Press "Enter" to skip to content

Azərbaycan tarixi” Londonda ingilis dilində çap olunub

Londonda çıxan kitabda həm də xalqımızın tarixini əks etdirən 44 xəritə verilib.

İsmayıl Məmmədov (tarixçi)

1950-ci il aprelin 25-də Zərdab rayonu, Qaravəlli kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. 1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1976–1979-cu illərdə aspiranturada oxumuşdur. 1983-cü ildə “Azərbaycan zəhmətkeşlərinin Ümumittifaq Lenin iməcliklərində iştirakı (1969–1976)” adlı namizədlik disertasiyasını müdafiə edib. 1992-ci ildə “Azərbaycan fəhlə sinfinin mədəni-texniki səviyyəsinin yüksəlməsi (70–80-ci illər)” adlı doktorluq dissertasiyasını müdafiə edib.

Fəaliyyəti Redaktə

1980-ci ildən Tarix fakültəsində müəllim vəzifəsində çalışır. Hazırda “Türk və Qafqaz xalqları tarixi” kafedrasının professorudur. Təhsilin bakalavr pilləsində “Türk xalqlaırı tarixi” fənnini tədris edir. Magistratura pilləsində “Türk dünyasi tarixi” ixtisası üzrə “Hunlar” mövzusunda dərs aparır. 1 monoqrafiyanın, 1 dərsliyin, 1 dərs vəsaitinin, 3 metodik vəsaitin, 70-dən çox məqalənin müəllifidir. Türkiyədə Dumlupinar Universitetinin təşkil etdiyi Beynəlxalq Konfransda iştirak etmişdir (Türkiyə, Kütahiya şəhəri. Bakı, 2006).

Tədqiqat sahəsi Redaktə

Qədim dövrdə və orta əsrlərdə türk xalqlarının dövlətçilik tarixi.

Seçilmiş əsərləri Redaktə

  • Müasir dövrdə Azərbaycan-Türkiyə münasibətləri. Beynəlxalq Konfransda məruzə. Türkiyə Dumlupinar Universiteti, 2006-cı il.
  • H. Əliyev və türk dünyası // Azərbaycan Beynəlxalq Universitetinin xəbərləri, 2008-ci il, № 1.
  • Azərbaycan fəhlə sinfinin mədəni-texniki səviyyəsi (1970–1980-ci illər). Bakı, 1991. Monoqrafiya.
  • “Hünlar”. Dərs vəsaiti. Bakı universitetinin nəşriyyatı. Bakı, 1998.
  • Hökmdarlardan… Filosoflaradək. Bakı, “Azər” nəşriyyat. 2002.
  • Azərbaycan tarixi. Dərslik. Bakı, “Adiloğlu” nəşriyyat 2005. 485 səhifə, 31 ç.v. [2]
  • Azərbaycan Tarixi (rus dildə) Bakı, 2009 il
  • Türk Kafkasında siyasi və etnik yapı. Eski çağlardan günümüzə. Azərbaycan Tarixi. İstanbul. 2009 il.
  • History of Azerbaijan/ London, 2014 (inglis dildə)
  1. ↑”Məmmədov İsmayil”. 2022-01-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-10-23 .
  2. ↑Azərbaycan tarixi (Məmmədov İsmayıl Məhəmməd oğlu)

“Azərbaycan tarixi” Londonda ingilis dilində çap olunub

Bakı, 9 sentyabr (AZƏRTAC. Abdulla Suvar). Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun “Azərbaycan tarixi” (qədimdən günümüzə qədər) kitabı Londonda “Rosserndale Books” (RB) nəşriyyatı tərəfindən nəfis tərtibatda çapdan buraxılıb. Kitabı ingilis dilinə AMEA-nın əməkdaşı Fatma Fərəcova çevirib. Əsərin redaktoru isə ingilis Annemarie Mergeldir.

AZƏRTAC xəbər verir ki, bu fundamental əsərdə xalqımızın qədim dövrlərdən bəri keçdiyi yola, azadlıq və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq mücadiləsinə, siyasi və etnik mənzərəsinə təkzibedilməz faktlar və sübutlarla aydınlıq gətirilib.

Əsərdə xalqımızın inkişaf səviyyəsi dəqiq faktlar əsasında yeni təfəkkürlə yazılmaqla sovet ideologiyasından tamam təmizlənib.

Professor İ.Məmmədov uzun illərdir bu məsələ üzərində iş aparıb. O, dörd dildə “Azərbaycan tarixi” adlı əsəri oxuculara təqdim edib. (“Azərbaycan tarixi” – Bakı-2005, Azərbaycan dilində. “Истoрия Aзeрвaйджaнa”- Bakу – 2009, rus dilində. “Türk Qafqazında siyasi və etnik mənzərə. Azərbaycan tarixi”- İstanbul-2009, türk dilində, “THE Histori of Azerbaijan” – London-2014, ingilis dilində).

Xaricdə ilk dəfə “Azərbaycan tarixi” adlı əsərləri professor İsmayıl Məmmədov nəşr etdirib.

Professor İsmayıl Məmmədov Azərbaycan tarixi elminin dünya miqyasında təbliğinə hər zaman taleyüklü məsələ kimi yanaşıb, alimlərimizin erməni ideoloqlarının tarixi saxtalaşdırmaq istiqamətində apardığı məkrli kampaniyaya tutarlı cavab verilməsini vacib sayıb, bu işin fəallarından olub.

Londonda çıxan kitabda həm də xalqımızın tarixini əks etdirən 44 xəritə verilib.

Z. Məmmədov “Azərbaycan Fəlsəfə Tarixi” PDF

Kitaba müəllifin əsasən otuz ildən çox müddətdə aşkar etdiyi Azərbaycan filosoflarının və mütəfəkkirlərinin zəngin fəlsəfi irsinə dair tədqiqatlardan xülasələr daxil edilmişdir.
Əsərdə qədim dövrdən XIX əsrin sonlarına qədər Azərbaycan fəlsəfəsi tarixinin inkişaf yolu izlənilir, ideoloji cərəyanlar, təlimlər, onların azərbay­canlı nümayəndələrinin dünyagörüşü Şərq fəlsəfəsi fikri zəminində araşdırı­lır, feodalizm dövründə xristian aləmində yalnız dini fəlsəfə (sxolastika və mistika) yayıldığı halda müsəlman ölkələrində üstəlik Şərq peripatetizmi, habelə Azərbaycan filosoflarının yaratdıqları panteizm və işraqilik kimi qeyri- dini fəlsəfi təlimlərin mövcud olduğu, bəşər fəlsəfəsi tarixini zənginləşdirdiyi göstərilir.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Z. Məmmədov “Azərbaycan Fəlsəfə Tarixi” PDF

Comments are closed, but trackbacks and pingbacks are open.