Itburnu – Wikipedia
İtburnu (lat. Rosa) — gülçiçəklilər (Rosaceae) fəsiləsindən bitki cinsi.
İtburnu
İtburnu (lat. Rosa) — gülçiçəklilər (Rosaceae) fəsiləsindən bitki cinsi.
Bu cinsin 300 növündən Azərbaycanda 42 növ itburnu rast gəlinir ki, bunların 36-ı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır.
Botanik özəllikləri
Qəhvəyi itburnu kol halında 2 m-ə qədər hündürlükdə bitir. 20-25 il ömrü olur. Hər koldan 1-3 kq, 1 hektardan isə 700-1000 kq meyvə almaq mümkündür.
Çiçəkləri açıq və tünd çəhrayı rəngdə olmaqla ətirlidir. Meyvəsi avqust-sentyabrda yetişir. Vitamin C yetişmə müddətində artır. Ona görə də yetişmiş meyvələr dərilməlidir. Şaxtalar düşənədək itburnu yığılmalıdır. Çünki şaxta vurduqda C vitamini azalır.
Becərilməsi
Yığılmış meyvələr 5 sm qalınlığında sərilir və 2 gündən çox olmayaraq saxlanılır. Sonra zədəli və kal meyvələr seçilir. 80-1000°temperaturda qurudulur və yenidən xarab olmuşlar təmizlənir. Beləliklə, əldə edilmiş quru itburnu müvafiq şəraitdə 2 ilə qədər saxlanıla bilər.
Kimyəvi tərkibi
C vitamininin miqdarına (5-7%, bəzən 14%) görə 1-ci yer tutur. Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda azdır. Lakin bunun məhsuldarlığı daha yüksəkdir. Hər koldan 3-4 kq, 1 hektardan isə 3 tona qədər məhsul yığılır. Meyvəsi 6-16 qr-dır. İtburnu may-iyunda çiçəkləyir. İtburnuda C vitamini birinci dəfə 1931-ci ildə tapılmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin dibindən qan axmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi. İtburnu əbəs yerə vitamin daxılı adlandırılmamışdır. Onun tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B1, 30-73 mkq% B2, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19 mq% Bc vitamini (fol turşusu) vardır. Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral maddələr vardır.
İstifadəsi
İtburnu meyvəsi
Faydaları
Bədən müqavimətini artırar. Bədənə və gözlərə qüvvət verər. Qan dövranını sürətləndirər və qanı təmizləyər. Bağırsaqları yumşaldan və həzmi asanlaşdıran itburnu yaxşı bir sidik sökdürücü olaraq qəbizlikdə faydalıdır. İshalı kəsər. Bədəndəki tullantı maddələrin bədəndən uzaqlaşdırılmasına köməkçi olar. Bağırsaq qurdlarını salar. Xərçəngə qarşı qoruyucudur. Revmatizm şikayətlərini və ağrılarını yüngülləşdirər. Qandakı insilin miqdarını nizamlamağa köməkçi olduğundan şəkər xəstələrinə çox yaxşı gəlir. Selülitin meydana gəlməsinə mane olar. Basil narahatlığı olanlara da faydalıdır.
Dəmlənməsi
İtburnu çiçəyi
Daha çox itburnu çayı hazırlanaraq istifadə edilir. İtburnundan ayrıca cem, meyvə şirəsi, körpələr üçün sıyıq və yağ da əldə edilməkdədir. İtburnunun qurudulan yarpaqları qaynadılıb soyuduqdan sonra suyu süzülərək qırışmış cildlərə qoyulsa faydası görülər. İtburnu tumundan əldə edilən itburnu yağı dəri hüceyrələrini yeniləyici, dərini qoruyucu, qırışları aradan qaldırıcı və qocalmağı gecikdirici xüsusiyyətləri ilə kosmetik sahəsində sıxlıqla istifadə edilməkdədir.
Ev şəraitində itburnu dəmləmək üçün bir xörək qaşığı itburnu (20 qr) bir stəkan su ilə şüşə və ya emallı ağzı örtük qabda 10 dəq qaynadırlar. Ağzını açmadan bir sutka saxlayıb, sonra ikiqat tənzifdən süzür və gündə iki dəfə bir və ya yarım stəkan içirlər. Dadını yaxşılaşdırmaq üçün şəkər və ya şərbət qatmaq olar. 1-3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara isə yarım stəkan vermək olar. İtburnudan kompot, kisel və yarı bölüb toxumlardan təmizlədikdən sonra mürəbbə hazırlamaq olar. Onu təzə halda da yeyirlər. Sənayedə itburnudan poroşok, tabletka və şərbət hazırlayırlar. Sarılığa qarşı və ödqovucu kimi tətbiq edilən “Xolosas”, əsasən itburnu meyvəsindən hazırlanır. İtburnu xalq təbabətində qədimdən istifadə edilir. İtburnu soyuqdəyməyə, böyrək və qaraciyər xəstəliklərində, öd və sidikqovucu kimi tətbiq edilir. İtburnu çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredici vasitədir.
İtburnu meyvəsinin belə qiymətli olduğunu nəzərə alıb, onun toplanmasına və gündəlik qidada istifadə edilməsinə fikir verilməlidir.
Təsnifat
Azərbaycanın dərman bitkiləri
- İynəcikli itburnu (Rosa acicularis Lindl.)
- Ağ qızılgül (Rosa alba L.)
- Beqqer dərgili (Rosa beggerana Schrenk)
- Həmərsin (Rosa canina L.)
- Yüzləçək qızılgül, Yüzyarpaq qızılgül (Rosa centifolia L.)
- Qəhvəyi itburnu, Dərgil (Rosa cinnamomea L.)
- Dəməşq qızılgülü (Rosa damascena Mill.)
- Daur itburnusu (Rosa davurica Pall.)
- Fedçenko itburnusu (Rosa fedtschencoana Regel)
- Fransa qızılgülü (Rosa gallica L.)
- Kazanlık qızılgülü (Rosa kasanlika Top.)
- Qırmızı qızılgül (Rosa rubra Lam.)
- Qırışıqmeyvəli itburnu (Rosa rugosa Thunb.)
Itburnu – Wikipedia
İtburnu (lat. Rosa ) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Yarımfəsilə:
İtburnu
Bu cinsin 300 növündən Azərbaycanda 42 növünə rast gəlinir ki, bunların 36-sı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır.
Mündəricat
- 1 Botanik xüsusiyyətləri
- 2 Kimyəvi tərkibi
- 3 İstifadəsi
- 4 Çoxalması
- 5 Təbii ehtiyatının dəyişilməsi səbəbləri
- 6 Becərilməsi
- 7 Qəbul edilmiş qoruma tədbirləri
- 8 Zəruri qoruma tədbirləri
- 9 Növləri
- 9.1 Azərbaycanın dərman bitkiləri
- 9.2 Digər növləri
Botanik xüsusiyyətləri
Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3-5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür. Yarpaqcıqları enli, qaidəsi ürəkvarı, ucu isə əyilmiş sivridir. Yarpaqcıqların uzunluğu 12-15 sm, eni isə 7-10 sm arasında olur. Yarpaqcıqların kənarı qeyri-bərabər dişlidir. Bitkinin çiçəkləri iri olub süpürgəvari salxım çiçək qrupunda yerləşir. Çiçəyin ləçəkləri ağ rəngdə olub, uzunsovdur və uc hissəsi çökəklik əmələ gətirir. Meyvələri qara rəngdədir, üzərində boz ləkələri var. Toxumları iri olur. İyun ayında çiçəkləyir, avqust ayında meyvələri yetişir.
Kimyəvi tərkibi
C vitamininin miqdarına (5-7%, bəzən 14%) görə 1-ci yer tutur. Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda azdır. Lakin bunun məhsuldarlığı daha yüksəkdir. Hər koldan 3-4 kq, 1 hektardan isə 3 tona qədər məhsul yığılır. Meyvəsi 6-16 qr-dır. İtburnu may-iyunda çiçəkləyir. İtburnuda C vitamini birinci dəfə 1931-ci ildə tapılmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin dibindən qan axmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi. İtburnu əbəs yerə vitamin daxılı adlandırılmamışdır. Onun tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B1, 30-73 mkq% B2, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19 mq% Bc vitamini (fol\ turşusu) vardır. Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral maddələr vardır.
İstifadəsi
Həzm sisteminin daha nizamlı işini təmin edən itburnu çayı qəbzlikdən qaynaqlanan şişkinliyi aradan qaldırdığı üçün arıqlamağa kömək edir. Artıq duz və suyun yaratdığı ödəmi bədəndən atır.
1 fincan qurudulmuş itburnu meyvəsi yuyulduqdan sonra 4-5 fincan su ilə 10 dəqiqə qaynadılır. Çayın dadının kəskin olması üçün diri qalan meyvələr qaşıqla əzilir. Daha sonra 10 dəqiqə dəmlənməyə qoyulur. İstəyə uyğun limon, zəncəfil, darçın və ya mixəklə içilə bilər.
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
Başlıca olaraq insan fəaliyyətidir.
Itburnu meyvəsi haqqında məlumat
Cəmi: 0 AZN
- [email protected]
- Ömrünüzü bitkilərlə uzadın!
- [email protected]
- Ömrünüzü bitkilərlə uzadın!
Cəmi: 0.00 AZN
Kateqoriyalar
(+994)55 224 09 26
Zəng et, sifariş et
İtburnu meyvəsi
Qisa Məlumat
Ödqovucu, sidikqovucu və büzücü təsir göstərir, tərkibində olan müxtəlif vitaminlərin (ilk növbədə vitamin C) və mineralların sayəsində oksidləşmə-reduksiya proseslərini tənzimləyir. Dəmləmə ödqovucu kimi xolesistitdə, hepatitdə köməkçi vasitə kimi, vitaminlər mənbəyi kimi daxilə qəbul olunur.
Şərhlər
Video
Digər Məhsullar
Yatıqqanqal otu
1 AZN
Məkkəgülü çiçəyi
1.2 AZN
Gülümbahar çiçəyi
1.5 AZN
Ərküdə meyvəsi
2.6 AZN
Səna yarpağı
1 AZN
Zəncirotu kökü
1.8 AZN
Qatırquyruğu otu
0.7 AZN
Yemişan çiçəyi
0.7 AZN
Gülxətmi çiçəyi
1.2 AZN
Palıd qabığı
0.9 AZN
Andız kökü
0.8 AZN
Yarpız otu
0.7 AZN
Boymadərən otu
0.8 AZN
Solmazçiçəyi
1 AZN
Dazıotu
1 AZN
Qırxbuğum otu
0.7 AZN
Alaqanqal toxumu
0.9 AZN
Dəvədabanı
0.8 AZN
Yemişan meyvəsi
0.7 AZN
Kəklikotu
0.9 AZN
Sifariş et
- Ünvan : Bakı şəhəri, Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küç. 145.
- Nömrə : (+994)55 224 09 26
- E-Poçt : [email protected]
Comments are closed, but trackbacks and pingbacks are open.