Press "Enter" to skip to content

Baş beyin şişinin ilkin əlamətləri

Kakao əsəb və xərçəng riskini azaldan önəmli vasitə hesab edilir.Kalsiumla zəngin olan kakao sümüklərin bərkiməsi, ürəyin qüvvətlənməsi, həzmin asanlaşması üçün də çox faydalıdı. Bu bitki böyrəklərdə su və duzun həl l olunara

Mədə ağrısı

Mədə ağrısı – həzm prosesinin funksional pozğunluqlarında, bağırsaq infeksiyalarında, qastrit və xora xəstəliyində yaranır. Ona həmçinin mədənin yad cisim və törəmələrində, pilorostenoz, QSİƏP mənşəli qastropatiyalarda rast gəlinir. Ağrı sindromunun diaqnostikasında instrumental üsullardan – USM, qastroskopiya, rentgenoqrafiya, mədədaxili pH-metriyadan istifadə olunur. Mədə ağrısı dərman preparatları: antasid, spazmolitik, prokinetik, mədə şirəsi sekresiyasını azaldan vasitələrlə aradan qaldırılır. Kəskin vəziyyətlərdə mədə yuyulur, sorbent, antidot təyin olunur.

Mədə ağrısının səbəbləri

Mədənin funksional pozğunluqları

Cavan və orta yaşlı insanlarda mədə ağrısının ən çox rast gəlinən səbəbidir. Qadınlara nisbətən kişilərdə 2 dəfə çox müşahidə edilir. Onun üçün epiqastral nahiyədə sızıltı xarakterikdir. Sızıltılı ağrı zamanla kəskinləşə bilir. Ağrı sindromu dəyişkən olub, vaxtaşırı meydana çıxır. Kəskin və quru qidalar, fast-fud ağrının formalaşmasına təkan verir.

Bağırsaq infeksiyaları

Qida toksikoinfeksiyaları, stafilokka yoluxma mədənin zədələnməsi ilə müşayiət olunur. Köhnə xörəyi yedikdən bir neçə saat sonra epiqastral nahiyədə şiddətli ağrı, ürəkbulanma və çoxsaylı qusma halları baş verir. Əksərən bu əlamətlərə ishal da qoşulur. Bütün qarın hissəni bürüyən ağrıya salmonelyoz, eşerixioz zamanı təsadüf olunur.

Qastrit

Ağrının xarakteri iltihabın tipindən asılıdır. Hiperasid qastritdə acqarnına intensiv ağrı əmələ gəlir. Ağrı xora xəstəliyinin tutmasını xatırladır. Bu narahatlıq qıcqırma və turş möhtəviyyatlı gəyirmə ilə birgə gedir.

Hipoasid qastrit üçün qida qəbulundan sonra küt ağrı, ürəkbulanma, mədədə ağırlıq hissi, iştahın azalması səciyyəvidir.

Xora xəstəliyi

Mədə xorası epiqastral nahiyədə ağrı ilə özünü büruzə verir. Mədənin antral hissəsi və cismi zədələndikdə ağrı cismin orta xəttindən solda, pilorik şöbənin defektində isə sağda müşahidə olunur. Ağrı çox zaman kürək və onurğa, bəzən isə döş qəfəsinin sol hissəsinə yayılır. Mədənin xora xəstəliyində ağrı yeməkdən 30-60 dəqiqə sonra yaranır. Defekt nə qədər yuxarıda yerləşərsə, ağrı bir o qədər tez hiss olunar.

Patoloji prosesə onikibarmaq bağırsaq qoşulduqda acqarnına və gecə ağrıları üstünlük təşkil edir. Qida qəbulu başa çatdıqda onlar da tədricən azalır. Qusma və mədə nahiyəsinə istiqac qoyulması xəstəyə rahatlıq gətirir.

Xora xəstəliyinin ağırlaşmış gedişində simptomların xarakteri dəyişir. «Xəncər» ağrısı xoranın deşilməsinə işarə edir. Ağrı şoku fonunda bayılma mümkündür. Deşilmə qanaxma ilə müşayiət olunduqda, ağrı zəifləyir. Ümumi simptomatika get-gedə artır: qarın əzələləri gərginləşir, halsızlıq, taxikardiya, avazıma qeydə alınır.

Pilorestenoz

Pilorostenozun kompensasiya mərhələsində qarında küt ağrı olur. Qida qəbulu ağrını gücləndirir. Bir qayda olaraq, qusma vəziyyəti yüngülləşdirir. Prosesin dekompensasiyası epiqastral nahiyədə ağrı və ağırlıq hissi ilə təzahür edir. Hər dəfə yeməkdən sonra qusma baş verir. Qusuntu kütlələrində bir neçə saat qəbul olunan məhsullara rast gəlinir. Xəstələr kəskin arıqlama, daimi halsızlıq və yuxululuqdan şikayət edirlər.

Diafraqma yırtığı

Bu patologiyada ağrı adətən döş sümüyü arxasında, bəzi hallarda isə mədə proyeksiyasında lokalizasiya olunur. Ağrı hissi intensiv olub, kürəyə yayılır. Önə əyilmə, fiziki aktivlik və qida qəbulu ağrıya səbəb olur. Dərindən nəfəs aldıqda, su içdikdə ağrı azalır. Diafraqma yırtığının ikinci spesifik əlaməti disfagiyadır. Ona əksərən duru yeməkdən sonra təsadüf edilir.

Törəmələr

Mədə poliplərinə nadir və yüngül ağrı xasdır. Əksər insanlar ona fikir vermir. Klinik şəkil yeməkdən sonra diskomfort və gəyirmə ilə tamamlanır. Ayaqcıqlı törəmə mədə sfinktoru tərəfindən sıxıldıqda tutmaşəkilli kəskin ağrılar meydana çıxır. Onlar əvvəlcə epiqastal nahiyədə yaranır, sonra isə bütün qarına yayılır.

Mədə xərçəngində ağrı daimi olur. Qida qəbulu başa çatdıqda diskomfort artır. Xəstələrdə həmçinin arıqlama və iştahsızlıq nəzərə çarpır. Ətə qarşı ikrah hissi mədə xərçənginin patoqnomik əlamətidir. Proses proqressivləşdikcə ağrı güclənir, standart analgetiklərə tabe olmur.

Yad cisim

Ağızdan udulan əşyalar (düymə, sümük qırıntıları, diş protezi), eləcə də orqanizmdə formalaşan daşlar (öd daşı və s.) xoşagəlməz hisslər törədir. Yad cisim iriölçülü olduqda mədədə küt ağrı əmələ gəlir. Yedikdən sonra simptomlar güclənir.

Həzm sisteminin digər orqanlarının xəstəlikləri

Mədə ağrısı əksərən qonşu orqanların (qaraciyər, öd kisəsi, mədəaltı vəzi, bağırsaq) xəstəlikləri ilə bağlı olur. Xolesistit zamanı epiqastral nahiyədə və sağ qabırğa altında ağrı, yağlı xörəkdən sonra ürəkbulanma və qusma müşahidə olunur. Pankreatitdə isə qarnın yuxarı hissəsində kəmərləyici ağrı baş verir. Ağrı adətən kürəyə yayılır.

Miokard infarktı

İnfarktın abdominal formasında epiqastral nahiyədə ağrı hiss olunur. Qəfil yaranan güclü ağrı qola və bədənin sol yarısına irradiasiya edir. Tutma xora xəstəliyi və ya pankreatitin kəskinləşməsini xatırladır. Xəstələrdə həmçinin ürəkbulanma və reflektor qusma yaranır. Mədə ağrısı halsızlıq, taxikardiya ilə müşayiət olunur. Dəri soyuq tərlə örtülür.

Farmakoterapiyanın ağırlaşmaları

Əksər hallarda ağrı iltihabəleyhinə preparatların nəzarətsiz qəbulu fonunda formalaşır. Belə vəziyyətlər QSİƏP mənşəli qastropatiya ilə nəticələnir. Onun üçün gecə saatlarında və ya ac vaxtı yaranan mülayim ağrı səciyyəvidir. Bu narahatlığa qarında ağırlıq, ürəkbulanma və meteorizm qoşulur. Patologiyanın təhlükəli sayılması onun 50% insanlarda simptomsuz getməsi və sonradan mədə qanaxmasına səbəb olması ilə izah olunur. QSİƏP-dən savayı qlükokortikoidlər, hipotenziv vasitələr də mədədə diskomfort törədir.

Nadir səbəblər

  • Zəhərlənmə: zəhərli göbələk və bitkilər, ağır metalların duzları
  • Motorikanın pozulması: kardial sfinkterin axalaziyası, kardial çatışmazlıq, pilorospazm
  • Mədə anomaliyaları: Menitrie xəstəliyi, anadangəlmə divertikul, orqanın ikiləşməsi
  • Nevroloji problemlər: nevrasteniya, maskalanmış depressiya.

Mədə ağrısının diaqnostikası

İlkin qəbulda həkim-qastroenteroloq xəstənin şikayətlərini dinləyir, anamnez toplayır. Həzm sisteminin fiziki müayinəsini (qarnın səthi və dərin palpasiyası, peritoneal simptomların yoxlanılması) aparır. Diaqnostika mədə ağrısının səbəbini üzə çıxarmağa yönəldilmişdir. Bunun üçün laborator və instrumental üsullar təyin edilir:

  • Qarın boşluğunun USM. Sonoqrafiya – skrininq müayinə olub, MBT motorikasının pozulmasını, mədə divarının iltihabi dəyişikliklərini üzə çıxarır. Prosedura xüsusi hazırlıq gərək deyil.
  • Qastroskopiya. Qida borusu, mədə və onikibarmaq bağırsağın endoskopik müayinəsi ən informativ üsul sayılır. Həkim onun köməyilə eroziya, xora və mədə sfinktorunun disfunksiya əlamətlərini aşkar edir. Şübhəli hallarda histoloji analiz üçün bioptat götürülür.
  • Rentgenoqrafiya. Bariumla rentgenoloji müayinə MBT-nin bütün şöbələrini vizualizasiya etməyə imkan verir. Dolma defektləri, orqanın sərhədlərinin deformasiyası mədənin zədələnməsinə dəlalət edir. Diaqnozu dəqiqləşdirmək üçün qarın boşluğunun KT tələb olunur.
  • Mədəcikdaxili pH-metriya. Mədə turşuluğunun səviyyəsi 24 saat ərzində öyrənilir. Bu analizin nəticəsinə əsasən orqanın ekzokrin hüceyrələrinin fəaliyyəti, qastritin tipi müəyyən edilir. Patologiya aşkarlandıqda qida borusudaxili pH-metriya, qanda qastrin səviyyəsinin təyini göstərişdir.
  • Laborator üsullar. Mədə ağrısı zamanı koproqrammanın nəticələri adətən informativ olur. Bu üsulla lipidlərin, həzm olunmamış əzələ liflərinin və nişastanın miqdarı qiymətləndirilir. Qan analizi vasitəsilə iltihabi proses üzə çıxarılır. Xroniki qastritdə çox vaxt meqaloblast anemiya aşkarlanır.

Mədə ağrısının müalicəsi

Diaqnoz qoyulana qədər yardım

Mülayim xarakterli mədə ağrısı qeyri-medikamentoz yolla müalicə olunur. Həzm traktının yüklənməsini azaltmaq məqsədilə rasiondan yağlı, qızardılmış, kəskin qidaları çıxarmaq məsləhət görülür. Selikli qişanın qıcıqlanmasının qarşısını almaq üçün tünd qəhvə, ədviyyat və qazlı içkilərdən imtina edilməlidir. Gün ərzində 5 dəfə olmaqla kiçik porsiyalarla qidalanmaq tövsiyə olunur.

Zəhərlənmənin törətdiyi kəskin qastritdə tez bir zamanda mədəni yumaq lazımdır. Tam təmizlənməyən toksinləri xaric etmək üçün aktivləşmiş kömür, silikagel, silisium dioksid əsaslı sorbentlərdən istifadə olunur. Güclü ağrı, qan qarışıqlı qusma və qara nəcislə qarşılaşdıqda dərhal həkimlə əlaqə saxlanılmalıdır.

Konservativ terapiya

Əksər pasiyentlərdə mədə ağrısı üzvi patologiya ilə əlaqəli olur. Bu zaman fərdi seçilmiş etiotrop və patogenetik terapiya aparılır. Mədənin selikli qişasının medikamentoz zədələnmələrində xoşagəlməz simptomlar törədən dərmanın qəbulu dayandırılmalıdır. Əsas xəstəliyin müalicəsi və əlamətlərin aradan qaldırılması üçün aşağıdakı dərmanlar təyin olunur:

  • Antisekretor vasitələr. Proton pompa inhibitorları və H2-histamin reseptorlarının blokatorları yüksək turşuluğun müalicəsində əsas preparatlardan hesab olunur. Bu dərmanlar xlorid turşusunun yaranmasını zəiflədir, onun selikli qişanı zədələməsinə yol vermir.
  • Antasidlər. Mədə şirəsinin turşuluğunu qısa zaman ərzində neytrallaşdırır. Qastit və xora xəstəliyində ağrını yox edir. Sorulmayan antasidlər uzunmüddətli təsirə malik olduğundan onlara üstünlük verilir.
  • Spazmolitiklər. Bu qrupa daxil olan dərmanlar əzələ liflərinin tonusunu normaya saldığından ağrı itir. Digər preparatlarla aradan qalxmayan güclü ağrının simptomatik müalicəsində spazmolitiklər effektivdir.
  • Prokinetiklər. Mədənin əzələ qişasının və onun sfinker aparatıbıb atoniyası və yaxud patoloji spazmını ləğv edir. Onlar MBT boyunca qidanın hərəkətini sürətləndirir, bağırsağın peristaltikasını aktivləşdirirlər.
  • Fermentlər. Həzm sisteminin digər orqanlarının yanaşı gedən xəstəliklərində əvəzedici terapiya məsləhətdir. Mədəaltı vəzinin fermentləri qidanın həzmini tezləşdirir, bağırsaqda qıcqırma və çürümə proseslərinin qarşısını alır.
  • Qastroprotektorlar. Mədənin divarını zədələyici təsirlərdən qoruyur, selikli qişasının regenerasiyasını təmin edir. Bu məqsədlə bürüyücü preparatlar, E qrup prostaqlandinlər təyin olunur. Onlar mədədə müdafiə faktorlarının səviyyəsini artırır.

Mədə ağrısı MBT patologiyaları ilə bağlı olmadıqda pasiyent digər mütəxəssislərin (kardioloq, nevropatoloq, psixiatr) konsultasiyasına yönəldilir. Diaqnozdan asılı olaraq, belə xəstələr antianginal, antiaritmik vasitələr, sedativ preparatlar, antidepressantlar qəbul edir.

Cərrahi müalicə

MBT xəstəliklərinin dekompensasiya olunmuş və ya dərman müalicəsinə rezistent formalarında, bədxassəli törəmələrdə əməliyyat göstərişdir. Cərrahi üsul əsas xəstəliyə nəzərən seçilir. Pasiyentlərdə orqanqoruyucu əməliyyatlar (vaqotomiya, qastrostoma və yaxud qastroanastomozun qoyulması, piloromiotomiya və ya piloroplastika, polipin kəsilməsi), müxtəlif növ rezeksiyalar, qastrektomiya icra olunur.

Baş beyin şişinin ilkin əlamətləri

Hər bir beyin şişi xərçəng deyil! Beyin şişləri xoş xassəli və ya bəd xassəli ola bilər.

Xoş xassəli beyin şişlərində xərçəng hüceyrələri yoxdur.

Beyin şişlərinin müalicəsi (mümkün olduğu hallarda) cərrahiyyədir və xoş xassəli beyin şişləri tam çıxarıldıqdan sonra nadir hallarda təkrarlanır. Çox nadir hallarda xoş xassəli beyin şişləri zamanla bəd xassəli şişlərə çevrilə bilər.

Bəd xassəli beyin şişlərində xərçəng hüceyrələri var.

Malign beyin şişləri (bədxassəli) adətən daha təhlükəli olur və çox vaxt ciddi bir həyati təhlükədir. Bəd xassəli şişlər sürətlə inkişaf edir və ətraflarında sağlam toxumalara yayılırlar.

Əgər bəd xassəli beyin şişləri çıxarıla bilən nahiyyələrdə olursa cərrahiyyə əməliyyatı icra olunur və əməliyyatdan sonra şüa və chemoterapiya aparılır. Bütün bu tədbirlərə baxmayaraq bedxasseli beyin şişləri yenidən inkişaf edirlər.

Bədxassəli beyin şişlərində aparılan beyin əməliyyatlarının məqsədi pasientin keyfiyyətli həyatının uzaldılmasıdır.Bu səbəbdən beyin cərrahiyyəsində bədxassəli beyin şişlərində kobud əlilliyə səbəb olan radikallığa gedilmir.

Beyin şişlərinin əlamətləri:

– Səhər saatlarında baş ağrısı şiddətlənir. Şiddətlənmiş baş ağrısı ürək bulanma və qusma ilə müşayət olunur. Bir neçə saatdan sonra isə baş ağrıların azalması müşahidə olunur. Bu əlamətlər kəllə daxili təzyiqin artması hesabına baş verir və beyin şişlərin ilkin xəbərdaredici əlaməti ola bilir.

– Ayaq üsdə durduqda və ya gəzinti zamanı müvazinətin pozulması. Gəzərkən hər hansi bir tərəfə sağa və ya sola bədənin çəkməsi.

– Görmədə və danışmada pozğunluq şişin beyinin müvafiq nahiyyələrinə təzyiqi nəticəsində yaşanan problemlər.

– Əzələlərdə səyirmə, gərilmə, spazmlar və ya qıcolmalar.

– Qol və ayaqlarda uyuşma və qarışqa gəzmə hissi.

– Beyin şişi böyüdükcə ətrafdakı toxumalara təzyiq edir və huşun dərinləşməsi ola bilir, daimi yuxululuq, halsızlıq müşahidə olunur.

– Əzələlərdə yaşanan titrəmələr adətən qol və ayaqlarda görülür.

Beyin şişlərinin diaqnostik üsulları:

1. Fiziki müayinə

2. Nevroloji Müayinə

3. Kompyuter tomoqrafiya (KT)

Əgər yuxarıda qeyd etdiyimiz şikayətlər sizi narahat edirsə vaxtında həkim müayinəsindən keçməyiniz vacibdir! Hər vaxtında qoyulan diaqnoz həyat qurtarır!

Ən təhlükəli baş ağrısı. Bu əlamətlər sizdə varmı?

Baş ağrısı çəkməyən insanlar varmı? Əgər varsa, onlara nə qədər şanslı olduqlarını xatırladın.

Hazırda çox isnan ağrıkəsicilərdən istifadə edir, xüsusi ilə də baş ağrılarından əziyyət çəkənlər…

Baş ağrısının bir çox növləri var. Bəs, hansı hallarda baş ağrılarına ciddi yanaşmalıyıq?

Ciddi yanaşmamız lazım olan 6 təhlükəli nahiyyə ağrısı:
FOTO 1
FOTO 2
1. Çənə ağrısı – alt və üst çənənin bağlantısındakı problemdən ortaya çıxır, gicgahlarda və qulaqların üstündə ağrıya səbəb olur.
2 Sinusit – yanaq sümüklərində və gözlərin üstündə ağrıya səbəb olur.
1 Çənə Ağrısı
Ağrının əlamətlərinə diqqət edin və özünüzə diaqnoz qoyun. Belə ağrınız varsa bu, alt və üst çənə ilə bağlı problemlərinizin olduğuna işarədir.

2 Təhlükəli!
Baş ağrıları ciddi bir problemin əlaməti ola bilər. Şiş, beyinə qan sızması, menengit və s. özünü baş ağrısıyla biruzə verən və insan həyatı üçün təhlükəli olan xəstəliklərdir. Əgər baş ağrıları bu şəkildə və tez-tez olursa, mütləq həkimə məsləhətləşin.

FOTO 3
3. Kütləşmiş ağrı– bir gözün ətrafındakı ağrıdır.
4. Təzyiq – Başın ətrafında sıxışdırılmış kimi bir çevrə halında ağrı olmasıdır.
3) Müalicə almalısınız!
Küt ağrı – əvvəllər hiss etmədiyiniz bir ağrıdırsa, mütləq həkimə müraciət edin.

4) Əlamətləri izləyin!
Əgər baş ağrısı ilə yanaşı, hərarətinizin yüksəlməsi, ürək bulanma və boyun ağrısı kimi şikayətləriniz varsa, baş ağrınız olduqca təhlükəli ola bilər. Vaxt itirmədən həkimə müraciət etməlisiniz.

FOTO 4
5. Boyun – başın arxasında və üstündə bir ağrı varsa, səbəbi boyun ola bilər.
6. Miqren – gicgahlarda döyünmə, ürək bulanması və görmədə problemlərlə özünü göstərir.
5. Boyun səbəbli ola bilər!
Əlamətlər şəkildəki kimidirsə, bu baş ağrısının səbəbi boyun ola bilər. Boyun qrijası və ya başqa bir rahatsızlığın olmadığından əmin olmaq üçün həkim müayinəsindən keçməyiniz məsləhətdir.

6. Miqren!

Miqren ağrılarının beyinin kimyəvi maddələrindəki dəyişikliklər səbəbindən yarandığı düşünülür. Ən şiddətli baş ağrısıdır. Ağrının şiddəti insanların orqanizmindən asılı olaraq müxtəlif olur. Həyatı əzaba çevirən bu ağrının mütləq ixtisaslı həkim tərəfindən müalicə edilməsi lazımdır. Əksər hallarda dərman müalicələri tətbiq olunur. Miqren ağrısı başın bütün hissəsinə yayıla bilir və gicgahların döyünməsi ilə özünü biruzə verir. Bir çox şeylərə həssaslaşırsınız və bu həssaslıq baş ağrılarınızın daim artmasına səbəb olur. Bu zaman həkim və müalicə vacib şərtlərdəndir.

Sağlamlıq Baxılıb: 91318 Tarix: 30 noyabr 2015
f Paylaş

Digər yazılar

Zeytun yağı haqqında və onun faydası

Müxtəlif xalqlar zeytun yağına ilahi mənşəli ağac yağı kimi yanaşardılar. Qədim yunan rəvayətinə görə müdriklik allahı Afina allahların yarışında ən əhəmiyyətli neməti udaraq insanlara hədiyyə kimi bağışlamışdır. Yunanla

Ağrınız varsa nanə qəbul edin

Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin. Faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqları

Dəfnə yarpağının insana faydası

Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir. Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidə

Yemişin faydası

Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır. Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər. Daha sonra yemiş Asiyaya “gəlib” və yalnız ort

Nar haqqında

Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasınd

Kakaonun insana faydası

Kakao əsəb və xərçəng riskini azaldan önəmli vasitə hesab edilir.Kalsiumla zəngin olan kakao sümüklərin bərkiməsi, ürəyin qüvvətlənməsi, həzmin asanlaşması üçün də çox faydalıdı. Bu bitki böyrəklərdə su və duzun həl l olunara

Limonun çox faydalı 5 cəhəti

Limon xərçəngə qarşı istifadə edilən vasitədir. Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var. Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhət

Spermanın keyfiyyətini və sürətini artırmağın yolu – Bunları edin

Sperma keyfiyyətini və sürətini artırmaq üçün bunları yeyin. Mütəxəssislər sperma keyfiyyəti və sayı ilə köklük arasında tərs mütənasiblik olduğunu bildirirlər. Belə ki, kök kişilərin sperma sayı daha az olur. Ona görə d

Düyü həlimi ilə arıqlayın

Düyü həliminin faydalı xüsusiyyətləri . Düyü həlimi çox aşağı yağlılığa malikdir. Bir stəkan içkidə 1,5 qr doymamış yağlar var (doymuş yağlar – 0 qr). Belə aşağı göstəricilər orqanizmimizə vitaminləri yaxşı mənimsəməyə imka

Comments are closed, but trackbacks and pingbacks are open.