Press "Enter" to skip to content

İsmayıl Şıxlı Ölən Dünyam

10 mart 1995-ci il

İsmayıl Şıxlının “Ölən dünyam” kitabına ön sözü

Hər hansı görkəmli adamın həyatından roman yazmaq mümkün olmadığı kimi,
xalqın həyatının istənilən mərhələsindən də böyük bədii əsərlər yazmaq qeyri-
mümkündür. O adamların həyatından əsər yazmaq mümkündür ki, bu həyat
cəmiyyətin ictimai, siyasi və sosial tarixi ilə səsləşsin və nəticə e’tibarı ilə fərdi
tərcümeyi-hal ictimai tərcümeyi-hala çevrilsin. Xalqın da həyatında taleyüklü
dönüş nöqtələri olur. Bu dönüş nöqtələri xalqın yeni, xoşbəxt yaxud bədbəxt həyat
mərhələlərinə keçməsinə səbəb olur. XX əsrdə bizim xalqın həyatında belə
döngələr çox olmuşdur. İnqilab illəri, 30-cu il hadisələri, Böyük Vətən müharibəsi
dövrü, 37-ci il və sair bu cür dönüş nöqtələrindəndir.
Mən “Dəli Kür” romanını yazdıqdan sonra Azərbaycanda 20-ci illərdə baş verən
inqilab tariximizdən yazmaq qərarına gəldim, müəyyən materiallar topladım, hətta
əsərin adını da oxuculara çatdırdım. “Qanlı təpə” adlanacaq bu əsər 20-ci illərin
mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi. Lakin mövcud olan qadağalar,
arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və
ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqların
nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü məni fikrimdən
daşındırdı. Gördüm ki, yazacağım əsər yazılmış əsərlərin (“Dünya qopur”,
“Dumanlı Təbriz”, “Bir gəncin manifesti”, “Səhər”, “Şamo”) təkrarından başqa bir
şey olmayacaq. Ona görə də, romanı yazmamağı qərara aldım.
Lakin son illərdə baş verən hadisələr, məhdudiyyət və qadağaların götürülməsi,
baş vermiş hadisələrin qismən gerçəkliklə verilməsi imkanı məni əsər üzərində
yenidən işləməyə sövq etdi və mən yeni roman üzərində işləməyi qərara aldım.
Əsərin ruhu və məzmunu tamam yeni oldu, əsərin adı da dəyişdi. Mən romanımı
“Ölən dünyam” adlandırdım. Lakin xəstəlik, yazıçı üçün əsas olan gözün
görməməsi, yazıb-oxuya bilməməyim mənim planlarımı alt-üst elədi. Uzun iztirab və tərəddüddən, ailə məşvərətlərindən sonra bu qənaətə gəldik ki, mən əsəri diqtə edim və həyat yoldaşım Ümidə Şıxlı onları yazıya köçürtsün. Bu qayda ilə əsəri hissə-hissə, fəsil-fəsil yazıb başa çatdırdıq və buna görə, əvvəlcədən Ümidə Şıxlıya öz təşəkkürümü bildirirəm. Əsəri yazarkən tarixi sənədlərin, arxiv materiallarının, hadisələrin iştirakçısı olan adamların Azərbaycanda və xaricdə çap olunmuş xatirə və kitablarının toplanması və mənə çatdırılmasında böyük zəhmətləri olan gəncəli dostum Tofiq Bağırova, yazıçı Anara və hərb tariximizi, eləcə də generallarımızın həyatını mükəmməl bilən Şəmistan Nəzirliyə dönə-dönə minnətdar olduğumu söyləyirəm. Həmçinin əl yazmasının hazırlanmasında mənə yaxından kömək edən oğlanlarım Elçin və Fərruxa, eləcə də gəlinlərim Sevinc və Reyhana minnətdaram. Oxucularımdan isə əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını əvvəlcədən xahiş edirəm.

10 mart 1995-ci il

İsmayıl Şıxlı Ölən Dünyam

Mən “Dəli Kür” romanını yazdıqdan sonra Azərbaycanda 20-ci illərdə baş verən inqilab tariximizdən yazmaq qərarına gəldim, müəyyən materiallar topladım, hətta əsərin adını da oxuculara çatdırdım. “Qanlı təpə” adlanacaq bu əsər 20-ci illərin mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi. Lakin mövcud olan qadağalar, arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqların nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü məni fikrimdən daşındırdı. Gördüm ki, yazacağım əsər yazılmış əsərlərin (“Dünya qopur”, “Dumanlı Təbriz”, “Bir gəncin manifesti”, “Səhər”, “Şamo”) təkrarından başqa bir şey olmayacaq. Ona görə də, romanı yazmamağı qərara aldım.

Lakin son illərdə baş verən hadisələr, məhdudiyyət və qadağaların götürülməsi, baş vermiş hadisələrin qismən gerçəkliklə verilməsi imkanı məni əsər üzərində yenidən işləməyə sövq etdi və mən yeni roman üzərində işləməyi qərara aldım. Əsərin ruhu və məzmunu tamam yeni oldu, əsərin adı da dəyişdi. Mən romanımı “Ölən dünyam” adlandırdım. Lakin xəstəlik, yazıçı üçün əsas olan gözün görməməsi, yazıb-oxuya bilməməyim mənim planlarımı alt-üst elədi. Uzun iztirab və tərəddüddən, ailə məşvərətlərindən sonra bu qənaətə gəldik ki, mən əsəri diqtə edim və həyat yoldaşım Ymidə Şıxlı onları yazıya köçürtsün. Bu qayda ilə əsəri hissə-hissə, fəsil-fəsil yazıb başa çatdırdıq və buna görə, əvvəlcədən Ymidə Şıxlıya

öz təşəkkürümü bildirirəm.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

İsmayil şixli

MÜƏLLİFDƏN
Hər hansı görkəmli adamın həyatından roman yazmaq mümkün olmadığı kimi,
xalqın həyatının istənilən mərhələsindən də böyük bədii əsərlər yazmaq qeyri-
mümkündür. O adamların həyatından əsər yazmaq mümkündür ki, bu həyat
cəmiyyətin ictimai, siyasi və sosial tarixi ilə səsləşsin və nəticə e’tibarı ilə fərdi
tərcümeyi-hal ictimai tərcümeyi-hala çevrilsin. Xalqın da həyatında taleyüklü
dönüş nöqtələri olur. Bu dönüş nöqtələri xalqın yeni, xoşbəxt yaxud bədbəxt həyat
mərhələlərinə keçməsinə səbəb olur. XX əsrdə bizim xalqın həyatında belə
döngələr çox olmuşdur. İnqilab illəri, 30-cu il hadisələri, Böyük Vətən müharibəsi
dövrü, 37-ci il və sair bu cür dönüş nöqtələrindəndir.
Mən “Dəli Kür” romanını yazdıqdan sonra Azərbaycanda 20-ci illərdə baş verən
inqilab tariximizdən yazmaq qərarına gəldim, müəyyən materiallar topladım, hətta
əsərin adını da oxuculara çatdırdım. “Qanlı təpə” adlanacaq bu əsər 20-ci illərin
mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi. Lakin mövcud olan qadağalar,
arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və
ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqların
nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü məni fikrimdən
daşındırdı. Gördüm ki, yazacağım əsər yazılmış əsərlərin (“Dünya qopur”,
“Dumanlı Təbriz”, “Bir gəncin manifesti”, “Səhər”, “Şamo”) təkrarından başqa bir
şey olmayacaq. Ona görə də, romanı yazmamağı qərara aldım.
Lakin son illərdə baş verən hadisələr, məhdudiyyət və qadağaların götürülməsi,
baş vermiş hadisələrin qismən gerçəkliklə verilməsi imkanı məni əsər üzərində
yenidən işləməyə sövq etdi və mən yeni roman üzərində işləməyi qərara aldım.
Əsərin ruhu və məzmunu tamam yeni oldu, əsərin adı da dəyişdi. Mən romanımı
“Ölən dünyam” adlandırdım. Lakin xəstəlik, yazıçı üçün əsas olan gözün
görməməsi, yazıb-oxuya bilməməyim mənim planlarımı alt-üst elədi. Uzun iztirab
və tərəddüddən, ailə məşvərətlərindən sonra bu qənaətə gəldik ki, mən əsəri diqtə
edim və həyat yoldaşım Ymidə Şıxlı onları yazıya köçürtsün. Bu qayda ilə əsəri
hissə-hissə, fəsil-fəsil yazıb başa çatdırdıq və buna görə, əvvəlcədən Ymidə Şıxlıya
downloaded from KitabYurdu.org

öz təşəkkürümü bildirirəm.
Əsəri yazarkən tarixi sənədlərin, arxiv materiallarının, hadisələrin iştirakçısı olan
adamların Azərbaycanda və xaricdə çap olunmuş xatirə və kitablarının toplanması
və mənə çatdırılmasında böyük zəhmətləri olan gəncəli dostum Tofiq Bağırova,
yazıçı Anara və hərb tariximizi, eləcə də generallarımızın həyatını mükəmməl
bilən Şəmistan Nəzirliyə dönə-dönə minnətdar olduğumu söyləyirəm.
Həmçinin əl yazmasının hazırlanmasında mənə yaxından kömək edən oğlanlarım
Elçin və Fərruxa, eləcə də gəlinlərim Sevinc və Reyhana minnətdaram.
Oxucularımdan isə əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar
varsa,
1
bağışlamalarını əvvəlcədən xahiş edirəm. 10 mart 1995-ci il
İsmayıl Şıxlı
OLƏN DÜNYAM ROMAN 1-ci fəsil – 1 –
Həsən ağa eyvanı Kürə baxan evlərinin həyətində odun yarırdı. Havanın sazaq,
ətrafın qrov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Ələddinin səsini
eşidəndə baltanı kötüyə sancıb dikəldi. Gödəkçəsini çiyninə saldı, ağır-ağır
doqqaza doğru addımladı.

Niyə orda durubsan?

Bəri gəl, sözüm var.
Həsən ağa ona yaxınlaşdı. Salamlaşdılar. Ələddinin gözləri gülürdü.

Bir şey görmürsən?
Həsən ağa diqqətlə Ələddini başdan-ayağa süzdü. Gördü ki, nişanlanandan bəri
üstü-başı səliqəyə düşüb. Gülümsündü.

Deyəsən qızın eşqi səni sığallaşdırıb?

Elə bu?

Bə, nə istəyirsən?

Yst-başımı demirəm, bir çiynimdəkinə bax.
Həsən ağa yalnız indi qoşalüləni gördü və gözləri maraqdan işıldadı. Bir ovçu
downloaded from KitabYurdu.org

hərisliyi ilə əlini uzadıb tüfəngi aldı. Parıldayan qundağına, nə qədər təmizlənsə
də, yağı tamam silinməyən lüləsinə baxdı, çaxmağını çəkib bərk-boşluğunu
yoxladı. Tətiyi basdı, sonra lüləni işıldayan günə doğru qaldırıb baxdı. Nişan
alırmış kimi gözünü qıyıb üzünü qundağa yapışdırdı.

Hə, necədir?
Həsən ağa tüfəngin ağırlığını bilmək istəyirmiş təkin qoşalüləni əlində samballadı.

Çox mübarək, havaxt alıbsan?

Dünən.

Atmağı necədir, yoxlamısanmı, düzmü nişan alır?

Elə sənin yanına gəlmişəm ki, gedək yoxlayaq.
Həsən ağanın birdən-birə alışan ovçuluq ehtirası birdən-birə də söndü. Qoşalüləni
geri qaytardı.

Yox, bu gün gedə bilməyəcəm.

Niyə?

Qonağım gələcək.
Ələddin dostundan belə cavab gözləmədiyindən bir an duruxdu. O elə zənn edirdi
ki, Həsən ağa həmişəki kimi əlüstü razılaşacaq, dərhal patrondaşını, tüfəngini
götürüb ona yoldaşlıq edəcəkdi.

Qonağın nə vaxt gələcək?

Günortaüstü, ya da axşam tərəfi.
– Eh, ay rəhmətliyin oğlu, onacan on dəfə gedib gələrik. Tez ol, tüfəngini götür.

Yox, Ələddin, bu dəfə mənsiz get.
– Elə şey yoxdu. Sənsiz ovun nə ləzzəti. – Ələddin dönüb suyu soğulmuş Kürə,
cələdəki çılpaq ağaclara, çiləkənlərə, o taydakı meşənin boz qovaqlarına baxdı. –
Əsl ov vaxtıdı, hava da
2
havalanıb. Sənin canın üçün ürəyimə damıb, gedən kimi maral vuracayıq, özüm
ocaq çatıb kabab çəkəcəm.
Həsən ağanın ovçuluğuna, sərrast güllə atmağına söz ola bilməzdi. Onlar həmişə
downloaded from KitabYurdu.org

Comments are closed, but trackbacks and pingbacks are open.