İtburnu çayının faydaları
Soyuq qış aylarında, soyuqdəymə epidemiyaları zamanı bu çay bizə çox yaxşı müalicəvi və profilaktik kömək edə bilər.
İtburnunun inanılmaz faydaları – Diqqət!
Axar.az xəbər verir ki, hazırda itburnu meyvəsi vitaminin mənbəyi kimi təbabətdə geniş istifadə olunur, onun tərkibində olan C vitamini orqanizmdə gedən bır sıra proseslərdə iştirak edir.
İtburnu meyvələri çay, sirop, ekstrakt və toz şəklində C vitaminin orqanizmdə çatışmazlığı ilə əlaqədar olan qan azlığında, zəiflikdə, aterosklerozda, gec sağalan yaralarda, böyrək daşı xəstəliyində, qaraciyər problemində və s. xəstəliklərdə istifadə edilir.
Tibet təbabətində itburnu meyvələri öd ayrılmasında kömək edən və ümumi maddələr mübadiləsini yaxşılaşdıran vasitədir. İtburnunun tərkibi müxtəlif vitamin və kimyəvi elementlərlə zəngin olduğu üçün sağlam orqanizm üçün profilaktik, xəstə üçün çox lazımlı dərman vasitəsidir. Payız-qış fəsillərində itburnudan müntəzəm istifadə etmək daha xeyirlidir. Çiçəklərindən gülbəndi, mürəbbə, meyvəsindən isə şərbət, doşab və bir sıra faydalı məhsullar hazırlanır. Ətirli çayı min bir dərdin dərmanıdır. Kök və yarpaqlarından da dərman kimi yararlanmaq mümkündür.
İtburnu çayının faydaları
Antioksidant faydası: İtburnu çayı, antioksidant xüsusiyyəti əhatə etməsi sayəsində bədəndən toksinlərin atılmasını təmin edir. Eyni zamanda bədən müqavimətini artırır və immuniteti də gücləndirir. Soyuqdəymə üçün də çox fayda verən itburnu çayı, xərçəng riskini də azaldır.
Mədə sağlamlığı üçün faydası: İtburnu çayı, mədə xəstəliklərinә yaxşılaşdırma və sakitləşdirmə təsirini göstərir. Xüsusilə mədə spazması, xora və mədə ağrılarından xilas olmaq üçün çox təsirlidir. Respublika.info xəbər verir ki, ağır bir yeməkdən sonra itburnu çayı içmәk təklif edilir.
Qan hüceyrələrinә faydası: Daşıdığı minerallar sayəsində qan hüceyrələrinin artırılması adına itburnu çayı çox faydalıdır. Xüsusilə qış mövsümündə bol-bol istehlak olunmalıdır.
Böyrək sağlamlığına faydası: Antioksidant xüsusiyyəti sayəsində itburnu çayı böyrəkləri zərərli maddələrdən qoruyur. Daş əmələ gəlməsini də əngəlləyir.
Şəkər xəstələrinә faydası: Qan şəkər miqdarının tarazlanması üçün itburnu çayı bir çox mütəxəssis tərəfindən şəkər xəstələrinə təklif edilir.
Arıqlamaq üçün faydası: Uzun müddət tox tutan təsirindən əlavə, yeməkləri daha ləzzətli hala gətirmək üçün itburnu çayı əla seçimdir. Həmçinin idman ərəfəsində enerji verməsi baxımından da itburnu çayı içilә edilə bilər.
Tənəffüs yollarına faydası: Xüsusən uşaqlarda öskürəyi kəsmək və tənəffüs yollarını sakitləşdirmək üçün C vitamini daşıdığı üçün çox fayda verir.
Xəbərlər Baxılıb: 3270 Tarix: 04 yanvar 2017
f Paylaş
Digər yazılar
ŞOK!Marketdə QADINLARA TƏCAVÜZ EDƏN “ağsaqqal” kameralara düşdü – VİDEO
Türkiyənin Aydın Adnan Menderes Universiteti Təhsil Araşdırma və Tətbiq Xəstəxanasında müalicə alan uşağının yanında qalan İ.M.K. adlı bir kişi cinsi zorakılıqda ittiham edilib. Qadınsaytı.az xəbər verir ki, polis tərəfində
Daha bir məşhur evlənir-FOTO
xarici KİV-ə istinadən xəbər verir ki, İrina Şeyk və aktyor Bredli Kuper bir neçə aydan sonra valideyn olacaqlar. Cütlük artıq evlənəcəkləri tarixi də açıqlayıblar. Toy 2017-ci ilin sonuna planlaşdırılıb. Evliliklə bağl
Bakı-Quba yolunda “Prado” yandı
Qadınsaytı.az xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 129-cu km-də, Şabran rayonu ərazisində “Prado” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındak
2 yaşlı uşağın qəhrəmanlığı qardaşını ölümdən qurtardı DƏHŞƏT-VİDEO
2 yaşlı uşağın qəhrəmanlığı qardaşını ölümdən qurtardı …. 2 yaşlı uşaq otaqda oynayarkən qardaşının üstünə düşən dolabdan onun canını qurtardı
Türkiyə ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR
BƏƏ öz vətəndaşlarını Türkiyəyə səfərə getməkdən imtina etməyə, əvvəldən planlaşdırılmış səfərləri isə “növbəti xəbərdarlığa qədər” təxirə salmağa çağırıb. “Report” xəbər verir ki, bu barədə ərəb ölkəsini
Məşhurlarımız nə yeyir, nə içir, harada gəzirlər? – FOTOLAR
Tanınmış simalar ən yeni şəkillərini İnstaqram sosial şəbəkəsində paylaşıblar. axşam.az-a istinadən məşhurların maraqlı fotolarını təqdim edir
ŞOK! Məşhur xanım aparıcıya canlı yayımda elə bir təklif gəldi ki. + VİDEO
Məşhur aparıcı Özge Uzuna eks-əri canlı yayımda yenidən evlilik təklif edib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10 illik evliliklərini bitirən cütlük qısa müddət sonra yenidən birlikdə olma
Hazır olun! Bu gecə elə bir hadisə olacaq ki.
Yanvarın 3-dən 4-nə keçən gecə meteorit yağışı yağacaq. Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, söhbət saatda 40-200 meteorit gücündə olan Kvadrantid yağışından gedir. 80 kilometr hündürlükdə bütün kosmi
Hökumət benzinin qiymətilə bağlı QƏRAR VERDİ
Qubernatorun imzası ilə göndərilən teleqramda qiymətin daim artımı “əsl xaos” adlandırılıb. Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev Rusiya hökümətinə benzinin qiymətindəki artımı dayandırmaq üçü
İtburnu çayı. Düzgün hazırlanması və faydaları
İtburnu çayı çox faydalı müalicəvi içkidir. Bu çay immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.
Soyuq qış aylarında, soyuqdəymə epidemiyaları zamanı bu çay bizə çox yaxşı müalicəvi və profilaktik kömək edə bilər.
İtburnu bir çox vacib vitamin və minerallarla zəngindir. Belə ki, itburnu tərkibində C vitaminin miqdarına görə əsl çempiondur. Fitoterapevt həkimləri itburnunu “təbii vitamin-mineral kompleksi” adlandırırlar.
Həmçinin itburnu çayı ürək-damar sistemi xəstəliklərdən əziyyət çəkənlər üçün çox faydalıdır – arterial təzyiqi normallaşdırır, damarları təmizləyir və möhkəmləndirir, qanazlığı zamanı kömək edir.
İtburnu sidikqovucu və iltihabəleyhinə təsirə malikdir. Bu isə itburnu çayını sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə kimi istifadə etməyə imkan verir.
Soyuqdəymə və qripp xəstəlikləri zamanı itburnu çayı xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.
İtburnu çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürülür. İtburnu meyvələrini dəmləndikdən əvvəl həvəngdəstədə yaxşı əzmək lazımdır. Çayı axşamdan termosda dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün. Bu çox vacibdir. Məsələ burasındadır ki, itburnunun içərisində kiçik tükcüklər var ki, bu tükcüklər mədə-bağırsaq sisteminə düşdükdə, onu qıcıqlandıra bilər.
İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar. Çaya zövqə görə bal əlavə etmək olar. Bal çayın faydalı xüsusiyyətlərini daha da artıracaq. Lakin nəzərə almaq lazımdır ki, balı isti çaya əlavə etmək olmaz. Bu halda balın faydası kəskin azalır.
Əgər sizdə hər hansı xroniki xəstəliklər varsa, bu çayı qəbul etdikdən əvvəl sizə nəzarət edən həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı itburnu çayının qəbulu ziyanlı ola bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.