Agirdlərdə məntiqi təfəkkürün inkişafı – MƏNTİQ
Bu gün orta məktəbdə təhsilə yanaşma dəyişir. Bugünkü təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Şagirdi müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədidir.
Məntiq (Dərs-1)
Bəzən həyatda müəyyən mübahisələrdə iştirak etməli oluruq. Biz mübahisələr zamanı müəyyən arqumentlərlə çıxış edirik. Gətirdiyimiz argumentlərin tutarlı olması üçün isə bizə məntiq elmini bilməyin çox böyük köməyi olur. Avropanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanın orta məktəblərində 1955-ci ildən bəri məntiq elmi tədris olunmur. Ali məktəblərdə isə bu elmi tədris etməyin öhdəsindən gəlməyi bacaran çox az müəllimə təsadüf olunur. Bu elm isə hər kəsin bilməsi vacib olan bir elmdir. Bütün fərqli sahələrin insanlarının məntiqli olmağa ehtiyacı olduğundan çalışacam ki, sizi bu elmlə qısa və daha anlaşıqlı şəkildə tanış edim.
Məntiq bir elm kimi, bizim eradan əvvəl 4-cü əsrdə formalaşmışdır və bu elmin babisi Aristotel olmuşdur. Məntiq ərəb sözü olub hərfən zəka, ağıl, fikir, anlayış, qanunauyğunluq, nitq mühakimə anlamlarına gəlir. Bu sözün yunanca qarşılığı «loqos»dur (rus dilindəki loqika sözüdə məhz yunan dlindən götürülüb). Lakin bu sözlər məntiq termininin elmi mənasını əhatə etmir. Hazır ki, dövrdə bu termin daha geniş mənada işlədilir. Məntiqə sözün dar mənasında qısa tərif versək, «məntiq həqiqətə aparan düzgün təfəkkür formaları, qanunları və bu formalar üzərində aparılan məntiqi əməliyyatlar və qaydalar haqqında elmdir». Məntiq elmi təfəkkürün formalarını öyrənir və üzə çıxarır. Məntiq elmi insana nece fikirləşməli olduğu barədə bir struktur verir ki, bir çox hallarda bu struktur məntiqli əqli nəticəyə gəlib çıxmaq üçün insana kömək olur. Məntiq daim yaradıcı axtarışların və yeni- yeni məntiq nəzəriyyələrinin meydana gəldiyi bir elm sahəsidir. Məsələn, sematik məntiq, predikatlar məntiqi, simvolik məntiq, ehtimali məntiq, qeyri-səlis məntiq, dialektik məntiq, konstruktiv məntiq və s. (bütün bu nəzəriyyələr haqqında çalışacam ki, gələcək postlarda ətraflı məlumat verim).
Biz məntiq elmini nə üçün bilməliyik?
Əslində bütün insanlar kortəbii məntiqi təfəkkürə malikdir, lakin onun köməkliyi ilə elmi problemləri açmaq dərk etmək çox çətindi hətda bəzi hallarda mümkün deyildir. Yəni ki, məntiqi bilməyin insana çox böyük köməyi olur.
1. Məntiq təfəkkürün şüursuzluq prosesini şüurluluğa çevirir, bununlada təfəkkürün özü dəqiqləşir, insan onu asanlıqla mənimsəyir və bu fenomendən uğurla istifadə edir.
2. Məntiq kortəbii təfəkkürün həll edə bilmədiyi bir sıra problemlərin həllinə kömək etməklə yanaşı, başqa elmlərin də məsələ və problemlərinin həlli üçün tədqiqatçılara konkret yollar göstərir, qaydalar verir.
3. Bu elm məntiqi təfəkkürün qarşıya qoyduğu bir çox fəlsəfi, elmi nəzəri problemlərə cavab verməklə, düşmənlərin və sözbazların məntiqdən sui-istifadəsinə mane olmaqla insana əməli kömək edir, qarşıdurmalardan necə çıxmaq yollarını göstərir, bununlada təfəkkür sistemində özünün həqiqi yerini və rolunu müəyyənləşdirir.
Məntiq elmini bilmək müasir dövrdə çox faydalıdı hətda vacibdir. Əsasən də nə isə sübut etmək üçün mövzuya tutarlı dəlillər gətirmək müasir dövrün ən əsas tələblərindəndir. Aristotelin zamanında “öz fikirlərini bir-biri ilə uzlaşdır” tələbi irəli sürülürdüsə, orta əsrlərdə “öz fikirlərini avtoritetlə (həmin sahədə nüfuzlu adamların) uzlaşdır” fikri dəbdə idi. Müasir dövrdə isə əsas tələb “öz fikirlərini faktlarla uzlaşdır” tələbidir. Yəni bütün bunları nəzərə alaraq çalışacağam ki, davamlı şəkildə məntiq elminə aid postlar yazım.
Şagirdlərdə məntiqi təfəkkürün inkişafı – MƏNTİQ
Bu gün orta məktəbdə təhsilə yanaşma dəyişir. Bugünkü təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Şagirdi müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədidir.
Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı çox mühüm amildir. Fəal təlimin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir.
İdrak insana xas olan mühüm keyfiyyətdir. O, ilk növbədə şəxsiyyətin bütün parametrlərini əhatə edir, onun fəaliyyətini tənzimləyir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir.Məntiqi təfəkkür həyatın bütün sahələrində insana lazım olan vərdişdir.
Məntiq – hər bir insanın düzgün düşünə bilməsidir. Düşünmək öz-özünə mübahisə etmək deməkdir. Seçilən cavabın niyə məhz həmin cavab olmasını yəqinləşdirən fikirlərin hamısı məntiqin özüdür. Məntiq şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliy-yətlərini və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu və ətraflı formalaşmasına xidmət edir.
Şagirddə idrak fəallığı yaradacaq motivasiya, mövzuya uyğun düzgün seçilmiş təlim üsulları, iş formaları, fəal dərsin mərhələlərinə uyğun qurulmuş məqsədli strategiyanın özü də məntiqin, təfəkkürün inkişafına xidmət edir.
Son zamanlar məntiqlə düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə xüsusi fikir verilir. Bu, ən çox özünü riyaziyyat fənnində təzahür etdirir. Məntiqi düşünməyə həsr olunan kitablarda da bu fənnə daha çox üstünlük verilib. Ancaq artıq orta məktəblərdə də, hətta ali məktəblərə qəbulda da Azərbaycan dilindən olan məntiqi testlərə və tapşırıqlara təsadüf edilir.
Təlimə maraq aşılamaq, həm də məntiqi təfəkkürü inkişaf etdirmək məqsədilə dərslərdə bəzi nümunələrdən istifadə etmək olar. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir. Məntiqi təfəkkür həyatın bütün sahələrində insana lazım olan vərdişdir. Məntiq şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliy-yətlərini və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu və ətraflı formalaşmasına xidmət edir.
Israfilov m məntiq kursu bakı turan nəşrlər evi-2001 534s
Novruzova Xumar Tofiq qızı
Bakı Slavyan Universiteti
RİYAZİ MƏNTİQ ELEMENTLƏRİNİN ÖYRƏDİLMƏSİ METODİKASI
Açar sözlər: məntiq, riyaziyyat, məsələ, Aristotel
Key words: logic, mathematic, task, Aristotlel
Ключевые слова: логика, математика, задача, Aристотель
Məntiq (yunanca λογική) – «mülahizələr haqqında elm», «fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elm» – məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elmdir. Məntiq haqqında biliklər təfəkkürlə alındığından, o təfəkkür haqqında elm kimi də götürülə bilər. Eyni zamanda məntiq təsdiq və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiq qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır.
Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş formal məntiq və formal məntiq üzərində qurulmuş riyazi məntiq.
Məntiq bütün elmlərin əsası kimi götürülür. Məntiq bir elm kimi, bizim eradan əvvəl 4-cü əsrdə formalaşmışdır və bu elmin banisi Aristotel olmuşdur. Məntiq ərəb sözü olub hərfən zəka, ağıl, fikir, anlayış, qanunauyğunluq, nitq mühakimə anlamlarına gelir. Məntiq elminin özünəməxsus qanunları və metodları var. Orta məktəbdə tədris edilən bütün fənlər, o cümlədən ətraf aləmin miqdar və forma münasibətlərini öyrənən riyaziyyat elmi riyazi məntiqin qanunlarından istifadə etmədən tədris metodikasını səmərəli şəkildə təşkil edə bilməz. Bu sözün yunanca qarşılığı «loqos»dur (rus dilindəki loqika sözü də məhz yunan dlindən götürülüb). Lakin bu sözlər məntiq termininin elmi mənasını əhatə etmir. Hazırki dövrdə bu termin daha geniş mənada işlədilir. Məntiqə sözün dar mənasında qısa tərif versək, «məntiq həqiqətə aparan düzgün təfəkkür formaları, qanunları və bu formalar üzərində aparılan məntiqi əməliyyatlar və qaydalar haqqında elmdir». Məntiq elmi təfəkkürün formalarını öyrənir və üzə çıxarır. Məntiq elmi insana necə fikirləşməli olduğu barədə bir struktur verir ki, bir çox hallarda bu struktur məntiqli əqli nəticəyə gəlib çıxmaq üçün insana kömək olur. Məntiq daim yaradıcı axtarışların və yeni-yeni məntiq nəzəriyyələrinin meydana gəldiyi bir elm sahəsidir. Məsələn, semantik məntiq, predikatlar məntiqi, simvolik məntiq, ehtimali məntiq, qeyri-səlis məntiq, dialektik məntiq, konstruktiv məntiq və s. Məntiq təfəkkürün şüursuzluq prosesini şüurluluğa çevirir, bununla da təfəkkürün özü dəqiqləşir, insan onu asanlıqla mənimsəyir və bu fenomendən uğurla istifadə edir.
Comments are closed, but trackbacks and pingbacks are open.