İtburnu çayı. Düzgün hazırlanması və faydaları
Saglamolun.Az
İtburnunun faydaları
Hələ qədim dövrlərdən insanlar itburnu bitkisini bir çox xəstəliklər zamanı dərman əvəzi kimi istifadə ediblər. elə bu gün də itburnu bitkisinin müalicəvi xüsusiyyətləri haqqında məlumatlı olanlar apteklərə üş tutmağa tələsirlər. Çünki bu bitki bir çox dərdlərə dərmandır. Öz zəngin tərkibinə görə itburnunun insan sağlamlığı üçün saymaqla bitməyən faydaları var.
İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir.
Əvvəlcə itburnudan dəmlənmiş çayın faydalarına nəzər salaq:
1. İmmuniteti gücləndirir
2. İltihabi proseslərin qarşısını alır
3. Soyuqdəymə zamanı olduqca xeyirlidir
4. Sinir sistemini sakitləşdirir
5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır
6. Mədə ağrılarını götürür
7. Bağırsaqların təmizlənməsinə kömək edir
8. Ürək-damar xəstəlikləri üçün faydalıdır
9. İştahı açır
10. Qan təzyiqini aşağı salır
11. Maddələr mübadiləsini normallaşdırır
12. Sidikqovucu xassəyə malikdir
13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir
İtburnu çayını hazırlamaq üçün iki qaşıq itburnu meyvəsini xırda hissələrə bölmək, üzərinə 250 qram qaynar su əlavə edərək 10 dəqiqə dəmdə saxlamaq lazımdır. İstifadə zamanı zövqə uyğun az miqdarda şəkər tozu, yaxud bal da əlavə etmək olar.
Mənbə: Milli.Az /news.milli.az
- Teqlər:
- itburnu
- , itburnunun faydaları
- , 1001 dərdin dərmanı
İtburnu çayı. Düzgün hazırlanması və faydaları
İtburnu çayı çox faydalı müalicəvi içkidir. Bu çay immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.
Soyuq qış aylarında, soyuqdəymə epidemiyaları zamanı bu çay bizə çox yaxşı müalicəvi və profilaktik kömək edə bilər.
Saglamolun.az bildirir ki, itburnu bir çox vacib vitamin və minerallarla zəngindir. Belə ki, itburnu tərkibində C vitaminin miqdarına görə əsl çempiondur. Fitoterapevt həkimləri itburnunu “təbii vitamin-mineral kompleksi” adlandırırlar.
Həmçinin itburnu çayı ürək-damar sistemi xəstəliklərdən əziyyət çəkənlər üçün çox faydalıdır – arterial təzyiqi normallaşdırır, damarları təmizləyir və möhkəmləndirir, qanazlığı zamanı kömək edir.
İtburnu sidikqovucu və iltihabəleyhinə təsirə malikdir. Bu isə itburnu çayını sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə kimi istifadə etməyə imkan verir.
Soyuqdəymə və qripp xəstəlikləri zamanı itburnu çayı xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.
İtburnu çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürülür. İtburnu meyvələrini dəmləndikdən əvvəl həvəngdəstədə yaxşı əzmək lazımdır. Çayı axşamdan termosda dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün.
Bu çox vacibdir. Məsələ burasındadır ki, itburnunun içərisində kiçik tükcüklər var ki, bu tükcüklər mədə-bağırsaq sisteminə düşdükdə, onu qıcıqlandıra və hətta ciddi xəstəliklərin inkişafına səbəb ola bilər.
İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar. Çaya zövqə görə bal əlavə etmək olar. Bal çayın faydalı xüsusiyyətlərini daha da artıracaq. Lakin nəzərə almaq lazımdır ki, balı isti çaya əlavə etmək olmaz. Bu halda balın faydası kəskin azalır.
Əgər sizdə hər hansı xroniki xəstəliklər varsa, bu çayı qəbul etdikdən əvvəl sizə nəzarət edən həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı itburnu çayının qəbulu ziyanlı ola bilər.
Saglamolun.Az
İtburnunun faydası və zərəri – VİDEO
İtburnu meyvəsinin bioloji aktivliyi onun tərkibində olan C vitamini ilə əlaqədardır.
Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, C vitamini orqanizmdə maddələr mübadiləsini aktivləşdirir, müxtəlif infeksiyalara və xarici mühitin digər zərərli təsirlərinə qarşı bədənin müqavimətini artırır. İtburnu meyvəsi mədə xorası, şəkərli diabet, qızdırma, ürək xəstəlikləri, ateroskleroz kimi xəstəliklərin müalicəsində istifadə olunur.
İtburnu müalicə bitkiləri arasında 17-ci əsrdən məlumdur. Hazırda itburnu meyvəsi vitamin mənbəyi kimi təbabətdə geniş istifadə edilir.
İtburnunun faydası ilə yanaşı düzgün istifadə olunmadıqda zərəri də ola bilir. İtburnu meyvələri çay, sirop, ekstrakt və toz şəklində qəbul edilir. Bitkinin Azərbaycanda, əsasən, iki – qəhvəyi və qarışıq növü geniş yayılıb. Hər koldan 3-4 kiloqram, hektardan isə 3 tona qədər məhsul yığmaq mümkündür.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.
Comments are closed, but trackbacks and pingbacks are open.