Press "Enter" to skip to content

Buninin Həyatından Beş Maraqlı Fakt

Bunların hamısı gözəlliyin dəyərini azaldır. Əgər gözəllik naminə kimlərəsə əzab-əziyyət veriləcəksə, onda o gözəllik gözəl görünmür. Belə olanda gözəl də, gözəllik də kiçik maraqların, ötəri və keçici zövqlərin təsiri altında olur. Belə gözəl və gözəllik hamı tərəfindən qəbul olunmur. Necə ki “Gözəl” hekayəsində gözəl və gənc qız zahiri gözəllikdən o yana gedə bilmir. Daxili aləmi, mənəvi dünyası baxımından kasıb, lakin zahirən gözəl olan qız çox aldadıcı görünüşü ilə insan həyatına bədbəxtlik gətirir.

İvan Bunin

İvan Bunin 1870-ci ildə Voronejdə, zadəgan nəslində anadan olubdur. Onun mənsub olduğu nəslin Rusiyanın ictimai və mədəni həyatında rolu böyük olmuşdur. Bu nəsildən dövlət xadimləri, hərbçilər, şairlər, yazıçılar çıxmışdır. Məsələn, onlardan biri Vasili Jukovski olmuşdur. Vasili Jukovski İvan Buninin ulu babasının qeyri-qanuni oğlu olmuşdur.

Belə ki, İvan Buninin ulu babasının əsir türk qızı Səlimə ilə olan münasibətindən Vasili Jukovski anadan olmuşdur. Vasili Jukovski XIX əsr rus ədəbiyyatının inkişafında xidmətləri olan yaradıcı insanlara mənəvi cəhətdən qayğı, diqqət göstərmiş, onlara mənəvi dayaq olmuşdur. Məsələn, Puşkin, Lermontov, Nekrasov və digərləri bu mənəvi dayağı görənlər içərisində olmuşdur.

İvan Alekseyeviç Buninin həyatının üç ili anadan olduğu Voronejdə keçmişdir. Sonra onun atası Orlov quberniyasının Yelits əyalətinə gəlmişdir. Və burada Butırkı xutorunda yaşamışdır. İvan Buninin uşaqlıq illəri burada keçmişdir.

İvan Alekseyeviç Buninin ilk müəllimi Nikolay Romaşkov olmuşdur. Nikolay Romaşkov Buninin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Nikolay Romaşkov Moskvada Lazarev adına Şərq Dilləri İnstitutunu bitirmişdir. Çoxlu dil bilirdi və geniş dünyagörüşə malik idi. O, Bunində Şərq aləminə marağı yaratmışdı. Eyni zamanda onda poeziyaya, rəssamlığa məhəbbətini artırmışdır. Təsadüfi deyil ki, Buninin şeirlərində Türkiyə, Suriya, Misir, Səudiyyə Ərəbistanı, Hindistan xatırlanır, bu ərazilərlə bağlı mənzərələr canlandırılır. Buna Bunin ona görə nail ola bilir ki, o, gənc yaşlarından bütün Şərq ölkələrinə səyahət etmişdi. Onda Şərq ölkələrinə olan bu marağı məhz müəllimi Nikolay Romaşkov yaratmışdı. Bunin öz şeirlərində Şərqdə gözləri ilə gördüyü canlı mənzərələri əks etdirməklə yanaşı, həm də Şərqin dini dəyərlərinə də üstünlük verirdi. Məsələn, “Quran”a, Məhəmməd Peyğəmbərə, islamın yaşıl bayrağına və s. Əlbəttə irəlidə onun şeir yaradıcılığından bəhs edərkən bu məsələlərə bir daha qayıdacağıq.

İvan Buninin atası övladına və onun tərbiyəsinə biganəlik göstərmişdir. Bunun səbəbi isə onun atasının içkiyə və qumara aludə olması ilə bağlı olmuşdur. Belə olduğundan Buninin tərbiyəsində, formalaşmasında anasının rolunu xüsusilə qeyd etmək lazım gəlir. Onun anası Lyudmila Çubarova övladının tərbiyəsində, zövqünün formalaşmasında, nəcib keyfiyyətlərin yaranmasında xeyli rol oynamışdır. Buninin böyük qardaşı universitet bitirmişdi və o da kiçik qardaşının yazıçı kimi formalaşmasında mühüm rola malik olmuşdur. Kiçik qardaşına həyat, ədəbiyyat barədə müstəqil fikir söyləməkdə müstəqilliyi öyrətmişdir.

Bunin təbəiətə, kənd həyatına çox bağlı olmuşdur. O, gimnaziyada cəmi dörd il təhsil aldıqdan sonra buradan çıxmışdır. Onun gimnaziyadan çıxmasının səbəbi məlum olmamışdır. Ancaq gimnaziyadan çıxdıqdan sonra təbiətə, kənd həyatına bağlılığı daha da artmışdır. Bunin qırmızıların Rusiyada törətdikləri bolşevik çevrilişindən sonra öz vətənindən didərgin düşür və ömrünün qalan hissəsini Parisdə yaşayır.

Bunin proletar inqilabını qəbul etməmişdir. Onun proletarlardan xoşu gəlməmişdir. Hətta proletarlara nifrəti də olmuşdur. Bolşeviklər hakimiyyətə gəldikdən sonra Bunin Rusiyanı tərk etmək niyyətində olur. 1920-ci ilin fevral ayında mühacirət edir və ömrünün sonuna qədər Sovet Rusiyasına düşmən münasibətdə qalır. Bunin 1953-cü il noyabr ayının 8-də Parisdə dünyasını dəyişir və orada da torpağa tapşırılır.

Bunin mühacirət həyatı yaşasa da, rus dilini, rus torpağını, rus düşüncə tərzini dərin məhəbbətlə sevibdir. Bunu onun yaradıcılığı da təsdiq edir. O, yaradıcılığında rus düşüncə tərzi ilə rus kəndini, onun həyatını güclü şəkildə təsvir edibdir. İvan Alekseyeviç Bunin 1933-cü ildə Nobel mükafatı alıb. O, Nobel mükafatı alanda yaradıcılığının ən qaynar dövrü idi. İvan Bunin Nobel mükafatı alan ilk rus yazıçısıdır. O, yazıçı, şair, tərcüməçi kimi populyar olmuşdur.

Buninin şeir yaradıcılığı onun yaradıcılığının orijinallığını təsdiq edir. O, ilk şeirini 1887-ci ildə (aprel ayında) Peterburqda çap olunan “Rodina” jurnalında nəşr etdirmişdir. XIX əsrin 90-cı illərindən başlayaraq onun şeir yaradıcılığı daha da genişlənməyə başlayır. Yazdığı şeirləri 1900-cü ildə kitab şəklində çap etdirir. Yeri gəlmişkən qeyd edək ki, onun A.M.Qorki ilə dostluq münasibəti olmuşdur. A.M.Qorki onun şeirlərini yüksək qiymətləndirirdi. 1901-ci ildə Buninin şeirləri barədə yazıçı Valeri Bryusova məktub da yazmışdı. Həmin məktubda yazırdı: “Böyük məmnuniyyətlə sənə məlum edirəm ki, Buninin gözəl şeirlərindən ibarət kitabı almışam. Onu bu günlərin birinci şairi hesab edirəm”.

İvan Buninin şeir yaradıcılığında diqqəti cəlb edən məqamlardan biri “Quran”a olan rəğbətdir. “Quran”dakı “Biz sizə kövsər verdik”, “Ölümündən qorxub, vətənini atanları unutma”, “O, yol göstərən işarələr qoyur”, “Əlif, Lam, Mim”, “Bu gecə mələklər göydən enir”, “Biz mələklərə: “Adəmə səcdə edin!” – dedik. Oddan yaranmış İblisdən başqa hamı səcdə edir”, “O yatmır, mürgüləmir” və s. kəlmələr İvan Buninin şeirlərinin qaynaq yeri, mənbəyidir. İvan Bunin “Quran”dakı “Biz sizə kövsər verdik” kəlməsinə istinad edərək “Kövsər” adlı şeirində yazır:

Duman arxasında çayların çayı,
Çağlayır Kövsərin lacivərd suyu.
Bütün yer üzünü xoşbəxt edəcək-
İnan – ibadət et, döz ömrün boyu.

“Quran”dakı “Ölümündən qorxub, vətənini atanları unutma” kəlməsinə istinad edərək “Xəyanətə görə” şeirini yazır:

Allah qırdı Vətənə xəyanət edənləri,
Kəllə sümükləriylə səpildi çöl, biyaban.
Peyğəmbərsə dirildib: Haqdan həyat dilədi,
Yer torpaq təhqirini bağışlamır heç zaman.

İvan Bunin “Quran”dakı “O, yol göstərən işarələr qoyur” cümləsindən faydalanaraq “Yol göstərən işarələr” şeirini, “Bu gecə mələklər göydən enir” cümləsindən faydalanaraq “Qədr gecəsi” şeirini, “O yatmır, mürgüləmir” cümləsindən faydalanaraq “Təmcid” şeirini yazır. “Quran”dakı “Biz mələklərə: “Adəmə səcdə edin!” – dedik. Oddan yaranmış İblisdən başqa hamı səcdə edir” cümləsindən qaynaqlanaraq “İblis-Allaha” şeirini yazır:

Adəmin qarşısında səcdə edin! – dedin sən,
Mən oddan yaranmışam, o, palçıqdan, bilirsən.
Quru yarpaqlar ilə alov yola gedərmi?
Atəş ehtirasını yarpaqlar söndürərmi?

Mən öz od bayrağımı daha uca tutaram,
Sənin o Adəmini atəşimə qataram.
Dulusçu kimi onu odumda bişirərəm.
Onu bərkidib, sonra ona nəfəs verərəm.

İvan Buninin İslam dininə hörmət və ehtiramını əks etdirən xeyli şeirləri vardır. Məsələn, “Peyğəmbərin xələfləri”, “İbrahim”, “İstanbul”, “Kəbənin qara daşı”, “Məhəmməd qovulanda”, Məhəmməd və Sofiya”, “Yaşıl bayraq” və s. şeirlər bu qəbildəndir. İvan Bunin yaradıcılığına şair kimi başlasa da, sonralar onlarla hekayə və povestlər yazmışdır. Onun nəsr yaradıcılığı 1910-cu ildən sonra başlamışdır. Hekayələri kifayət qədər həyat hadisələrini dolğun əks etdirən nümunələr kimi diqqəti cəlb edir. İvan Buninin “Natali”, “Gözəl”, “Gicgici”, “Antiqona”, “Zümrüd”, “Qurdlar”, “Vizit kartları”, “Bir tanış küçədə”, “Xaç analığı”, “Gəcə vaxtı”, “Ballada”, “Qafqaz”, “Henrix”, “Parisdə”, “Qisas”, “Gecə qonağı”, “Başlanğıc”, “Quzğun” və s. hekayələri real həyatı əks etdirmək baxımından bədii dəyəri ilə seçilən hekayələrdir. Onun hekayələrinin əksəriyyəti 1940-cı illərdə yazılmış hekayələrdir. 1940-cı ilin 28 sentyabrında yazdığı “Gözəl” hekayəsi gözəllik barədə düşünməyə əsas verir. Belə ki, bu hekayə “Dünyanı gözəllik xilas edəcək” fikrini təsdiq etmir. Gözəllik bir göstərici kimi yaxşıdır, göz oxşayandır, həyata bəzəkdir. Ancaq gözəllik dünyanı xilas edə bilərmi?! Axı gözəlliyin özünün qorunmasına, mühafizə olunmasına ehtiyac var. Yaxşı olar ki, konkret olaraq “Gözəl” hekayəsinin öz məzmunundan çıxış edək. Bu mənada hekayədəki konkret bədii parçalara müraciət edərək təhlil aparmaq yerinə düşər.

Hekayə belə başlayır: “Dövlət palatasının dul, qoca məmuru hərbi rəsisin gözəl, gənc qızı ilə evləndi. O, təvazökar və azdanışan idi, qız isə öz qiymətini bilirdi. O, arıq, uzun, vərəmlilərə xas bədən quruluşuna malik idi, yod rəngli eynək taxır, bir az boğuq səslə danışırdı, əgər nəyisə ucadan demək istəsə, səsi elə gəlirdi ki, sanki, hansısa deşikdən çıxır. Qız isə bəstəboy idi, həmişə zövqlə geyinərdi; ev işlərində çox diqqətcil, təsərrüfatçı qabiliyyəti vardı, nüfuzedici baxışlara malik idi. O, bütün münasibətlərdə quberniyanın bir çox başqa məmurları kimi maraqsız görünürdü, ancaq birinci nikahda da gözəl qadınla evlənmişdi; — hamı əlini yelləyərək fikirləşirdi ki, görəsən, nəyə görə gözəllər buna ərə gedirlər?” (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.50)

Sual olunur: Niyə belələri həmişə gözəllə evlənməlidir? Niyə belələrinin qismətinə həmişə gözəllər çıxmalıdır? Nə üçün belə dul, qoca məmurlar gözəl, göyçək bir qızla evlənməlidirlər? Nəyə görə hər kəs öz tayını tapmamalıdır? Nəyə görə hərə öz ayağını yorğanına görə uzatmamalıdır? Nəyə görə hər kəs öz gördüyü iş barədə düşünməməlidir? Etdiyi və gördüyü işlər barədə fikirləşməməlidir?

İvan Buninin “Gözəl” hekayəsində gözəlliyin gətirdiyi ziyan da suallara səbəb olur. Belə ki, hər hansı bir gözəlliyə vurğunluq başqa bir gözəlliyi məhv edir, öldürür. Bu mənada hekayənin digər bir bədii parçasına diqqət edək: “Budur, ikincinin (dul, qoca məmurun ikinci arvadı, gözəl gənc qız – B.X.) onun birinci arvadından olan yeddiyaşlı oğlundan zəhləsi getməyə başladı, elə bil, onu heç görmürdü də. Uşağın atası isə arvadının qorxusundan özünü riyakarlıqla elə göstərməyə başladı ki, guya, heç əvvəldən oğlu olmayıb. Təbiətən çılğın və mehriban oğlan onlar evdə olanda söz deməkdən qorxub özünə qapandı, evdə mövcud olmayana çevrildi”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.50)

Yenə də suallar yaranır. Bir-birinin ardınca doğan suallar gözəlliyin gətirdiyi acı nəticələri üzə çıxarır. Suallar belədir: Dul, qoca məmurun birinci arvadından olan yeddiyaşlı oğlundan niyə zəhləsi getdi? Dul, qoca məmurun özünü riyakar göstərməsinin səbəbi nə oldu? Təbiətən çılğın və mehriban oğlan niyə söz deməkdən qorxdu, evdə mövcud olmayana çevrildi? Cavab belədir: Ona görə ki, dövlət palatasının dul, qoca məmuru hərbi rəisin gözəl və gənc qızı ilə evlənmişdi. Deməli, dövlət palatasının dul, qoca məmuru gözəl və gənc bir qızla evləndiyi üçün başqa bir gözəlliyi – yeddiyaşlı oğlan uşağının gözəlliyini məhv edir. Onun görəcəyi bütün gözəl günləri uşağın əlindən alır. Bunların hamısını gənc və gözəl bir qızla ailə qurmaq üçün edir. Yenə də hekayənin süjetinə diqqət yetirək: “Toydan sonra onu atasının yataq otağından balaca qonaq otağındakı məxmər üzlüklü divana köçürdülər. O, narahat yatır, gecə üstündən adyal və döşəkağını yerə salırdı. Çox keçmədi ki, gözəl ev sahibəsi qulluqçuya dedi:

— Bu biabırçılıqdır; belə getsə, o, tezliklə divanın məxmərini sürtüb çıxaracaq, Nastya, onun üçün yatağı dəhlizdə sənə gizlətmək üçün verdiyim, rəhmətlik xanımın sandığının üstündəki döşəkcədə, özü də yerdən salarsan.

İşıqlı dünyada tamamilə yalqız qalan oğlansa tam müstəqil, evdən tamamilə təcrid olunmuş bir həyat yaşayırdı – eşidilməz, görünməz, gündən-günə yeknəsəq olan bir həyat. Özü üçün qonaq otağının küncündə farağat oturur, qrifel lövhədə evciklər çəkir, vərəqləri qatlanmış, hələ anası sağ ikən ona alınan yeganə şəkilli kitabı pıçıltı ilə oxuyur və pəncərələrdən baxırdı…
O, kiçik divanla palma basdırılmış çəlləyin arasında yatırdı. Özünə axşamlar yer salır, səhərlər isə səliqə ilə yığıb qatlayır, dəhlizdəki anasındanqalma sandığa qoyurdu. Ona əziz olan hər nə varsa, orada gizlədilmişdi”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.50-51)

Yeddiyaşlı uşağın atasının yataq otağındakı divana köçürülməsinin, oradan dəhlizdəki sandığın üstündəki döşəkçə üstündə yerləşdirilməsinin səbəbi nədir? Əlbəttə, yeddiyaşlı uşağın atasının gözəl bir qızla evlənməsi.

Gözəl bir qız… Onun qarşısındakı acizlik… Gözəl bir qızın yeddiyaşlı oğlan uşağının həyatına gətirdiyi bədbəxtlik… Dul və qoca məmurun gözəl bir qızla ailə qurması və bunun naminə yeddiyaşlı oğluna əzablar gətirməsi.

Bunların hamısı gözəlliyin dəyərini azaldır. Əgər gözəllik naminə kimlərəsə əzab-əziyyət veriləcəksə, onda o gözəllik gözəl görünmür. Belə olanda gözəl də, gözəllik də kiçik maraqların, ötəri və keçici zövqlərin təsiri altında olur. Belə gözəl və gözəllik hamı tərəfindən qəbul olunmur. Necə ki “Gözəl” hekayəsində gözəl və gənc qız zahiri gözəllikdən o yana gedə bilmir. Daxili aləmi, mənəvi dünyası baxımından kasıb, lakin zahirən gözəl olan qız çox aldadıcı görünüşü ilə insan həyatına bədbəxtlik gətirir.

Buludxan Xəlilov
filologiya üzrə elmlər doktoru, professor

  • Teqlər:
  • rus ədəbiyyatı
  • , İvan Buninin
  • , nobelli yazıçılar

Buninin Həyatından Beş Maraqlı Fakt

İvan Alekseevich Bunin, yaradıcılıq fəaliyyətinə rus mədəniyyətinin “Gümüş əsri” adlanan dövrdə başlayan böyük bir rus yazıçısıdır. Bəlkə də hər kəs onun dərin, ürəkaçan olduğunu bilir, baxmayaraq ki, əksər hallarda sevgi ilə bağlı kədərli hekayələr və təbiətə dair ecazkar şeirlər. Buninin həyatından beş maraqlı fakt İvan Alekseevich Buninin uzun və məhsuldar həyatı eniş-yoxuşla dolu idi, burada misli görünməmiş bir qələbə üçün, çoxsaylı kədər və çətinliklər üçün yer var idi. Bir yazıçı həyatından beş maraqlı faktı xatırlayaq.

Bunin ilk rus Nobel mükafatı sahibidir

Əlbətdə ki, Buninin yaradıcılığı ilə maraqlanan hər kəs onun Nobel mükafatına layiq görülən ilk rus yazıçısı olmasından xəbərdardır. Ancaq hər kəs aldığı pulu necə sərəncam etdiyini bilmir. Təəssüf ki, bir çox yaradıcı şəxsiyyət kimi Bunin də son dərəcə praktik deyildi. Dəbdəbəli şam yeməyi təşkil etməyə başladı, onun kimi pullara, mühacirlərə fəal şəkildə kömək etdi və sonra tamamilə kiminsə məsləhəti ilə qalan pulları şübhəli bir müəssisəyə yatırdı və bir daha dolanışıqsız qaldı.

Çox yönlü istedadlar

Buninin gəncliyindən günlərinin sonuna qədər ən sevdiyi əyləncələrdən biri də üz xüsusiyyətlərini və hətta bir insanın bütün xarici görünüşünü başının, qollarının və ayaqlarının arxasından təxmin etmək idi. Əlbətdə ki, yazıçının yaradıcı təxəyyülü də kömək etdi. Hər hansı bir həqiqətən istedadlı insan kimi, Bunin də təbiət tərəfindən zəngin və çox yönlü bir istedad sahibi idi. Plastik, gözəl rəqs etmiş, zəngin üz ifadələrinə və görkəmli aktyor istedadına sahib idi. Konstantin Sergeevich Stanislavski ona Moskva İncəsənət Teatrının səhnəsində Hamlet rolunu oynamağı da təklif etdi. İvan Alekseeviçin həyatındakı ən faciəli hadisələrdən biri tək oğlu Nikolayın ölümüdür. Uşaq yazıçının Anna Nikolaevna Tsakni ilə ilk evliliyindən doğuldu, lakin beş yaşında menenjitdən öldü. Bildiyiniz kimi, 1917 inqilabını qəbul etməyən Bunin, Fransaya mühacirət etdi. Buna baxmayaraq, kitabları SSRİ-də çap olunmağa başlayan ilk mühacir yazıçı oldu. Lakin bəzi əsərləri yalnız yenidənqurmadan sonra sərbəst buraxıldı. Məsələn, yazıçının səhifələrində inqilab və vətəndaş müharibəsi hadisələrinə son dərəcə mənfi münasibətini ifadə etdiyi “Lənətlənmiş günlər” gündəliyi. Fransaya getdikdən sonra da Bunin ruhən bir rus yazıçısı olaraq qaldı. Şeiri və nəsri gözəl rus dilinin nümunələridir. Bu gün onun adı Puşkin, Turgenev, Çexov və digər görkəmli yazıçıların adları ilə yanaşı, rus ədəbiyyatının klassikləri arasındadır. Əsərləri müxtəlif nəsillərin oxucuları tərəfindən sevilir. Çoxdan məktəb proqramına daxil edilmişlər, tez-tez lentə alınır və səhnədə səhnəyə qoyulurlar.

Ivan buninin əsərləri

Lev Qumilyevin “Qədim Rus və Böyük Çöl” əsərində göstərildiyi kimi, “Hələ Mərkəzi Rus dövləti yaranandan çox-çox əvvəl xristianlaşıb, ruslara qaynayıb-qarışan Aksakov, Arakçeyev, Axmatov, Bulqakov, Qodunov, Buxarin, Karamzin, Turgenyev, Yusupov, Ermolov, Koçubey, Saltıkov, Raxmaninov, Korsakov, Suvorov, Timaşev, Uşakov, İişkov, Miçurin Kurakin. kimi saysız türk ailələri içərisində Buninlər də var idi. Buninlər bir çox məşhur Qızıl Orda ailələri kimi 1312-ci ildə hakimiyyətə gəlmiş Sultan Məhəmməd Özbək xanla yola getməyib, rusa pənah gətirmişdilər. Var-dövlət hərisliyinə görə Kalita “pul kisəsi” ləqəbi daşıyan Böyük Moskva knyazı İvan Kalitadan (kalita türk dillərində “qayışdan, kəmərdən asılı pul kisəsi, çanta, torba” deməkdir. Dilimizdə “xalta” (enli qayış) şəklində yaşayır) inayət görərək Ryazan vilayətində öz mülk torpaqlarında yaşayırdılar. Bu ailənin törəmələrindən olan məşhur rus yazıçısı Nobel mükafatçısı İvan Buninin anası da türk əsilli nəsillərdəndir. Anasının qızlıq familiyası Çubarova idi. Radlov lüğətində çubar sözünün “xallı, çopur” mənası daşıdığı qeyd olunur. Müasir tatar dilində də çubar rənginə görə at cinsi adlarındandır. Rus dilindəki qədim türk sözlərindən olan çubarıy sözü də buradan keçmişdir. Gənc Bunin Oryolda ilk müxbirliyi zamanı oçerklərini Çubarov imzalayırdı.
Bunin ömrü boyu öz familiyası ilə öyünmüş, hər zaman böyük rus şairi Jukovskinin qohumu olduğunu qürurla qeyd etmiş və heç zaman da onun anasının əsir türk qızı Səlihə olduğunu deməyi unutmamışdı. Xasiyyətcə darqursaq, öcəşkən İvan Buninin yaradıcılığında isə qələm sahibinin sərtliyi və qabalığı elə sığallanır, hamarlanırdı ki, nəhayət, əriyib gedirdi. Yerində isə o ecazkar qələmin bəxş etdiyi nəşə qalırdı, sehrli səslərin, rənglərin, günəşin, yağışın, küləklərin, qarın. kədərlə hopduğu elə kədərli də təbiət – eyni qələmlə çəkilmiş, adi gözlərin görüb duya bilmədiyi gözəlliklər, daha doğrusu, məhəbbət üzə çıxırdı və yaddaşlara keçirdi. Bu məhəbbət günəş istisi kimi vurub qarsır, yandırıb qovurur, ağlagəlməz dəliliklər, üsyanlar qoparır, dünyanı yerindən oynadan vulkan oduna çevrilə bilirdi. Həmin məhəbbət bu gün də heyrət oyadır.
Özü çəlimsiz, arğaz oğlan idi. Elə beləcə də şümal, yeniyetmə görkəmində ömrünün səkkizinci onilliyinə adlamışdı. Bu uzun çəkən gənclik, qəlb təravəti onu məhəbbətdən uzaq düşməyə qoymadı. Onu həmişə məhəbbət macəralarının, romanların mərkəzində saxladı. O, 60 yaşını keçhakeçdə dostlarına qadına olan ilahi duyğularının daha da yüksəldiyini etiraf edirdi. Elə bil məhz bu hisslər özü onun qəlbinə gözəllik və mərhəmət axıdırdı. Ömrünün qürubunda Banu ilə tanış olmuşdu. Onları general Loxvitskinin qızı Teffi təxəllüslü mühacir yazıçı tanış etmişdi, tərcüməçi kimi.
Banunu Paris parisli edə bilməzdi. Özü istəsə də. O, şərqli qızı idi. Bakıdan getmişdi. Gözəl idi, amma daha çox ekzotik, effektli şərqli görünüşdə. Cazibəsi artıq idi. Model işləmişdi. İndi isə yazmağa ehtiyac duymuşdu. Yaşı qırxı keçirdi, içində özündən xəbərsiz doğulub böyüyən nisgil ona Bakı xiffətini yedirirdi. Axı Bunin belə qızı ömrü boyu gəzmişdi də, gözləmişdi də. Əsərlərində təsvir etdiyi türkanə gözəlliklərə aludəliklə gör neçə illərmiş bu qızdakı qaşı-gözü çəkirmiş.
Bilə-bilə bu gözlərə füsunkarlığı, dodaqlara gül təbəssümü, qəlbə coşğun şərq ehtirasını doldururmuş. Rus ədəbiyyatında ən gözəl qadın portretləri yaratmışdı. Bütün əsərlərində qəhrəman qadındır; hamısı da bir nəfər kimi İərq qadınıdır, görkəmi ilə də, xarakteri ilə də. Bu qadınlar o qədər möhtəşəm və ali idi ki, nə qədər mükəmməl yaradılsa belə kişi obrazları bu surətlərə fon kimi xidmət edirdi. Fövqəladə gözəllərin – gözəlliklərin təsvirində epitetləri də türkləşirdi – “türk kimi gözəl, türksayağı qəşəng”, “Şamaxı şahzadəsi” və s.
Bu qadınlardakı məhəbbətə, eşqə, divanə sevgilərə – öz yaratdığına vəcdlə vurulurdu. Bu görüş ərəfəsində yenicə yazdığı “Təmiz bazar ertəsi” əsərindəki qızı – əsərin qəhrəmanı ilə yanaşı, oxucunu da başdan edən o qaragözlü qızı – indi Banu adında tapmışdı. O qızı ki, Bunin Moskvanın qarlı küçələrinə, qapı-pəncərələrini buz örtmüş evlərinə, kirşələrinə, kəsif qoxulu restoranlarına yaraşdıra bilmir. Gözləri önündə bu qızın şahanə gözəlliyi dursa da, xəyal isə Astarxan. İran . Hindistan. deyə-deyə buralardan uzaqlaşır; baharın-günəşin heç vaxt tərk etmədiyi, gecəsi gündüzündən yaraşıqlı, ətirli, isti İərqə uçurdu.
Cazibəsinə qul olduğu bu İərqli qızı nə boz, tutqun göylərə, nə də qarlı səhralara yaraşdıra bilirdi. Maksim Qorki Buninin Şərq sevgisini öz böyüklüyündə yaxşı duya bilmiş, bu sevgini Buninin “irsi sevgisi” adlandırmışdı. Şərqə vurğun idi! Şərqi adətlərə, xarakterlərə aludə idi. Xeyli qabaq vəsiyyətini etmişdi: – Öləndə üzüaçıq yox, üzübağlı, hörmətlə dəfn olunmaq. Dostluqda möhkəm, etibarlı idi, sözünün də ağası idi. Dostları ilə təpədən-dırnağacan bitkin, bütöv, səmimi idi. Odur ki, ayrıca Bunin-Çexov, Bunin-Qorki, Bunin-Kuprin, Bunin-Şalyapin. deyə əhdi-vəfadan söz açmaq olar.
Qardaşlarını, xüsusən böyük qardaşım lap şərqli ehtişamı ilə sevirdi. Ona elə bağlı idi ki, bu məhəbbət adamın yadına İərq nağıllarını salır. Bu qardaş aclıq çəkən Rusiyada qalıb acından öləndə bu xəbər Parisdə Buninə çatanda o elə kədərlənmişdi ki, yaxınları onun sağlığı üçün qorxuya düşmüşdü. Qadınlara necə iltifatlı, necə vurğun idi! Təsadüfi yol əyləncəsinin səbəbkarı bir dəfə gördüyü bir qadını da, ömrünü verdiyi qadını da bir tuturdu; xatirələrinə eyni ehtiram, eyni sayqı. Atəşin duyğuların ortağı olan ilk qadın bir ömürlük ayrılıqdan sonra yuxusuna girirdi və onda könül təbəddülatları yarada bilirdi.
Gündəlikdən xəsis – lakin içindən yanan, döyünən duyğularını köpürən cümlələr xariqüladə hekayələrə keçirdi. Bu qadınların nə əlinin tumarını, nə dəli öpüşlərini unudurdu; paltarlarının lap xəlvəti qırçınlarından tutmuş gün yandırmış boynunun qıdıqlayıcı ləzzəti də yadında qalmışdı. Əsil şərqli kimi sevirdi. Şərqli kimi qısqanırdı. Bu qısqanclıqlar içində neçə dəfə ölümə yaxın gəlmişdi. Bu hisslər, sarsıntılar, zəlzələlər yazıya köçürülür, gözəl, parlaq, zəngin, ilahi qadın portreti doğururdu. Bunin qadını mələk qədər ecazkar nəqş edirdi. Heç dünya özü, həyat belə nə qadın qədər, nə eşq qədər şirin deyildi. Bunin İərqli kimi də əzab çəkirdi; nəşəsiz, əsəbi, dərdli gəzirdi günlərlə; ürəyində isə məhəbbəti daldaladır, ildən illərə keçirirdi. On üç dəfə İstanbulda olmuşdu! Bu şəhərə də vurulmuşdu, onun tarixinə də – taleyinə də. Hələ ilk gəlişindən ondan qırsaqqız olub yapışan yunan keşişciyəzi onu naqqallığı ilə bezdirsə də yazıçı vəcdlə İstanbul mənzərəsinə baxır, ayağını torpağa basan kimi ağlar səslə onu “Vizantiya yadigarları” deyə naftalinli “tarixlərə” çəkmək istəyən bu həyasız yunandan yaxasını qurtarır. Bunini ölü Vizantiya xatirələri yox, islamın bu torpaqlardakı nailiyyətləri, yaratdığı bərəkətli, köklü mədəniyyəti cəzb edirdi. Hətta məşhur Aya-Sofiyanın sonradan islam abidəsinə çevrilməsindən sevinc duyur; İslam mədəniyyəti, türk incəsənətinə xüsusi aludəlik göstərir, İstanbulu bir islam şəhəri kimi təqdir edir; ayağını pak suların yuduğu inzibati binadan çox, yazıçıya füsunkar cənnət guşəsi kimi görünən sultanlar sarayını vəsf edir. Nə olsun, ulu babaları Özbək xandan qatı müsəlman qaydaları tətbiq etdiyinə görə qaçıb uzaqlaşmışdılar.
Arvadı, daha doğrusu, keşməkeşli həyatının ortağı, könül dostu Vera Muromtseva bunları sezirdi, bunu təbii hal sayırdı. Bunini türk tarixi maraqlandırır, coşdurur, vəcdə gətirirdi. Gəmi İstanbula yaxınlaşdıqca gözlərindən sevgi, riqqət yaşları axıdırdı. Bu şəhəri on üç dəfə görsə də. Sonradan kef-işrət oylağına çevrilən İstanbulu dövrələyən bu dənizlər nə qədər davalar görmüş, köksündə Vətəni qoruyan hərb qalalarını qürurla saxlamış, bu sulara nə qədər şəhid qanı tökülmüş. Bunin bu qanlı tarixə sevgi və hörmətlə baxa bilir. Bu dənizin sularında əks-sədasını saxlayan türk bağrından qopan fəryadları eşidə bilir.
Göz yaşları ilə oxuduğum – oxuduğumuz əsərlər var! Buninin “Fəryad” hekayəsi var. Rus anası yüz ildən bir, bəlkə min ildən bir Bunin kimi yazıçı doğa bilər. Hekayəni oxuduqda bu qəlbə, bu ədalətə heyran qalırsan. Bu gün rus ziyalıları arasında Bunin kimi yazıçının olmadığına yana-yana təəssüf edirsən. Bu əsərdə qismətə, taleyə inanıb boyun əyən bədbəxt atanın oğul dərdi, itirdiyi əzizlərinə, dağılmış yuvasına olan məzlum sevgisi bu saf, sadə həyat tərzindən çox-çox uzaq olan rus yazıçısını riqqətə gətirir. Gəmidəki laqeyd, yekəxana, sərxoş rus soldatlarını “it” adlandırır, bu bədbəxt türkə rəğbət və məhəbbətlə yanaşır, onu özünün qəm ortağı zənn edir. Hekayədəki türkün qanlı hərbdə itirdiyi oğlunun adı Yusifdir. Bunin bunu da bilir, oğul dərdi ilə gecə-gündüz iztirab çəkən Yaqubu da, ümumbəşəri etiqadda kök salan əzəli insan faciəsinin ortaqlığını da. Ömründə çox səyahətlər etmiş yazıçı bu aciz kişinin öz dərdini rus əsgərlərinə bir şərq istiqanlılığı və açıqürəkliliyi ilə necə nağıl etdiyini, əsgərlərinsə onu dolayıb ələ saldığını gördükdə iki əxlaq, iki zidd olan (müqayisə bu tərəflərdən birinin xeyrinə olmasa da) qüvvə görür.
. Bunin şedevrlərini Rusiyadan uzaqlarda yaratdı. Sənətkar ömrü qürbətdə keçirdi. Odur ki, qəhrəmanlarının da çox vaxt təsviri bu ayrılıqqabağı pərişan, nigaran günlərdən başlayır. Onun “Payız” əsərinin qəhrəmanı da çox kədərlidir. Yayda başlayan müharibə payıza girib. O nişanlısı ilə vidalaşmağa gəlib. Bu kədər adi səfərbərlik kədəri deyil. Hamı kədərlidir, çünki qarşısıalınmaz talanlar, məhrumiyyətlər əvvəlcədən duyulur. Rusiyanın az-çox dinclik gördüyü son günləri idi. 14-ün payızı. qırğın gəlir, qarşıda bu bir çovumuş güllə, aclıq, didərginlik – itkinlik ola bilərdi; qarşıdan açıq cəbhələr, soyuq səngərlər, müharibələr gəlirdi.
. Dünya varından Buninin bir güclü radioqəbuledicisi vardı. Vətəndən gələn hər bir səsə, xəbərə qulaq asırdı. Mühacirəti yarıda kəsib dönən A.Tolstoyun da, şahlıq zirvəsinə yüksələn Qorkinin də qalib səsini bir az nifrətlə, bir az həsədlə, bir az da sevgiylə dinləyəcəkdi. Qədim rus şəhərlərinin yeni sovet adına öyrəşə bilməyəcəkdi, amma ətrini duyacaqdı. Uzun ömür yaşayacaqdı. Onu kədər yaşadırdı. Bu kədər özü ölmək istəmirdi. Acıqdan ölmürdü. Onu – Vətənə ən çox gərək olanı, Vətəni ana deyib – ata deyib sevəni Vətəni qoyub qaçmağa məcbur etmişdilər. Kədər yaşayırdı, acığından onu da yaşadırdı.

Minaxanım Təkləli
professor

  • 17 Mart 18:12
  • 672

Qənirə Paşayeva: Məhv olmaqda olan abidələrimizin restavrasiyası mühüm məsələdir Mədəniyyət

  • 17 Mart 18:12
  • 665

Pop-art rəssamı Devid Hokninin nadir əsəri tapılıb Mədəniyyət

  • 17 Mart 18:11
  • 763

Comments are closed, but trackbacks and pingbacks are open.