Press "Enter" to skip to content

Jurnalistikanın inkişaf meylləri

Radiostansiyalar tarixi ənənələrinə sadiq qalaraq beynəlxalq və lokal münaqişələrə, böhranlı vəziyyətlərə xüsusi əhəmiyyət verirlər. Məsələn, Yaxın Şərqdə, Əfqanıstanda, İraqda, eləcə də keçmiş SSRİ məkanında baş verən münaqişələr Qərb radiolarının diqqət mərkəzindədir. Həm bu məsələdə verilişlərin eyni istiqamətdə cəmləşdirilməsi tendensiyası ilə yanaşı, onların fəaliyyətində demokratik dəyərlərə istinad və bəzən “soyuq müharibə” üsullarının qabarması meyli də hiss olunur. Məsələn, hər hansı ölkənin daxilində baş verən proseslərin təhlilində ənənəvi şərh metodları bir tərəfə qoyulur, hadisələrə konkret meyarlar əsasında və kəskin tənqidi prizmadan yanaşılır. Belə hallar müəyyən dərəcədə avtoritar rejimi saxlayan ölkələrə münasibətdə özünü daha aşkar biruzə verir. Məsələn, 90-cı illərin ortalarında Rusiya-Çeçenistan müharibəsində obyektiv informasiyalarla yanaşı çeçen halkının azadlıq və istiklal haqqı barədə xeyli emosional şərhlər səsləndirilmişdir.

Cahangir Memmedli – Wikipedia

Məmmədli Cahangir Əbdüləli oğlu — Azərbaycanın tanınmış jurnalisti. BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri.

Cahangir Məmmədli
Məmmədli Cahangir Əbdüləli oğlu
Doğum tarixi 1942
Doğum yeri Novruzlu, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ →
Azərbaycan
Elm sahəsi jurnalistika
Elmi dərəcəsi filologiya elmlər doktoru
Elmi adı professor

Mündəricat

  • 1 Həyatı
  • 2 Beynəlxalq Seminar, Simpozium və Konfranslarda
  • 3 Məqalələr
  • 4 Kitabları
  • 5 Filmoqrafiya
  • 6 Həmçinin bax

Məmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub.

1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.

İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir.

2004-cü ildə Bakı Dövlət Universitetində “İlin müəllimi” nominasiyasının qalibi olub. Bundan əlavə jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür.

C.Məmmədli 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuşdur.

Beynəlxalq Seminar, Simpozium və Konfranslarda

  • 2005-ci ildə Hollandiyada İctimai teleradionun problemləri
  • 2006-cı ildə Türkiyədə türk dilli xalqların qurultayı
  • 2007-ci ildə Moskva Dövlət Universitetində YUNESKO-nun təşkil etdiyi „Mediaobrazovanie”
  • 2007-ci ildə Bakıda „Türk dünyası jurnalistikası”
  • Fəlsəfi publisistika: bu zamanın və bu məkanın tələbi. «Tənqid.net» jurnalı, №8, səh. 194-201
  • Jurnalistikanın beynəlxalq yaradıcılıq prinsipləri. «Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi» I Beynəlxalq elmi-nəzəri konfransın materialları. «Bakı Universiteti» nəşriyyatı, 2012, səh. 11-12
  • Səlahəddin Xəlilov publisist kimi. Bakı, 2013, “Elm” nəşriyyatı, səh. 122-125 2. *Vətənə sevginin ölçüsüzlük ölçüsü. Bakı, 2013, “Naşir”jurnalı, № 5

Zaman sərhəddini aşan klassik publisistika. Bakı, 2013, “Füyuzat”jurnalı, №4

  • Jurnalist yaradıcılığının bəzi peşəkarlıq məqamları. 1. “Azərbaycan mətbuatı tarixində müasirlik prinsipləri”. Əlibəy Hüseyn-zadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. BDU, Jurnalistika fakül-təsi, 2014, səh. 51-67
  • Müəllimliyin, tədqiqatçılığın və publisistikanın Şirməm-məd Hüseynov məktəbi. Biblioqrafiya. Bakı, “Bakı Univer-siteti” nəşriyyatı, 2014, səh. 4-12.
  • Senzura sisteminin fəaliyyət mexanizmi. “Füyuzat” jurnalı, 2014, № 3, səh. 20-25.
  • Bədii sözün «Ulduz» rəngi. «Ulduz»jurnalı, Bakı, «Təhsil» nəşr., 2015, səh. 3-7
  • Böyük alim, böyük müəllim. Mir Cəlal, II cilddə, Bakı, «Nurlar»nəşr., 2015, səh. 166-175
  • Fəlsəfi publisistikanın müasir problemləri. «Jurnalistika» seriyası, №3 Bakı, «Elm və Təhsil» nəşr., 2015, səh. 42-59
  • Jurnalistikaya giriş. B., 2001.
  • Müasir jurnalistika. B., 2003
  • Jurnalistikanın müasir inkişaf meylləri. B., 2006
  • Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı, «Zərdabi LTD» MMC, 2012, 38,5 ç.v.
  • Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı, «Zərdabi LTD» MMC, 2012
  • Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (dərslik). Bakı, “Təhsil” nəşriyyatı, 2013

Filmoqrafiya

  1. Erməni soyqırımı. Türkün sözü (film, 2001)
  2. Azərbaycana namus və sevgiylə (film, 2006)

Jurnalistikanın inkişaf meylləri

Jurnalistika (fransız jurnalından – gündəlik, qəzet) kütləvi rabitə kanalları (mətbuat, radio, televiziya, kino və s.) vasitəsi ilə müvafiq məlumatların toplanması, işlənməsi və vaxtaşırı yayılması üçün ictimai fəaliyyət növüdür. Jurnalistika söz və faktlardan düzgün istifadə edərək obyektiv, dəqiq və qərəzsiz informasiya çatdırılmasını yerinə yetirən peşədir. Jurnalistika siyasi, bədii, idman, əyləncə, elm və texnologiya, sağlamlıq və fitness, biznes və maliyyə, fotojurnalizm, multi-media və s. xüsusiyyətləri özündə əhatə edən geniş bir sahədir. İxtisas sahibləri jurnalist adlanır. Ölkəmizdə jurnalistikanın qəzet, televiziya, radio-jurnalistika, internet-jurnalistika, foto-jurnalistika kimi növləri vardır. Gələcək jurnalistlər başa düşməlidirlər ki, bu peşə təkcə yaradıcılıq deyil, həm də yazılan və deyilən hər söz üçün böyük məsuliyyətdir. Hər bir peşəkar jurnalist tamaşaçıya obyektiv məlumat çatdırmağı bacarmalıdır. Hesab olunur ki, jurnalist fəaliyyətinin əsas funksiyası dövlətlə cəmiyyət arasında informasiya kanalının yaradılması, eyni zamanda ictimai rəyin formalaşdırılmasıdır. Peşə dil və ədəbiyyat və ictimai araşdırmalar ilə maraqlananlar üçün uyğundur.

İxtisasın tarixi

Jurnalistika informasiya mübadiləsi olduğu üçün bu peşənin tarixini daha qədim zamanlara, insanların bir-birinə informasiya ötürdükləri ilk zamanlara aid etmək olar. Ancaq onun həm də yazılı tərəfini nəzərə alsaq, 1543 – cü ildə alman alimi İohan Quttenberq tərəfindən çap maşının istehsal edilməsi və əlyazmaların daha sürətli yayılmağa başlamasından daha sonra yaranmış informatik məlumatları jurnalistikanın ilk əyani sübutları kimi təqdim edə bilərik. Dünyada ilk qəzet isə 1605 – ci ildə Almaniyada, “Relatio Aller Führneman” adı ilə nəşr edilib.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

Harada işləməsindən asılı olmayaraq:

  • ➝ Məlumatla işləmək (faktları tapmaq, öyrənmək, seçmək, təhlil etmək, müqayisə etmək və qiymətləndirmək);
  • ➝ KİV üçün material hazırlamalı;
  • ➝ Canlı, online, telefon və s. vasitəsilə müsahibə götürməli;
  • ➝ Hər hansı bir mövzularda tədbirlərdə iştirak etmək;
  • ➝ Hər hası mövzuda məqalə, xəbər, press-reliz yazmaq.
  • ➝ Hər hansı aktual mövzuda araşdırma aparmalı;
  • ➝ İnformasiyanı bütün təbəqənin anlayacağı dildə yazmalı;
  • ➝ Xəbər yayımı aparmalı;
  • ➝ Jurnalist çıxışlarının effektivliyini artırmaq, xalqa vaxtında məlumat vermək, faktların etibarlı şəkildə təqdim edilməsi;
  • ➝ Reportaj hazırlamalı;
  • ➝ Foto çəkmək və sosial media platformaları üçün video hazırlamalı;
  • ➝ Söz azadlığı prinsiplərini və demokratik cəmiyyətin əsaslarını dəstəkləmək
  • ➝ Sosial və kommersiya sifarişləri, habelə fərdi yaradıcı təşəbbüslər üzrə işlərin icrası;
  • ➝ KİV keyfiyyətinin yaxşılaşdırılması, cari məsələlərin işıqlandırılmasında səmərəliliyin artırılması, materialların təqdimetmə formalarının təkmilləşdirilməsi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Sərbəst və ya hansısa media orqanın redaksiyasında;
  • ➝ Şirkət və ya dövlət strukturlarının media bölmələrində;
  • ➝ Jurnalist, naşir, radio və televiziya aparıcısı, müxbir, fotojurnalist, analitik, PR mütəxəssis;
  • ➝ İnformasiya agentliklərində;
  • ➝ İctimaiyyətlə əlaqə şöbəsində;
  • ➝ Reklam sahəsində;
  • ➝ Veb saytlarda.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İxtisas üzrə biliklər;
  • ➝ Analiz bacarığı ;
  • ➝ Araşdırma bacarığı;
  • ➝ Bir informasiyanı bir deyil, fərqli-fərqli mənbələrdə axtararaq, müqayisə etmək bacarığı;
  • ➝ Jurnalist həm də psixoloq olmalıdır ki, məlumatı “qopara bilsin”. Yəni qarşısındakı şəxsi danışdıra bilməli;
  • ➝ Azərbaycan dilinin ədəbi dilinin normalarını mükəmməl bilməli;
  • ➝ Söz bazası və dünyagörüşü geniş olmalı;
  • ➝ Obyektivlik;
  • ➝ Fikri düzgün ifadə etmə bacarığı;
  • ➝ Redaktə etməyi bacarmaq;
  • ➝ Aktual mövzu seçmə bacarığı;
  • ➝ Müsahibə bacarıqlarına malik olmalı;
  • ➝ Böyük məlumat toplusunun içərisində əsas hissələri vurğulamaq bacarığı;
  • ➝ Faktların izahını tapmaq bacarığı;
  • ➝ Suallar vermək və problemin dərinliyinə enmə bacarığı;
  • ➝ Peşə etikası, nəzakətlilik;
  • ➝ İş üçün lazım olan peşəkar alət və avadanlıqları idarə etmək (səs yazıcısı, kamera və s.);
  • ➝ Tez və vaxtında iş görmək bacarığı;
  • ➝ Yüksək müşahidə bacarığı;
  • ➝ Təşəbbüskarlıq;
  • ➝ Ünsiyyət və komanda ilə işləməyi bacarmaq;
  • ➝ Stressə dözümlülük.

İxtisasın gələcəyi

XX əsrdə, uzun bir inkişaf dövründən sonra jurnalistika internetin yaranması və rəqəmsal platformaların sürətlə yayılması ilə əlaqədar olaraq, onlayn jurnalistikada intensiv artım müşahidə olunur.

Əmək haqqı

Bu sahə üzrə ölkəmizdə minimum əmək haqqı 250 AZN, maksimum əmək haqqı isə 1000 – 1200 AZN aralığında dəyişir. Ümumən isə orta aylıq əmək haqqı 300-400 AZN civarında dəyişir.

Radio yayımının inkişaf meylləri

Media sahəsindəki texnoloji yeniliklər, xüsusən vizual informasiyanın həyatın bütün sahələrini əhatə etməsi, TV-nin cazibədarlığının daha da artması, radio üçün ciddi problemlər yaradır. Hərçənd ki, radio da yerində saymır, daim yeniləşən texnologiyadan bəhrələnərək, TV və internet mediası ilə ayaqlaşmağa çalışır. TV-nin ayaq aça bilmədiyi məkanlarda, maşında uzaq yol gedərkən, bəzən də hansısa xüsusi informasiyanı ya da musiqini tapmaq üçün radioya üz tuturuq. Radio öz müqavimət gücünü və auditoriyasını hələ də saxlayır.

Yeni dünya düzəni ilk növbədə radionun statusuna, onun cəmiyyətdəki, sosial sistemdəki yerinə, eləcə də verilişlərin məzmununa ciddi dəyişikliklər gətirdi. Əvvəla SSRİ-nin dağılması ilə iki sistem arasında radio dalğalarında aparılan psixoloji müharibə sona yetmiş oldu.

Bir-birinə zidd ictimai quruluşlar arasında uzun müddət ideoloji mübarizə alətinə çevrilən radio həm qərb sistemində, həm də keçmiş sosialist məkanında daha çox təbliğat vasitəsi kimi işləndikdən sonra heç bir çətinlik çəkmədən yeni mühitə uyğunlaşdı. Böyük radioların bir-biri ilə döyüşü kiçik, diqqəti cəlb etməyən radioların da yayım siyasətinə təsir göstərərək onları da gərginlik orbitində saxlamışdı. Lakin 90-cı illərin əvvəllərindən bütün dünyada yeni siyasi iqlimin formalaşması, ABŞ-ın özünə əlverişli geo-siyasi şərait yaratması ilə dünyada radionun inkişafında da yeni meyllər özünü göstərməyə başladı.

Radio artıq informasiya məkanında daimi və ənənəvi rəqibi olan televiziya ilə, həmçinin qəzet və internetlə yanaşı fəaliyyət göstərir. Digər tərəfdən bütövlükdə KİV məhsulları artır və onların yayılma miqyası daha da genişlənir. 90-cı illərdə UNESCO-nun yaydığı məlumatda bildirilir ki, dünyada 1,5 milyard radioqəbuledici, 670 milyondan çox televizor olub. Gündəlik qəzetlərin sayı ortalama 520 milyon nüsxəyə çatıb, hər il təxminən 900 min adda kitab nəşr edilib. Şübhə götürmür ki, əsrin sonunda bu rəqəmlər daha da artmışdır. Təkcə keçmiş SSRİ məkanında 10 il ərzində çap olunan qəzetlərin sayı 4 dəfə, radiostansiyaların sayı 6 dəfə, televiziya şirkətlərinin sayı 12 dəfə, televiziya və radio cihazlarının sayı isə 2 dəfə artıb.

21-ci əsrin başlağıcı informasiya cəmiyyətinə keçid üçün ciddi işarə oldu. İnternet mediası yeni sürət götürdü. Televiziya və radio öz mövqelərini daha da möhkəmlətdi. 2005-ci ilin bu sahədəki göstəricilərinə görə, dünyadakı radioqəbuledicilərin sayı 1,8 milyard, televizor cihazlarının sayı 1,2 milyard, gündəlik qəzetlərin sayı 654 milyondur, 1,3 milyon adda kitab çap olunur. Radioqəbuledicilərin sayına aid göstəricilər durmadan yüksəlir.

Radionun inkişafına, yayımının effektli olmasına bir sıra amillər təsir göstərir. Bu sırada iqtisadi və intellektual amillər xüsusi yer tutur. Ona görə ki, hər hansı ölkədə radio verilişlərinin təşkili ilk növbədə iqtisadi və soial-mədəni tərəqqinin səviyyəsi ilə şərtlənir. Araşdırmalar göstərir ki, hər hansı ölkənin sosial-iqtisadi tərəqqisi ilə Kütləvi informasiya vasitələrinin yayılma miqyası arasında birbaşa əlaqə mövcuddur və bu əlaqə nəzərə alınmalıdır. Əhalinin artımı, urbanizasiya və savad səviyyəsi, asudə vaxt payının həcmi, mədəniyyətə, informasiyaya marağın yüksəlməsi bu əlaqələri müəyyənləşdirən amillər sırasına daxildir. Dünyanın müxtəlif regionlarındakı əhalinin milli-etnik xüsusiyyətlərini bu amillərə aid etmək olar. Bundan əlavə radio verilişlərinin artımına bu və ya digər ölkənin KİV-nin başqa sahələrinin (TV, mətbuat, internet) inkişaf səviyyəsi də təsir göstərir. Əlbətdə, bu məsələdə radio verilişlərinin forması, məzmunu, onun ictimai rəyə təsiri, tətbiq etdiyi yaradıcılıq texnologiyası və formatlar da həlledici rol oynayır.

Statistik göstəricilər belə bir mülahizə yürütməyə əsas verir ki, hazırda radio verilişləri əhalisi az savadlı olan ölkələrdə getdikcə daha çox yayılır. Bəzən həmin ölkələrdə radio əsas kütləvi informasiya kanalı rolunu oynayır. Amma bu heç də o demək deyil ki, inkişaf etmiş ölkələrdə radioya ehtiyac yoxdur. Statistikanın ortaya çıxardığı mühüm bir tendensiyaya görə, TV ilə rəqabətə baxmayaraq bu gün radio həmin ölkələrdə yüksələn xətlə inkişaf edir. Xüsusən yayımı asanlaşdıran, verilişləri maneəsiz dinləməyə imkan verən FM dalğası ilə işləyən stansiyaların sürətlə artması radionun perspektivlərinə şübhə ilə baxanların proqnozlarını alt-üst edir.

Müasir radio verilişlərinin yayımlanması ilə bağlı mühüm bir tendensiya da hazırda Qərbin informasiya monopoliyasını öz əlində saxlamasıdır. Aparıcı informasiya agentlikləri AP, Frans-Press, Röyterin inhisarçı vəziyyətdə olması onlara Qərb aləmində bütün informasiyaların 90 faizini yaymağa imkan verir. Təkcə Londondan Karib dənizi hövzəsi və Uzaq şərq ölkələri vasitəsilə dünyaya informasiya ötürən 320-dən çox radiostansiya fəaliyyət göstərir. Xüsusilə BBC-nin istifadə etdiyi radioötürücülərin sayı daim artmaqdadır. 90-cı illərin ortalarından bu radionun Qafqazdakı fəaliyyəti digər radiokanallar arasında əsl rəqabət mühiti yaratmışdır. İnformasiya məkanı uğrunda böyük radioların bir-birilə rəqabəti də radio siyasəti sahəsində prinsipcə yeni keyfiyyətdir və müasir dünyamızın gerçəklərindən biri kimi özünü biruzə verir.

ABŞ-ın və Avropadakı beynəlxalq təşkilatların, o cümlədən NATO kimi qurumun radio yayımına marağı da diqqəti cəlb edən məqamlardandır. Bəzi hallarda teleradio yayımının koorrdinasiya-əlaqələndirmə işində NATO-nun siyasi şöbəsinin informasiya xidməti də müəyyən rol oynayır. Qurumun Brüsseldəki qərərgahında audiovizual bölməsinin işi bir qədər fəallaşmışdır. NATO-nun şərqə doğru irəliləməsində Qərb mətbuatı və radiolar çox önəmli rol oynayır.

Hazırda qərb radioları bütün dünyada və xüsusən Şərqi Avropada yaranmış əlverişli şəraitdən bəhrələnərək öz səylərinin dünyanın yeni düzənində yaranmış gerçəkliklərin təbliğinə yönəldiblər. İndi “Alman dalğası”, “Monte Karlo”, “Radio Frans”, BBC kimi radiolar üçün əsas vəzifə yeni, dinc və demokratik dünyanın yaradılması və bu prosesdə Qərbin aparıcı rolunun qabardılmasından ibarətdir. Ona görə də hazırda ən iri radiostansiyaların verilişlərində bu növ, yeni dünya, yeni cəmiyyət, demokratik üsul-idarə qurmağın yollarından danışılır, Asiya və Afrika qitələrinə, sözün həqiqi mənasında demokratiya dərsi keçilir.

Radiostansiyalar tarixi ənənələrinə sadiq qalaraq beynəlxalq və lokal münaqişələrə, böhranlı vəziyyətlərə xüsusi əhəmiyyət verirlər. Məsələn, Yaxın Şərqdə, Əfqanıstanda, İraqda, eləcə də keçmiş SSRİ məkanında baş verən münaqişələr Qərb radiolarının diqqət mərkəzindədir. Həm bu məsələdə verilişlərin eyni istiqamətdə cəmləşdirilməsi tendensiyası ilə yanaşı, onların fəaliyyətində demokratik dəyərlərə istinad və bəzən “soyuq müharibə” üsullarının qabarması meyli də hiss olunur. Məsələn, hər hansı ölkənin daxilində baş verən proseslərin təhlilində ənənəvi şərh metodları bir tərəfə qoyulur, hadisələrə konkret meyarlar əsasında və kəskin tənqidi prizmadan yanaşılır. Belə hallar müəyyən dərəcədə avtoritar rejimi saxlayan ölkələrə münasibətdə özünü daha aşkar biruzə verir. Məsələn, 90-cı illərin ortalarında Rusiya-Çeçenistan müharibəsində obyektiv informasiyalarla yanaşı çeçen halkının azadlıq və istiklal haqqı barədə xeyli emosional şərhlər səsləndirilmişdir.

Müasir radioyayımın əsas tendensiyalarından danışarkən diferensiasiya-sürətlə ixtisaslaşma barədə də danışmaq lazımdır. Bu proses həm Qərb, həm də Şərq radiolarında parlaq şəkildə özünü göstərir. Hazırda Avropada konkret sahələr üzrə ixtisaslaşmış 1800-dən çox radio fəaliyyət göstərir. Bu radioların əksəriyyəti konkret sahələr – informasiya, musiqi, idman, nəqliyyat və s. üzrə proqramlar hazırlayır. Böyük şəhərlərdə bəzi stansiyalar xəbərlərə və danışıq verilişlərinə üstünlük versələr də, çoxu musiqiyə, xəbərlər oxunuşuna, hədsiz sayda reklamlara daha çox yer ayırır.

Bu gün Avropa ölkələrinin radiolarında musiqi proqramlarının, hətta musiqinin müxtəlif sahələri üzrə (simfonik, estrada, folklor, rok, caz və s.) ixtisaslaşmış radiokanalların artması meyli var. Bu meyl sosializmdən çıxmış ölkələrin radio yayımında da aşkar duyulur. Bəzi ölkələrdə isə radionun inkişaf meyli informasiya, musiqi və əyləncənin birləşdirilməsi istiqamətindədir.

Ədəbiyyat

1. Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002

2. Məhərrəmli Qulu. Radio dərsləri. Nurlan nəşriyyatı. Bakı, 2007

Comments are closed, but trackbacks and pingbacks are open.