Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->
Buna ən gözəl cavabı bu gün dövlət başçısı İlham Əliyev verdi. Belə ki, bu gün işinə başlayan X Qlobal Bakı Forumunda (Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir) çıxış edən İlham Əliyev bildirib ki, Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur.
Qarabağda BARIT QOXUSU ARTIR – Bakıdan ermənilərə VACİB MESAJ: Rusiya.
Cənab Lavrov, bəlkə biz xəbərsizik, yaxud gözümüzdən yayınıb, siz deyin: Yoxsa sözügedən bəyannamədə Laçın yoluna alternativ olaraq Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə separatçıların Ermənistandan Qarabağa silah daşıması üçün sülhməramlılara icazə verilib, bundan Azərbaycanın xəbəri yoxdur?!
Heç həmin sənəddə o da deyilmirdi ki, Laçın yolundan terrorçular, silah-sursat keçirmək olar. Amma Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə erməni separatçıları 2 ildən çox məhz həmin istiqamətdən qanunsuz daşımalar, təyinatının əksinə olaraq qeyri-qanuni məqsədlər üçün istifadə etdilər.
Bəli, əslində üçtərəfli bəyanatda çox şey nəzərdə tutulmur və yaxud əksinə, çox məsələ də nəzərdə tutulur. Necə ki, bu bəyanatın 4-cü bəndində bu vaxta kimi hələ də həllini tapmayan qanunsuz erməni silahlıları ərazidən çıxarılmalıdır müddəası kağız üzərində qalır. Bunu əraziyə 5 illik müddətinə müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingenti icra etməli olduğu halda 3 ilə yaxındır ki, rus hərbi birləşməsinin Qarabağda işi-gücü ancaq erməni separatçılarının qaçaqmalçılıq yolu ilə Qarabağa daşıdığı mina, silah-sursatların, terrorçu qrupların təhlükəsiz şəkildə müvəqqəti nəzarət zonalarına çatmasına şərait yaratmaq, ermənilərin Azərbaycana qarşı yeni təxribatlar hazırlaması üçün zəmin yaratmaq, Qarabağın erməni əhalisinə psixoloji olaraq yeritmək ki, “biz olmasaq azərbaycanlılar sizi qırarlar”.
Nəticədə bütün bu fəaliyyətin kökündə Rusiyanın Qarabağda daha uzun müddətə qalmaq planı dayanır ki, Moskva onun da məhz bölgədə gərgin vəziyyətin hökm sürməsi nəticəsində mümkün olduğu qənaətindədir.
Lavrovun Bakı səfərinin ertəsi günü Xocalıda Azərbaycan nümayəndə heyəti ilə Qarabağ erməniləri arasında keçirilən görüş də göstərdi ki, Prezident İlham Əliyevin Münhendə Nikol Paşinyanın qarşısında qoyduğu tələblər gerçəkləşməyə başlayır. Buradan belə nəticə çıxır ki, sülh məsələsi ilə bağlı Qərbin səyləri daha effektivdir.
Elə 2 gün əvvəl ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun bölgəyə səfəri, onun Bakıda Prezident İlham Əliyevlə, İrəvanda Paşinyanla görüşüb, fikir mübadiləsi aparması da ABŞ-ın tez bir zamanda sülhün bərqərar olmasında ən maraqlı tərəflərdən biri olmasını düşünməyə əsaslar yaradır. Bono görüşləri bitirdikdən sonra “Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik” fikrini səsləndirməsi (“Hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür”) ilə bəyan etmiş oldu ki, tərəflər arasında birbaşa dialoq nəticəsində müsbət nəticə əldə oluna bilər.
Vaşinqton Bononun diliylə Bakı ilə İrəvana vasitəçi olmadan dialoqu genişləndirməyi təklif edib. Amma Rusiya da bunun tərəfdarı deyil. Moskvada çox yaxşı bilirlər ki, Ermənistan Azərbaycanla təkbaşına masa arxasında əyləşsə, qeyd-çərtsiz Bakının 5 maddəlik sülh paketinə “hə” deyərək bölgədə yeni geosiyasi proseslərin başlamasına rəvac verə bilər. Nəzərə alsaq ki, Vaçinqton məhz Brüssel formatını dəstəkləyir və Münhendə də bu görüşün baş tutması üçün Dövlət katibi Blinkenin də fəallığı nəzərə çarpdı, demək ki, Moskvanın ilk növbədə çalışdığı yaxın zamanlar üçün planlaşdırılan bu formatda tərəflərin təmasına mane olmaq, görüşün formal xarakter almasına olmaqdır.
Bunun üçün Rusiyanın bölgədəki aktivliyi yenidən nəzərəçarpacaq dərəcədə ön plandadır. Sülhməramlıları vasitəsi ilə bölgədə eskalasiya riskinin artması məqsədi ilə gah qanunsuz silah daşımasına, gah da qondarma rejimin silahlı dəstələrinin Qarabağda yeni mövqelər qurmasına imkanlar açan Rusiya yeni eskalasiya riskini pik həddə çatdıraraq, ən azı lokal miqyası növbəti silahlı insident seriyalarına rəvac verərək sülh danışıqlarını pozmaq niyyəti güdür.
Nə qədər qəribə səslənsə də, heç vaxt ulduzları barışmayan, digər qlobal məsələlərdə fikirləri heç cürə uzlaşmayan, bir-birinə qənim təəssüratı bağışlayan İran-Rusiya-Fransa tandemi Ermənistan-Azərbaycan məsələsində ortaq mövqedən çıxış edib, ermənilərin mövqeyindən addım atmaqda çox qəti görünürlər.
Elə bu üç havadarın əlində oyuncağa çevrilən, onların sözü ilə oturub-duran rəsmi İrəvan İran-Rusiya-Fransa triosunun yekdil qərarı və tələbi ilə Azərbaycanın ərazi bütövlüyünə təhdid olacaq bəyanatlardan, mövqedən əl çəkmir ki, çəkmir. Amma Paşinyan bilməlidir ki, əgər İrəvan Azərbaycanın sərhədlərini, ərazi bütövlüyünü tanımırsa, o zaman Bakının da tam haqqı var ki, Ermənistanın sərhədlərini tanımasın. Əsas olan, Paşinyanın havadarlarının sözünü yerinə yetirib-yetirməməsi məsələsi yox, onun bu cür ziddiyyətli hərəkətləri ilə öz ərazilərini necə müdafiə edəcəyi barədə düşünüb-düşünməməsi məsələsidir. Baş verənlər isə deməyə əsas verir ki, Ermənistan müxtəlif platformalarda verdiyi bəyanatların əksinə olaraq Qarabağdakı separatçılara və qanunsuz birləşmələrə havadarlıq etməkdə, onları silahla təchiz etməkdə davam edir.
Lakin Ermənistanın bu qədər təxribatına rəğmən Azərbaycan məsələnin sülh yolu ilə həllində maraqlıdır. Hazırda Bakını ən çox düşündürən məsələlərdən biri də məhz sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsidir.
Məhz bu məsələdə hazırda İrəvanla Bakıdan çox, Bakı ilə Moskva arasında soyuq savaş gedir. Rusiya istənilən vəchlə “ermənilərə öz vətəndaşım kimi baxıram və onları öz oyunlarına alət etmə, təmaslara qarışma” mesajlarını ötürərək etnik ermənilər arasında itən nüfuzunu qaytarıb, Ermənistandan da bu məsələdə lazımı dəstəyi almağa çalışır.
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlının müşayiəti ilə yenidən ermənilərin eyni yoldan hərbi təyinatlı yükləri daşımağa davam edirlər. Rusların orada olması Azərbaycanın müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır. Bu da deməyə əsas verir ki, Rusiya tərəfi bununla ermənilərə göstərmək istəyir ki, “bizim nəzarətimiz altında siz təhlükəsiz və rahat yaşayışla təmin oluna bilərsiniz, siz azərbaycanlıların ümidinə qalsanız, rahat, xoş günləriniz bununla da bitəcək”.
Buna ən gözəl cavabı bu gün dövlət başçısı İlham Əliyev verdi. Belə ki, bu gün işinə başlayan X Qlobal Bakı Forumunda (Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir) çıxış edən İlham Əliyev bildirib ki, Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur.
Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlətimizin başçısı bildirib ki, “Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”.
Bununla da Azərbaycan Prezidenti Qarabağ ermənilərini Azərbaycandan narazı salmaq istəyənlərin məkirli niyyətlərindən növbəti dəfə xəbərdar olduğunu, onların məqsədlərinin bölgədə sülh və sabitliyi birdəfəlik pozmağa hesablandığından yaxşı xəbərdar olduğunu göstərən bir mesajdır.
Dövlət başçısının bu açıqlaması bir daha deməyə əsas verir ki, Qarabağ erməniləri Azərbaycan Konstitusiyasının legitimliyini tanıyıb, vətəndaş kimi vəzifələr və öhdəliklərini icra etməlidirlər.
İlham Əliyevin növbəti “Ölkələr arasındakı mübahisələr ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır” bəyanatından isə bu nəticə çıxır ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa çıxış yolu qalmayıb, sülhün də qayəsində məhz bu məsələ prioritet təşkil edir.
Dövlət başçısı bu fikirlərlə eyni zamanda Qarabağın etnik ermənilərinə də müəyyən ismarıc göndərib. Prezident bir daha dolayısı ilə Qarabağın erməni əhalisinə bildirib ki, əgər kiməsə Azərbaycan qanunvericiliyinin, Konstitutsiyasının imkan verdiyi şərtlər altında yaşamaq xoş deyilsə, Azərbaycan ərazisini dərhal tərk etməlidir, yox, qalıb müqavimət göstərmək istəyirsə, o zaman hüquqi cəzalanmanın predmeti kimi nəticələrə də mütləq şəkildə hazır olmalıdır.
Təhməz Əsədov
Milli.Az
Tiflis qaynayır: Rusiyaya ikinci cəbhə açılır?
Ukrayna ilə həlledici döyüşə hazırlaşan Putin Rusiyasının qüvvələrini parçalamaq və resurslarını digər cəbhələrə yönəldib tükəndirmək məqsədiylə Qərb Rusiya üçün həyati əhəmiyyətli daha iki dəhliz-regionda – Cənubi Qafqazda və Orta Asiyada da vəziyyəti gərginləşdirmək xətti seçib.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü bildirib.
Onun fikrincə, Paşinyan Ermənistanını Azərbaycanla sülh sazişindən yayındırmağa və ən azından, Türkiyədəki 14 may seçkilərinin nəticəsi məlum olanadək uzatmağa çalışan Qərb mövqelərinin hələ güclü olduğu daha bir Cənubi Qafqaz respublikasında – Gürcüstanda da ictimai etirazların əsas körükləyicisi və təhrikçisi kimi çıxış edir:
“Çünki Qərbdə yaxşı bilirlər ki, Qaribaşvili hökuməti hazırda etirazların əsas səbəbi kimi göstərilən “Xarici agentlər haqqında” adlandırılan qanunun qəbuluna nail olarsa, bu, Qərb xüsusi xidmət qurumlarının Gürcüstan üzərindən digər yaxın ölkələrə rahat çıxış imkanlarını xeyli məhdudlaşdıracaq.
Hazırda ictimai etirazların genişləndirilməsi yoluyla Qərb, bir tərəfdən, bu qanunun qəbulunu əngəlləməyə çalışırsa, o biri tərəfdən də aksiyaların Rusiya ilə qarşıdurmadan yayınan və Rusiya əleyhinə sanksiyalara qoşulmayan Qaribaşvili hökumətinin devrilməsinədək inkişafında, Rusiyanın qulağının dibində daha bir tonqalın alovlanmasında aşkar maraqlı görünür”.
Sevgilimlə Ümrə ziyarətində tanış olmuşam – Azərbaycanlı müğənni
Xəbər verdiyimiz kimi, müğənni Mina Hüseyn sevgilisi ilə görüntülərini paylaşıb.
Day.Az xəbər verir ki, sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində yeni sevgisindən danışıb.
Mina bildirib ki, o sevgilisi isə Ümrə ziyarətində tanış olub:
“Sevgilimi gizlətmirəm. Bu mövzuda qarşı tərəfdən heç bir problem yoxdur. Bir aydır ki, tanış olmuşuq. Hələki bir-birimizi yeni tanıyırıq. Hər şeyi zamana buraxmışıq. Mən üzdə olan insanam. Hamı mənim şəxsi həyatımla maraqlanır və həyatımda birisi olduğunu göstərmək üçün İstanbulda yeni sevgilimlə çəkdirdiyim şəkili sosial şəbəkə hesabında paylaşdım. Yenə danışıldı, müzakirə olundu.
Çox xahiş edirəm, bizə dəyməyin. Ümrə ziyarətinə getmişdim. Orada onunla tanış oldum. Məncə bu, Allahın qismətidir. Sənətimdə mənə çox dəstək olur. Deyir ki, istəyirəm ki, sənətini və müğənnilik fəaliyyətini davam edəsən. Mənə hörmətlə yanaşır, dəyər verir, qayğıkeşdir. Onunla çox xoşbəxtəm. 8 mart “Qadınlar Günü”ndə isə mənə bahalı parfüm hədiyyə etdi”.
Qeyd edək ki, M.Hüseyn S.Həsənovla ötən il mart ayında gizli şəkildə ailə qurub. Aylar sonra sənətçi ərindən ayrıldığını və boşanmaq üçün məhkəməyə müraciət etdiyini açıqlayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.