Jurnalistika dünyanın aparıcı informasiya agentlikləri.
Qardaş Türkiyənin Anadolu Agentliyi, “Haber Global” televiziya kanalı və digər KİV-ləri Ermənistanın mülki əhalini və jurnalistləri hədəfə alan əməllərini pisləyib, bu hadisəni terror aktı adlandırıb, dünya ictimaiyyətini minalanmış ərazilərin xəritələrini verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.
kitab təqdimatı
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri; Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri; […]
Yeni Çağ Media Qrupu İyun 20, 2017
“Qadın yaşamağa gecikər. Boşasalar günahkarsan, boşansan, günahkarsan. Qız doğurdun, ya gec doğurdun günahkarsan. Döyüldün günahkar, zorlandın günahkar. Öldürüldün yenə sən […]
Ads
!Reklam – Sidebar 01
Xəbər lenti
Qərbi Azərbaycan İcması: “Avropa Parlamenti bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib”
18.03.2023 – 11:28
İƏT-dən səfirliyimizə hücumla bağlı İrana çağırış
18.03.2023 – 11:14
DSX və DİN-dən birgə əməliyyat – SAXLANILANLAR VAR / FOTO
18.03.2023 – 11:03
Dünən yol qəzalarında 6 nəfər öldü
18.03.2023 – 10:52
Nazir Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik etdi
18.03.2023 – 10:40
Bakıda mağazada kütləvi zəhərlənmə oldu
18.03.2023 – 10:29
Bakıda qumbara tapıldı – VİDEO
18.03.2023 – 10:14
Qəhrəmanmaraşda zəlzələ oldu
18.03.2023 – 10:00
İƏT Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul etdi
18.03.2023 – 09:46
Şəkidə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər tutuldu – FOTOLAR
18.03.2023 – 09:31
NATO-nun Gürcüstandakı əlaqələndiriciləri məlum oldu
18.03.2023 – 09:16
Məşhur amerikalı aktyor evində ölü tapıldı
18.03.2023 – 09:00
Türkiyədən Avropa Parlamentinə Ermənistan cavabı: “Siyasi əxlaqa dəvət edirik”
18.03.2023 – 00:59
Türkiyənin ilk döyüş təyyarəsi uçuş-enmə zolağına çıxdı
18.03.2023 – 00:46
Koronavirus
Ölkədə vaksinləmə ilə bağlı vəziyyət nə yerdədir?
18.03.2023 – 00:20
Koronavirus
Pandemiya ilə bağlı son durum açıqlandı
17.03.2023 – 23:57
“Qalatasaray” Bakıya məğlubiyyətlə gəlir
17.03.2023 – 23:22
İƏT ölkələri Ermənistanın təxribatları barədə məlumatlandırıldı
17.03.2023 – 22:58
Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşdü
17.03.2023 – 22:30
Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 3 medalla başa vurdular
17.03.2023 – 22:07
Həcc ziyarəti, fantastik qiymətlər, dini aspektlər: “Gedib orada daşı öpmək. ” – İqtisadçı və ilahiyyatçı RƏYİ
17.03.2023 – 21:37
Mövlud Çavuşoğlu Antonio Quterreşlə bunları müzakirə etdi
17.03.2023 – 21:20
Jirinovski Rusiya-Ukrayna savaşı haqda nəyi proqnozlaşdırırdı?
17.03.2023 – 21:07
İqtisadiyyat
Dövlət özəlləşdirmə və icarədən nə qədər qazanıb? – FOTO
17.03.2023 – 20:53
Azərbaycan könüllülərinin Türkiyədəki fəaliyyətinin yekunlaşması ilə bağlı mətbuat konfransı keçirildi – FOTO
17.03.2023 – 20:49
140 yaşlı kişi son əməliyyatdan sağ çıxmadı – “Buynuzlu” Əli öldü
17.03.2023 – 20:40
“Qəbələ” “Şamaxı”ya qalib gəldi
17.03.2023 – 20:27
Haaqa Beynəlxalq Məhkəməsi Putinin həbsinə order verdi
17.03.2023 – 20:14
Azərbaycançılıq ideologiyası və görülən işlər: Boşluqları necə aradan qaldırmalı? – TƏHLİL
17.03.2023 – 20:00
İsveçrə Parlamenti erməni yalanına uymadı: Azərbaycana qarşı qətnamə rədd edildi
17.03.2023 – 19:50
!Reklam – Sidebar 02
!Reklam – Smartbee
Ən Çox Oxunanlar
Bu gün üçün ən çox oxunan məlumat tapılmadı.
Bu həftə üçün ən çox oxunan məlumat tapılmadı.
Bu ay üçün ən çox oxunan məlumat tapılmadı.
!Reklam – Sidebar 03
Müsahibələr
Gənc aktrisa: “Buna görə məni küçədə daş-qalaq edərlər” – VİDEOMÜSAHİBƏ / FOTOLAR
Nəsib Nəsibli: “Demokratik dəyişikliklər belə son nəticədə İranın dağılmasına gətirib çıxaracaq” – MÜSAHİBƏ
Rəsm əsərləri ehtiyatda olan zabitin gözü ilə: “Bəzi məsələlərdə hətta düşmənə qarşı da mülayimlik göstərirdim” – MÜSAHİBƏ
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bununla yanaşı, Yenicag.az Analitik İnternet Qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, xəbər yayır.
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
© 2007-2023 Bütün hüquqları qorunur.
Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq kopyalana və başqa yerdə yayımlana bilməz.
Jurnalistika dünyanın aparıcı informasiya agentlikləri.
Müharibənin gedişində, ilk növbədə, həqiqət qurbana çevrilir. İşləmək imkanı verilməyən, fotoaparat, mikrofon və noutbukdan savayı başqa silahı olmayan jurnalistlər həqiqətləri dünyaya çatdırmaq üçün hər an həyatlarını riskə atırlar. Gərgin vəziyyətlərin icmalını daha obyektiv və sərbəst təqdim etməyə çalışan jurnalistlər əksər hallarda özləri də bilmədən silahlı münaqişənin bir hissəsinə çevrilirlər. Kəlbəcərdə azərbaycanlı jurnalistlərin ölümü ilə nəticələnən insident minanı oraya basdıranların qarşı tərəfə zərər vurmaq, insanların öz evlərinə dönmələrinə mane olmaq niyyətindən xəbər verir.
Bu fikirlər İspaniyanın “El Boletín” onlayn qəzetində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və onları müşayiət edən yerli icra hakimiyyəti orqanının nümayəndəsi Arif Əliyevin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olmaları və yaralanmaları ilə bağlı dərc edilmiş “Jurnalistika matəm içərisindədir” sərlövhəli məqalədə yer alıb.
Ümumiyyətlə, dünyanın bir çox KİV-ləri, eləcə də AZƏRTAC-ın tərəfdaşı olan aparıcı informasiya agentlikləri jurnalist həmrəyliyi nümayiş etdirir, faciəvi hadisədən bəhs edən çoxsaylı informasiya və şərhlər yayır, bu mövzunu gündəmdə saxlayırlar. Məsələn, iyunun 11-də agentliyimizin üzvü olduğu Avropa Xəbər Agentlikləri Alyansının onlayn seminarı minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərin xatirəsinin anılması ilə başlayıb. Dünyanın ən mötətəbər xəbər agentliklərindən biri olan “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal EANA-nın rəhbərliyi adından AZƏRTAC-ın kollektivinə və Azərbaycanın media ictimaiyyətinə başsağlığı verib. Bundan əvvəl isə qurumun saytında dərc olunmuş başsağlında EANA-nın prezidenti, DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, İdarə Heyətinin üzvü, Albaniya Teleqraf Agentliyinin (ATA) baş icraçı direktoru Armela Krasniqi, İdarə Heyətinin üzvü, Böyük Britaniyanın “Press Association” (PA) agentliyinin icraçı direktoru Klayv Marşal, İdarə Heyətinin üzvü, Çexiyanın CTK agentliyinin baş direktoru Jiri Majstr və EANA-nın baş katibi Alexandru İon Giboi bu hadisədən dərindən kədərləndiklərini ifadə ediblər.
Qardaş Türkiyənin Anadolu Agentliyi, “Haber Global” televiziya kanalı və digər KİV-ləri Ermənistanın mülki əhalini və jurnalistləri hədəfə alan əməllərini pisləyib, bu hadisəni terror aktı adlandırıb, dünya ictimaiyyətini minalanmış ərazilərin xəritələrini verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.
Rusiyanın TASS, Ria Novosti informasiya agentlikləri, BBC-nin rusdilli versiyası, Ukraynanın “Ukrinform”, “RBK-Ukraina”, “24tv.ua”, “gordonua.com”, “correspondent.net” kimi media platformaları, Qırğızıstanın KABAR, Qazaxıstanın “Kazinform” agentlikləri, həmçinin Əlcəzairin “Əl Əxbariyə” qəzeti, “Əl-Hərir” portalı, Misirin “Aldiplomacy”, “Newsformy”, “Əl Mısr Əl Yom”, “bwabtk.com”, “Misrnews”, “Almashhadalaraby”, “Nile1”, İraqın “Sada-ar”, “Alkofiya.tv”, “Agnaden”, “Sindibad”, Səudiyyə Ərəbistanının “Səda”, “Əl Vətən”, Birləşmiş Ərəb Əmirliklərinin “Al-ain”, “Eshraag”, İordaniyanın “əl-Anbat”, “Nabd”, “Cuheynə”, “Əş-Şaab” saytları və ərəbdilli digər informasiya resursları azərbaycanlı jurnalistlərin həlak olması barədə xəbərlər dərc etməklə yanaşı, Azərbaycan media ictimaiyyətinin kədərinə şərik çıxdıqlarını bildiriblər.
AZƏRTAC-ın tərəfdaşı olan Sinxua agentliyi, “China Daily” qəzeti, “china.org.cn” onlayn nəşri, həmçinin İndoneziyanın “Republika”, “Kompas”, “Jakarta Today”, “Suara”, “Gpriority”, “Riau24”, “Era”, “Harian Aceh”, “Kempalan” xəbər saytları, Cənubi Koreyanın “Naewoeilbo” və “The Korea Post” qəzetləri, Yonhap xəbər agentliyi, İndoneziyanın “gpriority.co.id”, Malayziyanın “nst.com.my” və “thestar.com.my”, Avstraliyanın “news.com.au”, “australiannewsreview.com”, “adelaidenow.com.au”, “Turkish News Press” portalları, İranın İRNA dövlət xəbər agentliyi də hadisə bağlı materiallar yayıblar.
Azərbaycanlın jurnalistlərin minaya düşərək faciəli şəkildə həlak olmaları Qərb mətbuatının da diqqət mərkəzində olub. ABŞ-ın “The USA Tribune” və “Wabash Plain Dealer” qəzetləri, Fransanın “Mediapart”, “Musulmansenfrance”, “Lorientlejour”, “Caucasefrance” informasiya portalları, Kanadanın “Alkalimanews” saytı, ispandilli KİV-lər – “Horrarpress” (İspaniya), “Snoticias” (Kolumbiya), “Expresionmexico”, “Mipuntodevista”, “Clubjuridico” (Meksika), “Innova.news” (Paraqvay), “Espacocaspio” (Braziliya), “Eldiariodehonduras” (Honduras) və digər informasiya portalları oxucularını bununla bağlı operativ xəbərlər çatdırıblar.
Dünyanın yüzlərlə informasiya resursunda yayılan materiallarda, həmçinin Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina etməsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində jurnalist fəaliyyətini məhdudlaşdırdığı, eyni zamanda, işğalçı ölkənin təcavüzkar siyasəti nəticəsində doğma yurdlarından zorla qovulmuş məcburi köçkünlərin geri qayıtmasına imkan vermədiyi də vurğulanır.
Jurnalistlər üçün yeni kitab – FOTO
Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri, Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri, Beynəlxalq jurnalist hərəkatı” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, fakültənin professor-müəllim heyəti və mətbuat orqanlarının rəhbərləri iştirak etdiyi tədbiri Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev açaraq müasir informasiya cəmiyyəti quruculuğunda elmin, təhsilin əhəmiyyətindən danışıb, kitab müəlliflərinin işini yüksək qiymətləndirib. Bildirib ki, dərs vəsaitində həm dünya,həm yerli xəbər agentlikləri, həm də bu informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyəti və müasir dövründən bəhs edilir.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, İctimai Televiziyanın Yayım Şurasının üzvü Azər Həsrət, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, Report.az saytının baş redaktoru Murad Əliyev çıxış edərək üç hissədən ibarət kitabın ilk bölməsində dünyanın xəbər axınını təmin edən əsas informasiya agentliklərinin, ikinci bölmədə Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC-dan başlayaraq çağdaş dövrün bütün agentlikləri və xəbər portallarının, üçüncü bölmədə isə beynəlxalq jurnalist təşkilatlarının tədqiqata cəlb olunduğunu qeyd edib, Azərbaycanın dünya informasiya məkanına inteqrasiyası və beynəlxalq jurnalist təşkilatları ilə əməkdaşlığının təhlil olundugunu bildiriblər.
Qeyd edək ki, kitabın həmmmüəllifləri Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, kafedranın müəllimləri Pərvanə İbrahimova və Vəfa İsgəndərovadır.
Comments are closed, but trackbacks and pingbacks are open.