Press "Enter" to skip to content

Yazıçı İsmayıl Şıxlının 98 illiyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə

və taleyinə təsiri məsələsinin özünəməxsus orijinal bədii həllini

İsmayıl Şıxlının 100 illiyinə həsr olunan tədbir keçirilib

TEAS Press Nəşriyyat Evinin əmtəə nişanı olan “3 alma”nın təşkilatçılığı ilə Avropa Azərbaycan Məktəbində Azərbaycanın xalq yazıçısı, publisist İsmayıl Şıxlının 100 illiyinə həsr olunan növbəti tədbir keçirilib. Məktəbin müəllim və şagird heyətinin iştirak etdiyi tədbirdə yazıçının övladları Elçin və Fərrux Şıxlı, həmçinin uşaq yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı və Mürşüd İsmayılzadə də iştirak edib. Tədbir boyu İsmayıl Şıxlı yaradıcılığına aid videoreportajlar, “Dəli Kür” filmindən fraqmentlər nümayiş etdirildi, iştirakçılara yazıçı barədə ətraflı məlumatlar verilib. Qeyd edək ki, yubiley ili çərçivəsində “3 alma” tərəfindən dahi yazıçının cəbhə xatirələri və hekayələrindən ibarət “Məni itirməyin” adlı kitabı çap edilib.

Bundan başqa, bir sıra intellektual oyunlarda sualların müəllifi və uşaq yazıçısı Mürşüd İsmayılzadə də maraqlı və düşündürücü suallarla şagirdlərin dünyagörüşünü yoxlayıb. Suallara düzgün cavab verənlər “3 alma” tərəfindən kitablarla mükafatlandırılıb.

Bu, xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibəti ilə “3 alma” tərəfindən həyata keçirilən ikinci tədbirdir.

Like this:

Like Loading.

Related

  • ← Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü keçirilib
  • Bakı məktəbliləri Beynəlxalq idman yarışlarında uğur qazanıblar →

Ən çox oxunanlar

  • Məleykə Abbaszadə buraxıl. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Ş.
  • LDU –da bayram ovqatlı No. Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın milli.
  • Ekspert: “Sertifikasiya”. Belə bir prosedur sovet dönəmində də olub, ancaq, bu də.
  • “TELEKİNEZ: Reallıq, yoxs. Dövlət İmtahan Mərkəzinin 5 mart tarixində ke.
  • Xüsusi məktəbdə Novruz ba. Bakıdakı 268 nömrəli xüsusi məktəbdə Novruz bayramı mü.
  • “Mən müəllim olsaydım&#82. Mektebgushesi.az modern.az-in maraq doğuran müsahibəsin.
  • Uşaqlara işgəncə verilən. Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı idd.
  • Türkiyənin məşhur univers. Yozgat Bozok Universiteti rektoru Prof. Dr. Ahm.
  • ETSN yanında Bioloji Müxt. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN).
  • Nadir Israfilov: “Müəllim. Əsas nəzarətçi müəllimi sertifikasiyaya cəlb edən deyi.
  • Musiqi sənəti istiqaməti. Ali təhsil müəssisələrinə qəbul imtahanlarını.
  • LDU-nun nümayəndə heyəti. Lənkəran Dövlət Universitetinin (LDU) Tədrisin təşkil.
  • Paytaxt məktəblərində bay. Ümumi təhsil müəssisələrində Novruz bayramı ilə əlaqəda.
  • ADU-da Novruz şənliyi keç. Martın 17-də Azərbaycan Dillər Universitetind.
  • Aynur Bayramlı: DİM növbə. “Buraxılış və magistratura imtahanlarına dinləmə m.
  • Velosiped Məktəbinə direk. Gənclər və idman naziri Fərid Qayıbovun 17 mart 2.
  • BDU-nun nəzdində “Gənc is. Bakı Dövlət Universitetinin (BDU) nəz.
  • Bakıdakı 158 nömrəli məkt. Bakı məktəbində şagirdlər arasında insident yaşan.
  • LDU-da Yeni il şənliyi ke. Lənkəran Dövlət Universitetində (LDU) 31 dekabr Dünya A.
  • Novruz bayramı UNEC-də bö. UNEC-də Novruz bayramı münasibətilə şənlik keçirilib.
  • Azərbaycanda ibtidai sini. Hazırda I-IV siniflər üçün “Talış dili”, “Sax.
  • 100 yaşlı məktəbin yubile. Bakı şəhəri 44 nömrəli tam orta məktəbin 100 illik yubi.
  • Yeni təlim metod və texno. .
  • Məktəblərdə Novruz bayram. Təhsil müəssisələrində Novruz bayramı ilə bağlı tət.
  • DİM sədri: “Telekinez” da. “Bu il imtahanda istifadə olunan “Telekinez”l.

Arxiv

VOEN 1303384232
12.08.2013 – cu ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Mətbu nəşrləri reystrinə daxil edilmə nömrəsi: N3782

Məktəb guşəsi saytı 2016 – cı ildən fəaliyyət göstərir.
Bütün hüquqlar qorunur ©

Əlaqə

  • Bakı şəhəri, H. Əliyev küç ev 92a mən 31
  • [email protected]
  • +994 070 320 38 51
  • +994 55 774 84 44
  • Facebook
  • Twitter

Yazıçı İsmayıl Şıxlının 98 illiyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə

adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-21 s.

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017

Tərtibçidən

Azərbaycan nəsrinin tarixi daha əvvəllərə gedib çıxsa da,

ədəbiyyatın bu qolunun inkişafı XX əsrə aiddir. XX əsrə qədər nəsr

əsərləri yazmış bir neçə yazıçının adını çəkə bildiyimiz halda, bu

əsrdə yaşayaıb-yaratmış nasirlərin böyük bir siyahısını tutmaq

mümükündür. Onların da əksəriyyətinin yaradıcılığı sövet dövrünə

təsadüf edir. Bu yazıçılardan biri də orijinal yaradıcılıq dəsti-xətti

olan İsmayıl Şıxlıdır (1919-1995) .

İsmayıl Şıxlının adı Azərbaycanda həm yazıçı, həm də

ictimai-siyasi xadim kimi kifayət qədər geniş tanınır. Yaşlı və orta

nəslin nümayəndələri arasında onun “Dəli Kür” romanını və bir sıra

kiçik hekayələrini oxumayan adam tapmaq çətindir.

Haqqında söz açdığımız yazıçı, pedaqoq İsmayıl Şıxlı ağır,

lakin olduqca maraqlı bir həyat yolu keçmişdir.

Həyat və yaradıcılığı

Azərbaycanın Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı 1919-

cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində, müəllim

ailəsində anadan olmuşdur. İlk təhsilini Kosalar kənd məktəbində

almış, Qazaxda pedaqoji məktəbi bitirmişdir. Sonra indiki

Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı

fakültəsinə daxil olmuşdur. 1941-ci ildə institutu bitirdikdən sonra

Kosalar kənd məktəbində müəllimlik etmişdir. İ. Şıxlı Böyük Vətən

müharibəsi illərində Qafqazdan Almaniyayadək uzun və ağır bir

döyüş yolu keçmişdir. O, müharibə qurtarandan sonra yenidən ali

təhsil aldığı pedaqoji instituta qayıtmış və aspiranturaya daxil

olmuşdur. O vaxtdan da elmi-pedaqoji fəaliyyətini bu institutla

bağlamış, burada xarici ölkələr ədəbiyyatı kursundan mühazirələr

İ. Şıxlı yaradıcılığa şeirlə başlamışdır. Həmin illərdə o, nəsrlə də

maraqlanmış və getdikcə nəsrə daha çox bağlanmışdır. İlk şeirləri

kimi ilk hekayələri də onu təmin etməmişdir. Lakin o, nəsr

yaradıcılığından heç zaman ayrılmamışdır. Bunun əsas səbəbini

yazıçı 1974-cü ildə yazdığı “Ürəklərə yol tapmalı” məqaləsində

belə izah edir: “Məni əsl mənada nəsrə bağlayan həyatın özü

olmuşdur. Böyük Vətən müharibəsi cəbhələrində gördüyüm

hadisələri, döyüş çətinliklərini, insanların keçirdiyi iztirabları,

onların mürəkkəb psixoloji sarsıntı və döyüş əhvalı-ruhiyyəsini

vermək üçün nəsrin imkanlarının daha çox olduğunu dərk etdikdən

sonra nasir olmağa çalışdım”.

İ. Şıxlının bir nasir kimi inkişafında görkəmli yazıçımız Mehdi

Hüseynin xüsusi təsiri olmuşdur. Gənc nasirin Böyük Vətən

müharibəsindən əvvəl və sonra yazdığı ilk hekayələrini oxuyan

Mehdi Hüseynin ona gördüyü və bildiyi hadisələrdən sadə və təbii

dildə yazmaq v s. sənətkarlıq məsələləri barədə tövsiyələri müsbət

1941-1945-ci illər müharibəsi İ. Şıxlının həyat yolunda,

taleyində mühüm rol oynayıb, silinməz izlər buraxdığı kimi,

yaradıcılığına da mühüm mövzu kimi daxil olmuşdur. Onun bu

mövzuda 1947-1948-ci illərdə yazdığı hekayələri (“Həkimin

nağılı”, “Kerç sularında”, “Səhəri gözləyirdik”, “Haralısan ay

oğlan”, “Konserv qutuları”) bir nasir kimi ilk uğurlarıdır.

Bundan başqa, İ. Şıxlı cəbhəyə getdiyi ilk gündən qələbədən

sonra evə qayıdanadək gündəlik qeydlər aparmışdır. Yazıçı “Cəbhə

yolları” (1985) kitabında bu barədə belə yazır: “Mən hər gün

gördüyüm və başıma gələn işləri dəftərimə qeyd edirdim və

çalışırdım ki, heç nəyi artırıb əskiltməyim”. “Cəbhə yolları”

gündəlik formasında yazılmış sənədli povest hesab oluna bilər.

Əsərin bir hissəsi “Ədəbiyyat və incəsənət” qəzetində (1968) çap

olunmuşdur. Bundan sonra yazıçı cəbhə gündəliklərinə oxucuların

marağını görüb onu “Bir əsgərin gündəliyi” adı ilə “Mənim

rəqibim” (1975), bir az təkmilləşdirərək, lakin yenə də ixtisarla

“Cəbhə gündəlikləri” adı ilə “Xatirəyə dönmüş illər” və “Məni

itirməyin” kitablarına daxil etmişdir. Bu əsərdə yazıçı bu gün də

çox aktual olan, çox geniş miqyasda müzakirə və mübahisə

obyektinə çevrilən müharibə və insan, müharibənin insan həyatına

və taleyinə təsiri məsələsinin özünəməxsus orijinal bədii həllini

vermək üçün müharibənin bilavasitə özünü, qanlı döyüş səhnələrini

əks etdirib. İ. Şıxlı 70-ci illərdə yazdığı “Mənim rəqibim”,

“Köynək” kimi hekayələrində cəbhə xatirələrinə yenidən, lakin yeni

bir şəkildə və tam yeni bir niyyətlə müraciət edib. Bu hekayələrdə

artıq cəbhə həyatının təsiri yox, müharibənin adamlarımızın

həyatına təsiri və onların talelərində oynadığı rolu ilk planda

göstərmək meyli güclüdür. Bunlarda döyüşçülərin həyat və

fəaliyyətlərinin yeni mərhələsi əks və əhatə olunur. İ.Şıxlının

müharibə mövzusunda yazdığı əsərlərinin hamısında güclü

avtobioqrafizm vardır. Bunların hamısında yazıçının özü bu və ya

digər dərəcədə obraz kimi iştirak edir.

İ. Şıxlının yaradıcılığında müasir mövzular da mühüm yer tutur.

Onun müasir mövzuda yazdığı əsərlərdən biri də “Dağlar səslənir”

povestidir. Yazıçı müharibədən sonra Azərbaycanda yeni salınan üç

sənaye şəhərlərindən biri olan Daşkəsənlə daha çox maraqlanıb. O,

1950-1951-ci illərin yay aylarını Daşkəsəndə keçirib, bu şəhərin

əsasən cavanlarından olan sakinlərinin işi, gündəlik həyatı və

fəaliyyətləri barədə oçerklər yazib mətbuatda çap etdirib. Nəhayət,

Daşkəsən fəhlələrinin həyatından bəhs edən “Dağlar səslənir”

(1951) povesti yaranıb.

İsmayıl Şıxlı az yazan, amma yaxşı yazan yazıçılardan idi. “Dəli

Kür”dən sonra o, uzun müddət irihəcmli nəsr əsri yazmayıb.

Bununla belə, “Dəli Kür”dən sonra sonuncu əsəri “Ölən dünyam”a

qədər olan dövr İsmayıl Şıxlının həyatında mühüm bir mərhələ

İsmayıl Şıxlı yaradıcılığının son akkordu ömrünün qürub çağı

qələmə aldığı “Ölən dünyam” romanıdır. Əsəri özü yazmağa

başlasa da, sonradan ağır xəstəliyin fəsadı nəticəsində gözləri

məcburiyyətində qalıb; bu işi isə vəfalı həyat yoldaşı Ümidə

xanıma həvalə edib.

“Dəli Kür” romanına qədər İ.Şıxlı daha çox müasir həyatın

bilavasitə dərindən müşahidə edib, yaxşı öyrəndiyi sahələrindən,

aktual əhəmiyyət kəsb edən məsələlərindən yazan istedadlı bir

yazıçı kimi tanınıb.

Elə bu vaxt ədəbi mühitin, sakit, aydın səmasında sanki şimşək

çaxdı; 1962-ci ildə “Azərbaycan” jurnalında İsmayıl Şıxlının “Dəli

Kür” romanının I hissəsi çap olundu. Özünə qarşı həddindən artıq

tələbkar olan, hər cümləsinin üstündə əsən, yüz ölçüb bir biçən

İsmayıl Şıxlı, sən demə, neçə illər imiş ki, iki otaqlı mənzilinin bir

küncünə çəkilib bu əsəri yazırmış. Belə bir əsər naminə özünü

könüllü surətdə çox şeydən məhrum etməyinə dəyərdi. “Dəli Kür”

oxucuların hədsiz marağına səbəb oldu. Bütün daxili ziddiyətlərinə

baxmayaraq, əsərin baş qəhrəmanı Cahandar ağa hamını sanki

əfsunladı. Əsər barədə yazıçı Mehdi Hüseyn yazırdı: “Əzizim

İsmayıl! “Dəli Kür” əsərini dünən gecə oxuyub qurtardım. Düzünü

deyim ki, mən səndən yaxşı əsərlər gözləyirdim, amma bu cür

qüvvətli və təsirli bir əsər yazmağını gözləmirdim. Əhsən,

bərəkallah! Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir

əsər məni bu cür sarsıltmamışdı”.

Hamı səbirsizliklə romanın ardını gözləyirdi. Əsəri tamamlamaq

üçün İsmayıl Şıxlıya daha dörd il vaxt lazım gəldi. Nəhayət, 1966-

cı ildə “Azərbaycan” jurnalında romanın II hissəsi dərc olundu.

Yubiley tədbirlərinin keçirilməsi

Öncə qeyd etdiyimiz kimi, bu il XX əsr Azərbaycan

ədəbiyyatının görkəmli simalarından biri, Xalq yazıçısı, gözəl insan

İsmayıl Şıxlının 98 yaşı qeyd olunur. Bu münasibətlə

respublikamızın orta və ali məktəblərində, mədəni-maarif

ocaqlarında, eləcə də F.Köçərli adına Respublika Uşaq

Kitabxanasında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Belə tədbirlərin siyahısı geniş olmalıdır. Məsələn, kitabxanada

keçirilən tədbirlərdən kitab sərgisini, oxucu konfransını, ədəbi-

bədii gecəni və s. qeyd etmək olar. Kitabxanalarda təşkil olunan

kütləvi tədbirlər İsmayıl Şıxlının zəngin ədəbi irsinin oxucular

arasında geniş yayılmasına xidmət edir. Onun yaradıcılığının geniş

təbliği üçün kitabxanalarda, ilk növbədə, kitab sərgisi təşkil

olunmalıdır. Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn,

“İsmayıl Şıxlı-95,” “Müdrik sənətkar,” “Xalqına bağlı sənətkar” və

s. Sərgidə yazıçının seçilmiş əsərləri, onun həyat və yaradıcılığı

haqqında qəzet məqalələri, görkəmli adamların şair haqqında

söylədikləri sitatları və s. nümayiş etdirmək olar. İndi isə İsmayıl

Şıxlının yaradıcılığı haqqında hazırlanmış sərginin nümunəsini

Başlıq. “Xalqına bağlı sənətkar.”

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçirilib (FOTO)

Mayın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilib.

Trend-i buradan izləyin

Mayın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib.

Mərasimdə dövlət rəsmiləri, ədəbiyyat, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə Filarmoniyanın foyesində İsmayıl Şıxlının həyat və fəaliyyətindən bəhs edən foto və əsərlərinin nümayiş olunduğu kitab sərgisi ilə tanış olublar.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dövlətimizin mədəniyyət və incəsənət, elm xadimlərinə olan diqqət və qayğıdan danışaraq Prezident İlham Əliyevin İsmayıl Şıxlının yubileyinin keçirilməsi haqqında Sərəncamını xatırladıb. Bildirib ki, həmçinin bu il bir sıra ədiblərimizin yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalanması dövlətin ədəbiyyata, ədəbiyyat nümayəndələrinə münasibətini əks etdirir.

Vaqif Əliyev İsmayıl Şıxlının zəngin yaradıcılığından söhbət açaraq, ədibin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Ədibin əsərlərində yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını bildirib.

Qeyd edib ki, Xalq yazıçısı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin xüsusi ilə məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilirdi.

Bildirib ki, İsmayıl Şıxlı yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda, xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Vurğulayıb ki, yazıçı “Ayrılan yollar”, “Bizim qəribə taleyimiz”, “Dəli Kür” və milli düşüncəmizin inkişafına töhfə verən digər sanballı nəsr əsərləri ilə daim qəlblərdə yaşayacaq.

Vaqif Əliyev qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən İsmayıl Şıxlının biblioqrafiyası çap olunub, onun haqqında elektron məlumat bazası hazırlanıb. Yaxın vaxtlarda “Ölən dünyam” əsəri rus dilində nəşr olunacaq.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən, zəngin bədii yaradıcılığından danışıb. Qeyd edib ki, görkəmli yazıçı əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzini, onun psixologiyasını, dünya görüşünü əks etdirməyə xüsusi diqqət yetirib. Bununla yanaşı, o, bir vətəndaş kimi də Azərbaycanın ən çətin günlərində sözünü deməkdən çəkinməyib. 1990-cı ilin Qanlı yanvar hadisələri zamanı əsl vətəndaş, ziyalı mövqeyi nümayiş etdirib.

Vurğulayıb ki, yazıçı ömrünün sonunadək qələminə sadiq qalıb və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yaradıcılığa təzə başlayan gənclərin həmişə dayağı olmuş İsmayıl Şıxlını böyük yazıçı və sözübütöv, mərd, cəsarətli bir insan kimi xarakterizə edib. Deyib ki, İsmayıl Şıxlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.

İsmayıl Şıxlının təkcə “Dəli Kür” romanı onun XX əsr Azərbaycan ədəbiyyatının klassikləri sırasına düşməsinə kifayət edir. Bununla belə, görkəmli yazıçı bütün əsərlərində canlı obrazlar qalereyası yaradıb, orijinallığı ilə daim seçilib və oxucuların ürəyində özünə əbədi heykəl ucaldıb.

Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Ramiz Rövşən İsmayıl Şıxlı haqqında xatirələrini bölüşüblər. Bildiriblər ki, o, öz təbiiliyi, kişi xarakteri, mərdliyi və özünəməxsusluğu ilə xalq arasında böyük nüfuz qazanıb. İsmayıl Şıxlı bu gün də bizim üçün əsl vətəndaş, əsl kişi, əsl ziyalı nümunəsidir.

Sonra görkəmli yazıçının həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Əsərlərindən parçalar səsləndirilib.

Sonda yazıçının ailəsi adından oğlu, Azərbaycan Respublikasının Prezidentinə, tədbirin təşkilatçıları və iştirakçılarına İsmayıl Şıxlı yaradıcılığına verilən dəyərə görə təşəkkürünü bildirib.

Comments are closed, but trackbacks and pingbacks are open.