Press "Enter" to skip to content

Izahlı lüğət 4-cü cild

6287.İmam Rza (ə): «Yuxu beyinin hökmdarı, bədənin bərqərarlıq və qüvvət mənbəyidir.»(Əmali-Səduq, səh.322, hədis 4 )

Ömür boyu oxunası kitab – izahlı lüğət

Təxminən 20 ilin söhbətidir.Orta məktəb dərsliklərinin birində ilanı Seyid Əhməd əli ilə tutmaq istəyən bir müəllif dərsliyin lüğətlərdən bəhs edən yerində uşaqlardan( 9-cu sinif şagirdlərindən ) soruşurdu ki,”evinizdə Azərbaycan dilinin izahlı lüğəti varmi? “Və bundan sonra öz hökmünü (qəti və təntənəli sözünü ) bildirirdi:” Azərbaycan dilinin izahlı lüğəti hər bir mədəni ailədə olmalıdır.Yoxunuzdursa,xahiş edin, valideynləriniz tapsınlar”.
Dərslikdən bu sözləri oxuyan uşaq, təbii ki, mədəni ailədə yaşamaq istəyi ilə atasını qəflət yuxusundan oyadıb , deyəcəkdi:

Ata,ata, get,mənə bir kitab al –
Dilimizin izahatlı lüğəti.
Müəllim tapşırıbdır,
Etiraza yox kimsənin cürəti.

Ata da,yəqin ki,ürəyində müəllimi danlaya -danlaya düşürmüş mağazaların canına.
O vaxtlar bu kitabları mağazalarda axtarmaq qızların arzusunda olduqları “Evdarlıq” kitabını axtarmağa bərabər idi.

Qısa bir dilçilik arayışı

Lüğətlərin əsasən 2 növü var:
1)filoloji lüğətlər (bunlara linqvistik lüğətlər də deyirlər. Dilçilik lüğəti deyənlər də var))
2) ensiklopedik lüğətlər
Filoloji lüğətlərin növləri: orfoqpafiya lüğətləri,orfoepiya lüğətləri, tərcümə lüğətləri ,omonimlər lüğəti,sinonimlər lüğəti, antonimlər lüğəti çətin sözlər lüğətləri, alınma sözlər lüğətləri, İZAHLI LÜĞƏTLƏR və s. (Mövzumuza aid olduğu üçün axırıncını fərqli şriftlə yazdım-N.N.)
Ensiklopedik lüğətlərdə və ya ensiklopediualarda əşya,hadisə,yaxud anlayış hərtərəfli aydınlaşdırılır.Burada müxtəlif şəkillərdən, xəritə ,diaqram, sxem və düsturlardan da istifadə edilir. Tarixi qədimdir . Çoxlarının “Qırmızı kitab” kimi tanıdığı 10 cilddən ibarət olan “Azərbaycan sovet ensiklopediyası”nın ilk cildi 1976-cı ildə çap olunmuşdur..İlk cild Rəsul Rzanın rəhbərliyi altında nəşrə hazırlansa da, kitabda Rəsul Rzanın bu işdəki fəaliyyəti öz əksini tapmayıb.

Kitab çapa gedən vaxtlarda P.Rza “yersiz danışığa görə” işdən çıxarımışdı. Bu cəzadan bir neçə il sonra ona “Sosialist Əməyi Qəhrəmanı” adı verildi.

Azərbaycan Sovet Ensiklopediyasınnin 10 cildində 50 mindən artıq məqalə verilmişdir.

İndi keçək əsas məsələyə.Sualı təkrar edirik:

“Evinizdə “Azərbaycan dilinin izahlı lüğəti varmı?

Bu söhbət başlayanda bizim evdə Azərbaycan ,inğilis və rus dillərində 5000 mindən artıq bədii , filoloji və tibbi kitablar , lüğətlər, müxtəlif sahə ensiklopediyaları olsa da , Azərbaycan dilinin izahlı lüğəti”nin cəmi 2 cildi vardı ( deməli,mədənilik əlamətinin faizi 50 % idi). Sonralar əlim əsə-əsə III cildi də aldım.IV cildi almağa cəsarət etmədim: evdə uşaqlqrın kitablarına yer yox idi.
Azərbaycan dilinə daİr izahlı lüğət tərtibinə 1945-1946-cı illərdə başlanmışdır. İzahlı lüğətin materiallarının nəşrinə isə 1949-cu ildən başlanmışdır.
Azərbaycan dilinin izahlı lüğətinin rus qrafikası ilə mükəmməl nəşrinin I cildi 1964-cü ildə (üz qabığında 1965) çap olunmuşdur.
II cild – 1980, III cild -1983-cü ildə çap olunmuşdur.Son cild 1987-ci ildə nəşr olunmuşdur. Dörd cilddə 57 min söz aydınlaşdırılmışdır.
Latın qrafikalı son nəşrlərdə söslərin sayı daha çoxdur.

****
İzahlı lüğətlərərdə sözün bütün mənaları aydınlaşdırılır.Sözün hansı mənada, hansı sahədə və nə məqsədlə işləndiyi göstərilir. Professor Afad Qurbanov dünya dilçilərinin fikrinə şərik olaraq yazır ki,

“izahlı lüğətin əsas məqsədi dilinin lüğət tərkibindəki hər bir sözün mövcud mənasını, məna variantlarını, müxtəlif məna incəliklərini izah etmək,onun zəngin,nə kimi lüğəvi imkanlara malik olduğunu aydınlaşdırmaqdır, yazılı və şifahi dildə leksik vahidlərin yerinə görə düzgün işlədilməsinə və bunun da əsasında ədəbi dilin hərtərəfli inkişaf etdirilməsinə, zənginləşdirilməsinə xidmət etməkdir”.

( Afad Qurbanov. Müasir Azərbaycan ədəbi dili, I cild, B.,2003, səh.395-396).

V sinin Azərbaycan dili dərsliyində (Əziz Əfəndizadə, Bəşir Əhmədov. “Azərbaycan dili ” dərsliyi , V sinif, Bakı, 1994, səh . 54) linqvistik (dilçilik,filoloji)i lüğətlərdən məlumat verilən səhifədə bu fikir daha aydın izah olunur:

” izahlı lüğətlərdə sözlərün leksik mənaları izah olunur”.

Biz hansı sözlərin mənasını bilmirik? Şəxsən mən “intellektual” sözünün mənasını 1972-ci ildə öyrənmişəm. Səhv eləmirəsə, bu sözü Ağamusa Axunddovun “Kommunist” qəzetindəki bir yazısından oxumuşdum.”Diletant” sözünü hətərən-pətərən danışan bir alimə deyiləndə öyrənmişdim. “Mentalitet ” sözünü də çox gec oyrənmişəm. Mən oxuyan kənd müəllimləri inciməsinlər, onlar biz oxuyan illərdə lüğətlərdən çox nadir hallarda istifadə edirdılər.
90 -cı illərin əvvələri idi. Bakıda bir rus dili müəllimi var idi.Rus dilindən dərs desə də, rus dilini yaxşı bilmirdi. Direktor Filankəs Filankəsovna yola verirdi. Çətin vaxtlar idi: başını ağrıtmaq istəmirdi. Rus dili müəllimi yaxın dostum idi. Bir dəfə yavaşca başa saldım ki, qardaş, oxumaq heç vaxt gec deyil. Qırx yaş nədir ki. hər gün həm rus dilinin ,həm də Azərbaycan dilinin izahlı lüğətindən 5-6 söz öyrənsin. İncəvara , sözümü yerə salmadı. Uşaqlarını da bu öyrənmə prosesinə qoşdu. İndi qızı da, oğlu da məsul vəzifə sahibləridir.
“İncəvara” sözünün mənasını bilmirsiniz? Narahat olmayın.Lüğətə baxmışam : nitq hissəsinə görə modal söz, sintaksisdə-ara sözdür, məhəlli sözdür. “Yaxşı ki”, “xoşbəxtlikdən” mənasına uyğundur.Başqa məna da incələyib tapmaq olar.Şamaxı tərəflərdə çox işlənən sözlərdəndir.
Mübahisə etməyin.Mübahisə etməyin ki, “təfəkkür” sözünü hamı bilir. Şəxsən mən bu sözü 1991-92-ci illərdə öyrənmişəm.
Çapayev ( indiki Təbriz) küçəsi ilə qırmızı tramvayların şütüyəm vaxtları idi. Dəmir yolu işçiləri hazırlanan texniki -peşə məktəbinin ikimərtəbəli binasında bir universitet açmışdılar. Yaxşı bir ad da tapmışdılar-TƏFƏKKÜR UNİVERSİTETİ. Bu sözü qoca da öyrənməyə başladı, cavan da. (Tramvay “Təfəkkür”ə gedir? “Təfəkkür”də saxla, ay bala.).Deməli, “təfəkkür” sözünün hamı tətəfindən işlənməyə başlanması elə o vaxtlardan başlayır.
Bəlkə də, cavan jurnalistlərdən biri bu yazını oxuyandan sonra əlində mikrofon “təfəkkür” sözünün mənasını Təbriz küçəsi,19-un qənşərində kimlərdənsə soruşacaq. 100% əminəm ki, 10 adamdan beşi bu sözü bilməyəcək. İzahlı lüğətə baxanların isə, təbii ki,problemləri olmayacaq.
“Əhmədin qoyunlarının ağılı da var, tövləsi də”. Yox, çaşmadım. Bizim başımızla bağlı “ağıl” sözümüz bizim deyil, ərəbdən gəlmədir, artıq çoxdan milliləşib, “əql”, “aqil” sözləri ilə eyniköklüdür. O ki qaldı o biri “ağıl”a, hə, o bizim öz sözümüzdür, türk mənşəlidir. Məsələn: Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb, mələşirdilər (İ.Əfəndiyev).
Türk mənşəli “ağıl” sözü “Dədə Qorqud”da işlənən yaxşı sözlərdəndir. “Dədə Qorqud”a ortaq çıxan qardaşlarımız, hətta “Dədə Qorqud”un Bakıda keçirilən 1300 illik yubileyində Dədə Qorqud haqqında rus dilində odlu-alovlu çıxış edən Nazarbayev də o vaxtlar bu sözün mənasını bildiyinə inanmıram, şübhə edirəm. Bəlkə elə bizim çoxumuz bilmir ki, “Dədə Qorqud”dakı ” ağıl ” – “içərisində mal-qara, qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçüq yer” mənasındadır. İnanmıram ki, “Dədə Qorqud”a iddiası olan qardaşlarımız

“Qaraca Çovan qara qayğılı yuxu görəndən sonra diksinib, ayağa qalxdı, qoyunların ağılını bərkitdi”

cümləsini rus dilinə tərcümə edə bılələr.
Rus leksikoqrafları hər il rus dilinə daxil olan sözlərin lüğətini hazırlayıb,nəşr edirlər. Azərbaycan dilinə də ildə yüzlərlə söz daxil olur. Ruslara baxıb, gərək biz də dilimizə daxil olan sözlərin sanballı üğətini hazırlayaq.

Biz bildiyimiz hansı sözlərin mənasını bilmirik?

Sözümün canı var. Bəzən bizə elə gəlir ki,nitqimizdə işlətdiyimiz bütün sözlərin mənasını bilirik. Bir az fikirləşəndən sonra görürük, yox, bilmədiyimiz hələ çoxdur. Gərək belə məqamda cığallıq etməyək, bir bəhanə ilə izahlı lüğətə baxaq.
. Bahalı bir maşının yanında iki qadın və imtahandan təzəcə çıxdığı hiss olunan iki oğlan hamının eşidə biləcəyi tərzdə mübahisə edirdi. Sən demə, rusdilli bu analardan birinin oğlu imtahanda “ecazkar ” sözündə çaşıb qalıbmış.
Sözün mənasını bilməyəndə onun sinonimini, başqa dildə olan qarşılığını, dubletini axtarın, onu hissələrə ayırmağa çalışın,cümlədə işlədin.
Ciyərparası “Ecaz” sözündə karıxan, o bahalı maşın sahibi övladı hələ V sinifdə oxuyanda 50-60 manat verib ona izahı lüğət alsaydı, o uşaq indi anasının üstünə çımxırmazdı. “Ecazkar ” kimi deyəndə sözü o dəqiqə,bəlkə də o saniyə başa düşürük,anlayırıq. Elə ki sözü kökə və şəkilçiyə ayırırıq, həmin sözün quruluşca düzəltmə olub, olmamasını yoxlayırıq, deyəsən, iş bir balaca çətinləşir. Çətindirsə,yenə də izahlı lüğətə baxaq.Baxaq da.

“Azərbaycan dilinin izahlı lüğətinin latın qrafikalı yeni nəşrinin (Bakı,”Şərq-Qərb”, 2006 ) “E” hərfi ilə başlayan dördüncü sözü “ecaz”dır.(cildin 4-cü səhifəsi.Sol tərəfdəki səhifədə leksikoqrafiya (lüğətçilik )sahəsində adı-sanı olan 4 alimin adından sonra dilçilik mübahisələrini həll etməyə qadir olan , dünyanın tanıdığı bir alimin adına rast gəlirik:

“Nəşrə hazırlayanı,təkmilləşdirəni və redaktoru:Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
(indi AMEM-in həqiqi üzvüdür,akademikdir-N.N.)
filologiya elmləri doktoru,professor Ağamusa Axundov

Lüğətin kimə tapşırıldığı məlumdur. İndi keçirik əsas məsələyə.
Ecaz-isimdir.Ərəb mənşəlidir. Möcüzə,misli görünməmiş şey, xariqə mənasını verir. Məsələn: Onun işi ecazdır,ecaz.(Ə.Haqverdiyev).
Dünyada sənətin yeddi ecazından biri olan “Tac-Mahal” məqbərəsi buradadır. (M.İbrahimov).
Ecazlar yaradır, hünər göstərir.(M.Rahim).

Dilimizi yaşatmaq üçün hər gün ana dilində danışmaq lazımdır.Ana dilini yaxşı bilən Biləcəriyə də gedər,Biləcəridən o yana da.

Bilmədiyimiz bir neçə bildiyimiz söz

Tüllab – tələbə oğlanlar
Təfəkkür- fikir sözündəndir
Təxəyyül- xəyal sözü ilə eyni kökdəndir
Məntiq- nitq ilə ilgilidir
Mədrəsə- dərs prosesi ilə əlaqəlidir
Nazim- nəzm
Mənsur- nəsr
Ovdan- su qabı
Nigah – fars nənşəliir; baxış, nəzər
Nikah- ərəb mənşəlidir; evlənmə,izdivac
Zükur- “zəkər” sözünün cəmidir. !) erkəklər “2)kişilər
Ünas- “ünsa”nın cəmidir, qadınlar, qızlar
Əyyam- “yövm”in cəmi – 1) günlər 2) zaman ,dövr

Sözün sonu. Bu izahlı lüğət ki var, çətin məsələdir . Amma oxumalıyıq.Dilimizi yaxşı öyrənməliyik.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin müəllimi,
TQDK-nın eksperti.

İstifadə olunmuş ədəbiyyat

1. Azərbaycan dilinin izahlı lüğəti. I cild,B.,1965.
2. Azərbaycan dilinin izahlı lüğəti. II cild,B.,2006,”Şərq-Qərb”.
3.Qurbanov Afad. Müasir Azərbaycan dili,I cild, Bakı,2003
4.Ərəb və fars sözləri lüğəti. Bakı,1966.
5.Azərbaycan dilinin orfoqrafiya lüğəti. B. 2004.

Izahlı lüğət 4-cü cild

«Allah canlarını onlar öldüyü zaman tam, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin nəfəslərini saxlayar. Digər kimsələrin nəfəslərini isə müəyyən bir müddətədək qaytarar. Həqiqətən, bunda düşünən insanlar üçün nişanələr vardır.»(Zumər surəsi, ayə 42 )

6286.Allahın Peyğəmbəri (s): «Yuxu ölümün qardaşıdır. Cənnət əhli ölmür.»(əl-İxtisas, səh.218 )

6287.İmam Rza (ə): «Yuxu beyinin hökmdarı, bədənin bərqərarlıq və qüvvət mənbəyidir.»(Əmali-Səduq, səh.322, hədis 4 )

6288.İmam Hadi (ə): «Gecə oyaq qalmaq yuxunu daha da ləzzətli və şirin edir.»(Nəhcül-Bəlağə, hikmət 440 və xütbə 241 )

1763.Çox yatmaqdan çəkinmək.

6289.Allahın Peyğəmbəri (s): «Çox yatmaqdan çəkinin. Çünki çox yatmaq sahibini qiyamətdə əliboş qoyar.»(Qisəsul-Ənbiya, səh.163, hədis 185 )

6290.İmam Əli (ə): «Qəflətən edilən gecə hücumundan qorxan şəxsin yuxusu azalar.»(əl-Kafi, c.5, səh.84, hədis 1 )

6291.İmam Əli (ə): «Nə çox (gecə) yuxular(ı) var ki, gündüzün qərarlarını bir-birinə vurub.»(Təfsir əl-Əyyaşi, c.2, səh.115, hədis 149 )

6292.İmam Baqir (ə): «Musa (ə) Allaha dedi: Sənin yanında hansı bəndə daha mənfurdur? Buyurdu: Gecənin leşi, gündüzün bekarı.»(əl-Kafi, c.5, səh.84, hədis 2 )

6293.İmam Əli (ə): «Çox yatmaq din və dünyanın əldən çıxmasına səbəb olur.»(əd-Dürrətul-Bahirə, səh.43 )

6294.İmam Kazim (ə): «Gözlərini çox yatmağa öyrətmə. Çünki gözlər bədənin ən naşükür üzvüdür.»(Biharul-Ənvar, c.81, səh.153, hədis 8 )

6295.İmam Kazim (ə): «Allah-taala çox yatan bekar bəndəyə nifrət edir.»(Əmali-Səduq, səh.345, hədis 1 )

6296.İmam Əskəri (ə): «Kim çox yatsa, pərişan yuxular görər.»(Biharul-Ənvar, c.76, səh.183, hədis 7 )

1764.Yatan zaman ruhların göyə getməsi.

6297.İmam Əli (ə): «Müsəlman cənabətli halda yatmaz və yalnız pak halda yatar. Çünki möminin ruhu Allaha tərəf gedir və Allah onu qəbul edərək bərəkət verir. Əgər əcəli çatmış olsa, onu Öz rəhmətinin pənahına daxil edir. Əgər əcəli hələ çatmamış olsa, onu Özünün etibarlı mələkləri ilə birlikdə göndərir və onlar onu bədəninə qaytarırlar.»(Savabul-Əmal, İmam Sadiq (ə), səh.35, hədis 1 )

1765.Yuxu qaydaları.

6298.Allahın Peyğəmbəri (s): «Heç biriniz əli yağlı halda yatmasın. Əgər (kimsə) belə etsə və şeytandan ona bir ziyan dəysə, özündən başqa heç kəsi məzəmmət etməsin.»(Biharul-Ənvar, c.86, səh.183, hədis 6 )

6299.Allahın Peyğəmbəri (s): «Kim dəstəmazlı yatsa və həmin gecə onun əcəli çatsa, Allahın yanında şəhid sayılar.»(əl-Xisal, səh.229, hədis 67 )

6300.İmam Sadiq (ə): «Kim paklanıb (dəstəmaz alıb) sonra yerinə girsə, həmin axşam onun üçün məscid kimi olar.»(Biharul-Ənvar, c.76, səh.190, hədis 12 )

6301.İmam Sadiq (ə): «Kim paklanıb sonra yerinə girsə, həmin axşam yeri ona məscid kimi olar. Dəstəmazı olmadığı yadına düşsə, nə olmasından asılı olmayaraq elə öz yorğanına təyəmmüm etsin. Əgər belə etsə, həmişə namaz və Allahı zikr etmək halında olar.»(Əmali-Səduq, səh.22, hədis 3 )

3.Ayaqyoluna getmək.

6302.İmam Əli (ə) (öz oğlu Həsənə (ə) buyurmuşdur): «Övladım! Sənə dörd şey öyrədimmi ki, onlara əməl etməklə təbibə ehtiyacın olmasın? Dedi: Bəli, ey Əmirəl-möminin. Həzrət buyurdu: Acmayınca süfrə başında oturma, iştahan küsməmiş yeməkdən əl çək, yeməyi yaxşı çeynə və yatmaq istəyəndə ayaqyoluna get. Əgər bunlara əməl etsən, təbibə möhtac olmazsan.»(Biharul-Ənvar, c.76, səh.196, hədis 12 )

4.Gündüz görülən işləri araşdırmaq.

6303.İmam Sadiq (ə): «Yatağına girəndən sonra həmin gün qarnına nə yemək göndərdiyini, nə əldə etdiyini fikirləş, öləcəyini və qarşıda qayıdış yerinin olmasını yadına sal.»(İləluş-Şəraye, səh.589, hədis 34 )

5.Yatanda Quran oxumaq və dua etmək.

6304.Allahın Peyğəmbəri (s): «Kim yatağına girəndə «Qul huvəllahu əhəd» surəsini oxusa, Allah onun əlli illlik günahlarını bağışlayar.»(əl-Xisal, səh.263, hədis 140 )

6305.Allahın Peyğəmbəri (s): «Kim yatanda «əlhakumut təkasur» surəsini oxusa, qəbr əzabından qorunar.»(Biharul-Ənvar, c.76, səh.218, hədis 25 )

6306.Allahın Peyğəmbəri (s): «Sizlərdən kim yatağına girsə, ….(bu duanı) desin: «Allahummə in əmsəktə nəfsi fi mənami fəğfir ləha və in ərsəltəha fəhfəzha bima təhfəzu bihi ibadəkəs salihin.» (yəni) Allahım! Əgər mənim canımı yuxuda alacaqsansa, onu bağışla, əgər bədənimə qaytaracaqsansa, onu qoru, necə ki, Özünün saleh bəndələrini qoruyursan.»(Ğurərul-Hikəm, hədis 1040 )

6.Arxası və ya sağ böyrü üstə yatmaq.

6307.İmam Əli (ə): «Dörd cür yatmaq var: Peyğəmbərlər (ə) arxası üstə uzanar və yatarlar, amma gözləri oyaq və Allahın vəhyinin intizarında olar. Mömin sağ böyrü üstə, üzü qibləyə yatar. Şahlar və şahzadələr sol böyürü üstə yatarlar ki, yedikləri yeməyi həzm etdirsinlər. İblis, onun qardaşları, hər bir dəli və bəlaya uğramış kəs, qarnı üstə (ağzı aşağı) yatar.»(əl-Kafi, c.2, səh.84, hədis 1 )

7.Yuxudan duranda dua oxumaq.

6308.Hüzeyfə: «Peyğəmbər həmişə yatağına girən zaman deyərdi: «Bismikəllahummə əmutu və əhya» (Allahım, Sənin adın ilə ölür və dirilirəm).» Yuxudan duranda isə deyərdi: «Əlhəmdu lillahilləzi əhyana bədə ma əmatəna və iləyhin nuşur.» Şükr olsun O Allaha ki, bizi öldürəndən sonra diriltdi və hamı yenidən Onun yanına (məhşərə aparılmaq üçün qəbrdən) qaldırılacaqdır.»(əl-Fəqih, c.4, səh.400, hədis 5859)

389 Niyyət
1766.Niyyət.
6309.İmam Əli (ə): «Niyyət işin təməlidir.»(İsra, ayə 85 )
6310.İmam Səccad (ə): «Əməl yalnız niyyətlədir.»(əl-Kafi, c.2, səh.85, hədis 5 )

6311.İmam Sadiq (ə): «Heç bir bədən, niyyətin güclü olduğu şeyi yerinə yetirməkdə aciz deyil.»(əl-Məhasin, c.1, səh.409, hədis 929 )

6312.İmam Sadiq (ə): «Cəhənnəm əhli əslində odda ona görə əbədi saxlanılır ki, onların dünyada niyyətləri, onda əbədi qalsalar, Allaha qarşı həmişə itaətsizlik etmək olub. Cənnət əhli də əslində ona görə Cənnətdə əbədi qalır ki, onların da niyyətləri, əgər dünyada qalsalar, əbədi olaraq Allaha itaət etmək olub. Deməli, hər iki dəstənin əbədiliyinin səbəbi onların niyyətləridir. Həzrət sonra «De: Hərə öz qabiliyyətinə görə iş görər»(Kənzul-Ummal, hədis 7272 )ayəsini oxudu və buyurdu: Yəni, öz niyyəti əsasında.»(Əmali-Tusi, səh.618, hədis 1274 )

6313.İmam Sadiq (ə): «Allah qiyamət günü insanları məhşərə niyyətləri əsasında gətirəcəkdir.»(Kənzul-Ummal, hədis 7261 )

1767.Niyyətin əməldə rolu.

6314.Allahın Peyğəmbəri (s): «Ey camaat! Əməllər yalnız niyyətlərlədir (niyyətə bağlıdır). Əslində, hər bir kəsə niyyətində olduğu şey çatacaqdır. Buna görə də mühacirəti Allaha və Onun Peyğəmbərinə görə olan şəxs, Allaha və Onun Peyğəmbərinə tərəf hicrət etmişdir. Kimin mühacirət etməkdə məqsədi dünyadan bir şey əldə etmək, yaxud bir qadınla evlənmək olsa, onun hicrəti niyyətini tutub hicrət etdiyi şeyə tərəfdir.»(Məkarimul-Əxlaq, c.2, səh.378, hədis 2661 )

6315. «Əmali Tusi»: «Həzrət Peyğəmbər (s) Əlini (ə) bir qoşuna başçı təyin edərək müharibəyə göndərən zaman bir nəfər öz qardaşına dedi: Əlinin qoşununda bizimlə birlikdə müharibəyə gəl, bəlkə bir qul, yaxud bir heyvan və ya halımıza yarayan başqa bir şey əldə etdik. Allahın Peyğəmbəri (s) buyurdu: Əməllər yalnız niyyətlərlədir (niyyətlərə bağlıdır) və hər bir kəsə niyyətində olduğu şey çatacaqdır. Buna görə də Allahın yanında olanları əldə etmək üçün vuruşan kəsin mükafatı, şübhəsiz ki, Allahın öhdəsindədir. Amma kim dünya malı əldə etmək və ya dəvənin ayağına bağlanan məxsus kəndir niyyəti ilə vuruşsa, ona niyyəti ilə vuruşduğu şeydən başqa heç nə çatmaz.»(Ğurərul-Hikəm, hədis 1624 )

1768.Yaxşı və xeyir niyyətin mükafatı.

6316.Allahın Peyğəmbəri (s): «Biz Mədinədə, keçdiyimiz hər bir dərədə, qalxdığımız hər bir təpədə və qədəm basdığımız hər bir enişdə bizimlə birlikdə olan kəsləri qoymuşuq. Dedilər: Burada olmaya-olmaya necə bizimlədirlər? Buyurdu: Niyyətləri ilə.»(Nəhcül-Bəlağə, xütbə 12 )

6317.Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Hətta yerinə yetirməsən belə, yaxşı iş niyyəti et ki, qəflətdə olanlardan yazılmayasan.»(Ğurərul-Hikəm, hədis 6193 )

6318.İmam Əli (ə): «Yaxşı niyyətin özü bir növ əməldir.»(Əlamud-Din, səh.301 )

6319.İmam Əli (ə) (qardaşının da, Cəməl müharibəsində iştirak edib Allahın Öz düşmənlərinə qalib gəlməsinin şahidi olmasını arzulayan kişiyə): «Qardaşının ürəyi bizimlədir?» Dedi: «Bəli.» Həzrət buyurdu: «Onda, o bizimlə olub. Həqiqətən, bizim bu qoşunumuzda, hələ atalarının belləri və analarının bətnlərində olan kəslər var. Zəmanə tezliklə onları varlıq aləminə gətirər və iman (cəbhəsi) onların vücudu ilə güclənər.»(əl-Kafi, c.2, səh.84, hədis 2 )

6320.İmam Əli (ə): «Allahın hər bir kəsə bəxşişi, (onun) niyyəti qədərincədir.»(Əmali-Tusi, səh.454, hədis 1013 )

6321.İmam Baqir (ə): «Allah birindən xoş məram görsə, onu öz pənahında saxlayar.»(İləluş-Şəraye, səh.524, hədis 2 )

1769.Möminin niyyəti onun əməlindən daha yaxşıdır.

6322.Allahın Peyğəmbəri (s): «Möminin niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir. İş görən hər bir kəs öz niyyətinə uyğun iş görür.»(İləluş-Şəraye, səh.524, hədis1 )

6323.Allahın Peyğəmbəri (s): «Möminin niyyəti onun əməlindən yetərlidir. Günahkarın (kafirin) niyyəti də belədir.»(Məkarimul-Əxlaq, c.2, səh.370, hədis 2661 )

6324.İmam Baqir (ə): «Möminin niyyəti onun əməlindən üstündür. Çünki o bəzən xeyir işlər görməyi niyyət edir, amma onları yerinə yetirməyə nail ola bilmir. Eləcə də kafirin niyyəti onun əməlindən pisdir. Çünki kafir başında pis niyyətlər dolandırır və pisliklərini gerçəkləşdirməyə ümid bəsləyir. Amma onları yerinə yetirməyə imkan tapmır.»(Biharul-Ənvar, c.70, səh.210, hədis 32 )

6325.İmam Sadiq (ə) (möminin niyyətinin onun əməlindən üstün olmasının səbəbi barədə sualın cavabında):–«Çünki ola bilər ki, bəzən əməl insanın riyakarlıq etməsi və özünü yaradılmışlara göstərməsi üçün yerinə yetirilsin. Niyyət isə, xalis şəkildə aləmlərin Rəbbinə məxsusdur. Buna görə də Allah-taala niyyətə görə əməl üçün vermədiyi bəxşişləri əta edir.»(Kənzul-Ummal, hədis 7238 )

1770.Bütün işlərdə niyyət etməyə təşviq.

6326.Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Bütün işlərdə, hətta yatmaq və yemək yeməkdə də pak niyyətli ol.»(Ğurərul-Hikəm, hədis 4806 )

6327.İmam Sadiq (ə): «İnsan gərək bütün hərəkətlərində və hərəkətsizliyində pak niyyətli olsun. Çünki əgər ortada bu məna olmasa, o qafillərdəndir.»(Ğurərul-Hikəm, hədis 4766 )

1771.Gözəl niyyət

6328.Allahın Peyğəmbəri (s): «Ən fəzilətli əməl düzgün niyyətdir.»(əl-Məhasin, c.1, səh.406, hədis 922 )

6329.İmam Əli (ə): «Niyyətin gözəlliyi, insan təbiətinin gözəlliyidir.»(əl-Kafi, c.2, səh.85, hədis 4 )

6330.İmam Əli (ə): «Gözəl niyyət amal və arzulara çatmağa səbəb olur.»(Ğurərul-Hikəm, hədis 5568 )

6331.İmam Sadiq (ə): «Kimin niyyəti gözəl olsa, Allah onun ruzisini artırar.»(Ğurərul-Hikəm, hədis 6228 )

6332.İmam Sadiq (ə) («insanın öz vəzifəsini yerinə yetirməsi üçün nə qədər ibadət etməsi lazımdır?» sualının cavabında):–«İtaətdə gözəl niyyətə malik olması.»(Ğurərul-Hikəm, hədis 4021 )

1772.Bədniyyətlilik.
6333.İmam Əli (ə): «Bədniyyətlilik gizlin bir dərddir.»(Biharul-Ənvar, c.71, səh.247, hədis 6 )
6334.İmam Əli (ə): «Niyyətin pisliyi ilə bərəkət aradan gedir.»(Kənzul-Ummal, hədis 46260 )
6335.İmam Əli (ə): «Niyyət pisləşəndə, qarşıya bəla və çətinlik çıxar.»(Kənzul-Ummal, hədis 46262 )

6336.İmam Sadiq (ə): «Həqiqətən, mömin günah niyyəti edir və həmin səbəbdən öz ruzisindən məhrum olur.»()Nəhcül-Bəlağə, xütbə 189 )

390 Hicrət
1773.Hicrət.

6337.Allahın Peyğəmbəri (s): «Ey insanlar! Mühacirət edin və İslama sarılın. Çünki nə qədər ki, cihad var, hicrət kəsilməz.»(əl-Kafi, c.8, səh.148, hədis 126 )

6338.Allahın Peyğəmbəri (s): «Hicrət iki növdür: Bir hicrət, günahlardan uzaqlaşmaq və hicrət etməkdir, digəri isə Allaha və Onun Peyğəmbərinə tərəf hicrət etməyindir. Nə qədər ki, tövbə qəbul edilir, hicrət kəsilməz.»(Muddəssir, ayə 5 )

6339.İmam Əli (ə): «Hicrət hələ də öz əvvəlki qüvvəsində qalmaqdadır. Allahın yer üzünün insanlarına, istər öz imanlarını gizlədənlərə, istərsə də aşkar edənlərə, ehtiyacı yoxdur. Allahın yer üzündəki hüccətini tanımadan heç kəsə mühacir adı qoyulmur. Buna görə də mühacir həmin hüccəti tanı-yan və onu dilinə gətirən şəxsdir. Həmçinin, hüccətin çatdığı, qulağı onu eşidən və qəlbi onu qəbul edən şəxsə «müstəzəf» adı şamil olmaz.»(Kənzul-Ummal, hədis 46263 )

6340.İmam Baqir (ə): «Mühacir könüllü surətdə İslamı qəbul edən şəxsdir.»(Kənzul-Ummal, 46224 )
1774.Ən üstün hicrət.
«Pis şeylərdən uzaqlaş.»(Kənzul-Ummal, hədis 676 )

6341.Allahın Peyğəmbəri (s): «Ən üstün və fəzilətli hicrət, Allahın sevmədiyi şeydən hicrət etməyindir (uzaqlaşmağındır).»(Nisa, ayə 97 )

6342.Allahın Peyğəmbəri (s): «Ən üstün hicrət, pislikdən hicrət etməyindir (uzaqlaşmağındır).»(Ənkəbut, ayə 56 )

6343.Allahın Peyğəmbəri (s): «Mühacir, xəta və günahlardan hicrət edən şəxsdir.»(Məcməul-Bəyan, c.3, səh.153 )

1775.Günahkarların ölkəsindən hicrət etmək.

«Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: «Siz nə vəziyyətdə idiniz?» Onlar söyləyəcəklər: «Biz yer üzündə zəif kəslər idik!» (Mələklər onlara) «Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?» deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora necə də pis yerdir!»(Məcməul-Bəyan, c.8, səh.455 )

«Ey iman gətirən bəndələrim! Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!»(Vəsailuş-Şiə, c.11, səh.75, hədis 1 )

6344.Allahın Peyğəmbəri (s): «Kim öz dinini bir yerdən digər bir yerə, hətta bir qarış olan yerə, qaçırdıb nicat versə, Cənnət ona vacib olar və o, İbrahim və Məhəmmədlə (ə) yoldaş olar.»(Nəvadir ər-Ravəndi, səh.23, )

6345.İmam Sadiq (ə) («ey iman gətirən bəndələrim…» ayəsi haqda): «Sən olduğun torpaqda Allaha itaətsizlik edilən zaman, oradan başqa yerə köç!»(Məani əl-Əxbar, səh.265 )

1776.Hicrətdən sonra ərəbləşmənin qadağan olması.

6346.Allahın Peyğəmbəri (s) (Əliyə (ə) tövsiyəsində):–«Hicrətdən sonra ərəbləşmək yoxdur (düzgün deyil).»(Vəsailuş-Şiə, c.11, səh.75, hədis 2 )

6347.Allahın Peyğəmbəri (s): «Mən düşmən şəhərində müşriklə bir yerdə yaşayan müsəlmandan bizaram.»(Kənzul-Ummal, hədis 24789 )

6348.İmam Sadiq (ə): «Hicrətdən sonra ərəbləşən, bu işi (əhli-beytin vilayətini) tanıyandan sonra, onu tərk edən kimsədir.»(Biharul-Ənvar, c.77, səh.89, hədis 3 )

6349.İmam Rza (ə): «Allah-taala hicrətdən sonra ərəbləşməyi haram edib. Çünki bu, dindən dönməyə, peyğəmbərlərə və (Allahın) hüccətlər(in)ə köməkdən əl çəkməyə, eləcə də hər bir haqq sahibinin haqqının məhv edilib batırılmasına səbəb olur. Ona görə ki, o, bədəvilərlə yoldaşlıq edir. Həmçinin, dinlə kamil tanışlığı olan şəxsin nadan və (dindən və onun maarifindən) xəbərsiz insanların içində yaşaması caiz deyil. Çünki onun elmdən əl çəkmə, nadanlara qarışma və cəhalətə batma qorxusu var.»(əl-Kafi, c.2, səh.346, hədis 7 )

391 Küsmək
1777.Küsmək.

6350.Allahın Peyğəmbəri (s): «Müsəlmanın qardaşından küsməsi, onun qanını tökməsi kimidir.»(əl-Kafi, c.2, səh.344, hədis 1 )

6351.Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Qardaşından küsməkdən çəkin. Çünki küsülü halda olanda, əməl qəbul edilmir.»(əl-Kafi, c.2, səh.344, hədis 2 )

6352.İmam Sadiq (ə): «İki müsəlman bir-biri ilə küsülü olduğu müddətdə İblis şad olar. Onlar bir-biri ilə (barışaraq) görüşən zamansa, onun dizləri bir-birinə dəyər, oynaqlarının bağları qırılar və fəryad qoparar: Vay mənim halıma! Məhv oldum!»(Kənzul-Ummal, hədis 24793 )

6353.İmam Sadiq (ə): «Küsülü halda bir-birindən ayrılan iki şəxsdən biri mütləq nifrətə (Allahın və Peyğəmbərin ona nifrətinə) və lənətə layiqdir, (hətta) bəlkə də onların hər ikisi buna layiqdir.» Müəttəb dedi: «Allah məni sizə fəda etsin! Zalım barəsində düzdür (zalım bu cəzaya layiqdir), bəs məzlum nə üçün?»

Həzrət buyurdu: «Ona görə ki, qardaşını onunla barışmağa dəvət etmir və onun (küsməyə səbəb olan) sözünə göz yummur. Atamın belə buyurduğunu eşitmişəm ki: «iki nəfər bir-biri ilə dalaşanda, onlardan biri digərinə qalib gələndə, zülm edilmiş şəxs o birisinin yanına gedib ona «qardaş, zalım (və müqəssir) mənəm» deməlidir ki, onunla dostu arasındakı küsülülük və ayrılıq aradan qalxsın. Çünki Allah-taala ədalətli hakimdir və zülmə məruz qalmış şəxsin haqqını zalımdan alacaqdır.»(ət-Tərğib vət-Tərhib, c.3, səh.457, hədis 7 )

1778.Müsəlmanın öz qardaşından üç gündən artıq küsülü qalması qadağandır.

6354.Allahın Peyğəmbəri (s): «Üç gündən artıq küsmək rəva deyil.»(ət-Tərğib vət-Tərhib, c.3, səh.457, hədis 8 )

6355.Allahın Peyğəmbəri (s): «Möminin, öz qardaşından üç gündən artıq küsməsi rəva deyil.»(əl-Kafi, c.2, səh.345, hədis 5 )

6356.Allahın Peyğəmbəri (s): «Üç gündən artıq küsmək rəva deyil. Buna görə də əgər bir-birləri ilə qarşılaşsalar və onlardan biri salam versə və digəri onun salamının cavabını alsa, hər ikisi savabda şərikdirlər. Amma əgər o, salamın cavabını verməsə salam verən günahdan uzaq, o birisi isə günahkardır.»(Biharul-Ənvar, c.75, səh.188, hədis 10 )

6357.Allahın Peyğəmbəri (s): «Bir-birinizə arxa çevirməyin, bir-birinizdən qırılmayın, ey Allahın bəndələri! Bir-birinizə qardaş olun. İki möminin bir-birindən küsməsi üç gündür. Əgər (üç gündən sonra) danışmasalar, bir-biriləri ilə kəlmə kəsməyənə qədər Allah onlardan üz çevirər.»(Ta-ha, ayə50 )

6358.Allahın Peyğəmbəri (s): «Bir-birindən küsüb, küsülülüyü üç gün davam etdirən və barışmayan müsəlmanların hər ikisi İslamdan çıxar və onların arasında heç bir dini bağlılıq qalmaz. Onlardan kim, öz qardaşından qabaq digəri ilə danışsa, hesab günü Cənnətə digərindən qabaq gedər.»(İnsan, ayə 3)

6359.İmam Baqir (ə): «Hansı iki mömin bir-biri ilə üç gündən artıq küsdüsə, mən onlardan təngə gələrək kənarlaşdım.» Dedilər: «Ey Allahın Peyğəmbərinin oğlu, zalım və müqəssir olan barəsində bəli (o buna layiqdir), amma məzlumdan nə üçün?» Buyurdu: «Həmin məzlum nə üçün müqəssirin yanına gedib barışmaq üçün «mənəm müqəssir» demir?»(Biharul-Ənvar, c.5, səh.196, hədis 4 )

Izahlı lüğət 4-cü cild

Авторизуясь в LiveJournal с помощью стороннего сервиса вы принимаете условия Пользовательского соглашения LiveJournal

Yumurta kimi bloq

Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə)

  • 15 июл, 2011 at 3:26 PM

Метки:

  • Azərbaycan dili,
  • faydalı linklər
  • 14 комментариев
  • Оставить комментарий
  • Поделиться
  • Пожаловаться
  • Ссылка

Comments

( 14 комментариев — Оставить комментарий )
15 июл, 2011 10:29 (UTC)
саг ол ! бу гетди меморизе
как раз “тярягги” найду щас
15 июл, 2011 10:31 (UTC)
15 июл, 2011 10:53 (UTC)
15 июл, 2011 10:56 (UTC)
wow ! sag ol .. getdi memorize
15 июл, 2011 10:44 (UTC)

təəssüf ki, CTRL-F ilə axtarış aparmaq mümkün deyil, məcburən vərəqləməli olursan.

15 июл, 2011 10:48 (UTC)
burada daha çox məlumat var:

Çox sağ ol.
http://burla-xatun.livejournal.com/88118.html linki ver_tigo` üçün daha faydalı ola bilər.

15 июл, 2011 11:00 (UTC)
CTRL+G işləyir. İsətdiyin sözü yazmaqla tapmaq olur
15 июл, 2011 13:49 (UTC)
mənim Acrobatımda CTRL+G heç bir tərpəniş doğurmur ((
15 июл, 2011 12:08 (UTC)
Dəyərli məlumatdır.Təşəkkürlər!
15 июл, 2011 12:09 (UTC)
bir şey deyil:)
15 июл, 2011 13:53 (UTC)

Heyif 2006-dır. 2007-də çox dəyişiklik oldu.. Məsələn kompyuter indi kompüterdir. hər halda mənə müəllim 2007-də belə demişdi)

15 июл, 2011 20:15 (UTC)
olana şükür:)
15 июл, 2011 15:02 (UTC)
Çox sağ olun.
15 июл, 2011 20:13 (UTC)
( 14 комментариев — Оставить комментарий )

Latest Month

Сентябрь 2016
Вс Пн Вт Ср Чт Пт Сб
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30

Links

  • kultura.az
  • Курсы валют по данным ЦБА

Метки

Page Summary

sayğac

Категории

Комментарии

12 авг 2020, 06:35

Fahişə ilə oğraşın hibridinindir bu səhifə? Yoxsa anası Türkiyəyə “işləməyə” gedərkən orda genelevdə qoğulan bicin?

21 июл 2020, 07:01

Salam, zəhmət olmasa mənimlə də paylaşa bilərsiz?
elektron poçt ünvanımı qeyd edirəm-
orkhan.r.mammadov@gmail.com
Təşəkkürlər ilk öncədən

13 июн 2019, 10:50

Okay Deprem yazdı: Kerç Boğazı meselesinde Almanya ve Fransa’nın rol histerisi gölgesinde Ukrayna

Comments are closed, but trackbacks and pingbacks are open.