Press "Enter" to skip to content

Itə ataram yada satmaram hekayəsi

Müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə yox, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhurdur.

Xankəndi

Rusiya əvvəllər Almaniyaya ixrac etdiyi böyük həcmdə olan təbii qazı indi sadəcə, yandırır. Finlandiya ilə sərhədin yaxınlığındakı zavodda hər gün təxminən 10 milyon dollar dəyərində qaz sözün həqiqi mənasında havaya sovrulur.

AzVision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Norveçin “Rystad Energy” konsaltinq şirkətinin təhlillərinə əsasən, məşəldə gündəlik təxminən 4,34 milyon kubmetr qaz tələf edilir. O, Sankt-Peterburqun şimal-qərbində yerləşən yeni mayeləşdirilən təbii qaz zavodu “Portovaya”dan gəlir.

“Portovaya” qazı dənizin dibi ilə Almaniyaya nəql edən “Şimal axını-1” kəmərinin başlanğıcındakı kompressor stansiyasının yaxınlığında yerləşir. Burada nələrinsə qaydasında getmədiyi yayın əvvəlində Finlandiya vətəndaşlarının sərhəddə böyük alovları görməsindən sonra aydınlaşdı.

Boru kəməri ilə təchizat iyulun ortalarından etibarən məhdudlaşdırılıb. Ruslar bəyan etdilər ki, qazın verilməsində yaranmış məhdudiyyətlərin səbəbi texniki problemlərdir. Lakin Almaniya bunu Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Moskvanın atdığı növbəti siyasi addım kimi qiymətləndirdi.

İyun ayından başlayaraq tədqiqatçılar təbii qazın belə kütləvi şəkildə yandırılması səbəbindən obyektdən gələn istiliyin əhəmiyyətli dərəcədə artdığını qeyd etdilər. Qazın məşəllərdə yandırılması emal müəssisələrində adi hal olsa və bəzən texniki və ya təhlükəsizlik səbəbləri ilə həyata keçirilsə də, budəfəki prosesinin miqyası mütəxəssisləri çaşqın vəziyyətə salıb.

– Mən heç vaxt qaz məşəlinin belə parıldamasını görməmişdim. Biz bu nəhəng parıltını təxminən iyun ayından bəri görürük və o, yoxa çıxmadı. Alov çox anormal dərəcədə böyük görünür,- Ohayo ştatındakı Mayami Universitetində çalışan peyk məlumatları üzrə ekspert doktor Cessika Makkarti deyib.

Qazların məşəldə yandırılması ilə bağlı həll yollarının tapılması ilə məşğul olan “Capterio” şirkətinin baş direktoru Mark Davisin isə deyib ki, müşahidə olunan hadisələr təsadüfi deyil, o, daha çox müəyyən əməliyyat səbəblərinə görə düşünülmüş qərardır.
Bu qazyandırma əməliyyatının ətraf mühitə təsiri alimləri də narahat edir. Onlar atmosferə buraxılan böyük həcmdə karbon qazı və hisin Arktika buzlarının ərimə prosesini surətləndirəcəyindən narahatdırlar.

Avropada qaz böhranı kəskinləşir

Tədqiqatçıların fikrincə, metanı xammal şəkildə havaya buraxmaqdansa, onu məşəldə yandırmaq daha yaxşıdır. Çünki metan çox güclü iqlim dəyişikliyinə, istiləşməyə səbəb olur.
Rusiya ümumilikdə qazın məşəl formasında yandırılması sahəsində təcrübəyə malikdir. Dünya Bankının məlumatına görə, o, qazın məşəldə yandırılması üzrə bir nömrəli ölkə sayılır.
Lakin indiki məşəldən gündəlik təxminən 9000 ton Karbon 2 Oksid atılmasından başqa, yandırma prosesi digər ciddi problemlərə də yol açır.

Itə ataram yada satmaram hekayəsi

Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq. Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir. Bu sənətlə məşğul olma həm də insanlara gəlir gətirib. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin «Bir gəncin manifesti» əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən «İtə ataram, yada satmaram» məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir.

Xalçaçılığın tarixi

Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Bunnula bağlı qədim dünya tarixçiləri Herodot, Ksenofont və digərlərinin əsərlərində də müxtəlif məlamatlar var. Tarixi qaynaqlar III-VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyini, ipəkdən, qızıl və -gümüş saplardan nəfis xalçaların toxunduğunu bildirir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. XVI-XVII əsrlərdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson, holland səyahətçisi Yan Streyts Şamaxıda qiymətli saplarla toxunan, qaş-daşlarla bəzədilən xalçalar barədə xəbər veriblər.

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. Naməlum müəllifin X əsrə aid «Dünyanın sərhədləri» əsərində, XII əsrə aid «Kitabi-Dədə-Qorqud» dastanında, klassik şairlərimiz Nizami və Xaqaninin əsərlərində xalçalarımız tərənnüm olunub.

Avropa rəssamlarının əsərlərində, miniatürlərdə Azərbaycan xalçalarına aid nümunələr əks olunub. Buna misal olaraq XV əsr Niderland rəssamları Hans Memlinq, Van Eyk, alman rəssamı Hans Holbeynin tablolarını misal göstərmək kifayətdir.

Xalçalarımız haqqında müxtəlif əfsanələr, atalar sözləri, tapmacalar və digər hikmətli kəlamlar düzülüb-qoşulub. Uzun illərdir xalçaçılıqla məşğul olan Nəzakət Qəhrəmanovanın sözlərinə görə, qədimdə Azərbaycanda qıza elçi gələndə, onun həm də xalça-palaz toxumaq qabiliyyətinə qiymət verirmişlər: «Elçilər isə istəməyə gəldikləri qızın toxuduğu xalçaya baxmaqla təkcə onun qabiliyyətini deyil, həm də xasiyyətini də müəyyənləşdirirmişlər.

Xalça növləri

Müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə yox, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhurdur.

Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Xovsuz xalçaların və ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür. Bunlar palaz, cecim, ladı, kilim, şəddə, vərni, zili və sumax adlanır.

Sadalanan xalça növləri ilmələrinin sıxlığı, rəng çalarları, toxunuşu və ornamentlərinə görə bir-birindən fərqlənir.

Azərbaycan xalçaları daim xarici ölkələrdə təşkil olunan sərgilərdə yüksək yerlər tutub, qızıl və gümüş medallara layiq görülüb.

Xalçaçılıq məktəblərimiz

Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünür. Bunlar Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz məktəbləridir. Bu məktəblərin hər biri isə ayrı-ayrı məntəqələrə bölünür.

Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb.

Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir.

Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur.

Gəncə xalçaları seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçüsü isə seçilir. Bu xalçaların toxunuşunda əsasən sürməyi göy, lalə və zoğalı qırmızı rənglər üstünlük təşkil edir.

Qazax xalçaçılıq məktəbinə Azərbaycanın qərb rayonları, Gürcüstanda soydaşlarımızın yaşadığı Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan indki Ermənistan ərazisindəki Göyçə mahalı daxildir. Bu məktəbin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır.

Qarabağ xalça məktəbi bu bölgənin həm dağlıq, həm də aran zonasını əhatə edir. Qarabağ xalçaları bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından məşhurdur. Çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı-gəbələr geniş yayılıb. Qarabağ xalçalarının rəng palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir.

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir. Təbrizdə toxunmuş məşhur «Şeyx Səfi» xalısı hazırda London müzeyində çox qyiəmtli eksponat kimi saxlanılır. Çox təəssüf ki, bün Təbriz xalçaçılıq məktəbinin nümunələri dünyada daha çox İran xalçaları kimi tanınır.

Xalçaçılıqda problemlər

«Təəssüf ki, sovet dövründə Azərbaycanda xalçaçılığa daha çox qazanc mənbəyi kimi yanaşılıb»-deyə xalçaçı N.Qəhrəmanova bizimlə söhbətdə bildirib. Onun sözlərinə görə, sovet ideologiyası digər sahələr kimi xalçaçılıq ənənəmizə də zərbə vurub. 1920-ci ildən sonra Azərbaycanda yaradılan artellərdə qeyri-peşəkarlar işləməyə başlayıb. Sonra təbii yun sintetik iplə əvəzlənib. Kompozisiyalar bəsitləşib. Elə bunun nəticəsində də ötən əsrdə Azərbaycan xalçaları dünya bazarındakı şan-şöhrətini itirməyə başlayıb.

Xalçaçılarımızı narahat edən məsələlərdən biri son zamanlar Azərbaycanda müxtəlif təsirlərdən boyaq bitkilərinin azalmasıdır. Bu gün xalçaçılar bəzi vaxtlarda boyağı xarici ölkələrdən gətirdirlər. Nəticədə bu fakt xalçalarımızın gözəlliyinə və keyfiyyətinə, milliliyinə də təsirsiz ötüşmür.

Xalça Muzeyinin direktoru Röya Tağıyevanın sözlərinə görə, süni boyaqla toxunan xalça keyfiyyətsiz olur. Azərbaycan xalçalarını Avropaya sevdirən kompozisiya baxımından zənginliyi, toxunuşunun orijinallığı və bir də təbii boyaqdan istifadə olunmasıdır. Yalnız XIX əsrin sonlarından yerli sənətkarlar kimyəvi boyaqlardan istifadəyə başlayıb.

Röya Tağıyeva da sovet dövründə Azərbaycan xalçalarına gəlir mənbəyi kimi baxılması fikrilə şərikdir. Onun sözlərinə görə, o vaxtlar xalça daha çox valyuta gətirirdi deyə, kütləvi istehsala üstünlük verilirdi. Bu üzdən də yerli xüsusiyyətlər, məktəblərin ənənələri itməyə başladı. Yalnız ötən əsrin 90-cı ilindən sonra Azərbaycan xalçaları yenidən özünə diqqət çəkdi. Amma bu dəfə də yerli dəllaların Azərbaycan xalçasına vurduğu ziyan sovetlərin vurduğu zərbəni təkrarladı. Nəticədə bazarda sex məhsulları olan ucuz, sintetik xalça və gəbələr çoxalıb. R.Tağıyevanın sözlərinə görə, bu gün bəzi dəllallar yeni toxunan xalçaları xüsusi kimyəvi vasitəylə yandırırmaqla ona əntiq görkəm verirlər ki, bu da xalçalarımız haqda mənfi rəy formalaşdırır.

Bu gün qədim Azərbaycan xalçalarını müxtəlif yollarla xaricə çıxarılması faktları da inkar edilmir.

Xalçaçılıq ənənəsinin bərpası

Xalçaçılıq ənənəsinin yaşadılması və qorunması məqsədilə hələ 1967-ci ildə Xalça və Tətbiqi Sənət Muzeyi yaradılıb. Bu gün həmin muzeydə 6 mindən artıq xalça, 15 mindən artıq eksponat var. Onların hər biri müxtəlif bölgələrin xalça ənənələrini özündə ehtiva edir.

Azərbaycanda xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın mərhum xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. L.Kərimov uzun illər xalçaları tədqiq edib, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirib, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaradıb.

2004-cü ildə «Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında» Qanun qəbul edilib. Sözügedən qanundan irəli gələn vəzifələrin icrası Azərbaycanda xalçaçılığın inkişafına inam yaradıb.

Adəm Qorxmaz

Itə ataram yada satmaram hekayəsi

Yazıçı yaradıcılığa gənc yaşlarından başlamışdır. Mir Cəlal bir sıra roman, povest və maraqlı hekayələrin müəllifidir. Sizə danışmaq istədiyim həmin əhvalat isə sevimli yazıçımızın “ Bir gəncin manifesti” əsərindəndir. İnanıram ki, böyüyəndə əsəri bütövlükdə oxumaq istəyəcəksiniz.

yaradıcılıq – творчество hekayə – рассказ

SÖZ EHTİYATI

məlumat vermək – дать информацию

İTƏ ATARAM, YADA SATMARAM

. Tacir Sonanın xalçasını görmüşdü: “Bəh-bəh”, – deyə-deyə ağasına – ingilisə göstərdi. Xalçaya gözü sataşan kimi, heyrətindən ingilisin rəngi daha da bozardı. Xalçaya əlini vurub ayağa qalxdı. Tacirə nə isə dedi. Tacir dayananlardan xəbər aldı:

Yiyəsi hanı?

Sona özü dinmədi. Dayananlar onu göstərdilər.

– Bacı, qiyməti neçədir?

Sona bir az duruxdu.

. Mister həyəcan ində idi. Dözə bilmirdi. Çılpaq dizlərini qatlayıb diz çökdü. Xalçanın haşiyələrinə, ilmələrinə bir də diqqətlə baxdı, ayağa qalxdı. Xalçanı qaldırıb öz sinəsinə tut du. Sonra tacirə verib divardan asılı kimi saxlatdı.

Tacir qollarını geniş açdı. Xalçanı qabağına tut du. İngilis baxdı, baxdı. Yaxına yeridi, baxdı, kənara çəkildi, baxdı. Yandan, aşağıdan, yuxarıdan baxdı. Arxayınlıq* hasil edib sevincini gizlədə bilmədi, nə isə dedi.

Tacir də sevincək danışdı. Onlar danışanda heç kəs dinmirdi. Bir səs eşidildi:

– Neçəyə desə alacaqlar!

Sanki bu səslə Sonanı ayıq salmaq üçün xəbərdarlıq edirdilər .

Comments are closed, but trackbacks and pingbacks are open.