Press "Enter" to skip to content

Istixarə kitabı

Mənası: Ey Allahım! Sənin elminə güvənərək səndən haqqımda xeyirlisini istəyirəm. Gücümə güc qatmağını, hüdudsuz lütf və kərəmindən mənə bəxş etməyini istəyirəm. Çünki Sənin hər şeyə gücün çatır, mənim isə çatmır, Sən hər şeyi bilirsən, halbuki mən bilmirəm. Çünki sən qeyb aləmini tam bilənsən. Ey Allahım! Etməyi fikirləşdiyim bu iş, mənim dinim, həyatım və gələcəyim və ya dünya və axirətim– mövzusunda xeyirlidirsə, onu mənə asanlaşdır. Haqqımda xeyirli, uğurlu və bərəkətli et. Yox əgər mənim dinim, həyatım və gələcəyim – və ya dünya və axirətim – mövzusunda pisdirsə, onu məndən məni də ondan uzaqlaşdır. Haqqımda xeyirlisi nədirsə, məni onunla xoşbəxt et.” [3]

Istixarə kitabı

İstixarə: “xeyirli olanı istəmək” deməkdir. İstixarə namazı necə hərəkət etmək lazım olduğu bilinməyən mübah işlərdə, mənəvi bir işarəyə nail olmaq üçün qılınan namazdır. Bir şəxsin qərar vermək qarşısında qaldığı önəmli işlər mövzusunda, bu işi bilən, etibarlı insanlarla məsləhətləşməsi, istişarə etməsi sünnədir. Qurani-Kərimdə belə buyurulur: (Ya Rəsulum) Allahın mər­həməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onların sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə. İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et. Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər.” [1] “O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.” [2]

Məsləhət, istişarə nəticəsində o işin uyğun və xeyirli olacağı qənaətinə gəlmək mümkündürsə, istixarəyə ehtiyac yoxdur. Bu təqdirdə məsləhətlə ortaya çıxan qərar istixarəni qabaqlayır. Ancaq məsləhətləşmə nəticəsində bir qərar alınmazsa, istixarəyə müraciət etmək mümkündür. İstixarə namazının ilk rükətində Fatihədən sonra Kafirun, ikinci rükətində isə İxlas surəsini oxumaq müstəhəbdir. Namazdan sonra istixarə duası oxumaq, sonra qibləyə dönərək yatmaq lazımdır. Yuxuda ağ və yaşıl rəngin görülməsi xeyir və yaxşılıq, qara və ya qırmızı rəngin görülməsi isəo işin xeyirsiz olmasına və pisliyə dəlalət edir. İstixarə namazının və duasının dəlili bu hədisdir:

Cabir İbn Abdullahın (r.a) belə dediyi rəvayət olunmuşdur: Rəsulullah (s.ə.s) bütün mühüm işlərdə bizə Qurandan bir surə öyrədirmiş kimi istixarəni də öyrədər və belə deyərdi: “Sizdən kim bir iş etmək istəyərsə, fərz namazdan əlavə iki rükət namaz qılsın və belə dua etsin:

اَللَّهُمَّ إنِّي أَسْتَخِيرُكَ بِعِلْمِكَ وَأَسْتَقْدِرُكَ بِقُدْرَتِكَ وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ الْعَظِيمِ. فَإنَّكَ تَقْدِرُ وَلَا أَقْدِرُ وَتَعْلَمُ وَلَا أَعْلَمُ ، وَأنْتَ عَلاَّمُ الْغُيُوبِ، اَللَّهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا الْأَمْرَ خَيْرٌ لِي فِي دِينِي وَمَعَاشِي وَعَاقِبَةِ أَمْرِي أوْ عَاجِلْ أَمْرِي وآجِلِهِ فَاقْدُرْهُ لِي وَ يَسِّرْهُ لِي ثُمَّ بَارِكْ لِي فِيهِ. وَاِنْ كُنْتُ تَعْلَمُ أَنَّ هَذَا الْأمْرَ شَرٌّ لِي فِي دِينِي وَدُنْيَايَ وَمَعَاشِي وَعَاقِبَةِ أَمْرِي أو عَاجِلِ أَمْرِي وَآجِلِهِ فَاصْرِفْهُ عَنِّي وَاصْرِفْنِي عَنْهُ، وَاقْدُرْ لِيَ الْخَيْرَ حَيْثُ
كَانَ ثُمَّ رَضِّنِي بِهِ.

Mənası: Ey Allahım! Sənin elminə güvənərək səndən haqqımda xeyirlisini istəyirəm. Gücümə güc qatmağını, hüdudsuz lütf və kərəmindən mənə bəxş etməyini istəyirəm. Çünki Sənin hər şeyə gücün çatır, mənim isə çatmır, Sən hər şeyi bilirsən, halbuki mən bilmirəm. Çünki sən qeyb aləmini tam bilənsən. Ey Allahım! Etməyi fikirləşdiyim bu iş, mənim dinim, həyatım və gələcəyim və ya dünya və axirətim– mövzusunda xeyirlidirsə, onu mənə asanlaşdır. Haqqımda xeyirli, uğurlu və bərəkətli et. Yox əgər mənim dinim, həyatım və gələcəyim – və ya dünya və axirətim – mövzusunda pisdirsə, onu məndən məni də ondan uzaqlaşdır. Haqqımda xeyirlisi nədirsə, məni onunla xoşbəxt et.” [3]

İstixarə duası oxunduqdan sonra arzu edilən iş deyilir.

İstixarə səmimi olaraq edildikdə, Allah xeyirlisini insana bəxş edər. Müəyyən işarələrlə bərabər qəlbdə rahatlıq və fərəhlik hiss edilərsə, o işin xeyirli olacağına və ya sıxıntı və kədər hiss edilərsə baş tutmayacağına yozulur. Birinci dəfədə nəticə alınmasa üç və ya yeddi dəfə bu təkrarlanır. Duanın ərəbcəsi oxuna biləcəyi kimi, tərcüməsi də oxuna bilər. Bir şəxs namaz qılaraq istixarə edə bilmirsə, bu təqdirdə sadəcə yuxarıdakı duanı oxuyaraq istixarə edə bilər.

İstixarədə bəzən nəticə həmişə yuxuda görülməz. Siz üzərinizə düşəni edərsiniz, səmimiyyətlə Haqq yönələrsiniz. Allah (c.c.) işarəti bir hadisə ilə və yaxud bir şəxsin dili ilə sizlərə çatdırar.

İstixarə

Fikir edirik biz də bir iş başlayaq,
Eyləyirik istixarə, bəd gəlir.
Səbr edirik, bircə saat xoşlayaq,
Xoşlayırıq, istixarə bəd gəlir.

İstəyirik biz övlad-millətə,
Açıb məktəb çataq dadi-immətə.
Cəmiyyətlər təşkilinə, himmətə.
Qalxışırıq, istixarə bəd gəlir.

Cəm oluruq bir məclisə yüz nəfər,
İşlədirik neçə batman çay, şəkər,
Danışırıq, bitişirik, müxtəsər.
Eyləyəndə istixarə bəd gəlir.

Sonra biz də eyləyirik məsləhət,
Toplaşırıq, həm çay olur, həm də ət.
Təsbihə də molla edir məşvərət,
Yenə andır istixarə bəd gəlir.

Beş ay, üç ay gedib yenə yatırıq,
Lakin çaysız, aşsız itib batırıq,
Ortalığa təzə bir söz atırıq
Ki, etməyin istixarə bəd gəlir.

Səbarə* biz bu şuraya cəmləşib,
Ən lazımlı məktəb işin səsləşib
Düzəldirik zəhmət çəkib əlləşib,
Pul deyəndə, istixarə bəd gəlir.

Söyləyirik: elm, məktəb, ittihad**,
Hey sayırıq cümləsini adbaad,
Belə edir neçə məclis iniqad***,
Axırında istixarə bəd gəlir.

Qeydlər [ redaktə ]

[*] üçüncü dəfə
[**] birlik
[***] düzəltmək, qurmaq

İstixarə necə edilir

Sual: İstixarə nədir və istixarə namazı necə qılınır?
CAVAB
İstixarə, bir işin xeyirli olub-olmadığını anlamaq üçün dəstəmaz alıb iki rükət namaz qıldıqdan sonra bu xüsusdakı duanı oxuyaraq o işlə bağlı yuxu görmək məqsədilə yatmaqdır.

İmam Qazali həzrətləri buyurur ki:

Dörd şeyi edən insan dörd şeydən məhrum qalmaz:
1- Şükr edən, nemətin artmasından,
2- Tövbə edən, qəbulundan,
3- İstixarə edən, xeyirdən,
4- İstişarə edən, doğrunu tapmaqdan, həqiqətə çatmaqdan məhrum olmaz.

Hər hansı bir işə başlayarkən, məsələn, evlənərkən, ev alarkən istixarə etmək yaxşıdır. Hədisi-şərifdə buyuruldu ki:
“Xoşbəxtlik, istixarə namazı qılmaqla həyata keçir.” [Hakim]

Müsəlman, evlənmədən əvvəl, bir neçə dəfə istixarə etməli, Haqq təalaya sığınmalıdır. Nəfsin və pis adamların araya girməməsi üçün yalvarmalıdır. Saleh, güvənilən insanlarla istişarədən sonra, istixarə etməlidir.

Bir işə başlayacağınız və ya bir şeydən qurtulmaq istədiyiniz zaman, iki rükət nafilə namaz qılıb [aşağıda bildirilən ərəbcə duanı oxuyaraq] “Əgər bu işim [Məsələn, filankəslə evlənməyim və ya bu evi almaq] dünya və axirətim üçün xeyirlidirsə, bunu mənə mübarək eylə. Əgər mənimçün xeyirli deyildirsə, onu məndən uzaqlaşdır və xeyirli olanı mənə asanlaşdır. Məni qismətimə riza göstərənlərdən eylə, Ya Ərhamərrahimin” demək lazımdır.

Əvvəlcə günahlardan tövbə edilir. Tövbə üçün qısaca, “Ya Rəbb! Həddi büluğumdan indiyə qədər etdiyim günahlara peşman oldum. Bundan sonra da, inşəallah heç vaxt günah iş görməməyə söz verirəm” deyilir. Sonra qüsl alınır. Qüsuldan sonra, o gecə “İstixarəyə niyyət etdim” deyərək iki rükət nafilə namaz qılınır. İlk rükətdə, Sübhanəkə və Fatihədən sonra, Kafirun, ikinci rükətdə Fatihədən sonra İxlas oxunur. İstixarə namazı bitdikdən sonra bu dua oxunur:

Bu şəkildə istixarəyə yeddi gecə davam edilir. [Gündüz də istixarəyə yatmaq caizdir.] Qüsl sadəcə ilk gün alınır. Digər günlər qüslə ehtiyac yoxdur.

İstixarəni başqasına etdirmək olmaz. İstixarəni hər kəs özü etməlidir. İstixarə etməyi öyrənməli, bu sünnəti özümüz ifa etməliyik. Bədənlə edilən ibadətləri başqasına etdirmək caiz deyildir.

İstixarə namazını qılıb duasını etdikdən sonra heç kimlə danışmadan yatmaq lazımdır. Ehtiyac olarsa danışmaq olar. Əslində həmişə, yatsı namazını qıldıqdan sonra, ehtiyac olmadıqca danışmamaq müstəhəbdir, yaxşıdır.

İstixarədən sonra, dəstəmazlı, qibləyə çevrilib uzanmaq lazımdır. Yuxu görülsə də, görülməsə də 7 gün istixarəyə davam edilir. Yuxuda bəyaz və ya yaşıl görmək xeyrə, qara və ya qırmızı görmək şərə əlamətdir. Əgər, yuxuda bir şey görülməzsə, qəlbin halına baxılır. O işi etmək arzu, həvəsi varsa, o işə qərar verilir. Qərar verə bilməyən, daha bir neçə dəfə istixarə etməlidir.

Hər iş üçün istixarə etmək sünnətdir və mübarəkdir. Ancaq istixarə etdikdən sonra, o işin görülüb və ya görülməməsini göstərən bir şeyin, yuxuda, yaxud oyaq halda görünməsi şərt deyil. İstixarədən sonra, qəlbə baxmaq lazımdır. O işi etmək arzusu, əvvəlkindən daha çox oldusa, o işi etməyi göstərir. Əgər arzu çoxalmamış və əvvəlkindən daha da azalmamışsa, yenə qadağan deyil. Belə olduqda, o işi etmək arzusu artana qədər, istixarələri təkrarlamaq lazımdır. İstixarələr yeddi dəfəyə qədər təkrar olunur. İstixarədən sonra, o işi etmək arzusunun azaldığı anlaşılarsa, o işi etməməyi göstərir. Bu halda da, istixarələri təkrarlamaq olar, hətta necə olursa-olsun, istixarələri hər zaman təkrarlamaq, daha uyğun və daha yaxşı olar. O işi görmək və ya görməməkdə ehtiyatlı davranmış olarıq.

Başqa bir istixarə
Bir muradı olan kimsə, dəstəmaz alıb, təmiz bir yerə oturub, üç dəfə salavatı-şərifə, sonra hər birinə Bəsmələ çəkərək on Fatihə, sonra 11 İxlas, sonra üç dəfə salavat oxumalıdır. Sonra sağ yanı üstünə, üzü qibləyə qarşı və sağ əlini sağ yanağının altına qoyaraq uzanıb, niyyət etdiyi şeyin yaxşı və ya pis olacağını bi-iznillah yuxuda görər. (Fətavai-Karıül-hidayə)

İstixarəyə əməl etmək
Sual:
İstixarə etdikdə, yuxuda gördüyümüzə əməl etməliyikmi?
CAVAB
İstixarə, bir işin bizim üçün xeyirli olub-olmadığını anlamaq üçün edilir. Buna görə də şərtlərinə uyğun edilibsə, əməl etmək lazımdır. İki hədisi-şərif məalı:
“İstixarə etmək və taleyinə riza göstərmək insanın xoşbəxt olacağına, bunun əksi isə, insanın bədbəxt olacağına əlamətdir.” [Tirmizi]

“İstixarə edən insan məhrum qalmaz, istişarə edən peşman olmaz. Qənaət edən, darlıq çəkməz.” [Tabərani]

İstixarəyə yatarkən
Sual:
İstixarə üçün yatarkən qadınlar ərlərindən ayrımı yatmalıdırlar?
CAVAB
Xeyr, ehtiyac yoxdur.

Comments are closed, but trackbacks and pingbacks are open.