Xarici dili tez bir zamanda necə öyrənmək olar? VİDEO
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Ariqlamaq ucun ne etmeli?
Çəki nəzarəti ilə çəki saxlamaq arıqlamaq qədər əhəmiyyətli bir prosesdir. Arıqlama prosesi başa çatdıqdan sonra itirdiyiniz çəki birdən-birə geri qaytarmamaq üçün nə etməli olduğumuz barədə hazırladığımız dolğun məlumatı oxucularımızın diqqətinə təqdim edirik. Diyetoloqların verdiyi məlumatlar əsasında hazırladığımız bu əhatəli yazıda arıqlamağın əsas üsullarını və yenidən kökəlməmək üçün edilməsi lazım olanları tapa bilərsiniz.
Arıqlamaq ücün nə etməli?
Arıqlamaq və çəkiyə nəzarət etmək üçün iki addım var. Birinci; sağlam pəhriz, ikincisi; müntəzəm fiziki fəaliyyətdir. Arıqlama prosesində qazandığınız vərdişlərdən biri də müntəzəm fiziki fəaliyyət olmalıdır. Müntəzəm fiziki fəaliyyət əzələ kütlənizi artırarkən maddələr mübadiləsini sürətləndirəcək. Bədənin aldığı enerji, çəkini qoruyarkən xərclədiyi enerji ilə bərabərləşdirilməyə çalışıldığı üçün pəhrizimizdəki kiçik səhvlər çəki problemlərinə səbəb ola bilər. Fiziki fəaliyyət bizə bu vəziyyətə məhəl qoymamağa kömək edəcək.
Müntəzəm fiziki fəaliyyət bədəninizi formalaşdırmaq və uyğun bir görünüş əldə etmək imkanı verəcəkdir. Həm də sizi diabet, ürək xəstəlikləri və qan təzyiqi kimi metabolik xəstəliklərdən qoruyacaq. Bu mərhələdə diqqət yetirilməli olan məqam idmanın davamlılığıdır. 45 dəqiqə, bədəni həddindən artıq yükləmədən hər gün 1 saat fiziki fəaliyyət ideal çəkinizi saxlamaqda ən böyük dəstəkçiniz olacaq.
Tez arıqlamaq artıq o qədər də çətin deyil! Sizin üçün arıqlamanızı sürətləndirməyin bir neçə yolunu izah edirik. Arıqlamağın sürətli yolları aşağıdakı kimidir :
- Çox aşağı kalorili yemək yeməyin. Arıqlamaq sadə riyaziyyatdır. Qəbul etdiyimizdən daha çox kalori yandırsaq, arıqlayırıq. Buna kalori çatışmazlığı yaratmaq deyilir. Ancaq bunu edərkən çox az kalori qəbul etsək, gələcəkdə bədən müqavimətinin azalması, xəstəlik, əzələ itkisi kimi problemlər yarana bilər. Odur ki, ac qalmaqdansa, balanslı və nizamlı qidalanmaqla necə arıqlamaq olar sualına cavab verə bilərik.
- Gec yeməyin. Gec yemək bəzi sağlamlıq problemləri yarada bilər, xüsusən də yeməkdən qısa müddət sonra yatsanız. Bu səbəblə arıqlamaq üçün nə etməli sualına veriləcək digər cavablardan biri də gecə yatmazdan ən az 3 saat əvvəl qida qəbulunu azaltmaq olacaq.
- İçdiyiniz suyun miqdarını artırın. Su arıqlamaq üçün çox vacibdir. Toksinlərin bədəndən atılması üçün böyrəklərdə süzülməsi lazımdır, bu prosesi ən sürətli və balanslı şəkildə idarə etmək üçün gün ərzində içdiyiniz su miqdarını artırmaq çox vacibdir. Su təkcə detoksunuza kömək etməyəcək, həm də yağ yandırmanızı sürətləndirəcək.
- Daha tez yatın. Az yatmaq kortizolun miqdarını artırır və bu da stressin miqdarının artmasına səbəb olur. Stressli olduğunuz zaman vücudunuz sakitləşmək üçün yemək istəyəcək. Buna görə də asan arıqlamaq üçün uzun və nizamlı yuxular vacibdir.
- Qəhvə için. Qəhvə bazal metabolizm sürətini artırır və yağların yandırılmasını sürətləndirir. Qəhvə içdiyiniz zaman daha çox yağ yandırırsınız.
ƏN SÜRƏTLİ arıqlama üsulları:
Artıq çəki problemi olan bir çox insan tez arıqlamaq istəyir. Sürətlə arıqlamaq üçün gündəlik pəhrizinizi və yaşayış standartlarınızı arıqlamağa yönəltməlisiniz. Əvvəla, bilməlisiniz ki, sürətli arıqlama şok diyetləri heç vaxt tətbiq edilməməlidir. Bu pəhrizlər sizi tez arıqlada bilər, ancaq itirdiyiniz çəkiləri eyni sürətlə geri alacaqsınız. Əslində, bəzən nəinki çəkinizi bərpa edə bilərsiniz, hətta daha böyük sağlamlıq problemləri ilə də qarşılaşa bilərsiniz.
Tez arıqlamaq üçün sizə lazım olanlar;
- Şok diyetlərdən çəkinin. Hər kəs 10 gündə 10 kilo arıqlamaq istəyir, lakin hər metabolizmin çəki itirmə həddi var. Bu şok pəhrizlər həyatınızı təhlükə altına qoya bilər.
- Yeməkləri atlamayın. Nə etsəniz də, heç vaxt yeməyi atlamayın. Yeməyi qaçırsanız, yağ yanması dayanacaq və çəki itkisi yavaşlayacaq.
- İdman etməyi unutmayın. İdman və məşqləri rutin edin. İdman, pəhriz ilə birləşdirildikdə, sağlam şəkildə arıqlamağı asanlaşdıracaq.
- Hər gün çəki çəkməyin. Arıqlama prosesində olarkən ediləcək ən sağlam şey həftədə bir dəfə çəki ölçməkdir. Hər gün çəkinin çəkilməsi sizə arıqlaya bilməyəcəyinizi düşündürəcək və sizi stresə salacaq. Stress isə arıqlama sürətinizi aşağı salacaq və əslində arıqlaya bilməməyinizə səbəb olacaq.
Xarici dili tez bir zamanda necə öyrənmək olar? – VİDEO – ednews.net
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
26 May, Cümə
Günün xəbərləri
Xəbər xətti
26.05.2023
25.05.2023
Ən çox oxunan xəbərlər
Xarici dili tez bir zamanda necə öyrənmək olar? – VİDEO
03.06.2016 15:28 Фото: 9 Канал–> Analitika A- A A+
Dil dünyaya aparan körpüdür. Uzaqdan dünyaya səssizcə tamaşa etmək istəmirsənsə körpüdə addımlamalısan. Bu yerdə yaxşı deyiblər, dil öyrənmək elə səyahət etməkdir. Hər ikisi ilk addımla başlayır. Başlayaq. İngiltərənin Edinburq Universitetinin araşdırmalarına görə, xarici dili öyrənmək beynin yaşlanmasının qarşısını alır. Tədqiqat prosesində 262 nəfərin 11 yaşda olarkən etdiyi testlər 70 yaşda təkrarlanıb və öz dilindən başqa ikinci dili bilənlərin elmi bacarıqlarının nə dərəcədə dəyişilməsi araşdırılıb. Qrupdakı 195 nəfərin ikinci dili 18 yaşından əvvəl, 65-i isə 18 yaşından sonra öyrəndiyi açıqlanıb. Edinburq Universitetinin elmi yaşlanma və epidemoloji mərkəzinin rəhbəri Tomas Bak deyir ki, dilin gec öyrənilməsindən asılı olmayaraq iki dili bilmək yaşlanan beyin hüceyrələrini fəaliyyətə keçirir. Yəni, əcnəbi dil bilməyin yaddaşa və başqa qavrayış sahələrinə böyük faydası var. Öyrənməyin yaşı yoxdur. İnsanda istək və iradə cəmləşdikdən sonra əziyyətin səmərə verməsi üçün bəzi nüanslara diqqət etmək lazımdır. Xarici dili ən tez Afrikalılar öyrənir Dünyada oxuma-yazmaya görə ən aşağı göstərici Afrika ölkələrindədir. Lakin, eyni qitənin sakinləri xarici dili bilmə sıralamasına görə ilk yerləri tuturlar. Maraqlıdır ki, Afrikada bir qəbilədən olan insan digər qəbilədən biri ilə ailə həyatı qurmazdan əvvəl onun dilini öyrənməlidir. Dil öyrənmək istəyən adam kiçik bir uşaq kimidir. Yavaş-yavaş öyrənəcək. Alman tərcüməçisi Judith Matz bir dili öyrənmək üçün asan və əlçatan vasitələrdən istifadə etməyi məsləhət görür: “İlk addımda 50 söz öyrənin və bu sözlərlə insanlarla ünsiyyət qurmağa çalışın”. Dili öyrənməyi oyun kimi qəbul edin. Rus dili üzrə uzun müddət tərçüməçi işləyən Olqa Dmitroçenkovanın fikrincə, yeni bir dili öyrənmək üçün ələ düşən bütün fürsətlərdən istifadə etmək lazımdır: “Evinizdəki əşyaların üstünə belə tərcümələri yazın. Kitab oxuyun. Subtitirli filmlərə baxın. Oyunlar oynayın”. Dili həyatınıza daxil edin. İngilis dili üzrə tərcüməçi Elisabeth Buffard qeyd edir ki, xəstə, hətta dəlicəsinə aşiq belə olsanız dil öyrənməyi həyat tərzinizə çevirin. Texnologiyanın imkanlarından geniş istifadə edin. İlk növbədə telefonunuzun dilini dəyişin. Niderland dili üzrə tərcüməçi Els de Keyser dili oyun halında öyrənmək üçün “Duo linguo” nun köməyindən istifadə etməyi məsləhət görür. “Ağıllı kartlar vasitəsilə kəlimələr öyrənmək istəyirsinizsə Anki-dən istifadə edin”. Dil öyrənməyi yeni bir qapı kimi fikrləşin. İspan dili üzrə tərcüməçi Sebastian Bettinin fikrincə, yeni dilin gətirdiyi təcrübələrə köklənmək lazımdır. “Gəzdiyiniz yerləri, əyləncə məkanlarını belə dil öyrənmək üçün xüsusi məkan kimi qəbul edin. Bütün fürsətlərdən dəyərlənin. Nəyisə internetdə axtaranda öyrənmək istədiyiniz dildə axtarın”. Öyrənmək istədiyiniz dildə danışan insanlarla ünsiyyət qurmaq dil öyrənmə qabiliyyətinizi daha da artıracaqdır. Səhv etməkdən qorxmayın. Mütəxəssislər dil öyrənmək istəyənlərə ilk növbədə kompleksdən azad olmağı məsləhət görürlər. “Dili təzə öyrənəndə “hər bir sözü düzgün tələffüz etdim-etmədim” fikri üzərində çox dayanmayın. Danışılan hər şeyi başa düşmək məcburiyyətində deyilsiniz. Başlanğıc üçün hər bir cümləni qrammatik qaydalara əməl edərək qurmaq da məcburiyyəti yoxdur. Burada əsas proses danışılanın məğzini anlamaq və fikirləri qısa anlatmaqdır. Yanınızda bir dəftərçə gəzdirin yeni bir söz eşidəndə mütləq yazın və o sözdən gün ərzində istifadə etməyə çalışın. Xarici dili öyrənmədə ilk qaydalardan biri də qrammatik bilgilərə yüklənməməkdir. Çünki riyazi qaydalar kimi qrammatik qaydalar da bir müddətdən sonra unudulur. Yadda saxlamaq lazımdır ki, dili ən çox oxumaq və yazmaqla öyrənmək daha məqsədə uyğundur. Ədəbi kitabları seçərkən ana dilinizdə əvvəlcə oxuduğunuz kitabları seçin. Bu sizə mətni anlamaqda kömək edəcək. Çünki, tez-tez lüğətə baxmaq fikir yayınır və bu insanı usandırır. Ekspertlər hesab edir ki, dil öyrənmək istəyirsinizsə təlimi fasilələrlə etməyin. Hər gün, bu iş üçün maksimum vaxt ayırmağa çalışın. Bu həm də öyrəndiklərinizi unutmamağa kömək edəcək. Öyrəndiyiniz dildə düşünün. Bu sizə beyninizi inkişaf etdirməyə kömək edəcək. Azərbaycanın təhsil sitemində ikinci dilin öyrədilməsinə çiddi fikir verilir. Orta məktəbdə 11 il ingilis dili tədris olunur. Buna baxmayaraq ingilis dilində danışmaq bacarığı çox aşağıdır. Təlimçi Toğrul Ələkbər qeyd edir ki, çox erkən yaşlardan başlayaraq Azərbaycan məktəblərində ciddi şəkildə keçilən xarici dil qrammatikası o dildə danışmağa yaxşı təsir edə bilmir. “İngilisdən qrammatikanı daha yaxşı bilən bir azərbaycanlı bunu praktikada tətbiq edə bilmir. Dil öyrənmədə qızıl qaydalardan biri də odur ki, hər hansı bir dildə bir söz belə bilsən o istifadə edilməlidir”. Xarici dili 2-3 aya öyrənmək nə dərəcədə realdır? Sirr deyil ki, xarici dili 2-3 aya öyrədəcəyi vədini verən müxtəlif kurslar var. Lakin, bu kursların vədləri nə dərəcədə real görünür? Təlimçi Toğrul Ələkbər “Eurasia Diary” portalına açıqlama verərkən bildirir ki, kurslar 2-3 ay ərzində sadəcə bir səviyyənin təlimini nəzərdə tuturlar: “Bir dil sadəcə sözdən ibarət deyil. Hər bir dilin özünəməxsus eyli sayda xırda və vacib nüansları var. Əgər, insan hər hansı dili həqiqətən öyrənmək istəyirsə birinci olaraq mühitə düşüb, o dildə çoxlu danışmalıdır”. Mütəxəssisin fikrincə, ingilis dilini öyrənmək üçün Maltaya getmək çox səmərəlidir: “Sadəcə çox adamda bu imkan olmadığından tədris qruplarında öyrənməyi üstün tutur”. İnsanın tətbiqetmə yaddaşı öyrənmə yaddaşından daha güclüdür. Mütəxəssisin fikrincə, dili öyrənmək üçün 3 əsas qızıl qaydanı unutmamaq lazımdır: Məqsəd. Dili nəyə görə öyrənmək istəyirsən? “Sadəcə dil öyrənmək istəyirəm” fikri səni həvəsləndirməyəcək. Məqsəd ən çətin vaxtda belə səni həvəsləndirəcək. Praktika. Öyrəndiyin təzə sözləri mütləq maksimum şəkildə praktikada istifadə etməlisən. Bacardın, bacarmadın, mütləq danışmalısan. Cəsarətli olun. Əgər bir dildə üç söz bilirsənsə, istifadə elə. Danışmaqdan utansan dili öyrənə bilməyəssən. Dil öyrəşməlidir. Düşünəndə tərcümə edib sonra danışırlar, maksimum danışılmalıdır ki, o mərhələdən uğurla keçilə. Vüsalə Əlövsətqızı
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary
Comments are closed, but trackbacks and pingbacks are open.