayə)
Ayəti kərimələrlə ailədə son sözü söyləməyi kişiyə vermiş, kişiləri qadınlar üzərinə hakim qıldığını bildirmişdir.
İslamda ailə əmin-amanlığı ərin hakimiyyətinə əsalandırılmışdır. Ayəti kərmə, ailədə kişinin rəisliyini əsas qılmışdır. Amma bunu nəfəqə təmin etmə səbəbinə bağlamışdır. Nəfəqənin təmini itaəti vacib edən bir hüquq gətirməkdədir.
Kişilərin maddi və mənəvi özəllikləri ilə iqtisadi rolları onların ailə rəsiliyi olmalarını təbii qılmışdır. Ailə kiçik bir cəmiyyətdir. Cəmiyyət nizamla yaşayar. Nizam üçün bir rəis, bir idarəçi zəruridir. İslamda dövlət başçısından ailə rəsinə qədər hər bir idarəçi ilahi təlimata görə hərəkət etmək, idarə etmək məcburiyyətindədir, bu halda onlara itaət bu təlimata itaət deməkdir.
Bunun üçün qadın düşüncəsini söyləməlidir, lakin son sözü ərinə buraxmalıdır. Kişi yanlış belə etsə, dinə uyğun edildiyi üçün Allahu Təala o işin nəticəsini xeyrə çevirir. Evdə sənin dediyin, mənim dediyim olacaq davası olsa o evdə sakitçilik, rahatlıq olmaz.
Diktatorluqdan uzaq durmaq: Kişi hər nə qədər ailə rəisi olsa da, yerli-yersiz əmr və qadağalar qoymaqdan uzaq durmalıdır; yoldaşının və uşaqlarının düşüncələrini nəzərə almalı, evin idarəsində, onun fikrini soruşmalıdır. Özündən razılıq və yersiz sıxışdırmalar, ailədə diktatorluq formasının hakim olmasına səbəb olur; sağlam ailə münasibətlərinə və uşaqların düzgün şəkildə tərbiyə edilməsinə zərər verir. Kişinin ailə rəhbərliyində müvəffəq olması ancaq ailə fərdlərinin könüllərində taxt qurmasıyla mümkündür.
Xanımı ilə gözəl rəftar etmək, onu himayə etmək və onunla qaynaşmaq. Kişi qadına son dərəcə şəfqətli və yaxşı münasibət göstərərək ailənin sakitçiliyini və rahatlığını təmin etməlidir. Evə gəldikdə gülər üzlə salam verib şirin dillə hal-əhval tutmalıdır. Cənabı Haqq belə buyurur:
“Onlarla, yəni xanımlarınızla yaxşı yola gedin. Onlardan xoşlanmadınızsa, ola bilər ki bir şey xoşunuza gəlməz, amma Allahu Təala ondan bir çox xeyir təqdir edər.” (Nisa surəsi: 19-cu ayə)
Əbu Hüreyrə (r.a.)-dən rəvayətə görə, Hz Peyğəmbər (s.a.v.) Əfəndimiz:
“Möminlərin iman baxımından ən mükəmməli, əxlaqı ən gözəl olanıdır və sizin ən xeyirliniz də xanımlarına qarşı əxlaq baxımından xeyirli olanınızdır.” Tirmizi, Rada: 11, No: 1162, 3/457; Əbu Davud, Sünət: 16, No: 4682- buyurdu.
Hz Əli (r.a.)-dən rəvayətə görə Hz Peyğəmbər (s.a.v.) Əfəndimiz:
“Sizin ən xeyirliniz xanımına qarşı ən xeyirli olanınızdır. Mən də xanımıma qarşı sizin ən xeyirli olanınızam. Qadınlara ancaq kərim olanlar ikram, pis olanlar da xəyanət edər.” Aclüni, Kəşful Hafa: No: 1234; 1/386 – buyurdu.
Əbu Hüreyrə (r.a.)-dan rəvayətə görə Rəsulullah (s.a.v.) Əfəndimiz belə buyurdu:
“Bir mömin kişi bir mömin qadına nifrət etməsin! Çünki onun bir xasiyyətini bəyənməsə, bir başqa xasiyyətini bəyənər.” Müslim, Rada: 61, No: 1469
Bəzi yerlərdə kişinin qadınında qarşı nəzakətli davranışı zəiflik, qadına tabeçilik olaraq dəyərləndirildiyi üçün yaxşı davranışlar həmişə qadınlardan gözlənmiş; sərtlik, kobudluq və özbaşına buyuruq olma kişilərin təbii haqqı kimi sayılmışdır. Halbuki İslamiyyət kişilərin qadınlarına qarşı anlayışlı, nəvazişli olmalarını, kobud və sərt davranışdan qaçmağını istəmişdir!
Qeyd: türk dilindən çevirmişəm, hansısa tərcümə səhvləri olubsa üzrlü hesab edin. 🙂
- Teqlər:
- islamda qadın
- , islamda ailə
İslamda yatmaq və yuxunun qaydaları barədə
Imam Cəfər Sadiq (ə) buyurub ki, sübh azanı ilə Günəşin doğuşu arasındakı müddətdə yatmaq adamın ruzisini kəsər, çöhrəsini saraldar, üzündə dəyişiklik və çirkinlik yaradar (Biharül-ənvar, XIII, 182). Hədislərdə bunun səbəbini belə izah edirlər ki, günün həmin vaxtında insanların ruzisi bölünüb müəyyən edilir. Bunu rəmzi mənada da qəbul etmək olar. Sübh namazını qılandan sonra yatmayıb oyaq qalan insan adətən ya zehni, ya da fiziki əməklə məşğul olur, iş-gücünün arxasınca gedir, nəticədə ruzi qazanır. Yatıb yuxuya qalan adam isə bu imkanı əldən verir. Buna görə xalq içində deyirlər ki, iki nəfər qazanar: tez evlənən və yuxudan tez oyanan.
Məğrib və işa arasında yatan adamın da ruzisinin azala biləcəyi barədə rəvayətlər var.
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Fəcr (sübh azanı) və Günəşin doğuşu arasında yatmaq adamın xasiyyətini pisləşdirər. Zöhrdən əvvəl yatmaq nemətdir. Əsr vaxtından sonra yatmaq ağlı kütləşdirər. Məğriblə işa arasında yatmaq isə adamı ruzidən məhrum edər” (Biharül-ənvar, LXXVI, 185).
Dini mənbələrdə yazılıb ki, hətta Həzrət Musa Peyğəmbərin (s) zamanında Misirdən Fələstinə qayıdan Bəni-Israil qövmü səhrada ikən Allah fəcrlə Günəşin doğuşu arasında onlara səmadan yemək endirirdi (Quranda buna “mənn” deyilir). Şirin toz şəklində olan bu yemək yalnız günün həmin vaxtında səmadan yerə tökülür və qısa müddət ərzində yoxa çıxırdı. Tənbəllik edən, yatıb yuxuya qalan adam o günün yeməyindən məhrum olurdu.
Necə yatmaq məsləhətdir
Müqəddəslərimizin tövsiyəşinə görə, cənabətli halda qüsl almadan yatmaq məkruhdur (bəyənilməzdir). Amma buna imkanı olmayan adam qüsl əvəzinə dəstəmaz alıb yata bilər, etrəsi gün namaz qılmaq üçün isə qüsl almalıdır. Dəstəmaz almağa da imkanı olmayan adam heç olmasa, təyəmmüm etsin. Ümumiyyətlə, cənabətli olmayan adam da yatmazdan əvvəl müstəhəb qüsl ya dəstəmaz alsa yaxşı olar. Imam Cəfər Sadiq (ə) buyururdu ki, hər kim təharətli halda (yəni qüsl, dəstəmaz və ya təyəmmüm etmiş halda) yatsa, yatağı onun üçün məscid kimi olar (yəni yuxusu ibadət kimi sayılar). Peyğəmbər buyurub ki, hər kim dəstəmaz alıb yatsa və yuxuda ikən dünyasını dəyişsə, Allah ona şəhid qədər savab verər.
Bu barədə tövsiyələrin səbəbi çox güman ki, yuxu və ruhla bağlı olan təsəvvürlərdir. Çünki Islam maarifində yuxu ölümün qardaşı və kiçik ölüm sayılır. Yuxu halında da ruh bədəndən çıxır və müvəqqəti olaraq Allahın dərgahına daxil olur. Amma yuxu ilə ölümün fərqi budur ki, yatmış adamın heyvani ruhu (canı) bədəndə qalır və həyatı təmin edir. Yatan adamın əcəli hələ çatmayıbsa, ruh yenidən bədənə qaytarılır və o, yuxudan ayılır. Yatmazdan qabaq təharətli (pak) olmaq ona görə tövsiyə edilib ki, insanın ruhu Allahın dərgahına pak halda daxil olsun.
Şamlı (Suriyalı) bir nəfər Imam Əlidən (ə) yatmağın növləri barədə soruşanda Imam cavab verdi: “Yatmağın dörd növü var: Peyğəmbərlər arxası üstə uzanarlar; onların gözləri yatmaz və vəhyin intizarında olar. Möminlər sağ böyürləri üstə üzü qibləyə sarı yatarlar. Hökmdarlar və şahzadələr sol böyürləri üstə uzanarlar ki, yedikləri həzm olsun. Iblis, onun qardaşları (yəni köməkçiləri), ağıldan məhrum və dərdə düçar olmuş adamlar isə üzüüstə yatarlar” (Biharül-ənvar, LXXVI, 186-187).
Qeyd edək ki, sağ böyrü üstə üzü qibləyə uzanmaq (möminlərin yatmaq tərzi) insanın qəbirdəki halını xatırladır. Üzü üstə uzanmaq isə həm bədən üzvlərinin sıxılmasına və narahatçılığa səbəb olur, həm də ehtilama (yuxuda cənabətli olmağa) şərait yaradır. Bəzi hədislərdə sol böyrü üstə yatmaq münafiqlərin adəti kimi göstərilir.
Şam yeməyindən dərhal sonra dolu mədə ilə yatmaq ziyandır. Hədislərdə deyilir ki, şam yeməyində yediklərinizi namaz qılmaqla həzmə verin. Imam Əli ibn Əbu Talib (ə) öz oğlu Imam Həsənə (ə) məsləhət görürdü ki, dörd tövsiyəyə əməl etsə xəstələnməz və həkimə müraciət etməyə ehtiyacı olmaz. Həmin dörd tövsiyə budur: acımayınca süfrə arxasında oturma; süfrədən tam doymamış halda qalx; yeməyi ağzında yaxşı çeynə; yatmazdan əvvəl ayaqyoluna getməyə çalış.
Peyğəmbər müsəlmanları əlləri kirli halda, xüsusilə, əlləri yağa və piyə bulaşmış halda yatmaqdan çəkindirirdi.
Yatan zaman abır-həyanı gözləmək də müsəlman üçün çox vacibdir. Buna görə hamının görə biləcəyi açıq yerlərdə yatmaq bəyənilmir. Məsələn, isti havalarda sərin olsun deyə evin damında yatmaq Islamda bəzi şərtlər daxilində icazəlidir; gərək heç olmazsa iki dirsək hündürlüyündə divarın arxasında yatasan ki, kənar evlərin damından ya pəncərəsindən səni görən olmasın.
Peyğəmbər sünnəsində rast gəlinən əməllərdən biri də qeylulə yuxusudur. Qeylulə – günorta vaxtı, zöhrdən əvvəl dincəlmək məqsədi ilə qısa müddətli yatmağa deyilir. Peyğəmbər qeylulə yuxusuna ciddi əməl edər və müsəlmanları da buna təşviq edərdi. Qeylulə yuxusu bədəndəki yorğunluğu aparır, hafizəni gücləndirir, zehni açır. Peyğəmbər buyururdu ki, gecə namazlarını qıla bilmək üçün qeylulədən faydalanın; yəni günorta yatın ki, gecə namazı üçün yuxudan oyana biləsiniz. Rəvayət edirlər ki, bir bədəvi ərəb yaddaşının get-gedə kütləşməsindən Peyğəmbərə şikayət etdi. Peyğəmbər ondan soruşdu ki, sən yəqin günortalar yatmağa adət etmisən, amma son vaxtlar bu adəti pozmusan. Ərəb həqiqətən belə olduğunu söylədi. Peyğəmbər ona məsləhət gördü ki, yenə günortalar qeylulə yuxusuna riayət etsin.
YATMAZDAN ƏVVƏL OXUNAN DUALAR
Kim yatmazdan əvvəl Ixlas (Qül hüvəllah) surəsini oxusa, Allah min mələyi təhkim edər ki, həmin gecə onu qorusunlar. Yatmazdan əvvəl Kafirun, Fələq və Nas surələrini oxumaq, çoxlu istiğfar etmək, kəlmeyi-şəhadəti söyləmək, xüsusilə, “la ilahə illəllah” cümləsini çoxlu təkrar etmək savabdır. Qəbr əzabından qorxan adam Təkasür surəsini oxusun. Yatmazdan əvvəl ayətül-kürsi oxumaq iflic xəstəliyindən, Ya-Sin surəsini qiraət etmək şeytanın şərindən və bəladan insanı qoruyar. Əhqaf və Casiyə surələrini yazıb yastığın altına qoymaq insanı pis qüvvələrdən qoruyar. Oğurluqdan amanda qalmaq istəyən adam yatmazdan əvvəl Isra surəsinin son iki ayəsini oxusun.
Peyğəmbər bu duanı yatmazdan əvvəl oxumağı Imam Əliyə (ə) tövsiyə etmişdi: “Sübhan Allahi vəl-həmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər. Və la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim” (Tərcüməsi: “Allah hər nöqsandan uzaqdır, aləmlərin rəbbi olan Allaha həmd olsun, Allahdan başqa tanrı yoxdur, Allah hər şeydən qüdrətlidir. Güc və qüdrət yalnız uca və əzəmətli Allaha məxsusdur”). Həzrət Mühəmməd Peyğəmbər (s) yatağına uzananda bu duanı oxuyardı: “Bismikə allahümmə əmutü və əhya” (Allahım, Sənin adınla ölür və dirilirəm). Yatağından qalxanda isə buyurardı: “Əlhəmdü lillahil-ləzi əhyana bə’də ma əmatəna və ileyhin-nüşur”(Bizi öldürəndən sonra dirildən Allaha həmd olsun. Sorğu-sual üçün dirilib Onun hüzuruna gedəcəyik).
Islamda çox bəyənilən əməllərdən biri də hər gün öz nəfsini hesaba çəkmək, yəni bu gün ərzində nə etdiklərin barədə öz-özünə hesabat verməkdir. Xüsusilə, bunu yatmazdan əvvəl etmək daha məsləhətdir. Insan gərək yatağa uzanıb düşünsün ki, bu gün hansı yaxşı və pis əməlləri etmişəm. Yaxşı əməlləri yada salıb Allaha şükr etmək, pis işlərdən də tövbə etmək lazımdır. Imam Cəfər Sadiq (ə) buyururdu ki, yatağa uzananda qarnındakı yeməyi (yəni bu yeməyin halal olub-olmadığını) və qazandığın ruzini fikirləş. Özünü ölmüş kimi təsəvvür et və unutma ki, bir zaman sənin də dirilmək vaxtın çatacaq (yəni haqq dərgahında sorğu-sual ediləcəksən).
Milli.Az
Islamda yuxunun hökmü təfsir
Məqalələr Qurani Kərim və təfsiri Allaha sığınmaq, fəziləti və hökmü (yəni Əuzu Billəhi Minəş Şeytanir Rəcim) demək
Allaha sğınmaq insandan vəsvəsəni uzaqlaşdırar.Uca Allah Qurani-Kərimdə buyurmuşdur: “Əgər sənə Şeytandan (bu əmr olunduğu işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə(fəsad toxunsa) , Allaha sığən.Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir , biləndir”
(Əl-Əraf suarəsi 200, ) “Əgər sənə .eytandan (bu xislətə mane olan) bir vəsvəsə gəlsə(fəsad toxunsa),Allaha sığın.Şübhəszi ki, Allah(hər şeyi) eşidəndir, biləndir!.
(Fussilət 36) Allaha sığınmaq qəzəbi aradan qaldırar. Süleyman bin Surad(Allah ondan razı olsun) demişdir: iki nəfər Peyğəmbər (sallallahu aleyhi vasəlləmin) yanında bir-birilərinə qəzəbləndilər.Onlardan birisinin qəzəbinin şiddətindən yanağları şişmiş və qızarmışdı.Bu an Perğəmbər (salllahu aleyhi vasəlləm): mən elə bir söz bilirəm ki, əgər onu desə qəzəbi sakitləşər dedi..Bunu eşidən kimi aramızdan bir nəfər getdi və qəzəbini boğa bilməyənə, perğəmbər(sallallahu aleyhi vasəlləmin) “Şeytandan Allaha şığın”(yəni Əuzu billəhi minəş şeytanir racim) sözünü ona xatırlatdı.Gəzəbli insanda , elə bilirsən mən dəliyəm! Get buradan cavabını verdi
(fəthul-Bari, nömrə 6048.\ Müslim, 2610) Allah təala hər Quran oxuyamaq istəyəndə , ona sığınmağı əmr buyurmuşdur.
“(Yə rəsulum) Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın”.
(Nəhl, 98) Əksər alimlərin rəyinə görə bu əmr müstəhəbə dəlalət edir.(yəni vacib deyil)
Şeytandan məqsəd , insanalr və cinlərdən olan şeytanlardır.
Uca Allah buyurmuşdur: “Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlardan düşmənlər yaratdıq.Onlar (biri digərlərini) aldatmaq məqsədilə bir-birinə təmtətaqlı(zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər.Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər.Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!”
(əl-Ənam 112)
Əbu Zər(Allah ondan razı olsun) demişdir:
Bir gün Peyğəmbər sallallahu aleyhi vasəlləmin məsciddə yanında oturmuşdum
.Peyğəmbər mənə :Ey Əbu Zər namaz qıldınmı ?Mənə yox qılmadım dedim.
Perğəmbər mənə qalx və namaz qıl dedi.Məndə ayağa qalxdım namaz qıldım və yenə peyğəməbrin yanında oturdum.
.Peyğəmbər: Ey Əbu Zər insnalardan və cinlərdən olan şeytanların şərrindən Allaha sığın .Mən ey Allahı rəsulu : insanlardan da şeytanlar varmı ? dedim.Peyğəmbər bəli cavabını verdi.
(Müsnəd 5\179, Məhəmməd Nəsruddin Albani bu hədisə səhihdir demişdir) Şeytan sözünün mənası:
Təfsir alimi ət-Təbəri demişdir: Ərəb dilində, azğınlıq edən insana , cinə və heyvanlara şeytan deyilir.(Təfsib ibn Kəsir, 1\34)
(Təfsir Təbəri,1\111) Rəcim sözünün mənası:
Təfsir alimi İbn Kəsir demişdir: Rəcim, bütün xeyr işlərdən məhrum olana, qovulmuşa deyilir.
Uca Allah buyurmuşdur: “And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə(ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar ) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq”
(Mülk, 5) “(Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq.Onlar ali bəzmə(yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə)qovulub atılar.(Səmadan) kənar edillərlər.Onları daimi əzab gözləyir!.Ancaq (şeytanlar içəsərisndə mələklərin söhbətlərindən bir sözü , bir xəbəri ) çırpışdıran (oğrun-oğrun) öyrənən) olsa , onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir məşəl) təqib edər.”
(əs-Saffat, 7-11)
Tarix: 12.03.2007 | Oxunma sayı: 5. 904 baxış
Comments are closed, but trackbacks and pingbacks are open.