Press "Enter" to skip to content

Ix sinif azrbaycan dilindn buraxılış imtahan sualları

Kompüterlə imtahan keçirmək məsələsi 5 ilə həll olunacaq

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının 2020-ci il martın 1-də keçirilmiş birinci mərhələsinin nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi 2020-ci il martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

İmtahanda iştirak etmiş şagirdlər ( 39672 nəfər) DİM-in internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Yazı işləri (açıq tipli tapşırıqların cavabları) mart ayının 15-nə qədər olan müddətdə DİM və onun regional bölmələrində ekspertiza (yoxlama) zallarında, kompüter arxasında markerlər tərəfindən yoxlanılıb. Bundan sonra isə respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq yoxlama prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün mütəmadi olaraq əvvəlcədən hazırlanan və kalibrə edilən sualların göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydası ilə buradan tanış ola bilərsiniz.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 aprel 2020-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, ümumiyyətlə, tapşırığa cavab verməyənlər və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmayanlar da komissiyaya müraciət edirlər.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 20-22 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Ix sinif azrbaycan dilindn buraxılış imtahan sualları

2018-10-04 18:00:00

IX sinif buraxılış imtahanlarının yeni qaydaları- Nələr dəyişib?

AzEdu.az IX sinif buraxılış imtahanları üçün tələb olunan fənn və maksimal balları təqdim edir. Bu barədə AzEdu.az-a Kamran Əsədov məlumat verib. O qeyd edib ki, 2019-cu ildə IX sinif buraxılış imtahanı ikimərhələli keçiriləcək. Şagirdlər I mərhələdə Ana dili, Riyaziyyat və Xarici dil fənlərindən imtahan olunacaqlar.
Ana dilindən(Azərbaycan və ya rus dilləri) maksimum bal 30-dur. 2 mətn , hər mətnə aid isə 10 tapşırıq veriləcək. Onlardan 5-i yazı tələb olunan açıq, 5-i isə qapalı olacaq. Riyaziyyat da eyni qayda ilə keçiriləcək. Xarici dil fənnindən də maksimum bal 30 nəzərdə tutulub. Cəmi 15 tapşırıq təqdim olunacaq. Şagirdlər üçün buraxılış imtahanında dinləmə mətni nəzərdə tutulub. Bu, publisistik və ya dialoq formatında olacaq. Ona aid 4-ü qapalı, 2-i isə açıq olmaqla 6 tapşırıq veriləcək. Oxuyub-anlama mətni üçün isə 5-i qapalı, 4-ü açıq olmaqla 9 tapşırıq nəzərdə tutulub. II mərhələdə də şagirdlər eyni fənlərdən imtahan olunacaqlar. Bu dəfə isə bütün fənlərdən maksimal bal 70 nəzərdə tutulub. Fənnlər üzrə 30 qapalı test tapşırığı veriləcək.

Lamiyə Süleymanlı

Bu bölməyə aid digər xəbərlər

“Rektorlar şikayət edir. ” – DİM sədri subbakalavrlardan narazıdır

2023-03-06 14:33:44

Kompüterlə imtahan keçirmək məsələsi 5 ilə həll olunacaq

2023-03-06 14:31:00

“Abituriyent” jurnalının 2-ci nömrəsi çıxıb

2023-03-06 11:39:58

Məleykə Abbaszadə ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

2023-03-06 10:47:00

Ali məktəblərə sənəd verənlərin sayı AÇIQLANDI

2023-03-06 10:29:00

Bu abituriyentlər ərizəsini ödənişsiz təsdiqləyə bilər

2023-03-03 12:47:25

Zal nəzarətçilərinin təlimi davam edir

2023-03-03 12:17:00

DİM kotirovka sorğusu elan edir

2023-03-03 11:18:00

Məleykə Abbaszadə Prezidentə məktub YAZDI

2023-03-03 00:09:56

Aqrar sığorta üzrə sertifikat almaq istəyənlərin qeydiyyatı başlayır

Xankəndi

Tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir.

Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, imtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin cari ildə keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılıb. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24 dən 12-yə endirilib.

İmtahan fənləri üzrə tapşırıqların strukturuna görə Azərbaycan (rus, gürcü) dili – dil qaydalarına dair 10 qapalı tipli tapşırıq, oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq, riyaziyyat qapalı tipli 13 tapşırıq, cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq, həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq, xarici dil dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq, qapalı tipli 16 tapşırıq, oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq veriləcək.

Şagirdlərin imtahan fənləri üzrə balları cədvələ uyğun hesablanır.

Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər fənn üzrə toplanan nisbi ballar cəmlənir. Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

Şagirdlərin imtahan fənləri üzrə ballarının hesablanma qaydası ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq olar.

Comments are closed, but trackbacks and pingbacks are open.