Press "Enter" to skip to content

DÜZGÜN İXTİSAS SEÇİMİ VƏ NƏLƏRƏ DİQQƏT ETMƏLİ? – 2023

İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

İxtisas seçimindən əldə olunan NƏTİCƏ. Boş qalan plan yerləri, boşda qalan abituriyentlər

Abituriyentlərin ixtisas seçimi başa çatdı. Məlumata görə, 1000-ə yaxın namizəd elektron ərizəsini təsdiqləməyib. V qrupda isə abituriyentlərin yarıdan çoxu ərizəsini təsdiq etməyib. Təhsil eksperti Kamran Əsədov plan yerləri, namizədlərin sayı və digər ixtisas seçimində əldə olan nəticələri öz feysbuk profilində paylaşıb. Aztehsil.com həmin paylaşımı oxucularına təqdim edir:

“2018-2019-cu tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən ABİTURİYENTİN İXTİSAS SEÇİMİ üçün elektron ərizə qəbulu BAŞA ÇATDI.

Hal hazırda DİM tərəfindən həyata keçrilən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı, müsabiqəyə buraxılanlar və plan yerləri (SON vəziyyət):

I qrup 13307 (Az bölməsi), 1294 (rus bölməsi), 14601 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 16649 nəfər) (Plan yeri 14475)

II qrup 9907 (Az bölməsi), 1052 (rus bölməsi), 10959 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 11698 nəfər) (Plan yeri 13395)

III qrup 11486 (Az bölməsi), 900 (rus bölməsi), 12386 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 14143 nəfər) (Plan yeri 10601)

IV qrup 3295 (Az bölməsi), 307 (rus bölməsi), 3602 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 4079 nəfər) (Plan yeri 3315)

I-II-III-IV qruplar üzrə 37995 abituriyent Azərbaycan bölməsi üzrə, 3553 rus bölməsi üzrə, ümumilikdə 41548 abituriyent electron ərizəsində ixtisas seçimi edib.

V qrup 3190 (Az bölməsi), 401 (rus bölməsi), 3591 (cəmi) (Plan yeri 3393)

Bütün ixtisas qrupları üzrə hal-hazırda olan məlumata görə 41184 abituriyent azərbaycan bölməsi, 3954rus bölməsi, ümumilikdə 44815 abituriyent (54733 abituriyent müsabiqəyə buraxılmışdı) ixtisas seçimini edərək elektron ərizəsini təstiq edib (Ali məktəblərin plan yerinin sayı 45159 yerdir)”.

DÜZGÜN İXTİSAS SEÇİMİ VƏ NƏLƏRƏ DİQQƏT ETMƏLİ? – 2023

Universitetə qəbul olmaq hər bir abituriyentin arzusudur. Amma universitetə qəbul olmaq nə qədər vacibdirsə, düzgün ixtisas seçimidə bir o qədər vacibdir. Düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir. Çünki sizin bu günki seçiminiz gələcək həyatınıza təsir edir. Bəzən abituriyentlər bu seçimə səthi yanaşır və topladığı bal hara uyğundursa heç araşdırma etmədən, o ixtisasa uyğun olub-olmadığını düşünmədən seçim edirlər. Bəzən isə tam əksinə hadisələr baş verir. Abituriyent yüksək bal toplamasına rəğmən universitetə qəbul ola bilmir. Bu necə baş verir? Çünki abituriyent yüksək bal toplayıb deyə sevinir və özünə güvənərəkdən “onsuzda balım yüksəkdir mən bu ixtisasa qəbul olaram” düşüncəsi ilə kodlaşdırmanı və sıralamanı düzgün etmir. Bu zaman siz ehtiyatlı davranmalı və yaxşı araşdırma etməlisiniz.

Bəs düzgün ixtisas seçimi necə olmalıdır və seçim zamanı nələrə diqqət etməliyik?

Keçən ilin balları ilə yaxından tanış olun!

Keçid balı keçən ilin qəbul balları ilə həmin ilin qəbul balları arasında fərqin əsasında yaranır. Bunun üçün DİM abituriyentlərə kömək etmək məqsədi ilə hər il jurnal hazırlayır. Burada 300 bal və 500 bal toplayan abituriyentlər hansı ixtisasa qəbul ola biləcəyini təyin edə bilirlər.

Özünüzü tanıyın!

Düzgün ixtisas seçimində vacib rol oynayır. Sizin hansı sahəyə, hansı sənətə marağınızın varsa, bilik və bacarıqlarınız , hobbiləriniz nəyə yönəlibsə onu təyin edin və o sahəyə uyğun olan ixtisası seçin. Belə olduğu halda siz özünüzə uyğun olan ixtisası seçmiş və nəticədə isə sevdiyiniz peşəyə yiyələnmiş olursunuz.

Vakansiyalarla tanış olun!

Bəzən abituriyent seçdiyi ixtisasın hansı vakansiyaya aid olduğunu bilmir. Seçdiyiniz qrupun hansı ixtisasları olduğunu və gələcəkdə hansı sahələrdə çalışa biləcəyinizi əvvəlcədən müəyyənləşdirin və iş saytlarında vakansiya və vakansiyanın tələbləri ilə tanış olun. Gələcəyin peşələri nədir və hansı ixtisaslar perspektivlidir deyə internetdə araşdırma etməyi unutmayın.

Valideyn təzyiqi

Çox təəssüflər olsun ki, bəzi valideynlər övladının seçiminə etiraz edirlər və “sən məhz bu ixtisası seçməlisən” deyə təzyiq göstərirlər. Bunun nəticəsində isə abituriyent sevmədiyi ixtisasa qəbul olur və sevmədiyi peşəyə yiyələnir. Bu zaman valideynlərin övladlarının seçiminə hörmət etməyə çağırmalı, abituriyentlərin isə bu zaman iradəli və istiqrarlı olmağını və seçimindən imtina etməməyi tövsiyə edirəm.

Sonda isə sizə ixtisas seçimində uğurlar arzu edirəm və seçdiyiniz ixtisasın həqiqətən sevdiyiniz iş olmasını diləyirəm. Bu zaman onu icra etməkdən yorulmayacaqsınız və işini sevən peşakar mütəxəssis olacaqsınız.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Abituriyentlərin nəzərinə: İxtisas seçimi başlandı

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlanıb.

DİM-in (Dövlət İmtahan Mərkəzi) mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə həyata keçirilir.

İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərşivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2017/2018-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.