İstehlakçıların hansı hüquqları var
• POS-terminal təminatı: Ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı hesablaşmaların aparılması üçün POS-terminallar quraşdırılmalıdır (POS-terminal quraşdırılması qaydaları və quraşdırılmalı obyektlər müəyyən edilir).
İstehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nə etməli?
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti Konfrans Masallıda təşkil edilib.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 19 fevral /Trend/
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti Konfrans Masallıda təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 250-yə yaxın istehlakçının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda istehlakçı hüquqlarının qorunmasının həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, ölkəmizdə bu sahəyə böyük diqqət göstərildiyini qeyd edib. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdıran rəis müavini Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan mühüm önəm kəsb etdiyini vurğulayıb.
Marifləndirmə tədbirləri çərçivəsində 2014-cü ildə və bu ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 100 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb.
A.Əliyev bildirib ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən maarifləndirmə tədbirləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir. Belə ki, istehlak bazarında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq və qeyri-ərzaq malları satışdan çıxarılır.
İstehlakçıların hansı hüquqları var?
Hamımız gündəlik həyatımızda isteklaçıyıq. Tələbatımızı ödəmək üçün mal alırıq, işlərdən (misal üçün, bərbər) və xidmətlərdən (məsələn, tibb) faydalanırıq. Bu gedişatda bizim istehlakçı kimi hüquqlarımız var. Həmin hüquqlar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla (bundan sonra – Qanun) dövlət tərəfindən qorunur. İstehlakçılar bu Qanunda göstərilən hüquqlarının pozulması ilə bağlı şikayət edə bilərlər.
Bəs hansı istehlakçı hüquqlarımız var? Bu Bələdçi hörmətli oxucularımızı Qanunla qorunan istehlakçı hüquqları ilə tanış etmək məqsədi daşıyır və bu məqsədə nail olmaq üçün qanundakı hüquqi terminlərin bəziləri mahiyyəti qorunmaqla sadələşdirilib.
İlk növbədə, Qanundakı bəzi anlayışları dəqiqləşdirək. Şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçı adlanır. Bu anlayışa əsasən hər kəs gündəlik olaraq şəxsi tələbatını ödəməyə çalışdıqda istehlakçı oluruq. İstehlakçı sayılmaq üçün mal, iş və xidmətlərdən faydalanmağın məqsədi şəxsi tələbatın ödənilməsi olmalıdır. Biznes fəaliyyəti göstərən sahibkarlar istehlakçı sayılmırlar.
İstehlakçı mal alır, iş və xidmətlərdən istifadə edir. Mal anlayışına daşınar və daşınmaz əşyalar və elektronik məcrada istifadə edilən yazı, səs, görüntü və oxşar qeyri-maddi əmlak aiddir. İş və xidmətlərə isə pul və ya digər mənafe əvəzində göstərilən mal təminatından kənar başqa istənilən fəaliyyət aiddir (misal üçün, kurs təhsili, kimyəvi təmizləmə, kafe-restoran xidməti, otel xidməti və s).
İstehlakçıların hüquqlarının pozulmasına görə vəziyyətdən asılı olaraq istehsalçı, satıcı və ya icraçı öhdəlik daşıyırlar. Dövlət bu öhdəliklərin qorunması üçün məcburi keyfiyyət/təhlükəsizlik qaydaları, digər adı ilə normativ sənədlər müəyyən edir.
İstehlakçıların əsas hüquqları bunlardır:
Təhlükəsizlik və keyfiyyət hüququ;
Məlumat almaq hüququ;
Şikayət vermək hüququ.
Bu istehlakçı hüquqları konkret olaraq aşağıdakı təminatları verir:
• Məhsulun zəmanət müddəti və yararlılıq müddəti: Malların (işlərin, xidmətlərin) zəmanət müddəti, tez xarab olan və həyat-sağlamlıq üçün təhlükəli olan malların isə yararlılıq müddəti olmalıdır. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda, nişanlama kağızında, yarlıqda, ya da əlavə olunan digər sənəddə, yararlılıq müddəti isə malın (işin, xidmətin) üzərində (qabında) və ya əlavə olunan sənəddə göstərilməlidir. Yararlılıq müddəti ötmüş malın satışı qadağandır.
• Qüsurlu mallara dair təminatlar: İstehlakçı zəmanət müddəti ərzində malda qüsur və ya saxtalaşdırma aşkar edərsə satıcıdan (istehsalçıdan) bunlardan birini tələb etmək hüququ və satıcının isə bu tələbi yerinə yetirmək öhdəliyi var (qüsur 14 gündə ya da tərəflərin razılaşdığı müddətdə aradan qaldırılmalı; bu müddətdən gecikdirilən hər gün üçün satıcı satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəməlidir; mal yaxud kassa qəbzi və ya malın əlavəsi olan sənəd saxlanılıbsa, onda mal dəyişdirilə bilər):
– Qüsurlu malı keyfiyyətli malla dəyişdirmək;
– Satış qiymətini uyğun məbləğdə azaltmaq;
– Qüsuru satıcının hesabına aradan qaldırmaq və ya qüsuru aradan qaldırmaq üçün çəkdiyi xərcləri tələb etmək;
– Malı uyğun modelli malla dəyəri yenidən hesablanmaqla əvəz etmək;
– Müqaviləni ləğv etmək və çəkdiyi zərərin ödənilməsini tələb etmək.
• Sənədləşdirmə təminatı: satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.
• İş görülməsi və xidmətlə göstərilməsi müqavilələrinin pozulmasına qarşı təminatlar: İcraçı vaxtında başlamırsa ya da çox ləngidirsə, istehlakçı müqavilədən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İcraçı müqavilədən əhəmiyyətli kənara çıxarsa ya da mühüm qüsurlar vurarsa, istehlakçı əlavə müddət verə bilər və əgər bu müddətdə də problem aradan qaldırılmazsa, onda müqaviləni ləğv edə və zərəri tələb edə bilər. İstehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) əhəmiyyətli kənaraçıxma olarsa və ya mühüm qüsur ortaya çıxarsa, istehlakçı eynicinsli və keyfiyyətli materiallarını icraçıdan tələb edə və ya müqavilənin ləğvini və ziyanın ödənilməsini tələb edə bilər. Gecikdirilmiş hər gün üçün icraçı işin (xidmətin və ya sifariş dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir.
• Nəzarət markası təminatı: Dərman vasitələrinin, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik hüququ mallarının, dini ədəbiyyatın nəzarət markası ilə markalanması tələb olunur. Satıcı istehlakçıya yalnız nəzarət markası olan malları sata bilər.
• Məcburi sertifikasiya təminatı: Qanunla və normativ sənədlərlə müəyyən edilmiş bir sıra mallar, işlər və xidmətlər məcburi sertifikasiyadan keçirilməli və ondan sonra istehlakçıya təqdim edilməlidir.
• Məlumat almaq təminatı: Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması, təhlükəsiz istifadə üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir. İdxal mallar və məhsulların üzərindəki etiketlər (yarlıqlar), istifadə qaydaları başqa dillərlə yanaşı, Azərbaycan dilində olmalıdır. Malların (işlərin, xidmətlərin) qiymətləri yalnız manatla göstərilməlidir. Malın üzərində istehsal (ticarət) markası, əmtəə nişanı və ya coğrafi göstərici yaxud sahibkarlıq etiketi olmalıdır. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı almasına səbəb olubsa, onun müqaviləni ləğv etmək və ziyanı tələb etmək hüququ var.
• Qeyri-ərzaq malını dəyişdirmək təminatı: İstehlakçı qüsurlu olmayan qeyri-ərzaq malını, malın alındığı günü saymamaq şərti ilə 14 gün ərzində dəyişdirmək hüququna malikdir (bu müddəti satıcı uzada bilər). Əgər malın keyfiyyəti pozulmayıbsa, həmin mal dəyişdirilə bilər. Mal yaxud kassa qəbzi və ya malın əlavəsi olan sənəd saxlanılıbsa, onda mal dəyişdirilə bilər.
• POS-terminal təminatı: Ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı hesablaşmaların aparılması üçün POS-terminallar quraşdırılmalıdır (POS-terminal quraşdırılması qaydaları və quraşdırılmalı obyektlər müəyyən edilir).
• Şikayət hüququ: İstehlakçılar hüquqlarının pozulması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (qaynar xətt: 012 498 15 01; 498 15 04) və ya məhkəməyə müraciət edə bilərlər.
Benefisiar.org
Istehlakçı hüquqları
Bazar münasibətləri şəraitində təsərrüfat subyektlərinin istehsal (satış, xidmət) fəaliyyətinin effektivliyi bilavasitə onun bazara, istehlakçıların tələbinə, alış motivlərinə və davranışına uyğunlaşma səviyyəsindən asılıdır. İnsan hüquqları sahəsində əsas hüquqlardan biri də istehlakçıların hüquqlarıdır. Dövlət istehlakçı hüquqlarının qorunmasına və sahibkarlığın inkişafına xüsusi önəm verərək, ölkə iqtisadiyyatında inhisarçılığın qarşısının alınması və haqsız rəqabətlə mübarizənin gücləndirilməsi, habelə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsinə, qanunvericilik bazasının yaradılmasına nail olmuşdur.
İstehlakçı kimdir ?
İstehlakçı anlayışı ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda geniş məlumat verilmişdir. Həmin Qanuna əsasən istehlakçı – şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir.
İstehlakçı hüququnun qanunvericilik halına alınmasının tarixi.
İlk dəfə 15 mart 1962-ci ildə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı ABŞ Prezidenti C.Kennedinin “İstehlakçıların hüquqlarının müdafiəsinə dair Bəyanat” qəbul edildiyini qeyd edə bilərik. Həmin Bəyanatda istehlakçıların aşağıdakı hüquqları müəyyən edilmişdir.
- Seçim etmək hüququ;
- təhlükəsizlik hüququ;
- məlumat almaq hüququ;
- Təmsil edilmək hüququ.
Bundan sonra 1975-ci ildə Avropa Birliyi “İstehlakçıların hüquqlarının tanınması” haqqında regional sənəd qəbul edib. Sənədə istehlakçının aşağıdakı hüquqları təsbit olunmuşdur.
- İstehlakçıların sağlamlığının və təhlükəsizliyinin müdafiəsi hüququ;
- İstehlakçıların iqtisadi maraqlarının müdafiəsi hüququ;
- İstehlakçıya dəyən zərərin ödənilməsi hüququ;
- İstehlakçının maarifləndirilməsi hüququ;
- İstehlakçının təmsil etmək hüququ.
Bu sənəddən 10 il sonra, yəni 1985 –ci ildə BMT “İstehlakçıların hüquqlarının müdafiəsinə dair” Rəhbər Prinsiplər qəbul etdi. Göstərilən sənəd istehlakçıların hüquqlarını daha da genişləndirdi. Rəhbər Prinsiplərdə aşağıdakı hüquqlar təsbit olunmuşdur:
- Əsas tələbatların ödənilməsi hüququ;
- Sağlam ətraf mühitdə yaşamaq hüququ;
- Seçim etmək hüququ;
- Təhlükəsizlik hüququ;
- Məlumat almaq hüququ;
- Təmsil edilmək hüququ;
- İstehlakçıya dəyən zərərin ödənilməsi hüququ;
- İstehlakçının maarifləndirilmə hüququ.
1995-ci ildə 19 sentyabrda Azərbaycanda BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun qəbul olundu. Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər mühit yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir.
Qanunla müəyyən edilmiş istehlakçı hüquqları.
- malların (işlərin, xidmətlərin) və onların istehsalçısının və satıcısının sərbəst seçilməsinə;
- istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olmasına;
- malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;
- malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumatların əldə etməsinə;
- qanunvericilkdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insan sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;
- öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;
- ictimai təşkilatlara ( istehlakçılar birliyinə) birləşməyə.
Qüsuru olan mal satılarkən istehlakçının hüquqları.
İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:
- lazımi keyfiyyətli mala dəyişdirməyi;
- satış qiymətini uyğun məbləğdə azaltmağı;
- malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
- malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
- müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
İstehlakçıların mal (iş,xidmət) haqqında məlumat almaq hüququ.
Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
İstehlakçının tələblərini ödəməyən malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququ.
İstehlakçının tələblərini ödəməyən malın lazımı keyfiyyətli mala dəyişdirmək ilə bağlı aşağıdakı hüquqları vardır:
- lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa, onu aldığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.
- İstehlakçının malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı lazımı keyfiyyətli mala dəyişdirmək hüququ vardır. Pərakəndə satılan mallar üçün isə satıcı tərəfinən daha uzun müddət müəyyən oluna bilər.
- İstehlakçı tərəfindən əldə edilmiş lazımı keyfiyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin kassa qəbzi və malla verilmiş sənədlər saxlanılıbsa onda istehlakçının onu dəyişdirmək hüququ vardır.
İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi
Qanunun 26-cı maddəsində istehlakçıların hüquqlarının məhkəmə müdafiəsi nəzərdə tutulub. Maddədə istehlakçıya ziyan dəydiyi təqdirdə onun cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulub. Həmçinin burada dəymiş mənəvi zərərin də ödənilməsi göstərilib.
İstehlakçıların Qanunla qorunan hüquqlarının müdafiəsi
Dövlət Xidmətinin Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri müəyyən edilmişdir:
- İstehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinin qarşısının alınması ilə bağlı tədbirlər görmək,
- İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirmək,
- İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında yazılı tələbnamə (göstəriş) vermək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görmək,
- İstehlakçıların çəkidə (ölçüdə), qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə istehlakçılara tam və düzgün məlumat verilməməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxmaq və tədbirlər görmək.
Comments are closed, but trackbacks and pingbacks are open.