Cinsi əlaqəyə dair bütün məlumatlar
Uşaqlarda (həmçinin böyüklərdə) bədxassəli şişlərin əmələgəlmə səbəbləri tibb elminə indiyə qədər hələ də məlum deyildir.
Əzələdaxili iynəni necə vurmaq lazımdır?
Bəzən elə hallar olur ki, vaxtında edilən dərman inyeksiyası insanın həyatını xilas edir (şok, uşaqda yüksək hərarət və s.). Ona görə də yaxşı olar ki, hər bir kəs iynə vurmağı bacarsın.
Əlbətdə ki, biz yalnız əzələdaxili inyeksiyanı nəzərdə tuturuq.
Aşağıda biz, əzələdaxili inyeksiyanın vurulması qaydasını müfəssəl şəkildə təsvir etmişik. Onları diqqətlə oxumağınız, əlbətdə ki, kifayət etməz. Bunu praktik şəkildə mənimsəmək üçün xüsusi tibb məşğələlərinə getmək və ya tibb bacısından və ya həkimdən bir neçə “dərs” almaq lazımdır.
1. Əllərinizi mütləq sabunla yuyun.
2. Dərmanın ampula üzərində yazılmış adını diqqətlə oxuyun və yararlıq müddətini yoxlayın.
3. Ampulanı götürüb onu əlinizdə silkələyin, sonra onu başı yuxarı olmaqla tutub dırnaqla onun uc hissəsinə yüngülcə döyəcləyin ki, içərisində maye qalmasın. Daha sonra ampulanın uc hissəsini spirtə batırılmış pambıq ilə silin.
4. Daha sonra ampulanı açmaq lazımdır. Bunun üçün dərman qutusunun içərisində olan kəsici alət götürüb ampulanı ücunun əsası boyunca bir neçə dəfə “kəsin”, sonra isə ucu səliqə ilə qoparın.
5. Şprisi çıxarın. İynənin qapağını açmadan onu şprisə keçirin.
6. İynəyə əliniz dəymədən, səliqə ilə onun üstündəki plastik qapağı çıxarın, şprisə taxılmış iynəni ampulanın içərisinə salın, porşeni özünüzə tərəf çəkərək ampulanın içərisindən sizə lazım olan miqdarda dərmanı şprisə çəkin.
7. Şprisi, iynə taxılan tərəfi yuxarı olmaqla, vertikal şəkildə əlinizdə tutaraq dırnaqla onu yüngülcə döyəcləyin ki, içərisində olan hava qabarcıqları yuxarı qalxsın.
8. Şprisin porşenini yüngülcə sıxın ki, onun içərisində olan hava qabarcıqları xaric olsun. İynənin ucunda dərman damcısı görünən kimi, porşenin sıxılmasını dayandırın.
9. İynənin qapağını taxın.
10. Əzələdaxili inyeksiyalar adətən sarğı əzləsinə vurulur. Bu mümkün olmadığı halda (dərinin zədələnməsi, irinlənmə və s.) iynəni bud əzələsinə də vurmaq olar. İynəni sarğı əzələsinə vurduqda xəstəni üzü aşağı olmaqla uzadın ki, sagrı əzələləri zəifləsin (“boşalsın”). Əgər siz kiçik uşağa köməksiz olaraq — təkbaşına iynə vurmalı olsanız, uşağı üzü aşağı dizlərinizin üzərinə qoyun. Uşağın ayaqlarını öz ayaqlarınızın arasında sıxın, sol əlinizlə isə onun belini fiksə edin. Bütün bunları həm tez həm də dəqiqliklə yerinə yetirin! Heç bir halda əzələdaxili iynəni xəstə ayaq üstə olmaqla vurmayın, bu zaman iynə qırıla bilər!
11. Xəyalən, sağrının iynə vurduğunuz hissəsini 4 kvadrata bölün. Əgər iynəni müstəqil şəkildə 1-ci dəfə vurursunuzsa, sağrını qələm ilə çəkməklə 4 kvadrata bölün. Yadda saxlayın ki, əzələdaxili inyeksiya sağrının yalnız xarici yuxarı kvadratına vurulur! Diqqətli olun! Əgər siz iynəni başqa yerə vursanız, sümüyə, qan damarına və ya sinirə dəyə bilərsiniz. Bu isə çox təhlükəlidir! İynə vurmamışdan qabaq, bərkimiş və ya düyünlü sahəyə düşməmək üçün, mütləq həmin sahəni barmaqlarınızla əlləyin.
12. İynə vurmaq istədiyiniz yeri spirt məhlulunda isladılmış pampıq ilə silin.
13. Yenidoğulmuşlara və kiçik yaşda olan uşaqlara əzələdaxili inyeksiyanın vurulmasının müəyyən özəllikləri vardır: uşağın iynə vurulan hissəsinin dərisini əzələ qatı ilə birlikdə sol əlin barmaqları ilə büküşə alırlar, iynəni dərinin lap yaxınlığına gətirərək, düz bucaq altında olmaqla, cəld hərəkətlə büküşə yığılmış dəriyə vururlar. Yenidoğulmuşlara və ilkin yaşda olan uşaqlara əzələdaxili inyeksiya zamanı iynənin ümumu uzunluğunun yalnız 2/3 hissəsini yeritmək olar. Nisbətən iri yaşlı uşaqlarda əzələdaxili inyeksiyanın vurulması texnikası böyüklərdə olduğu kimidir – bir qədər təzyiq etməklə dəri iki barmaq ilə kənara dartılır və iynə demək olar ki, sonuna qədər həmin nahiyyəyə daxil edilir.
14. Tədricən, tələsmədən dərmanı bədənə yeridin.
15. Cəld hərəkətlə iynəni bədəndən xaric edib, iynə vurduğunuz yeri spirtdə isladılmış pambıqla sıxın.
16. İynə vurulan yeri bir qədər masaj etmək lazımdır. Bir sıra antibiotiklər əzələdaxili inyeksiya zamanı pis sorulurlar ki, bu da iynə vurulan yerdə infiltratın (iltihablaşmış sahə) yaranmasına səbəb ola bilər. Bu halda inyeksiya yerinə içərisinə isti su doldurulmuş rezin qovuq (“qrelka”) qoymaq lazımdır.
17. İstifadə olunmuş iynəyə tullamamışdan qabaq mütləq qapağını taxın!
Əgər xəstəyə 1 kurs müalicə yazılmış olarsa, bu halda iynəni bir gün sağa, sonrakı gün isə sola vurulmaqla növbələşdirin.
Əgər dərman preparatı flakonda toz şəklində olarsa, bu halda onu ampulada olan, inyeksiya üçün xüsusi su, novokain və ya digər həlledici ilə (işlədilən dərmanın hansı mayeşəkilli həlledici ilə qarışdırılmalı olduğunu onun qutusundakı işlədilmə qaydalarında oxuya bilərsiniz) qarışdırmaq lazımdır. Flakondakı dərmanı həll etmək üçün bu zaman sizə 2 şpris lazım olacaq:
1. İçərisində maye olan ampulanı (bu inyeksiya üçün su, novokain və ya digər məhlul ola bilər) götürüb, iyənin köməkliyi ilə onu şprisə yığın;
2. İçərisində toz olan dərman şüşəsi flakonunun qapağını spirtə batırılmış pambıq ilə silib, şprisin iynəsi ilə həmin qapağı deşdikdən sonra şprisdəki mayeni onun içərisinə boşaltmaq lazımdır.
3. Şprisin iynəsini çıxarmadan, içərisindəki toz şəklində olan dərman tam şəkildə həll olana qədər flakonu yaxşı-yaxşı silkələmək, sonra isə onun içərisindəki dərmanı şprisə çəkmək lazımdır.
4. Şprisi iynəsi ilə birlikdə flakondan çıxarıb, onun üstündəki iynəni də çıxararaq, şprisə, digər şprisin qapağı üstündə olan yeni iynəsini taxın. Dərman bədənə yeridilmək üçün hazırdır.
Diqqət! İynəni ev şəraitində istisna hallarda vurmaq olar. Bunun səbəbi ondan ibarətdir ki, iynə vurulan zaman anafilaktik şok baş verə bilər.
Anafilaktik şok – orqanizmin ağır allergik reaksiyadır. Onun əsas səbəbi orqanizmə inyeksiya (iynə) ilə dərman preparatının yeridilməsidir. Anafilaktik şok çox qısa bir müddət ərzində inkişaf edir və xəstəyə ehtiyac olan tibbi yardım edilmədiyi halda onun ölümü ilə nəticələnə bilər!
Beləliklə, əgər Sizə və ya Sizin uşağınıza dərman inyeksiyaları təyin edilmişsə, onun icrası üçün tibbi mərkəzinə, poliklinika və ya xəstəxanaya müraciət etmək daha yaxşı olar.
- Teqlər:
- əzələdaxili iynələrin vurulması
- , əzələdaxili inyeksiya
- , iynə vurmaq
Cinsi əlaqəyə dair bütün məlumatlar
Qızlar bu sualı verməyə utanır, amma cavabını öyrənmək istəyir.
Türkiyənin məşhur seksapatoloqu Dolunay Kadıoğlu lazımlı sualları cavablandırıb.
1. Sürtünmə yolu ilə hamilə qalmaq mümkündürmü?
Üzərinizdə alt paltarlarınız varsa hamilə qalmaq olmaz, lakin çılpaq şəkildə vagina üzərinə edilən sürtünmə və boşalma hamiləliyə səbəb ola bilər.
2. Bakirə ikən hamilə qalmaq olarmı?
Olar. Qızlıq pərdəsi vagina girişinin 2-3 sm içindədir və ortası boş bir quruluşdur. Vaginanın girişinə boşalma olduğunda hamilə qalma riski vardır. Bakirə olmaq hamiləliyə mane deyil.
3. İlk cinsi çox qan gəlirmi? Birdən qanama dayanmazsa?
İlk cinsi birləşmədə, iki tərəf də rahatdırsa, yaxşı bir ön sevişmə edilirsə, islanma varsa, sakitcə daxil reallaşdırılırsa ağrıya və qanamağa çox rast gəlinməz, bəzən birazca qəhvəyi ya da çəhrayı ləkələnilmə görülə bilər. Qanamanın ya da ağrının olması demək, sistemə uyğun olmayan bir şeylər olduğunu göstərir (zorlama, yüngül cırılmalar kimi . ) Qanaxma dayanmırsa, mütləq bir mütəxəssisə müayinə olmaq lazımdır.
4. Orqazm olmaq necə bir şeydir?
Orqazm, həzz, cinsi doyumdur. Orqazm olduqdan sonra adam rahatlama hissi yaşayır. Qadınlar orqazm olub- olmadığını asanca anlaya bilərlər. Vagina dolğunlaşır, yüngül sancılar olur, ürək atışı sürətlənir və keyf hissi çoxalır.
5. Qızlıq pərdəsi neçə sm içəridədir? Tampon istifadəsi pərdəni pozarmı?
Qızlıq zəri vaginanın 2-3 sm içindədir. Tampon, barmaq, penis ucu ya da başqa bir cisimi vaginanın çox az qisminə yerləşdirmək belə zəra zərər verə bilər.
6. Qızlıq pərdəsi tikilirmi?
7. Mastrbasiya nədir?
Fərdin qarşı cinsiyyətdən ya da öz cinsiyyətini biriylə deyil müxtəlif vizual (video, qəzet, jurnal), fikri (xəyalən) və fiziki (öz-özünə toxunma . ) üsullar istifadə edərək öz-özünü təmin edərək cinsi doyum təmin etməsidir.
8. Mastrubasiya etsəm qızlıq pərdəsi cırılarmı?
Mastrbasiya vaxtı vaginaya hər hansı bir cisim (barmaq) soxulmursa, qızlıq pərdəsi pozulmaz.
9. Sevgilim cinsi əlaqəyə girmək istəyir, amma mən istəmirəm, onu itirməkdən qorxuram. Nə etməliyəm?
Seni sevirsə sənə hörmət edəcək və etirazını qəbul edəcək. İstəmədiyiniz və hazır olmadığınız heç bir şeyi etməyin. Bədəninizə əvvəl siz sahib çıxacaqsınız, sevəcək və qoruyacaqsınız. Bundan başqa HIV / AIDS xəstəliklər yetkinlik yaşların qənimidir. Hər “xeyr”də bir xeyir var.
10. Seks üçün ən ideal yaş nədir?
Əvvəla yaşın fərqi yoxdur. Bunu qeyd edim ki, yeniyetməlik dövründə, bədəni haqqında tam olaraq məlumat sahibi olmadan yaşanan cinsilik, erkən hamiləliyə, aborta və HIV / AIDS kimi digər xəstəliklərə zəmin yarada bilər. .
11. Yaxşı və sağlam bir cinsi əlaqə necə olmalıdır?
Yaxşı və sağlam bir cinsi əlaqə, partnyorlar arasında uyğunlaşma və doyumun yaşandığı ruhi və fiziki sağlamlığın önəm verildiyi bir prossesdir.
12. Seks etdiyimi anam atam anlarmı?
Xeyr, seks xarici görünüşdən məlum olan bir vəziyyət deyil.
13. Ailəmlə ginekoloğa getmək məcburiyyətində qalsam bakirə olmadığım məlum ola bilərmi?
Həkimə sizi vaginal müayinə etsə, aydın olar. Digər mövzularda vaginal müayinə olmadığınız müddətcə aydın olmaz.
14. İlk cinsi təcrübəmi kasılıp qalsam və kilidlənmə hadisəsini yaşasam?
İlk cinsi əlaqədə kasılırsanız penisi içəri ala bilməzsiniz, kilidlənmə hadisəni deyə bir hadisə elmi olaraq ola biləcək bir vəziyyət deyil, tamamilə şəhər əfsanəsinin.
16. Oral seks etsəm və udsam hamilə qala bilərəmmi?
Xeyr, oral sekslə hamilə qalmaq olmaz.
17. Anal seks (tərs əlaqə, arxadan əlaqə) etmək normal ola bilərmi? Zərərləri vardırmı?
Anal, oral seks kimi vaginal seks xaricindəki cinsi əlaqə üsulları istəklə bağlıdır. Anal seks qadının fiziki sağlamlığına zərər verə bilər.
Ailə və Uşaq Baxılıb: 34461 Tarix: 06 iyul 2014
f Paylaş
Digər yazılar
Evlilik “qorxu”su, yaxud 30 yaş sindromu
Maddi yetərsizlik qorxusu. Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, ö
Nişan üzüyünün tarixi
Nişan üzükləri haqqında. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur.Sual ola bilər ki, niye boyunbağı , ya sırqa yox, məhz üzük.Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir
Gəlinlik niyə ağ rəngdədir?
Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyəti və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, reng d
Hamilə qalmağa kömək edən bitkilər
Uşaq istəyən xanımlar üçün soğanın faydası. Bir dənə orta böyüklökdə soğanı qabığını soyub dörd yerə bölürük.Əvvəlcədən qaynadılmış 2stəkan suyun içində 5dəqiqə qaynadırıq.İçinə başqa heç bir şey əlavə etmək olmaz.Hər günort
Ailədə mehriban olmaq üçün tövsiyələr
Həyat yoldaşınıza hörmət edin. Həyat yoşdaşlarınızı əziz tutun. Xanımların əziz olmağa həmişə ehtiyacları vardır. Bu, həyat yoldaşları üçün birinci vəzifə olmalıdır. Yəni, elə iş görməlidir ki, xanımı onu sevdiyini bilsin
Həyat yoldaşımsan, yoxsa məşuqum? (Test)
Əksər kişilər həyatındakı qadının həm həyat yoldaşı, həm də məşuqəsi olmağını istəyir. Bəs hər qadın bunu bacarırmı? Sevdiyiniz kişinin həyat yoldaşısınız, yoxsa məşuqəsi? Bunu bilmək istəyirsinizsə bu test əsl sizlikdir
Ana südünü artırmaq üçün 6 məsləhət
1.Dieta etməyin. Sürətli kilo verməyi vəd edən pəhriz və dərmanları qəbul etməyin. 2.Su için. Südünüzü artıran ən əhəmiyyətli qida, sudur. Gündə ən az 2,5 – 3 litr su içməlisiniz, çünki südün əhəmiyyətli bir qisimi suda
Müxtəlif ölkələrdə toy günü bəy və gəlinin başına belə oyun açırlar
Müxtəlif mədəniyyətlərin müxtəlif toy adətləri. Bir mədəniyyətdən başqa birinə doğru dəyişən adət-ənənələrin toy mərasimlərinə necə təsir göstərdiyi yəqin ki,hamıya maraqlıdır.Bizdə gəlinlə bəyin üstünə düyü səpirlər ki,ruzi-bərəkə
Seks haqda bilmədiklərimiz
Cinsi əlaqə yalnız nəsil davamının aktı deyil, buna saysız-hesabsız kitablar, şəkillər, bədii filmlər və başqa incəsənət əsərləri həsr edilsə də əsl sirr olaraq qalır. Sizə müxtəlif xalqların seks haqqında on maraqlı faktın
Uşaqda xərçəng xəstəliyindən necə şübhələnmək olar? Simptomlar
Xoşbəxtlikdən uşaqlarda bədxassəli şişlər həddən artıq az hallarda təsadüf edilir. Buna baxmayaraq valideynlərin, hər ehtimala qarşı, bu xəstəliklərin əsas əlamətlərini bilmələri vacib hesab edilir.
Məlumdur ki, xərçəng xəstəliyıni onun ilkin mərhələlərində müalicə etmək asan olur.
Uşaq orqanizminin özünü bərpa etmək xüsusiyyəti böyüklərə nisbətən daha yüksək olur. Buna görə də bütün dünya həkimləri belə bir yekdil fikir irəli sürürlər ki, uşaqlarda xərçəng xəstəliyi ilkin mərhələlərdə aşkar edilərsə, müasir tibbin imkanlarından istifadə etməklə onu tam şəkildə sağaltmaq olar.
Saglamolun.az bildirir ki, uşaq onkoloqlarının fikrinə görə valideynləri onkoloji xəstəliklər barəsində məlumatlı və öz uşaqlarının sağlamlığına qarşı diqqətli olmaları, uşaqlarda bədxassəli şişlərin ilkin diaqnostikası üçün böyük rol oynayır.
Bütün bədxassəli şişlər üçün aşağıdakı əlamətlər xarakterik hesab edilir:
– iştahanın pisləşməsi və arıqlama,
– səbəbsiz olaraq hərarətin yüksəlməsi,
– uşağın adi davranışındakı dəyişikliklər (adi halda olduğundan daha tez yorulması, hətta öz sevimli oyunlarını belə yaddan çıxarmaları, daha şıltaq olmaları və s.).
Əlbəttə ki, bütün bu əlamətlər digər xəstəliklər üçün də xarakterik hesab edilir. Təəssüflər olsun ki, məhz buna görə onkoloji xəstəliklərin ola bilməsi barədə şübhə həkim-pediatrlar tərəfindən çox gec dəyərləndirilir. Buna qədər isə artıq uzunmüddətli effektsiz müalicələr aparılmış, xeyli qiymətli vaxt itirilmiş olur.
Uşaqlarda (həmçinin böyüklərdə) bədxassəli şişlərin əmələgəlmə səbəbləri tibb elminə indiyə qədər hələ də məlum deyildir.
Uşaqlarda təsadüf edilən bədxassəli şişlər arasında birinci yeri leykoz (qan xərçəngi), ikinci yeri isə beyin şişləri tutur.
Baş beyinin şişləri
Əgər şiş baş beyinin vacib hesab edilən hissələrindən uzaqda yerləşmiş olarsa, bu, uzun müddət özünü heç bir əlamətlə büruzə verməyə bilər. Əksinə, şiş beyinin vacib hesab edilən hissələrinin yaxınlığında yerləşmiş olarsa, xəstəliyin əlamətləri xeyli tez nəzərə çarpır. Əvvəlcə bu, bütün şiş xəstəlikləri üçün xarakterik olan ümumi əlamətlərdən ibarət olur. Daha sonra əsasən səhərlər baş verən baş ağrıları başlayır. Ağrılar öskürərkən və başı aşağı əyərkən artmış olur. Baş ağrılarının olmasını əsasən daha böyük yaşlı uşaqlar qeyd edirlər. Lap azyaşlı uşaqlar isə bunu edə bilmədikləri üçün narahatlıq keçirir, tez-tez əlləri ilə başlarını tutur, üzlərini sürtürlər.
Baş beyinin şişlərinin digər xarakterik əlaməti, yenə də əsasən səhərlər baş verən səbəbsiz qusmadır. Görmənin pisləşməsi, normal addımlamağın pozulması, böyük yaşlı uşaqlarda yazı yazarkən xəttin dəyişilməsi kimi əlamətlər də baş beyin şişləri zamanı təsadüf edilən əlamətlər hesab edilir. Bəzi uşaqlarda qıcolmalar da baş verə bilər. Baş beyinin şişləri zamanı bəzi hallarda uşaqda boy artımı və cinsi inkişaf ləngiyə bildiyi kimi, arta da bilər.
Əlbəttə ki, yuxarıda sadalanan bütün əlamətlər digər xəstəliklərin olmasından da xəbər verə bilər. Ancaq hər bir belə halda neyrocərrahın məsləhətindən keçmək vacib hesab edilir.
Limfatik düyünlərin bədxassəli xəstəlikləri
Uşaqlarda təsadüf edilən onkoloji xəstəliklərin tezliyinə görə üçüncü yeri limfatik düyünlərin bədxassəli xəstəlikləri olan limfaqranulematoz və limfasarkoma təşkil edir.
Limfaqranulematoz zamanı əksər hallarda ilk öncə boyun limfa düyünləri zədələnir. Boyun limfa düyünləri bir çox uşaq xəstəlikləri zamanı da böyüdüyü üçün, bu bir çox hallarda nə həkimlərin, nə də valideynlərin həyəcanlanmasına səbəb olmur. Təbii olaraq bu zaman qızdırıcı prosedurlar və antibiotiklər təyin edilir. Bəzi hallarda təyin olunan bu müalicədən sonra limfa düyünləri müəyyən müddət ərzində kiçilmiş olur ki, bu da xəstəliyin diaqnostikasını çətinləşdirir. Bir müddət keçdikdən sonra limfa düyünləri yenidən böyüməyə başlayır, bir-biri ilə birləşir, uşaqda hərarətin səbəbsiz olaraq yüksəlmələri, xeyli tərləmə (xüsusən axşamlar) baş verir və uşaq arıqlamağa başlayır. Limfa düyünlərinin iltihab xəstəliklərindən fərqli olaraq, limfaqranulematoz zamanı böyümüş düyünlər onlara toxunan zaman tam ağrısız olur, həmçinin düyün olan nahiyənin dərisində yerli hərarətin artması müşahidə edilmir.
Limfa düyününün (və ya düyünlərin) böyüməsi, bu böyüməni əsaslandıra biləcək hər hansı bir xəstəlik (angina, kariyes, frunkullar və s.) üzündən baş verməzsə və bu hal 1 aydan çox müddət ərzində qalarsa, uşağı mütləq həkim-onkoloqa (şiş xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) göstərmək lazımdır. Həkimin təyinatı üzrə böyümüş limfa düyünündən, ambulator şəraitində olmaqla, inyeksiya üçün olan adi iynə ilə punksiya edilir ki, bu da toxumada xərçəng hüceyrələrin olub-olmamasını təyin edir.
Limfasarkoma limfatik toxumalarda baş verir. Limfatik toxumalarda insan orqanizminin hər yerində mövcud olduğu üçün, limfasarkoma da istənilən orqan və toxumada inkişaf edə bilər. Limfasarkoma limfaqranulematoza görə daha sürətli gedişi ilə fərqlənir. Onu da qeyd etmək vacibdir ki, istənilən qızdırıcı proseduralar (xüsusi ilə fizioterapiya) limfasarkomanın gedişatına çox mənfi təsir edir. Onların təsiri nəticəsində şiş daha sürətlə böyüməyə başlayır. Bununla əlaqədar olaraq, diaqnoz tam dəqiqləşdirilmədiyi bütün hallarda, həkimlər böyümüş limfa düyünlərinin istənilən müalicəsinin aparılmasına icazə vermirlər.
Böyrək şişləri
Böyrək şişləri uşaqlarda, adətən, anadangəlmə olur. Təəssüf ki, onlara vaxtında diaqnoz qoyması bir çox hallarda ləngimiş olur. Bu zaman şişlər artıq böyük ölçülərə çataraq qarının böyüməsi, qarında şişin əllənməsi ilə asanlıqla müəyyən edilə bilir. Hətta bir çox valideynlər buna fikir verməyərək, bunu raxit, qara ciyər və ya dalağın böyüməsi kimi yozurlar. Buna görə də hər dəfə uşagı çimizdirərkən, ya geyindirərkən onun bədəninə diqqət yetirmək, qarnında hər hansı bir şişkinlik, bərkimə, qarnının böyüməsi və s. dəyişikliklər aşkar etdikdə tez bir zamanda həkimə müraciət etmək lazımdır.
Sonda, həmçinin onu da qeyd emək istərdik ki, istənilən yaş dövründə, istənilən orqanda bədxassəli şişin əmələ gəlməsi mümkündür. Xoşbəxtlikdən bu çox nadir hallarda baş verir. Valideynlərin bədxassəli şişlərin heç olmasa ümumi əlamətlərini bilmələri, onların vaxtında həkimə müraciət etməsinə və bununla da əksər hallarda uşaqlarının həyatını xilas etməsinə səbəb ola bilər.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.