İsmayıl Şıxlının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlanıb
15:13 08 Mart 2023
Xankəndi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Azərbaycanın kino aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar artist Zemfira Sadıqova, Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı xalq yazıçısının yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il nasir, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur.
Tədbirdə yazıçının oğlu Elçin Şıxlı çıxış edərək atası, İsmayıl Şıxlı haqqında xatirələrini qonaqlarla bölüşüb.
“Dəli Kür” filmindəki Mələk obrazı ilə yaddaşlarda qalan Zemfira Sadıqova çıxış edərək bildirib ki, bu rol onun kino həyatında ilk və uğurlu işidir. Sonra çıxış edən natiqlər bildiriblər ki, İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.
Sonda İsmayıl Şıxlının kitablarından və şəkillərindən ibarət sərgi nümayiş olunub.
Ismayıl şıxlı haqqında tdbir
12:55 10 Mart 2023
Mədəniyyətlərarası Dialoq Forumu gələn ildən bərpa olunacaq
14:44 08 Mart 2023
Şuşa Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşıb
17:22 24 Fevral 2023
Xalq artisti Ramiz Novruz “Qurd qapısı” qəbiristanlığında dəfn edilib – FOTOSESSİYA
15:58 21 Fevral 2023
Əməkdar artist Tünzalə Əliyeva dəfn edilib – FOTO
12:50 23 Yanvar 2023
Mədəniyyət Nazirliyi Əməkdar artist Tünzalə Əliyevanın dəfn xərclərini qarşılayacaq
17:59 22 Yanvar 2023
Əməkdar artist Tünzalə Əliyeva vəfat edib
12:39 22 Yanvar 2023
Vaxtanq Kikabidze Tbilisidə dəfn olunub – FOTO
16:06 19 Yanvar 2023
Qarabağdan oğurlanan mədəni nümunələrin siyahıya alınmasına başlanıb
11:50 19 Dekabr 2022
“Avroviziya-2023”də Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçimi elan edilib
11:25 08 Dekabr 2022
“Xəmsə”dən seçilmiş əlyazmalar kitabı BMT Baş Katibinə təqdim edilib
10:13 24 Noyabr 2022
Fikrət Əmirovun 100 illiyi münasibətilə məzarı ziyarət olunub – FOTO
13:45 22 Noyabr 2022
Şuşada məscidlərin bəzisi bərpadan sonra muzey kimi fəaliyyət göstərə bilər
12:15 22 Noyabr 2022
“Həyat, deyəsən, gözəldir” filmi Korkut Ata Film Festivalında mükafata layiq görülüb
14:10 06 Noyabr 2022
Anar: “Elə bir kitab yazıram ki, bomba kimi partlayacaq” – MÜSAHİBƏ
14:11 03 Noyabr 2022
Bıçaqlanandan sonra Salman Rüşdinin bir gözü görmür, bir əli hərəkətsiz qalıb
19:26 23 Oktyabr 2022
Xanəndə Süleyman Abdullayev vəfat edib
11:03 23 Oktyabr 2022
XIV Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı Şuşa, Bakı, Gəncə, Bərdə və Ağcabədidə keçiriləcək
17:08 11 Sentyabr 2022
AYB-nin qurultayının vaxtı məlum olub
16:48 19 Avqust 2022
Mehriban Əliyeva Müslüm Maqomayevlə bağlı paylaşım edib
10:30 17 Avqust 2022
SON XƏBƏRLƏR
19:41 17 Mart 2023
17:24 17 Mart 2023
17:14 17 Mart 2023
15:58 17 Mart 2023
13:33 17 Mart 2023
13:12 17 Mart 2023
15:28 15 Mart 2023
15:06 15 Mart 2023
13:25 15 Mart 2023
11:55 15 Mart 2023
18:11 14 Mart 2023
17:34 14 Mart 2023
14:48 14 Mart 2023
12:58 14 Mart 2023
12:50 14 Mart 2023
11:45 14 Mart 2023
11:35 14 Mart 2023
14:51 13 Mart 2023
13:26 13 Mart 2023
13:11 13 Mart 2023
11:42 13 Mart 2023
11:20 13 Mart 2023
18:17 10 Mart 2023
15:26 10 Mart 2023
14:34 10 Mart 2023
12:55 10 Mart 2023
12:40 10 Mart 2023
11:20 10 Mart 2023
13:24 09 Mart 2023
12:30 09 Mart 2023
11:42 09 Mart 2023
11:19 09 Mart 2023
10:54 09 Mart 2023
10:38 09 Mart 2023
20:06 08 Mart 2023
18:55 08 Mart 2023
18:25 08 Mart 2023
17:25 08 Mart 2023
16:41 08 Mart 2023
15:55 08 Mart 2023
15:13 08 Mart 2023
14:44 08 Mart 2023
13:20 08 Mart 2023
12:40 08 Mart 2023
12:11 08 Mart 2023
10:54 08 Mart 2023
10:00 08 Mart 2023
18:50 07 Mart 2023
15:12 07 Mart 2023
13:50 07 Mart 2023
12:30 07 Mart 2023
11:16 07 Mart 2023
17:01 06 Mart 2023
13:19 06 Mart 2023
13:11 06 Mart 2023
11:45 06 Mart 2023
10:40 06 Mart 2023
13:50 03 Mart 2023
12:17 03 Mart 2023
11:30 03 Mart 2023
© 2019 – 2023 Bütün müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
İsmayıl Şıxlının 100 illiyi ilə əlaqədar tədbirlər planı təsdiq olundu
Prezident İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli sərəncamı ilə bu il görkəmli nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının (1919-1995) 100 illiyi qeyd olunur.
XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə hesab olunur. Yazıçının xalq yaradıcılığından güc alan əsərləri dərin həyat fəlsəfəsi və milli koloriti ilə oxucuların rəğbətini qazanıb. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir.
Dövlət başçısının yazıçının 100 illiyi haqqında sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. Sənəddə ölkəmizin mədəniyyət müəssisələrində ədibin yubileyinə həsr olunan ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi və digər tədbirlərin keçirilməsi əksini tapıb.
May ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında İsmayıl Şıxlının yubileyinə həsr olunmuş təntənəli gecə gerçəkləşəcək.
Yubiley ilində Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçısının kitabının nəşri, həmçinin Milli Kitabxana və nazirlik tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının çap olunması və təqdimatı, “Xalq yazıçı İsmayıl Şıxlı – 100” mövzusunda kitab sərgisinin təşkili nəzərdə tutulur.
Tədbirlər planında Azərbaycan Respublikasının Avstriya, Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə İsmayıl Şıxlının yubileyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi də yer alıb.
Mədəniyyət Nazirliyi, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi və
“Qazax Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə “Xalq yazıçı İsmayıl Şıxlı – 100” adlı konfransın keçirilməsi planlaşdırılır.
Bakı Xoreoqrafiya Akademiyasında “Xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığında tarixilik və millilik” mövzusunda elmi sessiyanın təşkili, Təhsil Nazirliyinin müəssisələrində yubileylə bağlı elmi konfrans, simpozium və seminarların keçirilməsi, məktəb kitabxanalarında İsmayıl Şıxlının bədii əsərlərinin oxusu və müzakirəsinin təşkili nəzərdə tutulur.
Yubiley ili ərzində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, birliyin bütün filiallarında yazıçının anım gecələrinin keçiriləcək, AYB-nin mətbuat orqanlarında ədibin ömür yolu və yaradıcılığı ilə bağlı silsilə yazılar dərc olunacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.