Press "Enter" to skip to content

Qızılı necə yoxlaya bilərəm

Müalicənin əsasını pəhriz və dərman preparatları təşkil edir. Qidalanma rejiminə əməl olunmadıqda, dərman müalicəsi heç bir nəticə vermir. Öd kisəsi xəstəliklərində qida rasionu ilə bağlı aşağıdakılar məsləhət görülür:

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi

Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir.
Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir.
Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.

Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.
Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı surətdə ifadə edilməlidir.
Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər.
Vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər , sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir.
Əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlətin vərəsəlik hüququ haqqında şəhadətnamə vәrәsәliyin açıldığı gündən altı aydan tez olmayaraq Dövlət Əmlakı Nazirliyinə verilir.

Mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır.
Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir.
Vərəsə ərizəni vərəsəliyin açıldığı yerdəki notariusa şəxsən təqdim edərsə, imzanın həqiqiliyinin təsdiq edilməsi tələb olunmur. Bu halda notarius vərəsənin şəxsiyyətini müəyyən edir və imzasının həqiqiliyini yoxlayır, bu barədə ərizədə qeyd edir və şəxsiyyəti təsdiq edən sənədin adını, nömrəsinin verilmə tarixini, sənədi vermiş idarənin adını, vərəsənin anadan olduğu ili göstərir.
Əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında poçtla daxil olmuş ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməmişsə, notarius ərizəni qəbul edir, lakin vərəsəyə təklif edir ki, lazımi qaydada tərtib olunmuş ərizə göndərsin, yaxud notariat kontoruna şəxsən gəlsin.
Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
Vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır.
Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair).
Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul edirlər. Bu halda notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməlidir (vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini göndərməlidir).
Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər.
Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.
Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir.
Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsindən, rayon icra hakimiyyətindən və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd.
Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius vərəsəliyin açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini tələb edir.
Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin surəti.
Ayrı-ayrı hallarda iş və ya yaşayış yeri üzrə idarə və təşkilatların verdikləri arayışlar da qəbul edilə bilər, bu şərtlə ki, onlar digər sənədlərlə birlikdə vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq etsin.
Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
Əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (aliment) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivin həcmi nəzərə alınmaqla azaldıla bilər.
Himayədə olma faktının sübut olunması üçün aşağıdakı sənədlər təqdim edilə bilər: miras qoyanın himayəsində olan şəxslər haqqında evlər idarəsinin və ya miras qoyanın iş yerinin arayışı, ailəni dolandıranın itirilməsi ilə əlaqədar olaraq pensiya təyin edilməsi haqqında pensiya təyin edən orqanın arayışı, himayədə olma faktının müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti.
Himayədə olanın yaşla əlaqədar əmək qabiliyyətinin olmaması pasport, doğum haqqında şəhadətnamə əsasında yoxlanılır, səhhətlə əlaqədar əmək qabiliyyətinin olmaması pensiya vəsiqəsi və ya tibb-əmək ekspert komissiyasının arayışı ilə yoxlanılır.
Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
Notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat kontorunda yoxlayır.
Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə vərəsələrin miras qoyanla qohumluq və ya digər münasibətlər göstərilirsə (vərəsələrin arzusu ilə), notarius bu münasibətləri təsdiq edən sənədləri tələb edir.
Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənə verilərkən vəsiyyətnamənin vərəsə tərəfindən təqdim olunmuş əsl nüsxəsi və ya dublikatı notariusda saxlanılır. Vərəsənin arzusu ilə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə vəsiyyətnamənin notariat qaydasında təsdiq olunmuş surəti və ya onun dublikatı əlavə edilə bilər.
Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar.
Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquq müəyyənedici sənəd, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə arayış tələb edir. Qadağan borc alınması ilə əlaqədar qoyulmuşsa, notarius kreditora bildirir ki, borc alanın vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
Əmlak üzərində məhkəmə və ya istintaq orqanları tərəfindən həbs qoyulmuşsa, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi həbs götürülənədək dayandırılır.
Xüsusi qeydə alınmalı olan əmlakı (avtomobil, motosikl, motorlu qayıq və s.) vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil etmək üçün notarius həmin əmlakın miras qoyana məxsus olması haqqında sənədi (texniki pasportu, gəmi şəhadətnaməsini və s.) yoxlayır və şəhadətnamə verilməsi haqqında ərizədə bu barədə qeyd edir.
Miras əmlakın müəyyən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsələrə sonralar miras əmlakın əvvəlcə verilmiş şəhadətnamədə göstərilməyən digər hissələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilir.
Başqa əmlaka vərəsəlik hüququ haqqında əlavə şəhadətnamə verildikdə və əvvəlcə verilən şəhadətnaməyə daxil edilməmiş vərəsələr gəldikdə, onlar da mirası qəbul etmiş bütün vərəsələrin yazılı razılığı ilə əlavə əmlaka vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
Notarius vərəsəlik işlərinin uçotu kitabını aparır.
Vərəsəlik işlərinin uçotu kitabında aşağıdakı sənədlər qeydə alınır: mirasın qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, xərclərin miras əmlak hesabına ödənilməsi haqqında sərəncamlar, mirasdan imtina haqqında və mirasın qəbulu haqqında ərizələr, kreditorların tələbləri, habelə miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizələr (bu ərizələr əsasına həmin tədbirlər görülmüşsə).
Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılır. Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də vərəsəlik işlərinin uçotu kitabında qeydə alınır.
Bütün ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstərilir.
Vərəsələrdən, digər şəxslərdən və idarələrdən tələb olunmuş sənədlər və vərəsəlik hüququ haqqında şəhadətnamənin nüsxəsi vərəsəlik işinə tikilir.

Qızılı necə yoxlaya bilərəm?

Qızıl ən qiymətli metallardan biridir. Bu addımlar qızılınızın həqiqi olub-olmadığını müəyyən etməyə və ola bilsin ki, onun həqiqi saflığını təyin etməyə kömək edə bilər. Qızılı sınamağın ən ümumi yollarından bəziləri. Zərgəri şirsiz çini daşdan sürtün. Qara ləkələr görünməməlidir. Bu halda material piritdir, lakin işarə sarıdırsa, əsl qızıldır. Emayesiz çini daş plitələr hardware mağazasında tapıla bilər. Metalın sərtliyini təyin etmək üçün Mohs şkalasından istifadə edin. Mohs şkalası üzrə qızılın sərtliyi 2,5-dən 3-ə qədərdir, əksinə, şüşənin sərtliyi eyni miqyasda 5,5-dir. Qızıl parçası ilə şüşəni cızmağa çalışın. Şüşəni qaşısanız, o, mütləq qızıl deyil və ya digər metallarla birləşib və təmizliyi çox aşağıdır. Parçaya yaxın bir maqnit qoyun. Maqnit parçanı çəkəndə digər metallar qarışdırılır. Bu təmiz qızıl deyil.

Avadanlıq mağazasında xlorid və ya sulfat turşusu, rezin əlcəklər və gözlüklər alın. Qızıla az miqdarda turşu tökmək üçün kiçik bir şüşə parçası kimi bir şey istifadə edin. Əgər əriməyə başlayırsa, başqa bir metal növü qarışdırılır və buna görə də təmiz deyil. Onlayn satıcıdan və ya yerli mağazadan qızıl test dəsti alın.Bölgənizdə test dəsti əldə etmək üçün nanə, antikvar diler, lombard və ya zərgərlik mağazası ilə əlaqə saxlayın. Bu resurslar sizə dəst əldə etməyə kömək edə bilər və ya bəlkə siz qızılınızı müəyyən miqdarda pul üçün sınaqdan keçirə bilərsiniz.

Xəbərdarlıqlar

Xlorid turşusu və ya azot turşusu istifadə edərkən diqqətli olun. Onlar düzgün idarə edilmədikdə və saxlanmadıqda çox təhlükəli ola bilər. Nüfuzlu bir şirkət olub-olmadığını araşdırmadığınız halda qızılınızı sizin üçün sınamaq üçün şirkətə göndərməyin.

Borcunuz olan pulu tələb edən məktubu necə yaza bilərəm?

Əgər kim ə izə borcludur a və ödəniş qə dən gecikdirilib ə və ya ondan yayınıb a, qanuni şəkildə hərəkət etməyin vaxtı gələ bilər. İddialar toplu u mübahi əni həll etmək üçün .

Daha

Çəkic başlı köpəkbalığı necə davranır?

Çekiç başlı köpəkbalıqları, ə a ən çəkic formalı başlarına görə dünyanın ən məşhur köpəkbalıqlarından biridir. Bu köpəkbalıqlarının gözləri başın ək tərəfl.

Daha

Havay Tiki maskasını necə etmək olar

Ənənəvi olaraq, pi ruhları qovmaq üçün hədələyici ifadələr və açıq ağızları olan tiki ma kaları hazırlanırdı. İndi onlar bayramlarla əlaqələndirilir. Havay ma kaları paradlar və Ha.

Öd kisəsi xəstəliyinin əlamətləri

Öd kisəsinin əsas vəzifəsi ödü bağırsağa ötürməklə, həzm prosesini təmin etməkdən ibarətdir. Kisədə gedən patoloji proseslər və müxtəlif xəstəliklər nəinki həzmə, hətta bütün orqanizmə mənfi təsir göstərir. Bəzi patologiyalar vaxtında müalicə olunmadıqda ölümlə nəticələnə bilər. Belə hallara yol verməmək üçün öd kisəsi xəstəliyinin əlamətləri haqqında məlumatlı olmaq gərəkdir.

Öd kisəsi xəstəliyinin əlamətləri – xolelitiaz

Xolelitiaz, yəni öd daşı xəstəliyi öd kisəsi və ya öd axarlarında daşların yaranması ilə xarakterizə edilir. Onun başlıca səbəblərinə irsi meyllik, ödün xolesterinlə zəngin olması, durğunlaşması və infeksion proseslər aiddir.

Statistik məlumatlara əsasən xəstəliyə 40 yaşdan böyük, açıq rəngli dəri və saça malik, həmçinin hamiləlik keçirən, artıq çəkili qadınlar daha çox tutulur.

Öd daşı xəstəliyinin xarakterik əlamətləri aşağıdakılardır:

  • yağlı qida qəbulundan və ya həddindən artıq yedikdən sonra sağ qabırğa altında ağrı;
  • ağrının kürək və sağ qola yayılması;
  • xəstəliyin kəskin formasında ürəkbulanma, qusma, titrətmə, hərarət.

Onu da qeyd edək ki, xolelitiaz uzun müddət gizli gedir. Yalnız daş axarı tutduqda əlamətlər müşahidə olunur. Kəskin sancı tutması təcili hospitalizasiya tələb edir.

Öd kisəsi xəstəliyinin əlamətləri – diskineziya

Öd kisəsi və axarların diskineziyası (yığılma qabiliyyətinin pozulması) yemək qəbulu arasında uzun fasilə olmaqla, qeyri-düzgün qidalanma, eləcə də sinir sisteminin yüklənməsi, stress fonunda inkişaf edir.

Diskineziya adlanan xəstəliyin əlamətləri bunlardır:

  • sağ qabırğa altında sızıltılı və ya əksinə, kəskin ağrı, diskomfort, ağırlıq hissi;
  • nəcis ifrazının gecikməsi ilə ishalın növbələnməsi.

Öd kisəsi xəstəliyinin – xolesistitin əlamətləri

Xolesistit – öd kisəsinin iltihabıdır. Xolesistitli pasieyntlərin 90%-də xəstəlik xolelitiaz (öd daşı) fonunda yaranır. Belə ki, daşlar kisəsinin selikli qişasını qıcıqlandırır, orqan daxilində təzyiqi yüksəldir, mikroorqanizmlərin keçməsini asanlaşdırır. Nəticədə iltihabi proseslər baş verir.

Kəskin xolesistitli insanların 10%-də daşsız formaya rast gəlinir. Belə hallarda kisəsinin iltihablaşmasında daşlar iştirak etmir. Xəstəliyin səbəbləri qismində bakteriyalar, parazitlər, öd axınının pozulması, mədə-bağırsaq traktının iltihabi xəstəlikləri qeyd edilir.

Xolesistitin əsas əlamətlərinə sağ qabırğa altında sızıltılı ağrı, dəri örtüklərinin qaşınması aiddir.

Öd kisəsi xəstəliyinin əlamətləri və diaqnostikası

Pasiyent qastroenteroloqa müraciət edərkən, həkim ilk növbədə anamnez (xəstəlik haqqında məlumat) toplayır. Qarın boşluğunu palpasiya (əllə müayinə) edir. Bundan sonra diaqnozun qoyulması üçün orqanın ultrasəs müayinəsi, qan analizi tələb olunur.

Öd kisəsi xəstəliyinin müalicəsi

Müalicənin əsasını pəhriz və dərman preparatları təşkil edir. Qidalanma rejiminə əməl olunmadıqda, dərman müalicəsi heç bir nəticə vermir. Öd kisəsi xəstəliklərində qida rasionu ilə bağlı aşağıdakılar məsləhət görülür:

  • yağlı, qızardılmış, acı ədviyyatlı xörəklərdən, spirtli və qazlı içkilərdən imtina etmək;
  • gün ərzində 4-6 dəfə kiçik porsiyalarla qidalanmaq;
  • yulaf, düyü, manna sıyıqlarına, tərəvəz suplarına, buxarda bişirilmiş və ya suda qaynadılmış yağsız ət, toyuq, balıq növlərinə üstünlük vermək;
  • tünd çay və qəhvəni kompot, bitki dəmləmələri ilə əvəz etmək;
  • xörəklərə soyuq sıxımla əldə olunan zeytun, kətan yağları qatmaq.

Dərman müalicəsi isə xəstəliyin növündən asılı olaraq, müvafiq qaydada aparılır. Müayinənin nəticələrinə əsasən pasiyentlərə spazmolitiklər, antibiotiklər, fermentlər və ya daşları əridən dərmanlar təyin oluna bilər. Bəzi hallarda cərrahi əməliyyat qaçılmazdır.

Xülasə

Məqalədə Sizi öd kisəsi xəstəliyinin əlamətləri ilə tanış etdik. Sağ qabırğa altında narahatlıq hiss etdikdə, vaxt itirmədən həkimə müraciət edin.

Comments are closed, but trackbacks and pingbacks are open.